Məhkəmə qərarları › İş №1(004)-594/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-594/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-594/2025 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olub, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,978 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 03 avqust 2025-ci il tarixdə saat 23:47 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 4 ünvanın qarşısında saxlanılaraq üzərinə yoxlama keçirilmiş və əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,978 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilməmiş və narkotik vasitənin ona məxsus olmadığını bildirmidir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsindən görünür ki, o, təxminən 5 il müddət olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 03 avqust 2025-ci il tarixdə saat təxminən 23:47 dəqiqədə ünvan 4 ünvanın qarşısında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərində yoxlanılma aparılmış. Yoxlama keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlayaraq daşıdığı şəffaf sellofana bükülmüş bir ədəd büküm psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi kütlənin nə olduğunu ondan soruşduqda o təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Polis əməkdaşlarına təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan psixotrop maddə metamfetamin zərfin içərisinə qoyularaq qablaşdırılmış. Sonra polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gəlmiş və inzibati binada olan otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştrakları ilə video çəkiliş vasitəsilə onun polis əməkdaşlarına təqdim etdiyi, zərfin içərisinə qoyularaq qablaşdırılmış kütlənin nə olduğu ondan soruşulduqda O, zərfin içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və 03 avqust 2025-ci il tarixdə saat 23:47 dəqiqədə Bakı şəhəri Yasamal rayonu, Balababa Məcidov 75 A ünvanın qarşısında üzərində yoxlanılma aparılarkən polis əməkdaşarına təqdim etdiyini bildirmişdir. Bundan sonra üzərində video çəkiliş vasitəsilə yoxlanılma aparlrakən həmin çəkilişin köçürüldüyü diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək imza edilmişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Yasamal RPİ-nin X3 təhvil verilmişdir.. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, özünün istintaqda verdiyi ifadə, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 avqust 2025-ci il tarixdə Orxan adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Yasamal RPİnin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Orxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotorp maddələrin saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilli polis leytenantı Rüfət Əhəmdov təyin olunmuşdur. Bundan sonra Orxan adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat qrupun üzvü ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 23:47 dəqiqədə ünvan 4 ünvanın qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərmiş özünü ona təqdim etmiş və həmin şəxsdə özünü ona təqdim edmiş ad və soyadının Təqsirləndirilən şəxs olduğunu onlara bildirmişlər. Bundan sonra o Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və video çəkiliş vasitəsilə üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlayaraq daşıdığı 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər bir ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi büküm psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədilə «Kubinka» adlanan ərazidən üzdən tanıdığı lakin adını və soyadını bilmədiyi şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs onlara təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə zərfin içərisinə qoyaraq qablaşdırmış və Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun üzərindən əlavə narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra onlar Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gəlmiş və inzibati binada olan otaqların birində təhqiqatçı tərəfindən onların iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs onlara təqdim etdiyi və zərfin içərisinə qoyularaq qablaşdırılmış kütlənin nə olduğu ondan soruşulduqda Təqsirləndirilən şəxs zərfin içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və 03 avqust 2025-ci il tarixdə saat 23:47 dəqiqədə Bakı şəhəri Yasamal rayonu, Balababa Məcidov 75 A ünvanın qarşısında üzərində yoxlanılma aparılarkən polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan sonra üzərində video çəkiliş vasitəsilə yoxlanılma aparılarkən həmin çəkilişin köçürüldüyü diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək tərəfimizdən imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan 04 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 72-76-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsun barəsində 03 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 6/2646 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,978 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 128-136-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,978 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntü olan 02 (iki) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,928 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin yekun qərarınadək saxlanılmalarından ötrü Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5056 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPlOİDLƏRİN VƏ Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) Opiq diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 04 avqust 2025-ci il tarixli və 07 dəqiqə 16 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, 01 (bir) ədəd DVD disk və 01 (bir) ədəd kağız zərfdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakları ilə diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümü təqdim təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış və yoxlama zamanı onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və nəqliyyat vasitələrinin ödənişi üçün nəzərdə tutulmuş Baku kart, sağ yan cibindən isə 1 ədəd açar və 1 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən büküm açılıb baxılan zaman qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən edilmiş və həmin bir ədəd büküm maddi bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, 1 (bir) ədəd açar, l(bir) ədəd alışqan və nəqliyyat vasitələrinin ödənişi üçün nəzərdə tutulmuş Baku kart Təqsirləndirilən şəxs özünə qaytarılmış, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi isə materiala əlavə olunmasından ötrü götürülmüşdür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin videoçəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm qablaşdırıldığı zərflə eyni olması müəyyən edilmiş və təhqiqatçı tərəfindən verilmiş suala Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 ədəd zərfin içərisində olan 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamindir və «Kubinka» adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 10 manat pul verərərək əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün istintaqda verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun özünü təqsirli bilməməsi ilə bağlı dediklərini özünü müdafiə kimi qiymətləndiir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 03 avqust 2025-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5056 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” opiq diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,928 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə 40 saata görə 440 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” opiq diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,928 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə 40 saata görə 440 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevin Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar