Məhkəmə qərarları › İş №1(004)-62/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-62/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-62/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləmir, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 1,189 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək əynində olan ağ rəngli idman şalvarın sol yan cibində saxlamaqla daşımış, 20 sentyabr 2021-ci il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu vaxt, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan ağ rəngli idman şalvarının sol yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf selofan kəsiyi bükümündə, təmiz çəkisi 1,189 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər Yasamal Rayon Məhkəməsinin 02.07.2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 24.02.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, sonradan Yasamal Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli hökmünə əsasən AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 19.01.2015-ci il tarixdə cəzamın sonu ilə azad olunmuş, bundan sonra Yasamal Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 22.02.2020-ci il tarixdə cəzamın sonu ilə azad olunmuş, əvvəllər psixiatriya xəstəxanasında müalicə almamış, narkoloji xəstəxanada narkomaniya xəstəsi kimi qeydiyyatdadır. Təxminən 15 ildir ki, narkotik vasitə qəbul edir, narkotik vasitənin el dilində deyilən kakos növündən və şüşə növündən qəbul etmiş, kakosu və şüşəni ineksiya yolu ilə qəbul edir. Narkotik vasitənin kakos növündən və şüşə növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. 20 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də piyada Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı, adını və yaşadığı yerini bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxsə bildirmişdir ki, ona təcili narkotik vasitə şüşə lazımdır, bədəni ağrayır, həmin şəxs də ona demişdir ki, nə qədər lazımdır. O da həmin şəxsə demişdir ki, bir bükümlük lazımdır. Həmin şəxs də ona bildirmişdir ki, onda bir büküm şüşə vardır. O, həmin şəxsə demişdir ki, neçəyə satır. Həmin şəxs də ona demişdir ki, 30 manata satır. O da həmin şəxslə razılaşmış, ona 30 manat pul verməklə, bir büküm şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə sayılan şüşəni almış, əynində olan ağ rəngli idman şalvarın sol yan cibində saxlamış, fikri də o olmuşdur ki, gedib yaşadığı evində qəbul etsin. 20 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində ünvan 7 ünvanın yaxınlığında, yəni yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu vaxt, ona polis əməkdaşları yaxınlaşmış, özlərini ona təqdim etmişlər. O, onlardan nə səbəbə ona yaxınlaşmalarını soruşanda, polis əməkdaşları ona bildirmişlər ki, onlarda onun qanunsuz olaraq narkotik vasitə əldə etməyi və üzərində gəzdirməyi barədə məlumat vardır. Sonra polis əməkdaşları onu Yasamal RPİ-nə dəvət etmişlər, o da onlarla polis idarəsinə getməyə etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişdir. Həmin vaxt bir bükümdə psixotrop maddə olan şüşə əynində olan idman şalvarının sol yan cibində olmuşdur. Ona Yasamal RPİ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet yoxdur, lakin əynində olan ağ rəngli idman şalvarının sol yan cibində bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə şüşə vardır, həmin bükülünü sizə təqdim edə bilər. Sonra o, əynində olan ağ rəngli idman şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə olan şüşəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd sellofan kəsiyi bükümü açılarkən və baxış keçirilən zamanı, içərisində ağ rəngli kristallik maddənin olması aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də piyada Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı, adını və yaşadığı yerini bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxsə bildirmişdir ki, ona təcili narkotik vasitə şüşə lazımdır, bədəni ağrayır, həmin şəxs də ona demişdir ki, nə qədər lazımdır. O da həmin şəxsə demişdir ki, bir bükümlük lazımdır. Həmin şəxs də ona bildirmişdir ki, onda bir büküm şüşə vardır. O, həmin şəxsə demişdir ki, neçəyə satır. Həmin şəxs də ona demişdir ki, 30 manata satır. O da həmin şəxslə razılaşmış, ona 30 manat pul verməklə, bir büküm sellofan kəsiyinə bükülmüş psixotrop maddə sayılan şüşəni almış, əynində olan ağ rəngli idman şalvarın sol yan cibində saxlamışdır, fikri də o olmuşdur ki, gedib yaşadığı evində qəbul etsin. Həmin üzərindən aşkar edilmiş kütlə el dilində şüşə adlanan metamfetamindir, o, həmin metamfetamindən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsusdur, özü qəbul etmək üçün 30 manata almışdır, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddədən heç kimə satmamışdır. O, üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisini bilməmiş, amma həmin psixotrop maddə büküm şəklində olmuş, ona görə də o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, orta boylu olmuş, saçları qara rəngli olmuş, əynində göy rəngli köynək, qara rəngli cins şalvar, qara ayaqqabı olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır. O, hadisə vaxtı və hadisəyədək olan müddət ərzində mobil telefon istifadə etməmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 20.09.2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi ev 14-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması və qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, rəhbərlik etmişdir, əməliyyat qrupuna Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onunla Yasamal RPİ-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nə gəlmişlər. Yasamal RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan ərazidə, tanımadığı şəxsdən 30 manata almış olduğu bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində el içində «şüşə» adı ilə qeyd olunan psixotrop maddə metamfetamini əldə edərək üzərində olan ağ rəngli idman şalvarının sol yan cibində saxladığını bildirərək, üzərində olan ağ rəngli idman şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Həmin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə tərəfimizdən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 42 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin bir ədəd bükümü 20 sentyabr 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan ərazidə, üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 30 manata almasını, üzərində olan ağ rəngli idman şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni satış məqsədilə əldə etmədiyini, özünün istifadəsi üçün əldə etməsini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşqul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/4157 saylı, 20 sentyabr 2021-ci il tarixli ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,189 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 3918 saylı, 12 oktyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Ə.Məmmədov tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 22.09.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik və psixotrop vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,089 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar