Məhkəmə qərarları › İş №1(004)-594/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-594/2023

15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-594/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, 04 iyul 1982-ci ildə Lənkəran rayonu Aşağı Nüvədi kəndində doğulmuşdur. Himayəsində 3 az yaşlı olmaqla, 4 övladı, heç yerdə işləməyən həyat yoldaşı, ağır şəkər xəstəsi anası və atası vardır. 04 iyul 2020-ci ildən "xxxx" MMC-də Satış müdiri vəzifəsində işləməklə, aylıq 450 (dörd yüz əlli manat) əmək haqqı almışdır. Eyni zamanda televiziya kanallarında Televiziya Eksperti (TV- EKSPERT) kimi fəaliiyət göstrəmişdir. Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yaşayan və həmin qəsəbədə yerləşən Tibb məntəqəsində stomotoloq işləyən, eyni zamanda yaşadığı fərdi yaşayış evinə bitişik, fəaliyyət göstərən aptekin sahibi X4, KANAL 3 TV-də "Lənkəranda tanınmış şəslər arasında gərginlik"; KANAL 7 informasiya agentliyinə onun barəsində, "DÜNYA TV" Təsdiq etdi: "Bizədə çox zənglər etdilər, sonda...," xx.xx.2023; "Stomotoloq iddialara cavab verərək, dəhşətli ittihamlar səsləndirdi" xx.xx.2023; "TV 8 Azerbaycan", TV3 "Tanınmış TV ekspert haqqında tükürpədici iddilar"; "DÜNYATV"-dən cavab: "Məhkəmə qərarından asılı olaraq vəziyyət dəyişə bilər"; və sair mənbələrdə barəsində səsləndirdiyi böhtan, yalan xaraxterli, qərəzli fikirlər ilə şərəf və ləyaqətini ləkələyən, işgüzar, nüfuzuna böyük zərər vurmaqla, bir sıra cinayətlərdə, dələduzluqda, yalançılqda, fırıldaqçılqda, aqressivlik də, vəhabiliyi yaymaqda, Suriya, Ərəbistan qanunlarını tətbiq etməyi ilə bağlı ona qarşı qanunsuz, saxta, yalan ittihamlar irəli sürərək böhtan ataraq, təhqir edərək, onu ağır cinayətləri törətməkdə ittiham etmişdir. İlkin məlumat TV 3 Kanalında yayımlanmışdır. Həmin kanalın hüquqi ünvanı, Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev, TV8 Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi 1, Birja binası, mərtəbə 3-dür. Belə ki, "TV 3", "TV 8 Azərbaycan"da 30 sentyabr 2023-cü il tarixli paylaşmalarında deyilir: "Ramal Əliyev vəhabilərin başçısıdır. Qəsəbələrində vəhabiliyi o gətirib, O dələduzdur, yalançıdır, fırıldaqçıdır, aqressivdir. O söz verib ki, vəhabiliyi qəsəbədə yayacaq. Ramalın əlindən nə desən gələr, Suriya, Ərəbistan qanunların tətbiq etmək istəyir." Qeyd edilənlərdən əlavə Nizami Quliyev deyib ki, “Ramalı televizayalardan mən uzaqlaşdırdım.” Mənbə "Kanal 7". Nizami Quliyev qeyd edilənlərlə kifayətlənməyərək barəsində daha ağır ittihamlar irəli sürmüş və yayımlanmışdır. Bu və digər saxta ittihamlara görə o 04 iyul 2020-ci il tarxdən işlədiyi "xxxx" MMC-dən 03 oktyabr 2023-cü il tarixdə işdən azad edilmişdir. Ailəsində ondan başqa qazanc, gəlir gətirən yoxdur. Cəmiyyətin rəhbərliyi müraciəti əsasında məhkəmə və prokuroluq orqanlarının barəsində qəbul edəcəyi son qərarı gözləyir. Həmin ittihamlar tam saxtadır. Belə ki, Nizami Quliyevin irəli sürdüyü ittihamlara görə o Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində, DTX-nin Lənkəran Şöbəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Baş İdarənin Lənkəran Regional Şöbəsində, Lənkəran Rayon İcra Hakimiyyətində olmuşdur. Nizami Quliyevin uydurduğu yalan və böhtanların heç biri öz təsdiqini tapmamışdır, tapada bilməzdi. Çünki o hər zaman dövlətə, qanunlara tabe olmuşdur. 41 yaşı var. Barəsində hər hansı məhdudlaşdırıcı qərar qəbul edilməmişdir. Nizami Quliyev bütün bunlardan sonrada yenə də öz qanunsuz əməllərindən əl çəkməmiş, onu qəsdən, yalandan ağır cinayətlər törətməkdə ittiham etməklə qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin icraata qəbul edilməsini, X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması dəqiq göstərilməmişdir. Həmçinin şikayətin verildiyi yer, şikayət qeyd edilmiş təhqir və böhtan olması ehtimal edilən məlumatların sonuncu dəfə harada yayımlanması qeyd edilmişdir. Şikayətçi tərəfindən “və sair mənbələrdə” ifadəsindən istifadə edilməklə qeyri-müəyyənlik yaradılmışdır. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar