Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-59/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Mustafalı kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, subay, natamam orta təhsilli, işləməyən, Ağsu rayonu, Mustafalı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2022-ci il tarixdə saat 16 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən «Aist» karaoke klubunda Zərərçəkmiş şəxs qızma məxsus 550 manat dəyərində Samsung Galaxy A72 markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 550 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:00-da internetdə tapdığı iş ilə bağlı elanla əlaqədar olaraq Yasamal rayonu Nizami metrostansiyasının yaxınlığında yerləşən «Aist» karaoke klubuna gəlmişdir. O həmin obyektə gəldiyi zaman onu özünü həmin klubun administratoru kimi təqdim etmiş Xalid adlı şəxs qarşılamış və birlikdə əyləşərək çay içmişlər. Həmin söhbət zamanı o özünü Nərmin kimi təqdim etmiş, Xalid onu işçi olaraq bəyəndiyini bildirmiş və bir gün sınaq olaraq işlədikdən sonra işə başlaya biləcəyini demişdir. Bundan sonra o işə başlamış əvvəlcə obyektlə tanış olmuş sonra isə Gülşən adlı yeni işçi ilə əyləşib birlikdə çay içə- içə telefonla oynamışlar. Sonra isə o ona həvalə olunmuş bar masasına keçmiş və işə başlamışdır. Axşam saat 19 radələrində onlar artıq işə başlayan zaman Xalid Gülşənə bildirmişdir ki, iş vaxtı başladığı üçün Gülşən telefonunu özündən kənara yəni bar stolunun altına qoysun. Gülşən də telefonunu Xalidə vermiş, Xalid yanında telefonu bar stolunun içəri tərəfinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra Xalid öz işlərini görüb geri qayıtdığı zaman ona Gülşənin telefonunun harada olması barədə sual vermişdir. O isə həmin telefonu arxa cibindən çıxarıb yenə də həmin yerə qoymuşdur. Təxminən 15 dəqiqə sonra o artıq yanında heç kimin olmadığını görüb Gülşənin telefonunu götürüb heç kimə demədən bardan çıxıb getmişdir. Birbaşa 20 Yanvar dairəsinə marşrut avtobusu ilə getmiş. 20 yanvar dairəsində düşərək orada gördüyü ilk lombard dükanına daxil olub, şəxsiyyət vəsiqəsini təqdim etməklə Gülşənin Samsung A72 markalı telefonunu 255 manat müqabilində lombarda qoymuşdur. Həmin pulu da götürüb uşağı X1 asma xəstəliyinin müalicəsi üçün xərcləmişdir. Əlavə olaraq məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini və onun ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq ona ən yünqul cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, CD-R diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,xx.xx.2022-ci il tarixdə saat 15:00-də internetdə tapdığı ofisiant işi ilə bağlı elanla əlaqədar olaraq Yasamal rayonu Nizami metrostansiyasının yaxınlığında yerləşən Aist karaoke klubuna gəlmişdir. O həmin obyektə gəldiyi zaman onu özünü həmin klubun administratoru kimi təqdim etmiş Xalid adlı şəxs qarşılamış və birlikdə əyləşərək çay içmişlər. Həmin söhbət zamanı Xalid onu işçi olaraq bəyəndiyini bildirmiş və işə başlaya biləcəyini demişdir. Ondan şəxsiyyət vəsiqəsini almış və şəklini çəkərək qeydiyyat alınması üçün kiməsə göndərmişdir. Bundan sonra o işə başlamış, əvvəlcə obyektlə tanış olmuş sonra isə təmizlik işləri gördükdən sonra təxminən 1 saat sonra 1 nəfər tanımadığı qadın Xalid yaxınlaşaraq işlə bağlı gəldiyini demişdir. Xalid ondan haradan elanla tanış olduğunu soruşduqda o, hansısa qrupda iş elanını gördüyünü demişdir. Sonra isə özünü Nərmin kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin rayonda olmasını və 2 gün ərzində Xalidə təqdim edəcəyini demişdir. Sonra həmin qadınla əyləşib birlikdə çay içə-içə telefonla oynamışlar. Axşam saat 19 radələrində onlar artıq işə başlayan zaman Xalid ona bildirmişdir ki, iş vaxtı başladığı üçün o telefonunu özündən kənara yəni bar stolunun altına qoysun. O da telefonunu Xalidə vermiş, Xalid onun yanında telefonu bar stolunun içəri tərəfinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra Xalid öz işlərini görüb geri qayıtdığı zaman onun telefonunun harda olması barədə həmin yeni gələn qıza sual vermişdir. O isə həmin telefonu arxa cibindən çıxarıb yenə də həmin yerə qoymuşdur. Təxminən 15 dəqiqə sonra o, işlərini görüb geri qayıtdıqda artıq həmin özünü qadın yerində olmamışdır. O Nərmini klubda 5-10 dəqiqə axtarıb tapa bilmədikdən sonra Xalidə yaxınlaşaraq həmin qadının yerində olmadığını demişdir.Xalid də onunla birlikdə qadını axtarsa da həmin qadını tapa bilməmiş həmin zaman başa düşmüşdür ki, artıq qadın ona məxsus 900 manat dəyərində Samsung A72 markalı telefonunu oğurlamışdır və ərizə ilə polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənildiyi və onun A.Həsimovaya qarşı şikayət və tələbin olmamasını bildirdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Aist karaoke klubunu 19 may 2021ci il tarixdən etibarən icarə əsasında işlədir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə o işdə olmadığı vaxtda iş elanı ilə bağlı həmin obyektə gəlmiş həmin vaxt o xəstə olduğu üçün xahişi əsasında obyektdə olan həmin ərazidə yaşayan tanışı Xalid adlı şəxs həmin Zərərçəkmiş şəxs qəbul etmiş, onun şəxsiyyət vəsiqəsi və Covid pasportunu yoxladıqdan sonra ofisiant kimi işlə tanış etmişdir. Həmin ərəfədə kluba işçi kimi gəlmiş digər bir tanımadığı qadın Xalidlə iş barədə söhbət etdikdən sonra Xalidin başının qarışıq olmağından istifadə edərək bar stolunun altında qoyulmuş Zərərçəkmiş şəxs məxsus mobil telefon aparatını oğurlayaraq klubu tərk etmişdir. Həmin qadın işə qəbul edilmədiyindən onun heç bir sənədi və ya Covid pasportu yoxlanılmamışdır. Bu səbəbdən də həmin qadının kimliyi barədə heç bir məlumatı yoxdur. Cinayət işinin materiallarında olan 07 iyul 2022-ci il tarixli qətimkan tədbiri seçilmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2712 saylı rəyindən görünür ki, 01 ədəd Samsung Galaxy A72 markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına ol orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 550.00 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD-R iş üzrə maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüldü 1 övladı vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy” markalı mobil telefon aparatının naməlum şəxs (qadın) tərəfindən gizli şəkildə talanması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 25 dekabr 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-59/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-59/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver