Məhkəmə qərarları › İş №1(004)-62/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-62/2019

31.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-62/2019 31.05.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Saatlı rayon vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Muradxanov Təqsirləndirilən şəxs Məlakə Kamil qızı ilə Bakı Nikah Evi tərəfindən 12 sentyabr 2003-cü il tarixdə “1827” akt qeydi ilə qeydə alınmaqla rəsmi nikaha daxil olub evləndikdən sonra 16 dekabr 2005-ci il tarixdə, yəni Şahid1 ilə birgə nikah müddətində "xxxx" Mənzil-Tikinti Kooperativinin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının həyətində yerləşən 18 m2 sahəsi olan qarajı Azərbaycan manatının köhnə məzənnəsi ilə 50.600.000 (əlli milyon altı yüz min) manata “Kooperativ binada mənzil tikinti haqqında” 1 nömrəli müqavilə əsasında aldıqdan sonra, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılmasına baxmayaraq, 8 avqust 2008-ci il tarixdə Ağsu rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupundan istintaqla müəyyən edilməyən şəraitdə aldığı və həmin vaxt evli olmasına baxmayaraq, “ailə vəziyyəti” “subay” kimi qeyd edilmiş şəxsiyyət vəsiqəsindən istifadə etməklə, 2014-cü ilin iyul ayının əvvəllərində ona qeyd edilən qarajı satın almaq üçün müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs qarajın arvadı ilə birgə mülkiyyətində olmasını alıcıdan və Kooperativə rəhbərlik edən vəzifəli şəxslərdən gizlətməklə, yalnız özünə məxsus olduğunu bildirib "xxxx" Mənzil-Tikinti Kooperativinin həmin ünvanda yerləşən ofisində 7 iyul 2014-cü il tarixdə rəsmiləşdirmə aparılmaqla qarajın Bakı şəhər sakini Zərərçəkmiş şəxs “Kooperativ binada mənzil tikinti haqqında” müqavilə bağlanmaqla satışına nail olub ondan qarajın satışına görə həmin gün qeyd edilən ofisdə 10.000 (on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat məbləğində pulunu alıb ələ keçirmiş, Şahid1 onunla nikahın ləğvi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciəti üzrə həmin məhkəmənin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının həyətində yerləşən, 18 m2 sahəsi olan qarajla bağlı payın himayəsində olan uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinə Şahid1 pay hüququ tanınmaqla, "xxxx" MTK ilə Zərərçəkmiş şəxs arasında 18 m2 sahəsi olan qarajla bağlı 7 iyul 2014-cü il tarixli əqd etibarsız hesab edilib, həmin qaraj Zərərçəkmiş şəxs alınmış, bununla da o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat məbləğində pulunu ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12.09.2003-cü il tarixdə Şahid1 ilə evlənmiş, rəsmi nikahları olmuş və birgə nikahlarından iki övladı doğulmuşdur. 2016-cı ilin oktyabr ayında isə Məlakədən məhkəmə qaydasında boşanmışdır. Məlakə ilə evli olduqları dövrdə, yəni 2005-ci ildə "xxxx" MTK-nın ünvan 4 ünvanında inşa etdiyi binadan 16 saylı mənzil, sahəsi 113 m2 olan obyekt və sahəsi 18 m2 olan qarajı öz adına almışdır. Həmin mənzili və qarajı müqavilə əsasında almış, çıxarışı olmamışdır. 2014-cü ildə həmin qarajı Zərərçəkmiş şəxs adlı şəxsə 10.000 (on min) ABŞ dollarına satmışdır. 2016-cı ildə Məlakədən boşanarkən məhkəmə tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi zamanı satılmış olan qeyri-yaşayış sahələrinin və mənzilin 1/3 hissəsinin ona, 2/3 hissəsinin isə Məlakəyə məxsus olması barədə qətnamə qəbul edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona qaraj müqabilində verdiyi 10.000 ABŞ dolları pulunu 2018-ci il üçün olan məzənnə ilə, yəni manatla geri tələb etmişdir. Həmin vaxt maddi imkanı olmadığına görə qeyd edilən pulu gələcəkdə İlqara qaytaracağına dair sonuncunu əmin etmək üçün notarial qaydada onunla borc müqaviləsi bağlamış və İlqara 17.000 manat pul borcunun olmasını, həmin pulu tezliklə qaytaracağını öz öhdəsinə götürmüşdür. Bundan başqa, o, “Porshe Cayene” nəqliyyat vasitəsini sataraq “Mercedes C 630” almış və həmin nəqliyyat vasitəsini Şahid1 vermişdir. Həmin nəqliyyat vasitəsini Məlakə özü 58.000 ABŞ dollarına satmışdır. Sahəsi 18 m2 olan qarajı Zərərçəkmiş şəxs satarkən Məlakənin bundan xəbəri olmuş və satılmasına dair heç bir etirazı olmamışdır. Həmin şəxsiyyət vəsiqəsi ilə bağlı isə Ağsu rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Şahid1 ilə "xxxx" MTK-nın ünvan 5 ünvanında yaşamamışlar. Bununla belə hazırda Zərərçəkmiş şəxs qaytarılmalı olan qarajın pulu tam şəkildə onun tərəfindən qaytarılmışdır, Zərərçəkmiş şəxs artıq heç bir şikayət və tələbi qalmamışdır, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməklə bağlı verdiyi ifadəsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanızərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ilin fevral ayında "xxxx" MTK-nın ünvan 6 ünvanında inşa etdiyi yeni tikili binadan mənzil almış, bir müddətdən sonra qeyriyaşayış sahəsi (qaraj) almaq qərarına gəldikdə, komendant vasitəsilə həmin binanın sakini Təqsirləndirilən şəxs sahəsi 18 m2 olan qeyri-yaşayış sahəsini (qarajı) satdığını öyrənmiş və həmin qarajı ondan almaq qərarına gələrək qiymətini 10.000 (on min) ABŞ dollarına razılaşmışdır. Bundan sonra "xxxx" MTK ilə onun adına 07.07.2014-cü il tarixli Kooperativ binada mənzil tikinti haqqında müqavilə bağlamış və o, Təqsirləndirilən şəxs 10.000 ABŞ dolları pul vermişdir. 2016-cı ilin sonlarında Hüseyn və Məlakə boşandıqdan sonra Məlakə birgə nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi zamanı satılmış olan qeyriyaşayış sahəsinin ona məxsus olması, satış zamanı onun razılığının olmaması barədə iddia qaldırmış, məhkəmə tərəfindən Hüseynin ona satmış olduğu qarajın saxtalaşdırılaraq ona satılması və həmin qarajın Məlakəyə məxsus olması barədə qətnamə qəbul edilmişdir. Bundan sonra Hüseyndən ona qaraj müqabilində verdiyi 10.000 ABŞ dolları pulunu 2018-ci il üçün olan məzənnə ilə, yəni manatla geri tələb etmişdir. Hüseyn də pulunu qaytaracağına dair onu əmin etmək üçün notarial qaydada onunla borc müqaviləsi bağlamış və ona 17.000 manat pul borcunun olmasını, həmin pulu tezliklə qaytaracağını öz öhdəsinə götürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Məlakə adlı qadınla evli olmasına baxmayaraq onun bundan xəbəri olmamış və bu barədə yalnız sonuncular boşandıqdan sonra, məhkəmədən ona bildiriş gəldikdən sonra bilmişdir. Təqsirləndirilən şəxs əslən Ağsu şəhərindən olduğundan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək evli olduğu halda, Ağsu rayon polis şöbəsinin pasport və qeydiyyat bölməsindən “ailə vəziyyəti” “subay” qeyd edilmiş şəxsiyyət vəsiqəsi alaraq həmin şəxsiyyət vəsiqəsi ilə müqavilə bağlamış və o, Təqsirləndirilən şəxs 10.000 ABŞ dolları pul vermişdir. Hüseyn və onun arvadı Məlakə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi ev 43 ünvanında inşa etdiyi yeni tikili binadakı mənzildə yaşamamışlar. Lakin Hüseyn evli olduğunu, birgə nikah dövründə əldə etdiyi qarajın satılması zamanı həyat yoldaşının da razılığının tələb olunduğunu bilə-bilə bunu gizlətmişdir və nəticədə onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hal hazırda ona dəymiş ziyanv təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2ifadə verərək göstərmişdir ki, o "xxxx" MTK-nın sədridir. Təxminən 5-6 il əvvəl həmin binada komendant işləyən Şahid3 binanın sakini Zərərçəkmiş şəxs ilə birlikdə onun yanına gələrək, həmin binada qaraj almaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə binada evi olsa da, yaşamayan digər sakin Təqsirləndirilən şəxs da ona məxsus olan qarajı satmaq istədiyini və alıcı olacağı təqdirdə ona məlumat verməyi ona bildirmişdi. Şahid3 həmin şəxsləri bir-biri ilə tanış edərək onun yanına gəlmişlər və ona bildirmişlər ki, Təqsirləndirilən şəxs məxsus, sahəsi 18 m2 olan qeyri-yaşayış sahəsini (qarajı) Zərərçəkmiş şəxs almaq istəyir və bununla bağlı sənədləşmənin hansı qaydada həyata keçirilməli olduğunu izah etməsini xahiş etmişlər. O da həmin şəxslərə prosedur qaydaları və hansı sənədlərin tələb olunduğunu izah etmişdir. Bundan sonra qaraj sahəsi müvafiq sənədləşdirmə nəticəsində Zərərçəkmiş şəxs adına keçirilmişdir. Sonradan xəbər tutmuşdur ki, Təqsirləndirilən şəxs arvadı məhkəməyə müraciət edərək qarajın alqı satqısını etibarsız hesab elətdirmişdir. Qarajın alqı-satqısı zamanı Təqsirləndirilən şəxs evli olması barədə yalnız məhkəmənin qətnaməsini aldıqdan sonra bilmişlər. Məhkəmə Təqsirləndirilən şəxs nikahı pozulduğu üçün "xxxx" MTK-da adına olan əmlaklara həbs qoyulması barədə qətnamə çıxarmışdır, qətnaməyə əsasən qeyri-yaşayış sahəsi və mənzilin 1/3 hissəsi Təqsirləndirilən şəxs, 2/3 hissəsi isə arvadı Şahid1 məxsusdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 12.09.2003-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, rəsmi nikahları olmuşdur. 2016-cı ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ondan məhkəmə qaydasında boşanmışdır. Birgə nikahlarından 2 övladı doğulmuş və ha-hazırda hər ikisi də onun yanındadırlar. Evli olduqları dövrdə, yəni 2005-ci ildə Təqsirləndirilən şəxs "xxxx" MTK-nın ünvan 6 ünvanında 3 otaqdan ibarət, 16 saylı mənzil, sahəsi 113 kv.m obyekt və 18 m2 qaraj olan qeyri-yaşayış sahələri almışdır. Təqsirləndirilən şəxs onlar evli olmalarına baxmayaraq sonuncunun razılığı və xəbəri olmadan 2014-cü ildə sahəsi 18 m2 olan qarajı Zərərçəkmiş şəxs təxminən 11.000 ABŞ dollarına satmışdır. Təqsirləndirilən şəxs əslən Ağsu rayonundan olduğundan, əvvəllər Ağsu rayon polis şöbəsində inspektor vəzifəsində işlədiyindən və həmin dövrdə Daxili işlər orqanlarında işlədiyindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək evli olduğu halda Ağsu rayon polis şöbəsinin pasport və qeydiyyat bölməsinin baş inspektoru, polis kapitanı Ağa Hüseynovdan saxta şəxsiyyət vəsiqəsi (subay qeyd edilmiş) alaraq, həmin şəxsiyyət vəsiqəsi əsasında "xxxx" MTK ilə Zərərçəkmiş şəxs arasında 07.07.2014-cü il tarixli “Kooperativ binada mənzil tikinti haqqında” müqavilə bağlanmasına şərait yaratmışdır. 2016-cı ildə Hüseynlə ayrılarkən məhkəmə tərəfindən nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi zamanı satılmış olan qeyri-yaşayış sahələrinin və mənzilin 1/3 hissəsinin Təqsirləndirilən şəxs, 2/3 hissəsinin isə övladlarının mənafeyi nəzərə alınmaqla ona məxsus olması barədə qətnamə qəbul edilmişdir. "xxxx"MTK-nm vəzifəli şəxslərinin, o cümlədən həmin MTK-nın sədrinin və komendantının onun Təqsirləndirilən şəxsla evli olmalarından məlumatları olmamışdır. Belə ki, o, ünvan 5 ünvamndakı həmin evdə yaşamamışdır. Sadəcə bir neçə dəfə həmin mənzilə gedib-gəlmişdir. Hal-hazırda da həmin mənzildə heç kim yaşamır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ilin aprel ayından hal-hazıradək "xxxx" MTK-nın ünvan 7 ünvanında inşa etdiyi yeni tikili binada komendant vəzifəsində çalışır. "xxxx" MTK ünvan 7 ünvanında, eləcə də Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı və B.Səfəroğlu küçələrinin kəsişməsində hündürmərtəbəli binalar inşa etmişdir. "xxxx" MTK-nın sədri Şahid2dir. Təxminən 5 il əvvəl "xxxx" MTK-nın ünvan 9 ünvanının sakini Zərərçəkmiş şəxs ona müraciət edərək, həmin binadan qeyri-yaşayış sahəsi (qaraj) almaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə binada evi olsa da, yaşamayan digər sakin Təqsirləndirilən şəxs da ona məxsus olan qarajı satmaq istədiyini və alıcı olacağı təqdirdə ona məlumat verməyi ona bildirmişdi. Həmin şəxsləri tanış etdikdən təxminən 3-4 gün sonra Zərərçəkmiş şəxslə birlikdə "xxxx" MTK-nın baş ofisinə getmişlər və orada MTK-nın sədri Şahid2 bildirmişlər ki, Təqsirləndirilən şəxs məxsus, sahəsi 18 m2 olan qeyri-yaşayış sahəsini (qarajı) Zərərçəkmiş şəxs almaq istəyir və bununla bağlı sənədləşmənin hansı qaydada həyata keçirilməli olduğunu izah etməsini xahiş etmişlər. Famil müəllim də prosedur qaydaları və hansı sənədlərin tələb olunduğunu İlqara izah etmişdir. Bundan sonra bir daha bu işlə maraqlanmamışdır. Lakin sonradan eşitmişdir ki, təxminən 2-3 gün sonra alıcı ilə satıcı ofisə yaxınlaşaraq tələb edilən razılıq haqqında notarial qaydada təsdiq olunmuş ərizəni, Təqsirləndirilən şəxs adına olan müqavilənin əslini, şəxsiyyət vəsiqələrini və surətlərini Famil müəllimə təqdim etmişlər. Sənədlərin düzgünlüyünü yoxladıqdan sonra qeyri-yaşayış sahəsi (qaraj) üçün yeni alqı-satqı müqaviləsi bağlanmış və həmin qaraj Zərərçəkmiş şəxs adına rəsmləşdirilmişdir. 2016-cı ilin sonlarında Zərərçəkmiş şəxs adına məhkəmədən bildiriş gəlmiş, həmin bildirişi İlqara vermiş və ondan həmin bildirişin nə ilə bağlı olduğunu soruşmuşdur. İlqar ona demişdir ki, Hüseyn arvadından boşanır, mülkləri məhkəmə qaydasında bölünür, onu da məhkəməyə çağırırlar, o, isə məhkəməyə getməyəcək. 2018-ci ilin iyul ayında, adının sonradan Məlakə olduğunu bildiyi bir nəfər qadın, yanında da iki nəfər şəxs onun yanına gələrək bildirmişlər ki, onlar məhkəmədə qalib gəliblər, Zərərçəkmiş şəxs Hüseynin satdığı qarajın onlara məxsus olduğunu, həmin qaraja baxmaq istədiklərini deyib, qarajı açmağı ondan tələb etmişlər. Bundan sonra İlqara zəng vurmuş və bir neçə dəqiqədən sonra İlqar onların yanına gəlmişdir. Məlakə adlı qadın İlqara da ona dediklərini söyləmiş və qarajın onlara məxsus olduğunu bildirmişdir. İlqar heç bir etiraz etməmiş və pulunu Hüseyndən geri alacağını deyib Məlakədən Hüseynin harada yaşadığını soruşmuşdur. Məlakə də hazırda dəqiq xatırlamadığı ünvanı İlqara demiş və sonuncu çıxıb getmişdir. Təxminən 40 dəqiqədən sonra İlqar geri qayıtmış və onlara bildirmişdir ki, Hüseynlə görüşüb və sonuncu ona deyib ki, növbəti gün gedib onunla notariusda borc müqaviləsi bağlayacaq. Bundan sonra onlar çıxıb getmişlər. Növbəti gün İlqar ona bildirmişdir ki, notariusda Hüseynlə borc müqaviləsi bağlayıb və sonuncu pulu tezliklə ona qaytaracağına dair yazılı söz verib. Hal-hazırda Məlakə qeyd edilən qarajı başqa şəxsə icarəyə vermişdir. Qaraj satılan zaman Hüseynin evli olmasını bilməmişdir. Çünki o, qarajın yerləşdiyi binadakı evində heç vaxt yaşamamışdır və hal-hazırda da həmin evdə yaşayış yoxdur. Yalnız 2016-cı ildə binada su qəzası baş verdiyinə görə Hüseynə zəng vurub mənzilinin açılması üçün gəlməsini dedikdən sonra, həmin yerə gələn şəxslərdən bir nəfər qadın Hüseynin arvadı olduğunu, hal-hazırda isə sonuncunun onu boşadığını bildirdiyinə görə məlum olmuşdur ki, onlar ərarvad olublar. "xxxx" MTK-nın vəzifəli şəxslərinin, o cümlədən Familin də onların evli olmalarından məlumatı olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanıntəyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş 07.03.2019-cu il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəyən ziyan tamamilə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınıcəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını,cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam ödəmişdir. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxsBakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsetmənin əvvəli 26.02.2019-cu il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbirinin seçilmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarı ilə həmin hökm ləğv edilərək Yasamal Rayon Məhkəməsinə məhkəmə baxışına təyin edilməsi qərara alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsindəki “həbs” qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və həmin gün o, həbsdən azad edilmişdir. Beləliklə o, məhkəmə istintaq dövründə 01 ay 10 gün həbsdə və ev dustaqlığında qalmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmiş və HöMuradxanovdan 10.000 ABŞ dolları maddi, 10.000 manat maddi ziyan, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi istənilmişdir. Lakin iş üzrə müəyyən edilir ki, Zərərçəkmiş şəxs vurulmuş ziyan, o cümlədən mülki iddia Təqsirləndirilən şəxs tərfəindən tam ödənilmişdir. Artıq Zərərçəkmiş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, mülki iddiaya xitam verilməlidir. İş üzrəməhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il(iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 01 ay10 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 10 ay 20 gün (bir il on ay iyirmi gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il (bir il) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiasına xitam verilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar