Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-571/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu, 3cü Bibiheybət dalanı, ev 6, mənzil 7-də qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan yolunda həyət evində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 16 iyul 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,478 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtanş tədbirləri nəticəsində 16 iyul 2022-ci il tarixdə saat 13:40-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPl-nin 27-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi əynindəki qara rənli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,478 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq 26 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,411 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 16:30 dəqiqədə ünvan 2 ünvanda Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Yasamal RPl-nin 26-cı PB-nə gətirilərək PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,411 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Yasamal RPİ İŞ-nin müstəntiqi E.Əsədovun xx.xx.2022-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və istintaqı ********* nömrə altında davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2013-cü il tarixdə X5 ilə ailə həyatı qurmuş, birgə nigahdan 2019-cu ildə qızı Sona dünyaya gəlmişdir, o, 2016-cı il tarixdə həbs olunduqdan sonra yoldaşı ondan boşanmış, 2019-cu ildə həbsdən azad olunduqdan sonra yuxarıda qeyd olunan ünvanda Hacı adlı şəxsin evində kirayədə yaşayr. Ailəsilə heç bir əlaqəsi yoxdur. 2016-cı ildə AR CM-nin 180.1-ci maddəsi ilə 02 il 11 ay azadlıqdan məhrum edilmiş, 2010-cu ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Bir neçə ildir ki, onun bədənində ağrılar olduğundan narkotik maddə heroindən istifadə edir. 16 iyul 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidən 20 manat pul verərək almışdır. Belə ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 16 iyul 2022-ci il tarixdə saat 13:40-da ünvan 4 ünvanının qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərinə şəxsi axtarış keçirilməsi ilə onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Bölmədə müdafiəçinin iştirakı ilə ona hüquqları izah olunmuş, sonra təhqiqatçı bölmədə xidməti otağında müdafiəçinin iştirakı ilə öncə ona üzərində hər hansı bir əşyanın olduğu halda masanın üzərinə qoyması barədə təklif etmiş, o, etiraz etmədən əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə içərisində narkotik maddə heron olan bükülünü çıxarıb polislərə təqdim etmişdir. Təhqiqatçı müdafiəçinin iştirakı ilə həmin bükümün içərisinə baxdıqdan sonra bükümdə olan maddənin nə olduğunu ondan soruşmuş, o, da öz növbəsində həmin maddənin heroin olduğunu və həmin maddənin həmin günü səhər saatlarında kubinkadan üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata aldığını demişdir. Üzərinə keçirilən şəxsi axtarış və götürümə zamanı telefonun video kamerası ilə çəkiliş aparılmışdır. Daha sonra qeyd edilən hallarla bağlı protokol tərtib olunmuş, üzərindən aşkar olunaraq götürülmüş heroin maddəsi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Bundan başqa, 26 avqust 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsə yaxınlaşaraq 10 manat pul verərək şəxsi istifadəsi üçün bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızında narkotik vasitə heroin almış və əynində olan qara rəngli cins şalvarın sağ yan cibimə qoyaraq üzərində saxlamışdır ki, axşam saatlarında istifadə etsin. Həmin gün saat 16:30-da Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsi 10 saylı dalanın qarşısında piyada hərəkətdə olduğu zaman Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlayaraq 26-cı PB-nə gətirmişlər. PB-nə gətirildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı səhər saatlarında aldığı həmin narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat bölmə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq verildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 13:30 radələrində tərəflərindən ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli bilindiyi və bu səbəbdən də onlarla birlikdə Yasamal RPl-nin 27-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra təhqiqatçı tərəfindən sonuncuya hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış apanlmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi sonuncuya təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan paketdəki bükümü çıxardaraq təqdim edərək, həmin bükümdəki maddəni həmin gün səhər saat 10 radələrində “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 26 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat bölmə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq verildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 16:30 radələrində tərəflərindən ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli bilindiyi və bu səbəbdən də onlarla birlikdə Yasamal RPl-nin 26-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra təhqiqatçı tərəfindən sonuncuya hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi sonuncuya təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim edərək, həmin bükümdəki maddəni həmin gün səhər saat 10 radələrində “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3849 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №168” dairəvi möhür əksi, «(imza) Talıbov S» yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,478 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Heroinin təmiz çəkisi - 0,478 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,428 qram.) İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4571 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxsA» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,411 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Heroinin təmiz çəkisi - 1,411 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,361 qram.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli, 3907 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli, 4809 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 178.2.2, 180.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 178.2.2-ci maddəsi üzrə cəzadan azad edilmiş, məhkumluğu olmayan hesab edilmiş. CM-nin 180.2.2-ci maddəsi üzrə əməli CM-nin 180.1-ci maddəsinə tövsif edilmiş, həmin hökmlə təyin edilmiş qəti cəza 02 il 11 ay həddində müəyyən edilmiş və cəzasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması nəzərə alınaraq, cəzasını çəkmiş hesab edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 13:40 dəqiqədə saxlanıldıqdan sonra şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 12:45 dəqiqədə təqsirləndirilən şəxs kimi dindirilmiş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Yasamal rayon prokuroruna müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, həmin vaxtı 46 saatdan çox, yəni 02 gün həbsdə olmuşdur. Bundan sonra o, ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitələrin qalıqları məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 28 gün (bir il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 26 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 179 manat (yüz yetmiş doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalıqları olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 1,361 qram narkotik vasitə - heroin və 0,428 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-571/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-571/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver