Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-57/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədi ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla gizli talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində saat 03 radələrində ünvan 2 ünvanda binanın birinci mərtəbəsində olan saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 3000 manat dəyərində 1 ədəd bürünc rəngli, 12 şamdanlı metal (bürünc) çilçırağı talamaqla oğurluq etmiş, bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanda binanın birinci mərtəbəsində olan saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 3000 manat dəyərində 1 ədəd bürünc rəngli, 12 şamdanlı metal (bürünc) çilçırağı talamaqla ümumilikdə zərərçəkmiş şəxsə 6000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanın yerləşdiyi 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində liftin sol tərəfindən yerləşən divar şkafının kilidlənmiş dəmir barmaqlıqlarla əhatələnmiş şüşə pəncərəsi olan dəmir qapının üzərindəki iki ədəd qıfılını əlində olan dəmir parçası ilə sındıraraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla ona məxsus olan bir ədəd dəyəri 50 manat olan qəhvəyi rəngli qutunu, həmin qutunun içərisində olan ümumi dəyəri 600 manat olan “Valencia” 24 karat X5 markalı çay və yemək servis dəstini, 2 ədəd hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan yorğan - döşək yataq dəstlərini və 1 ədəd dəyəri 50 manat olan gül qabını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 900 (doqquz yüz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən bu ilin may ayının ortalarında o, günorta saatlarında “Tarqovi” adlanan ərazidə metal və plastik qabları yığmaq üçün həyətlərdən birinə daxil olmuşdur. Həyətdən binaya girəcək blokunda yerdə çilçıraq olduğunu görmüşdür. O, yaxınlaşıb baxdıqda çilçırağın latun materialdan olduğunu anlamış, bahalı ola biləcəyini düşünmüşdür. Günorta saatları olduğu üçün o, oğurluq etməmişdir. Bundan bir neçə gün sonra həmin çilçırağı talama məqsədi ilə gecə saat təxminən 03 radələrində o, həmin yerə gəlmişdir. Blokda çilçıraq olmadığını görmüş, içəri daxil olduqda baxmışdır ki, giriş hissədə saxlanc yeri kimi istifadə olunan yer vardır. Həmin yerin qapısı cəftə ilə bağlanmışdır. O, cəftəni açmış və içəri baxdıqda görmüşdür ki, içəridə qab-qacaqlar, stol və stullar, həmçinin bir neçə gün öncə gördüyü çilçıraq vardır. Bundan başqa o, görmüşdür ki, həmin çilçıraqdan eyni forma iki ədəddir. O, bir ədədini götürmüş və çiynində olan çantasına yerləşdirmişdir. Bundan sonra oradan uzaqlaşmışdır. Səhərə yaxın saat 09 radələrində o, “Beşmərtəbə” adlanan yerin yaxınlığında yerləşən “Şahmat klub”un arxasındakı küçədə metal qəbulu məntəqəsinə aparıb 40 manata həmin çilçırağı satmışdır. Bundan başqa onun yadında qalmışdır ki, orada eyni formalı başqa çilçıraq var. Buna görə də həmin çilçırağı da talamaq üçün xx.xx.2022-ci il tarixdə yenə də həmin ünvana gəlmişdir. Həyətə daxil olmamışdan öncə o, qabları yığdığı çantasını zibil qutusunun yanında qoymuşdur. Digər çantasını isə özü ilə götürmüşdür ki, çilçırağı içərisinə yerləşdirsin. Bu zaman həyətin yaxınlığında tanışı Şirzadı görmüşdür. Şirzad həmin vaxt zibil qutularından qab yığmaqla məşğul idi. Onun həmin vaxt ayağında şişkinlik var idi və ayağı ağrayırdı. Buna görə də düşünmüşdür ki, Şirzad ona kömək edə bilər. Şirzada yaxınlaşmış və özünə məxsus çilçıraq olduğunu deyərək ona həmin çilçırağı aparmaqda kömək etməsini istəmişdir. Şirzad onunla razılaşmış və onunla birlikdə həmin binanın qarşısına gəlmişdir. Şirzad çöldə gözləmiş, o, içəri daxil olaraq eyni qaydada qapının cəftəsini açmış və içəridə olan eyni formalı çilçırağı götürüb çantasına yerləşdirib çıxmışdır. Çıxdıqdan sonra o, çantanı yerə qoymuş və Şirzaddan yanında durmasını xahiş etmişdir ki, özü gedib çöldə zibil qutusunun yanına qoyduğu və içərisinə qabları yığdığı çantasını götürüb gəlsin. O, bir qədər gec, təxminən 15-20 dəqiqəyə qayıtmışdır. Ona görə ki, bir qədər əvvəl zibil qutusundan qab yığanda zibil qutusunun yanında istifadə olunaraq atılmış elektron siqaret aparatı görmüşdür. Həmin əşyanı götürmək üçün o, bir qədər axtarmışdır. O, geri həyətə qayıtdıqda Şirzadı tapa bilməmişdir. Həmçinin Şirzad çilçıraq olan çantasını da özü ilə aparmışdır. Bundan başqa 22 iyul 2022-ci il tarixdə saat təxminən 05:30 radələrində o, oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 130 saylı 6 mərtəbəli yaşayış binasının qarşısından tək piyada keçərkən, bu zaman həmin binanın 2-ci grişinə keçərək oradan pilləkənlərlə 2-ci mərtəbəsinə qalxarkən, orada olan liftin - sol tərəfində yerləşən divar şkafının kilidlənmiş dəmir barmaqlıqlarla əhatələnmiş şüşə pəncərəsi olan dəmir qapını görmüşdür. Bundan sonra o, oradan oğurluq etmək üçün ətrafa baxıb heç kəsin olmadğını gördükdən sonra, üzərində olan dəmir parçası ilə qapının üzərində olan iki ədəd qıfılı sındıraraq həmin otağa daxil olmuş və orada bir çox müxtəlif çeşiddə olan əşyalar görmüşdür. Həmin otaqda olan bir ədəd qəhvəyi rəngli qutunu götürmüş və həmin qutunu açmış və içərisində çay və yemək servis dəstlərinin olduğunu görmüşdür. Bu zaman o, həmin çay və yemək servisini oradan oğurlayıb çıxıb elə həmin günü Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən “Təzə-Pir” Məscidinin yuxarı hissəsində yerləşən sökülmüş fərdi yaşayış evlərin birində görünməyən yerə gizlətmişdir. 27 iyul 2022-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən “Təzə-Pir” Məscidinin yaxınlığında piyada keçərkən ona mülki geyimdə polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getməyi dəvət etmişlər. O, həmin polis əməkdaşlarına heç bir etiraz etməyərək birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişdir. Polis bölməsində polis əməkdaşları 22 iyul 2022-ci il tarixdə saat təxminən 05:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 130 saylı 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən saxlanc yerindən oğurluq edib-etməməyi barədə sorğu sual etmişlər. O, polis əməkdaşlarına oğurluq etdiyini etiraf etmiş, gizlətiyi əşyaları təqdim edə biləcəyini bildirmişdir. Elə həmin günü o, polis əmkdaşları ilə birlikdə həmin ünvana gedərək orada onlara çay və yemək servis dəstlərini təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanda binanın birinci mərtəbəsində pilləkanın alt hissəsindəki saxlanc yeri ona məxsus olmuş və o, həmin saxlanc yerinə müxtəlif dəyərli əşyalarını yığmışdır. 4 iyun 2022-ci il tarixdə saat 12 radələrində həmin saxlanc yerinə baxan zaman ona məxsus 2 ədəd çilçırağın oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona 6000 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndilən şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 22 iyul 2022-ci il tarixdə saat təxminən 20 radələrində işdən yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 130, 6 mərtəbəli binanın 17 saylı mənzilinə həmin binanın 2-ci girişdən piyada 4-cü mərtəbəyə pilləkənlərlə qalxarkən, 2-ci mərtəbəsində yerləşən liftin sol yan tərəfində ona məxsus divar şkafının kilidlənmiş dəmir barmaqlıqlarla əhatələnmiş şüşə pəncərəsi olan dəmir qapının üzərindəki iki ədəd qıfılının sındırıldığını aşkar etmişdir. Bundan sonra o, həmin şkafın qapısını açaraq içəri daxil olmuş və müəyyən olunmuşdur ki, oradan ona məxsus öz şəxsi vəsaiti hesabına aldığı bir ədəd dəyəri 50 manat olan qəhvəyi rəngli qutunu, həmin qutunun içərisində olan ümumi dəyəri 600 manat olan “Valencia” 24 karat X5 markalı çay və yemək servis dəstini, 2 ədəd hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan yorğan - döşək yataq dəstlərini və 1 ədəd dəyəri 50 manat olan gül qabının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bir qədər sonra 23 iyul 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları hadisə yerinə gəlmiş və həmin hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və sonra isə Yasamal RPİ-nin 26-cı PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin hadisə nəticəsində ona ümumlikdə 900 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May Metrostansiyası yaxınlığında əlvan metal qəbulu məntəqəsində işləyir. 5 iyun 2022-ci il tarixdə səhər saatlarında bir nəfər şəxs məntəqəyə gələrək ona 40 manata 1 ədəd çilçıraq satmışdır. O, həmin şəxsdən çilçırağın oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs isə çilçırağın ona məxsus olmasını bildirmişdir. Çilçırağı alan zaman heç bir sənədləşdirmə aparmamışdır. Çilçırağı ona satan şəxs adının Şirzad olmasını demişdir. Çilçırağı aldıqdan bir neçə gün sonra polis əməkdaşları metal qəbulu məntəqəsinə gəlmişlər. O da Şirzadın ona satdığı çilçırağı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin iyun ayının ortalarına qədər olan müddət ərzində Bakı şəhəri, 5 mərtəbə deyilən yerdə Şahmat Klubu deyilən binanın arxa hissəsində Dilarə Əliyeva küçəsi 144 saylı ünvanda yerləşən obyektdə metal qəbulu ilə məşğul olmuşdur. Təxminən həmin ilin iyun ayının əvvəllərində metal qəbulu məntəqəsinə gələrək 1 ədəd sökülmüş vəziyyətdə olan çilçirağı satmaq istədiyini bildirmişdir. Özünü Samir kimi təqdim edən şəxs həmin çilçirağın oğurluq omadığını bildirmişdir. Bir müddət keçdikdən sonra o, sökülmüş vəziyyətdə olan çilçırağı digər metallarla birlikdə digər metal qəbul edən şəxslərə satmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 4 iyun 2022-ci il tarixdə saat 4 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində olan zaman binanın həyətində zibil qutularından qab yığmaqla məşğul imiş. Bu vaxt əvvəllər bir yerdə zibil topladığı Samiri görmüşdür. Samir ona ayağında şiş olmasına görə ayağının ağrıdığını demiş, ondan xahiş etmişdir ki, birlikdə özünə məxsus olan çilçırağı götürsün. Onlar birlikdə həmin binanın hətəyində gözləmiş, Samir binanın blokuna daxil olmuşdur. Bir neçə dəqiqə sonra əlində torbanın içində çilçıraq var imiş. Samir ondan orada gözləməsini xahiş etmişdir. O, Samiri orada təxminən 15-20 dəqiqə gözlədikdən sonra Samir gəlmədiyinə görə həmin çilçırağı və digər topladığı əşyalarla birlikdə çıxıb getmişdir. O, həmin çilçırağı Bakı şəhəri, Nəsimi rayonu, 28 May metro stansiyası yaxınlığında yerləşən metal qəbulu yerinə 40 manata satmışdır. Çilçırağı satan zaman ondan həmin çilçırağın oğurluq olub-olmaması soruşulmuş, o çilçırağı oğurlamadığını, özünə məxsus olmasını demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, buna dair müvafiq protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək cinayət işinin materillarına aləvə olunmuşdur (səh: 73-77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış, fotoşəkillər çəkilməklə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (səh: 85-89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 6 oktyabr 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı ifadəsini üzünə deməklə təsdiqləmişdir (səh: 265-270) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə təsdiqləmişdir (səh: 190-191). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(007)- 306/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1 il islah işlərinə məhkum edilmişdir (səh: 97-102; 104-106). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(004)-195/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-306/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-396/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən həmin cəza Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 7 gün həbsdə olduğu müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya idarəsinin məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının tətbiq edilməsinə dair təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilmi və o, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)-396/2021 saylı 04 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən azad edilmilmiş və onun üzərindən məhkumluğu götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5497 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd bürünc rəngli, 12 şamdanlı metal (bürünc) çilçırağın istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti təxminən 1000 (min) manat, 2 ədədi -2000 manat müəyyən edilir (səh: 179) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində ekspertiza rəyi ilə tanış olmuş, ekspertiza rəyində 2000 manat qeyd olunsa da, ona dəyən zərərin 6000 manat olmasının nəzərə alınmasını xahiş etmişdir. Həmin xüsusat iş üzrə vəsatət kimi qəbul olunaraq baxılıb təmin edilməsi barədə qərar qəbul edilmişdir (səh: 228-232). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5402 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təzə vəziyyətdə “Valencia” 24 karat X5 markalı çay və yemək dəstinin 2022-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 600 manat müəyyən olunur (səh: 239). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2022-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” qərardan görünür ki, hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh: 43-46). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli Yasamal Rayon Məhkəməsinin 4(004)-632/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müdətinə “həbs” qətimkan tədbiri seçilmişdir (səh: 57-58; 83-84). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, “ifadənin yerində yoxlanması haqqında” protokol, üzləşdirmə protokolları, maddi sübutlar, ekspert rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd təzə vəziyyətdə “Valencia” 24 karat X5 markalı çay və yemək dəsti və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd bürünc rəngli, 12 şamdanlı metal (bürünc) çilçıraq zərərçəkmiş şəxslər Mehman Qasımava və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-534/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 04 noyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd təzə vəziyyətdə “Valencia” 24 karat X5 markalı çay və yemək dəsti və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd bürünc rəngli, 12 şamdanlı metal (bürünc) çilçıraq zərərçəkmiş şəxslər Mehman Qasımava və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-57/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-57/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver