Məhkəmə qərarları › İş №1(004)-580/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-580/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-580/2025 28.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə həbsetmənin əvvəlli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə yivli oldu silah hesab edilən 01 ədəd ********** №-li, BAİKAL-442 modelli tapançanı, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd darağı və döyüş sursatı hesab edilən 06 ədəd patronu qanunsuz olaraq əldə edib odlu silah və onun komplekt hissəsi hesab edilən darağı üzərində, 06 ədəd patronu isə idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobildə saxlayaraq gəzdirməklə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 210A ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 avqust 2025-ci il tarixdə saat 13:10-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 15:02-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman bel nahiyəsinin sağ tərəfindən ********** №-li, BAİKAL-442 modelli, 9 mm kalibrli yivli odlu silah hesab edilən 01 ədəd tapança və onun komplekt hissəsi hesab edilən, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur. Səhhətində olan problemlərlə əlaqədar müddətli həqiqi hərbi xidmətdə olmamışdır. Evlidir, 4 azyaşlı övladı vardır. Ali təhsillidir. Fərdi əməklə məşğul olur. Hadisə ilə bağlı bildirmişdir ki, 26 avqust 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektinin yaxınlığında idarə etdiyi “Land Rover” markalı, **- UG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 03 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarımı soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda daşıyaraq gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. O, ilk olaraq tərəddüt etsə də, yalan danışmağın mənasız olduğunu dərk edib səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində “silah” və idarə etdiyi avtomobildə 06 ədəd patron vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış prosesinin əvvəlində keçirilən sorğu zamanı ünvan 1 ünvanında yaşadığını, işi ilə əlaqədar bugün səhər saatlarında Bakıya gəldiyini bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə silah olduğunu bildirərək bel nahiyəsinin sağ yan tərəfini göstərmişdir. Bundan sonra bel nahiyəsinin sağ yan tərəfində olan 01 ədəd silah polis əməkdaşı tərəfindən götürülmüş, həmin 01 ədəd silahın içərisindən 01 ədəd daraq çıxarılaraq silah yoxlanılmış və masanın üzərinə qoyulmuşdur. Həmçinin idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobilində 06 ədəd patron olduğunu bildirmişdir. Bundan sonra əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən içərisində “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələr olan 01 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibindən idarə etdiyi avtomobilə məxsus 01 ədəd açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən polis əməkdaşı tərəfindən əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 90 manat pul aşkar edilmişdir. Daha sonra bel nahiyəsinin sağ yan tərəfindən aşkar edilən silaha və darağa polis əməkdaşı tərəfindən baxış keçirilib qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı 01 ədəd silah və 01 ədəd darağın ona məxsus olduğunu, həmin predmetləri 10-15 gün əvvəl Quba rayonu ərazisində Qəçreş yolunda gəzərkən meşədən tapdığını, silaha marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin predmetlərin hissələrindən heç kimə satmadığını, pay vermədiyini, predmetlərin onda olmasından heç kimin məlumatının olmadığını, “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobilində olan 06 ədəd patronu da eyni qaydada, yəni silah və daraqla birlikdə tapdığını, həmin predmetlərdən istifadə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 90 manat pul vəsaiti ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd avtomobil açarının idarə etdiyi “Land Rover” markalı, **-UG- *** qeydiyyat nişanlı avtomobilə məxsus olduğunu, avtomobilində 06 ədəd patron olduğunu və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra avtomobil açarı ona geri qaytarılmışdır. Bundan sonra üstünə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən protokol tərtib olunmuş, həmin protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobilə baxış prosesinin keçirilməsinə etirazının və narazılığının olmaması barədə ərizəsi alınmış və müvafiq qərar qəbul olunduqdan sonra onun razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə videoçəkiliş aparılmaqla baxış prosesi keçirilmişdir. Baxış zamanı idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra idarə etdiyi avtomobilin ön sağ qapısını açaraq, avtomobilin ön panelində yerləşən saxlanc yerinin içərisini göstərib patronların orada olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin saxlanc yerindən patronlar götürülmüş və ön sağ oturacağın üzərinə qoyulmuşdur. Daha sonra baxış keçirilərək 06 ədəd olması müəyyən edilən patronlar polis tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı 06 ədəd patronun özünə məxsus olduğunu, həmin predmetləri şəxsi axtarış prosesi zamanı qeyd etdiyi kimi 01 ədəd silah və 01 ədəd daraq ilə birlikdə Quba rayonu ərazisində Qəçreş yolunda gəzərkən meşədən tapdığını, həmin predmetlərdən istifadə etmədiyini, heç kimə satmadığını, pay vermədiyini, predmetlərin avtomobilimdə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra avtomobilinin ön saxlanc yerindən çıxararaq təqdim etdiyi 01 ədəd qara rəngli pul qabının içərisindən aşkar olunmuş 01 ədəd sosial sığorta şəhadətnaməsi, ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri, 03 ədəd bank kartı və 01 ədəd “VÖEN” şəhadətnaməsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Pul qabından aşkar olunmuş 01 ədəd bonus kartı, 01 ədəd yanacaq doldurma məntəqəsinə aid plastik kart, 01 ədəd tibbi müayinə kartı və 01 ədəd fotoşəkil pul qabı ilə birlikdə, o cümlədən 6 manat 80 qəpik pul vəsaiti ona geri qaytarılmışdır. Baxış davam etdirilərkən idarə etdiyi avtomobildən qanunla qadağan edilmiş başqa əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar edilmiş predmetləri onda maraq oyatdığı üçün özündə saxladığını, başqa hər hansı bir məqsədi olmadığını, həmin predmetlərdən hər hansı bir cinayətin törədilməsində istifadə etmədiyini, həmin predmetlərin onda olmasından heç kimin xəbərinin olmadığını, başqa heç bir yerdə odlu silah və ya döyüş sursatı, eləcə də soyuq silah saxlamadığını, nə saxlanılan zaman, nə də şəxsi axtarış zamanı heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını, polis əməkdaşlarına müqavimət göstərmədiyini, bədən səthində hər hansı bir xəsarət olmadığını və "xxxx" MMC-yə məxsus “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrdən istifadə etdiyin bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 26 avqust 2025-ci il tarixdə Quba rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili X5 və kiçik inspektor X3 daxil edilmişdir. 26 avqust 2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Həmin gün saat 13:10-da Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 210A ünvanında “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlama və daşımaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində və idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobildə silah və patron var. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Əli Ağayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində silah olduğunu bildirərək bel nahiyəsinin sağ yan tərəfini göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bel nahiyəsinin sağ yan tərəfində olan 01 ədəd tapançaya oxşar dəmir predmet götürülmüş və həmin 01 ədəd tapançaya oxşar dəmir predmetin içərisindən 01 ədəd sandıqçaya oxşar dəmir predmet çıxarılaraq silah yoxlanılmış və masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobildə 06 ədəd patron olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının ciblərindən 01 ədəd mobil telefonu, 01 ədəd avtomobilinə aid olduğunu bildirdiyi açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın ciblərindən dəqiq xatırlamadığı məbləğdə pul vəsaiti aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bel nahiyəsinin sağ yan tərəfindən aşkar edilən tapança tipli dəmir predmetə baxış keçirilmiş və bel nahiyəsinin sağ yan tərəfindən aşkar edilmiş 01 ədəd tapança tipli dəmir predmet və 01 ədəd sandıqça tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd tapança tipli və 01 ədəd sandıqça tipli dəmir predmetlərin özünəməxsus olduğunu, həmin predmetləri 10-15 gün əvvəl Quba rayonu ərazisində Qəçreş yolunda gəzərkən meşədən tapdığını, silaha marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin predmetlərin hissələrindən heç kimə satmadığını, pay vermədiyini, həmin predmetlərin özündə olmasından heç kimin məlumatının olmadığını, “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobilində olmasını qeyd etdiyi 06 ədəd patronu da eyni qaydada, yəni tapança tipli və sandıqça tipli dəmir predmetlərlə birlikdə tapdığını, həmin predmetlərdən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefona keçirilən baxış zamanı həmin mobil telefonun “İphone” markalı olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, aşkar edilmiş pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarının idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobilə məxsus olduğunu, avtomobilində 06 ədəd patron olduğunu və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünün iştirakı və razılığı ilə idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməsindən öncə ona baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Baxış iştirakçılarına və baxışın videoçəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi “Land Rover” markalı, **-UG-*** qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sağ qapısını açıb, avtomobilin ön panelində yerləşən saxlanc yerinin içərisini göstərib patronların orada olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin saxlanc yerindən patronlar götürülmüş və ön sağ oturacağın üzərinə qoyulmuşdur. Daha sonra baxış keçirilərək 06 ədəd olması müəyyən edilən patrona oxşar dəmir predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 06 ədəd patrona oxşar dəmir predmetlərin özünəməxsus olduğunu, həmin dəmir predmetləri şəxsi axtarış prosesi zamanı qeyd etdiyi kimi 01 ədəd tapança tipli və 01 ədəd sandıqça tipli dəmir predmetlərlə birlikdə Quba rayonu ərazisində Qəçreş yolunda gəzərkən meşədən tapdığını, həmin predmetlərdən istifadə etmədiyini, heç kimə satmadığını, pay vermədiyini, predmetlərin avtomobilində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin ön panelinin saxlanc yerindən çıxararaq təqdim etdiyi 01 ədəd qara rəngli pul qabına keçirilən baxış zamanı içərisindən Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və ona məxsus müxtəlif bank kartları aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş müvafiq sənədlər təhqiqatçı tərəfindən götürülmüş, digər əşyalar pul qabı ilə birlikdə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunla qadağan edilmiş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 Şahid ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə ballistik ekspertizasının 27 avqust 2025-ci il tarixli 25/1343 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd ********** №-li silah zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli, BAİKAL-442 modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 12 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli, BAİKAL-442 modelli, Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir – darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə, 05 ədədi Rusiya dövlətində, 01 ədədi Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Qeyd: Təqdim edilmiş 06 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə BMCMİ-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəlli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, ********** №-li, BAİKAL-442 modelli, 9 mm kalibrli, yivli odlu silah hesab edilən 01 ədəd tapança, onun komplekt hissəsi hesab edilən, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və 9x18 kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, eksperimental atəşdən sonra 03 ədəd patron Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Əlihüseyn, xx.xx.2013-cü il təvəllüdlü Vidadi, xx.xx.2019-cu il təvəllüdlü Abidin və xx.xx.2023-cü il təvəllüdlü Emiliya adlı 4 övladı vardır. Quba RMX-in xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 14-15 həftə hamilədir. Quba RMX-in xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 İİ dərəcəli şəkərli diabet xəstəsidir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun bel nahiyəsinin sağ tərəfindən ********** №-li, BAİKAL-442 modelli, 9 mm kalibrli yivli odlu silah hesab edilən 01 ədəd tapança və onun komplekt hissəsi hesab edilən, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ailə üzvlərinin şəkərli diabet xəstəliyindən əziyyət çəkmələrini, eyni zamanda həyat yoldaşının hazırda hamilə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ********** №-li, BAİKAL-442 modelli, 9 mm kalibrli, yivli odlu silah hesab edilən 01 ədəd tapança, onun komplekt hissəsi hesab edilən, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və 9x18 kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, eksperimental atəşdən sonra 03 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ********** №-li, BAİKAL-442 modelli, 9 mm kalibrli, yivli odlu silah hesab edilən 01 ədəd tapança, onun komplekt hissəsi hesab edilən, 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və 9x18 kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, eksperimental atəşdən sonra 03 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar