Məhkəmə qərarları › İş №1(004)-60/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-60/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-60/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində «Kubinka» adlanan yaşayış massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,720 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda l(bir) ədəd bükümdə təmiz çəkisi 0,053 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 18 sentyabr 2021-ci il tarixdə saat 17:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-26-cı PB-nə gətirilmiş, PBnin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,720 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,053 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 18 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində narkotik vasitə almaq məqsədi ilə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi kişi cinsli şəxslə görüşərək ona ümumi olaraq 30 manat verməklə 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin almışdır. Həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 17:30-da ünvan 4 ünvanında yol ilə hərəkətdə olan «Toyot Prius» markalı avtomobilə əl edərək saxladıqdan sonra həmin taksiyə minmək istədiyi zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu və həmin taksi sürücüsünü Yasamal RPİ-nin 26-cı PB-nin İnzibati binasına dəvət etmişdirlər.O polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif edildikdə o əynində olan qara qəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin və metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Əlavə olaraq bildirmişdir ki, ona narkotik vasitə və psixotrop maddə satan şəxsi sadəcə üzdən görmüş, onunla heç bir münasibəti olmamış və onun anket məlumatlarını bilmir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış,həmin maddələri özü qəbul etmək üçün alaraq üzərində saxlamışdır. «Toyot Prius» markalı taksi avtomobilini təsadüfən yol ilə hərəkət etdiyini görüb əl edib saxlamış həmin avtomobili idarə edən X4 ilə hər hansı münasibəti və əlaqəsi olmamışdır. Əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 26-cı PB-nə əməliyyat məlumatı daxil olmuş, bundan sonra həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o, PB-nin sahə inspektoru polis leytenantı Şahid2 və PB-nin əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Onlar Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasından çıxıb Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsinə yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 17:30-da ünvan 5 ünvanında zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin «Toyota Prius» markalı **-LY-*** qeydiyyat nömrə nişanlı taksi avtomaşınına yaxınlaşıb minmək istədiyi zaman ona yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdirlər ki, onun Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 26-cı PB-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün onu polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində olan maddənin narkotik vasitə heroin digər bükümdə olan maddənin metamfetamin olmasını və həmin maddələri 18 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yerdə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini və həmin gün saat 17:30-da Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı kiiçəsi 28 ünvanının qarşısında taksi kimi fəaliyyətdə olan «Toyota Prius» markalı avtomobilə minmək istədiyi zaman saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddələr zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığı və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19.09.2021-ci il tarixli, 6/4139 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 170» möhür əksi, «Təqsirləndirilən şəxs..”və s.sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,053 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,720 qram qəhvəyi rəngli maddə kiitlələləri küstar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Azərbaycan Resbulikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş siyahılar üzrə Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 10.11.2021-ci il tarixli 4394 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Səbail Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Probasiya İdarəsinin 11.01.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyata düşmədiyi üçün onun 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 7(009)-19/2022 saylı, 09.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının tətbiq edilməsi barədə Bakı Şəhər Probasiya İdarəsi təqdimatla Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-47/2020 saylı, 06.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrinə əsasən təqsirli bilinərək ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay hissəsi 01 (bir) il azaldılmışdır. Səbail Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkum barəsində Amnistiya aktının tətbiq edildiyi 09.02.2022-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay təşkil etmişdir. Həmin qərardan görünür ki, ümumiyyətlə həmin hökm üzrə cəzasının çəkilməsinə başlanılmamışdır və təyin edilmiş qəti cəza çəkilməmiş qalmışdır. Hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 08 ay olduğundan və həmin çəkilməmiş cəzanın 01 il hissəsi azaldıldığından, həmin hökm üzrə cəzasının çəkilməmiş hissəsi 08 ay qalmışdır. Çəkilməmiş həmin 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı iş üzrə əhəmiyyət kəsb edir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Çünki Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Səbail Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli qərarından sonra Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 08 ay azadlığın məhdudlaşdırılması hissəsi hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 20.09.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop və narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 04 ay (bir il dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 18 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,90 manat (yüz doqquz manat 90 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,023 qram psixotrop maddə olan metamfetamin və 0,670 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar