Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-623/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Səbail RPİ-də qeydiyyatda olmaqla, ünvan 2də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən «Bayıl» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,195 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 593-cü məhəllənin qarşısına daşımış, Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 18 avqust 2025-ci il tarixdə saat 16:09-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 593-cü məhəllənin qarşısında saxlanılaraq, üzəri yoxlanılan zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,195 qram ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmuş, bədənində ağrılar olduğu üçün psixotrop maddə metamfetamin istifadə etmişdir. Psixotrop maddə metamfetamin istifadə etməyə onu heç kim məcbur etməmişdir. Ona verilən suallara cavab vermək iqtidarında olmuşdur. 2024-cü ilin dekabr ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra da yenidən psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Narkoloji dispanserdə qeydiyyatı var, ancaq psixiatrik xəstəxanada qeydiyyatı yoxdur. Hal-hazırda heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdə saat 16:09 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr. 593 məhəllənin qarşısında olan gölün yaxınlığına getmişdir. Bu zaman orada gölün yaxınlığında olarkən mülki geyimdə olan 3 nəfər polis əməkdaşları video çəkilişlə ona yaxınlaşıb özlərini təqdim etmiş və barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Onlar onun narkotik vasitə və psixotrop maddə istifadə etməyi, psixotrop maddənin təsiri altında olmağı ilə bağlı şübhəli olduğunu və üzərində qanunla qadağan olunan hər hansı əşya və predmet olub-olmamasını soruşmuşlar. O isə səmimi olaraq üzərində el arasında “şüşə” adı ilə tanınan psixotrop maddə olan metamfetamin bükümünün olmasını demiş, qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd bükümdə olan gümüşü rəngli kütləni çıxarıb təqdim etmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. Bundan başqa üzərində hər hansı başqa qanunla qadağan olunan maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunan büküm qablaşdırılmışdır. Bundan sonra onu Yasamal RPİ-nin 27ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsinə aparılarkən orada onun üzərinə “baxış keçirmə və götürmə haqqında” video çəkilişə baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş və qablaşdırılmış zərfə baxış keçirilmişdir. Daha sonra hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş və şübhəli şəxs qismində saxlanılmışdır. O, əlavə olaraq demək istəmişdir ki, həmin psixotrop maddə hesab olunan “metamfetamin” adlı kütləni Səbail rayonu, Bayıl qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin maddəni satmaq niyyəti olmamış, bədənində ağrılar olduğuna görə şəxsi istifadəsi üçün almışdır. O, gündəlik narkotik vasitələrdən istifadə edirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında, 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və 27-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə birgə xx.xx.2025-ci il tarixdə saat 16:09 radələrinədə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən videoçəkiliş aparılaraq saxlanılmışdır. Saxlanılarkən özlərini ona təqdim etmiş, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri barədə məlmat verilməklə, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, əynində olan qara rəngli şalvarın sağ arxa cibindən qara rəngli pul kisəsinin içərisindən 1 ədəd gümüşü rəngli falqada saxladığı 01 ədəd bükülünü təqdim edərək, həmin bükümün psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Üzərindən çıxan narkotik vasitəni tanımadığı şəxsdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş büküm bir ədəd içərisi boş zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq, həmin şəxs PŞnə təmin olunmuşdur. Şahidlər Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, yaxalanmış xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatda olan və Yasamal rayonu, Xudu Məmmədov küçəsində yerləşən gündəlik evlərdə yaşayan Təqsirləndirilən şəxs yaxalanmasının səbəbləri barədə məlumat verilməklə, ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçinin olmadığını (və ya olduğunu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olundu və vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, əynində olan qara rənqli şalvarın sağ arxa cibindən qara rəngli pul kisəsinin içərisindən 1 ədəd gümüşü rəngli falqada saxladığı 01 ədəd bükülünü təqdim edərək, həmin kütlənin narkotik vasitə (və ya psixotrop maddə) olan “metamfetamin” olduğunu bildirmiş, üzərindən çixan narkotik vasitəni tanımadığı şəxsdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş büküm bir ədəd zərfə qoyulmaqla qablaşdırılaraq, ağzı möhürlənməklə, üzəri imzalarla təsdiq edildi (i.v. 12-13). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X2 Azərbaycan Respublikası CPM-nin 51. 86 və 236-cı maddələrinin tələblərinə əsasən, 1. Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1; 2. Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 3. Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin 27-ci PŞ-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Yasamal rayonu ərazisində daşınması ilə məşğul olmasında şübhəli bilindiyi üçün 18 avqust 2025-ci il tarixdə, saat 16:09 dəqiqədə Yasamal rayonu H.B.Zərdabi prospekti 593-cü məhəllənin qarşısında olan zaman saxlanılaraq əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə (öz dediyinə görə şüşə) aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ağ rəngli zərfə və DVD-yə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən l (bir) bükümdə, psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal maddə aşkar olundu. Daha sonra l (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (i.v. 17). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli, 6/2805 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi, “şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza) ” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,195qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 43-47). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 08 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında, 309 nömrəli xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “HP” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 18 avqust 2025-ci il tarixdə qeydə alınır və video çəkilişin aparıldığı ünvan Yasamal rayonu, H.B.Zərdabi prospekti 593-cü məhəllənin qarşısıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 özlərini təqdim etdikdən sonra öz yanlarında dayanmış şəxsdən özünü təqdim etməsi tələb olunur. Həmin şəxs özünü təqdim edərək xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu qeyd edir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi tələb olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa cibindən bir ədəd gümüşü rəngli bükülü psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilir və digər başqa qanunsuz əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli büküm açılaraq içərisinə baxış keçirilir və sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da çəkiliş başa çatdırılır (i.v. 96). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 10 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında, 309 nömrəli xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “HP” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 18 avqust 2025-ci il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 27-ci PŞ-nin TŞ-nin xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin TŞ-nin təhqiqatçısı Cavid Kərimli, qarşısında ayaq üstə dayanmış şəxslər isə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs və digər şəxs Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, videoçəkilişi aparan şəxs isə Şahid3dır. İştirakçılar təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə kompyuter vasitəsilə baxış keçirilir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddənin qablaşdırıldığı zərflərin tamlığının pozulmadığı müəyyən edilir. Təqdim olunmuş maddənin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunacağı bildirir. Bununla da çəkiliş başa çatdırılır (i.v. 97). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 daxil olmuş 19 sentyabr 2025-ci il tarixli, 3-28-29/2-8898/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Səbail RPİdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 oktyabr 2025-ci il tarixli, 6148 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 105-106). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi xx.xx.2025-ci il tarixdə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs istintaq zamanı narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olması müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində hər hansı şəxs və ya şəxslərlə əlbirliyi müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd məsi, Təqsirləndirilən şəxs xx.xx.2025- ci il tarixdə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə, əşyanın olduğu halda təqdim etməsi təklif edildikdən sonra o, şəxsi axtarış keçiriləcəyi təqdirdə, üzərində saxladığı maddənin polis əməkdaşları tərəfindən aşkarlanacağını bildiyi üçün qeyd olunan maddələri polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə aşkar olunaraq götürülmüş psixotrop maddə olan 0,195 qram metamfetamin və 02(iki) ədəd “DVD-R” formatlı diskin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,145 qram metamfetaminin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, 02 (iki) ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respuklikası Cinayət Məcəlləsi 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivinin olmasının nəzərə alınması, aparılmış istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmadığından, mənbəni müəyyən etmək məqsədi ilə cinayət işindən materialın ayrılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə göndərilməsi, təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolları və digər istintaq sənədlərinin sübut növləri kimi qəbul edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır (i.v. 108- 112). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaqın davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə, saat 16:09 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 34). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir (i.v. 50). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 57). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-653/2025 saylı, 20 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 73-75). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 27 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmünə əsasən AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 76-77). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-229/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 1 (009)-11/2022 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (09 ay 01 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 08 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 78-86). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, həmçinin AR CM-nin eyni maddəsi ilə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır ictimai təhlükəli xarakter daşıyır. Belə ki, onun üzərindən aşkar edilərək götürülmüş 0,195 qram metamfetamin xeyli miqdarın minumum həddinə yaxın olsa da, bu maddənin cəmiyyətə, xüsusən də gənc nəslin sağlamlığına vurduğu zərər danılmazdır. Qeyd edilməlidir ki, metamfetaminin qanunsuz dövriyyəsi cəmiyyət üçün son dərəcə təhlükəlidir, asılılıq yaratmaqla yanaşı, digər ağır cinayətlərin törədilməsinə, gənclər və ümumilikdə əhalinin sağlamlığının zərərə məruz qalmasına şərait yaradır. Bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu əməllərin ictimai təhlükəlilik dərəcəsi yüksək qiymətləndirilir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini və əvvəllər məhkum olunmasını da nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə təcrübəsində və hüquqi prinsiplərdə cəzanın təyin edilməsində əsas məqsəd yalnız təqsirləndirilənin islah edilməsi deyil, həm də digər şəxslər üçün xəbərdaredici rol oynamaq, yeni cinayətlərin qarşısını almaq və ictimai ədalət hissini təmin etməkdir. Təqsirləndirilən şəxsin şəxsiyyəti, əməlindəki ictimai təhlükəlilik dərəcəsi və residiv faktı nəzərə alınmaqla, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla belə, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin qanunsuz dövriyyəsində olan psixotrop maddənin miqdarı şəxsi istehlak normasını aşsa da, qram etibarilə az miqdarda olması cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən qədər azaldır. Belə şəraitdə, bir tərəfdən yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsi, peşman olması), digər tərəfdən isə ağırlaşdıran hallar (residiv) mövcud olduğundan, cəza siyasətinə uyğun olaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının qanunun nəzərdə tutduğu minimum həddə təyin olunması ədalətli və qanuni hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 0,145 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-623/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-623/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver