Məhkəmə qərarları › İş №1(004)-599/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-599/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-599/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində "həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 09 avqust 2025-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri, Nəsimi rayonu "Kubinka" adlanan ərazidə, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,410 qram ağ rəngli krsitalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış, həmin gün saat 09:45-də Yasamal RPİ-nin 26-cı PBnin Cinayət Axtarış üzrə əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın qarşısında saxlanılmış, həmin yerdə üstünün yoxlanılması zamanı əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə təmiz çəkisi 0,410 qram olan, küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur, lakin 2017-ci ildən bəri metodon suyu qəbul edir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azadlığa çıxdıqdan sonra dayanacaqda işləməyə başlamışdır. 09 avqust 2025-ci il tarixdə səhər saat 09:00 radələrində ünvan 3 ünvanında “Təzə Pir” məscidinin yaxınlığıda olan zaman bir neçə polis əməkdaşı onu saxlayaraq avtomobilə əyləşdirib onu Yasamal RPİnin 26-cı polis bölməsinə gətirmişlər. Orada ona hazırlanmış psixotrop maddə metamfetamin verib videoşəkiliş zamanı özünə maxsus olduğunu bildirməsini tələb etmişlər. O, polis əməkdaşları tərəfindən döyülməkdən qorxduğu üçün buna razı olmuşdur. Bundan sonra onu “Təzə Pir” məscidinin yaxınlığına aparmışlar. Orada həyata keçirilən videoçəkiliş zamanı o, əynində olan şalvarın sağ yan cibindən polis əməkdaşı tərəfindən ona verilən, bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona zorakılıq tətbiq olunmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, saxlanılan zaman üzərində mobil telefon olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmışdır. Qeyd olunan tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs Yasamal rayonu M.Sübhi küçəsi 15 ünvanında olan zaman ona yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, bildirərək üzərinin yoxlanacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Orada üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən, 01 ədəd şəffav selofan bükümdə, içərisində psixotrop maddə hesab olunan metamfetamin maddəsinə bənzər bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddə olan 01 ədəd selofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə gətirərək üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş maddi sübuta və həmin prosesin video yazıya alındığı 01 ədəd DVD diskinə baxış keçirilmişdir. Baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və ya psixi zor tətbiq olunmamışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər şahid X1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 151-153-cü vərəqlərində olan ifadəsində bildirmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 9nında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatına malik olduğundan xx.xx.2025-ci il tarixdə bu barədə polis bölməsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs Yasamal rayonu M.Sübhi küçəsi 15 ünvanında tək halda olarkən onunla rastlaşmış, yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarla onu tanış edib və bu məqsədlə üstünün yoxlanacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və razılıq vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs video çəkiliş aparılmasına etiraz etmədiyini bildirmişdir. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən, 01 ədəd şəffav selofan bükümdə, içərisində psixotrop maddə hesab olunan metamfetamin maddəsinə bənzər bükümü çıxarıb təqdim etmişdir. Yoxlama zamanı həmin selofan bükülü açıldıqda içərisində ağ rəngli kristal halında, spesifik iyo malik, psixotrop maddə metamfetamin maddəsinə bənzər kütlə olması məlum olmuşdur. Sorğu zamanı o, həmin 01 ədəd şəffav rəngli selofan bükümdə olan maddənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Həmçinin ondan həmin psixotrop maddəni haradan əldə etdiyini soruşduqları zaman isə, o, həmin 01 ədəd şəffav rəngli selofan bükümdə olan psixotrop maddə metamfetamini saxlanılmazdan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri Nəsimi rayonu "Kubinka" adlanan ərazidə, üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi kişi cinsli şəxsdən 10 manat pul qarşılığında, elə 01 ədəd şəffav rəngli selofan büküm halında aldığını, həmin metamfetamin psixotrop maddəsini alarkən tək oduğunu, yanında heç kimin olmadığını, aldığı həmin psixotrop maddəni sonra təklikdə istifadə etməyindən ötrü üzərində saxladığını, bu barədə isə heç kimə bildirmədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddə olduğu 01 ədəd selofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, tərkibinin və çəkisinin ekspertiza ilə müəyyən edilməsi üçün tərəflərindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı, yoxlama zamanı üzərindən başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet, eləcədə narkotik vasitə, psixitrop maddə aşkar olunmamışdır. Daha sonra onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə gətirərək dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş maddi sübuta və həmin prosesin video yazıya alındığı 01 ədəd DVD diskinə baxış keçiriləcəyini bildirmiş, həmin prosesin də videoyazıya alınazağını izah etmişlər və Təqsirləndirilən şəxs etiraz etməmişdir. Baxış zamanı o, vidoyazıda olanları bir daha təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da, imzası ilə təsdiq etmişdir. Şahid1 ifadəsinə davam edərək bildirmişdir ki, o, mexaniki səhv olaraq videogörüntü aparılan zaman ünvan 5 ünvanını qeyd etmişdir. Belə ki, həmin 15 və 16 saylı ünvanlar yaxın məsafədə olduğundan səhvən 16 bildirmiş, real olaraq Samir İsgəndərovun saxlanıldığı ünvan protokolda qeyd edildiyi kimi ünvan 7ıdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəsini haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya kimlərləsə birlikdə narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 9-10) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 2-ci CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan video çəkilişdə göstərilənlər əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolunda qeyd edilənlər bir daha təsdiq olunmuşdur. Belə ki, Yasamal RPİ-nin 26-cı PB-nə toplanmış materiallarla birlikdə daxil olmuş "əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin yoxlanılmasına dair" 01 ədəd diskə və götürülmüş maddi sübuta baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1 ədəd diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd 09 avqust 2025-ci il tarixdə yazılmış video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları 09 avqust 2025-ci il tarixdə saat 09:45 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşır özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis əməkdaları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında üstünün yoxlanılmasına başlayırlar. Daha sonra üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Samir verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetaminin olduğunu həmin maddəni bu gün səhər saatlarında "Kubinka" adlanan ərazidə 10 manat pulun müqabilində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Baxış zamanı protokol tərtib olunmuşdur. (i.v. 17-18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2025-ci il tаriхli 6/2725 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün No 170" dairəvi möhür əksi "Təqsirləndirilən şəxs (imza)" yazısı və imzlar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 52-55) “Diskə baxış keçirilməsi haqqında” 10 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-də "əməliyyat-axtarış tədbirinin keçirməyə müvvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürülməsinə dair" 01 ədəd 09 avqust 2025-ci il tarixdə yazılmış video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təhqiqatçı, polis polkovnik-leytenantı X3 xidməti otağında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanmasi və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirir ki, üzərində hər hansı bir qanunsuz əşya yoxdur. Bakı şəhəri, Yasamal RPİ-nin 26-ci PB-nin əməkdaşları tərəfindən 09 avqust 2025-ci il tarixdə, saat 09:45 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında saxlanılmış üzərindən aşkar olunan əşyalar qablaşdırılaraq təhqiqata təqdim etmişdir. Daha sonra təqdim olunan 1(bir) ədəd kağız zərfə və 1 ədəd DVD diskə baxış keçirilir və baxış zamanı saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı sonuncunun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən bükümə açılıb baxılan zaman, bükümdə ağ rəngli kristal şəkilli maddə olması müəyyən edilmiş, 01 ədəd büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün qablaşdırıldığı zərflə eyni olması müəyyən edildi. Təqsirləndirilən şəxs tərəfindən verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetaminin olduğunu həmin maddəni bu gün səhər saatlarında "Kubinka" adlanan ərazidə 10 manat pulun müqabilində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Baxış zamanı protokol tərtib olunmuşdur. (i.v. 79) “Maddi sübut kimi tanınma haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və ekspertiza tədqiqatından sonrakı qalıq 0.360 qram narkotik vasitə heroin isə saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 125-126) 27 avqust 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şahid3 xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinin yoxlanılması keçirilərkən aşkar edilmiş psixotrop maddənin sonuncuya məxsus olmasını və psixoloji təsir göstərilmədiyini, sorğu zamanı Təqsirləndirilən şəxs öz sərbəst iradəsi ilə üzərində psixotrop maddə olmasını bildirərək və çıxardıb təqdim etdiyini sonuncunun üzünə qarşı söylmişdir. (i.v. 157-159) 27 avqust 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Orxan Əhmdov xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinin yoxlanılması keçirilərkən aşkar edilmiş psixotrop maddənin bilavasitə sonuncuya məxsus olmasını, psixoloji təsir göstərilmədiyini, sorğu zamanı Təqsirləndirilən şəxsun öz sərbəst iradəsi ilə üzərində psixotrop maddə olmasını bildirərək və çıxardıb təqdim etdiyini sonuncunun üzünə qarşı söylmişdir. (i.v. 160-162) 27 avqust 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki,Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şahid3 xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinin yoxlanılması keçirilərkən aşkar edilmiş psixotrop maddənin sonuncuya məxsus olmasını və psixoloji təsir göstərilmədiyini, sorğu zamanı Təqsirləndirilən şəxs öz sərbəst iradəsi ilə üzərində psixotrop maddə olmasını bildirərək və çıxardıb təqdim etdiyini sonuncunun üzünə qarşı söylmişdir. (i.v. 163-165) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 12 avqust 2025-ci il tarixli 673 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (i.v. 191-193) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 28 avqust 2025-ci il tаriхli 5305 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyutarorların birgə qəbul edilməsi nəticəsində Asıllıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 194-195) “Sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, baxışla əlaqədar içərisində baxış keçirilməsinə dair görüntülər olan 02 (iki) ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (i.v. 206- 218) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır və ünvan 9nında yaşayır. hazırda işsizdir, fərdi əməklə məşğul olaraq dolanışığını təmin edir. O, narkotik vasitə və psixotrop maddə aludəçisidir. O, ilkin ifadələrində qeyd etmişdir ki, o, 09 avqust 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu "Kubinka" adlanan ərazisində. üzdən tanıdığı, lakin yaşadığı ünvanı və şəxsiyyəti ona məlum olmayan kişi cinsli bir şəxsdən özünün istifadəsi üçün 10 manat pulun müqabilində 01 ədəd şəffav selofan bükümdə”patı” kimi tanınan psixotrop maddə metamfetamin alıb sonra təklikdə istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 09:45 radələrində ünvan 3 ünvanın qarşısından piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim edərkən onların Yasamal rayon polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə olmasına dair şübhələr olduğundan üzərini yoxlayacaqlarını, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək üzərini yoxlayacaqlarını, yəni üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Həmçinin ona üzərinin yoxlanması prosesinin videoyazıya alınacağını bildirmişlər, o da, etiraz etməmişdir. Üzərinin yoxlanması zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən, ona məxsus 01 ədəd şəffav selofan bükümdə, içərisində psixotrop maddə hesab olunan metamfetamin maddəsi olan bükümü çıxarıb təqdim etmişdir. Yoxlama zamanı həmin selofan bükülü açıldıqda içərisində ağ rəngli kristal halında, spesifik iyə malik, psixotrop maddə metamfetamin maddəsi olması məlum olmuşdur. Sorğu zamanı o, həmin 01 ədəd şəffav rəngli selofan bükümdə olan maddənin <<pati» kimi tanınan psixotrop maddə metamfetamin olmasını, ona məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Həmçinin polis əməkdaşları ona həmin psixotrop maddəni haradan əldə etdiyini soruşduqları zaman isə, o, həmin 01 ədəd şəffav rəngli selofan bükümdə olan psixotrop maddə metamfetamini saxlanılmazdan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri Nəsimi rayonu "Kubinka" adlanan ərazidə, üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi kişi cinsli şəxsdən 10 manat pul qarşılığında, elǝ 01 ədəd şəffav rəngli selofan büküm halında aldığını bildirmişdir. O, həmin metamfetamin psixotrop maddəsini alarkən tək olmuş, yanımda heç kim olmamış, aldığı həmin psixotrop maddəni sonra təklikdə istifadə etməyindən ötrü üzərində saxlamış, bu barədə isə heç kimə bildirməmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddə olduğu 01 ədəd selofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, tərkibinin və çəkisinin ekspertiza ilə müəyyən edilməsi üçün polislər tərəfindən götürülmüşdür. Həmçinin polis əməkdaşları üzərini yoxlamışlar, yoxlama zamanı üzərindən başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet, eləcədə narkotik vasitə, psixitrop maddə aşkar olunmamışdır. Daha sonra onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə gətirmişlər və onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş maddi sübuta və həmin prosesin video yazıya alındığı 01 ədəd DVD diskinə baxış keçiriləcəyini bildirmişlər, həmin prosesin də videoyazıya alınazağını izah etmişlər və o, etiraz etməmişdir. Baxış zamanı o, videoyazıda olanları bir daha təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da, imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, üzərindən aşkar olunan psixotrop maddə metamfetamindən savayı başqa yerdə ona məxsus qanunla qadağan edilmiş əşya, vasitə və ya predmet, eləcə də narkotik vasitə və psixotrop maddə yoxdur. Həmçinin o, ilkin ifadələrində belə qeyd etsədə, hazırda ifadəsini təkzib edir, çünki ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. üzərindən aşkar edilmiş psixotrop maddə ona aid deyil, həmin maddəni onun üzərinə qoymuşlar, polis əməkdaşları tərəfindən ona psixoloji təsir göstərilmişdir və o, da məcbur qalıb etiraf etmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyil, narkotik vasitə və ya psixotrop maddə satan şəxsləri tanımır və belə şəxslərlə cinayət əlaqəsində olmamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşan zaman, üzərinə şəxsi axtarış və götürmə keçirən zaman, onu polis idarəsinə gətirən zaman ona heç bir təsir və ya təziq olunmayıb, həmçinin o, heç bir zorakılığa və şiddətə məruz qalmamışdır. O, mobil telefon işlətmir, buna görə də onun hazırda istifadəsində heç bir mobil operator şəbəkəsinə aid mobil nömrə yoxdur. (i.v. 154-156) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində psixotrop maddə olan metamfetaminin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.410 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 34) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-621/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 110-117) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 03 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 141-143) CM-nin: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə əsasən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.360 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 09 avqust 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 09 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.360 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar