Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-60/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, hal-hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 10:45-də ünvan 3 ünvanında yerləşən «05 Pub» restoranının qarşısında Zərərçəkmiş şəxs qızma yaxınlaşaraq sonuncuya məxsus içərisində 55 (əlli beş) manat nağd pul vəsaiti, içərisində bir ədəd dəyəri 4.00 (dörd) manat təşkil edən ***-***-**-** GSM nömrə olan bir ədəd dəyəri 80 (səksən) manat təşkil edən Vyetnam istehsalı olan, "Samsung”markalı ’’SM-A300H/DS” (GalaxyA3) model, 3565xx/xx/356606/2 və 3565xx/xx/356606/0 İMEİ kodlu, 16 GB yaddaş tutumlu mobil telefon aparatı olan bir ədəd dəyəri 30 (otuz) manat təşkil edən qadın çantasını sonuncunun əlindən dartıb qaçaraq Zərərçəkmiş şəxs cəmi 169 (yüz altmış doqquz) manat dəyərində maddi ziyan vuraraq əmlakını açıq olaraq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində 20 Yanvar dairəsindən piyada Tbilisi prospekti ilə hərəkət etdiyi zaman qarşıdan yaşlı bir qadının əlində çanta ilə «05 Pub» restoranının qarşısı ilə hərəkət etməsini görmüşdür. Maddi çətinliklərinin olması səbəbindən həmin qadının əlindən çantasını oğurlamaq fikrinə gəlmişdir. Həmin qadınla üzbəüz gəldiyi zaman cəld hərəkətlə qadının əlindən çantasını dartaraq götürüb qaçmışdır. Həmin qadın onun arxasınca gəlməmişdir. O da götürdüyü çanta ilə birlikdə qaçdıqdan sonra xatırlamadığı bir məhəllənin arxasında çantanı açaraq içərisindən 55 manat pul və «Samsung» markalı telefonu götürdükdən sonra çantanı yaxınlıqdakı zibil qabına atmış və oradan yaşadığı Binəqədi rayonuna getmişdir. Binəqədi rayonunda olduğu zaman mobil telefonu sata bilməyəcəyini həmçinin həmin telefondan istifadə edəcəyi halda tutula biləcəyindən ehtiyat edərək həmin telefonu xatırlamadığı ünvana atmışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməkdə məqsədi Zərərçəkmiş şəxs məxsus pulları oğurlamaq olmuşdur. Hadisə zamanı Aidə Babayevaya qarşı hər hansı zorakılıq etməmişdir. Ələ keçirdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Aidə Babayevaya məxsus oğurlanmış çantanın içərisində puldan başqa bir ədəd Samsung markalı telefon olmuşdur. Hal-hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyə bilmir. Törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, həmin cinayət əməlini maddi imkansızlıq ucbatından törətdiyini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə səhhəti ilə əlaqədar məhkmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təqsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 10:45-də yaşadığı evdən çıxaraq İnqilab küçəsinə doğru yolun kənarı ilə hərəkət etmiş, ünvan 4 ünvanda yerləşən «05 Pub» restoranının qarşısı ilə hərəkət etdiyi zaman onunla üzbəüz gələn tanımadığı şəxs əlində saxladığı açıq çəhrayı rəngli çantasını əlindən alaraq əks istiqamətə qaçmışdır. O, həmin şəxsin arxasınca qaça bilməmiş sonra isə səhv etmirsə kimsə yoldan keçən şəxslərdən həmin oğurunun dalınca qaçsab da ona çata bilməmişdir. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmiş və o, ərizə vermək məqsədi ilə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində heç bir xəsarət almamış, məhkəmə tibbiekspertizadan keçməkdən imtina etmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus oğurlanmış çantanın içərisində 55 manat nəqd pul, içərisində ***-***-**-** GSM nömrə olan dəyəri 300 manat olan «Samsung» markalı mobil telefonu olmuş, çantasının dəyəri isə 30 manat olmuş, ümumilikdə ona 385 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli 4(004)-537/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablanılmaqla, xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 64- 65). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (i/v 71-72). İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı iki uşağı vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yeri kimi Bakı şəhəri, Yasamal rayonu, M.Bünyadzadə küçəsi, 225 ünvanını göstərmişdir (i.v. 5-7). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “şəxsin tanınması haqqında” protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs soldan 4-cü yerdə dayanan şəxsi göstərərək həmin şəxsin xx xxxxxx 2020-ci il tarixində ona qarşı soyğunculuq edən şəxs olduğunu bildirmişdir (i.v. 40-42). İş materiallarında olan 01 ədəd “CD” diskə məhkəmə araşdırması zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, göstərilən üç ədəd şəkildə olan şəxs Təqsirləndirilən şəxsdur, xx.xx.2020-ci il tarixdə saat 10:45-10:51 aralığında Zərərçəkmiş şəxs ilkin olaraq arxası ilə hərəkət edir və 05 pub adlanan restoranın qarşısına keçdikdən bir müddət sonra əks istiqamətdə əlində çanta ilə birlikdə qaçır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədildiyi yer kimi Yasamal rayonu, M.Bünyadzadə kükəsi 255 ünvanını göstərir və həmin ünvanda xx.xx.2020-ci il tarixdə bir nəfər qadının əlindən çantasını alıb qaçdğını bildirmişdir (i.v. 43-45) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3715 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnam istehsalı olan, ”Samsung”markalı, ”SM-A300H/DS" (GalaxyA3) model, 3565xx/xx/356606/2 və 3565xx/xx/356606/0 İMEİ kodlu, 16 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün kompleklləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olmaması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 80,00 manat, ***-***-**-** GSM nömrə 4.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir (i.v. 74-75) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, cinayət hadisəsinin görüntüsü yazılmış 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, 01 ədəd CD disk, ifadələrin yerində yoxlanması protokolları, ekspert rəyi və işin digər materialları ilə, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməlini törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-298/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 müdafiə etməklə ona 30 (otuz) saat hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-60/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-60/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver