Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-58/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Hacıqabul şəhərində anadan olmuş, subay, məhkum olunmayan, işləməyən, orta təhsilli, Hacıqabul rayonu, M.Gəncəvi küçəsi, ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatları yaymaqla özgənin əmlakını hədə qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, vahid niyyətlə əhatə olunan qəsdlə 25 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Ak.Mirqasımov adına X1 müalicədə olarkən atası Şahid2 adına olan ***-***-**-** Bakcell nömrəsi ilə qediyatdan keçərək, «İnstaqram» sosial şəbəkəsində «Pulsuz.Görüşən» adlı hesab açaraq, həmin hesabda Zərərçəkmiş şəxs arvadı Fidan Rzayevanın istifadəsində olan «Fidanzeynn» hesabında paylaşdığı ailə şəkillərini «scrin» edib, «Pulsuz.Görüşən» hesabında paylaşaraq, həmin şəkillər barədə əxlaqsız, təhqiredici ifadələr yazmış, şəkillərin, eləcədə rüsvayedici məlumatların sosial şəbəkədən silinməsi məqsədilə Zərərçəkmiş şəxs hədə qorxu yolu ilə 250 manat pul tələb etmiş, əks təqdirdə həmin hesabı silməyəcəyini deməklə, sonuncunu hədələmiş, Zərərçəkmiş şəxs hədənin real olmasını, bu xarakterli məlumatların yayılmasının onun və ailəsinin rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edərək, məcburiyyət qarşısında, həmin profil hesabının silinməsi üçün yaşadığı ünvan 1 ünvanında özünə məxsus kart hesabından Təqsirləndirilən şəxs ona göndəmiş olduğu İnstaqram sosial şəbəkəsində «tustuzadə. qelyan.vape.sifarişi» hesabı ilə online qəlyan satışı ilə məşğul olan Şahid1 istifadəsində olan Leo banka aid 4098 5844 5005 3531 nömrəli kart hesabına ödətdirərək, 250 manat məbləğində pulu hədə qorxu ilə tələb edib almış, cinayətkar hərəkətlərinin davamı olaraq 27 noyabr 2023-cü il tarixdə yenidən eyni məqsədlə Zərərçəkmiş şəxs hədə qorxu gələrək, onun ailə üzvlərinin barəsində olan təhqir edici ifadələrin, şəkillərin, eləcədə rüsvayedici məlumatların sosial şəbəkədən silinməsi məqsədilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında özünə məxsus kart hesabından Təqsirləndirilən şəxs məxsus «Leo» banka aid olan 4098 5844 5863 7772 nömrəli kart hesabına 45 manat pulu göndərdib, ödətdirərək, ümumilikdə 295 manat pulu hədə qorxu ilə tələb edib almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o vaxtlarda o, Kürdəmirdə xəstəxanada yatırdı, müalicə alırdı, beynində epilepsiya ilə bağlı ocaq var, onunla bağlı orada yatırdı. Evdəkilərin telefonunu götürmüşdür, birdən-birə elə bir səhifə açmışdır, pul da istəməmişdir, sadəcə özü təklif edib, deyib pul atır ona birdə belə işlərlə məşğul olmasın. Ondan sonra da belə bir şey olmayıb. Əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışdırığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, 2-ci qrup əlil olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Etibar oğlu ifadəsində göstərdi ki, onun yoldaşı influencer-bloggerdir, günlərin bir günü qeyrisosial şəbəkədə onun şəkilləri və altından lazımsız sözlər yazılmışdı. İlkin olaraq birinci şəkil paylaşılmış və ardınca ikinci, üçüncü şəkillər paylaşılmışdır və digər insanlar da bunu onlara göndərməyə başlamışdır. Sonra o, həmin səhifəyə yazmışdır ki, bunları sil, orada da həm yoldaşının , həm də uşağının şəkilləri idi. Ondan sonra o özü ona təklif etmişdir ki, bunun qarşılığında nə lazımdırsa, ödəməyə hazırdır, yalnız bunlar silinsin. Şikayətini Polis İdarəsinə bildirməzdən əvvəl birinci özü istəmişdir, ondan sonra təklif etmişdir, birinci və ikinci şəkillər silinib, bu təkrar olunmasın deyə gedib şikayətini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, sadəcə qəlyanı mağazadan götürüb İlkinə çatdırmışdır, İlkin ona heçnə deməmişdir, o sadəcə kuryer kimi gedib götürmüşdür. Satışı edən onların dostu Orxandır, onun kartına pul atılıb, dəqiq məbləğ yadında deyil, qəlyan, yağ və əlavə pul olub orada, deyib ki, onu da ona nağd pul şəklində versinlər, karta atacaq, bir də kartdan çıxartmasın. “Nizami Mall”un qabağında qəlyanı, yağı və əlavə pulu vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, online qaydada qalyan satmaqla məşğul olur, həm də Gəncə şəhərində əyani Aqrar Universitetində oxuyur. Qəlyanı «İnstaqram» sosial şəbəkəsində satır, «Tustuzade» «Qelyan.Vape.sifarisil» instaqram səhifələrində telefon nömrəsi, yəni ***-***- **-** nömrəsi var. İstənilən şəxs «İnstaqram» sosial şəbəkəsinə daxil olduqda həmin səhifələrdən onun telefon nömrəsni götürüb ona zəng edə bilər. Qəlyan isə Bakı şəhərində, «Elmlər Akademiyası» metro stansiyasının yanında yerləşən «Avroset» adlı mağazadan həyata keçirilir. Mağazada qəlyan, eynək, telefon aksessuarları və s. mallar satılır. Satışı Şahid4 adlı şəxs həyata keçirir. 25 noyabr 2022-ci il tarixdə saat 04:22-də mənə «Whatsapp» sosial şəbəksində ***-***-**-** nömrəsində yazmışlar ki, «Draq» markalı qəlyan istəyir. Həmin nömrəyə həmin gün saat 08:19-da cavab yazmışdır ki, «argus pro» markalı qəlyan var. Həmin şəxs ona yenidən 12:42-də yazmışdır ki, «Argus pro» hansı qiymətədir və həmin ödənişi kart vasitəsilə etmək olarmı. Həmin şəxsə «Whatsapp» sosial şəbəksində demişdir ki, «Argus Pro» qəlyanının qiyməti 150 manatdır, yağının qiyməti isə 25 manatdır. Kartla ödəniş etmək mümkündür. Həmin şəxs ondan çatdırılmanın necə olacağını soruşanda çatdırmanın dəyəri 5 manat olduğunu demişdir. Həmin şəxs də ona bildirmişdir ki, 2-ci qrup əlildir, evdən çıxa bilmir, ona görə onun kartına 250 manat pul köçürəcək, həmin pulun 180 manatını qəlyana görə çıxarılsın, 70 manatını isə qalyanla birdikdə ona nağd şəkildə qaytarmaq üçün xahiş etmişdir. Onunla razışıb ondan şəxsiyyət vəsiqəsinin şəkilini ona atmağını xahiş etmiş,həmin şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünün şəxsiyyət vəsiqəsinin və əlillik vəsiqəsinin şəklini ona göndərmişdir, bundan başqa özünün 4098 5844 5005 3531 nömrəli «Leo bank» bankına aid bank kartının şəklini həmin şəxsin «Whatsapp» sosial şəbəksində olan nömrəsinə göndərmişdir. Həmin gün saat 13:35-də həmin şəxs mənə məxsus həmin bank hesabına 250 manat məbləğində pul atmışdır. Bundan sonra mağazanın sahibi Şahid4 zəng edib «Argus pro» qəlyanını və bir ədəd həmin qəlyanın yağının sifarişini demiş, həmçinin İbrahimə qəlyan alan şəxs əlil olduğuna görə əlavə olaraq ona 70 manat da nağd pul verməsini bildirmişdir. Qəlyanı alan şəxsin onun kartına 250 manat pul köçürdüb, 180 manat qəlyana, qəlyan yağına və çatdırılmasına görə, 70 manat nağd pulu isə ona qaytarılmalıdır, adı Təqsirləndirilən şəxsdur. Sonra isə 250 manat pulu Şahid4 məxsus olan «Lero bank»a aid 4098 0944 2037 8448 nömrəli bank hesabına göndərmişdir. Bundan bir müddət keçəndən sonra ona Yasamal RPİ-nin 29-cu polis şöbəsindən zəng etdilər və çağırdılar. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin 250 manat pulu özü deyil, kimisə şantaj edərək ona ödətdirmişdir. Lakin, onun bu işlərindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnstaqram sosial şəbəkəsində olan yazışmalara baxış keçirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Fidan istifadəsində olan «Fidanzeynn» hesabında paylaşdığı şəkilləri «scrin» edərək, “Pulsuz.görüşən” hesabında paylaşaraq, həmin şəkillər barədə əxlaqsız, təhqiredici eləcədə rusvayedici məlumatlar yazması və bu yazıların sosial şəbəkədən silinməsi məqsədilə Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb edərək sonuncunun ümumilikdə 295 manat pulunu ələ keçirməsi öz təsdiqini tapmışdır. “Whatsapp” ani mesajlaşma proqramında olan yazışmalara baxış keçirilməsi haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** nömrəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması, yazışmalarda Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsinin, əlillik vəsiqəsinin şəklini çəkərək “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Şahid1 göndərməsi, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu ilə tələb etdiyi 250 manat pulun məhz online Qəlyan satışı ilə məşğul olan Şahid1 adına olan 4098 5844 5005 3531 nömrəli Leo Banka aid kart hesabına köçürüldüyü və həmin pulun müqabilində Təqsirləndirilən şəxs Şahid1 180 manata X7 və bir ədəd həmin qəlyanın yağını alması, 70 manat pulu isə nəğd olaraq alması faktı öz təsdiqini tapmışdır. “Kart hesabının çıxarışına baxış keçirilməsi haqqında” 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 25 noyabr 2023-cü il tarixdə saat 13:35:02-də X6 Rzayevdən hədə qorxu ilə tələb etdiyi 250 manat pulun sonuncu tərəfindən “Birbank” tətbiqi vasitəsi ilə Şahid1 məxsus 4098 5844 5005 3531 nömrəli Leo banka aid kart hesabına köçürülməsi faktı öz təsdiqini tapmışdır. “Kart hesabının çıxarışına baxış keçirilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 27 noyabr 2023-cü il tarixdə saat 18:53:36-da X6 Rzayevdən hədə qorxu ilə tələb etdiyi 45 manat pulun sonuncu tərəfindən Təqsirləndirilən şəxs məxsus 4098 5844 5863 7772 nömrəli Leo banka aid kart hesabına köçürülməsi faktı öz təsdiqini tapmışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonda hal-hazırda ***-***-**-** saylı nömrə altında istifadə olunur. Şahid3 bildirdiyinə görə həmin mobil telefon 24-27 noyabr 2022-ci il tarixlərdə onun oğlu Təqsirləndirilən şəxs olmuş və həmin müddətdə telefonda onun həyat yoldaşı Şahid2 məxsus ***-***-**-** saylı nömrə istifadə olunmuşdur. Telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir məlumat, fotoşəkil, yazışma aşkar olunmamışdır. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 07 fevral 2023-cü il tarixli 311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş 26 fevral 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Nəhmədov X2 RMX PHŞ-nin konsultativ poliklinika şöbəsinin Psixiatr kabinetində G40.3 (Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar) diaqnozu ilə qeydiyyatdadır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur. Aralarında barışıq vardır və ona dəymiş ziyan ödənilmişdir. Şikayətçi deyildir. “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Ehtiybar oğlu tərəfindən 1-ci dəfə 25 noyabr 2022-ci il tarixdə 250 manat pulun köçürüldüyü Şahid1 məxsus 4098 5844 5005 3531 nömrəli Leo banka aid kart hesabının çıxarışı, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs Ehtiybar oğlu tərəfindən 2-ci dəfə 27 noyabr 2022-ci il tarixdə 45 manat pulun köçürüldüyü Təqsirləndirilən şəxs məxsus 4098 5844 5863 7772 nömrəli Leo banka aid kart hesabının çıxarışı, həmçinin Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi instaqram sosial şəbəkəsində Təqsirləndirilən şəxs yaratmış olduğu «Pulsuz.görüşən» adlı sosial şəbəkə istifadəçisi ilə aralarında olan yazışmalar və Şahid1 istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs istifadəsində olmuş və atası Şahid2 adına olan ***-***-**-** Bakcell nömrəsi ilə aralarında olan «Whatsapp» yazışmalar iş üzrə subut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Cəza təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, 2-ci qrup əlil olmasını, epilepsiya xəstəliyindən əziyyət çəkməsini və əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 03 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 məxsus 4098 5844 5005 3531 nömrəli Leo banka aid kart hesabının çıxarışı, Təqsirləndirilən şəxs məxsus 4098 5844 5863 7772 nömrəli Leo banka aid kart hesabının çıxarışı, “İnstaqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs yaratmış olduğu «Pulsuz.görüşən» adlı sosial şəbəkə istifadəçisi ilə aralarında olan yazışmalar, Təqsirləndirilən şəxs istifadəsində olmuş və atası Şahid2 adına olan ***-***-**-** Bakcell nömrəsi ilə aralarında olan «Whatsapp» yazışmalar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-58/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-58/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver