Məhkəmə qərarları › İş №1(004)-6/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-6/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-6/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1953-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində baş etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 350” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Moskva prospekti ilə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının “Yol Hərəkəti" haqqında qanun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, vaxtında tədbir görməklə idarə etdiyi “Mecedes Benz 350” markalı avtomobili velosipedçinin vurulma yerinə çatmadan dayandırmağa texniki imkan olmuş, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobili 70-80 km/saat sürətlə hərəkət etdirərkən avtomobilinin qabaq sol tərəfi ilə velosipedlə yolu sağdan sola keçən X5 ehtiyatsızlıqdan vurmuş və nəticədə sonuncunun baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol bu-çanaq oynağının əzilmiş yarası, sol göz yuvasının qançırı, bədən çoxsaylı sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərər vurmaya aid xəsarətləri yetirməklə sonuncunun ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 iyun 2021-ci il tarixində gecə vaxtı onun həyat yoldaşı Şahid1 ilə birlikdə oğlu Zaurun Mərdəkan qəsəbəsindəki evindən özünün Xırdalan şəhərində yerləşən evinə getmək məqsədi ilə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 350” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmişdir. Həmin avtomobili o idarə etmiş, həyat yoldaşı Validə xanum isə yanında əyləşmişdir. Saat təxminən 23:45 radələrində o “20 yanvar” metrostansiyasının yanından Xırdalan şəhərinə getmək məqsədi ilə Bakı Sumqayıt sosesindəki tunelə daxil olmuşdur. Həmin tunelə daxil olduqdan sonra o 3 zolaqlı tunelin orta zolağı ilə avtomobili saatda 70-80 km saat sürətlə idarə etmişdir. Tuneli keçdikdən təxminən 200 metr getdikdən sonra irəlidə ondan qarşıda sağda hərəkətdə olan iriqabaritli avtomobilin arxa hissəsindən sağdan sola doğru sürətlə hərəkət edən velosipedçini görmüşdür. Həmin andan onun velosipedçi ilə arasıda 20 metr məsafə olmuşdur. Velosipedçini gördükdən dərhal sonra o var gücü ilə idarə etdiyi avtomobilin tormoz əyləcinə basaraq idarə etdiyi avtomobili saxlamağa çalışmış, toqquşmadan qaçmaq üçün avtomobilin sükanını sağa burmuş, lakin toqquşmanın qarşısını ala bilməmişdir. O velosipedçini gördükdən sonra toqquşma ani anda baş vermişdir. Velosipedin axra təkəri ilə onun idarə etdiyi avtomobilin sol qabaq qanadı toxunmuşdur. Bundan sonra velosipedçi gəldiyi istiqamətdə onun idarə etdiyi avtomobilin sol hissəsinə yıxılmışdır. O dərhal idarə etdyi avtomobili saxlayıb həmin şəxsə yaxınlaşaraq velosipedi idarə edən şəxsin yerdə uzandığını, ondan xırıltılı səs gəldiyini və çətinliklə nəfəs aldığını görmüşdür. Həmin hadisə nəticəsində tıxac yaranmış və o düşünmüşdür ki, bu səbəbdən təcili tibbi yardım avtomobili hadisə yerinə gec çatacaq və buna görədə o arada olan şəxslərin köməkliyi ilə dərhal həmin şəxsi avtomobilin arxa oturacağına uzanıqlı olaraq yerləşdirmişdir. Bundan dərhal sonra o avtomobilə əyləşərək avtomobili olduğu yerə daha yaxın olan Biləcəri qəsəbəsində yerləşən “Dəmiryol” xəstəxanası istiqamətinə idarə etmişdir. Həmin vaxt o düşünmüşdür ki, hər bir halda şəhərin mərkəz xəstəxənalarına gedəcək yol Biləcəri qəsəbəsindən keçdiyi üçün vaxt itkisinə yol verməmək məqsədi ilə ilk olaraq yolunun üstündə olan xəstəxənaya getsin. Bundan sonra o hadisə yerindən avtomobili yolun sağ tərəfinə idarə edərək yolun əks istiqamətinə, yəni “Şamaxinka” adlanan ərazidən gələn yola çıxaraq üzü Biləcəri qəsəbəsinə dönmüşdür. Həmin vaxt onun həyat yoldaşıda avtomobildə olmuş və xəstənin tərpənməməsi üçün əlindən gələni etmişdir. O “Dəmiryol” xəstəxanasına çatdıqda orada dayanan mühafizəçi ona xəstəxananın xəstə qəbul etmədiyini və yaxında yerləşən X10 Yardım Stansiyasına getməsini məsləhət görmüşdür. Bu səbəbdən o dərhal avtomobili oradan bir az irəlidə yerləşən X10 Yardım Stansiyası istiqamətinə idarə etmişdir. Ora çatdıqda o hadisə barədə məlumat verib, təcili olaraq xəstəni xəstəxanaya yerləşdirməyi xahiş etmişdir. Lakin orada olan şəxslər ona həkimlərin çağırışda olduqları üçün xəstəni Respublikası xəstəxanasına çatdırmağını məsləhət görmüşlər. Bu zaman o gecikməmək üçün dərhal xəstəni “Mirqasımov” adına Respublika Klinik xəstəxanasına çatdırmışdır. Eyni zamanda yolda olan zaman DİN-in 102 zəng mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. 28 iyun 2021-ci il tarixdə saat təxminən 00:05 radələrində o xəstəni Respublika Klinik xəstəxanasının 2-ci korpusuna çatdırmışdır. Orada həkimlər gəlib onun avtomobilində xəstəni ilkin müayinə etmişlər və xəstənin artıq öldüyünü bildirmişlər. Bundan sonra isə onun polisə verdiyi məlumat əsasında həmin şəxsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X22-Təcrübi və Tədris Birliyinə aparmışdır. Orada ona məlum olmuşdur ki, həmin şəxs X6r. Əlavə olaraq bildirmişdirki, hadisə vaxtı onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobildə ondan və yoldaşından başqa heç kim və ya hər hansı yük olmamışdır. O güman edirki, həmin vaxt velosipedçi toqquşma yerinə yolun əks istiqamətinə doğru hərəkət edib sonra isə yolu keçərək digər hərəkət istiqamətinə keçməyə çalışmışdır. Həmin yol sürətli magistraldır və elə bir yoldur ki, orada nə piyada, nə də ki, velosipedçi üçün yer və ya yol nəzərdə tutulmamışdır. O düşünürki, mərhum X26 qəsəbəsində yolun kənarında yerləşən evlərindən Yasamal rayonunda yerləşən evlərinə velosipedlə gəlmək üçün o tunelə daxil olaraq üzü yuxarı yəni, yolun hərəkət istiqamətinin əksinə doğru hərəkət etmiş və sonradan isə yolun digər hissəsinə keçmək istəmişdir. Hesab edir ki, onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmədən, qeyd edilən halların nəzərə alınaraq CM-in 263.2-ci maddəsi ilə ona bəraət verilməsini və verilmiş mülki iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, X8r. Oğlu təxminən hadisədən 2 il əvvəl X20 adlı şəxslə qeyri rəsmi ərarvad kimi ailə qurmuşdur. Hadisədən təxminən 1 ay əvvəl onların arasında söz söhbət olmuş və Günay 01 ay olarmış ki, evlərində imiş. Onun Binəqədi rayonu, Biləcəri qəsəbəsində İdmançılar küçəsində Delfin Otelin yaxınlığında fərdi evi olmuşdur. O, 27 iyun 2021-ci il tarixdə saat təxminən 23 radələrində arvadı X17 və oğlu X11 ilə evdə olmuş və bu zaman oğlu Orxan evdə həyətdə olan adətən marketə gedib gəldikləri velosipetlə evdən çıxmışdır. Onun hara getdiyini bilməmişdir. Həmin günün səhərisi saat təxminən 03:30 radələrində bilmişdir ki, 27 iyul 2021-ci il tarixdə saat təxminən 23:45 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 350” minik markalı **-KL-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti ilə Sumqayıt şəhərinə doğru istiqamətdə sürətlə hərəkət etmiş və Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 6.2 km ünvanında velosipedlə hərəkətdə olan 06 fevral 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava ev 12-də qeydiyyatda olmuş və yaşamış oğlu X9 vuraraq sonuncunun ölümü ilə nəticələnən ağır bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. O, hadisəni törətmiş Təqsirləndirilən şəxs şikayətdir. Eşitmişdir ki, Samit hadisəni törətdikdən sonra oğlunu Məlikov adına xəstəxanaya aparmışdır. Nə üçün oğlu hadisədən sonra sağ olduğu halda onu dərhal hadisə yerinə daha yaxın olan Mirqasımova adına Respublika və digər yaxınlıqdakı xəstəxanalara deyil, başqa xəstəxanaya apardığını və nə üçün oğlu TTY avtomobili ilə xəstəxanaya aparılmadığını anlaya bilmir. Əgər həmin an xəstəxanaya dərhal çatdırılsaydı və ya TTY avtomobili ilə onu vaxtında götürsəydi bəlkə də o, indi sağ olarmış. Bundan başqa həmin şəxsin sonradan hansı səbəbdən övladının Mirqasımov adına xəstənaya yerləşdirilməsini və oğlunun ölümünə nə səbəb olduğunu, bu xüsusatları ərtaflı araşdırılmasını xahiş etmişdir. Orxan onun yeganə oğul övladı olmuş Təqsirləndirilən şəxs gecə yarı boş tuneldə sürətlə hərəkət etdiyi üçün yolun sağı ilə hərəkətdə olan oğlunu vuraraq hadisəni törətmişdir. Velospedin arxa təkəri 90 dərəcədə əyilmişdir. Hadisədən sonra oğlu 1 saat hadisə yerində tibbi müdaxiləsiz qalaraq çoxlu qan itirmiş, lakin Samit onun oğluna ilkin tibbi yardım göstərilməsinə icazə verməyərək buna şərait yaratmamışdır. Sonra yaralı olan oğlunu götürərək hadisənin izlərini itirmək məqsədi ilə Məlikov adına xəstəxanaya aparmış və yolda oğlunu öz maşınından götürüb qara “Vita” markalı dövlət qeydiyyat nişanını bilmədiyi maşına qoymuşdular. Hadisə barədə polisin məlumatı olduqdan sonra oğlunu Biləcəridə yerləşən Dəmiryolu xəstəxanasına qaytarmış, bundan sonra isə Respublika KTM-nə aparmış, orada isə oğluna heç bir tibbi yardım göstərilməmişdir. Oğlu xəsarətlər səbəbindən qanaxmadan ölmüşdür. Gəzdirilmiş 4 saat ərzində oğluna vaxtında tibbi yardım göstərilməsinə imkan və şərait yaradılsaydı onun həyatını xilas etmək olarmış. O, həmin hadisədən bir necə gün sonra Məlikov adına xəstəxanaya getmiş və ona məlum olmuşdur ki, gecə 01- 02 radələrində oğlunu iki nəfər kişi yaralı vəziyyətdə xəstəxanaya gətirmişlər və oğlunu heç avtomobildən də aşağı düşürtməyiblər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 27 iyun 2021-ci il tarixdə saat təxminən 23:45 radələrində dövlət qeydiyyat nömrə nişanını və markası xatırmadığı bir taksi ilə “20 yanvar” metrostansiyasının yanından Xırdalan şəhərinə getmək məqsədi ilə Bakı Sumqayıt sosesindəki tunelə daxil olmuşdur. Həmin vaxt o avtomobilin qabaq sərnişin hissəsində oturmuşdur. Tunelin çıxacağından təxminən 200-300 metr qarşıda bir velosipedçinin yolu sağdan-sola doğru keçdiyini görmüşdür. Həmin yolda piyada keçidi olmamışdır. Həmin yol intensiv hərəkət yoludur və hadisəni törədən avtomobil yolun orta zolağı ilə hərəkətdə olmuşdur. Onun olduğu avtomobil ilə hadisə törədən avtomobillə aralarında təxminən 150 metr məsafə olmuşdur. O, toqquşma anını, Samitin avtomobilinin velosipedçini vurduğu anı və ya tormozlamasını, avtomobilin velosipedçiyə necə dəydiyini görməmişdir. Hər şey bir anda baş vermiş, o sadəcə velosipedçinin yolu sağdan-sola keçdiyi anı görmüş, sonra isə səs-küy düşmüş, siqnal səsləri gəlmiş və tıxac yaranmışdır. Bundan sonra velosipedçinin yolun solunda yıxıldığını görmüş, həmin an o, hadisə yerindən təxminən 100 metr arxada olmuşdur. Həmin yerdə isə velosipedçiyə kömək etmək üçün taksini saxlatmışdır. Ondan başqa hadisə yerinə çoxlu sayda şəxslər yığılmışdır. Ona sonradan məlum olmuşdur ki, “Mercedes Benz 350” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır. Hadisədən sonra o, Samitə velosipedçini onun avtomobilinə yerləşdirməkdə kömək etmişdir. Samit həmin an şokda olsa da, tez və operativ davranaraq velosipedçini xəstəxanaya çatdırmaq məqsədi ilə avtomobilinə qoyub aparmışdır. Çünki təcili yardım maşının gəlməyini gözləsə idi, gecikməyə yol verə bilərdi. Həmin vaxt velosipedi idarə edən şəxs sağ idi və xırıltılı nəfəs alırdı. Samit həmin şəxsi, idarə etdiyi avtomobillə xəstəxanaya aparmışdır. O, əvvəllər Samiti tanımamış və qonşuluğunda yaşayan şəxs kimi orada hadisə yerində onu tanımışdır. Məhkəmə iclasında müstəntiq qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 27 iyun 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Yasamal Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında dərhal yol-nəqliyyat hadisəsi yerinə gələrək oraya baxış keçirmiş və 28 iyun 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib etmişdir. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 350” markalı **-KL- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə Sumqayıt şəhərinə doğru hərəkət etmişdir. Velosipedçi isə hərəkət istiqamətinin əksinə doğru hadisə yerinin sağ hissəsinə qədər gəlmiş, yolu sağdan sola velosipedlə keçməyə çalışmış, yolun sağından soluna 5,5 metr məsafə qət etmişdir. Hadisə yerində velosipedin vəziyyətinə, həmçinin “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sınmış hissələrinə əsasən, avtomobil düzünə hərəkətdə olmuş və velosipedi arxa təkərindən vurmuşdur. Toqquşmadan sonra velosiped hadisə yerindən 15 metr qarşıya düşmüşdür. O, hadisə yerinə gəldiyi zaman nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yol tam bağlanmamış və hadisəni törədən “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində olmamışdır. 14 oktyabr 2021-ci il tarixli “hadisə yerinə əlavə baxış keçirilməsi barədə” protokolla velosipedçinin qət etdiyi tumbalardan hadisə yerinədək olan məsafəni 3 hissəyə bölmüşdür. Təhlükəsizlik Şəhər Kameralarına əsasən velosipedçi 13-cü tumbadan 24,5-ci tumbaya qədər olan 28 metr məsafəni düz hərəkət edərək keçmişdir. Velosipedçinin hərəkət etdiyi yolun enişə doğru istiqamətlənməsi, həmçinin həmin məsafənin ölçülərək saniyələrə bölünməsi əsasında 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi müəyyən olunmuşdur. Tunelin girişindən 24,5 tumbadan sonra isə hadisə yerinin 90 dərəcəli rakursuna kimi olan məsafə 31 metrdir. Hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi şahid ifadələrinə əsaslanaraq fiksasiya olunmuş və tərtib edilmişdir. Velosipedçinin hərəkət istiqaməti isə sürücünün dediklərinə əsasən müəyyənləşdirilmişdir. Sürücü Təqsirləndirilən şəxs ifadəsində qonşusu Şahid2 hadisə zamanı köməklik göstərməsini bildirdiyi üçün həmin şəxs ibtidai istintaq zamanı şahid qismində dindirilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 14 oktyabr 2021-ci il tarixli “hadisə yerinə əlavə baxış keçirilməsi barədə” protokolla iş üzrə vacib olan parametrləri müəyyənləşdirməyə çalışmış, həmin protokolda təhlükənin yarandığı andan toqquşmanın baş verməsinə qədər olan məsafə müəyyən edilməmişdir. Protokolda müəyyən edilmiş 28 metr məsafə velosipedçinin 13-cü tumbadan 24,5-ci tumbaya qədər düz hərəkət edərək keçdiyi məsafədir və həmin məsafə velosipedçinin sürətinin ölçülməsi məqsədi ilə müəyyən edilmişdir. Həmin məsafə velosipedçinin yola hansı məsafədən daxil olmasını müəyyən etmir və sözügedən protokola həmin məsafə ilə bağlı parametr əlavə edilməmişdir. Hadisə yerinə baxış protokolunda müəyyən edilənlər ilkin olaraq hadisə yerində müəyyən edilmiş faktlara əsaslanır. Protokoldan göründüyü kimi toqquşma avtomobillə velosipedçi arasında 90 dərəcə altında baş vermişdir. Məhkəmə iclasında müstəntiq qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı ona həvalə olunmuşdur. Ondan əvvəl cinayət işi üzrə təyin olunmuş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası zamanı verilmiş 01 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən hadisə ilə bağlı tədqiqat aparılmasının mümkün olmaması səbəbindən bundan əvvəl onun iştirakı olmadan keçirilmiş hadisə yerinə baxış protokolları əsasında 07 aprel 2022-ci il tarixli əlavə avtotexniki ekspertiza təyin etmək haqqında qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunmuş parametrlərin ondan əvvəl tərtib olunmuş hadisə yerinə baxış keçirilməsi barədə protokolları əsasında qeyd olunmasının səbəbi hadisə yerinə onun tərəfindən baxış keçirilməməsi və cinayət işinin ilkin istintaqını aparan müstəntiqin həyata keçirdiyi istintaq hərəkətlərinin qanuniliyinə şübhənin olmaması olmuşdur. İstintaq tərəfindən təqdim olunan parametrlərə əsasən “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması barədə 29 aprel 2022-ci il tarixli 8/878 nömrəli ekspert rəyi verilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxs və onun müdafiəçisi ekspert rəyi ilə tanış edilmiş və 09 iyun 2022-ci il tarixində bu barədə protokol tərtib edilmişdir. Cinayət işi üzrə yekun ittiham 17 avqust 2022-ci il tarixdə onun tərəfindən irəli sürülmüşdür. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işində keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası zamanı 01 oktyabr 2021-ci il tarixli 8/2223 nömrəli, 29 aprel 2022-ci il tarixli 8/878 nömrəli və 30 dekabr 2022-ci il 8/3357 nömrəli ekspert rəyləri vermişdir. Ekspert rəylərinin verilməsi zamanı təqdim olunmuş istintaq orqanı tərəfindən müəyyənləşdirilən parametrlərə əsasən tədqiqat aparmış və ekspert qarşısında qoyulan suallara cavab vermişdir. 02 avqust 2021-ci il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin etmək barədə istintaq orqanının qərarında qeyd edilmiş velosipedçinin yolun sağ kənarından soluna doğru vurulma yerinə kimi 5,5 metr məsafə qətməsi real hadisə mexanizminə uyğun olmadığından “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmağın mümkün olmaması barədə 01 oktyabr 2021-ci il tarixli 8/2223 nömrəli ekspert rəyi verilmişdir. O, nəqliyyat vasitəsinin üzərində olan əziklərə əsasən trasoloji tədqiqat aparmaqla velosipedçinin hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulmaya kimi yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkətdə olması qənaətinə gəlmişdir. O, hesab edir ki, “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istiqamətlənibistiqamətlənməməsindən asılı olmayaraq velosipedlə avtomobil arasında olan toqquşma bucağı dəyişməyəcəkdir. 29 aprel 2022-ci il tarixli ekspertizanın keçirilməsi zamanı nəqliyyat vasitəsilərinə vizual baxış keçirilməsinin mümkün olmaması səbəbindən “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə velosipedin toqquşma bucağını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli ekspertiza təyin edilməsi barədə istintaq orqanının qərarında qeyd olunmuş velosipedçinin 28 metr məsafə qət etməsi və həmin məsafənin qət edilməsinə 8,5 saniyə vaxt sərf edilməsinə dair məlumatlara əsasən 29 aprel 2022-ci il tarixli 8/878 nömrəli ekspert rəyində onun tərəfindən velosipedçinin sürəti 11,9 km/saat olaraq müəyyənləşdirilmişdir. Rəy verilərkən istintaq tərəfindən təqdim olunmuş velosipedin yolun hərəkət hissəsinə daxil olmasından toqquşmanın baş verməsinə qədər 28 metr məsafə qət etməsi məlumatına əsasən aparılmışdır. İstintaq tərəfindən təqdim olunan həmçinin digər parametrlərə əsasən “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması barədə 29 aprel 2022-ci il tarixli 8/878 nömrəli və 30 dekabr 2022-ci il 8/3357 nömrəli ekspert rəyləri verilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, 29 aprel 2022-ci il tarixli 8/878 nömrəli və 30 dekabr 2022-ci il 8/3357 nömrəli ekspert rəylərində yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokola əsasən hadisə yerində tormoz izlərinin aşkar olunmaması qeyd olunsa da, hadisə yerində tormoz izlərinin qalmaması nəqliyyat vasitəsinin tormoz əməliyyatını icra etməməsini izah etmir. Sonuncu ekspert rəyinə əsasən məhkəmə tərəfindən təqdim edilən hadisənin real hadisə mexanizminə uyğun olmaması əsasən avtomobillə velosiped arasında baş verən toqquşma bucağının 90 dərəcədən kifayət qədər böyük bucaq altında baş verməsi qənaətinə görə olmuşdur. Lakin toqquşma zamanı avtobilin hansı vəziyyətdə olması, yəni hərəkət zolaqlarına paralel, yaxud sağa meyilli olması məhkəmə tərəfindən gəlinməli olan nəticədir, ekspertin müəyyən etdiyi halların dairəsinə aid deyil. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert vəzifəsində çalışır. O, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işində keçirilmiş kompleks məhkəmə-videotexniki və yol-nəqliyyat hadisələri avtotexniki ekspertizası zamanı 05 iyul 2023-cü il tarixli, 8/1508-4/882 saylı ekspert rəyi vermişdir. Onun tərəfindən həmin rəyin nəticə hissəsində tədqiqata təqdim olunmuş videoyazılardakı görüntülərə görə verilmiş zaman anında nəqliyyat vasitələrinin sayının müəyyən olunması xüsusi bilik tələb etmədiyindən ekspert qarşısında qoyulmuş sual üzrə tədqiqatın aparılmaması qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-32/2023 saylı 02 may 2023-cü il tarixli kompleks məhkəmə-videotexniki və yol-nəqliyyat hadisələri avtotexniki ekspertizasının təyin edilməsinə dair qərarının nəticə hissəsində ekspert qarşısında qoyulmuş beşinci, yəni təhlükəsiz şəhər kameralarının görüntüləri nəzərə alınmaqla hadisə baş verdiyi ərəfədə, saat 23:40-dan 23:50-dək olan vaxt ərzində zolaqların hər biri üzrə Sumqayıt istiqamətində hərəkətdə olan avtomobillərin sayı və tunelin çıxışında olan vəziyyət əsas götürülməklə həmin avtomobillərin arasındakı vaxt intervalının müəyyən edilməsi ilə bağlı sualın avtomobillərin sayına dair hissəsi onun ekspert qismində həll etdiyi suallar dairəsinə aid olmadığından o, 05 iyul 2023-cü il tarixli, 8/1508-4/882 saylı ekspert rəyində həmin suala dair tədqiqat aparmamışdır. Qeyd olunan qərarda göstərilən tədqiqat obyekti, yəni Sumqayıt istiqamətində zolaqların hər biri üzrə hərəkətdə olan avtomobillərin konkret olaraq hansı hərəkət zolağında və hansı şəkildə hərəkətdə olması dəqiq şəkildə müəyyən edilmədiyindən o, obyektin identifikasiyasını apara bilməmiş və ekspert rəyində onun qarşısına qoyulan suala həmin hissədə cavab verə bilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 məhkəməyə notarial təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs onun həyat yoldaşı olması səbəbindən məhkəmə iclasında ifadə verməkdən imtina etdiyini bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş X20 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 71-73-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, X9 uşaqlıqdan tanıyırmış. O, Orxanın ana nənəsi ilə qonşu olmuş və 2019-cu ilin may ayında Orxanla qeyri rəsmi evlənmişlər. Nigaha düşmək istəsək də valideynləri buna narazı olduqlarına görə bunu edə bilməmişlər. Orxan daimi olaraq spirtli içki qəbul edirmiş və narkotik vasitə istifadə edib etmədiyini deyə bilməzmiş. Orxan ailə dəyərlərinə önəm verməmişdir. O, onların Alatava 1, ev 12 ünvanında olan evlərində yaşamışdır. Orxangilin eyni zamanda Biləcəri qəsəbəsində Delfin Otelin yanında Bakı-Sumqayıt yolunun üzərində də evləri var imiş. Orada Orxanın babası ilə nənəsi yaşamışdır. Orxanın nənəsi rəhmətə gedəndən sonra isə Orxanın anası babasına baxmaq üçün daimi olaraq həmin evdə yaşamağa başlamışdır. Atası isə gah o evdə, gah da bu evdə yaşamışdır. Onun Orxanla münasibətləri get gedə soyumuşdur. Orxanın əsasən hər gün sərxoş olması, evə gec gəlmələri, ailə dəyərlərinə önəm verməməsi və bu kimi hallar onu bezdirmişdir. O, hadisədən təxminən 2 ay əvvəl anasının evinə getmişdir. O, 28 iyun 2021-ci il tarixdə səhər saatlarında eşitmiş ki, 27 iyul 2021-ci il tarixdə saat təxminən 23:45 radələrində Təqsirləndirilən şəxs baş etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 350 minik” markalı **- KL-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti ilə Sumqayıt şəhərinə doğru istiqamətdə sürətlə hərəkət etmiş və Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 6.2 km ünvanında yolu sağdan sola doğru keçərək velosipedlə hərəkətdə olan 06 fevral 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava ev 12-də qeydiyyatda olmuş və yaşamış keçmiş əri X9 vuraraq sonuncunun ölümü ilə nəticələnən ağır bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törəmişdir. O, Orxanın hüzr yerində iştirak etmişdir. Sürücüdən valideynləri şikayət etmişdir. Onun həmin şəxsdən heç bir şikayəti yoxdur. Bu barədə ərizə vermək istəməmişdir. O, onunla qeyri rəsmi ər arvad olsa da özünü ondan boşanmış hesab etmişdir. Keçmiş ərinin atası İsgəndərin iş üzrə onun hüquqi varisi kimi tanımağına heç bir etirazım olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/8545 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v. 6) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 6.2 km olmaqla Bakı-Sumqayıt şossesinin başıanğıcı tuneldən Sumqayıt şəhəri istiqamətinə çıxışdan 300 metr qarşıda yerləşir. Yol asfalt beton örtüklüdür. Üfüqü, düz və qurudur. Havada 26 dərəcə temperatur vardır. Yol bir istiqamət üçün 3 zolaq olmaqla 12 metrdir. Hər zolaq üçün hərəkət hissəsinin eni 4 metrdir. Yola sağdan və soldan birləşən hissələr yoxdur. Yol 80 km saat maksimal sürət həddini göstərən nişanın qüvvəsi altındadır. Süni işıqlandırma ilə işıqlandırılır. Toqquşma yeri orta zolağın soldan sağa 2.5 metrliyində baş vermişdir. Hadisədə “Mercedes Benz” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə velosipedçi toqquşmuşdur. Hadisədən əvvəl “Mercedes Benz 350 minik” markalı avtomobil Sumqayıt şəhərinə doğru hərəkət etmiş, velosipedçi isə yolu sağdan sola doğru keçmişdir. Velosipedçi yolun 12 metr eni olan hissəsindən 5.5 metr hissəni sağdan sola doğru hərəkətlə qət etmişdir. Velosipedçi hərəkət istiqamətinin əksinə doğru hərəkət etmiş, yolu sağdan sola doğru keçmək istəmişdir. Hadisə yerində orta zolağın soldan 2.5 metr məsafəsində qan ləkələri vardır. Solda səki kənarında qan ləkləri vardır. “Mercedes Benz 350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən qarşıda 20 metr məsafədə dayanmış velosipedçini xəstəxanaya çatdırmaq üçün idarə olunmuşdur. Velosiped isə vurulma yerindən 15 metr qarşıda səkinin üzərindədir. Hadisə yerində şin izləri aşkar olunmamışdır. Hadisə yerində sol tərəfdəki səkidə, onun üzərində vurulmuş işıqlandırma lövhəsində cızıqlar mövcuddur ki, bunlar velosipedçinin hadisədən sonra velosipedlə həmin yerə çırpıldığını göstərir. Hadisə yerində tormozlama izləri yoxdur. Hadisə yerində velosipedin vəziyyəti həmçinin **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sınmış hissələrində görünür ki, “Mercedes” markalı avtomobil düzünə hərəkətdə olmuş velosipedi arxa təkərindən vurmuşdur. Hadisə yerində “Mercedes Benz 350 minik” markalı avtomobilin qabaq setka, həmçinin qabaq sol tərəf fara sınıqları eləcə də velosipedin oturacaq və təkər qoruyucusunun plastikdən olan bəzi hissələrinin sınmış və hadisə yerinə səpələnmiş qırıntıları mövcuddur. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonu, Moskva pospekti ilə Bakı-Sumqayıt şossesinə çatmamış Sumqayıt şəhərinə doğru 70-80 km sürətlə hərəkətdə olduğu zaman qarşısından 20-25 metr məsafədə yolu sağdan sola doğru velosipedlə keçmək istəmiş, adi sürətlə sağdan sola 12 metr enində olan yoldan 5.5 metr məsafə qət etmişdir. Yolun ortasında orta zolaqda toqquşma baş vermiş bundan sonra velosipedçi yolun solunda olan səkiyə çırpılmış bundan sonra isə velosipedçi hadisə yerindən 15 metr qarşıya tərəf sürüşmüş və dayanmışdır. Hadisə yerinin sxem planına əsasən velosipedçi 5.5 metr məsafəni sağdan sola doğru perpendikulyar şəkildə qət etmiş və orta zolaqda 90 dərəcəlik bucaq altında “Mercedes Benz 350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Velosipedçi yolun sol kənarındakı səkiyə çırpılmış velosiped isə 15 metr qarşı sürüklənərək səkinin üzərində dayanmışdır. (i.v. 7-23) xx.xx.2013-cü il tarixli AB seriyalı 559875 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücüdür. (i.v. 26) AB seriyalı 579939 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz ML 350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil X13 məxsusdur. (i.v. 26) 16 iyul 2011-ci il tarixli etibarnamədən görünür ki, “Mercedes Benz ML 350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişnalı avtomobil X18 tərəfindən Təqsirləndirilən şəxs idarə etmək üçün verilmişdir. (i.v. 27) “Baxış keçirilməsi barədə” 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, “Mercedes Benz ML350” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuş və avtomobilin qabaq radiyator barmaqlığının sol hissəsi, sol farası, kapotun sol yan hissəsi əzik vəziyyətdədir. (i.v. 43-48) “İfadənin yerində yoxlanılması barədə” 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekində X3 YNH nəticəsində ölümünə səbəb olmuş hadisə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 6,2 km ünvanıdır . Moskva prospekti 6,5 km isə Bakı-Sumqayıt şossesi başlayır. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs bildirdi ki , o xx.xx.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Mercedes Benz 350 minik markalı **-KL-*** d.n.n. avtomobili ilə həmin yolla saatda 70-80 km sürətlə hərəkət etdiyi zaman onun sağından, sağdan sola doğru velosipedçinin yolu keçdiyini görmüş, o orta zolaqla hərəkət etmiş, velosipedçini, orta zolaqda 12 metr eni olan yolda 5,5 metr məsafə qət etmiş velosipedçini idarə etdiyi avtomobilin qabaq sol və sol qabaq qanadı ilə vurmuş , nəticədə həmin piyada onun solunda olan səkiyə çırpılmışdır və oradan 15 metr irəliyə qədər sürüşərək dayanmışdır . Bundan sonra həmin şəxsi xəstəxanaya çatdırsada onun həyatının xilas etmək mümkün olmamışdır. (i.v. 49-52) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 60) “Diskə baxış keçirilməsi haqqında” 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, X1 Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nə təqdim etdiyi 01 ədəd DVD diskdə xx.xx.2022-ci il tarixində saat 23:20-dən 00:00-dək olan müddətdəki video görüntüsünə keçirilmiş baxış zaman Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə Sumqayıt şəhərinə doğru istiqamətdə və əksinə Bakı şəhərinin mərkəzinə doğru istiqamətdə avtomobillərin intensiv hərəkətdə olduğu və 03.50-ci saniyəsində görünür ki, yolun sağ tərəfi ilə hərəkətin əskinə doğru velosipedçi üzü yuxarı doğru velosipedlə hərəkət etdiyi və həmin şəxs Sumqayıt Bakı şossesinin Bakı şəhərinə doğru olan istiqamətindən yolun digər tərəfi ilə avtomobillərin hərəkətinin əksinə doğru hərəkət etdiyi və 04:30 saniyədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə Sumqayıt şəhərinə doğru istiqamətdə tunelin sağ tərəfinə keçdiyi müəyyən olumuşdur. (i.v. 84-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinin 16 iyul 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AB 559875 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 88) “Diskə baxış keçirilməsi haqqında” 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, DİN-in Təhlükəsiz şəhər müşahidə kamaralarından TŞ-2-131, TŞ-3-072 nömrəli şəhər kamaralarının qeydə aldığı video görütülərdə iş üzrə əhəmiyyət kəsb edən video görüntünün olmadığı müəyyən edildi. DİN-in Təhlükəsiz şəhər müşahidə kamaralarından TŞ-2-104 saylı kameranın qeydə aldığı diskdə 03 ədəd mp4 formatlı video faylın olduğu görünür. Həmin fayllar açıldıqda fayllardan 1-ci video görüntüyə baxanda görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23:10-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə Sumqayıt şəhərinə doğru istiqamətdə və əksinə avtomobillər intensiv hərəkətdədirlər. Video görüntü xx.xx.2021-ci il tarixdə saat 23:10-dan başlayır. Həmin video yazının 41-ci dəqiqəsində, yəni 23:50 radələrində tunelin içərisinə tərəf hərəkətin əksinə velosipedçi yolun sağ hissəsi ilə hərəkət edir. Həmin şəxsin əlamətləri və digər video görütülərlə təhlil həmin şəxsin X11 olduğunu göstərir. Onun sonrakı hərəkətləri video görütüyə düşmür. TŞ-2-104/2-ci firlanan kamerasının görüntülərindən görünür ki, saat 23:50 radələrində həmin yolda intensiv hərəkət var. Kamera fırlandığı zaman, həmin yerə döndüyü zaman isə artıq saat 42:30 dəqiqəni göstərir. Hadisənin baş verdiyi velosipedçinin vurulduğu, velosipedin yolun sol kənarında olduğu görünür. Fırlanan kamareda görünür ki, hadisədən bir az sonra əynində olan paltarlarla və digər əlamətləri ilə üst-üstə düşən Təqsirləndirilən şəxs olduğu bilinən şəxs idarə etdiyi avtomobilin sürücü tərəfindən yerə düşür. Yəni, sürücünün Təqsirləndirilən şəxs olduğu görünür. Bundan 2 dəqiqə sonra isə orada yığılmış şəxslərin köməkliyi ilə hələ sağ olan X9 Təqsirləndirilən şəxs xəstəxanaya çatdırılmaq üçün hadisə yerindən götürür, öz idarə etdiyi avtomobillə hadisə yerindən aparır. Yolda avtomobillərin normal hərəkəti bərpa edilir. (i.v. 95-96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X32 xx.xx.2021-ci il tarixli, 64 saylı ekspert rəyindən görünür ki,

1. X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdaki xəsarətlər aşkar edildi: Baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol bud-çanaq oynağının əzilmiş yarası, sol göz yuvasının qançırı, bədənin coxsaylı sıyrıqları,

2. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunduğu kimi hərəkətdə avtomaşınla velosipetin toqquşması nəticəsində avtomaşının hissələrinin və yer örtüyünün təsirindən törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir.

3. X4 ölümünə səbəb – almış olduğu açıq ağır kəllə beyin travması nəticəsində baş beyin toxumasına yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təqribən 8-12 saat əvvələ uyğun gəlir.

4. X4 meyidindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində 1% o etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngul dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir (i.v. 101-106) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2223 saylı, 01 oktyabr 2021-ci il tarixli yol-nəqliyyat hadisələrinin tədqiqi barədə rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır. (i.v. 113-114) “Hadisə yerinə əlavə baxış keçirilməsi barədə” 14 oktyabr 2021-ciu il tarixli protokoldan görünür ki, əlavə baxış keçirilən yer Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektinin 6.2 km başlayan Sumqayıt şəhəri istiqamətində olan tunelin çıxışının orta hissəsidir. Bu hissəyə baxış ona görə əlavə olaraq keçirilir ki, istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə saat 23:50-də həmin yerdə “Mercedes Benz” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçini vurması və hadisə nəticəsində X3 ölməsi faktı ilə bağlı onun hərəkət surətini müəyyən etmək məqsədilə həmin yerə fokslanmış DİN-nin təhlükəsiz şəhər kameralarının görüntüləri ilə müəyyən olunur ki, velosipedçi hadisədən öncə tunelin sağ tərəfi ilə hərəkətin əksinə doğru hərəkət edir, ortalamış hər birinin ortaları 2.5 metr təşkil edən tumbaların başlanğıcdan 13-cü tumbaya kimi 33 metr məsafə qət edir. 13-cü tumbadan24.5-ci tumbaya qədər olan 28 metr məsafəni velosipedçi 8.5 saniyəyə qət edir. Tunelin girişindən 24.5-ci tumbadan sonra isə hadisə yerinin 90 dərəcəli tuşuna kimi olan məsafə 31 metrdir. Toqquşma yeri ilə (tumba) 24.5-ci tumba arasında 31 metr məsafə vardır. Toqquşma yeri sağdan sola doğru 5.5 metr məsafədə yerləşir. Velosipedçinin tunelin girişindən 13-cü tumbadan 24.5-ci tumbaya qədər 8.5 saniyə ərzində getməsi isə video görüntüyə baxışla müəyyən edildi. Məsafəni isə 28 metr müəyyən etmişlər. Deməli velosipedçi 28 metr məsafəni 8.5 saniyəyə qət etmişdir. (i.v. 118-123) “Video-görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, velosipedçi yolun sağ kənarından sola istiqamətlənərək sola doğru yola nəzərən 90 dərəcədən kifavət qədər kiçik bucaq altında çəpinə hərəkət edir. Velosipedçinin vurlma yerinini hərəkət hissəsinin sağ kənarından sola doğru 5,5 metr məsafədə yerləşməsi və velosipedçinin hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulmaya kimi yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkətdə olması nəzərə alınmaqla volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən kifayət qədər böyük məsafə gət etməsi müəyyən olundu. Ona görə də, istintaq tərəfindən müəyyən edildiyi kimi velosipedçinin yolun sağ kanarından soluna doğru vurulma yerinə kimi 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. (i.v. 139) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/878 saylı, 29 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisələrinin tədqiqi barədə rəyindən görünür ki,

1. Velosipedçinin 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi şəraitində onun hərəkət sürəti 11,9 km/saata uyğundur.

2. Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobil təmir edildiyindən və velosipedin baxışa təqdim olunması mümkün olmadığından ilkin kontakt anında Mercedes Benz 350 markalı avtomobil ilə velosipedin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərini, yəni toqquşma bucağanı ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir.

3. Hərəkət üçün təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin qət etdiyi 28 metr məsafəyə 8,5 saniyə vaxt sərf olunması şəraitində təhlükə yarana anda Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobiln velosipedçinin vurulma yerindən olduğu məsafə avtomobilin 70km/saat hərəkət sürətində 165,3 metrə, 80 km/saat hərəkət sürətində isə 188,9 metrə uyğundur.

4. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 147-151) “Mülki iddiaçı qismində tanınma haqqında” 25 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 mülki iddiaçı qismində tanınmışdır. (i.v. 155) “Qətimkan tədbiri seçilməsi haqqında” 09 iyun 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 188-189) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 195) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 5(004)- 787/2022 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə ünvan 6 ünvanında yerləşən, qeyri-yaşayış sahəsi, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Qüllə küçəsi, 8/10) isə xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmış, dövlət qeydiyyat nişanı **- BC-***, şəhadətnamə AA131447,şahədtnamənin verilmə tarixi xx.xx.1998-ci il, VAZ 21013 minik avtomobili, B/ili 1982-ci il , rəngi albalı, mühərrik 5926448, ban 4053118, şassi 3998243, dövlət qeydiyyat nişanı **-BG-***, şəhadətnamə AA660624, şahədtnamənin verilmə tarixi xx.xx.2006-cı il, Lexus RX 300 minik avtomobili, B/ili 2001-ci il, rəngi qızılı, mühərrik 4480855, ban 4053118, şassi jTjGF10UX10109084 - X21 adında olan əmlakların üzərinə mülki iddia öz həllini tapanadək həbs qoyulmuşdur. (i.v. 224-225) “Sübutların qiymətləndirilməsi haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin predmeti olmuş Təqsirləndirilən şəxs idarə etdiyi X13 məxsus “Mercedes Benz ML350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs verilmişdir. İş üzrə 05 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (i.v. 228-236) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 8/3357 nömrəli ekspert rəyindən görünür ki, 1.2.3. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükə yaranan andan, yəni volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən kifayət qədər böyük məsafə qət etmişdir. İstintaq tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan andan vurulma yerinə kimi velosipedçinin 28 metr məsafə qət etməsi və həmin məsafənin qət edilməsinə 8,5 saniyə vaxt sərf olunması şəraitində Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 8/1508-4/882 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş videoyazılardakı görüntülərə görə verilmiş zaman anında nəqliyyat vasitələrinin sayının müəyyən olunması xüsusi bilik tələb etmədiyindən ekspert qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılmamış.

2. Videoyazıların ekspertizası yolu ilə 1-ci hərəkət zolağında olan avtomobillər arasındakı vaxt intervalı müəyyən edilmədiyindən qeyd olunan sual üzrə tədqiqat aparılmadı. 3.4.5. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan andan, yəni volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən böyük məsafə qət etmişdir. Məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.

6. Velosiped onu idarə edən şəxsin əzələ enerjisi ilə hərəkət etdirildiyindən velosipedin hərəkət sürəti velosipedçinin fiziki göstəricilərindən və velosipedi hansı formada idarə etməsindən asılı olaraq müxtəlif olur. Ona görə də velosipedçinin hərəkət sürətinə dair cədvəlin tərtib edilməsi mümkün deyildir. Velosipedçinin 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi şəraitində onun hərəkət sürəti 11,9 km/saata uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2024-cü il tarixli 8/3510-4/1898 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş videoyazılara görə hadisə baş verdiyi ərəfədə, yəni saat 23:40-dan 23:50dək olan vaxt ərzində Sumqayıt şəhəri istiqamətində sağdan 1-ci və 2-ci zolaqda hərəkətdə olan avtomobillərin sayı və tunelin çıxışında olan vəziyyət əsas götürülməklə həmin zolaqlarda ardıcıl hərəkətdə olan avtomobillərin arasındakı vaxt intervalı tədqiqi hissədəki cədvəldə verilmişdir. 2.3.4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan andan, yəni volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən böyük məsafə qət etmişdir. Məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.

5. Velosiped onu idarə edən şəxsin əzələ enerjisi ilə hərəkət etdirildiyindən velosipedin hərəkət sürəti velosipedçinin fiziki göstəricilərindən və velosipedi hansı formada idarə etməsindən asılı olaraq müxtəlif olur. Ona görə də velosipedçinin hərəkət sürətinə dair cədvəlin tərtib edilməsi mümkün deyildir. Velosipedçinin 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi şəraitində onun hərəkət sürəti 11,9 km/saata uyğundur.

6. Rəyin tədqiqi hissəsində gösterilen səbəblərə görə qeyd olunan sual üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə cavab vermək mümkün deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti yol hərəkəti və nəqliyyat vasitəsinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində baş etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 350” minik markal, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Moskva prospekti ilə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının “Yol Hərəkəti "haqqında qanun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, vaxtında tədbir görməklə idarə etdiyi “Mecedes Benz 350” markalı avtomobili velosipedçinin vurulma yerinə çatmadan dayandırmağa texniki imkan olmuş, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobili 70-80 km/saat sürətlə hərəkət etdirərkən avtomobilinin qabaq sol tərəfi ilə velosipedlə yolu sağdan sola keçən X5 ehtiyatsızlıqdan vurmuş və nəticədə sonuncunun baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol bu-çanaq oynağının əzilmiş yarası, sol göz yuvasının qançırı, bədən çoxsaylı sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərər vurmaya aid xəsarətləri yetirməklə sonuncunun ölümünə səbəb olması göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, müvafiq sübutlar toplanılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). İbtidai istintaq orqanı tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2223 saylı, 01 oktyabr 2021-ci il tarixli yolnəqliyyat hadisələrinin tədqiqi barədə rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Mercedes Benz 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Həmin rəyin təsviri əsaslandırıcı hissəsinə əsasən istintaq tərəfindən qərarda göstərilmişdir ki, sürücü Tağıyev idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz 350 markalı avtomobili Moskva prospekti ilə Sumqayıt şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən qarşıda hərəkət hissəsinin sağ kanarı ilə hərəkətin əksi istiqamətində hərəkətdə olan velosipedçi yolu sağdan sola doğru keçməyə başlamış və velosipedçi avtomobillə vurulmuşdur. Velosipedçinin vurulma yeri hərəkət hissəsinin sağ kənarından 5,5 metrlik, sol kənarından isə 6,5 metr məsafədə yerləşir. Velosipedçi yolun sağ kənarından soluna doğru vurulma yerinə kimi 5,5 metr məsafə qət etmişdir. Lakin həmin rəydə əlavə olaraq qeyd edilir ki, hərəkət hissəsinin sağ kənarı ilə hərəkətin əksi istiqamətində hərəkətdə olan velosdipedçi sola istiqamətlənərək yolun soluna doğru hərəkətdə olarkən yola nəzərən perpendikulyar deyil, çəpinə olaraq hərəkətdə olur. Həmçinin iş materiallarında olan avtomobilin fotoşəkillərindən belə məlum olur ki, velosipedçinin vurulması nəticəsində avtomobilin qabaq sol fara, kapotun qabaq sol hissəsi və qabaq sol qanad deformasiya olunmuşdur. Qabaq sol qanadın qabaq aşağı yan hissəsi sağa doğru, həmin sahənin yuxarı hissəsi isə sola doğru deformasiya olunmuşdur. Bu isə onu izah edir ki, velosipedçi hərəkət hissəsinini sağ kənarından sola istiqamətləndiyi andan vurulmaya kimi yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkətdə olmuşdur. Həmin fakt iş materiallarında olan diskdəki videogörüntülərdə də öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan diskdəki videgörüntülərdən belə məlum olur ki, velosipedçi yolun sağ kənarından sola istiqamətlənərək sola doğru yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkət edir. Velosipedçinin vurulma yerinini hərəkət hissəsinin sağ kənarından sola doğru 5,5 metr məsafədə yerləşməsi və velosipedçinin hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulmaya kimi yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkətdə olması nəzərə alınmaqla volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən kifayət qədər böyük məsafə qət etmişdir. Ona görə də, istintaq tərəfindən müəyyən edildiyi kimi velosipedçinin yolun sağ kənarından soluna doğru vurulma yerinə kimi 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən qərarda göstərilmişdir ki, sürücü Tağıyev velosipedçini 20-25 metr məsafədən görmüşdür və onun üçün təhlükə həmin andan yaranmışdır. Qeyd edilir ki, göstərilən vəziyyətdə sürücü Tağıyevin hərəkəti üçün təhlükə velosipedçini gördüyü andan deyil, hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan velosipedçinin sola istiqamətləndiyi andan yaranır. Həmin anda 70-80 km/saat sürətlə hərəkətdə olan “Mercedes Benz 350” markalı avtomobilin velosipedçinin vurulma yerindən olduğu real məsafəninin müəyyən edilməsi üçün isə istintaq tərəfindən təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin qət etdiyi real məsafə və velosipedçinin hərəkət sürəti təqdim edilməli idi. Lakin qeyd olunan məlumatlar istintaq tərəfindən təqdim edilməmişdir. İstintaq tərəfindən qərarda göstərilən velosipedçinin yolun sağ kənarından soluna doğru vurulma yerinə kimi 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından və istintaq tərəfindən velosipedçinin hərəkət sürəti təqdim edilmədiyindən qeyd olunan vəziyyətdə “Mercedes Benz 350” markalı sürücü Tağıyevin hadisənin qarşısının alınması ilə əlaqadar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/2223 saylı, 01 oktyabr 2021-ci il tarixli rəyini sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Belə ki, CPM-in 127.1-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir, bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, TŞ-2-104 saylı kameranın qeydə aldığı video fayla əsasən video görüntü xx.xx.2021-ci il tarixdə saat 23:10-dan başlayır. Həmin video yazının 41-ci dəqiqəsində, yəni 23:50 radələrində tunelin içərisinə tərəf hərəkətin əksinə velosipedçi yolun sağ hissəsi ilə hərəkət edir. Həmin şəxsin əlamətləri və digər video görütülərlə təhlil həmin şəxsin X11 olduğunu göstərir. Onun sonrakı hərəkətləri video görütüyə düşmür. TŞ-2-104/2-ci firlanan kamerasının görüntülərindən görünür ki, saat 23:50 radələrində həmin yolda intensiv hərəkət var. Kamera fırlandığı zaman, həmin yerə döndüyü zaman isə artıq saat 42:30 dəqiqəni göstərir. Hadisənin baş verdiyi velosipedçinin vurulduğu, velosipedin yolun sol kənarında olduğu görünür. Həmin hallar “Diskə baxış keçirilməsi haqqında” 31 iyul 2021-ci il tarixli protokolda da öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/2223 saylı, 01 oktyabr 2021-ci il tarixli rəyinin təsviri hissəsində göstərilən hal yəni, “videgörüntülərdən belə məlum olur ki, velosipedçi yolun sağ kənarından sola istiqamətlənərək sola doğru yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkət edir” iş materiallarındakı videogörüntələrdə öz əksini tapmır. Belə ki, həmin videogörüntülərə əsasən velosipedçi tunelin içərisinə tərəf hərəkətin əksinə yolun sağ hissəsi ilə hərəkət edir. Onun yolun soluna tərəf çəpəki hərəkət edib-etməməsi iş materiallarında olan videogörüntülərlə öz təsdiqini tapmır. Bundan başqa hadisə yerinin sxem planına əsasən velosipedçi 5.5 metr məsafəni sağdan sola doğru perpendikulyar şəkildə qət etmiş və orta zolaqda 90 dərəcəlik bucaq altında “Mercedes Benz 350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Velosipedçi yolun sol kənarındakı səkiyə çırpılmış velosiped isə 15 metr qarşı sürüklənərək səkinin üzərində dayanmışdır. Həmin plan sxemdə velosipedçinin avtomobilə nəzərən perpendikulyar hərəkət etdiyini və toqquşmanın azı 90 dərəcəlik bucaq altında baş verdiyini göstərir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/2223 saylı, 01 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmiş çatışmamazlıqların aradan qaldırılması üçün istintaq orqanı tərəfindən bir sıra prosessual hərəkətlər həyata keçirilməyə çalışılmışdır. Belə ki, ilk növbədə hadisə yerinə əlavə baxış keçirilərək bu barədə 14 oktyabr 2021ci il tarixli protokoldan tərtib edilmişdir. Həmin protokola əsasən DİN-nin təhlükəsiz şəhər kameralarının görüntüləri ilə müəyyən olunur ki, velosipedçi hadisədən öncə tunelin sağ tərəfi ilə hərəkətin əksinə doğru hərəkət edir, ortalama hər birinin ortaları 2.5 metr təşkil edən tumbaların başlanğıcdan 13-cü tumbaya kimi 33 metr məsafə qət edir. 13-cü tumbadan 24.5-ci tumbaya qədər olan 28 metr məsafəni velosipedçi 8.5 saniyəyə qət edir. Tunelin girişindən 24.5-ci tumbadan sonra isə hadisə yerinin 90 dərəcəli tuşuna kimi olan məsafə 31 metrdir. Toqquşma yeri ilə (tumba) 24.5-ci tumba arasında 31 metr məsafə vardır. Toqquşma yeri sağdan sola doğru 5.5 metr məsafədə yerləşir. Velosipedçinin tunelin girişindən 13-cü tumbadan 24.5-ci tumbaya qədər 8.5 saniyə ərzində getməsi isə video görüntüyə baxışla müəyyən edildi. Məsafəni isə 28 metr müəyyən etmişlər. Deməli velosipedçi 28 metr məsafəni 8.5 saniyəyə qət etmişdir. Həmin protokoldan görünür ki, müəyyən edilmiş 28 metr məsafə velosipedçinin yolun sağ tərəfi ilə düzünə hərəkət etdiyi məsafədir. Müstəntiq Şahid3 məhkəmə baxışı zamanı dindirilərkən bildirmişdir ki, “Protokolda müəyyən edilmiş 28 metr məsafə velosipedçinin 13-cü tumbadan 24,5-ci tumbaya qədər düz hərəkət edərək keçdiyi məsafədir və həmin məsafə velosipedçinin sürətinin ölçülməsi məqsədi ilə müəyyən edilmişdir. Həmin məsafə velosipedçinin yola hansı məsafədən daxil olmasını müəyyən etmir və sözügedən protokola həmin məsafə ilə bağlı parametr əlavə edilməmişdir. Hadisə yerinə baxış protokolunda müəyyən edilənlər ilkin olaraq hadisə yerində müəyyən edilmiş faktlara əsaslanır. Protokoldan göründüyü kimi toqquşma avtomobillə velosipedçi arasında 90 dərəcə altında baş vermişdir.” Göründüyü kimi protokolda öz əksini tapmış hallar müstəntiq Şahid3 məhkəmə baxışında dindirilməsi zamanı verdiyi ifadəsində bir daha təsdiq edilmişdir. İş materiallarında olan cinayət işinin 139-cu səhifəsindəki müstəntiq Fuad Bağırov tərəfindən həyata keçirilmiş “Video-görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, velosipedçi yolun sağ kənarından sola istiqamətlənərək sola doğru yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkət edir. Velosipedçinin vurlma yerinini hərəkət hissəsinin sağ kənarından sola doğru 5,5 metr məsafədə yerləşməsi və velosipedçinin hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulmaya kimi yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkətdə olması nəzərə alınmaqla volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən kifayət qədər böyük məsafə qət etməsi müəyyən olundu. Ona görə də, istintaq tərəfindən müəyyən edildiyi kimi velosipedçinin yolun sağ kanarından soluna doğru vurulma yerinə kimi 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Məhkəmə həmin protokolla bağlı qeyd edir ki, müstəntiq tərəfindən videogörüntülərdə olan real hadisə təhrif olunmuş formada protokollaşdırılmış, yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/2223 saylı, 01 oktyabr 2021-ci il tarixli rəyinin təsviri hissəsində göstərilən həqiqətə uyğun olmayan hallar eynilə təkrarlanaraq sürücü Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs kimi cəlb edilməsi üçün əsas verə biləcək rəyin əldə edilməsinə yönəlmişdir. Əlavə Avtotexniki ekspertiza təyin etmək haqqında 07 aprel 2022-ci il tarixli qərara əsasən velosipedçi tunelin girişindən 33 metrdən sonra DİN-nin təhlükəsizlik kamerasının görüntüsünə müvafiq olaraq hər birinin arası ortalama 2,5 metr olan 13-cü tumbadan 24.5cü tumbaya qədər 28 metr məsafəni 8,5 saniyəyə qət etmişdir. Velosipedçinin surəti riyazi hesablama yolu ilə qeyd edilən zamana və məsafəyə uyğun olaraq götürülməlidir. Tunelin girişindən 24,5 tumbadan sonra isə hadisə yerinin 90 dərəcəli tuşuna qədər olan məsafə 31 metrdir. Toqquşma yeri ilə 24,5-ci tumba arasında 31 metr məsafə vardır, toqquşma yeri sağdan sola doğru 5,5 metr məsafədə yerləşir. Velosipedçi təhlükə yaranan andan vurulma yerinə 28 metr qət etmişdir. Həmin məsafənin qət edilməsinə 8.5 saniyə sərf edilmişdir. Məhkəmə həmin qərarla bağlı qeyd etməyi zəruri hesab edir ki, müstəntiq tərəfindən əsassız olaraq velosipedçi təhlükə yaranan andan vurulma yerinə qədər 28 metr qət etməsi qeyd edilmişdir. Belə ki, müstəntiq tərəfindən həmin məsafənin hansı sübutlara əsaslanılaraq qeyd edildiyi məhkəmə iclasında ifadə verərkəndə onun tərəfindən cavablandırıla bilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2223 saylı, 01 oktyabr 2021-ci il tarixli rəyinə əsasən sürücü Tağıyevin hərəkəti üçün təhlükə yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan velosipedçinin sola istiqamətləndiyi andan yaranır. İş materiallarından həmçinin videogörüntülərdən isə velosipedçinin sola istiqamətləndiyi anın müəyyənləşdirilməsi mümkün deyildir. Müstəntiq tərəfindən velosipedçinin sürətinin müəyyən edilməsi üçün yol kənarındakı 13-cü tumbadan 24.5-cü tumbaya qədər olan 28 metr məsafə səhvə yol verilərək müvafiq rəy alınması üçün lazım olan parametr kimi qeyd edilmişdir. Bununla yanaşı ibtidai istintaqı zamanı təyin edilmiş əlavə avtotexniki ekspertiza əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/878 saylı, 29 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisələrinin tədqiqi barədə rəyindən görünür ki, Velosipedçinin 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi şəraitində onun hərəkət sürəti 11,9 km/saata uyğundur. “Mercedes Benz 350” markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobil təmir edildiyindən və velosipedin baxışa təqdim olunması mümkün olmadığından ilkin kontakt anında Mercedes Benz 350 markalı avtomobil ilə velosipedin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərini, yəni toqquşma bucağanı ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Hərəkət üçün təhlükə yaranan andan vurulmaya kmi velosipedçinin qət etdiyi 28 metr məsafəyə 8,5 saniyə vaxt sərf olunması şəraitində təhlükə yarana anda Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobiln velosipedçinin vurulma yerindən olduğu məsafə avtomobilin 70km/saat hərəkət sürətində 165,3 metrə, 80km/saat hərəkət sürətində isə 188,9 metrə uyğundur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin təsviri hissəsində qeyd edilmişdir ki, ”Mercedes Benz 350” markalı avtomobilin velosipedçinin vurulma yerindən olduğu məsafə avtomobilin 70 km/saat hərəkət sürətində 165.3 metrə, 80 km/saat hərəkət sürətində isə 188.9 metrə uyğundur. Aparılmış hesabatdan məlum olur ki, qeyd olunan vəziyyət və yol şəraitində “Mercedes Benz 350” markalı avtomobilin dayanma yolu 70 km/saat hərəkətdə sürətində 44.7 metrə 80 km/saat hərəkət sürətində isə 55.6 metrə uyğundur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılmış tədqiqatdan məlum olur ki, hərəkət üçün təhlükə yarandığı anda “Mercedes Benz 350” markalı avtomobilin velosipedçinin vurulma yerindən olduğu məsafə avtomobilin dayanma yolundan böyükdür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/878 saylı, 29 aprel 2022-ci il tarixli rəyinin işin faktiki hallarına uyğun gəlməməsi səbəbi ilə sübut qismində qəbul etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üçün təhlükə yaranması anının müəyyən edilməsi mümkün olmadığından istintaq orqanı tərəfindən yanlış müəyyən edilmiş 28 metr məsafə əsasında verilmiş həmin rəy işin faktiki hallarına uyğun deyildir. Belə ki, “Mercedes Benz 350” markalı avtomobilin dayanma yolunun 70 km/saat hərəkətdə sürətində 44.7 metrə, 80 km/saat hərəkət sürətində isə 55.6 metrə uyğun olması qeyd olunan vəziyyət və yol şəraitinə uyğun olduğundan əsas götürülə bilər. Lakin təhlükənin yaranma anının müəyyən edilə bilməməsi səbəbindən Təqsirləndirilən şəxs velosipedçinin vurulma yerindən olduğu məsafənin avtomobilin 70 km/saat hərəkət sürətində 165.3 metrə, 80 km/saat hərəkət sürətində isə 188.9 metrə uyğun olması halı qəbul edilməzdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertiza qarşısında qoyulmuş suallara “Təhlükəsiz şəhər xidməti”nin kameralarında qeydə alınmış video görüntülər nəzərə alınmaqla cavablandırılması qərara alınmışdır. Həmin qərarla 1) “Mersedes Bens 350 markalı” **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmadan əvvəl 70-80 km/saat sürətlə hərəkətdə olması və bu zaman yolun sag kənarı ilə əks istiqamətdə 11.9 km/saat sürətlə hərəkətdə olan velisopedçinin qəflətən avtomaşının hərəkət zolağına doğru sola dönərək həmin andan surucunun hərəkəti üçün təhlükə yaratması və göstərilən sürətlə (tələsik) hərəkətdə olaraq 5.5 m məsafə qət etməsi şəraitində hərəkət üçün təhlükə yarandığı andan sürücü X14 idarə etdiyi avtomaşın toqquşma nöqtəsindən hansı məsafədə olmuşdur ? 2) Yuxarıda qeyd edilən şəraitdə, yəni avtomobilin hərəkəti üçün təhlükənin yarandığı anda sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu ? 3) Göstərilən şəraitdə sürücü X14 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Suallarının cavablandırılmalı olmuşdur. Həmin qərara əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 8/3357 nömrəli ekspert rəyindən görünür ki, 1.2.3. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükə yaranan andan, yəni volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən kifayət qədər böyük məsafə qət etmişdir. İstintaq tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan andan vurulma yerinə kimi velosipedçinin 28 metr məsafə qət etməsi və həmin məsafənin qət edilməsinə 8,5 saniyə vaxt sərf olunması şəraitində Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin təsviri hissəsində qeyd edilmişdir ki, hərəkət hissəsinin sağ kənarı ilə hərəkətin əksi istiqamətində hərəkətdə olan velosipedçi sola istiqamətlənərək yolun soluna doğru hərəkətdə olarkən yola nəzərən perpendikulyar deyil, çəpinə olaraq hərəkətdə olur. Həmçinin iş materiallarında olan avtomobilin fotoşəkillərindən belə məlum olur ki, velosipedçinin vurulması nəticəsində avtomobilin qabaq sol fara, kapotun qabaq sol hissəsi və qabaq sol qanad deformasiya olunmuşdur. Qabaq sol qanadın qabaq aşağı yan hissəsi sağa doğru, həmin sahənin yuxarı hissəsi isə sola doğru deformasiya olunmuşdur. Bu isə onu izah edir ki, velosipedçi hərəkət hissəsinini sağ kənarından sola istiqamətləndiyi andan vurulmaya kimi yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkətdə olmuşdur. Həmin fakt iş materiallarında olan diskdəki videogörüntülərdə də öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan diskdəki videogörüntülərdən belə məlum olur ki, velosipedçi yolun sağ kənarından sola istiqamətlənərək sola doğru yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkət edir. Velosipedçinin vurulma yerinin hərəkət hissəsinin sağ kənarından sola doğru 5,5 metr məsafədə yerləşməsi və velosipedçinin hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulmaya kimi yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkətdə olması nəzərə alınmaqla volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən kifayət qədər böyük məsafə qət etmişdir. Ona görə də, məhkəmə tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan andan vurulma yerinə kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında sürücü Tağıyevin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 8/3357 nömrəli ekspert rəyində də əvvəlki ekspertiza qərarında olduğu kimi heç bir sübut və videogörüntü olmadan velosipedçinin çəpinə olaraq 90 dərəcədən kiçik bucaq altında hərəkət etdiyi göstərilmişdir. Həmin halla bağlı ekspert Hikmət İbişov məhkəmə baxış iclasında dindirilərkən rəydə qeyd edilənləri təkrarlamış lakin toqquşmanın hansı bucaq altında baş verdiyi barədə avtomobil və velosipedi vizual müşahidə edə bilmədiyi üçün məlumat verə bilməyəcəyini bildirmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarı ilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspert qarşısında 1) “Mersedes Bens 350 markalı” **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmadan əvvəl 70-80 km/saat sürətlə hərəkətdə olması və bu zaman yolun sag kənarı ilə əks istiqamətdə 11.9 km/saat sürətlə hərəkətdə olan velisopedçinin qəflətən avtomaşının hərəkət zolağına doğru sola dönərək həmin andan surucunun hərəkəti üçün təhlükə yaratması və göstərilən sürətlə (tələsik) hərəkətdə olaraq 5.5 m məsafə qət etməsi, bu zaman “Mersedes Bens 350 markalı” **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün toqquşmadan yayınmaq üçün sükanı sağa doğru çevirməsi və velosipedçi ilə 90 dərəcədən kifayət qədər böyük bucaq altında avtomobilin sol qabaq hissəsi ilə toqquşması şəraitində hərəkət üçün təhlükə yarandığı andan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın toqquşma nöqtəsindən hansı məsafədə olmuşdur? 2) Velosipedçinin təhlükə yaranan andan toqquşmaya qədər olan hərəkət sürəti mövcud normativ qaydalar, yaxud cədvəllər nəzərə alınmaqla sərxoş vəziyyətdə olan, orta yaşlı velosipedçinin sürətinə müvafiq götürülsün. Belə standartlar olmadığı təqdirdə velosipedçinin hadisəyə qədər yol çiyni ilə 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi nəzərə alınaraq alınan sürət əsas götürülsün. 3) Yuxarıda qeyd edilən şəraitdə, yəni avtomobilin hərəkəti üçün təhlükənin yarandığı anda sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 4) Göstərilən şəraitdə sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 5) Təhlükəsiz şəhər kameralarının görüntüləri nəzərə alınmaqla hadisə baş verdiyi ərəfədə, yəni saat 23:40-dan 23:50-dək olan vaxt ərzində zolaqların hər biri üzrə Sumqayıt istiqamətində hərəkətdə olan avtomobillərin sayı və tunelin çıxışında olan vəziyyət əsas götürülməklə həmin avtomobillərin arasındakı vaxt intervalı müəyyən edilsin. 6) 1-ci hərəkət zolağında olan avtomobillər arasındakı vaxt intervalı nəzərə alınmaqla velosipedçinin hərəkət üçün təhlükə yarandığı andan toqquşmanın baş verdiyi anadək 8,5 saniyə ərzində yolun hərəkət hissəsində olması və toqquşma baş vermədən 1-ci hərəkət zolağını keçməsi mümkündürmü? kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 8/1508-4/882 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş videoyazılardakı görüntülərə görə verilmiş zaman anında nəqliyyat vasitələrinin sayının müəyyən olunması xüsusi bilik tələb etmədiyindən ekspert qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılmadı. 2. Videoyazıların ekspertizası yolu ilə 1-ci hərəkət zolağında olan avtomobillər arasındakı vaxt intervalı müəyyən edilmədiyindən qeyd olunan sual üzrə tədqiqat aparılmadı. 3.4.5. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan andan, yəni volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən böyük məsafə qət etmişdir. Məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. 6. Velosiped onu idarə edən şəxsin əzələ enerjisi ilə hərəkət etdirildiyindən velosipedin hərəkət sürəti velosipedçinin fiziki göstəricilərindən və velosipedi hansı formada idarə etməsindən asılı olaraq müxtəlif olur. Ona görə də velosipedçinin hərəkət sürətinə dair cədvəlin tərtib edilməsi mümkün deyildir. Velosipedçinin 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi şəraitində onun hərəkət sürəti 11,9 km/saata uyğundur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı hadisə yerinin yol şəraiti: hadisə xx.xx.2021-ci il tarixdə, saat 01-00 radələrində, Yasamal rayonu, Moskva prospektinin 6,2-ci km-də baş vermişdir. Hadisə baş verən yerdə yol üfüqi, düz, quru asfalt örtüklü olmaqla eni 1,5 metr olan ayrıcı zolaqla əks istiqamətli hərəkət axınlarına ayrılmışdır. Sumqayıt şəhəri istiqamətində olan hərəkət hissəsinin eni 12 metrdir, qırıq xətlə 3 hərəkət zolağına ayrılmışdır. Hadisə baş verən yolda nəqliyyat vasitələrin hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ila 80km/saata qədər məhdudlaşdırılmışdır (məlumatın mənbəyi: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokol və onun sxemi).

2. “Mercedes Benz 350” markalı avtomobillə velosipedçi arasında toqquşma 90 dərəcədən kifayət qədər böyük bucaq altında baş vermişdir (məlumatın mənbəyi: hadisə yerinə baxış keçirilməsinə dair protokol, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokol və onun sxemi, Şahid3 ifadəsi, şahid H.İbişovun ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, 02 iyul 2021-ci il tarixli avtomobilə baxış protokolu) 3. Velosipedçinin vurulma yeri hərəkət hissəsinin sağ kənarından 5,5 metrlik, sol kənarından isə 6,5 metr məsafədə yerləşir (məlumatın mənbəyi: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokol və onun sxemi, 14 oktyabr 2021-ci il tarixli hadisə yerinə əlavə baxış protokolu). 4. Sürücü Tağıyevin hərəkəti üçün təhlükə yolun sağ kənarı ilə əks istiqamətdə 11,9 km/saat sürətlə hərəkətdə olan velosipedçinin qəflətən avomaşının hərəkət zolağına doğru sola döndüyü andan yaranmış və həmin andan vurulmaya kimi velosipedçi 5,5 metr məsafə qət etmişdir (məlumatın mənbəyi: hadisə yerinə baxış protokolu, Şahid3 və təqsirləndirilən şəxsin ifadələri). 5. Hadisə zamanı “Mercedes Benz 350” markalı avtomobildə bir rəfər sərnişin olmuşdur (məlumatın mənbəyi: təqsirləndirilən şəxsin ifadəsi). 6. Hadisə baş verənə qədər velosipedçinin yol çiyni ilə 28 metr məsafəni 8.5 saniyəyə qət etməsi nəzərə alınsın. (hadisə yerinə əlavə baxış protokolu) 7. Hadisə yerində tormoz izi aşkar edilməmişdir (məlumatın mənbəyi: yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli). Göründüyü kimi, yuxarıda qeyd edilən bir sıra hallar ibtidai istintaq zamanı müəyyən edilsədə məhkəmə istintaqı zamanı toplanmış sübutlarla öz təsdiqini tapdığı təqdirdə ekspert məhkəmə istintaqının gəldiyi nəticəyə əhəmiyyət verməyərək natamam ibtidai istintaq materiallarına, yəni ibtidai istintaqın gəldiyi nəticəyə əsaslanıb təhqiqat aparmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarı ilə kompleks məhkəmə-videotexniki və yol-nəqliyyat hadisələri avtotexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “Təhlükəsiz şəhər xidməti”nin kameralarında qeydə alınmış video görüntülər nəzərə alınmaqla 1) Təhlükəsiz şəhər kameralarının görüntüləri nəzərə alınmaqla hadisə baş verdiyi ərəfədə, yəni saat 23:40-dan 23:50-dək olan vaxt ərzində Sumqayıt şəhəri istiqamətində sağdan 1-ci və 2-ci zolaqda hərəkətdə olan avtomobillərin sayı və tunelin çıxışında olan vəziyyət əsas götürülməklə həmin zolaqlarda ardıcıl hərəkətdə olan avtomobillərin arasındakı vaxt intervalı müəyyən edilsin. 1-ci sualın cavabı nəzərə alınmaqla: 2) “Mersedes Bens 350” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmadan əvvəl 70-80 km/saat sürətlə hərəkətdə olması və bu zaman yolun sag kənarı ilə əks istiqamətdə 11.9 km/saat sürətlə hərəkətdə olan velisopedçinin qəflətən avtomaşının hərəkət zolağına doğru sola dönərək həmin andan sürücünün hərəkəti üçün təhlükə yaratması və göstərilən sürətlə (tələsik) hərəkətdə olaraq 5.5 metr məsafə qət etməsi, bu zaman “Mersedes Bens 350” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün toqquşmadan yayınmaq üçün sükanı sağa doğru çevirməsi və velosipedçi ilə 90 dərəcədən kifayət qədər böyük bucaq altında avtomobilin sol qabaq hissəsi ilə toqquşması şəraitində hərəkət üçün təhlükə yarandığı andan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın toqquşma nöqtəsindən hansı məsafədə olmuşdur? 3) Velosipedçinin təhlükə yaranan andan toqquşmaya qədər olan hərəkət sürəti mövcud normativ qaydalar, yaxud cədvəllər nəzərə alınmaqla sərxoş vəziyyətdə olan, orta yaşlı velosipedçinin sürətinə müvafiq götürülsün. Belə standartlar olmadığı təqdirdə velosipedçinin hadisəyə qədər yol çiyni ilə 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi nəzərə alınaraq alınan sürət əsas götürülsün. 4) Yuxarıda qeyd edilən şəraitdə, yəni avtomobilin hərəkəti üçün təhlükənin yarandığı anda sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 5) Göstərilən şəraitdə sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 6) 1-ci hərəkət zolağında olan avtomobillər arasındakı vaxt intervalı nəzərə alınmaqla velosipedçinin hərəkət üçün təhlükə yarandığı andan toqquşmanın baş verdiyi anadək 8,5 saniyə ərzində yolun hərəkət hissəsində olması və toqquşma baş vermədən 1-ci hərəkət zolağını keçməsi mümkündürmü? kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2024-cü il tarixli 8/3510-4/1898 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş videoyazılara görə hadisə baş verdiyi ərəfədə, yəni saat 23:40-dan 23:50dək olan vaxt ərzində Sumqayıt şəhəri istiqamətində sağdan 1-ci və 2-ci zolaqda hərəkətdə olan avtomobillərin sayı və tunelin çıxışında olan vəziyyət əsas götürülməklə həmin zolaqlarda ardıcıl hərəkətdə olan avtomobillərin arasındakı vaxt intervalı tədqiqi hissədəki cədvəldə verilmişdir. 2.3.4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan andan, yəni volosipedçi hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən böyük məsafə qət etmişdir. Məhkəmə tərəfindən qərarda göstərilən məlumat, yəni təhlükə yaranan andan vurulmaya kimi velosipedçinin 5,5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz 350 markalı 10KL666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. 5. Velosiped onu idarə edən şəxsin əzələ enerjisi ilə hərəkət etdirildiyindən velosipedin hərəkət sürəti velosipedçinin fiziki göstəricilərindən və velosipedi hansı formada idarə etməsindən asılı olaraq müxtəlif olur. Ona görə də velosipedçinin hərəkət sürətinə dair cədvəlin tərtib edilməsi mümkün deyildir. Velosipedçinin 28 metr məsafəni 8,5 saniyəyə qət etməsi şəraitində onun hərəkət sürəti 11,9 km/saata uyğundur. 6. Rəyin tədqiqi hissəsində gösterilen səbəblərə görə qeyd olunan sual üzrə məhkəmə yolnəqliyyat hadisələri ekspertizası yolu ilə cavab vermək mümkün deyildir. Həmin rəyin təsviri hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan disklərdəki videogörüntülərdə velosipedçinin sola istiqamətləndiyi an, velosipedçinin vurulma anı görünmədiyindən, velosipedçinin vurulma anı müəyyən edilmədiyindən və videoyazıların tədqiqatından məlum olduğu kimi 1-ci zolaqla hərəkətdə olan nəqliyyat vasitələrinin arasındakı interval fərqləri müxtəlif olduğundan qeyd olunan sual üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə konkret olaraq cavab vermək mümkün deyildir. Məhkəmə qeyd edilən rəylə bağlı bildirir ki, istər ibtidai istintaq istərsə də məhkəmə istintaqı zamanı verilmiş avtotexniki ekspertiza rəylərində əsassız olaraq “videogörütülərə əsasən velosipedçinin yolun sağ kənarından sola istiqamətlənərək sola doğru yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkət edir.” kimi ifadələr qeyd edilmişdir. Lakin hazır ki, ekspertiza rəyi ilə “velosipedçinin sola istiqamətləndiyi an, velosipedçinin vurulma anı görünmədiyindən, velosipedçinin vurulma anı müəyyən edilmədiyindən” kimi ifadələr qeyd edilərək obyektiv həqiqət müəyyən edilmişdir. Bundan başqa ekspertiza qarşısında qoyulmuş Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın toqquşma nöqtəsindən hansı məsafədə olması, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması və 1-ci hərəkət zolağında olan avtomobillər arasındakı vaxt intervalı nəzərə alınmaqla velosipedçinin hərəkət üçün təhlükə yarandığı andan toqquşmanın baş verdiyi anadək 8,5 saniyə ərzində yolun hərəkət hissəsində olması və toqquşma baş vermədən 1-ci hərəkət zolağını keçməsinin mümkün olub-olmaması barədə suallar cavablandırılmamışdır. Bununlada işin həlli üçün əhəmiyyət kəsb edən hallardakı şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Bundan başqa iş materiallarında olan TŞ-2-104/2-ci firlanan kamerasının görüntülərindən görünür ki, qəza baş verdikdən sonra velosiped ikinci zolaqda asvalt üzərində qalmışdır. Halbuki iş materiallarında olan hadisə yerinin sxem planına əsasən velosipedçi yolun sol kənarındakı səkiyə çırpılmış velosiped isə 15 metr qarşıya sürüklənərək səkinin üzərində dayanmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən velosipedin səkinin üzərində olduğu müəyyən edimişdir. Bu da hadisədən sonra polis əməkdaşları hadisə yerinə gələnədək yoldakı normal hərəkətin bərpa olunması üçün hadisə yerinin dəyişdirildiyini göstərir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texnikiimkanının olub-olmaması məsələsinin aydınlaşdırılması ilə bağlı bir daha qeyd edir ki, ibtidai istintaq zamanı iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmamış və ekspert tərəfindən ibtidai istintaqın gəldiyi nəticə əsas götürülməklə Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması barədə rəy verilmişdir. Lakin yuxarıda qeyd olunanlardan müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ərazidə olan təhlükəsizlik kameraları vasitəsilə və işin hallarına əsasən yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan velosipedçinin sola istiqamətləndiyi yəni velosipedçinin Təqsirləndirilən şəxs üçün təhlükə yaratdığı anın müəyyən edilməsi mümkün deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təqsirləndirilən şəxs hərəkət sürətinin yolun hərəkət sürətinə uyğun olduğu müəyyən edilmişdir. Bundan başqa tam dayanma vəziyyətinə qədər dayanma ilə bağlı ekspert qismində dindirilmiş X16 izahatına əsasən hadisə yerində tormoz izlərinin aşkar olunmaması qeyd olunsa da, hadisə yerində tormoz izlərinin qalmaması nəqliyyat vasitəsinin tormoz əməliyyatını icra etməməsini izah etmir. Bundan əlavə iş materiallarında olan avtomobilin və velosipedin hadisədən sonrakı fotoşəkillərinə əsasən toqquşma nəticəsində “Mercedes Benz 350 minik” markalı **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq radiator barmaqlığının, həmçinin qabaq sol tərəf fara sınıqları eləcə də velosipedin oturacaq və təkər qoruyucusunun plastikdən olan bəzi hissələrinin sınmış olması görünür. Həmin halda hadisədən əvvəl velosipedin perpendikulyar olaraq 90 dərəcəli bucaq altında hərkətdə olması daha realdır. Belə ki, velosipedin çəpinə hərəkətdə olması halında toqquşmadan sonra velosiped zərbənin təsiri altında yolun sol kənarında olacaqdır. Halbuki TŞ-2- 104/2-ci firlanan kamera görüntülərində velosiped ikinci zolaqda asvalt üzərində qalmışdır. Deməli velosipedin avtomobillə azı 90 dərəcə bucaq altında toqquşması realdı. Həmçinin avtomobilin çəpinə hərəkəti zamanı sürücü Təqsirləndirilən şəxs üçün real təhlükə velosipedçinin birinci və ikinci zolaqların sərhəddindən ikinci zolağa daxil olduğu andan yaranmalıdır ki, həmin hal TŞ-2-104 saylı kameranın videogörüntüləri ilə bir daha təkzib olunur. Həmin videokamera görüntələrində avtomobillər arasındakı hərəkət intervalının ekspertiza tərəfindən “Mercedes Benz 350 minik” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün tam dayanma müddəti olan 2.5 saniyədən daha az olması müəyyən edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları ümumiləşdirib ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. X23 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CMin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz ML350” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 05 (beş) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 5(004)- 787/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən, qeyri-yaşayış sahəsi, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Qüllə küçəsi, 8/10) isə xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmış, dövlət qeydiyyat nişanı **-BC-***, şəhadətnamə AA131447, şahədtnamənin verilmə tarixi xx.xx.1998-ci il, VAZ 21013 minik avtomobili, B/ili 1982-ci il , rəngi albalı, mühərrik 5926448, ban 4053118, şassi 3998243, dövlət qeydiyyat nişanı **-BG-***, şəhadətnamə AA660624, şahədtnamənin verilmə tarixi xx.xx.2006-cı il, Lexus RX 300 minik avtomobili, B/ili 2001-ci il, rəngi qızılı, mühərrik 4480855, ban 4053118, şassi jTjGF10UX10109084 əmlakların üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: X7 tərəfindən ibtidai istintaq zamanı mülki iddia verilərək, ona dəymiş 80590.00 manat məbləğində ziyanın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Odur ki, mülki iddiaçı X2 mülki iddiası bilavasitə Təqsirləndirilən şəxs verilmiş ittihamla əlaqəli olduğundan və həmin ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. İş üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ ML350” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 5(004)- 787/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən, qeyri-yaşayış sahəsi, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Qüllə küçəsi, 8/10) isə xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmış, dövlət qeydiyyat nişanı **-BC-***, şəhadətnamə AA131447,şahədtnamənin verilmə tarixi xx.xx.1998-ci il, VAZ 21013 minik avtomobili, B/ili 1982-ci il , rəngi albalı, mühərrik 5926448, ban 4053118, şassi 3998243, dövlət qeydiyyat nişanı **-BG-***, şəhadətnamə AA660624, şahədtnamənin verilmə tarixi xx.xx.2006-cı il, Lexus RX 300 minik avtomobili, B/ili 2001-ci il, rəngi qızılı, mühərrik 4480855, ban 4053118, şassi jTjGF10UX10109084 əmlakların üzərinə qoyulmuş həbs götürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 706 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Mülki iddiaçı X2 Təqsirləndirilən şəxs qarşı 80590.00 manat məbləğində ziyanın tutularaq ona ödənilməsinə dair mülki iddiası rədd edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar