Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-57/2022 15.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun, Məhkəmə iclasının katibi: X9, Xüsusi ittihamçı: X23, Xüsusi ittihamçının nümayəndəsi: “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X27, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakı ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 19.08.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Tibb Universitetinin müəllimi, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X27 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ- 17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı etdiyi çıxışında -“bizim dindirilən və vertolyot qəzasında olması iddia edilən zabitlərimizin o halı bir qədər inandırıcı deyil, üzündə heç bir cızıq olmayan, yalnız qolunun sınması ilə xilas olmuş zabitin olmasına mən sadəcə olaraq inanmıram, huşunu itirmiş, 3000 metrdən düşmüş insanın yaddaşı pozulmalıdır, üzündə heç bir cızıq, çapıq, əlamət olmaması, yalnız bazu və said sümüyünün sınması göstərir ki, inandırıcı deyil o adamın həmin vertolyotda olması. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz, onu yalnız, pilot-idarə edən şəxs pozuntunun nədən başlamasını, uçuşda olan problemin nədən törəməsi ehtimalını irəli sürə bilər. Əslində bu xəsarət almış adamların o məsələyə vurğu etməsi bir daha göstərir ki, bu adamlar öyrədilmiş adamlardır” məzmunlu ifadələr işlətməklə, bununla da X13 hadisə baş verən zaman sözügedən helikopterdə olduğu halda, onun barəsində yalan məlumatlar kimi, yəni X13 hadisə baş verən zaman sözügedən helikopterdə olmadığını, belə halda, onun istintaqa yalan ifadə verməyi, mətbuata yalan məlumat verməyi, qeyri müəyyən şəxslər tərəfindən öyrədilərək hadisənin baş vermə mexanizmi barədə cəmiyyəti və dövlət qurumlarını çaşdıracaq yalan fikirlər səsləndirməsi barədə məlumatlar yaymaqla, X13 şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla, X17 böhtan atmışdır. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o tibb sahəsində alimdir. 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ- 17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı çıxış etmişdir. Həmin çıxışdakı ifadələr onun ehtimallarıdır. Onun inanmadığı bır sıra məqamlar olmuşdur və hesab edir ki, hər hansısa bir məsələyə inanmamaq onun hüququdur. Heç kim onu inanmağa məcbur edə bilməz. Digər məhkəmə iclasında xüsusi ittihamçı Cəfərov Emil məlumat vermişdir ki, o helikopterdən 70 metr kənarda tapılmışdır. Bu halda, qapalı kapsulda olmuş və episentrdən 70 metr kənarda aşkar edilən şəxsin oradan necə sağ çıxması sual yaradır. Həmçinin hər iki xüsusi ittihamçının vermiş olduğu ifadələr arasında ziddiyyətlərdə mövcuddur. Elə bir qəzadan sonra şəhidlərin şəxsiyyətləri nəşlərindən alınmış DNT analizindən sonra müəyyən edildiyi halda, sağ qalan şəxslərin üzündə heç bir cızıq, çapıq əlamətləri olmaması istər-istəməz insanda şübhə yaradır. Hərbiçilərin qəzadan sonra almış olduğu xəsarətlər barəsində müvafiq sənədlərin məhkəməyə verilməsini tələb etmişdir. Son olaraq o bu məsələ ilə bağlı əlavə heç bir ifadə vermək istəmədiyini və ifadə verməməyin onun konstitusiyon hüququ olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs xüsusi ittiham qaydasında şikayətdə ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş və xüsusi ittihamçı X13 nümayəndəsi, vəkil Nümayəndə tərəfindən xüsusi ittiham qaydasında şikayət elan edilərək göstərilmişdir ki, xüsusi ittihamçı X23 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi X4 2-ci helikopter eskadrilyası (Mİ-17) 2-ci manqanın texniki-istismar hissəsinin borttexniktəlimatçı-atıcı vəzifəsində işləyir, rütbəsi kapitandır. 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterdə o da olmuşdur və həmin helikopterin qəzaya uğraması zamanı xəsarətlər almış, lakin təsadüfdən sağ qalmışdır. Həmin hadisə ilə əlaqədar X27 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı etdiyi çıxışında onun ünvanına bilə-bilə yalan ifadələr işlətmişdir və həmin ifadələr onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar olduğu üçün, hazırkı şikayətlə məhkəməyə müraciət edilmişdir. Belə ki, X27 30 noyabr 2021-ci il tarixdə Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopteri qəzaya uğraması hadisəsi ilə əlaqədar onun barəsində “bizim dindirilən və vertolyot qəzasında olması iddia edilən zabitlərimizin o halı bir qədər inandırıcı deyil, üzündə heç bir cızıq olmayan, yalnız qolunun sınması ilə xilas olmuş zabitin olmasına mən sadəcə olaraq inanmıram, huşunu itirmiş, 3000 metrdən düşmüş insanın yaddaşı pozulmalıdır, üzündə heç bir cızıq, çapıq, əlamət olmaması, yalnız bazu və said sümüyünün sınması göstərir ki, inandırıcı deyil 0 adamın həmin vertolyotda olması. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz, onu yalnız, pilot- idarə edən şəxs pozuntunun nədən başlamasını, uçuşda olan problemin nədən törəməsi ehtimalını irəli sürə bilər. Əslində bu xəsarət almış adamların o məsələyə vurğu etməsi bir daha göstərir ki, bu adamlar öyrədilmiş adamlardır” deməklə, onun hadisə baş verən zaman sözügedən vertolyotda olmadığı halda istintaqa yalan ifadə verməyini, mətbuata yalan məlumat verməyini, qeyri müəyyən şəxslər tərəfindən öyrədilərək hadisənin baş vermə mexanizmi barədə cəmiyyəti və dövlət qurumlarını çaşdıracaq yalan fikirlər səsləndirməyini iddia etmiş və beləliklə, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə (https://www.youtube.com/watch?v=pDoaCUmi-Vg) yaymışdır. Hesab edir ki, X1 nümayiş etdirilmiş internet informasiya ehtiyatında yaydığı bu məlumatlar yalan məlumatlar olmaqla böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və onun bu cür yalan danışdığını iddia etməklə onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, Dövlət Sərhəd Xidmətinin zabiti olmaqla xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı, onların ölümlərinin səbəbləri ilə bağlı yalan məlumat verməyini yanlış olaraq iddia etməklə onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli qərarının 5ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. X20 qeyd edilən fikirləri səsləndirdiyi videomateriala 40000-dən artıq şəxs tərəfindən baxılmışdır. Bu isə onun kütləvi çıxış olmasını təsdiq edir. Qeyd edilən böhtan xarakterli çıxışın Ə.N.Əliyev tərəfindən edilməsi açıq internet informasiya ehtiyatında yerləşdirilmiş https://www.youtube.com/watch?v=pDoaCUmi-Vg səhifəsi vasitəsilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli qərarının 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən X27 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə (https://www.youtube.com/watch?v=pDoaCUmi-Vg) “bizim dindirilən və vertolyot qəzasında olması iddia edilən zabitlərimizin o halı bir qədər inandırıcı deyil, üzündə heç bir cızıq olmayan, yalnız qolunun sınması ilə xilas olmuş zabitin olmasına mən sadəcə olaraq inanmıram, huşunu itirmiş, 3000 metrdən düşmüş insanın yaddaşı pozulmalıdır, üzündə heç bir cızıq, çapıq, əlamət olmaması, yalnız bazu və said sümüyünün sınması göstərir ki, inandırıcı deyil o adamın həmin vertolyotda olması. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz, onu yalnız, pilotidarə edən şəxs pozuntunun nədən başlamasını, uçuşda olan problemin nədən törəməsi ehtimalını irəli sürə bilər. Əslində bu xəsarət almış adamların o məsələyə vurğu etməsi bir daha göstərir ki, bu adamlar öyrədilmiş adamlardır” məzmunlu yalan məlumat yaydığına görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə, ittihamedici hökm çıxarılmaqla cəzalandırılmasını xahiş etmişdir. Həm məhkəmə hazırlıq iclasında, həm məhkəmə baxış iclasında, həm də məhkəmə istintaqı bitdikdən sonra çıxışlar dövrü məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1-ci maddələrində nəzərdə tutulmuş hallarla bağlı xüsusi ittihamçı X13 diqqətinə çatdıraraq ona təklif etmişdir ki, hazırkı şikayət üzrə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X24 qarşı verdiyi ittihamdan imtina etmək hüququ, geri götürmək hüququ olduğunu diqqətinə çatdırmış, lakin xüsusi ittihamçı X23 şikayətindən imtina etmədiyini, şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı qismində dindirilmiş X23 ifadəsində xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək göstərmişdir ki, X27 30 noyabr 2021ci il tarixdə Qaraheybət poliqonunda DSX-yə məxsus Mİ-17 tipli helikopteri qəzaya uğraması hadisəsi ilə əlaqədar 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə həqiqəti əks etdirməyən müsahibə vermişdir. Ə.Əliyev həmin müsahibəsində qeyd etmişdir ki, “onların dindirilən və helikopter qəzasında olması iddia edilən zabitlərin o halı bir qədər inandırıcı deyil, üzündə heç bir cızıq olmayan, yalnız qolunun sınması ilə xilas olmuş zabitin olmasına mən sadəcə olaraq inanmıram, huşunu itirmiş, 3000 metrdən düşmüş insanın yaddaşı pozulmalıdır, üzündə heç bir cızıq, çapıq, əlamət olmaması, yalnız bazu və said sümüyünün sınması göstərir ki, o adamın həmin helikopterdə olması inandırıcı hal deyil. O helikopterin hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz, onu yalnız, pilot-idarə edən şəxs pozuntunun nədən başlamasını, uçuşda olan problemin nədən törəməsi ehtimalını irəli sürə bilər. Əslində bu xəsarət almış adamların o məsələyə vurğu etməsi bir daha göstərir ki, bu adamlar öyrədilmiş adamlardır” deməklə, onun hadisə baş verən zaman sözügedən helikopterdə olmağını, mətbuata yalan məlumat verməyini bildirmişdir. Əli Əliyevin həmin çıxışında onların adını çəkməsinə heç bir ehtiyac yoxdur. Belə ki, həmin helikopter qəzasında sağ qalan 2 hərbiçi var, biri o digəri isə X14r və bu barədə də Azərbaycan xalıqının məlumatı vardır. Bundan başqa Əli Əliyev çıxışında 3000 metr hündürlükdən helikopterin yerə çırpılması məsələsini qeyd etmişdir. Heç bir yerdə, heç bir rəsmi məlumatların əks olunduğu sənədlərdə 3000 metr hündürlük sözü yoxdur. Həmçinin buna dair təlimdə olduqları, helikopterdə olmaqları ilə bağlı əmr var, həmin günün uçuş planı var, plan cədvəli var, həmin sənədlərdə hər birində adlar və soyadlar hamısı öz əksini tapmışdır. Göstərilənlərin nəzərə alaraq Ə.Əliyevin çıxışındakı yalan məlumatların onu tanıyanlar, işlədiyi iş yerindəki kollektiv, tanışları, qohumları, ölən şəxslərin yaxınları arasında onun nüfuzunu aşağı salan, şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğu üçün məhkəməyə müraciət edərək bu məlumatı yayan Əli Əliyev barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittihamedici hökm çıxarılmasını və 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. İttiham tərəfinin sübutu kimi təqdim edilən və iş materiallarında olan X20 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı etdiyi çıxışının səsli videogörüntüsünün qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələrin X27 tərəfindən işlədilməsi öz təsdiqini tapmışdır. 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı etdiyi çıxışının səsli videogörüntüsünün qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələrin X27 tərəfindən işlədilməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Xüsusi X8 Komandanlığının N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 31.08.2021-ci il tarixli əmrinə əsasən kapitan X5 Sərhəd Xidmətinin Xüsusi X4 2-ci helikopter eskadrilyası (Mİ-17) 2-ci manqanın texniki-istismar hissəsinin borttexnik-təlimatçısı-atıcı vəzifəsinə təyin edilmişdir. - 29.11.2021-ci il tarixdə təsdiq edilmiş Uçuşların Plan cədvəlinə əsasən polkovnikleytenant Ramin Ədilov da həmin uçuş aparatında olmuşdur. - Dövlət Sərhəd Xidmətinin Xüsusi X8 Komandanlığının “Praktiki təlim atışlarının təşkili və keçirilməsi haqqında” 29.11.2021-ci il tarixli əmri imzalanmışdır. Həmin əmrə əsasən Qaraheybət aviasiya təlim poliqonu sahəsində 30.11.2021-ci il – 01, 02, 03.12.2021-ci il tarixlərdə helikopterlərin praktik təlim atışının yerinə yetirilməlidir. Qaraheybət aviasiya təlim poliqonu sahəsində döyüş atışları uçuşlarının keçirilməsi üçün təyin edilmiş rəhbərlik siyahısının tərkibində 2-ci helikopter eskadrilyası (Mİ-17) 2-ci manqanın texniki-istismar hissəsinin borttexnik-təlimatçısı-atıcı kapitan X13 da adı qeyd edilmişdir. - Dövlət Sərhəd Xidməti Xüsusi X8 Komandanlığının N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 01.12.2021-ci il tarixli əmrinə əsasən polkovnik-leytenant X5 Sərhəd Xidmətinin Hərbi Hospitalının telefonoqramına əsasən 30.11.2021-ci il tarixdən müalicəyə getmiş hesab edilmişdir. Bununla da təsdiq edilir ki, X20 çıxışındakı istinad etdiyi helikopter qəzasında xəsarətlər almaqla xilas olmuş şəxslər barəsində danışdığı üçün, qəzada sağ qalan şəxslərin kimliyi bəlli olduğu üçün, həmin şəxslər barədə cəmiyyətə X20 çıxışından əvvəl məlumatlar verildiyi üçün, X20 çıxışındakı barəsində danışdığı həmin şəxslərdən birinin, işin mübahisəsiz halı olaraq X23 olması, onu tanıyanlar (qohumları, tanışları, qəzada vəfat etmiş şəxslərin ailə üzvləri, iş yoldaşları və həmin qəza barədə məlumatı olan cəmiyyət üzvləri) və bu barədə məlumatı olan hər bir şəxs tərəfindən birmənalı olaraq başa düşülür. Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-nin 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1, 45.4-cü maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız xüsusi ittihamçının şikayəti əsasında həyata keçirilə bilir, həmçinin CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Ə.Əliyevin çıxışındakı xüsusi ittihamçı R.Ədilovun barəsində verdiyi məlumatların yalan olub-olmamasını, yəni şəxsin çıxışındakı məlumatın yalan olması və ya doğru olmasını müəyyən etmək ekspertin fəaliyyət sahəsinə aid olan məsələ deyil. Məlumatın yalan və ya doğru olması tərəflərin təqdim etdiyi məlumatların məhkəmə istintaqında tərəflərin iştirakı ilə araşdırılması nəticəsində müəyyən edilən haldır. Bundan əlavə hüquqi məsələlərlə bağlı ekspertizanın keçirilməsinə də yol verilmir. Çünki Cinayət-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər. CPM-nin 97.2-ci maddəsinə əsasən ekspert qarşısına qoyulmuş suallar üzrə rəy vermək üçün kifayət qədər elm, texnika, incəsənət və digər peşə sahələrinə aid xüsusi biliklərə malik olmalıdır. CPM-nin 97.3-cü maddəsinə əsasən şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə ekspert qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. CPM-nin 264.1-ci maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X27 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X27 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilir. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, araşdırılan sübutlarla X13 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi X4 qərargahının 2-ci helikopter eskadrilyası (Mİ-17) 2-ci manqanın texniki-istismar hissəsinin borttexnik-təlimatçısı-atıcı kapitan vəzifəsində işləyərək, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterdə olmuşdur və həmin helikopterin qəzaya uğraması zamanı xəsarətlər alması faktı təsdiq edilir. X12 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ- 17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı etdiyi çıxışında xəsarət almış şəxslərin barəsində işlətdiyi ifadələrin, yəni X13 həmin helikopterdə olmaması, xəsarət almış adamlar kimi X13 öyrədilmiş adam olması və öyrədilmiş adamlar kimi həmin məsələyə vurğu etməsini sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə X20 “Osmanqızı TV” youtube kanalındakı həmin çıxışının onun ehtimalları olduğunu, hər hansı bir yalan məlumat yaymadığını, buna görə də əməlində cinayət tərkibi olmaması ilə bağlı xüsusi ittiham qaydasında şikayətə etirazına qiymət verərək, qeyd edir ki, məlumatlar X25 ehtimalları deyil, həmin məlumatlarda şəxsin helikopterdə olmaması və öyrədilmiş adam olması ifadələri işlədilməklə Ramin Ədilov barədə məlumat konkretləşdirilib. Hətta həmin məlumatların Ə.Əliyevin ehtimalları olubolmamasından asılı olmayaraq həmin ifadələr kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatında yayımlanmışdır, həmin məlumatlar 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ- 17 tipli helikopterin qəzaya uğraması zamanı xəsarət almış şəxslərin barəsindədir. Həmçinin həmin məlumatların Ə.Əliyev tərəfindən yalan olduğunu bilə-bilə qəsdən yayması da təsdiq edilir. Çünki məhkəmə istintaqı zamanı da Ə.Əliyev özü də bildirmişdir ki, xüsusi ittihamçı R.Ədilov helikopter qəzasından sağ çıxdıqdan sonrakı Real TV-yə verdiyi müsahibəsini görmüşdür. Bununla da Ə.Əliyev bilir ki, Ramil Ədilovun həmin helikopterdə olması və helikopter qəzasından sonra sağ qalması barədə, Ramin Ədilovun xəsarət almış vəziyyətdə müsahibə verməsi barədə cəmiyyətdə məlumatlar mövcuddur. Lakin həmin məlumatları bilə-bilə Ramin Ədilovun həmin helikopterdə olmamasını, öyrədilmiş adam olmasını səsləndirərək kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatında məlumat yaymışdır. Baş vermiş konkret hadisənin, həmin hadisədən sağ qalmış şəxsin həmin helikopterdə olmadığını iddia etmək barədə səslənən ifadələr ehtimallar olub olmamasından asılı olmayaraq, həmin ifadələrdə şəxsin həmin helikopterdə olmadığı iddia edilir və internet informasiya ehtiyatında yaymaqla həmin şəxsin həmin helikopterdə olmaması, öyrədilmiş adam olması barədə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatını izləyən şəxslər məlumatlandırılır. Bununla bağlı məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Bu baxımdan X27 hesab etsədə ki, yayılan məlumatlar onun fikirlərindən, ehtimallarından ibarət olmuşdur və bu fikirlər və ya ehtimallar onun məsuliyyətinə səbəb olmamalıdır, bununla bağlı məhkəmə qeyd edir ki, həmin məlumatlarda faktlara istinad edilir, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterin qəzaya uğraması ilə bağlı məlumatlar səsləndirilir, hadisə zamanı xəsarət almış şəxslər barəsində qəsdən həqiqətə uyğun olmayan yalan məlumatlar səsləndirilir. Bununla da həmin çıxışında X27 öz düşüncəsinə görə fikirləri, ehtimalları olubolmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatlar yayılmışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X13 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabiti olmaqla xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı, onların ölümlərinin səbəbləri ilə bağlı yalan məlumat verməyini yanlış olaraq iddia etməklə onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də aşağıdakı qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X13 hazırkı xüsusi ittiham qaydasında şikayətindəki X20 onun barəsində səsləndirdiyi məlumatlarla bağlı, X20 hərəkətlərinə haqq qazandırıla bilmir və X20 bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Belə ki, "İnsan Hüquqlarının və X11 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X10rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 47-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Həmin maddənin İİİ hissəsinə əsasən irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Sadalananlar baxımından nəzərə almaq lazımdır ki, X23 ictimai xadim və ya siyasətçi deyildir. O hərbi qulluqçudur, rütbəsi olan zabitdir, fərdi şəxsdir, kollektivdə işləyir, işlədiyi kollektivdə vəzifəsinə və rütbəsinə görə, həmçinin onu tanıyan digər şəxslər arasında müəyyən nüfuza malikdir, özünün ləyaqətinə hörmət hüququ vardır, cəmiyyət arasında şərəfini qorumaq hüququ vardır. Məhkəmə qeyd edir ki, X7 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməlidir, digərlərinin hüququna xələl gətirməməlidir - ictimai xadim və ya siyasətçi olmayan X13 "İnsan Hüquqlarının və X11 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X13 öz şəxsi həyatı, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni X20 məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırılmır. Hətta xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 fəaliyyətlə məşğul olması, əqidə, siyasi və sosial mənsubiyyətinə görə ona güzəştlər və ya imtiyazlar verilə bilməz, bu əsaslara görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətdən də azad edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmin maddənin İV hissəsinə əsasən heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmçinin "İnsan Hüquqlarının və X11 Haqqında" Konvensiyanın “Ayrı-seçkiliyin qadağan olunması” ilə bağlı 14-cü maddəsində qeyd edilmişdir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Sadalananlardan da göründüyü kimi heç bir şəxsə siyasi fəaliyyətlə məşğul olması, əqidə, siyasi və sosial mənsubiyyətinə görə cinayət məsuliyyəti məsələlərində güzəştlər və ya imtiyazlar verilə bilməz, bu əsaslara görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətdən də azad edilə bilməz. X2 şərəf və ləyaqətinin, nüfuzunun qorunmasını tələb etmək hüququ vardır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə X13 şərəf və ləyaqəti, nüfuzu Cinayət Məcəlləsi ilə cinayətkar qəsdlərdən qorunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Xüsusi ittiham qaydasında şikayət materiallarından göründüyü kimi xüsusi ittihamçı X23 28.12.1989-cu il təvəllüdlü olmaqla, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi X4 qərargahının 2-ci helikopter eskadrilyası (Mİ-17) 2-ci manqanın texniki-istismar hissəsinin borttexnik-təlimatçısı-atıcı, kapitan vəzifəsində işləyir. Bununla da o, həmin yaşa qədər cəmiyyətdə, işlədiyi kollektivdə, onu tanıyan şəxslər arasında malik olduğu şərəfi, ləyaqəti və nüfuzu vardır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X27 yuxarıda qeyd edilən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qeyd edilən məlumatları, ifadələri işlədərək xüsusi ittihamçı X18 cəmiyyət qarşısında, o cümlədən işlədiyi kollektivdə və dostlarının, onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X15rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıqaşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin və qanunvericiliyin yuxarıdakı tələblərinə əməl edərək aşağıdakıları da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Xüsusi ittihamçı ilə barışıq əldə edilməklə bağlı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs tərəfindən hər hansı cəhd edilməsi mövcud olmamışdır. Bununla belə «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin 19.08.1967-ci il təvəllüdlü olmaqla yaşını, iş materiallarına əsasən evli olmasını, himayəsində 26.10.2004-cü il təvəllüdlü X19 adlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61.1.8-ci maddəsinə əsasən cinayətin öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hazırkı iş üzrə baş vermiş hamıya məlum olan helikopter qəzasının, həmin qəzada vəfat etmiş şəxslərin olmasını, bu cür qəza ilə bağlı, həmin qəzadan xəsarət alaraq sağ qalmış xüsusi ittihamçı barədə olan yuxarıda qeyd edilən yalan məlumatları qəsdən yaymaqla, belə bir vəziyyətdə olan və bu cür qəza keçirərək sağ qalmış, həmçinin öz xidməti və qulluq borcunu yerinə yetirərkən bu cür hadisəni yaşamış şəxsin şərəf və ləyaqətinin ləkələnməsi, nüfuzdan salınmasına yönəlmiş bu cür xarakterli və ictimai təhlükəli cinayəti törətmiş, təqsirkarın şəxsiyyəti, CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici halların olmadığı, digər yüngülləşdirici hallar olan, yuxarıda qeyd edilən cəzanı ağırlaşdıran halların olduğu, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla hazırkı iş üzrə təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri, azadlıqdan məhrum etmə cəzasından ibarət olan alternativ cəzalardan az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz, məhz bu iş üzrə sosial ədalətin bərpası, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda ağlabatan hesab edilə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasındakı alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Yuxarıda qeyd edildiyi kimi, heç bir şəxsə siyasi fəaliyyətlə məşğul olması, əqidə, siyasi və sosial mənsubiyyətinə görə güzəştlər və ya imtiyazlar verilə bilməz, bu əsaslara görə qanunvericiliklə müəyyən edilmiş cinayət məsuliyyətindən və cəzadan da azad edilə bilməz. İş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli 1(004)-58/2022 nömrəli hökmünə əsasən X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 13 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14.02.2022-ci il tarixli 1(103)-567/2022 nömrəli qərarına əsasən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X20 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 Babalı oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-58/2022 saylı, 13 yanvar 2022-ci il tarixli hökmü xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X20 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 Babalı oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. İş materiallarından görünür ki, X20 hazırda törətdiyi əməl Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli 1(004)-58/2022 nömrəli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. X20 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli 1(004)- 58/2022 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. X20 məhkəmə iclasında öz imzası ilə təsdiq edərək məhkəməyə təqdim etdiyi 09.12.2021-ci il tarixdə “Osmanqızı TV” youtube kanalındakı çıxışında 30.11.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterin qəzaya uğraması ilə əlaqədar fikirlərindən çıxarışın kağız mətni, 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə, 30.11.2021-ci il tarixdə Qaraheybət poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 tipli helikopterin qəzaya uğraması hadisəsi ilə bağlı X20 etdiyi çıxışının səsli videogörüntüsünün qeydə alındığı həm müdafiə, həm də ittiham tərəfinin məhkəməyə təqdim etdiyi CD disk, həmçinin Dövlət Sərhəd Xidməti Xüsusi X8 Komandanlığının N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 31.08.2021-ci il tarixli əmrinin təsdiq edilmiş surəti, 30.11.2021-ci il tarixdə təsdiq edilmiş DSX-nin U.A daşınan şəxsi heyət siyahısı və Uçuşların Plan cədvəlinin təsdiq edilmiş surəti, DSX-nin Xüsusi X8 Komandanlığının “Praktiki təlim atışlarının təşkili və keçirilməsi haqqında” 29.11.2021-ci il tarixli əmrinin təsdiq edilmiş surəti, DSX-nin Xüsusi X8 Komandanlığının N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 01.12.2021-ci il tarixli əmrinin təsdiq edilmiş surəti sübut növü kimi xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli 1(004)-58/2022 saylı hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və X20 üzərində qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. X20 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli 1(004)- 58/2022 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-57/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-57/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver