Məhkəmə qərarları › İş №1(004)-596/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-596/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-596/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 sayı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlama cinayətlərini törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində xeyli miqdarda bir ədəd ağ sellofan bükümdə təmiz çəkisi 0,537 qram ağ rəngli, kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 14:30-da Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda küçədə saxlanılaraq Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd ağ sellofan bükümdə təmiz çəkisi 0,537 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 10 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,342 qram ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 13:47-də Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanda küçədə saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,342 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatları barədə dəqiq məlumatı olmayan şəxsdən 20 manat pul verib 1 büküm el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 14:30 radələrində yaşadığı evin yaxınlığında küçədə olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək hərəkətlərindən şübhələnərək şəxsiyyətini müəyyənləşdirmək üçün onu 26-cı Polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 26-cı Polis bölməsinə getmişdir. Daha sonra polis bölməsinin inzibati binasında video çəkiliş vasitəsi ilə onun paltarlarında şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona paltarında hər hansı bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, da razılaşaraq könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən 10 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan qara göy rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 13:47 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində olan zaman mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini bildirmişlər. O, da etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet olub-olmamasını, olduğu təqdirdə könüllü təqdim etməyini təklif etmişlər. O, da artıq polis əməkdaşlarına yalan danışmağın mənasız olduğunu bilərək əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı, bir neçə saat əvvəl aldığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin NMB-nin rəisi Anar İbrahimov, 26-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, Əlövsət Quliyev küçəsində soraqlaşma əməliyyat tədbiri keçirən zaman saat 13:47 dəqiqədə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Rüstəmə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra videoçəkiliş keçirməyə başlamışlar. Özlərini bir daha təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilməsinə başlayarkən ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə, predmet və ya kütlə olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetmin olduğunu, tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla qadağan edilmiş başqa hər hansı maddə, kütlə, predmet və ya əşya aşkar edilməmişdir. Videoçəkiliş bitdikdən sonra Təqsirləndirilən şəxs Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinə apararaq orada aidiyyəti üzrə araşdırma aparılması üçün şöbənin təhqiqatçısma təhvil vermişlər. Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında baş təhqiqatçı Akif Nəsirov tərəfindən onun, 26-cı PB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, dəvət olunmuş tərcüməçi Camal Bədəlov və saxlanılan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərinə keçirilmiş baxış prosesinin köçürüldüyü diskə baxış keçirilmişdir. Daha sonra götürülmüş psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən başqa zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, saxlanılarkən və polis bölməsinə aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini dediyini bildirmişdir. Bundan başqa 16 aprel 2025-ci il tarixdə 26-cı PB-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə xidməti ərazidə xidmətdə olarkən saat 14:30 dəqiqədə ünvan 7 ünvanın qarşısında bir nəfər şəxsin narkotik vasitə və ya psixotrop maddə aludəçisi olması ilə bağlı şübhəli davranışları diqqətini cəlb etdiyindən ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və şəxsiyyətinin müəyyən edilməsi üçün 26-cı PB-nə dəvət etmişlər. Polis bölməsində bu şəxsin xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəiçisi olduğunu və hal-hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Qeyd olunanlarla bağlı müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs xidməti otaqda hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, video çəkilişdən istifadə edilməklə Rüstəmin üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək, qeyd olunan maddəni həmin gün “Kubinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdəki maddənin təmiz çəkisi 0,537 qram psixotrop maddə metamfetamindir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 da Şahid1 ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, onlar da iş üzrə digər Şahid1 ilə eyni ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə saat 14:30-dan narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs qismində tutulmuşdur. (İ/V. 124) “Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında saat 15:50 dəqiqədən 16:10 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd ağ sellofan bükülü aşkar edilərək götürülmüşdür. (İ/V. 133-135) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ/V. 101) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-6/1416/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... sax/şəxs Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,537 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,537 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,487 qram təşkil edir. (İ/V. 141-145) Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2153 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ/V. 167-168) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 155) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 175-177) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə saat 13:47-dən narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs qismində tutulmuşdur. (İ/V. 40) “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və şəxsin üstünün yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:47-dəqiqədə Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsiin əməkdaşları tərəfindən ünvan 4 ünvanda küçədə saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (İ/V. 11-13). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 75) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 92-93) “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqının sonuncu nömrə altında davam etdirilməsi qərara alınmışdır. (İ/V. 96-97) “Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanda küçədə saxlanılan zaman üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya kütlə olduğu halda təqdim etməsi təklif edildikdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. (İ/V. 28-30). “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona və 01 ədəd “Kapital Bank”a aid bank kartına tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən olundu ki, həmin mobil telefon göy rəngli üzərində boz rəngli kabura olan “Samsung” markalı **********29435/01 və **********29436/01 imei kodludur. Telefonda ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələr aşkar edildi. Mobil telefonun giriş ekran kodu yoxdur. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs həmin mobil telefonun baxışda iştirak edən anası X2 məxsus olduğunu, həmin mobil telefonu saxlanılmamışdan bir neçə saat əvvəl evdən çıxarkən anası Nadejdadan aldığını bildirir. Mobil telefonun qalereya bölməsi, mesajlar və “WhatsApp” ani mesajlaşma proqramlarına baxıldı. Həmin proqramlarda və digər bölmələrdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat, video, şəkil, mesaj, zəng aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bank kartına baxış zamanı məlum oldu ki, həmin kart “Kapital Bank”a aid Birbank kartıdır, həmin kartın üzərində 5239-1517-9025-0685 nömrəli olması qeyd olunmuşdur. Baxışda iştirak edən Nadejda Novruzova təsdiq edərək həmin bank kartının da ona məxsus olduğunu, bank kartından pul çıxartması üçün həmin gün kartı və mobil telefonunu oğlu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon və “Kapital Bank”a aid Birbank kartı iş üçün sübut əhəmiyyəti kəsb etmədiyi üçün sahibi X1ytarılmışdır. (İ/V. 215-217) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin NMB-nin rəisi Anar İbrahimov, 26-cı PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncu əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Həmin sellofan büküm açıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar edilir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və sağ yan cibindən Kapital Banka aid kart aşkar edilir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeyd olunan əşyalardan başqa bir ədəd qara rəngli pul qabı, bir ədəd içərisində siqaretlər olan siqaret qutusu, bir ədəd elektron siqaret, 22 manat 90 qəpik pul aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetmin olan bir ədəd sellofan bükümü Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin psixotrop maddə zərfə qoyulur, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır, bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon və bir ədəd Kapital Banka aid kart zərfə qoyulur. Digər əşyaların isə Təqsirləndirilən şəxs özünə qaytarılması müşahidə olunur. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesinin köçürüldüyü DVD diskə xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasında 26-cı PB-nin baş təhqiqatçısı Akif Nəsirov tərəfindən baxış keçirilməsi və təqdim edilmiş əşyanın götürülməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirildi. Həmin diskə baxış keçirilən zaman diskdə olan görüntüdə Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı Akif Nəsirov tərəfindən Yasamal rayon Polis idarəsinin 26-cı PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2, dəvət olunmuş tərcüməçi Camal Bədəlovun və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə baxış keçirilməsinin videogörüntülərinə baxış keçirilməsi müşahidə olunur. (İ/V. 225-227). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd ağ sellofan bükülü aşkar edilərək götürülmüşdür. (İ/V. 176) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixli protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-6/2500/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°42” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs (imza)” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,342 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,292 qram təşkil edir. (İ/V. 54-58) Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4624 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin, Psixostimulyatorlarm və Kannabinoidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ/V. 230-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2025-ci il tarixli 3-28-29/2-7554/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 221) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. (İ/V. 180-181, 207-208). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə aşkar olunaraq götürülmüş psixotrop maddə olan 0,342 qram metamfetamin, xx.xx.2025-ci il tarixdə aşkar olunaraq götürülmüş psixotrop maddə olan 0,537 qram metamfetamin, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk, həmin tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,292 qram və 0,487 qram metamfetaminlər saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, üç ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmiş, bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd “Kapital Bank”a aid Birbank kartın iş üzrə isə sübut əhəmiyyəti daşımadığı üçün sahibi X1ytarılması nəzərə alınmışdır. (İ/V. 240-250). “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlaması özünün etirazedici ifadəsi, şəxsi axtarışın keçiriməsi haqqında protokol, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi halını və əməlindən peşman olmasını bildirməsi, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək və 16 aprel 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla ümumilikdə 04 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,292 qram və 0,487 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı və təqdim olunan əşyaya baxış keçirilən zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 596/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından İbayev Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək və 16 aprel 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,292 qram və 0,487 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı və təqdim olunan əşyaya baxış keçirilən zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar