Məhkəmə qərarları › İş №1(004)-610/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-610/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-610/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 X1 iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa malum olmayan Elşən adlı şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,725 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 14:40-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki sarı rəngli köynəyin sol döş cibindən bir ədəd şəffav selofana bükülünün içərisində təmiz çəkisi 0,725 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, himayəsində azyaşlı uşağı var. Uzun zamandır psixotrop maddələrdən istifadə edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 19 iyul 2025-ci il tarixdə 10 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin gün günorta vaxtı yaşadığı Yasamal rayonu, Zərgərpalan küçəsi, dalan 29 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını və onun narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları kənarda olan bir neçə narkotik vasitədən istifadə edən şəxsləridə həmin yerə gətirmişlər. Bundan sonra həmin şəxslərə və ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş və o, özü könüllü olaraq əynində olan sarı rəngli köynəyin sol döş cibində saxladığı bir ədəd şəffaf selofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi büküm qablaşdırılmış, bu barədə protokol tərtib edilməklə iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən ona hər-hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və digər şəxslərin narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında araşdırma aparmaq məqsədilə ondan və həmin bölmənin əməkdaşları olan Şahid1, Şahid2, Şahid3, Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyul 2025-ci il tarixdə, saat 14:40-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra Kristinaya və orada olan digər şəxslərə narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olmalarında şübhəli bilindikləri izah olunmuşdur. Bundan sonra həyata keçirilmiş video çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, həmin vaxtı Kristina əynində olan sarı rəngli köynəyin sol döş cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan 01 ədəd bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və orada olan digər şəxsləri Yasamal RPİ-nin 26-cı polis bölməsinə dəvət etmişlər, Kristina etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Daha sonra polis bölməsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə təhqiqatçı tərəfindən aşkar olunmuş bükümün qablaşdırıldığı zərfə və video görüntüyə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 138-142-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 19 iyul 2025-ci il tarixdə mən, 26-cı PŞ-nin əməliyyat müvəkkli, polis leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili,polis polkovnik- leytenantı Şahid5dan ibarət əməliyyat qrupu təşkil olundu. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19 iyul 2025-ci il tarixdə, saat 14:40 dəqiqədə ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özümüzü təqdim etdik və Təqsirləndirilən şəxs yanında dörd nəfər qadın və 3 nəfər kişi olması müəyyən olundu. Onlardan özlərini təqdim etmələrini bildirdik. Həmin şəflər Təqsirləndirilən şəxs, X22, X12, X23, X16, X27,X13 və X6 olmaları müəyyən olundu. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların üstünün yoxlanılmasını bildirdik.Daha sonra video çəkilişdən istifadə olunmaqla ilk öngə Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı renkli köynəyin sol döş cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Bundan sonra X17 təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Elvira Hüseynova əlində olan qara rəngli ǝl çantasından 1 (bir) ədəd şəffaf selbfanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Elvira Hüseynovanın üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Bundan sonra X7 təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Veronika Yanına əlində saxladığı qara rəngli pul kisəsinin içindan 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Veronika Yanınanvn üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Bundan sonra X18 təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Mədinə Hüseyova əlində saxladığı ətində saxladığı qara rəngli ǝl selofanın içindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Mədinə Hüseynovanın üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Bundan sonra X11 təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Günay Babayeva əynində olan göy rǝnkli köynəyin sol döş cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Günay Babayevanın üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Bundan sonra X24 təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Zaur Xəlilov əynində olan göy rəngli cins şortun sağ yan cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və göy rəngli cins şortun sol arxa cibindən ***-***-**-** saylı nömrə ilə istifadə olunan “Redmi” markalı mobil telefonu təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Zaur Xəlilovun üzərindən aşkar olunmuş maddə və mobil telefonu bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Bundan sonra X9 təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Səttar Əhmədov əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Səttar Əhmədovun üzərindən aşkar olunmuş maddə və mobil telefonu bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Bundan sonra X4 təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Nəcməddin Hüseynzadə əynində olan göy rəngli cins şalvarının sağl yan cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və göy rəngli cins şalvarının sağ arxa cibindən şəxsiyyət vəsiqəsini və “Leo bank”-a məxsus 5411-2498- 0723-3296 nömrəli kartı təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Nəcməddin Hüseynzadənin üzərindən aşkar olunmuş maddə və mobil telefonu bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhür ilə möhürlənərək götürüldü. Protokolu yerində tərtib olunmasına şərait olmadığı üçün tərəfimdən Yasamal RPİ- nin 26-cı PB-nin inzibati binasında tərtib edilməklə iştirakçılara ucadan oxundu və iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edildi. X19, X22, Yanına Veronika X2, X16, X27, X14 və X3 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması barədə hər-hansı bir məlumat olmamışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan sarı rəngli köynəyin sol döş cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 9-12) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının xx.xx.2025-ci il tarixli, 6/2499 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün No 42" dairəvi möhür əksi olan, "Şübhəli Təqsirləndirilən şəxs (imza)" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,725 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (i.v. 48-52) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 20 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PŞ-nin əməkdaşları tərǝifndən 19 iyul 2025-ci il tarixdə, saat 14:40 dəqiqədə ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdir və Təqsirləndirilən şəxs yanında dörd nəfər qadın və 3 nəfər kişi olması müəyyən olunur, həmin şəxslərdən özlərini təqdim etmələri bildirilir. Həmin şəxslər Təqsirləndirilən şəxs, X22, X12, X23, X16, X27, X13 və X6 olmaları müəyyən olunur. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların üstünün yoxlanılmasını bildirilir. Daha sonra video çəkilişdən istifadə olunmaqla ilk öncə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Onların təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli köynəyin sol döş cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. (i.v. 60-61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X33 Şəxsi Ambulator X5 nəticələrinə dair 25 avqust 2025-ci il tarixli 5233 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asıllıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 177-178) “Sübutların qiymətləndirilməsinə dair” 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,725 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,675 qram psixotrop maddə metamfetamin maddi sübut kimi saxlanmasından ötrü Yasamal RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair video görüntünə əks etdirən və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokollar dair 02 ədəd CD disk iş üzrə sübut növü olduğundan cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 182-193) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.725 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 35) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli 4(004)-558/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyul 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 87-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 30 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 112-113) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 05 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1 (004)-249/25 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdə hesablanmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-558/25 saylı, 21,07.2025-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixədək məhkum Təqsirləndirilən şəxs cəzasının 01 ay 01 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 01 ay 25 gün təşkil edir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 1(004)-249/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlini səmimi etiraf edərək peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.675 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və həmin məhkumluğun ödənilməməsə baxmayaraq yenidən eyni növ cinayət əməlini törətməsini məhkəmə onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 1(004)-249/2025 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (06 ay 27 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 19 iyul 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarına saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 1(004)-249/2025 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla (06 ay 27 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək qəti olaraq 08 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.675 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar