Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-619/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir Rayonu, Xirdapay Ə/D, Xirdapay Kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 19 iyun 2025-ci il tarixdə səhər saatlarında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,428 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:56 radələrində Yasamal RPİ 27-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və ya psixotrop maddələrin saxlanılmasında şübhəli bilinərək ünvan 2 ünvanının qarşısında saxlanılaraq orada üzərinə baxış keçirilmiş və əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,428 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçidir. Üzərində narkotik vasitə aşkar olunması ilə bağlı isə səmimi olaraq qeyd edir ki, o, həmin narkotik vasitəni 19 iyun 2025-ci il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən saxlanıldığım Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 71 ünvanının yaxınlığında X2 vətəndaşının atdığı konumla yaşayış binasının blokunun qarşısında, daşın altından götürmüş və bunun müqabilində həmin şəxsin bank kartına 10 manat pul göndənnişdir. Daha sonra elə həmin gün artıq saat 15:56 olardı ki, ünvan 3 ünvanının qarşısında olan zaman polis əməkdaşları onu saxlamışlar. Daha sonra həmin ünvanda videoçəkliş vasitəsi ilə onun üstünü yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona paltarında hər hansı qanunsuz bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da razılaşaraq könüllü olaraq geyindiyi mavi rəngli cins şalvarının sağ cibinin üzərində olan balaca saat cibində saxladığı qızılı kağız bükümü çıxararaq təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Daha sonra onun üzərinə polis əməkdaşları baxış keçirilmişdir. Üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onu Yasamal RPİ-nin 27-ci Polis şöbəsinə aparmşılar. Şöbədə onun iştirakı ilə maddi sübutlara baxış keçirilmişdir. O, əlavə olaraq qeyd edir ki, etdiyi bu əməldən çox peşimandır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini, eləcə də əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında olan azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza növünün seçilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, hazırda faktiki olaraq ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ- nin C A üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Polis şöbəsinə xx.xx.1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat haqqında tərəfindən tərtib edilmiş raport əsasında rəhbərliyə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək özünün rəhbərliyi altında 27-ci PŞ-nin CA üzrə ə/m, polis kapitanı Şahid4, 27-ci PŞ-nin CA üzrə baş ə/m, polis kapitanı Şahid5, 27-ci PŞ-nin CA üzrə ə/m, polis leytenantı Şahid2 və 27-ci PŞ-nin C A üzrə ə/m, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və nəticədə də həmin gün, yəni xx.xx.2025-ci il il tarixdə saat 15:56 dəqiqədə ünvan 2 ünvanının qarşısında əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxs və yanında başqa bir nəfər şəxs saxlanılmış və anket məlumatları dəqiqləşdirildikdən sonra onlara polis kapitanı Şahid4 tərəfindən videoçəkiliş aparılacağını, saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək hər iki şəxsə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olundu, bundan sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli bükülünü təqdim edərək, həmin kütlənin narkotik vasitə olan “heroin” olduğunu, təqdim etdiyi narkotik vasitəni konum vasitəsi ilə İran İslam Respublikasının vətəndaşından sifarişlə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra həmin bükülünün içərisinə keçirilən baxış zamanı içərisində tünd qəhvəyi rəngli, toz halında spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, bükülü ağ rəngli zərfin (paketin) içərisinə yerləşdirilməklə qablaşdırılaraq möhürlənmiş, üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs və Şahid6 Elbəy oğlunun üzərindən sübut əhəmiyyəti kəsb edəcək başqa əşya aşkar edilməmişdir. Daha sonra Şahid4 əməliyyat axtarış tədbiri zamanı keçirilən yoxlama ilə bağlı Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasında gedəcəklərini və orada protokol tərtib olunacağını, Təqsirləndirilən şəxs aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüş əşyalar və videoçəkilişin diskə köçürülərək tərtib olunacaq protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirmişdir. Bundan sonra saxlanılan Təqsirləndirilən şəxs ilə birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlib əməliyyat tədbirinin keçirilməsinin nəticəsi barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırlaraq möhürlənib götürülmüş predmet, aparılmış videoçəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur. Müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün tərəfindən raportla rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən əməliyyat axtarış tədbirinin nəticələri üzrə araşdırmanın aparılması aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci PŞ-nin baş təhqiqatçısı polis polkovnik-leytenantı Zamiq Kərimova həvalə edilmişdir. Daha sonra əməliyyat axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılıb üstü yoxlanılarkən ondan aşkar edilərək 01 ədəd zərfə qablaşdırılaraq möhürlənib görürülmüş 01 ədəd qızılı rəngli bükümdə olan kütlə və əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aparılmış videoçəkiliş köçürülmüş DVD disk və əməliyyat axtarış tədbiri zamanı toplanmış material tərtib olunmuş raport əsasında tərəfindən Təqsirləndirilən şəxs və əməliyyat qrupunun digər üzvlərinin iştirakı ilə Yasamal RPİ-nin 27-ci PŞ-nin baş təhqiqatçı polis polkovnikleytenantı Zamiq Kərimova təqdim etdmişdir. Baş təhqiqatçı Zamiq Kərimov həmin vaxt təqdim olunun əməliyyat-axtarış tədbiri zamanı qeydə alınaraq DVD diskə köçürülmüş video çəklişə baxış keçirmiş, daha sonra keçirilən proseslə bağlı protokol təıtib olunacağını və DVD diskin protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirmişdir. Aparılan prosessual hərəkətlərlə bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid2 məhkəmə iclasında elan edilmiş ifadələrindən məlum olur ki, onlar da iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, uzun müddətdir ki, metadon həbinin istifadəçisidir. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Mütəmadi olaraq hər gün görüşüb çay içərək söhbətləşirmişlər. 19 iyun 2025-ci il tarixdə səhər saatlarında o və Cavid Dərnəgiil ərazisində görüşərək Yasamal ərazisinə çay içmək üçün getmişlər. Daha sonra elə həmin gün artıq saat 15:56 olardı ki, ünvan 3 ünvanının qarşısında olan zaman polis əməkdaşları onları saxlamışlar. Daha sonra həmin ünvanda videoçəkliş vasitəsi ilə onun üstünü yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona paltarında hər hansı qanunsuz bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da, üzərində heç bir qanunsuz predmet olmadığını bildirmişdir. Daha sonra onun üzərinə polis əməkdaşları baxış keçirtmişlər. Üzərində qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onu Yasamal RPİ-nin 27-ci Polis şöbəsinə aparmışlar. Bundan sonra onu narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu deyərək, məhkəmə-narkoloji ekspertizasından keçirtmişlər. Daha sonra metadon istifadəçisi olduğu üçün onu İXM-nin 206-cı maddəsi ilə sənədləşdirərək Yasamal Rayon Məhkəməsinə aparmışlar. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən barəsində 1 ay inzibati həbs qətimkan tədbiri seçilmişdir. O, əlavə olaraq qeyd edir ki, etdiyi bu əməldən çox peşmandır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixində saat 15:56-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 28). “Əməliyyat-axtarış tədbiri keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:56da əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə 71 ünvanının qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla saxlanıb üstü yoxlanılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı bükümü təqdim etməsi və həmin bükümün içərisinə keçirilən baxış zamanı içərisində tünd qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə bənzər kütlə aşkar olunması, bükümün 01 ədəd zərfə qablaşdırılaraq möhürlənib götürülməsi, eyni zamanda şübhəli Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan Şahid6 üzərinə keçirilən baxış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar edilməməsi barədə 4 nəfər polis əməkdaşlarının iştirakı ilə müvafiq protokol tərtib edilmiş, aparılan videoçəkilişə dair görüntülər 01 ədəd DVD formatlı diskə köçürülüb protokola əlavə edilmişdir. (İ/V. 11-12). “Təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:56-da əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə 71 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq videoçəkiliş aparmaqla üstü yoxlanılarkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd zərflə qablaşdırılaraq möhürlənib görürülmüş 01 ədəd bükümdə olan kütlə və əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aparılmış videoçəkiliş köçürülmüş DVD disk və əməliyyat axtarış tədbiri zamanı toplanmış materialın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkilişlə təqdim edilməsi, təqdim olunun DVD diskə baxış keçirilməsi 5 nəfər polis əməkdaşlarının,şübhəli şəxs Təqsirləndirilən şəxs və sonuncunun yanında saxlanılmış Şahid6 iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı aparılmış videoçəkilişə dair görüntülər 01 ədəd DVD formatlı diskə köçürülüb protokola əlavə edilmişdir. (İ/V. 34). Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilərkən Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması zamanı videoçəkilişdən istifadə edilərək qeydə alnımış və 01 ədəd DVD formatlı diskə köçürülmüş video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, 27-ci PŞ-nin CA üzrə ə/m, polis kapitanı Şahid4, 27-ci PŞ-nin CA üzrə baş ə/m, polis kapitanı Şahid5, 27-ci PŞ-nin C A üzrə ə/m, polis leytenantı Şahid2 və 27-ci PŞ-nin C A üzrə ə/m, polis leytenantı Şahid3 iştirakları ilə Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs və saxlanılan digər şəxs Şahid6 19 iyun 2025-ci il tarixdə, saat 15:56 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 71 ünvanının qarşısında saxlanılması, ona özlərini təqdim etmələri, saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilməsi, anketləri barədə məlumat verməsi təklif olunduqda özləri barədə anket məlumatlarını bildirməsi, əməliyyat müvəkkili Şahid4 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılacağını bildirməsi, saxlanılan şəxslərə hüquq və vəzifələrinin izah olunması, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunması, paltarlarında, əşyalarında və ya hədələrində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilməsi, bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli cinsa şalvarının sağ yan cibindən 01 ədəd büküm təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olmasını, həmin narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin ona göndərmiş olduğu konum vasitəsi ilə götürdüyünü bildirməsi, həmin bükümün içərisinə baxış zamanı içərisində tünd qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə bənzər kütlə aşkar edilməsi, daha sonra həmin büküm ağ rəngli zərfin (paketin) içərisinə yerləşdirilməklə qablaşdırılaraq möhürlənməsi, üzərinə iştirakçılar tərəfindən imzalar edilməsi, yoxlama zamanı saxlanılan şəxslərin üzərindən başqa əşya aşkar edilməməsi, daha sonra əməliyyat müvəkkili Şahid4 əməliyyat axtarış tədbiri zamanı keçirilən yoxlama ilə bağlı Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasına gedəcəklərini və orada protokol tərtib olunacağını, Cavid Hüydarovdan dən aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüş əşyalar, videoçəkiliş diskə köçürülərək tərtib olunacaq protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. Məhkəmə iclasında əşyaya baxış keçirilməsi və onların götürülməsi zamanı videoçəkilişdən istifadə edilərək qeydə alnımış və 01 ədəd DVD formatlı diskə köçürülərək protokola əlavə edilmiş video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 19 iyun 2025-ci il tarixdə, saat 15:56 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 71 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs və Şahid6 üstü yoxlanılarkən aşkar edilərək 01 ədəd zərflə qablaşdırılaraq möhürlənib görürülmüş 01 ədəd bükümdə olan kütlə və əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslərin üstü yoxlanılarkən aparılmış videoçəkiliş köçürülmüş DVD formatlı disk və əməliyyat axtarış tədbiri zamanı toplanmış materialın saxlanılan şəxslərin 27-ci PŞ-nin CA üzrə ə/m, polis kapitanı Şahid4, 27-ci PŞnin CA üzrə baş ə/m, polis kapitanı Şahid5, 27-ci PŞ-nin CA üzrə ə/m, polis leytenantı Şahid2 və 27-ci PŞ-nin C A üzrə ə/m, polis leytenantı Şahid3 iştirakı ilə Yasamal RPİ-nin 27-ci PŞ-nin baş təhqiqatçı polis polkovnik-leytenantı Zamiq Kərimova təqdim edilməsi və sonuncu tərəfindən götürülməsi, həmin vaxt 27-ci PŞ-nin CA üzrə ə/m, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılması, baş təhqiqatçı Zamiq Kərimov təqdim olunun əməliyyat-axtarış tədbiri zamanı qeydə alınaraq DVD formatlı diskə köçürülmüş video çəklişə baxış keçirilməsi, həmin video görüntüdə Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükülünü təqdim etməsi, həmin bükümün içərisində, narkotik vasitə heroinə bənzər kütlənin aşkar edilməsi, 01 ədəd ağ rəngli zərfin (paketin) içərisinə yerləşdiriİməklə qablaşdırılaraq möhürlənməsi, üzərləri iştirakçılar tərəfindən imzalar edilməsi, daha sonra üzərinə iştirakçılar tərəfindən imzalar edilərək götürülməsinin təsdiq olunması, Təqsirləndirilən şəxs aşkar olumuş kütlələri tanımadığı İran İslam Respublikasının vətəndaşının qoyduğu yerdən götürdüyünü bildirməsi, baş təhqiqatçı Zamiq Kərimov keçirilən proseslə bağlı protokol tərtib olunacağını və videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/2255 nömrəli xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzrərində “...Şübhəli şəxs. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına narkotik vasitə heroinin 0,050 qram çəkidə hissəsi sərf edilmiş, 0,378 qram çəkidə hissəsi qalıq qalmışdır. (İ/V. 45-49) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 63-64) “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 82-83) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3682 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və Opioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (İ/V. 56-58) Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 114) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması və götürülməsi, eləcə də ondan aşkar edilib götürülmüş əşyaya baxış zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs aşkar edilərək üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,050 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,378 qram təşkil edən heroin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (İ/V. 122- 129). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsi halını, əməlindən peşman olduğunu bildirməsini, eləcə də əvvəllər cinayət törətməyə görə məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxsnın cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxsnın haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,378 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması və götürülməsi, eləcə də ondan aşkar edilib götürülmüş əşyaya baxış zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-619/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayı yeri olan ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,378 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması və götürülməsi, eləcə də ondan aşkar edilib götürülmüş əşyaya baxış zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-619/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-619/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver