Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-61/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1953-cü ildə Salyan rayonu, Bankə qəsəbəsində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs əlilliklə bağlı müavinət düzəldəcəyinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 11 aprel 2017-ci il tarixdə metronun «Koroğlu» stasiyasının yaxınlığında 1000 (min) manat, 20 iyun 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində Şahid2 vasitəsi ilə 4500 (dörd min beş yüz) manat, sonuncu dəfə 20 may 2018-ci il tarixdə ünvan 2 ünvanında 2500 manat olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 8000 (səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, aralarında həmin söhbət olub, onlar istəyiblər ki, köməkləşsinlər ki, Füzuli öz haqqını alsın. Amma alınmayıb, bir adam var idi, o da həmin adamla danışmışdır, pulu da ona vermişdir, deyib kömək edəcəm. Sonra da o adam qəzaya düşüb dünyadan köçmüşdür, indi sözsüz ki, pulu ona verib o da ona qaytarmalıdır. Özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını, həmçinin vurulmuş ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hər şey çoxdan olub, onun yadında qalmayıb. Ondan 8000 manat almışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Zərərçəkmiş şəxs maddi vəziyyəti pis olduğu üçün, bədənində bir neçə qüsurlar olduğuna görə sosial müavinət almaq istəmiş və bu işdə kömək etməsi üçün adam axtarmağa başlamışdır. O, Füzuliyə Əkbər adlı tanışı olduğunu və bu işləri həll edə bildiyini bildirmişdir. O, Əkbəri əvvəllər polis rəisi vəzifəsində işləmiş Şahid1 vasitəsilə tanımışdır. Füzuli ilə birgə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən adını "Araz" kimi xatırladığı restorana Allahverdi ilə bu barədə söhbət etmək məqsədilə getmişlər. Allahverdi, Təqsirləndirilən şəxs bu barədə kömək edə biləcəyini bildirmişdir. O, Əkbərin aldatma ehtimalı barədə soruşduqda Allahverdi belə bir şeyin mümkün olmadığını və özünün bu barədə Əkbərə zamin durduğunu demişdir. Bir müddət sonra o, Əkbər və Füzuli metronun «Koroğlu» stansiyasının yaxınlığında görüşmüş və Əkbər Füzulidən hərbi biletini və bir sıra başqa sənədlərini baxmaq üçün istəmişdir. Əkbər sənədlərə baxdıqdan sonra bu işin artıq həll olunmuş kimi olduğunu bildirərək arxayınlaşdırmış və yaxşı müavinət ala biləcəyini demişdir. Daha sonra arxiv sənədlərinin qaldırılması üçün 1.000 (min) manat pul istəmişdir. Həmin vaxt Füzulinin üzərində 1000 manat olmuş və 1.000 manat pulu əlbə-əl Əkbərə vermişdir. Bir qədər vaxt keçdikdən sonra o, Füzuliyə zəng vuraraq pulun qalan hissəsini verməli olduğunu demişdir. Füzuli də 4.500 manat pulu Bakı şəhəri, Xəzər rayonu Şağan qəsəbəsində yaşadığı ünvanda ona vermiş, o, həmin pulu Dərnəgül yolunda Əkbərlə görüşüb tam olaraq Əkbərə vermişdir. Bundan sonra Füzuli özü 2500 manat pulu da Əkbərlə görüşüb vermişdir. Sonradan eşidib bilmişdir ki, Əkbər Füzulinin təqaüdünü düzəltməmişdir. Əkbər ona Füzulidən almış olduğu puldan verməmişdir. Onun bu işdə marağı olmamışdır. Onlar hamısı Füzulinin təqaüdə çıxmasını gözləyirmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun illərdir ki, 1-ci Qarabağ müharibəsində topçu komandiri kimi tanımış, münasibətləri yaxın olmuşdur. Füzuli və Heybətağaya Əkbərin yaxşı oğlan olduğunu və Zərərçəkmiş şəxs təqaüd məsələsini həll edə biləcəyini demişdir. Lakin onlarla bir neçə dəfə görüşsə də, pul məsələsinə ümumiyyətlə qarışmamışdır. Sonradan bilmişdir ki, Füzuli Əkbərə təqaüdə çıxmasına köməklik edəcəyi üçün ümumilikdə 8000 manat pul vermişdir. Sonradan məsələnin çox uzandığını bilib Füzuliyə dəfələrlə Əkbərdən pulunu geri almasını demişdir. O, Füzuliyə Əkbərə 2500 manat da verməli olduğunu bildirməmiş, ola bilsin ki, Füzuli səhv göstərmişdir. Bu məsələnin üzərindən çox müddət keçmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs X1 ərizəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, işə xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 31478 saylı ödəniş qəbzinə əsasən X2 vasitəsilə dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 2000 manat əvvəlcədən ödəniş və 2,00 manat xidmət haqqı olmaqla, cəmi 2002 manat ödəniş edilmişdir. Həmin ödənişin təyinatı cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödənişdir. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-61/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-61/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver