Məhkəmə qərarları › İş №1(004)-609/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-609/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-609/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:55 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə səhər saat ll:00-da Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəraitdə, istintaqa məlum olmayan Elşən adlı şəxsdən 10 manata bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının və 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 14:40-da ünvan 2 ünvanının qarşısında saxlanılıb üstü yoxlanılan zaman üzərində olan qara rəngli əl çantasından 01 ədəd bükümdə təmiz çəkisi 0,809 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, artıq bir neçə müddətdir ki, narkoti vasitə və psixotrop maddə aludəçisi olduğu üçün, müxtəlif vaxtlarda həmin maddələrdən istifadə etmişdir. Əlində olan qara rəngli çantada saxladığı şəffaf sellofan bükümün içərisində psixotrop maddə aşkar olunması ilə bağlı isə səmimi olaraq bilirir ki, Elşən adlı şəxsdən 10 manat pul müqabilində psixotrop maddə olan metamfetamini əldə edib, xx.xx.2025-ci il tarixdə artıq saat 14:40 radələrində ünvan 3 ünvanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və ünvanda videoçəkiliş vasitəsi ilə üstünü yoxlayacaqlarını bildirmişlər. Üstü yoxlanmazdan əvvəl polis əməkdaşları tərəfindən hüquq və vəzifələrim izah edilmiş və paltarımda hər hansı qanunsuz bir əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. Bundan sonra könüllü olaraq əlində olan qara rəngli əl çantasının içərisində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Bundan əlavə çantanın içərisindən 01 ədəd un məmulatlarından hazırlanmış qoğal, 01 ədəd 1 manatlıq əskinaz və kibriti çıxarıb əməkdaşlara təqdim etmiş, 01 ədəd un məmulatı, 01 ədəd nağd 1 manatlq əskinaz və kibrit özünə geri qaytarılmış, təqdim etdiy şəffaf sellofan bükülü polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. İfadəsinin sonunda, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 19 iyul 2025-ci il X9 qanusuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayəti törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə ilə təxirəsalnmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi məqsədilə raportla bölmənin rəisinə məruzə etmiş, əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə əmr verilmiş və qərar qəbul olunmuşdur.Əmrə və qərara əsasən o, şöbənin əməliyyat müəvəkkilləri Şahid2, Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Qrup üzvləri X18 barəsində təlimatlandırıldıqdan sonra inzibati ərazidə əməliyyat mövqeləri müəyyən edilmiş, 19 iyul 2025-ci il tarixdə saat 14:40-da Yasamal rayonu, Zərgərpalan küçəsi dalan 29 ünvada xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 yaşayan X18, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7ayan Təqsirləndirilən şəxs qızı, xx.xx.1991 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan X13, xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 7ayan X22, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan X19, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Rusiya Federasiyasında anadan olmuş, ünvan 10 ünvanında müvəqqəti yaşayan X26, xx.xx.1993-cü ildə Federasiyasında anadan olmu olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 11 ünvanında müvəqqəti yaşayan X26, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 13 ünvanında qeydiyyatda olan, Zərgərpalan küçəsi, ev 29 ünvanında müvəqqəti yaşayan X15, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 15 ünvanında qeydiyyatda olan və yaşayan X1. Onlara özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sonra həmin şəxslərə özlərini təqdim etmələri təklif edilmiş, bu təklifdən sonra həmin şəxslər bir-bir özlərini təqdim edib, X18, Təqsirləndirilən şəxs qızı,X13, X22, X19 və X27, X15 və X4 olduqlarını bildirmişlər və onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilərək daşınması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını izah edib onların üstünün videorçəkiliş apranlmaqla yoxlanlacağım bildikdən sonra təklif etmişlər ki, üstlərində olan qanunla qadağan edilmiş nə varsa təqdim etsinlər. Bu təklifən sonra X18, özü könüliü olaraq üzərində olan sarı rəngli köynəyin sol döş cibindən l(bir) ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edib bildirmişdir ki, onu Yasamal rayonu, ərazisində Elşən adlı şəxsdən 10 manat özünün istifadəsi üçün almışdır. Ondan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əlində olan qara rəngli əl çantasından l(bir) ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim bildirmişdir ki, təqdim etdiyi maddə maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Eişən adlı şəxsdən 10 manata özünün istifadəsi üçün almışdır. Ondan sonra X14 özü könüllü olaraq əlində saxladığı qara rəngli pul kisəsinin içindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək bildirdi ki, təqdim etdiyi maddə maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Elşən adlı şəxsdən 10 manata özünuün istifadəsi üçün almışdır. Ondan sonra X22 özü könüllü olaraq əlində saxladığı qara rəngli əl selofanm içindən 1 (bir) ədəd şəffav selofanda bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Elşən adlı şəxsdən 10 manata özünuün istifadəsi üçün almışdır. Ondan sonra X19 özü könüllü olaraq əynində olan göy rəngli köynəyin sol döş cibindən bir ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Elşən adlı şəxsdən 10 manata özünuün istifadəsi üçün almışdır. Ondan sonra X26 özü könüllü olaraq əynində olan göy rəngli cins şortun sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək bildirdi ki, təqdim etdiyi maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Elşən adlı şəxsdən 10 manata özünün istifadəsi üçün almışdır. Ondan sonra X15 özü könüllü olaraq əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək bildirdi ki, təqdim etdiyi maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Elşən adlı şəxsdən 10 manata özünuün istifadəsi üçün almışdır. Ondan sonra X5 özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, şəxsiyyət vəsiqəsi və LEO Bank kartını, açarlar, Bakı Kartını təqdim edərək bildirdi ki, təqdim etdiyi maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Elşən adlı şəxsdən 10 manata özünün istifadəsi üçün almışdır. Baxış və götürmə zmanı «Samsung» markalı mobil telefon vasitəsilə Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmış, protokolu yerində tərtib etməyə şərait olmadığından X18, Təqsirləndirilən şəxs, X13, X22, X19 və X26, X15 və X7 ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gəlib orada protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmamış, protokol iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra Təqsirləndirilən şəxs qızı barəsində araşdırmanın aparılması 26-cı PB-nin təhqiqatçısı polis mayoru Natiq Abdullayevə həvalə edilmiş, ondan götürülmüş və zərfə qoyularaq möhürlənmiş 1 bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə protokol və DVD disklə birlikdə təhqiqatçı Natiq Abdullayevə təqdim edilmişdir. Həmçinin digər şəxslər barəsində araşdırmanın aparılması digər əməkşlara həvalə edilmişdir. Tərtib edilmiş protokol, saxlanılan şəxs Təqsirləndirilən şəxs və onun üstündən götürülmüş möhürlənmiş zərfdə olan maddə 26-cı PB-nin təhqiqatçısı polis mayoru Natiq Abdullayevə həvalə edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üsütnə baxış keçirilsə də, qanunsuz heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır.Təhqiqatçı tərəfindən araşdırama apanlaraq toplanmış material istintaqa verilmişdir. Qeyd etmək istəyirəm ki, o biri şəxslər, yəni X18, X13, X2 Elvira Faiq qızı qızı, X15 və X4 barəsində toplanmış materiallar Yasamal RPİ-nin İŞ-nə göndərilmiş, X22, X26 barəsində inzibati tədbir görülmüşdür. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamış, ondan aşkar edilmiş psixotrop maddəni kimdən etməsini müəyyən etmək məqsədilə əməliyat tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1, Şahid3 və Şahid5 məhkəmə iclasında elan edilmiş ifadələrindən məlum olmuşdur ki, onlar da iş üzrə digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X21 tərəfindən icraata götürülmüşdür. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixində saat 14:40 dəqiqədən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 29). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu Vladimir Balandin- 42 ünvanında qeydiyyatda olan və ünvan 7ayan Təqsirləndirilən şəxs qızının narkotik vasitələrin, psixotrop maddələrin istifadə məqsədi ilə əldə edib Yasamal rayonu ərazisində istifadəsi və daşınması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 14:00-da Yasamal rayonu, Zərgərpalan küçəsi, dalan 29 ünvanında saxlanılaraq, əks cinsin nümayəndəsi olduğu üçün üstü yoxlanılmamış,özü könüllü olaraq qara rəngli əl çantasından 1 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və qablaşdirilmişdir. Baxış və yoxlama zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni bu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 azn aldığını bildirmişdir. (İ/V. 09-12). Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş, 19 iyul 2025-ci il tarixdə Yasamal RPİ-nin NMB-nin və 26-cı PB-nin əməkdaşan tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı tədbirin gedişatını özündə əks etdirən video görüntülər olan bir ədəd “DVD” diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, təqdim olunmuş “DVD” diskdə bir ədəd qovluq vardır.Həmin qovluqda olan görüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdə 14:40-da Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanın qarşısında yaşayan X18, Təqsirləndirilən şəxs qızı, X13, X22, X19, X23 və X15, X4 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılır.Onlara özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirib, həmin şəxslərə özlərini təqdim etməsi təklif edilir və bu təklifdən sonra həmin şəxslər X18, Təqsirləndirilən şəxs qızı,X13, X22, X19 və X27, X15 və X4 olduqlarını, bütün anket məlumatlarını bildirrlər və onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilərək daşınması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını izah edilir, onların üstünün videorçəkiliş apranlmaqla yoxlanlacağmı bildirilir və təklif edilirk ki, üstlərində olan qanunla qadağan edilmiş nə varsa təqdim etsinlər. Bu təklifən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əlində olan qara rəngli əl çantasından l(bir) ədəd şəffav selofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim bildirir ki, təqdim etdiyi maddə maddə metamfetamindir, onu bir qədər əvvəl Yasamal rayonu ərazisində Elşən adlı şəxsdən 10 manata özünün istifadəsi üçün almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2502 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No42”-li dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) ” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,809 qram olan ağ rəngli, kristallik maddə kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetaminin təmiz çəkisi 0,809 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,759 qram qalmışdır. (İ/V. 41-45) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 62-63). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5232 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (İ/V. 161-162). Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 117) 13 oktyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan və təhqiqat zamanı çəkilmiş video görüntülərin əks olunduğu 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, eləcə də Təqsirləndirilən şəxs götürülmüş – təmiz çəkisi 0,809 qram psixotrop maddə metamfetamin maddi sübut kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq 0,759 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ/V. 174-185). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdə, saat 14:41-dən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (İ/V. 79-83). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, eləcə də törətdiyi cinayət əməlindən peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 iyul 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi təqsirləndirilən şəxsdət tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,759 qram psixotrop maddə metamfetamin məhv edilməli, təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxsnun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-609/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 19 iyul 2025-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,759 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 440 (dört yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar