Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-61/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1988-cı il tarixdə Özbəkistan Respublikasının Sirdərya vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarabağ şadlıq sarayının yaxınlığında yerləşən yeni massivdəki fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Türkiyə Respublikasında işləmək üçün ona müraciət etmiş tanışı X3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla onu 3000 (üç min) manat müqabilində Bakı şəhər İcra Hakimiyyəti xətti ilə Türkiyə Respublikasının səfirliyində və ya bələdiyəsində texniki işiçi kimi işə düzəldəcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2018-ci ildə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi, ev 30 mənzil 26 ünvanında 3000 (üç min) manat, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi 30 ünvanın liftində işə düzəlməsi ilə bağlı sonucunun sağlamlıq haqqında arayışının hazırlanması üçün 370 (üç yüz yetmiş) manat və xx xxx 2018-ci il tarixdə işə düzəlməsi ilə bağlı qeydiyyatda olduğu ünvandan arayış alınması məqsədi ilə ünvan 4 ünvanında “Lider TV”-nın qarşısında 220 (iki yüz iyirmi) manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs Ş.Şahid4aya ümumilikdə 3.590 (üç min beş yüz doxsan) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 X13 tərcüməçi işləməsini, şəxsi əlaqələrinin geniş olmasını və bundan istifadə edərək onu 7000 (yeddi min) manat müqabilində Azərbaycan Respuiblikası Fövqəladə Hallar Nazlrliyində kargüzarlıq şöbəsində texniki işçi kimi işə düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin mart ayının əvəllərində Bakı şəhəri, Yasamal rayonu, İnşaatcılar prospekti 81 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qarşısında məzənnəsi 5.950,35 (beş min doqquz yüz əlli manat otuz beş qəpik) manat təşkil edən 3.500 ABŞ dolları və 2018-ci ilin mart ayının ortalarında ünvan 4 ünvanında “Lider TV”-nın qarşısında 1000 (min) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 6.950.35 (altı min doqquz yüz əlli manat, otuz beş qəpik) manat xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər fərdi qaydada tərcüməçi kimi məşğul olmuş, 2017-ci ilin oktyabr ayında fərdi qaydada dırnaq ustası kimi xidmət göstərən Şahid6 evində sonucunun dayısı qızı X5 ilə tanış olmuş və onunla tanışlıq münasibəti yaranmışdır. 2018ci ilin fevral ayında isə Ş.Şahid4a ona Türkiyə Respublikasına işləmək üçün getmək istədiyini bildirmiş, Ş.Şahid4aya Türkiyə Respublikasına işləməyə dövlət xətti ilə getməsini daha yaxşı olmasını və Türkiyə Respublikasına magistr təhsili üzrə oxumağa göndərməkdə köməklik edib orada həm təhsil almasını, həm də orada tələbələr üçün işləməyə icazə verildiyindən işləməsini təklif etmiş, Ş.Şahid4a bu təklifi ilə razılaşmışdır. 2018-ci ilin fevral ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu “Yeganə” şadlıq sarayının yanında fərdi qaydada dırnaq ustası kimi xidmət göstərən Şahid6 evində olarkən Ş.Şahid4anın anası Natəvan ona Ş.Şahid4anın xaricdə İstanbul universitetində təhsili üçün 3.000 manat pul vermiş, o, Ş.Şahid4anın anasından pulu götürüb özündə saxlamış, daha sonra sənədlərin toplanması üçün pul lazım olduğundan Ş.Şahid4adan Şahid6 evində 370 manat bir, sonuncu dəfə ünvan 4 ünvanında “Lider TV”-nın qarşısında 220 manat pul almışdır. Ş.Şahid4aya Türkiyə Respublikasında bir neçə özəl universitetlər təklif etsə də, o heç bir universitet seçməmiş, sadəcə ona hansı universiteti istəyirsənsə seç ora gedəcəyini söyləmiş, ona Türkiyə Respublikası İstanbul şəhərində yerləşən X1 fakültəsinin magistr pilləsi üzrə təhsili təklif etmiş və sonuncu razılaşmışdır. O, Ş.Şahid4anın universitetə və Türkiyə Respublikasında işləmək üçün lazım olan sənədlərini yığmamış, sonra pula ehtiyacı olduğu üçün onun ona verdiyi pulu xərcləmişdir. Bundan başqa o, 2018-ci ilin əvvəllərində “Nizami” metrostansiyasının yaxınlığnda yerləşən “Moon” gözəllik salonunda Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, sonra Bakı şəhəri Binəqədi rayonu “Yeganə” şadlıq sarayının yanında yerləşən fərdi qaydada dırnaq ustası kimi xidmət göstərən Şahid6 evində Zərərçəkmiş şəxs1 ilə rastlaşmış, yaxın müddət ərzində onunla səmimi münasibət qurmuş, sonuncu həmin müddət ərzində işsiz olduğunu və işə ehtiyacının olmasını söyləmış, Zərərçəkmiş şəxs1 ilə səmimi münasibəti olduğundan onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilməkdə, həmçinin nazirliyə işə düzəlmək üçün ona sənədlərin yığılmasına, anket və tərcümeyi halın yazılmasına köməklik edəcəyini söyləmişdir. O, Zərərçəkmiş şəxs1 öz tanışları ilə görüşdükdən sonra nə qədər məbləğə onu işə düzəldə biləcəyini öyrənib xəbər edəcəyini bildirmiş, bir neçə tanımadığı şəxslərdən bu barədə maraqlanmış, bu işin düzəlməsinin mümkün olmadığını öyrənmiş, həmin ərəfədə pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs1 öz istifadə etdiyi ***-***-**-** nömrəsindən sonuncunun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edib işin görülməsi üçün 7.000 manat pul lazım olmasını demişdir. Zərərçəkmiş şəxs1 ona ailə üzvləri ilə bu barədə məsləhət etdikdən sonra bir söz deyəcəyini bildirmiş, daha sonra sonuncu onunla əlaqə saxlayıb işə düzəlmək istədiyini demişdir. O, 2018-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, Yasamal rayonu, Statistika İdarəsinin yaxınlığında görüşmüş, Zərərçəkmiş şəxs1 görüşə sonradan adını bildiyi qaynatası Bahadur və əri Pərviz ilə gəlmiş, Pərvizin idarə etdiyi “Hunday Sonata” markalı avtomobilin içərisində Zərərçəkmiş şəxs1 qaynatası Bahadur ona gəlinin Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi üçün 3500 ABŞ dolları pulu manat vahidi ilə 6000 manat pul vermişdir. Həmçinin Zərərçəkmiş şəxs1 sənədlərini də ona verilmiş, Zərərçəkmiş şəxs1 qaynatası ondan Zərərçəkmiş şəxs1 hansı işə düzəldəcəyi barədə maraqlanmış, ona Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyində kargüzarlq şöbəsinə yaxın bir müddət ərzində düzəldəcəyini demişdir. Bundan sonra o, həmin pulu qəbul edəndən bir neçə gün sonra 2018-ci ilin mart ayının axırlarında ünvan 4 ünvanında “Lider TV”-nın yanında Zərərçəkmiş şəxs1 əri Pərviz ilə görüşüb ondan 1000 manat pulu almış, bütünlükdə onlardan Zərərçəkmiş şəxs1 işə düzəltmək üçün 7000 manat pul almış, onlardan aldığı 3500 ABŞ dolları və 1000 manat pulu özündə saxlamış, daha sonra isə səhhəti ilə bağlı böyrəyində problem olduğu üçün müalicəsinə xərcləmişdir. 2018-ci ilin avqust ayının əvəllərində Zərərçəkmiş şəxs1 əri Pərvizin adını bilmədiyi dostuna 1000 manat pulu geri qaytarmışdır. İmkanı olmadığından həmin pulları xərclədiyi üçün Zərərçəkmiş şəxs1 və Ş.Şahid4anın pullarını ödəyə bilməmişdir. Həmin pulları o, öz ehtiyaclarına xərcləmiş, həmin pullardan heç kimə onları işə düzəltmək üçün verməmişdir. Heç bir Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ilə görüşüb bu barədə söhbət etməmiş, həmçinin Ş.Şahid4anın Türkiyə Respublikasına getməsi üçün heç bir sənəd toplamamış, kiməsə sənəd verib Türkiyə Respublikasına göndərməmişdir. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığında yerləşən «MOON» qadın gözəllik salonuna gedib gələn ərəfələrdə tanımış, sonuncu həmin vaxtı dırnaqlarını düzəltdirməyə həmin salona gəlmişdir. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra sonuncu ondan harada işləməyi barədə maraqlanmış, ona heç yerdə işləmədiyini və özünə iş axtardığını demiş, həmin ərəfələrdə ona məlum olmuşdur ki, Şahid6 qohumu olan X4 Təqsirləndirilən şəxs əlaqələrindən istifadə edərək işə düzəltmək üçün pul almışdır. Təqsirləndirilən şəxs ilə tanışlıq vaxtı o, X13 tərcüməçi işlədiyini və əlaqələrinin geniş olmasını demişdir. Bu söhbətlərdən sonra 2018-ci ilin mart ayının əvəllərində Şahid6 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi 30 ünvanda olduğunu deyərək onun üçün münasib iş tapdığını və həmin işlərə onu düzəldə biləcəyini bildirmişdir. Şahid6 zənginə əsasən onun yaşadığı evə getmiş, həmin vaxtı Təqsirləndirilən şəxs orada olmuş, Təqsirləndirilən şəxs ilə görüşüb onu hansı işə düzəltməkdə köməklik edə biləcəyi barədə maraqlanmış, sonuncu ona əvvəl X13 tərcüməçi köməkçisi kimi işə düzəldə biləcəyini deyib, daha sonra isə az yaşlı uşaqları olduğundan tez-tez xarici ölkələrə gedib-gelmək lazım olduğundan onu ora düzəltmək çətin olacağını demiş, sonra qeyd etmişdir ki, bir nəfərin sənədlərini alaraq Fövqalada Hallar Nazirliyinə işə qəbul edilməsi üçün vermişdir, istədiyi halda FHN-də kargüzarlıq şöbəsinə işə düzəldə biləcəyini demiş, ondan hansı məbləğ müqabilində həmin işə düzəldə biləcəyi barədə maraqlanmış, Təqsirləndirilən şəxs bu barədə maraqlanıb ona zəng edib deyəcəyini bildirmiş, ona bu barədə evdə ailə üzvləri ilə məsləhətləşib ona dəqiq bir söz deyəcəyini demiş, həmin günün axşamı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək onu FHN-nin kargüzarlıq şöbəsində işə düzəltmək üçün 7.000 manat pul və həmçinin şəxsiyyət vəsiqəsini, təhsil diplomunu, əvəllər harada işləməyi barədə sertifikatları, nigah haqqında şəhadətnamənin əsilləri lazım olacağını demiş, bu barədə evdə ailə üzvləri ilə məsləhət etmiş, onlar FHN-də işləməyinə razılıq vermişdir. O, Təqsirləndirilən şəxs zəng edərək işə düzəlmək istədiyini demiş, bundan sonra 2018-ci ilin mart ayının əvvəllərində saat 13:00 radələrində dəqiq xatırlamadığı gündə həyat yoldaşı Pərviz, qaynatası Bahadurla Pərvizin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşınla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Mərkəzi statistika idarəsinin qarşısına gəlmiş, əri Pərviz sükan arxasında, qaynatası qabaq oturacaqda özü isə arxa oturacaqda əyləşmiş, əvvəlcədən danışdığı kimi Təqsirləndirilən şəxs da həmin yerə gəlmiş və avtomobildə arxa oturacaqda onun yanında əyləşmışdir. Təqsirləndirilən şəxs avtomobilə oturandan sonra qaynatası Bahadur Təqsirləndirilən şəxs onu hara, neçə və nə vaxt işə düzəldə biləcəyi barədə maraqlanmış, Təqsirləndirilən şəxs geniş əlaqələrinin olmasını demiş, FHN-nin kargüzarlıq şöbəsində 2018-ci ilin aprel ayına kimi işə düzəldəcəyini demiş, bundan sonra qaynatası 35 ədəd 100-lük əskinazlarından ibarət 3.500 ABŞ dolları həmin ilin manata olan məzənnəsi ilə 5.995 manat pulu çıxarıb sayaraq ona məxsus sənədlərlə birlikdə Təqsirləndirilən şəxs vermiş, sonuncu da qalan 1.000 manat pulu da iş düzələnə yaxın yəni bir ay müddətində alacağını demişdir. Sonra isə maşından düşərək gəldiyi markasını və nömrəsini xatırlamadığı taksiyə əyləşib çıxıb getmişdir. Ona 3.500 ABŞ dolları verəndən təxminən 10 gün sonra yəni 2018-ci ilin mart ayının ortasında Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək 7.000 manat pulun tam ödənilməsi üçün yəni qalıq qalmış 1.000 manat pulu gətirməyini istəmiş, həmin günü də həyat yoldaşı Pərviz 1.000 manat pulu götürüb ona vermək üçün dediyi yerə “Yasamal” parkına gedən yolda Lider TV-nin yanına getmiş və orada Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə telefon əlaqələri saxlayraraq iş barədə maraqlanmış, sonuncu da onları arxayın edib 2018-ci il aprel ayının sonundək onun işə düzəldəcəyinə vəd vermiş, Təqsirləndirilən şəxs hər dəfə seçkilər ilə əlaqədar olaraq, daha sonra Respublikasının yaranmasının 100 iliyinin yaranması ilə əlaqədar olaraq FHN-də tədbirlər olduğundan işin uzandığını bəhanə gətirmiş, onun hər dəfə müxtəlif bəhanələr gətirməsini görüb aldandıqlarını başa düşmüş, ona görə də ondan pulu geri tələb etməyə başlamış, sonradan məlum olmuşdur ki, onun ümumiyyətlə FHN-də işləyən heç bir tanışı yoxdur sadəcə olaraq onları aldataraq inandırmaq üçün bu barədə yalanlar danışmışdır. Bu sözsöhbətlərdən sonra Təqsirləndirilən şəxs ona yəni onun işə düzəlməyi üçün verilmiş 3.500 ABŞ dolları və 1000 manat puldan, ümumilikdə aldığı 7000 manat puldan 1000 manat pulu 2018-ci ilin avqust ayının 13-də Təqsirləndirilən şəxs tanışı Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” restoranının qarşısında görüşüb ona qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci ilin axırlarında bibisi qızı Şahid6 vasitəsi ilə tanımış, dırnaq ustası işini öyrənmək üçün tez tez dayısı qızı Şahid6 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi 30 ünvanında yerləşən evinə gedib gəlmişdir. Təqsirləndirilən şəxs özünü işgüzar bir adam kimi tanıtmışdır. O, bir gün Təqsirləndirilən şəxs özünə iş axtarıdığını və Türkiyə Respublikasına gedib işləmək istədiyini demiş, sonuncu məsləhət verərək, Türkiyə Respublikasına dövlət xətti ilə getməsinin daha yaxşı olmasını, onu Bakı şəhəri icra hakimiyyətinin yolu ilə Türkiyə Respublikasının səfirliyində və ya bələdiyyəsində texniki işçi ikimi işə düzəldə biləcəyini bu işin görülməsi üçün 3.000 manat lazım olmasını demiş, ona inanmış, bu söhbət 2018-ci ilin fevral ayının əvvəllərində Şahid6 yaşadığı evində olmuş, bu söhbəti Şahid6 da eşitmış, onunla razılaşmış və valideyinlərinə bu barədə danışmış, atası bu işə görə “Kapital Bank”dan 3.000 manat pul da götürmüş, lakin həmin məbləği özü qazandığğı pula hər ay ödəmişdir. 2018-ci ilin fevral ayının 27-də saat 21:00 radələrində atası Rahib anası Natəvan və Şahid6 iştirakı ilə anası Natəvan 3.000 manat pulu Şahid6 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “Yeganə” şadlıq sarayının arxasında yerləşən Eldar Babayev küçəsi 30 ünvanında şəxsən Təqsirləndirilən şəxs vermiş, sonuncu da öz növbəsində pulu götürüb narahat olmayın 2018-ci ilin iyul ayına kimi işə çıxacağını demiş, bu sözü o hamının yanında deyib onları əmin etmişdir. xx xxxx 2018-ci ildə günorta saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək ondan özünə aid sağlamlıq haqqında arayışı və əlavə olaraq 368 manat pulu təcili ona çatdırmağını demiş, həmin günü axşam saat 21:30-da Şahid6 evində görüşmüş və evdən çıxandan sonra liftdə Təqsirləndirilən şəxs 370 manat pul vermiş, həmin vaxtı sonuncu ona narahat olma sağlamlıq haqqında arayışı özü həll edib yoluna qoyacaq demiş, 2018-ci ilin may ayının 16-da Təqsirləndirilən şəxs “whatsapp” vasitəsi ilə ona səs göndərib təcili qeydiyyatda olduğu ünvandan arayış və 219 manat pulu hazırlamağını demiş, səhərisi günü yəni xx xxx 2018-ci ildə saat 12:00 radələrində Təqsirləndirilən şəxs öz dediyi ünvana, yəni Bakı şəhəri, Yasamal rayonu, “Lider TV”-nın qarşısına gəlmiş, arayışı və 220 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu ona narahat olmamasını pul sonuncu puldur, iş düzəlir 1-2 aya Türkiyə Respublikasına gedəcəyini demiş, ona inanmış, vaxt tamam olmuş, Təqsirləndirilən şəxs iş barədə soruşanda o müxtəlif bənanələr gətirmiş, aldandığını görüb ondan pulunu tələb etməyə başlamış, həmin ərəfədə rəfiqəsi Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs FHN-nə işə düzəlmək üçün 7.000 manat pul verdiyindən o da pulunu tələb etməyə başlamış, Təqsirləndirilən şəxs dələduz olduğunu biləndən sonra ondan şikayət etmək qərarına gəlmişdirlər. Daha sonra zərərçəkmiş şəxs Ş.Şahid4a məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. 2018-ci ilin fevral ayının əvvəllərində arvadı Zərərçəkmiş şəxs1 ona və ailə üzvlərinə Bakı şəhəri, Yasamal rayonu, «Nizami» metrostansiyasının yaxınlığında yerləşən «MOON» qadın gözəllik salonunda işləyən Şahid6 vasitəsi ilə bir Təqsirləndirilən şəxs ilə tanış olmasını onun, H.Əliyev Fondunda tərcüməçi kimi çalışmasını və əlaqələri geniş olmasını iş axtatran şəxsləri işə düzəldə bilməsini demiş, hətta salonda Şahid6 qohumu olan X4 da o, işə düzəldəcəyini bildirmiş, bu söhbətlərdən sonra arvadı Zərərçəkmiş şəxs1 Şahid6 yaşadığı evdə Təqsirləndirilən şəxs ilə görüşmüş və o, onu Fövqəladə Hallar Nazirliyində karküzarlıq şöbəsində işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bu təklifi deyəndən sonra gəlib onunla məsləhət etmiş, özü və ailə üzvləri onun orada işə düzəlib işləməsinə razılıq vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 FHN-də işə düzəltmək üçün 7.000 manat istəmişdir. Zərərçəkmiş şəxs1 FHN-də işləməyə razılıq verəndən sonra Təqsirləndirilən şəxs ilə 2018-ci ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə saat təxminən 13:00 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində Mərkəzi Statistika idarəsinin qarşısında görüşməyə razılıq vermişlər. Təqsirləndirilən şəxsyla görüşməyə atası və həyat yoldaşı Zərərçəkmiş şəxs1yla birlikdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ora getmiş, orada əvvəllər tanımadığı adını Təqsirləndirilən şəxs kimi bildiyi dolu bədənli qara uzun saçlı qarabəniz qız markasını və dövlət nişanını xatırlamadığı taksidən düşüb onların avtomobilnə yaxınlaşıb arxa oturacqda Zərərçəkmiş şəxs1 yanında əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobilə oturandan sonra atası Bahadur Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hara necə və nə vaxt işə düzəldə biləcəyi barədə maraqlanmış, Təqsirləndirilən şəxs onun yaxşı, geniş əlaqələrinin olmasını, Zərərçəkmiş şəxs1 FHN-nin kargüzarlıq şöbəsinə 2018-ci ilin aprel ayına kimi işə düzəldəcəyini demiş, bundan sonra atası 35 ədəd 100-lük əskinazlarından ibarət 3.500 ABŞ dolları həmin ilin manata olan məzənnəsi ilə 5.995 manat pulu çıxarıb sayaraq Zərərçəkmiş şəxs1 məxsus sənədlərlə birlikdə Təqsirləndirilən şəxs vermiş, sonuncu da onlara qalan 1000 manat pulu da iş düzələnə yaxın yəni bir ay müddətində alacağını demiş, sonra isə maşından düşərək gəldiyi taksiyə əyləşib çıxıb getmişdir. Ona 3.500 ABŞ dolları verəndən təxminən 10 gün sonra yəni 2018-ci ilin mart ayının ortasında Tərlan ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng edərək 7.000 manat pulun tam ödənilməsi üçün yəni qalıq qalmış 1.000 manat pulu gətirməyini istəmiş, həmin günü də 1.000 manat pulu götürüb ona vermək üçün dediyi yerə “Yasamal” parkına gedən yolda “Lider TV”-nin yanına getmiş və orada Təqsirləndirilən şəxs 1.000 manat pulu zərfin içərisində saat 16 radələrində ona vermişdir. Bundan sonra mütamadi olaraq Təqsirləndirilən şəxs ilə telefon əlaqələri saxlayraraq iş barəsində maraqlanmış, Tərlan da hər dəfə onları arxayın edib 2018-ci il aprel ayının sonundək Zərərçəkmiş şəxs1 işini düzəldəcəyinə vəd vermişdir. Təqsirləndirilən şəxs iş barədə maraqlandıqda hər dəfə seçkilərlə əlaqədar olaraq, daha sonra Respublikasının yaranmasının 100 iliyi ilə əlaqədar olaraq FHN-də tədbirlər olduğundan işin uzandığını bəhanə gətirmiş, onun hər dəfə müxtəlif bəhanələr gətirməsini görüb aldandıqlarını başa düşmüş, Ona görə də ondan pulu geri tələb etməyə başlamışdırlar. Həmin ərəfədə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ümumiyyətlə FHN-də işləyən heç bir tanışı yoxdur sadəcə olaraq onları aldadaraq inandırmaq üçün bu barədə yalanlar danışmışdır. Bu söz-söhbətlərdən sonra Təqsirləndirilən şəxs ona yəni Zərərçəkmiş şəxs1 işə düzəlməyi üçün verilmiş 3.500 ABŞ dolları və 1.000 manat puldan 1000 manat pulu onun işi olduğu üçün xahişi əsasında 2018-ci ilin avqust ayının 13-də dostu Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” restoranının qarşısında görüşüb ona qaytarmışdır. Bu hadisələrdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ş.Şahid4adan da işə düzəltmək adı ilə 3.590 manat alaraq ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 5 ilə yaxındır ki, dırnaq ustası kimi fəaliyyət göstərir, 2015-ci ildən 2017-ci ilədək Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığında “SUNMOON” qadın gözəllik salonunda dırnaq ustası kimi işləmiş, həmin salon bağlandığına görə bu günə kimi müştəriləri evində qəbul edib işləyir. Gözəllik salonunda işlədiyi vaxtlarda Təqsirləndirilən şəxs tanımış o, dırnaqlarını düzəltdirməyə onun yanına müştəri kimi tez-tez gəlib getmiş, Təqsirləndirilən şəxs özünü işgüzar qadın və əlaqələrinin geniş olan biri kimi tanıtmışdır. Evdə işləyən ərəfədə dayısı qızı X6 da yanına tez tez gəlib ondan dırnaq düzəltməyi öyrənmiş, eyni zamanda onun yanına rəfiqəsi Zərərçəkmiş şəxs1 da gəlib getmiş, həmin ərəfədə dayısı qızı Ş.Şahid4a işləmədiyinə görə özünə iş axtarmışdır. Dayısı qızı Ş.Şahid4a, yaxın rəfiqəsi Zərərçəkmiş şəxs1 da 2017-ci ilin axırlarında Təqsirləndirilən şəxs onun yanına gəlib gedən ərəfələrdə tanımışdılar. 2018-ci ilin fevral ayının əvvəllərində dayısı qızı Ş.Şahid4a Təqsirləndirilən şəxs iş axtardığını demiş, çünki hamı Təqsirləndirilən şəxs işgüzar bir adam kimi tanımış, o, elə adam olmasa da özünü o cür tanıtmışdır. Bir gün Təqsirləndirilən şəxs onun yanına gələndə Ş.Şahid4anın necə qız olduğunu, etibarlı adam olub-olmadığını maraqlanmış, ondan nə səbəbə maraqlandığını soruşanda ona Ş.Şahid4anın iş axtarmaq üçün müraciət etdiyini demişdır. Ş.Şahid4anı Təqsirləndirilən şəxs tərifləyib onun yaxşı və etibarlı qız olduğunu demişdir. Həmin ərəfədə evində işləyərkən onun iştirakı ilə Təqsirləndirilən şəxs Ş.Şahid4aya onu Bakı şəhər icra hakimiyyətinin xətti ilə Türkiyə Respublikasının səfirliyində və ya bələdiyyəsində texniki işçi kimi işə düzəldə biləcəyi və bu işin düzəlməsi üçün 3.000 manat pul istəmiş, onlar razılaşmış bildiyinə görə dayısı Rahib “Kapital bank”dan 3.000 manat pul götürmüş və həmin pulu xx xxxxxx 2018-ci ildə saat 21:00 radələrində Ş.Şahid4a onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi 30 ünvanında 3.000 manat pulu onun, dayısı Rahib, dayısı arvadı Natəvanın iştirakı ilə Təqsirləndirilən şəxs verildi. Təqsirləndirilən şəxs onun yanında 2018-ci ilin iyul ayının 12-nə kimi işi düzəldəcəyini demiş, bu minvalla Təqsirləndirilən şəxs Ş.Şahid4adan əlavə olaraq iki dəfə ümumilikdə 3.590 manat pul almış, bunu ona Ş.Şahid4a özü demiş, Təqsirləndirilən şəxs dediyi vaxt tamam olmuş, lakin heç bir iş düzəlməmiş, bir qohum kimi narahat olmağa başlamış və dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, Təqsirləndirilən şəxs ya telefonu qaldırmamış, ya da onun telefonu bağlı olmuşdur. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsi Zərərçəkmiş şəxs1 da FHN-də işə düzəltmək adı ilə 7.000 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ondan əvvəl şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 həm sinif yoldaşı, həm də uşaqlıq dostudur. Zərərçəkmiş şəxs1 P.Şahid5 həyat yoldaşıdır. P.Şahid5lə münasibəti yaxşı olduğundan aralarında heç bir sirr yoxdur. P.Şahid5 deməsindən ona məlum olmuşdur ki, o, 2018-ci ilin mart ayında həyat yoldaşı G.A.Baxışevanı Fövqəladə Hallar Nazirliyində karküzarlıq şöbəsində işə düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs 7.000 manat pul vermişdir. Bu söhbətdən bir neçə vaxt keçdikdən sonra P.Şahid5 Təqsirləndirilən şəxs tərəfindən aldandığını görüb pulunu geri tələb etməyə başlamışdır. Hətta 2018-ci ilin avqust ayının 13-də P.Şahid5 ona istifadə etdiyi ***-***-**-** nömrədən onun istifadə etdiyi ***-***-**-** nömrəyə zəng edərək özünün işi olduğu üçün Təqsirləndirilən şəxs 1000 manat pulu götürmək lazım olmasını demiş, Təqsirləndirilən şəxs ona ***-***-**-** nömrəsini vermişdir ki, Təqsirləndirilən şəxs zəng edib görüşüb 1.000 manat pulu ondan alsın. Öz nömrəsindən Təqsirləndirilən şəxs zəng edib özünü təqdim etmiş, sonuncu onu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” restoranının qarşısına saat 16:00 radələrində gəlməyini və pulu sürücü ilə ora göndərəcəyini demiş, saat 16.00 radələrində o, ora getmiş, orada olan vaxtı markasını və nömrəsini xatırlamadığı ağ rəngli avtomobil ora gəlib xatırlamadığı bir nömrədən zəng edərək onunla görüşmüş və həmin şəxs ona zərfin içərisində 1000 manat pulu vermişdir. Həmin günün axşamı P.Şahid5 ilə görüşüb ona 1000 manat pulu vermişdir. P.Şahid5 ona deməsindən Təqsirləndirilən şəxs ondan G.A.Baxışevanı işə düzəltmək adı ilə alıb ələ keçirdiyi pulunun qalan məbləğini qaytarmadığı və onu müxtəlif bəhanələr gətirərək aldadılması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş P.Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X7 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxlərdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, “xxxxxxx” MMC-dən alınmış 01 (bir) ədəd CD-disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Ş.Şahid4a və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. xx xxx 2020-ci il tarixli qanunla xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 62 saata görə 372 (üç yüz yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak 62 saata görə 372 (üç yüz yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-61/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-61/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver