Məhkəmə qərarları › İş №1(004)-588/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-588/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-588/2025 24.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 25 sentyabr 2025-ci il tarixdə, saat 13:40 radələrində, Yasamal rayonu, H.B.Zərdabi prospekti 88 ünvanında yerləşən “Azərenerji” binasının yaxınlığında, “20 Yanvar” metrostansiyasının çıxışı istiqamətində Cəlilabad rayonuna gedən taksilərin dayandığı yerdə özünə məxsus olan idarə etdiyi “Mersedes Benz” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cəlilabad rayonuna getmək üçün sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə sonuncunun ona gediş haqqının baha olmasını deməsi səbəbindən aralarında baş vermiş mübahisədən irəli gələn şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruğu ilə Zərərçəkmiş şəxs ağız nahiyyəsindən vuraraq ona üst dodağın qançır-şişkinliyi, selikli qişasının qansızması və qansızmanın fonunda əzilmiş yarası kimi xəsarətlər yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır və idarə etdiyi “Mersedes Bens” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonundan Bakı şəhərinə və əksinə sərnişin daşımaqla pul qazanaraq ailəsini dolandırır. 25 sentyabr 2025ci il tarixdə günorta saatlarında Yasamal rayonu "20 Yanvar” metrostansiyası yaxınlığında Zərdabi küçəsində Cəlilabad rayonuna gedən taksilər dayandığı yerdə öz avtomobilində əyləşib rayona getmək üçün müştəri gözləyərkən adını sonradan bildiyi Laçın adlı şəxs avtomobilinə yaxınlaşıb Cəlilabada gedəcəyini soruşmuş, o da Laçına bəli cavab verdikdən sonra Laçın avtomobilə əyləşmişdir. Avtomobildə oturandan sonra Laçın gediş haqqı ilə bağlı maraqlandıqda ona 15 manata apara biləcəyini demiş, Laçın ona həmin məbləğin çox olduğunu, qiyməti şişirtdiyini, digər sürücülərin 10 manata apardığını demişdir. Buna görə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Laçın onu təhqir etmişdir. O, da qarşılıq olaraq ona cavab vermiş və bu zaman Laçının onu vuracağını fikirləşərək özünü müdafiə etmək məqsədi ilə yumruğu ilə Laçının sifətindən vurmuşdur. Bundan sonra Laçın avtomobildən düşmüş və şikayət edəcəyini deyərək uzaqlaşmışdır. Sonra o, müştəri götürüb rayona doğru yola düşmüşdür. Yolda olarkən polis əməkdaşları zəng edərək Laçının onun barəsində şikayət etdiyini deyərək Polis Şöbəsinə dəvət etmişdirlər. O isə artıq yolda olduğunu deyərək bir gün sonra Polis Şöbəsinə gələcəyini bildirmişdir. Baş vermiş mübahisə Yasamal rayonu “20 Yanvar'’ metrostansiyası yaxınlığında Zərdabi küçəsində Cəlilabad rayonuna gedən taksilər dayandığı yerdə baş vermiş, mübahisə təxminən iki-üç dəqiqə davam etmiş, həmin vaxt avtomobildə və yaxınlıqda özlərindən başqa digər şəxslər olmamış, mübahisə zamanı hər hansı bir xəsarət almamışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 sentyabr 2025-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmiş, işlərini bitirdikdən sonra günorta saatlarında yaşadığı rayona qayıtmaq məqsədi ilə Yasamal rayonu “20 Yanvar” metrostansiyası yaxınlığında Zərdabi küçəsində Cəlilabad rayonuna gedən taksilər dayandığı yerə gəlmişdir. Orada Elvin adlı sürücüyə yaxınlaşaraq onun idarə etdiyi “Mersedes Bens” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. Avtomobildə oturandan sonra sürücü ilə rayona getməklə bağlı qiymətlə maraqlandıqda sürücü onu 15 manata apara biləcəyini demişdir. O da sürücüyə həmin məbləğin çox olduğunu, qiyməti şişirtdiyini. digər sürücülərin 10 manata apardığını demişdir. Buna görə də aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Elvin onu təhqir etmiş, o da qarşılıqlı olaraq Elvini təhqir etmişdir. Bu zaman Elvin gözlənilmədən yumruğu ilə onun ağız nahiyəsindən vurmuş, onun ağzı qanamışdır. Bundan sonra onun Elvinin avtomobilindən düşərək şikayət edəcəyini demiş və baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərək ərizə ilə Yasamal RPİ-nin 27-ci PŞ-nə müraciət etmişdir. Aralarında baş vermiş mübahisə təxminən iki-üç dəqiqə davam etmiş, mübahisə zamanı onlardan başqa avtomobildə və yaxınlıqda heç kim olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 17-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 25 sentyabr 2025-ci il tarixli, 820 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət üst dodağın qançır-şişkinliyi, selikli qişasının qansızması və qansızmanın fonunda əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aiddir. Sadələşdirilmiş icraat materialının 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 57-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda məhkumluğu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar