Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-62/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnolagiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 istifadəsində olan faktiki olaraq anası Zərərçəkmiş şəxs Muqabil qızına məxsus "xxxx" ASC-yə aid elektron məlumat daşıyıcısındakı 4127-2044-4351-7105 nömrəli plastik kartın 16 rəqəmli PAN nömrəsini, kartın bitmə tarixini və cvv kodunu ələ keçirərək ondan istifadə etməklə kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X5 ünvanında xx.xx.2024cü il tarixdə Zərərçəkmiş şəxs 4127-2044-4351-7105 nömrəli plastik kartına bağlı olan onlayn debet kartı 4127********6418 nömrəli kartdan hesabında olan sonuncuya məxsus saat 20:52-də 0,29 ABŞ dollar, 20:53-də 0,99 ABŞ dollar, 0,99 ABŞ dollar, 0,99 ABŞ dollar, 20:54-də 0,99 ABŞ dollar, 4127-2044-4351-7105 nömrəli plastik kartdan 20:56-da 0,99 ABŞ dollar, 4,99 ABŞ dollar, 9,99 ABŞ dollar, 19,99 ABŞ dollar, 49,99 ABŞ dollar ümumilikdə 90,20 ABŞ dollar həmin vaxtın milli pul ekvivalenti ilə 153 manat 34 qəpik məbləğində pul vəsaitini “apple.com" saytına yükləyərək, o cümlədən 4127-2044-4351- 7105 nömrəli plastik kartdan xx.xx.2024-cü il tarixdə 41 manat 69 qəpik, 221 manat 17 qəpik, 275 manat 17 qəpik, 224 manat 03 qəpik, cəmi 762 manat 06 qəpik pulu “Bolt Food”-un təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus +**********19 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi öz mobil telefonu olan “İphone 10” markalı telefonunda “Bolt Food” mobil tətbiqinin balansına yükləyib, siqaretlər və qida məhsulları sifariş verərək, informasiya texnolagiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 915 manat 40 qəpik məbləğində pul vəsaitini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs qeyd olunan miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, aşpaz kimi fəaliyyət göstərmişdir. Şahid1 ilə onun işlədiyi yerdə kuryer kimi çalışmışdır. Şahid1 sifarişləri çatdırdığı zaman bəzən o, Mirəbdülqəninin idarə etdiyi avtomobilə əyləşərək yolda onunla birlikdə getmişdir. O, Mirəbdülqəninin avtomobilindən onun anası Zərərçəkmiş şəxs Müqbil qızına məxsus kartdan oğurluq etməmişdir. Sifarişlər edilən zaman o işdə olmuşdur. Polis İdarəsində olan zaman oğurlanan pulun məbləğinin az olmasını düşündüyü üçün o, ona qarşı irəli sürülən əməli törətməsini boynuna almışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, +**********19 mobil nömrəsi və “İphone 10” markalı telefonu ona məxsus olsa da, ona məxsus mobil nömrə ilə qeydiyyatdan keçdiyi mobil telefonu olan “İphone 10” markalı telefonunda “Bolt Food” mobil tətbiqi vasitəsilə pul vəsaitinin kim tərəfindən və hansı şəraitdə talanması ona məlum deyildir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs Muqabil qızı ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 34-36-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, 15 ildən artıqdır ki, 1 nömrəli Xəstəxanada həkim vəzifəsində çaılışmışdır. Təxminən fevral ayının ortalarında "Azərbaycan Beynəlxlaq Bankın Nərimanov filialına oğlu ilə birlikdə gedərək adına kredit kart götürdüyünü, bankdan ona 4127-2044-4351- 7105 nömrəli plastik kartı verildiyini demişdir. Onun özünün razılığı ilə kartı oğlu Mirəbdülqəniyə istifadə üçün verdiyini və kartın balansında 10000 manat pul vəsaiti olduğunu demişdir. Fevral ayının 21-də evdə olarkən "Beynəlxalq Bank"-a aid olan "ABB" tətbiqi vasitəsilə telefonda kartından 41 manat 69 qəpik, 221 manat 17 qəpik, 275 manat 17 qəpik, 224 manat 03 qəpik pul vəsaitlərinin "Bolt Food" tətbiqi vasitəsilə çıxarıldığını aşkar etdiyini bildirmişdir. Həmçinin kartdan “apple.com/bill” saytına da təxminən ümumilikdə 90 dollar məbləğində pul çıxarıldığını demişdir. O, da oğluna bu barədə zəng edərək kartdan pul çıxması barədə məlumat verdiyini bildirmişdir. Ona məxsus "Azərbaycan Beynəlxalq Bank" tərəfindən verilmiş 4127-2044-4351-7105 nömrəli plastik kart ona məxsus olsa da oğlu Mirəbdülqəniyə mart ayının 01-də kartdan 10000 manat pul vəsaitini çıxarmasını və mart ayının 01-də pul çıxarılanda 02 aylıq faiz gəlməsin deyə ödənişin edilməsini bildirmişdir. "Azərbaycan Beynəlxalq Bank" tərəfindən verilmiş 4127-2044-4351-7105 nömrəli plastik kart ona məxsus olsa da niyə pul çıxılması ilə bağlı polis şöbəsinə ərizəni oğlu Şahid1 onunla razılaşaraq ərizə yazdığını bildirmişdir. Azərbaycan Beynəlxalq Bank" tərəfindən verilmiş 4127- 2044-4351-7105 nömrəli plastik kartdan 762 manat 06 qəpik, "Bolt Food" tətbiqi vasitəsilə və 90 dollar civarında “apple.com” saytına yüklənərək çıxarıldığını bildirmişdir. Ona ümumilikdə 915 manat 40 qəpik maddi ziyan dəydiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Muqabil qızı onun anasıdır. O, kuryer kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs işlədiyi şirkətdə aşpaz kimi tanımış və aralarında normal münasibətlər olmuşdur. Sifariş çatdırmalı olduğu vaxtlarda bəzən Təqsirləndirilən şəxs onun avtomobilində əyləşərək yolda onunla birlikdə getmişdir. Dəqiq xatırlamadığı tarixdə anası Zərərçəkmiş şəxs Müqabil qızı ona zəng edərək özünə məxsus "Azərbaycan Beynəlxalq Bank"a məxsus kartdan pulların çıxmasını ona xəbər vermişdir. Həmin bank kartından "Bolt Food" tətbiq vasitəsilə ümumilikdə 762 manat pul vəsaiti və 90 dollar məbləğində “apple.com/bill” saytına pul çıxılmışdır. O, həmin bank kartını hadisədən təxminən 10 gün əvvəl almış və həmin kartı idarə etdiyi nəqliyyat vasitəsində saxlamışdır. Həmin 10 gün ərzində onun idarə etdiyi avtomobilə Təqsirləndirilən şəxs başqa heç kəs əyləşməmişdir. Anası Zərərçəkmiş şəxs Müqabil qızı ona kartdan pul çıxılması barədə ona məlumat verdikdən sonra o, bu barədə Emilə desə də, o, kart barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, kartdan pul oğurlanması ilə bağlı polisə məlumat vermiş, ibtidai istintaq zamanı müstəntiq ona Təqsirləndirilən şəxsun şəklini göstərdiyi zaman o, həmin şəxsi tanıdığını bildirmişdir. Hazırda anası ağır xəstəlikdən əziyyət çəkir və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Anasının vəziyyəti o dərəcə ağırdır ki, hazırda ərizə yazmaq iqtidarında belə deyildir. Məhkəmə iclasından bir necə gün əvvəl Emilin qohumları tərəfindən onun anasına dəymiş zərər tam ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 63-65-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, üç ilə yaxındır ki, özünə məxsus motosikletlə kuryerlik fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixində axşam saatlarında özünün istifadə etdiyi profildən "Bolt Food" tətbiqi vasitəsilə Yasamal rayonu, "X4" ünvanından X5 241 ünvanına 218 manat 60 qəpik çatdırılması isə 02 manat 57 qəpik ümumi 221 manat 17 qəpik və ümumi 275 manat 17 qəpik olan iki sifarişin ona yönləndirildiyini bildirmişdir. Həmin sifarişi o. "X4" ünvanından qəbul edərək Yasamal rayonu, X5 241 ünvanına doğru hərəkət etməyə başladığını bildirmişdir. Təxminən 21:40 radələrində qeyd edilən ünvana çatdığını demişdir. Ünvanın təxminən beşmərtəbəli məhəllə də olduğunu bildirmişdir. Müştəri beşmərtəbəli binanın blokundan çıxaraq ona doğru yaxınlaşdığını və həmin şəxs ona "səndə hansı sifarişlərdir" deyə ona müraciət etdiyini demişdir. O, isə ona "Bolt market" dən götürdüyü siqaretler olan sifarişin olduğunu bildirdiyini demişdir. Sifarişləri həmin şəxsə təhvil verərək oradan motosikletlə uzaqlaşdığını demişdir. Kuryerlik üçün digər nömrəsi olan ***-***-**-** mobil nömrəsini işlətdiyini, həmin işlətdiyi telefonun xarab olduğu üçün müştərinin nömrəsinin orada olduğunu demişdir. Həmin şəxsə zəng edib etməməsi yadında qalmadığını demişdir. Həmin müştərinin orta boylu, saçı uzun, qarayanız, yaşı təxminən 24-25 yaşlarında olan bir şəxsin olduğunu demişdir. Sifarişi götürəndə dediyi şəxsin tək olduğunu, lakin orada digər kuryerləri də gördüyünü demişdir. Məkan olaraq sifarişi çatdırdığı yerin təxminən beşmərtəbəli məhəllə də olduğunu, müştərini dediyi ünvanda gözləyərkən şəxs binanın birinci bloku, birinci mərtəbəsindən düşərək ona yaxnlaşdığım bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 56-58-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, üç ilə yaxındır ki, özünə məxsus motosikletlə kuryerlik fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında özünün istifadə etdiyi profildən "Bolt Food" tətbiqi vasitəsilə Yasamal rayonunda yerləşən "Dad" restoranından 40 manat 50 qəpik çatdırılması isə 01 manat 19 qəpik olan sifarişin ona yönləndirildiyini demişdir. Təxminən saat 21:20 radələrində o, sifarişi restorandan götürüb qeyd edilən ünvana, yəni Yasamal rayonu, X5 241 ünvana doğru hərəkət etməyə başladığını demişdir. Müştərinin qeyd edilən ünvanı "Bolt Food" tətbiqində tam dəqiq olmadığına görə müştərinin qeyd edilən ***-***-**-** mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng edərək özünün “konum” göstərilən yerdə olduğunu, lakin hansı binaya çatdırılma edəcəyini dəqiq bilmədiyi üçün ondan məlumat istədiyini demişdir. Müştəri ona “konumda” göstərilən yerdə olmağını və özü yaxınlaşacağını bildirdiyini demişdir. Bir neçə dəqiqə sonra müştəri onun yanına gələrək sifarişi götürərək uzaqlaşdığını demişdir. Həmin müştərinin təxminən 25-26 yaşlarında qarayanız, saçı çox olan oğlan olduğunu bildirmişdir. Sifarişi götürəndə dediyi şəxs tək təxminən beşmərtəbəli məhəllədə, yaxınlığında tanıdığı "Ziraat bank" olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər massivində fərdi yaşayış evidir. (i.v. 8-11) “Mobil cihaza baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Redmi-H” markalı mobil telefona ‘‘Bolt” kuryer proqramında xx.xx.2024-cü il tarixdə 218 manat. 60 qəpik, çatdırılması 2 manat 57 qəpik və sifarişin qiyməti 272 manat 60 qəpik, çatdırılması 2 manat 57 qəpik olan ümumi iki sifarişin 21:41-də çatdırılmasının qeydə alınmışdır. (i.v. 66) 03 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Yasamal rayonu X5 küçəsində görüşdüyünü və onun verdiyi qida sifarişini şəxsən onun özünə çatdırdığını, qisda məhsulunu Təqsirləndirilən şəxs ondan qəbul etdiyini onun üzünə qarşı söyləmişdir. (i.v. 69-71) 03 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Yasamal rayonu X5 küçəsində görüşdüyünü və onun verdiyi qida sifarişini şəxsən onun özünə çatdırdığını, qisda məhsulunu Təqsirləndirilən şəxs ondan qəbul etdiyini onun üzünə qarşı söyləmişdir. (i.v. 72-74) “Diskə baxış keçirilməsi haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, anten məlumatları olan qovluğundakı cədvəldə qeyd edilmiş kuryer kimi fəaliyyət gösatərən X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 21 fevral 2024-cü il tarixdə 18 saniyəlik (21:39:58-21:40:16) zəng olması, anten dairənin 21 fevral 2024-cü il rarixdə saat 21:39 radələrində Bakı şəhəri Yasamal rayonu Elit rastoranı, X2 küçəsi 660 saylı ünvanda olduğu müəyyən olunmuşdur. Mobil nömrənin sms danışıqları məlumatlarında “Bolt" şirkəti tərəfindən ***-***-**-** mobil nömrəsinə 21 fevral 2024-cü ildə saat 20:39:54 və 21:02:06 radələrində sms gəldiyi qeyd olunmuşdur. Həmin vaxt 050-787-17- 19 mobil nömrəsinin anten dairəsi Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi 9 və A.M.Şərifzasə küçəsi 660 saylı ərazidə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinin anten dairəsi 21 fevral 2024-cü il tarixdə saat 20:00-23:00 aralığında Bakı şəhəri Yasamal rayonu ərazisində olması təsbit edilmişdir. Anten dairə məlumatlarına dair 06 vərəqdən ibarət çıxarışlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmışdır. (i.v. 114-120) “Azərbaycan Respublikası Beynəlxalq Bank" ASC-nin Hüquq departamenti tərəfindən 02 avqust 2024-cü il tarixli 6-2-41/2-28369/2024 saylı məktubundan görünür ki. 4127-2081-2841-6418 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə iki ardıcıl əməliyyatla 0.29 ABŞ dolları, altı ardıcıl əməliyyatla 0,99 ABŞ dolları,yenə iki ardıcıl əməliyyatla 0,99 ABŞ dolları pul ‘‘Apple.com/Bill təyinatlı ilə İrlandiya Rüspublikası ərazisinə köçürülmüşdür. 4127-2044-4351-7105 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə iki ardıcıl əməliyyatla 0.99 ABŞ dolları, daha sonra ardıcıl olaraq 4.99ABŞ dolları, 9,99 ABŞ dolları, 9.99 ABŞ dolları. 19.99 ABŞ dolları, iki dəfə 49.99 ABŞ dolları pul Aappelle.com/Biir təyinatı ilə İrlandiya Respublikası ərazisinə köçürülmüşdür. Həmçinin sonuncu kartdan eyni tarixdə 41,69 manat, 275,17 manat və224,03 manat pul "Bolt Food“ təyinatı ilə məxaric edilmişdir. Həmin əməliyyatlara dair 03 vərəqdən ibarət çıxarış məktuba əlavə edilmişdir. (i.v. 147- 150) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni Zərərçəkmiş şəxs Muqabil qızına məxsus elektron məlumat daşıyıcısından 915 manat 40 qəpik məbləğində pul vəsaitini gizli olaraq talamaqla oğurluq etməməsi barədə barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. CM-nin: 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 48-49) “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v. 129-130) “Axtarışda olan şəxsin tutulması barədə” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da tutulmuşdur. (i.v. 153) “Sübutların qiymətləndirilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. (i.v. 172-178) Forma 88 arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar üçüncü dərəcəli əlilliyi müəyyən edilmişdir. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Hərbi əməliyyat zamanı partlayıştravmasından sonrakı vəziyyət. Baldırın travmatik amputasiyası. Sağ baldırın aşağı 1/3 səviyyəsində mina partlayışı nəticəsində travmatik qopmasından sonrakı vəziyyət. (i.v. 191) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində pulu təhvil almışdır. (i.v. 220) Zərərçəkmiş şəxs Muqabil qızının oğlu Şahid1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən anasına dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-366/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 03 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-366/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-366/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs əməli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə minməmiş törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar üçüncü dərəcəli əlil olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-366/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmalı, əlavə cəza əsas cəzaya birləşdirilməli və üzərində qəti cəza saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək olan 02 (iki) gün və 12 avqust 2024cü il tarixdən 13 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 03 (üç) gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini nəzərə alaraq onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməli, cəzaçəkmənin əvvəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olduğu gündən, yəni 20 dekabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında 28 iyun 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)- 366/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, əsas cəzaları qismən toplamaq əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə üzərində qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək olan 02 (iki) gün və 12 avqust 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu, 03 (üç) gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və hazırda tipli cəzaçəkmə müəssisəsinə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-62/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-62/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver