Məhkəmə qərarları › İş №1(004)-629/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-629/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-629/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 376/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 (iki) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metafetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 11 sentyabr 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 1,186 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanın qarşısına daşımış, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində o, 11 sentyabr 2025-ci il tarixdə saat 22:50də ünvan 4 ünvanın qarşısında saxlanılaraq, üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,186 qram ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının CMnin 234.1 -ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmuş, bədənində ağrılar olduğu üçün psixotrop maddə metamfetamin istifadə etmişdir. Psixotrop maddə metamfetamin istifadə etməyə onu heç kim məcbur etməmişdir. Ona verilən suallara cavab vermək iqtidarında olmuşdur. Mahiyyəti üzrə bildirir ki, 11 sentyabr 2025-ci il tarixdə səhər satlarında Nəsimi rayonu, “Kubinka” adlanana ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 10 manat pul ödəyərək bir büküm psixotrop maddə olan “patı” yəni metmafetamin alaraq götürüb şalvarının cibinə qoymuşdur ki, istifadə edər. Bir qədər gəzikdən sonra o gəzərək Yasamal raonu, A.M.Şərifzadə küçsəi 42 ünvanın qarşısına getmişdir. xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 42 saylı ünvanın qarşısında üç nəfər şəxs ona yaxınlaşaraq özlərinin Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin əməliyyat müvəkkiləri olduqlarını bildirib özləri və vəqisələrini ona təqdim etmişlər. Onlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun üzərinidə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman həmin əməkdaşlardan biri cibindən mobil telefon çıxardaraq çəkiliş aparmağa başlamışdır. Digər əməkdaşlar isə onun yanında durdular və ilk öncə onun hüquqlarını və vəzifələrini izah etmişdirlər. Daha sonra isə ona əməliyyat məlumatı aldıqarını bildirib üzərinidə qanunsuz əşya və ya predmet varsa təqdim etməyini bildirdilər. Onun üzərində psixotrop maddə olan “patı” olduğundan o heç bir etiraz etmədən əynində olan boz rəngi şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan təqdim etmişdir. Çəkiliş bitdikdən sonra onu Yasamal RPİ-nin 28-ci Polis şöbəsinə dəvət etmişdirlər. O etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman onu otaqların birinə dəvət etmişlər. Orada özünü Yasamal RPİ-nin 28-ci PŞ-nın təhqiqatçısı kimi təqdim edən Camaləddin Mehvalıyev adlı əməkdaş onun üzərindən çıxan və qablaşdırılaraq götürülmüş maddəni və çəkilişi ona təqdim etmişdir. O həmin çəkilşdə özünün olduğunu, həmin maddənin ona məxsus olduğunu, saxlanılan zaman və çəkiliş zamanı ona heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra üzərindən götürülmüş və qablaşdırılmış maddənin çəkisini və tərkibini müəyyən etmək üçün ekspertizaya yolluyacaqlarını bildirmişdirlər. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini, eləcə də əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nisbətən yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında, 28-ci PŞ-nin ə/m polis leytenantı Cəlil Qasımlı və 28-ci PŞnin ə/m polis kapitanı Şahid2 ilə birgə xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 42 ünvanının arxasında Təqsirləndirilən şəxs tərəflərindən videoçəkiliş aparılaraq saxlanılmışdır. Saxlanılarkən özlərini ona təqdim etmiş, xx.xx.1971ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri barədə məlmat verilməklə, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddəni təqdim edərək, həmin bükümün psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan kütləni tanımadığı şəxsdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında «Kubinka» adlanan ərazidən əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş büküm bir ədəd içərisi boş zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq PŞ-nə təmin olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 12 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 1). “Şübhəli şəxsin tutulması haqqında” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 22:50 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şühəli şəxs qismində tutulmuşdur. (İ/V. 30). Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddə aşkar edilərək götürülmüşdür. (İ/V. 9-10). Məhkəmə baxışı zamanı İstintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri və şübhəli şəxsin yoxlanılması prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd “DVD-R" formatlı diskinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 11 sentyabr 2025-ci il tarixdə qeydə alınmış və video çəkilişin aparıldığı ünvan Yasamal rayonu, A.M.Şərifzadə 42 ünvanının arxasıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 28- ci PŞ-nin əməliyyat müvəkkillər Şahid1, Qasımlı Cəlil və Nəhərrəmov Şükür özlərini təqdim etdikdən sonra öz yanlarında dayanmış şəxsdən özünü təqdim etməsi tələb olunmuşdur. Həmin şəxs özünü təqdim edərək xx.xx.1971 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi tələb olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və digər başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxış keçirilir və sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasında əməliyyat-axtarış tədbirlərinin keçirməyə müvəkkil edilmiş şəxslər tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürlüməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd “DVD-R” formatlı diskinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 11 sentyabr 2025-ci il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİnin 28-ci PŞ-nin xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 28ci PŞ-nin təhqiqatçısı Cəmaləddin Mehvalıyev qarşısında ayaq üstə dayanmış şəxslər isə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs və digər şəxs Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Qasımlı Cəlil, videoçəkilişi aparan şəxs isə Şahid2dur. İştirakçılar təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə kompyuter vasitəsilə baxış keçirilir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddənin qablaşdırıldığı zərflərin tamlığının pozulmadığı müəyyən edilmişdir. Təqdim olunmuş maddənin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunacağı bildirilmişdir. Bununla da çəkiliş başa çatdırılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2025-ci il tarixli 4(004)- 706/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V.78-82). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/3032 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Ş/Şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,186 qram olan ağ rəngli kristallik hissəciklərdən ibraət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi - 1,186 qram, tədqiqata sərf edildi: - 0,100 qram, qalıq - 1,086 qram. (İ/V. 45-48). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin Ambulator X1 xx.xx.2025-ci il tarixli 6147 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 115-116). “Sübutların qiymətləndirilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, aşkar olunaraq götürülmüş psixotrop maddə olan 1,186 qram metamfetamin və 02 (iki) ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,086 qram psixotrop maddə olan metamfetamin təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 02 (iki) ədəd “DVD-R” formatlı disk cinayət işinin materialına əlavə edilməsi nəzərə alınmışdır. (İ/V.121-126). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 02 (iki) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti azad edilmişdir. (İ/V. 88-89). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə hesab edilən metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlaması özünün ibtidai istintaq zamanı etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi halı, eləcə də əməlindən peşman olmasını bildirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 (iki) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxsə cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,086 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-629/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsdan 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,086 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 440 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar