Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-61/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:30-da ictimai yer olan ünvan 2 ünvanındakı “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 6-cı blokunda yerləşən “Nağıllar Dünyası” uşaq bağçasının qarşısında heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salıb nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq həmin vaxt orada olan şəxslər üçün aşkar surətdə ictimai qaydalara etinasızlıq göstərərək, həmin qaydaları kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, zərərçəkmiş şəxs xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sonuncunun iradəsinə zidd olaraq qucağına alıb əli ilə boğaraq, eləcə də əlində olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən bıçağı Zərərçəkmiş şəxs bədəni ilə təmas etdirib sonuncuya fiziki ağrı yetirməklə zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər iki dəfə evli olmasına baxmayaraq hazırda boşanmış və iş yerindən azad edilmişdir. Buna görə də 2020-ci ilin mart ayında o, özünə məxsus nəqliyyat vasitəsini satıb Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən “xxxx” MTK-ya məxsus binanın 14-cü girişinin 4 saylı mənzilində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs hadisənin baş verməsi xüsusatlarını tam xatırlamadığını bildirib əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə istifadə etdiyi mətbəx bıçağı kütləşdiyindən onu itilətmək məqsədilə üzərində götürüb evdən çıxmışdır. O, əlində bıçaqla yaxınlıqdakı digər yaşayış binasının, yəni Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi 24B ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin həyətindən keçərkən orada sadəcə səs-küy yaradıb və bərkdən danışıbdır. Lakin o, uşağa heç nə etməmişdir. O, həyətdə olarkən tanımadığı şəxs ona nalayiq söyüş işlətdiyindən, həmin şəxsə eyni qaydada cavab vermiş və daha sonra onun arxasınca binanın blokuna daxil olmaq üçün qapısını açmağa çalışmış, lakin qapı açılmadığından əsəbləşərək vurmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt ola bilər ki, orada çoxlu sayda insanlar olmuş və o, əsəbləşdiyindən ətrafdakılara qarşı nalayiq ifadələr işlətmişdir. Beləliklə onunla ətrafdakılar arasında bilmədiyi səbəbdən mübahisə yaranmış və sonradan polis əməkdaşları gəlib onu bölməyə aparmışlar. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ümumiyyətlə uşağı, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qucağına almamış, onu bıçaqla təhdid etməmişdir. İfadəsində qeyd etdiyi kimi hadisədən bilavasitə əvvəl Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi 24B ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin həyətində ilkin olaraq ona nalayiq ifadə işlətmiş şəxsi isə hazırda görsə tanıya bilməz və ona qarşı işlədilmiş nalayiq ifadənin məzmununu xatırlamır. Binanın blokunun qapısını döyməkdə isə məqsədi onu söymüş şəxsin arxasınca içəriyə daxil olmaq olmuşdur. Bu vaxt ona nə heç kim yaxınlaşmamış, nə də o, özü heç kimi qorxutmamışdır. Bundan başqa o, hadisə vaxtı, o cümlədən ümumiyyətlə adi həyat tərzində spirtli içi, narkotik vasitə və ya hər hansı psixotrop maddə qəbul etməmişdir. Yaranmış zərurətlə əlaqədar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdə o, əvvəllər verdiyi ifadəsini təkzib etmiş, özünü təqsirli bilmədiyindən istənilən prosessual sənədə könüllü olaraq şəxsən imza etdiyini, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ona qarşı qərəzli ifadə verdiklərini bildirmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilməyərək barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində o, övladları xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə sonuncuları hava alması üçün yaşadıqları binanın həyətinə düşürmüşdür. Həmin vaxt onlar həyətdə gəzişərkən qonşularla rastlaşmışdır. Bu vaxt qonşusu Şahid4 ona və orada olan digər qonşulara bildirmişdir ki, bir neçə dəqiqə əvvəl blokdan çıxmaq istəyərkən əvvəllər tanımadığı bir nəfər şəxsin qapını möhkəm döyməsini görmüş və həmin şəxsin bu hərəkətlərindən bərk qorxmuşdur. Buna görə də Şahid4 yaxınlıqdakı aptekə onunla birlikdə getməsi üçün onların yanında mobil telefon vasitəsilə öz ərinə zəng etmişdir. Elə bu vaxt anidən səs-küy eşidib çevrildikdə əvvəllər tanımadığı, hazırda isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs onun azyaşlı oğlu Zərərçəkmiş şəxs üstünə gələrək qucağına almasını və onu aşağıya doğru əyib sol qolu ilə qarnına sıxmasını, eyni anda sağ əlindəki bıçağı oğlunun boğazına dirəməsini görmüşdür. O, hadisənin təsirindən stres vəziyyətinə düşmüş və digər oğlunu cəld kənara çəkmiş, daha sonra isə əlindəki çantanın içərisindəki plastik materialdan olan su qabını çıxardıb uşağını buraxması üçün arxadan Əlinin baş nahiyyəsinə vurmuşdur. Əli isə əlindəki bıçağı ona tərəfə arxaya doğru istiqamətləndirmiş, o özünü geri çəkdikdə yenidən oğluna tərəf bıçağı dirəmişdir. Həmin vaxt oğlunun real olaraq xəsarət ala bilməsi təhlükəsi yaranmışdır. Sonradan o, özü ixtisasca psixoloq olduğundan oğlu Zərərçəkmiş şəxs ilə danışıqlar apararkən müəyyən etmişdir ki, Əli bu hərəkətləri gülərək etmiş, yəni bıçağı oğluna dirəyərkən gülmüşdür. Hadisə vaxtı ətrafda səs-küyə toplaşmış çoxlu sayda kişilər Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun əlindən bıçağı alıb qolunu buraraq zərərsizləşdirib Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhvil vermişlər. Lakin oğlu Çingizi kimin Əlinin əlindən almasını dəqiq xatırlamır. Qanuni nümayəndə həmçinin ifadəsində əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Əli Təqsirləndirilən şəxsndəki bıçaqı oğlu Zərərçəkmiş şəxs bədəninə bilavasitə toxundurmuş, daha sonra bıçağı ona yönəltməkdə məqsədi onu övladından kənarlaşdırmaq olmuş, hadisədən sonra oğlunun boğaz nahiyyəsində yüngül qızartı izlərinin olmasına baxmayaraq məhkəmə-tibbi ekspertizası zamanı müayinədən keçərkən hadisədən müəyyən vaxt keçdiyindən hər hansı xəsarət izi aşkar edilməmişdir. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmiş, təqsirləndirilən şəxsin həmin vaxt hərəkətlərindən elə anlamışdır ki, o özündə deyil. Hətta ibtidai istintaq zamanı onlar arasında aparılan üzləşdirmə zamanı Təqsirləndirilən şəxs özü onun iştirakı ilə etiraf etmişdir ki, hadisədən əvvəl hansısa adını bilmədiyi təsiredici maddə qəbul edib və hadisə anında affekt vəziyyətində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs onun övladını qucağına almasını da etiraf etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə hadisə günü görmüşdür, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Eyni zamanda yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə çıxışında övladının hadisədən sonra ciddi sarsıntı keçirməsini nəzərə alaraq Təqsirləndirilən şəxs heç bir vaxt bağışlamayacağını bildirib ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanunu nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı anası ilə birlikdə həyətdə olarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona arxadan yaxınlaşıb qucağına almış, daha sonra yerə yıxıb böyük ölçülü bıçaqla onun boğazına dirəmişdir. Bu vaxt o, Təqsirləndirilən şəxs onu öldürmək istəməsindən bərk qorxmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əlindən onu anası Qanuni nümayəndə alıb xilas etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində aptekə getmək məqsədilə yaşadığı evdən çıxmışdır. O, blokun qapısına yaxınlaşan zaman qapıya nəyinsə möhkəm dəydiyini və səs gəldiyini eşidib həyətlərində olan uşaqların həmişəki kimi blokun qarşısında futbol oynadıqlarını və topun blokun qapısına dəyərək səs çıxardığını düşünmüşdür. Daha sonra o, qapıya yaxınlaşıb blokdan çölə çıxdıqda sarışın bir kişinin, hazırda iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs binaya yuxarı baxaraq kiməsə rus dilində qapını açması üçün yüksək səslə səsləndiyini və nalayiq söyüşlər işlətməsini görmüşdür. O, qorxduğu üçün ərinə zəng edib onun yanına gəlməsini bildirmiş və həyətdə qonşuluqda yaşayan qadınlarla rastlaşıb baş vermiş əhvalatı onlara danışmağa başlamışdır. Həmin qadınların arasında Qanuni nümayəndə da olmuşdur. Elə bu vaxt bir az əvvəl rastlaşdığı Təqsirləndirilən şəxs anidən Qanuni nümayəndə azyaşlı övladı Zərərçəkmiş şəxs arxadan tutmasını görmüşdür. Bundan sonra məhlədən səs-küy qalxmışdır. O, Təqsirləndirilən şəxs əlinin arxasında bıçağın olmasını, həmin qolu ilə uşağı sıxmasını görmüş, lakin onun bıçağı uşağa bilavasitə dirəməsini və ya ona doğru istiqamətləndirməsini görməmişdir. Bıçağın tiyəsi Təqsirləndirilən şəxs qolunun arxasında olmuşdur. Bundan sonra ətrafda olan qonşular kömək üçün toplaşmış və bıçağı Təqsirləndirilən şəxs əlindən almışlar. O, hərəkətlərindən Təqsirləndirilən şəxs hadisə vaxtı özündə olmamasını müşahidə etmiş və hesab edir ki, nəsə qəbul etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə hadisə günü görmüşdür, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində gəzmək üçün yaşadığı “xxxx” MTK-ya məxsus kompleksin həyətinə çıxanda səs-küy eşitmişdir. Bu vaxt əvvəllər tanımadığı, hazırda iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs əlində bıçaqla ətrafına toplaşmış şəxsləri yüksək səslə nalayiq ifadələrlə təhqir edərək bıçaq olan əlini yelləyərək kiminsə ona tərəf yaxınlaşacağı təqdirdə xəsarət yetirəcəyi ilə hədələdiyini, ətrafdakı insanların isə onu zərərsizləşdirməyə çalışdıqlarını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yüksək səslə nalayiq ifadələr işlədib ətrafdakı insanları narahat və təhdid etdiyinə görə o, tanımadığı bir neçə nəfərlə Təqsirləndirilən şəxs arxadan yaxınlaşıb sonuncunu zərərsizləşdirməyə çalışmışlar. Bu məqsədlə o, Təqsirləndirilən şəxs arxa tərəfinə keçmişdir. Bu zaman sonradan adının Şahid1 olduğunu öyrəndiyi şəxs Təqsirləndirilən şəxs arxaya, yəni onun üzərinə doğru itələmişdir. O, həmin vaxt dərhal Təqsirləndirilən şəxs bıçaq olan əlindən tutub buraraq bıçağı ondan almışdır. Bu vaxt Şahid1 də ona kömək edərək Təqsirləndirilən şəxs əlini burmuş və onlar Təqsirləndirilən şəxs zərərsiz hala gətirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhvil vermişlər. Bölməyə aparılarkən Təqsirləndirilən şəxs buraxılmasını tələb edərək nalayiq söyüş işlətməyə davam etmişdir. O, Təqsirləndirilən şəxs hərəkətlərindən onun sərxoş olmasını düşünmüşdür. Hadisə vaxtı isə hər hansı bir şəxsin xəsarət almasını görməmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən kənar şəxslərə hər an xəsarət yetirilməsi təhlükəsi real mövcud olmuşdur. Şahid3 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə bilavasitə bıçaq dirəməsinin şahidi olmamış, yalnız məhəlləyə qayıtdıqda onun qonşuluqda yaşayan qadının yanında olan uşağına bıçaq dirəyərək hədələdiyini eşitmişdir. Fərid Məmmədov ifadəsində bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, hadisə günü onu ilk dəfə görmüşdür. Hadisə yerindən götürülmüş bıçaq isə polis bölməsinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində dostu Dilqam Qədirovla birlikdə yaşadığı ünvan 6 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin həyətində görüşüb söhbət edən zaman Təqsirləndirilən şəxs əlində bıçaqla məhəllədə ünvansız nalayiq ifadələr işlədərək gəzdiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs sərxoş olduğunu, ailə problemləri ola biləcəyi səbəbindən bu cür hərəkətlər etdiyini düşünərək sonuncuya əhəmiyyət verməmişlər. Bir qədər sonra onlar Təqsirləndirilən şəxs “Nağıllar dünyası” uşaq bağçasının qarşısında qonşuluqda yaşayan azyaşlı Zərərçəkmiş şəxs qucağına alıb bədəninə bıçaq dirəməsini görmüşlər. Bu vaxt məhəllədə olan sakinlər arasında qarışıqlıq yaranmışdır. O, da Dilqamla birlikdə oraya yaxınlaşaraq azyaşlı uşağın Təqsirləndirilən şəxs əlindən alınmasına köməklik etmək istəmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs yaxınlaşaraq əli ilə sinəsindən kənara itələmişdir. Bu zaman kimsə Təqsirləndirilən şəxs bıçaq tutan əlinə vurmuş və bıçaq onun əlindən yerə düşmüşdür. Bundan sonra o və ətrafda olan çoxsaylı adamlar Təqsirləndirilən şəxs üzərinə cumub qolunu buraraq zərərsizləşdirib Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhvil vermişlər. Onlar eyni zamanda Təqsirləndirilən şəxs hadisə vaxtı əlindən aldıqları bıçağı da 29-cu PŞ-də təhvil vermişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə günü ilk dəfə görmüşdür. Məhkəmə iclasında şahid X5 ifadəsi elan edilərkən müəyyən edildi ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsi, onun qanuni mümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə daxili inamına və iş üzrə sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində hadisə zamanı üzərində bıçaq olmasını etiraf etməsinə baxmayaraq göstərdiyi digər xüsusatlar, yəni özünü təqsirli bilməməsi, üzərində olan bıçaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bədəninə toxundurmaması, hadisənin yalnız söz mübahisəsindən ibarət olması və bıçağı itilətmək məqsədilə üzərində gəzdirməsinə dair məlumatlar öz təsdiqini tapmır. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş üzrə digər sübutlarla təkzib edildiyindən özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqından protokoldan müəyyən edilir ki, hadisə yeri ünvan 8 ünvanda yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin həyətidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqdim olunmuş əşyanın götürülməsi haqqında protokoldan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində ünvan 8 ünvanda yerləşən “xxxx” MTK-ya məxsus binanın həyətində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq etmək üçün istifadə etdiyi və hadisə vaxtı onun əlindən alınmış 01 ədəd qəhvəyi rəngli taxta dəstəkli, tiyə hissəsi gümüşü rəngli bıçaq Şahid1 tərəfindən araşdırmaya təqdim olunmuş və həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİ tərkibli maddələrdən istifadə edilməsi halı aşkar edilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs “kakos” qəbul etdiyini bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi-ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 Yasamal rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 738 nömrəli rəydən müəyyən edilir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-trasoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-cı il tarixli 3/1098 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş bıçaq sənaye üsulu ilə istehsal edilmiş deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 2898 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Mərkəzinin xx xxxxxxx 2020-cı il tarixli 2949 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlarvə hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Ekspert cinayət işinin materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən bıçaqdan istifadə edərək zərər çəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyaları tətbiq etməklə törədilən ictimai təhlükəli əməldir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, hadisə şəxsi münasibətlər zəminində baş verməmiş, hər kəsin gedib-gələ biləcəyi ictimai yerdə gündüz vaxtı baş verməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən səs-küy qaldırılaraq, nalayiq söyüşlər işlədilərək ətrafdakı vətəndaşların kifayət qədər narahatçılığına səbəb olmaqla və şəxslər üzərində zor tətbiq edilməklə müşayiət olunan qərəzli hərəkətlərlə törədilmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında da qeyd edildiyi kimi CM-nin 221.3-cü maddəsinin “tətbiq edilməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silah və ya silah qismində istifadə edilən əşyaların faktiki tətbiq edildiyi andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə görə xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli saat 15:10-dan hesablanmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə o, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və Yasamal Rayon Məhkəməsinin eyni tarixli 4(004)- 543/2020 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmış, daha sonra xx xxxxxx 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci və xx xxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə Sistemindən çıxarışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X10 adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi, iş üzrə maddi sübut kimi tanınaraq hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X8 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 tərəfindən təqdim edilmiş hesabatları məhkəmə iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, onun hesabatlarda ümumi olaraq qeyd etdiyi 80 iş saatı ağlabatan deyildir və ona 60 (altmış) iş saatına görə əmək haqqı ödənilməsi məqsədəmüvafiqdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X8 məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altmış) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X8 məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-61/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-61/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver