Məhkəmə qərarları › İş №1(004)-626/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-626/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-626/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 20 avqust 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,557 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 18:00 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,557 qram olan ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olsa da, 10 ildir ki, narkotik vasitə istifadə etmir. 20 avqust 2025ci il tarixində günorta saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində “Space TV” Televiziya Kanalının yaxınlığında olan zaman içkili olması səbəbilə tanışına məxsus hesab etdiyi avtomobilə yaxınlaşaraq oradan siqaret və telefon qulaqcığı götürmüş, daha sonra həmin ərazidə yerləşən Mənzil İstismar Sahəsinin həyətinə gəlmişdir. Təxminən saat 14:00 radələrində iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu Yasamal RPİ-nin 26cı Polis bölməsinə gətirmişlər. Orada olan zaman ona bildirilmişdir ki, telefon qulaqcığı oğurlaması ilə bağlı AR DİN-nin 102 Xidmətinə barəsində şikayət daxil olmuşdur. O, tanışının avtomobili ilə qulaqcığı götürdüyü avtomobili səhv saldığını bildirərək həmin qulaqcığı qaytarmışdır. Lakin polis əməkdaşları onu buraxmamış, əksinə ona psixotrop maddə verərək özünə məxsusmuş kimi təqdim etməsi üçün onu məcbur etmiş və ona zor tətbiq etmişdirlər. O da məcbur olub polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Daha sonra polis əməkdaşları onu ünvan 2 ünvanının qarşısına gətirərək orada videoçəkiliş həyata keçirmiş, daha sonra yenidən Polis Bölməsinə gətirərək onu psixotrop maddə istifadəsi ilə bağlı sənədləşdirmişdirlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, saxlanılan zaman üzərində mobil telefon olmamışdır. Polis əməkdaşları onun bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 avqust 2025ci il tarixdə Nurlan adlı şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz psixotrop maddələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanının qarşısında saxlanılmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri və psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm büküm açıldıqda tərkibində psixotrop maddələr olan ağ rəngli kristallik hissəciklərdən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra X4 gətirilmiş və müdafiəçinin iştirakı ilə təhqiqatçının otağında videoçəkiliş həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən Nurlana zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, məhkəmə-tibb ekspertidir. Təqsirləndirilən şəxs saxlanılan zaman çəkilən videogörüntü və Bakı İstintaq Təcridxanasından verilmiş tibbi arayışla tanış olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş sol gözün ağlı qişasının qansızması vurulma nəticəsində əmələ gələn xəsarətə xas deyildir. Belə ki, Təqsirləndirilən şəxs gözünün ağlı qişasında olan qansızma xəsarət nəticəsində əmələ gəlmiş olsaydı, göz ətrafında da qançır əlamətləri müşahidə olunmalı idi, lakin videogörüntündə və tibbi sənədlərdə bu hal öz əksini tapmır. Qeyd olunan simptom isə müxtəlif səbəblərdən, məsələn göz xəstəliyi və ya gözdaxili təzyiq nəticəsində, hətta mübahisə zamanı qarşı tərəfindən barmağının gözün içərisinə girməsi nəticəsində yarana bilər. Lakin zərbə nəticəsində həmin əlamətin yaranması mümkün deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin şəffaf rengli sellofana bükülmüş, psixotrop maddəyə bənzər maddəni çıxarıb təqdim etdi. Bundan sonra xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 01 (bir) ədəd ağ sellofan bükümdə olan maddə DİN-nin 170 No-li möhürü ilə möhürləndi. Üstünü yoxlama ünvan 3 ünvanı qarşısında keçirildi. Üstünü yoxlama zamanı "Samsung" markalı mobil telefon vasitəsilə Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparıldı. (i.v. 11-12) “Əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 1(bir) ədəd kağız zərfə və 1 ədəd DVD diskə baxış keçirildi. Diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən bükümə açılıb baxılan zaman, bükümdə narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmiş, 01 ədəd büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin qablaşdırıldığı zərflə eyni olması müəyyən edildi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə "Pati" olduğunu həmin maddəni bu gün səhər saatlarında "Kubinka" adlanan ərazidə 10 manat pulun müqabilində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini və şəxsi İstifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə Yasamal RPİ-nin 26-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Teymur Qurbanov tərəfindən video çəkiliş aparıldı. (i.v. 17) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2025-ci il tаriхli 6/2827 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №170”-li dairəvi möhür əksi, “şübhəli şəxs:Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,557 qram olan qəhvəyi rəngli maddə kustar üsalla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 46-47) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 23 avqust 2025ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 özünü təqdim edərək çəkilişin aparıldığı tarixi və ünvanı qeyd etdikdən sonra orada çəkilişdə iştirak edən üç nəfər mülki şəxslərdən özlərini təqdim etməsini tələb edir. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Şahid1 çəkilişdə iştirak edən digər polis əməkdaşlarını təqdim edərək onların Yasamal RPİ-nin 26 cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru, Şahid3, çəkili aparan əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olduqlarını bildirin Bundan sonra saxlanılmış şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi tələb olunur. Təqsirləndirilən şəxs eynindək tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilir və digər başqa qanunsuz əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxış keçirilir və sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında "Kubinka" adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Bundan sonra Z.Məmmədovun təqdim etdiyi bir ədəd büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da çəkiliş başa çatdırılır. (i.v. 85) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 23 avqust 2025ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis mayoru Anar Həmidli qarşısında ayaq üstə dayanmış şəxslər isə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs və digər şəxslər Yasamal RPİ-nin 26-cı Yasamal RPİ-nin 26-cı PBnin CA üzrə əməliyyat müvəkkili, polis mayoru, Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Orxdan Əhmədov, çəkili aparan əməliyyat müvəkkili, polis leytenantı Şahid2dur. İştirakçılar təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntüye kompyuter vasitəsilə baxış keçirilir. Sorğu zamanı Nurlan Dadadşov təqdim etdiyi maddənin "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında "Kubinka" adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop madde metamfetamine bənzər maddənin qablaşdırıldığı zərflərin tamlığının pozulmadığı müəyyən edilir. Təqdim olunmuş maddənin məhkəməkimyəvi ekspertizasında təqdim olunacağı bildirilir. Bununla da çəkiliş başa çatdırılır. (i.v. 86) “Əşyanın maddi sübut kimi tanınması haqqında” 14 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,507 qram psixotrop maddə metamfetamin isə saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 21 avqust 2025-ci il tаriхli 5157 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104) “Sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair, eləcə də ondan aşkar edilib götürülmüş əşyaya baxış zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v. 116-124) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda işləmir. O, artıq bir neçə müddətdir ki, psixotrop maddə aludəçisi olduğu üçün, müxtəlif vaxtlarda həmin maddələrdən istifadə edir. Narkotik vasitələri qəbul etməyi ona heç kim mecbur etmir, özü könüllü olaraq istifadə edir. Geyindiyi idman şalvarın sağ cibində saxladığı şəffaf sellofan bükümün içərisində olan psixotrop maddənin aşkar olunması ilə bağlı isə səmimi olaraq bildirmişdir ki, o, 20 avqust 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonun ərazisində "Kubinka" deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 10 manat pul vəsaiti müqabilində psixotrop maddə metamfetamin əldə etmişdir. Daha sonra elə həmin gün artıq saat 18:00 radələri olardı ki, ünvan 4 ünvanının qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən saxlanıldı. Daha sonra həmin ünvanda videoçəkliş vasitəsi ilə onun üstünü yoxlayacaqlarını bildirdilər. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona paltarında hər hansı qanunsuz bir əşya və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, da, razılaşaraq könüllü olaraq geyindiyi göy rəngli idman şalvarın sağ yan cibindən içərisində psixotrop maddə olan bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırıldı və möhürlə möhürləndi. Daha sonra onun üzərimə polis əməkdaşları tərəfindən baxış keçirildi. Üzərində başqa qanunla övriyyəsi qadağan edilən heç bir əşya və ya predmet aşkar edilmədi. Bundan sonra Yasamal RPİ-nin 26-cı Polis bölməsinə gətirilmişdir. Polis bölməsinin inzibati binasında onun iştirakı ilə üzərində olan psixotrop maddəyə baxış keçirilmişdir. Polis bölməsində olan zaman onun barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarıldı və ona Bakı şəhəri 22 Saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim olundu. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra maddi vəziyyətinin öz hesabına vəkil tutmağa imkan vermədiyini, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra isə hövbətçi vəkil X3 iş otağına dəvət olundu və ona təqdim edilmişdir. Vəkilin iştirakı ilə barəsində tutma haqqında protokol tərtib edilmişdir. Dindirmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamış, habelə o, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdir. Həmçinin psixotrop maddəni əldə etdiyi həmin şəxsi üzdən tanısada anket məlumatlarını bilmir. O, həmin şəxsin adını, mobil nömrəsini və harada yaşaması barədə heç bir məlumatı yoxdur. (i.v. 72-74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 09 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs, Yasamal RPİ-nin MSY-də saxlanılarkən, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs olunanda zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol gözün ağıl qışasının qansızması aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış 1109-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-660/2025 saylı qərarından görünür ki, məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. (i.v. 81-84) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olan metamfetamin olmaması polis əməkdaşları tərəfindən döyülməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetaminin təmiz çəkisi 0.557 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 29) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-660/2025 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 81-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR MM-in xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2020-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə cəzası 04 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 105-107) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 108-114) Azərbaycan Respublikasının CM-nin: 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqları gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 1(004)- 267/2022 saylı, xx.xx.2022-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.507 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 avqust 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə olan metamfetamin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.507 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar