Məhkəmə qərarları › İş №1(004)-625/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-625/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-625/2025 12.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində şəhərində anadan olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində "başqa yerə getməmək" haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində şəhərində anadan olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Miyanku kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Hüseynqulu Sarabiski küçəsi fərdi nömrəsiz evdə yaşayan barəsində "başqa yerə getməmək" haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə prosesində baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdirlər. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 14 iyul 2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolda ( Qanlı gölün şimal-qərb hissəsi) yerləşən "xxxx" MMC-yə məxsus avtobus qarajından "xxxx" MMC-yə məxsus olan İsuzu markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa yanacaq çəni olan hissəsindən dəyəri 247,80 (iki yüz qırx yeddi manat səksən qəpik) manat olmaqla R-134 D-gas 13,6 kq (kondisioner üçün freon qazı) 02 ədəd qaz freonu ümumilikdə 495,60 manat və litri 56,73 manat ( əlli altı manat yetmiş üç qəpik) olan TranSynd 208 Ler markalı sürətlər qutusu yağı 01 ədəd konistrdə 20 litr avtobus yağı ümumilikdə 1134,60 manat olan yağı götürərək razılaşmaya əsasən oğurluq üçün şərait yaradaraq ətrafı müşahidə edən Təqsirləndirilən şəxs2 verərək oradan uzaqlaşmaqla şirkətə məxsus ehtiyyat hissələri gizli yolla talamaqla "xxxx" MMC-yə ümumilikdə 1630.20 (min altı yüz otuz manat 20 qəpik) manat miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 14 iyul 2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolda ( Qanlı gölün şimal-qərb hissəsi) yerləşən "xxxx" MMC-yə məxsus avtobus qarajından "xxxx" MMC-yə məxsus olan İsuzu markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa yanacaq çəni yerləşən hissəsindən razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 dəyəri 247,80 (iki yüz qırx yeddi manat səksən qəpik) manat olmaqla R-134 D-gas 13,6 kq (kondisioner üçün freon qazı) 02 ədəd qaz freonu ümumilikdə 495,60 manat və litri 56,73 manat ( əlli altı manat yetmiş üç qəpik) olan TranSynd 208 Ler markalı sürətlər qutusu yağı 01 ədəd konistrdə 20 litr avtobus yağı ümumilikdə 1134,60 manat olan avtobus yağını oğurluq üçün şərait yaradaraq ətrafı müşahidə edən Təqsirləndirilən şəxs2 verərək oradan uzaqlaşmaqla şirkətə məxsus ehtiyyat hissələri gizli yolla talamaqla "xxxx" MMC-yə ümumilikdə 1630.20 (min altı yüz otuz manat 20 qəpik) manat miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, 2024-cü ilin oktyabr ayından Yasamal rayonu, Xarici dairəvi yol Qanlı gölün şimal-qərb hissəsində yerləşən "xxxx" MMC-də elektrik vəzifəsində işləyir və aylıq 900 manat əmək haqqı maaş alır. xx.xx.2025-ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə gecə növbəsində olan zaman qarajda bir-iki dəfə istifadə edilmiş avtobus freonlarının sahibsiz qaldığını görmüş onu oğurlamaq qərarına gəlmişdirlər. Bundan başqa 01 ədəd boş konistr götürüb, qarajda dayanmış **-JP- *** d.q.n-lı avtobusunun yanacaq çənindən təxminən 20 litr dizel yanacağını çəkmişdirlər. 01 ədəd konistri və 02 ədəd işlənmiş freon balonu götürüb qarajın arxa tərəfinə aparmış, həyət tərəfə həmin ehtiyyat hissələri qoymuşdurlar. Daha sonra o, taksi fəaliyyəti ilə məşğul olan tanışı Maqsuda zəng edib işlədiyi yerə gəlməsini xahiş etmişdir. Maqsud onun xahişi ilə qarajın yaxınlığına gəlmişdir. Maqsud gəldikdən sonra idarə etdiyi Mercedes markalı avtomobilə həyətdə olan 02 ədəd qaz freonu və 01 ədəd konistrdə olan dizel yanacağını yükləmişdir. Onlar Maqsuda zəng edərək götürdüyü 02 ədəd qaz freonu və 01 ədəd konistrdə olan dizel yanacağını yaşadığıları ünvana aparmasını xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə Nihad ilə o, Maqsudla yaşadıqları ünvanın yaxınlığında görüşərək 20 manat zəhmət haqqı olaraq pul vermiş və ehtiyyat hissələri hansı yolla əldə etdikləri barədə heç bir məlumat verməmişdir. Daha sonra əldə etdikləri həmin müxtəlif ehtiyyat hissələri eyni məhlədə yaşadığı Nəsimi adlı şəxsə 200 manata satmışlar. Əldə etdikləri gəliri Nihad ilə o arasında bölmüşdür,dəymiş ziyan tərəfindən ödənilmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin dekabr ayından Yasamal rayonu, Xarici dairəvi yol Qanlı gölün şimal-qərb hissəsində yerləşən "xxxx" MMC-də elektrik vəzifəsində işləyir və aylıq 900 manat əmək haqqı maaş alır. xx.xx.2025ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə gecə növbəsində olan zaman qarajda bir-iki dəfə istifadə edilmiş avtobus freonlarının sahibsiz qaldığını görüb onu oğurlamaq qərarına gəlmişlər. Bundan başqa 01 ədəd boş konistr götürüb, qarajda dayanmış **-JP-*** d.q.n-lı avtobusunun yanacaq çənindən təxminən 20 litr dizel yanacağını çəkmişlər. 01 konistri və 02 ədəd işlənmiş freon balonu götürüb qarajın arxa tərəfinə aparmış, həyət tərəfə həmin ehtiyyat hisələri qoymuşlar. Daha sonra Əli taksi fəaliyyəti ilə məşğul olan tanışı Maqsuda zəng edib işlədikləri yerə gəlməsini xahiş etmişdir. Maqsud Əlinin xahişi ilə qarajın yaxınlığına gəlmişdir. Maqsud gəldikdən sonra idarə etdiyi Mercedes markalı avtomobilə həyətdə olan 02 ədəd qaz freonu və 01 ədəd konistrdə olan dizel yanacağını yükləmişdir. Onlar Maqsuda zəng edərək götürdüyü 02 ədəd qaz freonu və 01 ədəd konistrdə olan dizel yanacağını yaşadıqları ünvana aparmasını xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə Əli və o, Maqsudla yaşadıqları ünvanın yaxınlığında görüşərək 20 manat zəhmət haqqı olaraq pul vermiş və ehtiyyat hissələri hansı yolla əldə etdikləri barədə heç bir məlumat verməmişlər. Daha sonra əldə etdikləri həmin müxtəlif ehtiyyat hissələri eyni Məhlədə yaşadıqları Nəsimi adlı şəxsə 200 manata satmışlar. Əldə etdikləri gəliri Əli ilə o arasında bölmüşdür. Məhkəmə istintaqında zərərçəkmiş "xxxx" hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin vəkili və nümayəndəsi vəzifəsində işləyir. Ona "xxxx" MMC tərəfindən hazırki cinayət işi üzrə zərər çəkmişin nümayəndəsi qismində prosesdə iştirak etmək üçün etibarnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Xarici dairəvi yolda yerləşən "xxxx" MMC-yə məxsus qarajda elektrik vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin qarajdan dəyəri 500 manat olan 02 (iki) ədəd freon qaz balonu və dəyəri 2800 manat olan 01(bir) ədəd konistr avtobus yağı oğurlayaraq ümumilikdə 3300 manat məbləğində "xxxx" MMC-yə maddi ziyan vurmuşlar. Ziyan ödənilsə də onlar şikayətçidilər. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, 2010-cu ildən "xxxx" MMC-də çilingər vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə şirkətdə olmuşdur. O, daim gündüz növbəsində xidmət aparırmış, lakin gecə növbəsində problem olduğu üçün gecə növbəsində xidmətə çıxırmış. xx.xx.2025-ci il tarixdə şirkətin rəhbəri Faiq müəllim iclas eliyərək qarajda oğurluq hadisəsi olduğunu bildirmişdir. Lakin o, belə halın mümkün olmayacağını bildirdikdə videomüşahidə kameralarına düşmüş görüntüləri təqdim etmişdir. Həmin görüntülərdə Əli və Nihadın oğurluq etməsi görsənirdi. Həmin iclasdan sonra polis əməkdaşları gəlmiş və onları 28-ci PŞ-nə aparmışdır. Onun bu oğurluq hadisəsi ilə heç bir əlaqəsi və ya məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, 2025-ci ilin aprel ayından Xaliq Faiqoğlu MMC-də anbardar vəzifəsində çalışır.xx.xx.2025-ci il tarixdə şirkətin rəhbəri Faiq müəllim iclas keçirtmişdir. Həmin iclasda şirkətdə oğurluq hadisəsi olduğunu bildirmişdir. Çilingər vəzifəsində çalışan Ayaz belə halın ola bilməyəcəyini söyləmiş, lakin Faiq müəllim videomüşahidə kamerlarına düşən görüntüləri göstərərək faktı təsdiq etmişdir. Həmin oğurluq əməlini Əli və Nihad etmişdir. İclasdan sonra şirkətə polis əməkdaşları gəlmiş, onları 28-ci PŞ-yə aparmışlar. Oğurluq hadisəsi barədə heçbir əlaqəsi və ya məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, mühafizəçi işləyir və işdən əlavə qazanc əldə etmək üçün taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə onunla eyni məhlədə yaşayan bir neçə il olarki tanıdığı Əli adlı şəxs ona zəng edərək taksi lazım olduğunu bildirmiş və onu iş yerinə çağırmışdır. O, Əlinin işlədiyi iş yerinə çatdıqdan sonra Əliyə zəng edərək qeyd etdiyi ünvana çatdığını bildirmişdir. Əli danışıq zamanı yaşadığı məhləyə yük aparcağını bildirmişdir. Əlinin bildirdiyi 01 ədəd konistr və 02 ədəd freon balonu həyətdən götürüb avtomobilə yükləmiş və yaşadıqları məhlənin yaxınlığında yerləşən Oba marketin yaxınlığına aparmışdır. Orada 01 ədəd konistr və 02 ədəd freon balonları Nəsimi adlı şəxsə təhvil vermişdir. Həmin ehtiyyat hissələrin hansı yolla əldə olunmasından məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə Əli və Nihad onunla görüşərək ona 20 manat məbləğində pul vermişlər. Qeyd etdiyi kimi işdən əlavə qazanc əldə etmək üçün taksi fəaliyyəti ilə məşğul olurmuş. Yaşadığı ünvanda eyni məhlədə yaşayan Təqsirləndirilən şəxs1 ilə iki ilə yaxındırki münasibəti vardır. Əli onun taksi fəaliyyəti ilə məşğul olduğunu bilirmiş. Əli öz ailə üzvlərini və ya özünü harasa aparmaq lazım olduqda onunla əlaqə saxlayaraq çağırırmış və özünün Faiqoğlu şirkətində işlədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında taksidə müştəri olarkən Əli onunla əlaqə saxlayaraq Yasamal rayonunda yerləşən maşın bazarının yaxınlığındakı iş yerinə onu çağırmış və oradan bir neçə ehtiyyat hissəsini aparmaq lazım olduğunu söyləmişdir. O, avtomobili Əlinin işlədiyi iş yerinin yaxınlığına sürmüş və onun qeyd elediyi yerə yaxınlaşmışdır. Əli ona qeyd etdiyi yerdə 02 ədəd qaz freonunun və konistrdə 20 litr dizel yanacağını yaşadığı məhlənin yaxınlığındakı Oba marketə aparmağını və orada bir nəfər tanışının ona yaxınlaşaraq həmin əşyaları götürəcəyini bildirmişdir. Qeyd edilənləri o, həmin ünvana çatdırmış və orada Nəsimi adlı şəxs onunla görüşərək 02 ədəd qaz freonunu ondan götürmüşdür. O, Əli ilə əlaqə saxladıqda konistrdəki dizel yanacağını özündə saxlamağını bildirmişdir. Bir gün sonra o, Əli və yanında Nihad adlı şəxslə görüşmüşdür. O, avtomobildə saxladığı konistrdəki 20L dizeli onlara təhvil vermək istədikdə, onlar həmin yanacağı avtomobilinə tökməyi bildirib, əlavə olaraqda 20 manat ödəniş edib zəhmət haqqı olduğunu qeyd etmişlər. Həmin dizel yanacağını avtomobili üçün istifadə etmişdir. Lakin o, onların həmin dizel yanacağı və 02 ədəd qaz freonunun hansı yolla əldə edilməsi barədə məlumatı olmamışdır. Daha sonra Əli və Nihad polis şöbəsinə aparıldıqda, onların vermiş olduğu qaz freonlarının və dizel yanacağının oğurluq olmasını bilmişdir. O, heç vaxt bu kimi hərəkətlər etməmiş, oğurluq olması barədə məlumatı olmamışdır. Həmin ünvana gedib qeyd olunan əşyaları götürməyinə səbəb taksi fəaliyyəti ilə məşğul olmağını və Əlinin onu ora çağırması olmuşdur. Çünki Əli onun taksi fəaliyyəti ilə məşğul olduğunu bilirmiş. Əli öz ailə üzvlərini və ya özünü harasa aparmaq lazım olduqda onunla əlaqə saxlayaraq çağırırmış. O, onların oğurluq etməsi barədə məlumatı olmamışdır. Onların əvvəllərdə belə hərəkət etməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsi Zaqulba prospekti 22 ünvanında yerləşən moykada işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı yaşdıqları məhlədən tanıyır. Nihad ilə münasibəti olmamış, lakin Təqsirləndirilən şəxs1 ilə əvvəldən münasibəti olmuşdur. 15 iyul 2025-ci il tarixdə Əli işlədiyi moykanın qarşısına gələrək onunla görüşmüş və 02 ədəd qaz freonunun olduğunu satmaq istədiyini bildirmişdir. O, Əli ilə razılaş və ümumilikdə 02 ədəd qaz freonuna 200 manat məbləğində pulu Əliyə vermişdir. Lakin o, həmin qaz freonlarının hansı yolla əldə olunması barədə məlumatı olmamışdır. Daha sonra Əli və Nihadı polis şöbəsinə apardıqları vaxt o, həmin qaz freonlarının oğurluq olmasını bilmişdir. Onun bu oğurluq hadisəsi ilə heç bir əlaqəsi və ya məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, o, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan tanıyır. Lakin Təqsirləndirilən şəxs2ı tanımır və əvvəllər onunla münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 ona 02 ədəd işlənmiş qaz freonun olduğunu və satmaq istədiyini bildirmişdir. O da moykada işlədiyi üçün ona qaz feronun lazım olduğunu bildirib almaq istədiyini söyləmişdir. Həmin qaz freonlarını ona Maqsud adlı taksi sürücüsü gətirib təhvil vermişdir. Bir gün sonra o, Əli və Nihadla görüşərək ona satmış olduqları qaz freonlarına görə onlara 200 manat pul vermişdir. Həmin qaz freonlarını moykaya gələn avtomobillərə qaz vurmaq üçün istifadə etmişdir. Onların ona satmış olduğu 02 ədəd qaz freonunun hansı yolla əldə edilməsi barədə məlumatı olmamışdır. Daha sonra həmin qaz freonlarının oğurluq olduğunu Əli və Nihadı polis şöbəsinə apararkən bilmişdir. Qeyd etdiyi 02 ədəd qaz freonunu polisə təhvil vermişdir. Əvvəllər heç vaxt belə bir hal ilə qarşılaşmamış və ya oğurluq əşya almamışdır. Əlavə olaraq ona veriləcək sualları cavablamağa hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satmış olduğu 02 ədəd qaz freonunun oğurluq olmasını bilmirmiş və Əli ona həmin qaz freonların özünə məxsus olduğu və işlənmiş olduğu üçün ucuz qiymətə satdığını bildirmiş və o da həmin qaz freonları 200 manat məbləğində pul qarşılığında almışdır. Lakin bu hal ilk dəfədirki baş verirmiş. Onlar əvvəllər ona hər hansısa bir ehtiyat hissə və ya müxtəlif əşya satmamışdır və ya satdığını bildirməmişdir. Sadəcə bu oğurlanmış olan qaz freonlarını satmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin qismən etirafları ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, DVD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. 18 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 18 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 19 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddə ilə ittiham elan edilmişdir. 19 iyul 2025-ci il tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və 19 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə” İltizam qətimkan tədbiri seçilmişdir. 01 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qətimkan tədbirinin şərtlərini pozduğu üçün barələrində axtarış elan edilmiş və cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 01 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü olaraq Yasamal RPİ-nin İŞ-nə yaxınlaşmış və elə həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmədə üzərinə SOKCK yazısı həkk olunmuş diskə baxış keçirilmişdir. Baxış keçirən zaman xarici əlamətlərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bənzəyən şəxslə birlikdə "xxxx" MMC-nin avtobus qarajında Təqsirləndirilən şəxs1 avtobusun arxa tərəfindən yanacaq çəni yerləşən hissəsindən içərisi yanacaqla dolu olan 01 ədəd kanistr götürüb Təqsirləndirilən şəxs2 verməsi və onların oradan kənarlaşmaları müəyyən edilmişdir. İstintaq yolu ilə əldə edilmiş 02 ədəd qaz freonu Şahid2 tərəfindən könüllü olaraq təqdim edilmiş, həmin qaz freonları maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin oğurladıqları əmlakın yağ deyil yanacaq olduğuna dair dediklərini özünümüdafiə kimi qiymətləndirməklə inandırıcı və ağlabatan hesab etmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1–ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi həmin Məcəllənin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 18 iyul 2025-ci il tarixdən 19 iyul 2025-ci il tarixədək 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi həmin Məcəllənin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 18 iyul 2025-ci il tarixdən 19 iyul 2025-ci il tarixədək 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübut kimi tanınmış 02 ədəd qaz freonunun sahibi Şahid2 qaytarılması nəzərə alınmalı, DVD disk isə iş materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam”, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 iyul 2025-ci il tarixdən 19 iyul 2025-ci il tarixədək 01 (bir) gün müddət şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 iyul 2025-ci il tarixdən 19 iyul 2025-ci il tarixədək 01 (bir) gün müddət şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 02 ədəd qaz freonunun sahibi Şahid2 qaytarılması nəzərə alınsın, 1 ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Feyqubat qızının məhkəmədə iştirak etdiyi 50 saata görə 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 50 saata görə 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar