Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-601/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “4 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2003-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Dədə Qorqud küçəsi, 76 saylı evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, 72 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrarən oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə axşam saatlarında ofisiant işlədiyi Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən «Su səsi» restoranında həmin restoranda xadimə işləyən Zərərçəkmiş şəxs1 elektrik xəttinə qoşduğu «Honor» markalı mobil telefonunu görüb, heç kimin onu görmədiyinə əmin olduqdan sonra üzərində 10 manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə və 6 manat dəyərində telefon qabında olan 400 manat dəyərində «Honor» markalı mobil telefonu oğurlayıb qeyd edilən restorandan çıxmış və xx.xx.2025-ci il tarixdə saat 01:48-də talamış olduğu “Honor” modelli mobil telefon aparatına yüklənmiş elektron məlumat daşıyıcısı olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “Birbank” mobil bank tətbiqi proqramına daxil olub həmin proqramdan istifadə edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid **********130653 nömrəli bank kartın hesabından 1030 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1446 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 mart 2025-ci il tarixdə saat 03:26:55-də Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən köşkdə olan zaman köşkdə satıcının başının qarışdığını görüb, heç kimin onu görmədiyinə əmin olduqdan sonra köşkdə olan saxlanc yeri hesab edilən dolabın siyirtməsinə qanunsuz daxil olub oradan 1500 manat pul vəsaitini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 aprel 2025-ci il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs3 kirayə yaşadığı ünvan 2 ünvanında olan zaman Zərərçəkmiş şəxs3 və sonuncunun ailə üzvlərinin yatdıqlarını görüb, heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra yataq otağındakı divanın üzərindən Zərərçəkmiş şəxs3 məxsus balansında 10 manat pul vəsaiti və üzərində 10 manat dəyərində “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrə olan 700 manat dəyərində “İnfinix Smart 8” modelli mobil telefon aparatını götürüb həmin mənzildən çıxmış və qeyd edilən tarixdə talamış olduğu “İnfinix Smart 8” modelli mobil telefon aparatına yüklənmiş elektron məlumat daşıyıcısı olan -"xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “Birbank” mobil bank tətbiqi proqramına daxil olub həmin proqramdan istifadə edərək Zərərçəkmiş şəxs3 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 523915******2432 nömrəli bank kartın hesabından xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində ünvan 3 ünvanda yerləşən “X9 Meydan” adlı restoranın qarşısında sərnişini olduğu markası və dövlət nömrə nişanı istintaqa məlum olmayan taksi avtomobilində olan zaman taksi sürücüsünün bank kart hesabına 5 manat pul vəsaitini, həmin tarixdə ünvan 3 ünvanda yerləşən və müştəri kimi əyləşdiyi “X9 Meydan” adlı restoranda Zərərçəkmiş şəxs3 adı çəkilən telefonunun «Birbank» mobil bank tədbiqi proqramından istifadə edərək 160 və 35 manat cəmi 200 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə xərcləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 920 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində 2024-cü ilin iyun ayında Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən «Su səsi» restoranında ofisiant işinə düzəldiyini, əvvəllər həmin restoranda Səid adlı ofisiantın işlədiyini, bir müddətdən sonra Səidin həmin restorandan çıxdığını, xx.xx.2024-cü il tarixdə yenidən həmin restorana ofisiant düzəldiyini bildirmişdir. Təxminən 1 aydan çox işlədikdən sonra yenidən çıxmışdır. Səid restoranda işlədiyi dövrdə onunla münasibət quraraq dostluqları yaranmışdır. 2025-ci ilin fevral ayının əvvəllərində Səid ondan borca pul istəmişdir. Onda həmin vaxt pul olmadığından o, bu barədə Səidə bildirdikdə sonuncu ondan xahiş etmişdir ki, o, restoranda xadimə işləyən Nəzakətdən istəsin. O, Səid üçün Nəzakətdən borca pul istədikdə, Nəzakət demişdir ki, Səidə verəsi pulu yoxdur. O, Səidə Nəzakətin sözünü çatdırdıqda Səid ona demişdir ki, Nəzakət sələmə pul verir, hər zaman sonuncunun mobil telefonunda mobil tədbiqində pul olur və təklif etmişdir ki, o, Nəzakətin telefonunu oğurlayıb Səidə versin. Belə ki, Səid pulu telefondan çıxarandan sonra Nəzakətin telefonunu və telefondan çıxartdığı pulu sonra Nəzakətə qaytaracaq, bunun üçün Səid ona 90 manat pul verəcək. O, Səidin təklifi ilə razılaşmışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında işlədiyi restoranda olarkən görmüşdür ki, restoranın qeydiyyat yerində Nəzakət özünə məxsus Honor markalı telefonunu elektrik xəttinə taxmış və o, anidən həmin telefonu oğurlamaq qərarına gəlmişdir, heç kəsin onu görmədiyini əmin olub telefonu naqildən aralayıb telefonu oğurlayıb, restorandan çıxıb taksi çağırıb Bakı şəhəri 28 may metrosunun yaxınlığına gəlmişdir. Yolda həmin telefonunun mobil tətbiqindən özünə məxsus Beynəlxalq bank kartının hesabına köçürmüş, sonra isə həmin hesabdan taksi sürücüsünün kartına Nəzakətin telefonundan 1030 manat pul göndərib xahiş etmişdir ki, pulu bankomatdan çıxarsın. Taksi sürücüsü də terminaldan 1030 manat çıxarıb ona vermiş, o da öz növbəsində Səidlə görüşmüş və Nəzakətdən oğurladığı telefonu və 1030 manat pulu Səidə vermişdir. Səid də həmin puldan ona 90 manat pul vermişdir. 2025-ci ilin mart ayının ortalarında ünvan 1 ünvanında yerləşən köşkün yaxınlığındakı “Playstation” oyun klubuna bir həftə ərzində mütəmadi gedib-gəldiyi üçün köşkün satıcısı ilə tanış olmuş və həmin satıcı ilə münasibəti yaranmışdır. Məhz buna görə satıcı ona köşkə daxil olmağa icazə vermişdir. Satıcı ona köşkdə oturmağa icazə versə də, köşkdə olan məhsullardan satmağa və həmçinin köşkün pullarının qoyulduğu dolaba baxmağa icazə verməmişdir. 27 mart 2025-ci il tarixdə saat 03:30 radələri olardı, o, köşkdə olan zaman satıcı köşkün ətrafında fırlanmış və bəzən köşk nəzarətsiz qalmış, köşkdə olan zaman köşkə aid pulların yığıldığı siqaret rəfinin altındakı taxtadan olan kassanın, yəni taxtadan olan dolabın 1-ci siyirtməsindən oğurluq etmək fikrinə düşmüşdür. Satıcının başının qarışdığını görmüş və həmçinin heç kəsin onu görmədiyini dəqiqləşdirdikdən sonra köşkdəki taxtadan olan dolabın 1-ci siyirtməsini açıb siyirtmədən müəyyən qədər pulu götürmüş və satıcı gəlməmiş köşkdən uzaqlaşmışdır. Köşkdən bir qədər aralaşdıqdan sonra taxta dolabdan oğurladığı pulları sayarkən pulun 450 manat olduğunu görmüşdür. Bir neçə gün ərzində 450 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, 450 manat pulun bir hissəsinə özü üçün paltar, bir hissəsinə isə mobil telefondan onlayn kazino oynamışdır. 12 aprel 2024-cü tarixdə günorta saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən kafeyə gəlmiş, kafedə olan zaman Arazla tanış olmuş, tanışlıqdan sonra Arazla aralarında olan söhbət zamanı Araza ailə vəziyyəti haqqında danışmış və Araza bildirmişdir ki, atası anasını 2016-cı ildə öldürdüyü üçün çəzaçəkmə müəssisəsində cəza çəkir, söhbət zamanı Araza bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində olan 76 nömrəli evləri var və həmin evi satmaq istəyir. Araz evin satılması üçün maklerə müraciət etməyi ona məsləhət görmüş, daha sonra o, Arazla birlikdə həmin evə baxmağa getmişlər. Evə baxdıqdan sonra həmin kafeyə qayıtmışlar. Kafedə olan zaman Araza pulunun olmadığını bildirdirmiş, Araz ona yemək almış, söhbət zamanı Araza qalmağa evinin olmadığını demiş və Araz da onu evinə qonaq aparmışdır. O, Arazın təklifini qəbul etmiş və birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Fərman Qayıbov küçəsində yerləşən evinə gəlmişlər. Ertəsi gün, yəni 13 aprel 2025-ci il tarixdə səhər tezdən Araz onu Bayıl qəsəbəsində yerləşən iş yerinə, yəni təmir işlərini gördüyü evə aparmışdır. Araz həmin evdə rəngsaz işlədiyini demiş və o, Araza kömək etmiş, həmin gün saat 20 radələrində Arazla birlikdə yenidən sonuncunun evinə gəlmişdir. Arazın evində olduğu müddətdə Araz ona özünə məxsus “İnfinix Smart 8” markalı mobil telefonu istifadə etmək üçün vermişdir. Mobil telefonun kodunu da Arazın özü ona demişdir. Arazın mobil telefonunda kazino oyunu oynadığını, gecə olduğu üçün artıq evdə hər kəsin yatdığını görüb 14 aprel 2025-ci il tarixdə saat 05:00 radələrində yuxudan oyanmış və hər kəsin yatdığını görüb Arazın mobil telefonunu oğurlamaq fikrinə düşmüşdür. Buna görə də Araz yatdığı çarpayı dəstinin yanındakı divanın üzərindən sonuncuya məxsus “İnfinix Smart 8” modelli mobil telefonu oğurlayıb həmin evdən çıxmışdır. Markasını və dövlət nömrə nişanını bilmədiyi taksi avtomobili ilə ünvan 3 ünvanda yerləşən “X9 Meydan” adlanan restoranının qarşısına çatdıqda taksi sürücüsü avtomobili saxlamış və o, avtomobildə olan zaman Zərərçəkmiş şəxs3 məxsus “İnfinix Smart 8” modelli mobil telefonun kodunu bildiyi üçün mobil telefona yüklənmiş "xxxx" ASCyə aid “Birbank” mobil bank tətbiqinə daxil olub həmin proqramdan istifadə edərək Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-yə aid 523915******2432 oank hesab nömrəsindən taksi sürücüsünün bank kart hesablma 5 manat köçürmüşdür. Bundan sonra ünvan 4 ünvanda yerləşən “X10 Meydan” adlanan restoranda müştəri kimi olan zaman restoranın işçisi və tanıdığı X2 məxsus "xxxx" Açıq Səhimdar Cəmiyyətinə aid 4169 7388 1971 8302 nömrəli “Birbank” kart hesabına” 160 manat pul köçürmüşdür ki, Tural restoranın hesabını çıxdıqdan sonra Zərərçəkmiş şəxs3 bank kart hesabında qalıq qalmış pulu ona qaytarsın. Tural da 35 manat pulu çıxdıqdan sonra ona 125 manat nağd pul qaytarmışdır. Beləliklə də Tural onun restoranda yeməyinə 35 manat pul çıxmışdır. ünvan 3 ünvanda yerləşən “X9 Meydan” adlanan restoranda olan zaman Zərərçəkmiş şəxs3 bank hesabında qalıq qalan son 35 manatını Zərərçəkmiş şəxs3 məxsus mobil telefondan istifadə etməklə “Google” internet saytında olan chcplayl.net” onlayn kazino oyunu proqramında kazino oyunu oynamaq üçün həmin səhifədə yerləşdirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7388 *971 8302 bank hesabına köçürmüş, yekunda Zərərçəkmiş şəxs3 məxsus kartında pul vəsaiti qalmamış, cibində olan Zərərçəkmiş şəxs3 məxsus 125 manat nəğd pulun 20 manatını şəxsi ehtiyaclarıma xərcləmiş, 105 manat pulu isə ünvan 4 ünvanda yerləşən “X9 Meydan” adlanan restoranın yaxınlığındakı “Grand” marketdə quraşdırılmış “MiiliÖn” ödəmə terminalından kazino oyunu oynamaq üçün həmin səhifədə yerləşdirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7388 1971 8302 bank hesabına yenidən köçürmüşdür. Daha sonra o, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Zərərçəkmiş şəxs3 məxsus “İnfinix Smart 8” modelli mobil telefonu da təhvil vermişdir. Sonra onun barəsində Səbail ərazisində etdiyi iki oğurluqla bağlı cinayət işi başlanmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Verilən suallara cavab olaraq isə Səidlə adi zənglə yox, Whastapp tədbiqi ilə əlaqə saxladığını və telefonun üzərində mobil nömrənin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Su səsi” restoranında xadimə işləyir, həmin restoranı icarə müqaviləsi əsasında Mehman adlı şəxs işlədir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında orada xadiməlik edən zaman özünəməxsus olan 5 il əvvəl 400 manata aldığı Honor markalı mobil telefonu elektrik şarjı (zaryatka) azaldığı üçün cərəyana qoşmaqdan ötrü restoranın administratoru əyləşən qeydiyyat hissəsində Mehmanın dostu və restoranın müəyyən işlərinə nəzarət edən Ceyhuna vermiş, sonuncu da həmin telefonu elektrik cərəyanına qoşmuş, bir qədər sonra Ceyhun restoranın yuxarı hissəsinə gedən zaman qeydiyyat şöbəsi boş qalmış, orada Dünyamin adlı ofisiant masaları təmizləmiş, bir müddətdən sonra o, telefonu götürmək üçün oraya yaxınlaşdıqda telefonunun orada olmadığını görmüş, ona bəlli olmuşdur ki, telefonu Dünyamin oğurlayıb getmiş, daha sonra dəfələrlə sonuncu əlaqə saxlamaq istəsə də, Dünyamin zənglərə cavab verməmiş, mobil telefonunda olan mobil tətbiq vasitəsilə ona məxsus olan Unibankın leobank 4098-5844-5813-0653 saylı kartından da 1030 manat pulu başqa hesaba köçürərək oğurlamışdır. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 eyni zamanda göstərmişdir ki, onun telefonu 6 manatlıq dəyərində olan telefon qabında olmuş, həmçinin telefonunda 10 manatlıq nömrə olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona cəmi 1446 manat ziyan yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, xx.xx.2025-ci tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yərləşən kafeyə getmiş, həmin kafedə təxminən 23 yaşlarında bir nəfər oğlanın kafedə oturduğunu görmüş, sonuncu özünü ona Dünyamin kimi təqdim edərək atası Müzəffərin vaxtı ilə anasını qətlə yetirdiyinə görə hal-hazırda cəzaçəkmə müəsisəsində olduğunu, kafeyə yaxın yerdə evlərinin olduğunu və həmin evi hazırda satmaq istədiyini bildirmişdir. O, Dünyaminə evi satması üçün ev-alqı satqısı ilə məşğul olan maklerə müraciət etməsini məsləhət görmüşdür. Daha sonra o, Dünyaminlə birlikdə gedib evə baxdıqdan sonra birlikdə kafeyə qayıtmışlar. Həmin vaxt Dünyamin üzərində nəğd pulu olmadığını ona bildirdiyi üçün sonuncuya yemək almış, Dünyamin yemək yeyən zaman ona hal-hazırda yaşamağa və qalmağa yerinin olmadığını bildirdikdə o, sonuncuya yaşadığı evdə qonaq ola biləcəyini bildirmiş, bundan sonra evə getmişlər, həmin gün Dünyamin onun evində qalmış və ertəsi gün ona birlikdə işləməyi təklif etdikdə Dünyamin razılaşmışdır. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Dünyamin ilə birlikdə işdən çıxaraq yenidən axşam evə qayıtmışlar. Həmin günü də Dünyamin onun evində gecələmişdir. xx.xx.2025-ci il tarixdə saat 05:30-da o, yuxudan oyandıqdan sonra elektirik cərəyanına qoyduğu, ona məxsus bir ədəd 700 manat dəyərində olan “İnfinix Smart 8” markalı mobil telefonunun, həmin telefonun balansında 10 manat pul vəsaiti və üzərində 10 manat dəyərində “Azercell” mobil operatora aid ***-***-**- ** mobil nömrənin yerində olmadığını və Dünyamin tərəfindən oğurlandığını aşkar etmişdir. Bununla yanaşı ona məxsus mobil telefonun içərisində “Kapital-Banka” məxsus bir-bank tətbiqi proqramı olmuş və Dünyamin bu məlumatları bildiyi üçün həmin kartda olan 200 manat pulu da ələ keçirmişdir. Beləliklə də Dünyamin ona cəmi 920 manat zərər yetirmişdir. Mobil telefonu isə ona qaytarılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 2018-ci il tarixdən etibarən ünvan 5 ünvanında yerləşən iaşə obkektini (ərzaq mağazası) icarəyə götürərək hazır ki vaxta kimi işlədir. İcarə müqaviləsi əsasında işlətdiyi həmin köşkə vətəndaşlar sərbəst şəkildə daxil olaraq alış-veriş edib mağazanı tərk edə bilirlər. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis şöbəsinin 8-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03:26:55 radələrində işlətdiyi həmin mağazaya sonradan şəxsiyyəti Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində ona bəlli olan Təqsirləndirilən şəxs heç kimin görmədiyinə tam əmin olmaqla dolabda ona məxsus olan 1.500 manat pulunu gizli olaraq oğurlamaqla ona maddi ziyan vurmuşdur. Verilən saullara cavab olaraq isə Təqsirləndirilən şəxs hər gün həmin obyektə gələrək pul xərclədiyini və tək gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, asudə vaxtlarında Novxanı qəsəbəsində yerləşən və dostu Mehmanın işlətdiyi «Su səsi» restorana gedib sonuncu ilə söhbət etmiş, bəzən hallarda restoranın işlərinə nəzarət etmiş, lakin rəsmi qaydada həmin restoranda işləməmiş, xx.xx.2025-ci il tarixdə axşam saatlarında o, həmin restoranda olan zaman Nəzakət adlı, xadimə administrator əyləşən hissəyə gəlmiş və mobil telefonunu ona verərək telefonu elektrik cərəyanına qoşmağı xahiş etmiş, o, da telefonunu orada elektrik cərəyanına qoşmuş, Dünyamin kimi tanıdığı ofisiant da orada olaraq işlə məşğul olmuş, o, çölə çıxıb avtomobillərə nəzarət etməyə başlamış, bir neçə dəqiqədən sonra Nəzakət telefonunu götürmək istəyərkən telefonunun orada olmadığını görmüş və oğurluqda Dünyamindən şübhələndiyini ona bildirmişdir. O da öz növbəsində Nəzakətə telefon oğurlanan vaxt çöldə olduğunu, Dünyaminin isə içəridə olduğunu Nəzakətə bildirmişdir. Bir müddətdən sonra ona məlum olmuşdur ki, Dünyamin Nəzakətin telefonunu oğurladıqdan sonra telefondan olan bir bank tədbiqi vasitəsi ilə oradan 1030 manat pulu da çıxararaq ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2024-cü ilin əvvəllərində Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən «Su səsi» restoranında ofisiant işləmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu da onun kimi orada ofisiant işlədiyini, sonra o, 2024-cü ilin ilin aprel ayında həmin restorandan çıxıb başqa yerdə işləməyə başladığını və bundan sonra Dünyamini görmədiyini, heç zaman Dünyaminin vasitəsi ilə restoranda xadimə işləyən Zərərçəkmiş şəxs1 borca pul istəmədiyini, heç zaman Dünyaminə Nəzakətin mobil telefonunu oğurlamağı tapşırmadığını, Təqsirləndirilən şəxslə 2024-cü ilin aprel ayından heç bir əlaqə saxlamadığını və ünsiyyətdə olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 6 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən siqaret köşkündə baş vermişdir. Həmin yer daş tikilidir, ön tərəfdən plastik pəncərə, sağ tərəfdən geniş qapısı vardır. İçəridə pəncərinin alt hissəsində pul kassası var. Zərərçəkmiş şəxs2 bildirdi ki, oğurluq edən şəxs kassada 1500 manat pul oğurlayır. Hadisə yerinə baxış zamanı içəridə kamera olduğu müəyyən edildi. Hadisəni əks etdirən videogörüntülər götürüldü (cild 01, i.v. 7-11). “Hadisə yerinə baxış keçirilməsi barədə” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı Səbail rayonu, F.Qayıbov küçəsi, ev 32 mənzil 6 a nömrəli evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs3 ona məxsus və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış olduğu “İnfinix Smart8” markalı telefonun saxladığı yeri göstərmişdir (cild 01, i.v. 22-23). "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus kart hesabından 5 manat, 160 manat və 35 manat pul vəsaiti xərclənmişdir (cild 01, i.v. 24-25). “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə oğurladığı, Zərərçəkmiş şəxs3 məxsus olan, üzərində qara rəngli arxalığı olan açıq mavi rəngli “İnfınix Smart8” mobil telefonunu təhqiqata təqdim etmiş, həmin telefon Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Pərviz Cəfərov tərəfindən götürülmüşdür (cild 01, 28-29). 16 aprel 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsini təsdiq edərək 1500 manat pulun oğurladığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir (cild 01, i.v. 81-83). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus bir ədəd “İnfınix Smart8” markalı mobil telefonu ona tanınması üçün təqdim edilmiş telefonların arasından tanımışdır (cild 01, i.v. 84). “İfadənin yerində yoxlanılması haqqında” 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı X1 ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, 2025-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs2 işlətdiyi Səbail rayonu, Qurban Abbasov küçəsi, 74№-li evin yaxınlığında köşkdə olan dolabdan oğurladığı 450 manat pulun saxlandığı yeri, həmçinin Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 7 ünvanında yerləşən evindən “İnfınix Smart8” markalı mobil telefonu oğurladığını ifadəsinə uyğun olaraq göstərmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, i.v. 113-123). “DVD diskə baxış aparılması haqqında” 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə uyğun olaraq tərtib etmişdir həmin protokolu icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakı ilə ondan ötrü ki, 27 mart 2025-ci il tarixdə saat 03:26:55-də Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən köşkdə baş vermiş oğurluq hadisəsinin videomüşahidə kamerası ilə qeydə alındığı videogöüntülər olan DVD diskə HP markalı mompyuterdə baxış aparmış və baxış zamanı müəyyən edildi: DVD diksə 03 ədəd videofayl vardır. 1-ci videofayl açıldıqda görüntüdə tarixin 27 mart 2025-ci il, saatın isə 03:21:42 olması görünür. Köşkdə iki nəfər kişi cinsindən olan şəxs vardır. Onlardan birinin əynində qara rəngli kofta, digərinin əynində ağ rəngli yay koftası, başında isə yay idman papağı vardır. Görüntü 1-ci kamera ilə qeydə alınmışdır. 2-ci videofaylda tarix xx.xx.2025-ci il, saat 16:58:45-i göstərir və həmin görüntü marketdə qeydə alınmışdır. Həmin görüntüdə 1-ci görüntüdə olan əynində qara rəngli kofta olan şəxsin marketdə olduğu görsənir. 3-cü videofaylda olan görüntüdə tarix 27 mart 2025ci ili, saat 27:03:25-i göstərir. 1-ci görüntüdə olan əynində qara rəngli kofta olan şəxs köşkə daxil olur. Həmin kişi cinsindən olan şəxs 27 mart 2025-ci il tarixdə saat 03:26:55-də Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən köşkün dolabının siyirtməsini açıb pulu götürdükdən sonra köşkdən çıxır. Görüntü 2-ci kamera ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs bildirdi ki, 03 ədəd “DVD” diskdə qeyd edilən videogörüntülər reallığı əks etdirir və hər hansı bir montaj edilməmişdir. 1, 2 və 3-cü görüntüdə əynində qara rəngli kofta olan şəxs onun özüdür və o, 27 mart 2025-ci il tarixdə saat 03:26:55-də Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən köşkün dolabının siyirtməsini açıb pulu götürdükdəmsonra köşkdən çıxır (cild 01, i.v. 124). “maddi sübut kimi tanıma haqqında” 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs götürülmüş “İnfinix Smart 8” modelli mobil telefon aparatının cinayət işi üzrə maddi sübut tanınması və mobii telefon aparatının saxlanması üçün Zərərçəkmiş şəxs3 təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v. 129-130). “Baxış keçirilməsi haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 işlədiyi Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən “Su səsi” restoranında “Honor” markalı mobil telefonu elektirik cərəyanına qoyduğu yeri göstərmiş bu barədə fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur (cild 01, i.v. 156-158). "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 qızma məxsus kartdan xx.xx.2025-ci il tarixdə saat 01:48:31-də 1030 manat pul vəsaiti çıxarılmışdır (cild 01, i.v. 160-161). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq edərkən görüntünü əks etdirən DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarında saxlanılması qərara alınmışdır (cild 02, i.v. 14-15). 20 sentyabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək bir ədəd “Honor” markalı mobil telefonunun oğurlandığını və həmin telefonda mobil tədbiqi vasitəsi ilə 1030 manat pulun çıxarıldığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir (cild 02, i.v. 25-26). 21 sentyabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək heç zaman Zərərçəkmiş şəxs1 mobil telefonu oğurlanmasını sifariş vermədiyini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, sonuncu isə heç bir əsaslı dəlil gətirə bilməyərək birmənalı şəkildə qeyd edilənləri inkar etmişdir (cild 02, i.v. 27-28). ABB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 5522-0993- 6621-5614 nömrəli karta xx.xx.2025-ci il tarixdə 1030 manat pulun mədaxil əməliyyatından sonra eyni məbləğdə pul "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7388-9583-4400 nömrəli karta köçürülmüşdür (cild 02, i.v. 29-31). “Toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs ifadəsində işin obyektiv hallarına uyğun olmayan xüsusatları özünü müdafiə kimi qiymətləndirilməsi və əsassız hesab edilərək rədd edilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM- nin 177.2.1 və 177.2.3-1-ci maddlərinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi və bu barədə cinayət işindən materialın ayrılaraq saxlanması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi, maddi sübut olan 1 ədəd «İnfinix Smart8» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs köşkdən oğurluq edərkən videogörüntünü əks etdirən DVD diskin maddi sübut kimi tanınaraq cinayət işində saxlanmasının nəzərə alınması, cinayət işi üzrə ilkin təhqiqat materialları, 1 ədəd maddi sübut olan «İnfinix Smart 8» markalı mobil telefon, zərərçəkmiş və şahidlərin ifadələri, tanınma protokolu, üzləşdirmələr, bankdan alınmış çıxarışlar, Təqsirləndirilən şəxs köşkdən oğurluq edərkən görüntüsünü əks etdirən və DVD diski və tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktublar əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 39-48). xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki Zərərçəkmiş şəxs3 vermişdir, həmin qəbzi Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Əşrəf Yusifzadəyə ondan ötrü ki, ona məxsus olan «İnfinix8» markalı mobil telefonu qəbul etmişdir (cild 02, i.v. 75). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Təqsirləndirilən şəxs özünü yalnız birinci epizoda münasibətdə qismən təqsirli bilmiş, oğurluğu törətdiyini etiraf etsə də, hadisəni guya Səid adlı şəxsin sifarişi ilə etdiyini bildirərək məsuliyyətdən yayınmağa cəhd etmişdir. Lakin Şahid2 məhkəmədə verdiyi ifadə bu versiyanı tam şəkildə təkzib edir. Belə ki, Səid açıq şəkildə bildirir ki, 2024-cü ilin aprelindən etibarən Dünyaminlə heç bir əlaqə saxlamayıb, onunla görüşməyib və xüsusilə də Nəzakətin mobil telefonunun oğurlanmasını sifariş etməyib. Üstəlik, üzləşdirmə zamanı da Səid bu mövqeyini bir daha təsdiq etmiş, təqsirləndirilən şəxs isə öz iddiasını sübut edə biləcək heç bir fakt, dəlil, yazışma və ya şahid göstərə bilməmişdir. Bu isə göstərir ki, “Səidin sifarişi” versiyası yalnız məsuliyyəti başqasının üzərinə atmaq üçün irəli sürülmüş müdafiə mövqeyidir. İş materiallarında qeyd olunur ki, “zənglərin çıxarılması” məsələsi barədə soruşulduqda təqsirləndirilən şəxs bildirir ki, guya Səidlə normal zənglə deyil, internet vasitəsilə danışıb. Bu izah da məntiqi və faktiki əsasdan tam məhrumdur. Əgər onların arasında yaxın münasibət və oğurluq barədə əvvəlcədən sövdələşmə olmuşdusa, ən azı hər hansı bir əlaqə izi, yəni zəng, mesaj, sosial şəbəkə yazışması, görüş görüntüləri və s. mövcud olmalı idi. Bu kimi izlərin tam şəkildə olmaması, əksinə Səidin uzun müddətdir onunla əlaqə saxlamadığını bəyan etməsi göstərir ki, təqsirləndirilən şəxsin “internetlə danışmışıq” izahı izləri gizlətmək məqsədilə verilmiş imitasiya xarakterli izahatdır. İş materiallarında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsindən məlum olur ki, Dünyamin hər dəfə həmin obyektə tək şəkildə gəlib, heç vaxt hansısa dostla, o cümlədən Səidlə birlikdə restoranı ziyarət etməyib. Əgər təqsirləndirilən şəxsin dediyi kimi, onların arasında guya yaxın dostluq olmuş, tez-tez görüşmüş, hətta cinayət planı belə müzakirə edilmişdisə, bu halda onların ən azı bir dəfə belə obyektə birlikdə gəlməsi gözlənilən idi. Lakin bu faktın tam əksi müşahidə olunur ki, təqsirləndirilən şəxsin “dost idik, o istədi” müdafiəsi reallığa uyğun gəlmir və hadisədən sonra uydurulmuş izahat təsiri bağışlayır. Təqsirləndirilən şəxs iddia edir ki, guya telefonu yalnız Səid üçün oğurlayıb. Lakin hadisənin faktiki gedişatı bunun tam əksini sübut edir. Belə ki, telefonu özü oğurlayıb, mobil tətbiqdən pulu öz hesabına köçürüb, ardınca taksi sürücüsünün kartına göndərib şəxsən pulu çıxartdırıb, daha sonra pulu götürüb istədiyi kimi xərcləyib. Bu ardıcıllıq göstərir ki, əməl öncədən düşünülmüş, şəxsi maraqla törədilmiş oğurluq hadisəsidir. Əgər məqsəd yalnız Səidin xahişini yerinə yetirmək idisə, telefon niyə dərhal ona verilməyib, niyə bütün bank əməliyyatları Dünyaminin özü tərəfindən aparılıb? Bu sualın hər hansı məntiqli cavabı yoxdur. Bu isə onun cinayəti təkbaşına törətdiyini, sonradan məsuliyyəti bölmək üçün Səidin adını hallandırdığını göstərir. Məhkəmə istintaqında toplanmış şahid ifadələri, yəni Şahid1, Şahid2 və zərərçəkmiş Zərərçəkmiş şəxs2 sözləri – hadisənin eyni və ardıcıl təsvirini verir, təqsirləndirilənin müdafiə versiyası ilə isə ziddiyyət təşkil edir. Xüsusən də Şahid1 ifadəsində Dünyaminin həmin vaxt içəridə tək işləməsi, Nəzakətin telefonunun qoyulduğu yerdən birdən-birə yox olması və heç bir üçüncü şəxsin orada olmaması göstərir ki, oğurluq tam olaraq Dünyamin tərəfindən müstəqil şəkildə törədilib. Bundan əlavə, telefonun oğurlanmasından dərhal sonra pulu ələ keçirməsi, həmin vəsaiti şəxsi istifadəyə yönəltməsi və davranışlarında heç bir məcburiyyət əlamətinin görünməməsi göstərir ki, o, əməli tam şüurlu və məqsədli şəkildə yalnız şəxsi maddi marağı naminə edib. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3- 1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işinin başlanması və işin icraata qəbul edilib ibtidai istintaqının aparılması qərara alınmışdır (cild 01, i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə saat 16:10-da tutulmuşdur (cild 01, i.v. 67- 68). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi Elşən Bədəlzadənin xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, qəbul edilmiş qərarın Təqsirləndirilən şəxs elan edilməklə həbsdə saxlanıldığı Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır (cild 01, i.v. 106-108). “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 109-110). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01, i.v. 132). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməklə tutulması barədə” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqda Yasamal RPİ-nin MSYnə təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v. 143-145). “Axtarışda olan şəxsin tutulması barədə” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 08:00-da Bakı şəhəri Səbail rayonu ərazisində müəyyən olunmuş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 01, i.v. 180). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-475/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə, yəni 16 avqust 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 229-234). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-624/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxnaılma müddəti 02 ay olmaqla, 16 oktyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 9-12). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tuutulan yenidən ittiham elan olunmuşdur (cild 02, i.v. 49-50). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə istintaqdan gizlənərək qətimkan tədbirinin şərtlərini pozmasını, məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallar Təqsirləndirilən şəxs yalnız bir neçə epizod üzrə özgənin əmlakını gizli talama cinayətlərini törətməsini deyil, həm də öz hüquqazidd davranışları ilə yüksək ictimai təhlükəlilik dərəcəsinə malik şəxs olduğunu nümayiş etdirdiyini göstərir. Belə ki, təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş Zərərçəkmiş şəxs3la münasibətdə öz atasına dair məlumat verərək, yaşamağa yeri olmadığını bildirməklə onun mərhəmət hissindən sui-istifadə etmiş, sonuncunun humanist və kömək etməyə meyilli davranışlarını aldatma yolu ilə yönləndirərək bir neçə gün onun evində qalmağa nail olmuşdur. Bu davranış ardınca onun məktub sahibinin yaşadığı evdə yerləşən məişət əşyalarını, o cümlədən 700 manat dəyərində mobil telefonu, mobil nömrəni və həmin telefonda mövcud olan bank məlumatlarını mənimsəməklə nəticələnmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmişin etibarını qazanmaq üçün əvvəlcədən yalan məlumat verməsi, daha sonra həmin etibardan istifadə edərək gizli şəkildə talama əməlini həyata keçirməsi onun sosialmənəvi baxımdan təhlükəli şəxs olduğunu bir daha nümayiş etdirən faktorlardandır. Bundan başqa, təqsirləndirilən şəxs digər epizod üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 iş yoldaşı olduğu bir mühitdə, məhz işgüzar etibar münasibətlərinin mövcud olduğu şəraitdə telefonun elektrik xəttinə qoşulmuş vəziyyətdə olmasından istifadə edərək onu oğurlamış, daha sonra mobil tətbiqə daxil olaraq həmin şəxsin bank kartından 1030 manat vəsaiti ələ keçirmişdir. Təqsirləndirilən şəxsin bu davranışı göstərir ki, o, yalnız əmlakı mənimsəmək niyyəti ilə deyil, həm də iş mühitində formalaşmış etibar münasibətlərindən sui-istifadə etməklə daha asan şəkildə cinayət törətmə imkanları axtaran şəxs qismində çıxış etmişdir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs digər epizod üzrə də zərərçəkmiş Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdə satıcının diqqətinin yayınmasından istifadə edərək saxlanc yeri hesab edilən dolaba daxil olub 1500 manat pul vəsaitini gizli şəkildə ələ keçirmişdir. Bu hal da təsdiq edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini təsadüfi vəziyyətdə deyil, məkanın xüsusiyyətlərini və müşahidə imkanlarını əvvəlcədən nəzərə almaqla, əlverişli şərait yarandığı anda talama niyyətini reallaşdırır. Bu epizodların ümumi qiymətləndirilməsi məhkəməyə əsas verir ki, təqsirləndirilən şəxsin davranışı təkcə törətdiyi əmələ görə deyil, həm də cinayətin planlaşdırılma mexanizmi, aldatma və etibardan sui-istifadə elementləri, təkrar törədilməsi və müxtəlif şəraitlərdə eyni xarakterli talama əməlini təkrarlaması baxımından onun şəxsi təhlükəliliyinin yüksək olduğunu göstərir. Məhkəmə qeyd edir ki, belə davranışlar onun ictimai münasibətlərə, mülkiyyət toxunulmazlığına, ətrafdakı şəxslərə qarşı hörmətsiz münasibət sərgilədiyini, özündə hüquqa zidd davranışı daimi vərdiş şəklində formalaşdırmış bir şəxs görüntüsü yaratdığını təsdiqləyir. Həmçinin məhkəmə müəyyən edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərlə zərərçəkmişlərə vurduğu maddi ziyan “xeyli miqdar” həddinə çatmamışdır və bu amil də cəzanın fərdiləşdirilməsində mülayimləşdirici hüquqi kriteriya kimi çıxış edir. Məhkəmə şəxsin şəxsiyyətinə dair mənfi xarakteristika və törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini nəzərə alsa da, mövcud yüngülləşdirici halların təşkil etdiyini, eləcə də təqsirləndirilənin cəmiyyətə reinteqrasiya imkanlarının tam itirilmədiyini əsas götürərək, təyin olunan azadlıqdan məhrum etmə cəzasının sanksiyanın minimum həddinə yaxın müəyyən edilməsini ədalətli və məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İnfinix Smart8” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdən 17 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 1 ədəd 1 ədəd “İnfinix Smart8” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 1 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “4 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-601/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-601/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver