Məhkəmə qərarları › İş №1(004)-58/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-58/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-58/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Qanuni nümayəndə - X5, Müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 13 saylı orta məktəbdə tələbə olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə aid elektron məlumat daşıyıcısı hesab edilən 5261-6333-3364-4517 nömrəli plastik kartın üz qabığında olan məlumatları ələ keçirərək bank hesabına internet vasitəsilə qanunsuz daxil olaraq 11 iyul 2024-cü il tarixdə saat 03:11 radələrində ünvan 3 ünvanında olan zaman “Bolt” tətbiqi vasitəsi ilə öz istifadəsində olan 070- ***-**-** saylı mobil nömrə ilə Nizami marketdən 30 manat 65 qəpik dəyərində ərzaq məhsullarını,11 iyul 2024-cü il tarixdə saat 03:13 radələrində ünvan 3 ünvanında olan zaman “Bolt” tətbiqi vasitəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Papa Johns” restoranından 68 manat 70 qəpik, bundan başqa 12 iyul 2024-cü il tarixdə saat 02:46 radələrində ünvan 3 ünvanında olan zaman “Bolt” tətbiqi vasitəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Nizami marketdən” restoranından 29 manat 49 qəpik dəyərində ərzaq məhsullarını, 12 iyul 2024cü il tarixdə saat 03:21 radələrində ünvan 3 ünvanında olan zaman “Bolt” tətbiqi vasitəsi ilə öz istifadəsində olan 070- ***-**-** saylı mobil nömrə ilə “Vape Point” elektron qalyan mağazasından 38 manat 69 qəpik dəyərində 1 ədəd elektron qalyan aparatı olmaqla ümumilikdə 167 manat 53 qəpik, bundan başqa 12 iyul 2024-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında olan zaman dostu Şahid1 müxtəlif bəhanələrlə istifadəsində olan İphone markalı ***-***-**-** saylı mobil nömrə olan telefon aparatını alaraq Şahid1 mobil nömrəsi ilə “Volt” tətbiqi vastiəsi ilə Yasamal rayonu, Statistika dairəsi yaxınlığında yerləşən “Vozol” elektron qalyan mağazasından 2 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 60 manat olan Vista 20000 Buzlu qarpız, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Rover 20000 Buzlu mango, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Qaragilə enerji içkisi, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Manqo ananas qreypfrut,1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Cənnət meyvəsi moruq Naringi, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Giləmeyvələrin qarışığı,1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Enerji içkisi, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Buzlu qaragilə moruq, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Qaragilə moruq limon,1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Qaragilə mojito xidmət haqqı və çatdırılma haqqı 4 manat 29 qəpik endirim 3 manat 30 qəpik olmaqla ümumi dəyəri 330 manat 99 qəpik təşkil edən elektron qalyanı, bundan başqa 12 iyul 2024-cü il tarixdə ünvan 5 ünvanında olan zaman dostu Şahid2 məxsus İphone markalı ***-***-**-** saylı mobil nömrə olan telefon aparatını müxtəlif bəhanələrlə alaraq N.Məhəmmədəlinin mobil nömrəsi ilə saat 20:50 radələrində Bolt tətbiqi vasitəsi ilə KFC restoranından 61 manat 49 qəpiklik, 12 iyul 2024-cü il tarixdə isə saat 20:52 radələrində ünvan 5 ünvanında olan zaman Məhəmmədəlinin mobil nömrəsi ilə Nizami marketdən 43 manat 08 qəpik dəyərində ərzaq məhsulları almaqla ümumilikdə 104 manat 57 qəpik dəyərində qeyd olunan hesabdan vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, hissə-hissə olmaqla ümumilikdə 603 manat 09 qəpik pul vəsaitini onlayın qaydada istifadə etməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İlkin məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamda göstərilənlərin onun tərəfindən törədilmədiyini bildirsə də, növbəti məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, qanuni nümayəndəsi olan anasının yanında ittihamda göstərilənləri törətdiyini bildirməkdən utandığı üçün keçən məhkəmə iclasında özünü tam təqsirli bilmədiyini bildirmişdir. Eyni zamanda ifadəsində göstərmişdir ki, Ağayev Ramini futbol oynayan zaman tanımışdır. Ramin 167 saylı orta məktəbdə, o isə 13 saylı məktəbdə təhsil alırmış. Təhsil aldığı məktəblər yaxın olduğu üçün futbol oyunları zamanı tanımışdır. Onun istifadəsində “Zonqşen” markalı motosiklet varmış. Raminlə tanış olduğu üçün motosikletini sürməyə ona vermişdir. Ramin motosikletini sürdüyü üçün və sürməyi də düzgün bacarmadığı üçün motosikletinin motor hissəsində problem yaranmışdır. Ramin isə bütün xərcləri özü ödəyəcəyini bildirmişdir. Motosikletinin motorunun xərci təxminən 600 manat edirmiş. Həmin xərcin 300 manat olan hissəsini Ramin ödəsə də geri qalan 300 manat hissəini ödəməmişdir. Təxminən bir neçə ay bundan öncə Raminə 10 manat borcu olduğu üçün həmin pulu ona göndərmək istəyəndə Ramin atasına məxsus 5261-333-33645-4517 saylı kart hesabını göndərmişdir. O da ona olan borcunu Raminin atasına məxsus 5261-333-33645-4517 saylı kart hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə telefonunun şəkillər siyahısına baxan zaman Raminin atasına məxsus kartın şəklini görmüşdür. Həmin ərəfədə o əyləncə mərkəzində “Qorxu evində” işləyirmiş. Raminin də telefona cavab vermədiyini görüb əsəbləşərək xx.xx.2024-cü il tarixdə saat 03:11 radələrində işdən gələn zaman Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova 3 küçəsində Bakı Apellyasiya Məhkəməsinin yaxınlığında “Bolt” tətbiqi vasitəsi ilə Nizami marketdən 30 manat 65 qəpik, “Papa Jons” restoranının Əcəmi filialından 68 manat 70 qəpiklik alış veriş edib yaxınlıqda yaşayan kasıb qadına vermişdir. Bundan sonra yenə işdən gələn zaman xx.xx.2024-cü il tarixdə saat 02:46 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova 3 küçəsində Bakı Apellyasiya Məhkəməsinin yaxınlığında Bolt tətbiqi vasitəsi ilə Nizami marketdən 29 manat 49 qəpik dəyərində ərzaq məhsullarını bir qədər sonra 03:21-də Vape Point 1 ədəd 38 manat 69 manata elektorn qalyan almışdır. Ərzaqları eyni qayda olaraq yaxınlıqda yaşayan qoca şəxslərə vermişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olan zaman dostu Uğurdan telefonunu 1 saatlıq ona verməsini xahiş etmişdir. Uğur da ona etiraz etməyib telefonu 1 saatlıq ona vermişdir. O, Uğurun mobil nömrəsi ilə “Volt” tətbiqi vasitəsi ilə Yasamal rayonu, Statistika dairəsi yaxınlığında yerləşən “Vozol” mağazasından 2 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 60 manat olan Vista 20000 Buzlu qarpız, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Rover 20000 Buzlu mango, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Qaragilə enerji içkisi, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Manqo ananas qreypfrut, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Cənnət meyvəsi moruq Naringi, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Giləmeyvələrin qarışığı, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Enerji içkisi, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Vista 20000 Buzlu qaragilə moruq, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Qaragilə moruq limon, 1 ədəd 1 ədədinin qiyməti 30 manat təşkil edən ümumi dəyəri 30 manat olan Gear Pover 20000 Qaragilə mojito, xidmət haqqı 4 manat 29 qəpik çatdırılma haqqı 3 manat 30 qəpik olmaqla ümumi dəyəri 330 manat 99 qəpik təşkil edən elektron qalyan sifariş edərək həmin elektron qəlyanları yaxınlıqda yaşayan şəxslərə 10 manat ucuz, yəni bir ədədini 20 manata satmışdır. 12 ədəd elektron qalyanı ümumilikdə 220 manata satmışdır. Daha sonra Uğura heç bir şey demədən telefonunu özünə qaytarmışdır. Daha sonra həmin kartda pul olduğunu görüb dostu Məhəmmədəlidən də telefonla işinin olduğunu bildirərək onun telefonunu 1 saatlıq ona verməsini bildirmişdir. Məhəmmədəli də etiraz etməyib İphone markalı mobil telefonunu ona vermişdir. O, Məhəmmədəlinin mobil telefonu ilə Bolt tətbiqindən xx.xx.2024-cü il tarixdə saat 20:50-də KFC restoranından 61 manat 49 qəpiklik, Nizami marketdən isə aat 20:52-də 43 manat 08 qəpiklik ərzaq məhsulları sifariş etmişdir. Ərzaq məhsullarını ətrafdakı şəxslərə vermişdir. Telefonu isə Məhəmmədəliyə heç bir şey olmamış kimi qaytarmışdır. Elektron qəlyandan əldə etdiyi 220 manat pulun üzərinə 20 manat da özü qoyaraq motosiklet ustasına aparıb vermişdir. Həmin vaxt motosiklet ustasına 60 manat borcu varmış. Daha sonra yenidən cəht etsə də heç nə şifariş edə bilməmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs onun dostu Raminin atasıdır. 5261-333-33645-4517 saylı kart hesabından ümumilikdə 599 manat 79 qəpik dəyərində Bolt və Volt tətbiqi vasitəsi ilə alış veriş etmişdir. 3 manat 30 qəpik isə çatdırılma haqqı çıxıldığı üçün ümumilikdə 603 manat 09 qəpik pul çıxarmışdır. Həmin pulla sifariş verdiyi ərzaq məhsullarını yaşadığı evin yaxınlığında kimsəsiz qadına, elektron qəlyanları isə yaşadığı məhlədə uşaqlara 10 manat ucuzuna satmışdır. Həmin şəxsləri üzdən tanıyır, lakin anket məlumatlarını bilmir. Bu səbəbdən də onların anket məlumatlarını təqdim edə bilməmişdir. Nə ərzaq məhsullarını pul qarşılığında satmış, nə də kartdan pul çıxarılması zamanı ona kömək edən şəxs olmuşdur. Elektron qəlyandan əldə etdiyi gəliri heç bir kənar şəxsə verməmişdir. Həmin pulları motosikletinin təmiri üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs kart hesabından pul çıxaran zaman bu barədə heç bir şəxsə məlumat verməmişdir. Sifariş verdiyi mobil nömrələr dostlarına aiddir. ***-***-**-** saylı mobil nömrənin istifadəsi dostu Şahid1, ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. ***-***-**-** saylı mobil nömrə isə dostu Məhəmmədəlinin istifadəsindədir. Belə ki, sifarişləri dostlarının nömrəsi ilə edirmiş ki, oğurluq hadisəsini onun törətməsi şübhələnilməsin. Uğur və Məhəmmədəliyə müxtəlif bəhanələrlə telefonlarını 1 saatlıq ona veməsini istəmişdir. Onlar mobil telefonlarını verdikdən sonra onlardan xəbərsiz sifarişləri etmişdir. Sifarişləri Yasamal rayonu ərazisindən A.M.Şərifzadə küçəsində, Ayna Sultanova küçəsində olan zaman etmişdir. Əməlindən peşman olduğunu, bir daha bu cur hallar yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rabitə Bank ASC-ə məxsus 5261-6333-3364-4517 saylı plastik kartı təxminən 4 ilə yaxındır ki, istifadə edirmiş. Kartı mütəmadi olaraq özündə saxlayırmış. Təhükəsizlik tədbirlərinə də daimi riayət edirmiş. Kartına bildiriş gəlmədiyi üçün kartdan pulun çıxarılması barədə məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə ona məxsus Rabitə Bank ASC-ə məxsus 5261-6333-3364-4517 saylı plastik karta daxil olan zaman kartından “Volt” və "Bolt” tətbiqindən istifadə edilməklə 603 manat 09 qəpik ödəniş olunduğunu aşkar etmişdir. Bu barədə ailəsindən soruşduqda ailədə olan heç bir kimsənin məlumatı olmadığını bildirdikdən sonra bu barədə Rabitə Bank, daha sonra VOLT və Bolt tətbiqi ilə əlaqə saxlamışdır. Əlaqə saxladığı şirkətlərdən onu qane edəcək məlumat ala bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə bu barədə polisə müraciət etmişdir. Ona məxsus "xxxx" ASC- ə məxsus 5261-6333-3364-4517 saylı plastik kartının balansındakı pulun icazəsi olmadan çıxarılmasında şübhələndiyi şəxs yoxdur. "xxxx" ASC-ə məxsus 5261- 6333-3364-4517 saylı plastik kart şəxsi isifadəsində olan kart olduğundan, xx.xx.2024 cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müxtəlif vaxtlarda, 603 manat 09 qəpik çıxarıldığı üçün ona 603 manat 09 qəpik məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Belə ki, onunla Yasamal rayonu, 13 saylı tam orta məktəbdə təhsil aldığı üçün tanımışdır. Münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı binanın qarşında olan zaman Cəlal da onunla birlikdə olmuşdur. Həmin vaxt Cəlal ondan İphone 14 markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon aparatının ona lazım olduğunu, təxminən 30 dəqiqəlik işi olduğunu bildirmişdir. O, ona etiraz etsə də, Cəlal təkid etdiyi üçün telefonunu ona vermişdir. Təxminən 30 dəqiqə sonra Cəlal gələrək telefonunu ona qaytarmışdır. O, telefonuna baxan zaman heç bir şübhəli hal hiss etmədiyi üçün çıxıb yaşadığı evə getmişdir. Təxminən 3-4 gün sonra polis əməkdaşları tərəfindən istifadə etdiyi mobil telefona zəng gələrək onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilə eyni məktəbdə təhsil almışlar. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Cəlalın onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə alış-veriş etməsindən xəbəri olmamışdır. Onun nömrəsi ilə alış-veriş etməsini polis əməkdaşları tərəfindən polis idarəsində olan zaman məlumatı olmuşdur. Cəlalın həmin elektron qalyan aparatlarını kimə satması barədə məlumatı yoxdur. O, telefonu geri qaytaran zaman əlində hər hansı qalyan aparatını görməmişdir. Təqsirləndirilən şəxs ondan mobil telefonunu aldıqdan sonra hansı məqsədlə istifadə etməsi barədə məlumatı olmamışdır. Cəlal əldə etdiyi qazancdan heç bir hissəsini ona verməmişdir. Bunu Cəlal özü də təsdiq edə bilər. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. Belə ki, onunla Yasamal rayonu 13 saylı tam orta məktəbdə təhsil aldığı üçün tanımışdır. Münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində Cəlalın yaşadığı binanın qarşında olan zaman Cəlal da onunla birlikdə idi. Həmin vaxt Cəlal ondan İphone 6 markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon aparartının ona lazım olduğunu, təxminən 30 dəqiqəlik işinin olduğunu bildirdi. O, Cəlala etiraz etməyərək telefonu ona verdi. Təxminən 30 dəqiqə sonra Cəlal gələrək telefonu ona qaytardı. O, telefonuna baxan zaman heç bir şübhəli hal hiss etmədiyi üçün çıxıb yaşadığı evə getdi. Təxminən 3-4 gün sonra polis əməkdaşları tərəfindən istifadə etdiyi mobil telefona zəng gələrək onu polis idarəsinə dəvət etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Qanuni nümayəndənin təyin edilməsi haqqında” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin olunmuş və onun cinayət prosesində iştirakı təmin olunmuşdur (i.v.20). “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.45). “Qanuni nümayəndənin təyin edilməsi haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 xx.xx.2008-ci il təvəllüdlü Şahid1 qanuni nümayəndəsi təyin olunmuş və onun cinayət prosesində iştirakı təmin edilmişdir (i.v.94-95). “Məlumatlara baxış keçirilməsi barədə” 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd A4 formatına məlumatlara baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus 5261-6333-3364-4517 saylı plastik kartdan xx.xx.2024cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 30 manat 65 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 68 manat 70 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 38 manat 69 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 29 manat 49 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 43 manat 08 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 61 manat 49 qəpik alış veriş edilməsi müəyyən edilmişdir (i.v.107). “Məlumatlara baxış keçirilməsi barədə” 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd A4 formatına məlumatlara baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus 5261-6333-3364-4517 saylı plastik kartdan xx.xx.2024cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 330 manat 99 qəpik alış veriş edilməsi müəyyən edilmişdir (i.v.109). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 daxil olmuş xx.xx.2024-cü il tarixli xx/xx-9177 nömrəli məktubdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (i.v.111). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 daxil olmuş xx.xx.2024-cü il tarixli 9965 nömrəli məktubdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v.112). “DVD-R disk üzrə məlumatlara baxış keçirilməsi barədə” 31 avqust 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş, 01 ədəd A4 formatına məlumatlara baxış keçirilmiş, baxış zamanı xx.xx.2024-cü il tarixli RB02/3711 saylı məktubda Zərərçəkmiş şəxs məxsus 5261-6333-3364-4517 saylı plastik kart hesabından xx.xx.2024cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 30 manat 65 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 68 manat 70 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 330 manat 99 qəpik, xx.xx.2024- cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 38 manat 69 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 29 manat 49 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 43 manat 08 qəpik, xx.xx.2024-cü il tarixdə "xxxx" tətbiqi vasitəsi ilə 61 manat 49 qəpik olmaqla ümumilikdə 603 manat 09 qəpik dəyərində alış veriş edilməsi müəyyən edilmişdir (i.v.116). “Vəsatətin təmin edilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək atası X1 ilə əlaqədar olaraq iştirak edə bilmədiyi üçün anası X5 qanuni nümayəndəsi kimi təyin edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilmiş, X6 iştirakına xitam verilmişdir (i.v.118-119). “Qanuni nümayəndənin təyin edilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin olunmuş və onun cinayət prosesində iştirakı təmin olunmuşdur (i.v.124-125). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci madəsi ilə elan edilmiş ittihamın və həmin gün, xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şahid1 və X4 barəsində 177.2.1 və 177.2.3-1-ci maddələri ilə barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, Bolt Food MMC-dən götürülmüş 02 ədəd A4 formatında çıxarışın maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Wolt MMC-dən götürülmüş 01 ədəd A4 formatında çıxarışın maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Rabitəbank ASC-dən götürülmüş 02 ədəd A4 formatında çıxarışın maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolu və digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v.141-146). Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra olunaraq "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli AZF/LGL-9355/24 nömrəli məktubla məhkəməyə daxil olmuş və məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 06 ədəd sadə fayl müəyyən edilmiş, CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi X13 tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə, saat 16:00-da tutulmuşdur (i.v.35-36). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Ramal Şirinovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi təmin edilmişdir (i.v.72-74). 13 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbin ictimai işlərində iştirak etmiş, sinif yoldaşları ilə səmimi və mehriban münasibətdə olduğu qeyd edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçmə barədə” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v.75-77). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.104). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2-ci), cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini (CM 59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (AR CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (AR CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli (həmin cəzanın yetkinlik yaşına çatmayan şəxsə təyin edilməsinin qanunla müəyyən edilmiş həddi nəzərə alınmaqla), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 05 ədəd A4 formatında çıxarış və 01 ədəd disk iş materiallarında saxlanılmalıdır (CPM- 132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 01 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 05 ədəd A4 formatında çıxarış iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar