Məhkəmə qərarları › İş №1(004)-573/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-573/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-573/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağcabədi rayonunun Muğanlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan xeyli miqdarda 302,96 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib bir hissəsini üzərində və qalan hissəsini isə idarə etdiyi “Hyundai Elantra” markalı, **-YF-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 14:18-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi “Hyundai Elantra” markalı, **-YF-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 16:54-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 4,55 qram və 13,41 qram olmaqla ümumilikdə xeyli miqdarda 17,96 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 18 iyul 2025-ci il tarixdə saat 17:13-dən etibarən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-YF-*** qeydiyyat nişanlı avtomobilə onun özünün iştirakı və razılığı əsasında keçirilən baxış zamanı həmin avtomobilin arxa yük yerindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 01 ədəd sellofan torbanın içərisindən xeyli miqdarda 285,0 qram təmiz çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 1 ilə yaxın müddətdir ki, nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən əldə edirmiş. Sonuncu dəfə polis əməkdaşları tərəfindən tutulmamışdan 2 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 100 manat pul müqabilində təxminən 300 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitə çox ucuz qiymətə satıldığı üçün 300 qram narkotik vasitənin hamısını almışdır ki, sonra özü istifadə etsin. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 18 iyul 2025-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində idarə etdiyi “Hyundai Elantra” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində və idarə etdiyi avtomobildə “nəşə” kimi tanıdığı narkotik vasitə vardır. Polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, o, buna etiraz etməmiş və polis əməkdaşları tərəfindən idarə etdiyi “Hyundai Elantra” markalı 90-YF- 958 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə həmin idarəyə gətirilmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və üstünə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol arxa cibindən isə 01 ədəd avtomobil açarını çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 02 ədəd sellofon bükümdə olan narkotik vasitəni 2 gün əvvəl, yəni 16 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 100 manat pul müqabilində özü istifadə etmək məqsədi ilə əldə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa idarə etdiyi “Hyundai Elantra” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində əlavə olaraq narkotik vasitə qurudulmuş marixuana saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Bundan dərhal sonra DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “Hyundai Elantra” markalı **-YF-*** qeydiyyat nişanlı avtomobilə onun iştirakı və razılığı əsasında baxış keçirilmiş, baxış zamanı o, özündə olan açarla avtomobilin qapılarını açmış və avtomobilin yük yerində olan narkotik vasitə qurudulmuş marixuananı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, narkotik vasitə aşkar edildiyi sellofan torbada qablaşdırılmış və üzəri möhürlənmiş, iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Baxış davam etdirilərkən avtomobildən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra inzibati binada üzərinə şəxsi axtarış keçirilməsi və eləcə də avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib olunmuş, protokollar düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir Təqsirləndirilən şəxs həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə əldə etmiş və üzərində saxlamışdır. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərədə tutulan yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. Şahid qeyd etmişdir ki, 18 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərinə şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 18 iyul 2025-ci ıl tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdu. O, özü bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupuna işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri, polis kapitanı X5 və polis baş leytenantı X7, kiçik inspektor polis serjantı X2 daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət edərək 18 iyul 2025-ci il tarixdə saat 14:18 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılmış “Hyundai Elantra” markalı, 90- YF-958 qeydiyyat nişanlı avtomobilin yanında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin dayandığı müəyyən edilmiş, onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Fləmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Onlar Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib və barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində və ya başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamaması barədə soruşduqda, o, səmimi şəkildə etiraf edib hazırda üzərində və idarə etdiyi “Hyundai Elantra” markalı, **-YF-*** qeydiyyat nişanlı avtomobilin yük yerində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti yarandığından onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmiş və sonuncu idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. Baş İdarənin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Baş X4 baş təhqiqatçısı Natiq Əzimov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl baş təhqiqatçı Natiq Əzimov tərəfindən Təqsirləndirilən şəxs bu prosesin videoçəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələr izah olunmaqla bu barədə qərar ona elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu bildirib, əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və sol arxa cibindən isə 01 ədəd avtomobil açarını çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə baş təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Aşkar olunmuş avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmış və “İphone” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitədən başqa idarə etdiyi və hazırda Baş İdarənin inzibati binasının həyətində saxlanılmış “Flyundai Elantra” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində də narkotik vasitə saxladığını və həmin narkotik vasitəni də təhvil verə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 2 gün əvvəl yəni, 16 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 100 manat pul müqabilində özü istifadə etmək məqsədilə əldə etdiyini, əldə etdiyi narkotik vasitədən heç kimə satmaq məqsədinin və niyyətinin olmadığını bildirmişdir. Bundan dərhal sonra Baş İdarənin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-YF-*** qeydiyyat nişanlı avtomobilə onun özünün razılığı və iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə saxladığı narkotik vasitələri təqdim etsin. Təqsirləndirilən şəxs özündə olan açarla avtomobilin qapılarını açmış və avtomobilin yük yerində olan 01 ədəd sellofan torbanı götürüb təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman torbanın içərisindən yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə baş təhqiqatçı tərəfindən qablaşdırılmış və üzəri möhürlənmiş, iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş, protokollar düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş və belə hallar olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı hansı qaydada, necə, kimdən, hansı şəraitdə əldə etdiyini hələlik əməliyyat yolu ilə dəqiq müəyyənləşdirə bilməmişlər, bu barədə hazırda dəqiq əməliyyat məlumatı yoxdur. İlkin dövrdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olsa da, sonradan əldə etdikləri əlavə bir çox məlumatlarda bunu tam dəqiqləşdirə bilməmişlər, ilkin dövrdə onun barəsində daxil olmuş əməliyyat məlumatından fərqli olaraq sonrakı vaxtlarda əldə etdikləri əlavə məlumatlarda Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin istifadəçisi, yəni özünün belə maddələrin qəbul edəni olduğu bildirilmişdir. Yəni Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuananı kiməsə satmaq məqsədi ilə saxlaması, yaxud da ki ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi barədə hələlik təsdiqedici dəqiq əməliyyat məlumatı yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X8, X7 və X1 məhkəmə iclasında elan edilmiş ifadələrindən məlum olmuşdur ki, onlar da şahid qismində dindirilmiş Şahid ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 14:18-dən) Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 19). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 14:18-də ünvan 2 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq idarə etdiyi “Hyundai Elantra” markalı, **-YF-*** qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 16:54-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 02 ədəd sellofan büküm aşkar olunaraq polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesi 18 iyul 2025-ci il tarixdə saat 17:06-da başa çatmışdır. (İ/V. 27-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 18 iyul 2025-ci il tarixdə şəxsi axtarış və götürmə aparıldıqdan dərhal sonra həmin günü saat 17:13-də etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-YF-*** qeydiyyat nişanlı avtomobilə onun özünün iştirakı və razılığı əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətinə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 01 ədəd sellofan torba aşkar olunaraq polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxış keçirilməsi və götürmə aparılması prosesi 18 iyul 2025-ci il tarixdə saat 17:20-də başa çatmışdır. (İ/V. 33-35). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2025-ci il tarixli 7/976 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə olan şəffaf paketdə sellofan bükülüdə təmiz çəkisi 4,55 qram və bir ədəd sellofan bükülüdə təmiz çəkisi 13,41 qram bitki mənşəli kütlələr eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 17,96 qramdır. - Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri yazılmış yapışqan lentlə bağlanmış polietilen torbada bir ədəd sellofan torbada təmiz çəkisi 285,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd yapışqan lentlə bağlanmış polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 302,96 qram, cəmi tədqiqata sərf olundu - 0,3 qram, qalıq - 302,66 qram. (İ/V. 45-49). Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-899/2025 saylı, xx.xx.2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 98-102). “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, mobil telefon ***-***-**-** nömrə ilə istifadə edilir, telefonun parlaq boz rəngli olmaqla işlənmiş vəziyyətdədir, plasmas- metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. (İ/V. 111). “Telefon zəngləri üzrə aparılmış danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı müəyyən edildi ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 18694 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD aiskdə təqdim olunmuşdur. Həmin disk istifadəmdə olan «Toshiba» markalı kompüterin qurğusuna caxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** saylı nobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 03 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Quliyev rəhmin Namiq oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Azərbaycan Respublikası DİN BƏSİİ-dən əldə edilmiş 19 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 134-135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 11 avqust 2025-ci il tarixli 4881 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 140-141). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməklə onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 302,96 qram narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 302,66 qram narkotik vasitə marixuana saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına və baxış keçirilməsi və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 02 ədəd “DVD" disk iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 118-124). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsi halını, həmin cinayət əməlindən peşman olmasını bildirməsini və ilk dəfədir ki cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi halını, eləcə də törətdiyi cinayət əməlindən peşman olmasını bildirməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə daha ciddi cəza növünün tətbiq edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxsnın haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxsnın haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxsya narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxsya məxsus, tədqiqatdan sonra qalıq qalmış çəkisi 302,66 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Qanunçuluq” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-573/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Qanunçuluq” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdən hazıradək həbsdə saxlanıldığı 05 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 10 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 302,66 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına və baxış keçirilməsi və götürmə aparılmasına dair videogörüntülər əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Qanunçuluq” Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar