Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-596/2024 04.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçi qismində təyin olunmsı üçün dəvət edilmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 17 oktyabr 2024-cü il tarixli 1(005)- 456/2024 saylı qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayet məsuliyyatinə cəlb edilməsinə dair X7 tərəfındən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayəti aidiyyati üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Xüsusi ittiham qaydasında şikayətə əsasən X5 xx.xx.2021-ci il tarixdə, Azərbaycan Respublikasının bütün ərazisində yayımlanan "Yenixeber.orğ" informasiya portalına X2 barədə bilə-bilə yalan, böhtan xarakterli məlumat verərək, həmin məlumatın yayımlanmasını istəmişdir. Bundan sonra "Yenixeber.orğ" informasiya portalı bu yalan və böhtandan ibarət olan informasiyanı sosial şəbəkələrdə yayımlamışdır. X6 yaydığı yalan informasiyada bildirilir ki, guya X7 ondan 305 min ABŞ dolları almış, daha sonra həmin pulu ona qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra 26 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda "Hüriyyət" TV kanalına gələrək, orada Sərdar Cəlal tərəfindən yayımlanan "Gündəm" adlı proqramda eyni yalan və böhtan informasiyanı canlı şəkildə danışaraq yayımlamışdır. Bundan əlavə, Əbülfəs Daşdəmirov böhtan xarakterli eyni məlumatları müxtəlif xəbər saytlarında anasının vasitəsi ilə müraciət edərək yayımlamışdır. Dəfələrlə hüquq müdafiə orqanlarına qeyd olunan məlumatları yazaraq şikayət məktubları ilə müraciət etmişdir. Lakin mötəbər sübutların olmaması səbəbindən cinayət işinin açılmasının rədd edilməsi haqqında qərar edilmişdir. X7 Azərbaycanda kifayət qədər tanınmış din xadimidir. Bakıda fəaliyyət göstərən Abubəkir məscidinin imamıdır. Bundan əlavə, onun sosial şəbəkələrdə yayımlanan din sahəsinə aid maarifləndirici çıxışlarını izləyən çoxsaylı izləyiciləri vardır. X1 arasında əvvəllər dini inancla əlaqəli dostluq və yoldaşlıq əlaqələri olmuşdur. Sonradan onların arasında dini inanc sahəsində fikir ayrılığı yaranmışdır. Bu səbəbdən X2 məqsədi sosial şəbəkələrdə yayımladığı yalan və böhtan məlumatlar vasitəsi ilə X4 şərəf və ləyaqətini alçaltmaq və onu nüfuzdan salmaqdır. X7 dəfələrlə X3 ona qarşı istifadə etdiyi şər-böhtandan əl çəkməsini təklif etmişdir. Lakin Əbülfəs ya kimlərinsə təsiri altında, yaxud da özünün əqidəsi ilə bağlı olan inancına görə ona böhtan atmaqdan əl çəkmir. Bununla həm X4 şərəfini və ləyaqətini ləkələyir, həm də rəhbəri olduğu Abubəkir məscidinin, mütəmadi olaraq gah özü, gah da anasının vasitəsi ilə sosial şəbəkələrdə barəsində yalan məlumatlar yaymaqda davam edir. Ona görə də X2 CM-nin 147.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab olunur ki, X5 yuxarıda qeyd olunan hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. X2 barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin açılması və icraata başlanması haqqında qərar qəbul edilməsi, X2 Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cəzalardan birinin seçilməsi barədə hökm qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 17 oktyabr 2024-cü il tarixli, 1(005)- 456/2024 nömrəli qərarla ilə gəldiyi qənaətə görə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikasının bütün ərazisində yayımlanan "Yenixeber.orğ" informasiya portalına X2 barəsində bilə-bilə yalan, böhtan xarakterli məlumat verərək, həmin məlumatın yayımlanmasını istəmişdir. Bundan sonra "Yenixeber.org" informasiya portalı bu yalan və böhtandan ibarət olan informasiyanı sosial şəbəkələrdə yayımlamışdır. Eyni zamanda iş materiallarında olan “CD” formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iddia etdiyi hadisə internet informasiya ehtiyatında, yəni "Yenixeber.org" informasiya portalında baş vermişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan məlumatların yayıldığı saytın hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayon ərazisində olduğundan qeyd edilən şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayətin törədildiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsaslanılaraq, hazırlıq iclası mərhələsində cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs X2 müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə aidiyyəti məsələsinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumatlandırılmış xüsusi ittihamçı, onun vəkili və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Buna görə də məhkəmə, hazırlıq iclasına onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cinayət prosesi iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı yarandığı üçün cinayət işinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Belə ki, cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən ilkin olaraq həll edilməli məsələdir. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, cinayət işlərinin və cinayət təqibi ilə bağlı materialların məhkəmə aidiyyətinin pozulması qadağandır. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz icraatına götürməli, lakin işi və ya materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyasının sədrinə göndərməlidir. Hazırda məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən icraatına daxil olmuş cinayət işi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı həmin məhkəmənin 17 oktyabr 2024-cü il tarixli, 1(005)-456/2024 nömrəli qərarında göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırda işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı aşagıdakılara əsasən fikir ayrılığı yaranmışdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 17 oktyabr 2024-cü il tarixli, 1(005)-456/2024 nömrəli qərarla ilə gəldiyi qənaətə görə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikasının bütün ərazisində yayımlanan "Yenixeber.org" informasiya portalına X2 barəsində bilə-bilə yalan, böhtan xarakterli məlumat verərək, həmin məlumatın yayımlanmasını istəmişdir. Bundan sonra "Yenixeber.org" informasiya portalı bu yalan və böhtandan ibarət olan informasiyanı sosial şəbəkələrdə yayımlamışdır. Eyni zamanda iş materiallarında olan cd formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iddia etdiyi hadisə internet informasiya ehtiyatında, yəni "Yenixeber.org" informasiya portalında baş vermişdir. Xüsusi ittiham qaydasında şikayəti aidiyyatı üzrə göndərən məhkəmə internet informasiya sistemində olan “Google” axtarış sistemi vasitəsilə əldə etdiyi, mötəbər olmayan, məlumat xarakterli hallara əsaslanaraq hesab etmişdir ki, "Yenixeber.org" internet informasiya ehtiyatının-informasiya portalının hüquqi ünvanı Yasamal rayonu Mətbuat pr-ti 539-cu məhəllədir və ona görə də işə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq hesab edir ki, "Yenixeber.org" informasiya portalının hüquqi ünvanı Bakı şəhərinin Yasamal rayonunun inzibati ərazisi olmadığından həmin rayon məhkəməsində şikayətə baxıla bilməz və ona görə də məhkəmə aidiyyəti məsələsi mübahisələndirilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş rəsmi çıxarışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN**********) hüquqi ünvanı ünvan 3 hazırkı xüsusi ittiham qaydasında şikayətin baxılmasında məhkəmələr arasında fikir ayrılığı mövcuddur. Məhkəmə hesab edir ki, hazırkı halda "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4ən şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün əsaslar mövcud deyildir. Yəni məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından hazırkı şikayətə baxılmanın aidiyyatı böhtan xarakterli məlumatların yayıldığı internet informasiya portalının aid olduğu hüquqi şəxsin hüquqi ünvanı üzrə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzər alaraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti şikayətdə qeyd olunan böhtan xarakterli məlumatların yayıldığı internet informasiya portalının hüquqi ünvanı üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 77, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-596/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-596/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver