Məhkəmə qərarları › İş №1(004)-590/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-590/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-590/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” deyilən ərazidə, istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində psixotrop maddə «metamfetamin» əldə edərək üzərində daşımış, həmin tarixdə saat 17:32 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanın qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, həmin ünvanda üzərində videoçəkiliş vasitəsilə yoxlama aparılan zaman əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,740 qram kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin» aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 10 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” deyilən ərazidə, istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində narkotik vasitə «heroini» əldə edərək üzərində daşımış, həmin tarixdə saat 14:30 radələrində ünvan 4 ünvanın qarşısında 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, həmin ünvanda üzərində videoçəkiliş vasitəsilə yoxlama aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,350 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özüylə bərabər polis əməkdaşları tərəfindən eyni vaxtda saxlanılan X13 üzərindən narkotik maddə aşkarlandığı əməliyyat çəkilişi izlənilərsə, Fəqanla onun özünün üzərindən aşkarlanan narkotik maddələr eynidir. Belə ki, polis əməkdaşları həmin narkotik maddəni Fəqana verərək əməliyyat çəkilişi aparmış, daha sonra isə eyni maddəni ona verərək başqa bir əməliyyat çəkilişi videosu hazırlamışlar. Həm Fəqanın, həm də onun videogörüntüyə alındığı yer də eyni ərazidir. Bərabər saxlanılan digər şəxslərlə əlaqəli də eyni sözlər yazılmışdır, guya hər kəs “Kubinka” adlı ərazidə saxlanmış, narkotik maddə hər kəsin şalvarının sağ cibindən tapılmışdır. Həmçinin, o çəkidə narkotik maddə də heç yerdə satılmır. Yəni bu hallar yalandan hazırlanıb, üzərində də o vaxt narkotik maddə olmamışdır. Suallara cavab olaraq bildirmişdir ki, ona qarşı fiziki təzyiq göstərilmişdir. Bununla yanaşı hədə-qorxu da gələrək ona vəziyyətini daha da çətinləşdirəcəklərini demişlər. Fəqanla əlaqəli çəkilişdə və onunla aparılan çəkilişdə də eyni əməliyyat müvəkilləri iştirak etmişlər. Fəqanın çəkilişi aparıldıqdan sonra onun özünün çəkilişini də apardılar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PBnin əməliyyat müvəkilli, polis kapitanı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və istifadəsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında Yasamal RPİ-nin 26-cı PB-nin rəhbərliyinə məruzə olunduqdan sonra Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyul 2025-ci il tarixdə, saat 14:30-da ünvan 4 ünvanının qarşısından Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da razılıq vermişdir. Bundan sonra mobil telefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddənin olmasını, həmin narkotik maddəni həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılıb içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ərazi üzrə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət olunmuşdur. 26-cı PB-də keçirilmiş əməliyyat tədbiri barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılan zaman aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılmış əşya və çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD diski təhqiqatçı Vüqar Soltanova təqdim edilmişdir. Daha sonra Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X25 tərəfindən xidməti otaqda mobil telefondan istifadə edilməklə 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilmiş və ona təqdim edilmiş əşyanın qoyulduğu zərfə baxış keçirilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, həmin büküm açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər kütlə olması məlum olmuşdur. Bundan sonra təqdim edilmiş zərfin video çəkilişdə olan zərflə eyni olması müəyyən edilmişdir. Daha sonra həmin zərf açılmış və içərisində bir ədəd büküm olması məlum olmuşdur. Bir ədəd büküm açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin “kakos” kimi tanıdığı maddə olmasını, onu həmin gün səhər saatlarında “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. İlkin olaraq Yasamal RPİnin 26-cı PB-nə Təqsirləndirilən şəxs narkotik maddələrin əldə edilməsi və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş bir sıra zəruri əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 oğlu və Həziyev X27 Orxan Sərdar oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin baş əməliyyat müvəkilli, polis baş leytenantı Şahid4 bildirmişdir ki, Nizami RPİ-nin 23-cü PB-nə etimad doğuran qərəzsiz mənbədən Rafiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatla bağlı Nizami RPİ-nin 23-cü PB-nin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən Rafiq adlı şəxsin tutulması üçün əməliyyat qrupu təşkil olunmuşdur. Qrupun üzvləri 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, əməliyyat müvəkkili, polis leytenantı Şahid6 və kiçik inspektor, polis serjantı Şahid7 olmuşdur. Bundan sonra, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17:32 radələrində ünvan 5 ünvanın qarşısında həmin şəxs yanında olan digər şübhə doğuran şəxslə birlikdə saxlanılmışdır. Bu zaman onlar xidməti vəsiqələrini göstərmişlər və özlərini onlara təqdim edib, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən özlərini təqdim etməklərini istədikdə, onlardan biri özünü X9, digəri isə X14 adı ilə təqdim etmişdir. Bundan sonra həmin səxslərə hüquq və vəzifələri izah olunmaqla daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olmaları, videoçəkiliş aparılmaqla üstlərinin yoxlanılmalarının keçirilməsinin zəruri olduğu bildirilmişdir. Həmin şəxslər videoçəkiliş aparılmaqla üstlərinin yoxlanılmasının keçirilməsinə etiraz bildirməmişlər. İlk olaraq X15 üstü yoxlanmağa başlanılmış, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və va psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyaları və ya sənədlər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X28 əynində olan qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən içərisində ağ rəngli kristallik görünüşlü psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd ağ kağız bükümü çıxarıb təqdim etmişdir. Sonra onun üstü yoxlanılan zaman gödəkçəsinin sol yan cibindən bir ədəd göy rəngli “Redmi” markalı və bir ədəd ağ rəngli “Samsung A4” markalı mobil telefonlar aşkar edilərək götürülmüş, bunlardan başqa digər sübut əhəmiyyətli əşyalar aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Şifahi söhbət zamanı X28 uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini, cibində saxladığı və tərəflərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması aparılmış, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyaları və ya sənədlər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra həmin şəxs tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ kağız bükümü təqdim etmişdir. Həmin bükümün içərisində ağ rəngli kristallik görünüşlü psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin şəxsin üstü yoxlanılanda 02 ədəd 1 manatlıq əskinaz aşkar olunmuş, bunlardan başqa digər sübut əhəmiyyətli əşyalar aşkar edilməmiş, 2 manat pul araşdırma üçün əhəmiyyətli olmadığından özünə qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Şifahi söhbət zamanı özünü Rafiq adı ilə təqdim etmiş şəxs uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini, cibində saxladığını və aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Aparılmış tədbirin nəticələri protokollaşdırılmış, protokol iştirakçılar tərəfindən imza edilmiş və raportla rəhbərliyə məruzə edilmişdir. Bundan sonra aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:32 radələrində ifşa edilmiş şəxslərdən biri əslində əvvəllər məhkum edilmiş Təqsirləndirilən şəxs olaraq özünü qardaşı X7 anket məlumatları ilə təqdim etmişdir. İlkin olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Rafiq adı ilə özünü təqdim edən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonrakı dövrdə aparılmış əməliyyat tədbirləri ilə onun yalnız narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X15 narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır, onun belə vasitə və maddənin istifadəçisi olduğu məlum olmuşdur. X28 və Təqsirləndirilən şəxs həmin maddəni aldıqları şəxs barəsində ətraflı məlumatlarının olmadıqlarını və yalnız üzdən tanıqlarını demişlər. Nə o, nə də başqa bir şəxs tərəfindən X28 və Təqsirləndirilən şəxs qarşı qanunsuz təsir və ya fiziki zorakılıq tətbir edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 və Qarayev X11 Rəşad Balaqardaş oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid5 və X14 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid5 məhkəmə iclasında dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş şahid X14 bildirmişdir ki, özü Biləsuvar rayonunda ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir zaman narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Sonradan öyrənmişdir ki, qardaşı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman onun adını verərək özünü Rafiq Muradov kimi təqdim etmişdir. Qardaşı Anar narkotik maddələrin aludəçisidir. Anar məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına onun soyad, ad və ata adını vermişdir. O, ümumiyyətlə Bakı şəhərinə nadir hallarda gəlmişdir. Qardaşı Təqsirləndirilən şəxs isə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış və tüfeyli həyat tərzi keçirmişdir. Anarla demək olar ki, əlaqəsi yoxdur. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən ünvan 7 ünvanda video çəkilişdən istifadə etməklə üzərində yoxlama aparılan şəxs o, olmamış, qardaşı Anar olmuşdur. Həmin vaxt o, Bakı şəhərində olmamışdır. Özü heç bir zaman narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Həmin narkotik vasitə və və psixotrop maddə qardaşı Təqsirləndirilən şəxs məxsus olmuşdur. O, X19 tanımamışdır. Qardaşı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılan zaman ondan aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və necə əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır. O, qardaşı Anarın kimlərlə əlaqədə olmasını bilməmiş və kimdən, haradan, necə narkotik əldə etməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 10 iyul 2025ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, “Əməliyyat-axtarış Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 12-ci maddələrinin, Azərbaycan Respublikası CPM-nin 86.8 və 445-ci maddələrinin tələblərinə əsasən, 1. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 2. Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid3, 3. Barəsində əməliyyataxtarış tədbirləri keçirilən və üstü yoxlanılan xx.xx.1978-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 28 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs iştirakı ilə tərtib etmişdir bu protokolu ondan ötrü ki, Yasamal RPİnin 26-cı PB-də xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 14:30-da ünvan 10 ünvanı qarşısında xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiyəçiyə malik olmaq hüququ izah edildi. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünü yoxlamağa başlamış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş maddəni təqdim etdi. Bundan sonra xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan maddə DİN-nin 170 №-li möhürü ilə möhürləndi (cild 01, i.v. 13-14). “Əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPi-nin 26-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X25 Azərbaycan Respublikasının CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən 1. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, 2. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 3. Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid3, 4. barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxs - xx.xx.1978-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, heç bir yerdə işləməyən, ünvan 11 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə, saat 14:30 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında saxlanılmış üzərindən aşkar olunan əşyalar qablaşdırılaraq təhqiqata təqdim edilmişdir. Təqdim olunan 1 (bir) ədəd kağız zərfə və 1 ədəd DVD diskə baxış keçirildi. Diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən bükümə açılıb baxılan zaman, bükümdə narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmiş, 01 ədəd büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin qablaşdırıldığı zərflə eyni olması müəyyən edildi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni bu gün “Kubinka” adlanan ərazidə 10 manat pulun müqabilində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxıayaraq daşıdığını bildirdi (cild 01, i.v. 18). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2025-ci il tarixli, 3-16-16/2-6/2400/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №170” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, i.v. 48-52). “Maddi sübut kimi tanıma haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,740 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq 0,640 qram psixotrop maddə metamfetamin və 0,300 qram narkotik vasitə heroinin qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v. 90-92). “Diskə baxış keçirilməsi haqqında” 18 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X26 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk “DVD-R” formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə “GOLD” yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “HP” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, ünvan 4 ünvanın qarşısında polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarınıı bildirirlər, sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üzərlərinə baxış keçiriləcəyini bildirirlər, Təqsirləndirilən şəxs da razılıq verir və mobil telefonla videoçəkiliş aparılmaqla əvvəl Təqsirləndirilən şəxs üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir və təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddənin olmasını, həmin narkotik maddəni həmin gün “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirir, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmur, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılıb içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır (cild 01, i.v. 94). “Diskə baxış keçirilməsi haqqında” 18 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X26 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən tərtib olunmuş “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk “DVD-R” formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə “GOLD” yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “HP” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təhqiqatçı Vüqar Sultanov tərəfindən polis əməkdaşlarının iştirakı ilə 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilmiş və ona təqdim edilmiş əşyaların qoyulduğu zərfə baxış keçirilir, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir, həmin büküm açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər maddə olması məlum olur, bundan sonra təqdim edilmiş zərfin video çəkilişdə olan zərflə eyni olması müəyyən edilir, daha sonra həmin zərf açılır və içərisində bir ədəd büküm olması məlum olur, bir ədəd büküm açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması müəyən edilir, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin “kakos” kimi tanıdığı maddə olmasını, onu həmin gün “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirir (cild 01, i.v. 95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 daxil olmuş 1/3930 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməyib (cild 01, i.v. 100). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X33 daxil olmuş 26 iyul 2025-ci il tarixli, 3-28-29/2-7154/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, i.v. 101). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, “Əməliyyat-axtarış Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 12 maddələrinin, Azərbaycan Respublikası CPM-nin 86.8 və 445-ci maddələrinin tələblərinə əsasən 1. Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X29, 2. Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, 3. Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarış üzrə kiçik inspektoru polis serjantı Şahid7, 4. barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, M.Sübhi küçəsi, dalan 9, ev 3 qeydiyyatda olmaqla yaşayan X16 iştirakı ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Nizamı RPİ-nin 23-cü PB-nə X15 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 19 fevral 2025-ci il tarixdə saat 17:32 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanının qarşısında saxlanılan X20 hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edildi. 5. barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan xx.xx.1968-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respuolıkası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 13 ünvanında qeydiyyatda olmaqla, ünvan 14da yaşayan X7 iştirakı ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Nizami RPİ-nin 23-cü PB-nə X7 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 19 fevral 2025-ci il tarixdə saat 17:32 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanının qarşısında saxlanılan X14 hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edildi. X32 saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan X1 yerdə üstünü yoxlamağa başlamış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl X7 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra X14 əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd ağ kağızın içərisində olan narkotik maddəyə bənzər, ağ kristallik maddə təqdim etdi. X2 üstü yoxlanıldı, əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 ədəd 1 manatlıq əskinas götürüldü, daha sonra sübut əhəmiyyəti kəsb etmədiyindən vətəndaşa geri qaytarıldı. Əlavə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 01 (bir) ədəd ağ kağızın içərisində olan narkotik maddəyə bənzər, ağ kristallik maddə ağ rəngli zərfə qablaşdırıldı və DİN-in 163 saylı möhürü ilə möhürləndi (cild 01, i.v. 121-123). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X30 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən 1. Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4; 2. Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, Nizami RPİ-nin 23-cü PB-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid7 iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına X7 xeyli miqdarda psixotrop maddələri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 19 fevral 2025-ci il tarixdə saat 17:32 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanında saxlanılaraq üstü yoxlanılmış, üzərindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddə aşkar edilərək 01 ədəd zərfdə qablaşdırılması və X6 götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Üstünün yoxlanması zamanı vətəndaş X7 əynində olan göy rəngli şalvarın cibindən 2 ədəd bir manatlıq əskinas aşkar edilmiş, sübut əhəmiyyəti kəsb etmədiyi üçün X7 özünə geri qaytarılmışdır. Təqdim olunan 1(bir) ədəd zərfə baxış keçirildi, zərf bağlı vəziyyətdədir, zərfin üzərində 05 (beş) ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 163 № möhürlə möhülənmiş vəziyyətdədir, zərfin üzərində saxlanılan X28 və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri yazılaraq imza Şahid4, imza Şahid5, İmza Şahid6, imza Şahid7, imza Rafiq Muradov yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1( bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, X15 ondan aşkar olunmuş maddənin narkotik vasitə olması baradə bildirməsi əksini tapmışdır (cild 01, i.v. 137-138). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/801/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. X14 (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,740 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, i.v. 178-182). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X37 şəxsi ambulator məcburi-X24 20 fevral 2025-ci il tarixli, 995 nömrəli rəyindən görünür ki, müayinə zamanı X8 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 190-191). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X22” X46 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 20 fevral 2025-ci il tarixli, 201 saylı rəyindən görünür ki, 1968-ci il təvəllüdlü X7 bədən səthində hər-hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, i.v. 193-195). “Diskə baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X21 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinə əsasən tərtib etmişdir həmin protokolu ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun vəkili 6 saylı vəkillər bürosunu vəkili X17 iştirakı ilə ondan ötrü ki, cinayət işinə əlavə edilmiş 01 ədəd ağ rəngli CD diskə baxış keçirmişdir. Həmin CD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyuldu və ekranda açılmış fayla baxış keçirlərkən müəyyən olundu ki, faylda olan görüntülər 09 dəqiqə 26 saniyə davam edir. Görüntüdə özünü X4 təqdim edən şəxs görüntünün 05 dəqiqə 23-cü saniyəsində əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ kağız bükümdə olan ağ kristallik maddəni çıxarıb təqdim edərək, həmin maddənin “patı” olaraq tanıdığı psixotrop maddə olduğunu bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə üzərində psixotrop maddə aşkar olunan şəxsin özünün olmasını və özünü polis əməkdaşlarına X14 olaraq təqdim etməsini bildirdi (cild 02, i.v. 14). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,740 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və aparılmış 3-16-16/2-6/801/2025 saylı 20 fevral 2025-ci il tarixli məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatına 0,100 qram sərf edildiyi nəzərə alınmaqla qalıq 0,640 qram metamfetaminin saxlnaılmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi və “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD-R” diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin isatintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02, i.v. 20). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X37 şəxsi ambulator məcburi-X24 11 iyul 2025-ci il tarixli, 4120 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİSndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 02, i.v. 83-84). “Sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə bütün istintaq və prosessual sənədlərdə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs kimi oxunması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in CM-in 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bədinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən materialın ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi üzrə 03 ədəd «DVD-R» formatlı diskin maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,350 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,740 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı qalıq 0,300 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,640 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3- 16/16/2-6/2400/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-16/16/2-6/801/2025 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23- X24 xx.xx.2025-ci il tarixli 995 nömrəli və xx.xx.2025-ci il tarixli 4120 nömrəli rəyləri, özünün ilkin izahatları, etirafedici ifadələri, şahidlərin ifadələri, “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və şəxsin üstünün yoxlanılması haqqında” protokollar, “təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” protokollar, «diskə baxış keçirilməsi haqqında» protokollar, maddi sübut iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması və cinayətlərin təkrar törədilməsinin Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi müəyyən edilməsinin nəzərə alınması, X18 barəsində Bakı şəhəri Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmasının nəzərə alınması, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi və qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 119-132). “Cinayət işinin materiallarından başqa material ayrılması haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirini təsdiq edən kifayət qədər sübutların toplandığını və cinayətin digər iştirakçısının istintaqa cəlb edilməsinin qeyri-mümkünlüyünü, həmçinin cinayət işinin hərtərəfli, tam, obyektiv və xarakterinə görə ayrıca baxılmasının mümkün olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi şəxs (lər) barəsində cinayət işindən material ayrılaraq, aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə göndərilməklə araşdırma aparılması, qərarın surətinin Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 134-136). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına ünvanlanmış sorğuya cavab olaraq Təqsirləndirilən şəxs tibb kitabçası götürülmüş və həmin kitabçada ilk tibbi baxış zamanı Təqsirləndirilən şəxs zədə almadığı qeyd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi dəlilləri məsuliyyətdən yayınma xarakterli hesab edərək əsassız sayır və həmin dəlillərə münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özüylə bərabər polis əməkdaşları tərəfindən eyni vaxtda saxlanılan X13 üzərindən narkotik maddə aşkarlandığı əməliyyat çəkilişini izləsələr, Fəqanla təqsirləndirilən şəxsin özünün üzərindən aşkarlanan narkotik maddələrin eyni olmasını, polis əməkdaşlarının həmin narkotik maddəni Fəqana verərək əməliyyat çəkilişi apardıqdan sonra eyni maddəni ona verərək başqa bir əməliyyat çəkilişi videosu hazırladıqlarını, həm Fəqanın, həm də onun videogörüntüyə alındığı yerin də eyni ərazi olduğunu, bərabər saxlanılan digər şəxslərlə əlaqəli də eyni sözlər yazıldığını, guya hər kəsin “Kubinka” adlı ərazidə saxlandığını, narkotik maddənin hər kəsin şalvarının sağ cibindən tapıldığını, o çəkidə narkotik maddənin də heç yerdə satılmadığını, yəni bu halların yalandan hazırlandığını, üzərində də o vaxt narkotik maddə olmadığını, ona qarşı fiziki təzyiq göstərildiyini, bununla yanaşı hədə-qorxu da gələrək ona vəziyyətini daha da çətinləşdirəcəklərini dediklərini, Fəqanla əlaqəli çəkilişdə və onunla aparılan çəkilişdə də eyni əməliyyat müvəkillərinin iştirak etdiklərini, Fəqanın çəkilişi aparıldıqdan sonra onun özünün çəkilişini də apardıqlarını bildirsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməliyyat-axtarış tədbirinin saxtalaşdırılması, narkotik maddənin əvvəlcə başqa şəxsə verilməsi və sonradan ona “ötürülməsi” barədə iddialarını işin faktiki halları və sübutların məcmusu ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, eyni əməliyyat çərçivəsində bir neçə şəxsin saxlanılması zamanı narkotik vasitələrin eyni ərazidə, oxşar üsulla əldə olunması və qablaşdırılmasının bənzər olması praktiki baxımdan mümkündür və bu hal özlüyündə əməliyyatın saxtalaşdırılmasına dəlalət etmir. Xüsusilə qeyri-qanuni dövriyyədə olan narkotik vasitələrin çox vaxt eyni mənbədən əldə edilməsi, eyni materialdan istifadə olunmaqla bükülməsi və standartlaşdırılmamış, lakin oxşar görünüşlü qablaşdırmada yayılması məhkəmə təcrübəsində də məlum olan haldır. Məhkəmə həmçinin nəzərə alır ki, əməliyyat zamanı hər bir şəxs üzrə ayrıca baxış keçirilmiş, əldə edilən maddələr ayrı-ayrı zərflərə yerləşdirilmiş, üzərində fərdi məlumatlar və imzalar qeyd olunmuş, sonradan həmin zərflər ekspertiza üçün təqdim edilmişdir. Videogörüntülərdən və maddi sübutlardan görünür ki, təqsirləndirilən şəxs narkotik vasitəni birbaşa özü təqdim etmiş, onun hansı maddə olması, haradan və hansı məqsədlə əldə edilməsi barədə sərbəst izahat vermişdir. Bu cür davranışlar narkotik maddənin ona “sonradan verilməsi” iddiası ilə ziddiyyət təşkil edir və həmin iddiaların reallıqdan uzaq olduğunu göstərir. Məhkəmə təqsirləndirilən şəxsin X31 ilə bağlı əməliyyat çəkilişində iştirak etmiş əməliyyat müvəkkillərinin eyni olması barədə iddiasını iş materialları ilə uyğun gəlmədiyindən əsassız hesab edir. Cinayət işinin materiallarından, 1(004)-532/2025 saylı 20 noyabr 2025-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hökmündən və təqdim olunmuş videogörüntülərdən görünür ki, Saydilov Fəqan üzrə aparılmış əməliyyat-axtarış tədbirində iştirak edən əməliyyat müvəkkilləri ilə Təqsirləndirilən şəxs üzrə aparılmış əməliyyatda iştirak edən əməliyyat müvəkkilləri fərqli şəxslər olmuşdur. Bu hal özü-özlüyündə əməliyyatın vahid senari əsasında saxtalaşdırılması barədə iddiaları təkzib edir. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında, eləcə də ibtidai istintaq dövründə ona qarşı fiziki zorakılıq və ya qeyri-qanuni təsir göstərilməsi barədə konkret və ardıcıl şikayətlər irəli sürməmiş, əksinə, zor tətbiq edilmədiyini bildirmişdir. Sonradan məhkəmə istintaqı mərhələsində irəli sürülən bu iddialar isə konkret vaxt, şərait, iştirak edən şəxslər və təsirin xarakteri göstərilmədən ümumi ifadələrlə səsləndirilmişdir ki, bu da onların etibarlılıq dərəcəsini azaldır. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs fiziki təsir göstərilməsinin araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına ünvanlanmış sorğuya cavab olaraq Təqsirləndirilən şəxs tibb kitabçası götürülmüş və həmin kitabçada ilk tibbi baxış zamanı Təqsirləndirilən şəxs zədə almadığını bildirmiş, hər iki yuxarı, aşağı ətraflarda narkotik inyeksiyası izləri və çapıqlaşmış sahələrin olduğu, ağciyərlərdə patoloji kölgəliklərin aşkar edilmədiyi məlum olmuş, həmçinin Təqsirləndirilən şəxs 5 ilə yaxındır heroin, metamfetamin istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin özünün də uzun illərdir heroin və metamfetamin istifadə etdiyini etiraf etməsi, onun narkotik maddəni şəxsi istifadəsi üçün əldə etməsi barədə ilkin ifadələrini daha da inandırıcı edir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” hərəkətlərin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir, həmin büküm açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər maddə olması məlum olur, bundan sonra təqdim edilmiş zərfin video çəkilişdə olan zərflə eyni olması müəyyən edilir, daha sonra həmin zərf açılır və içərisində bir ədəd büküm olması məlum olur, bir ədəd büküm açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması müəyən edilir, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin “kakos” kimi tanıdığı maddə olmasını, onu həmin gün “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2025-ci il tarixli, 3-16-16/2-6/2400/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №170” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxs yaxalanan və istintaq hərəkətləri keçirilən zaman öz adını yanlış təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Bu hallar onun gətirdikləri dəlillərin yalan olduğuna dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadəni məsuliyyətdən yayınma xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə saat 14:30-dan tutulmuş hesab edilmişdir (cild 01, i.v. 29). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-534/2025 saylı, xx.xx.2025-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 iyul 2025-ci il tarixdən saat 14:30-dan hesablanmaqla 03 ay müddətə, yəni 10 oktyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 83-85). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Muradov X12 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 178.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 317-2.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 09 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-nin 178.3.2-ci maddəsinə aid olan əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası endirilmiş, xx.xx.2020-ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə 06 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə təyin edilmiş cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, həmçinin Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, i.v. 96-98). “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnərək icraata qəbul edilməsi və icraatda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatla birləşdirilərək, cinayət işi üzrə istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır (cild 01, i.v. 105-107). “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (cild 01, i.v. 110-111). “Cinayət işi başlamaq və icraata götürmək barədə” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanılması, icraata qəbul edilməsi və istintaqının aparılması qərara alınmışdır (cild 01, i.v. 113). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:32 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanın qarşısında saxlanılaraq 23-cü PBnə gətirilmişdir (cild 01, i.v. 150-151). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, X14 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 01, i.v. 208-209). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, X14 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq şöbəsinin müstəntiqi X10 vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır (cild 01, i.v. 228-230). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 21 fevral 2025ci il tarixli qərardan görünür ki, X14 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 236). “Təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə özünü X4 təqdim edərək xx.xx.2025-ci il tarixdə həmin anket məlumatları ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsin anket məlumatları dəqiqləşdirilərək onun xx.xx.1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 17 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması təsdiq edilmişdir (cild 01, i.v. 252-253). “Təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yeni məzmunlu ittiham elan olunmuşdur (cild 02, i.v. 1). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 25 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 12). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 140). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilməsi və tutularaq Nizami RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 02, i.v. 39). “Axtarışda olan təqsirləndirilən şəxsin tutulması haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq 23-cü PB-nə gətirilmişdir (cild 02, i.v. 45). “Qətimkan tədbirinin nəzərə alınması və şəxsin MSY-dən azad edilməsi haqqında” 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin nəzərə alınması və hazırda saxlanıldığı Nizami RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır (cild 02, i.v. 53). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilməsi və tutularaq Nizami RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 02, i.v. 55). Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 29122025 nömrəli məktubdan görünür ki, Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********** nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmış, 12 iyul 2025-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Pərvin Səfərli tərəfindən Azərbaycan Respublikasınm CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı istintaq təcridxanasında saxlanılır (cild 02, i.v. 61). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-06/2014 saylı, 22 yanvar 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 avqust 2012-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması hökm edilmişdir (cild 02, i.v. 100-112). Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-19/2015 saylı, 27 yanvar 2015-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 182.2.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2014-cü il tarixli 1 (089)-06/2014 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılması qərara alınmışdır (cild 02, i.v. 113-118). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-399/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 1 fevral 2025-ci il tarixdən 3 fevral 2025-ci il tarixədək və 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün, eləcə də 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək tutulduğu 02 gün olmaqla ümumilikdə 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 il 08 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin xx.xx.2025ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmasını, həmçinin məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almamasını, tüfeyli həyat tərzi keçirməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olması və cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, digər obyekti ictimai təhlükəsizlikdir. Onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda həm psixotrop maddə metamfetamin və həm də narkotik vasitə heroin aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini (kəmiyyət və keyfiyyət əlamətlərini) artıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət iki epizod üzrə baş vermişdir. Birinci epizodda 0,740 qram kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin”, ikinci epizodda isə 0,350 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkarlanmışdır. Təqsirləndirilən şəxsin əvvəllər müxtəlif maddələr üzrə məhkum olunması, məhkəmə istintaqı zamanı səmimilik nümayiş etdirməməsi və təqsirini boynuna almaması onun şəxsiyyətinin mənfi cəhətlərini ortaya qoyur. Tüfeyli həyat tərzi keçirməsi, məsuliyyət və sabit yaşayış şəraitinin olmaması, cəmiyyət üçün potensial təhlükəsini daha da artırır. Həmçinin subay olması və ailə ilə birlikdə yaşamaması da cəzanın ailəsinə təsiri baxımından nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlini yüngülləşdirən hallara rast gəlinməmişdir. Heç bir sosial, şəxsi və davranış amili onun cəzasının azaldılmasına əsas yaratmır. Bu səbəbdən cəzanın yüngülləşdirilməsi mümkün deyil. Məhkəmə təcrübəsində və hüquqi prinsiplərdə cəzanın təyin edilməsində əsas məqsəd yalnız təqsirləndirilən şəxsin islah edilməsi deyil, həm də digər şəxslər üçün xəbərdaredici rol oynamaq, yeni cinayətlərin qarşısını almaq və ictimai ədalət hissini təmin etməkdir. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların müəyyən edilmədiyini və ağırlaşdıran hallar (təkrarlıq, residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-399/2025 saylı, 04 noyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, əvvəlki və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı müddətlər ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalı (10 iyul 2025-ci il), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-399/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 01 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 02 gün müddət, eləcə də 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün olmaqla cəmi 06 gün müddət, həmçinin hazırki cinayət işi üzrə 19 fevral 2025-ci il tarixdən 21 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 23 may 2025-ci il tarixdən 24 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün olmaqla cəmi 03 gün müddət, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 09 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitə olan - 0,300 qram heroin və psixotrop maddə olan - 0,640 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 03 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 146 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “24 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar