Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-63/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 3, mənzil 13 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində elektrik işlədiyi ünvan 3 ünvanında yerləşən “Master” adlı avtoservisdən Zərərçəkmiş şəxs məxsus 3000 manat dəyərində “Autel” markalı, “MaxiCom MK 808” modelli diaqnostika aparatını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Onun ailəsi yoldaşı X2, 4 yaşlı qızı X1, atası X5 və anası X4 ibarətdir. Maddi çətinliyi ilə əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdə o, özünə iş axtarmağa başlamışdır. İnternetdə iş elanları saytlarında iş axtarmağa başlamış, həmin vaxt özünə məxsus 070 312 52 12 saylı mobil nömrə ilə internet saytında olan Nicat adlı şəxsin istifadəsində olan 070 620 25 25 saylı mobil nömrəsinə “Whatsapp” vasitəsilə sms yazmış və Nicata elektrik işi bacardığını bildirdikdə Nicat ona demişdir ki, servisə yaxınlaşın və onunla bu barədə söhbət edəcək. O, “Master” adlı avtoservisinə yaxınlaşaraq Nicat adlı şəxslə danışmış və onu işə götürmüşlər. Razılaşmaya görə o, 2 həftə stajor kimi işləməli, daha sonra 40 faizə razılaşmaqla maaş almalı idi. xx xxxx 2020-ci il tarixdə işin azlığından, maaşın az olmasından, karantinlə əlaqədar olaraq işlərin dayanmasından bezib işdən ayrılmaq qərarına gəlmişdir. Həmin gün o, “AZ Renter Cardan” aylığı 750 manata ** MV *** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı avtomobil götürmüşdür ki, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırsın. Avtomobilin sürət qutusunda problemlər olduğundan 240 manat xərci yaranmış və 250 manatlıq MMX cərimələri olduğuna görə sıxılmışdır. O, işdən ayrılanda iş yerində olan “Autel Maxicom MK 808” markalı diaqnostika aparatını götürüb satmaq qərarına gəlmiş və fikirləşmişdir ki, borclarını və problemlərini həll etsin. xx xxxx 2020-ci il tarixdə axşam 19 radələrində işdən çıxarkən həmin dianostika apartını özünə məxsus olan albalı rəngli çantasına qoyaraq oradan çıxmışdır. O, həmin aparatı satmaq məqsədilə aparatın şəklini çəkib “TAP.az” internet online satış səhifəsinə özünə məxsus ********** saylı mobil nömrə ilə qoymuşdur. İnternet vasitəsilə həmin aparatı sata bilməmiş və qərara gəlmişdir ki, aparatı sinif yoldaşı Şahid satsın. Şahid avtomobil sahəsində elektrik işi ilə məşğul olduğundan o, xx xxxx 2020-ci il tarixdə Vüqarın yanına gedərək həmin aparatı 450 manata satdığımı bildirdikdə Vüqar ondan aparatın kimə məxsus olmasını soruşduqda, Vüqara həmin dianostika aparatının özünə məxsus olmasını, adaptr və qutusunun evdə qaldığını, səhəri günü adaptri və qutusunu Vüqara çatdıracağımı demişdir. Aralarında olan razılaşmaya görə 380 manata dianostika aparatını Vüqara satmışdır. Səhəri gün o, özünə məxsus olan 070 312 52 12 saylı mobil nömrəni qırıb atmış və 070 448 50 82 saylı mobil nömrəni alaraq işlətməyə başlamışdır. 380 manat pulu o, avtomobilin arendasına xərcləmişdir. Sonra ödənişdə gecikmələr olduğundan “AZ RENTER CAR” şirkətinin nümayəndələri gəlib həmin avtomobili ondan Maştağada təhvil almışlar. 4 aydan sonra polis əməkdaşları onu tutaraq Yasamal RPİ-nə gətirmişlər və o, əməlini səmimi etiraf etmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 73 ünvanında yerləşən “Master” avtomobil servisini 2020-ci ilin yanvar ayından işlədir. 2020-ci ilin yanvar ayında işlətdiyi avtomobillərin diaqnostikasını yoxlamaq üçün “Autel Maxicom MK 808” markalı diaqnostika aparatı almışdır. xx xxxx 2020-ci il tarixdə tanımadığı bir nəfər şəxs onun işlətdiyi avtoservisə yaxınlaşmış, ona adının Kamil olduğunu bildirib avtoservisdə elektrik və diaqnostika işlərini görmək istədiyini demişdir. O, Kamilə avtoservisdə iki həftə staj keçdikdən sonra işləyə biləcəyini bildirmiş və Kamil də səhəri günü servisə gələrək işə başlamışdır. Karantin müddətində o, Kamildən işləməsi üçün şəxsiyyət vəsiqəsini də götürmüşdür ki, mühasibə verib qeydiyyatdan keçirsin və Kamil işə başlaya bilsin. Lakin mühasib işə gəlmədiyindən o, Kamilin şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. xx xxxx 2020-ci il tarixdə Kamil həmişə olduğu kimi axşam saatlarında işdən çıxıb getmiş, lakin səhəri gün işə gəlməmişdir. Həmin günü avtoservisdə onun başı işi qarışdığına görə o, Kamilin nəyə görə işə gəlmədiyini öyrənməmişdir. Axşam saatlarında avtoservisdə olan əşyalara baxış aparan zaman “Autel” markalı diaqnostika aparatının içərisinə baxdıqda diaqnostika aparatının qutunun içində olmadığını görmüşdür. Bu an onda şübhələr yaranmışdır ki, aparatı avtoservisdə işləyən Kamil oğurlayıb. Kamilə məxsus 070 312 52 12 nömrəli mobil nömrəyə zəng etdikdə mobil nömrənin bağlı olduğunu görmüşdür. xx xxxx 2020-ci il tarixdə o, “Tap.az” internet satışı səhifəsində araşdırma aparan zaman ona məxsus “Autel Maxicom MK 808” markalı diaqnostika aparatının Kamilə məxsus mobil nömrə ilə satışa qoyulduğunu görmüşdür.Həmin mobil nömrəyə zəng etməsinə baxmayaraq nömrə bağlı olmuşdur. “Autel Maxicom MK 808” markalı diaqnostika aparatının qiyməti 3000 manatdır və ona 3000 manat maddi ziyan dəymişdir. Kamilin avtoservisə daxil olmaq hüququ vardır və Kamilin iş saatı saat 10:00dan saat 19:00-a kimi olmuşdur. Məhkəmə əmtəəşünaslıq eksperizasının xx xxxxxx 2020ci il tarixli 9/4775 nömrəli rəyində göstərilən qiymətlə razı deyildir. Çünki “Autel” markalı, “MaxiCom MK 808” modelli diaqnostika aparatının qiyməti rəydə göstərildiyi kimi 800,00 manat yox, 3000,00 manatdır. Buna görə də ona 3000,00 manat maddi ziyan vurulmuşdur. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur və onların elə də yaxın münasibəti olmamışdır. Sadəcə olaraq hər ikisi eyni sahədə, yəni avtomobil elektronikası sahəsində çalışdığından bir-biri ilə tez-tez məsləhətləşmişlər. xx xxxx 2020-ci il tarixdə axşam saat 19 radələrində Kamil özünə məxsus 070 312 52 12 saylı mobil nömrə ilə əlaqə saxlayaraq ona satdıq avtomobil diaqnostika aparatının olmasını bildirdikdə o, Kamilə həmin diaqnostika aparatını gətirib ona göstərməsini və alıb almayacığını qərarlaşdıracağını demişdir. Kamil onun işlədiyi “Olimp” avtoservisə gəlmiş və ona yaxınlaşaraq diaqnostika aparatını göstərmişdir. Həmin aparat yaxşı vəziyyətdə olduğundan və Kamil münasib qiymətə satdığından aparatı almaq Kamildən almaq qərarına gəlmişdir. Kamil diaqnostika aparatını 450 manata satdığını ona bildirdikdə o, Kamildən diaqnostika aparatının kimə məxsus olmasını soruşmuş, Kamil aparatın onun özünə məxsus olmasını, özünə məxsus avtomobildə problem yarandığından maşınına görə xərcə düşdüyü üçün pula ehtiyacı olduğuna görə satdığını ona demişdir. Kamildən aparatın adaptrının və qutusunun niyə olmamasnı soruşduqda, Kamil ona qutunun və adaptrın evdə olduğunu və 1-2 günə gətirib ona verəcəyini demişdir. Kamildən 380 manata həmin aparatı almışdır. Sonra başı qarışdığından və sonra Kamilə zəng çatmadığı üçün Kamili tapa bilməmiş, Kamildən aparatın adaptrını və qutusunu əldə edə bilməmişdir. Təxminən 4 aydan sonra polis əməkdaşları onun işlədiyi “Olimp” avtoservisə gələrək ona almış olduğu diaqnostika aparatının oğurluq olmasını bildirmişlər. O, polis əməkdaşlarına aparatı Kamildən almağını, lakin həmin aparatın oğurluq olmasından məlumatının olmadığını və əgər məlumatı olsaydı aparatı Kamildən almayacağını demişdir. Kamildən həmin aparatı sənədsiz almış, buna səbəb Kamili tanımağı və 9 il eyni sinifdə oxuduğundan Kamilə etibar etməsi olmuşdur. Hazırda həmin “Autel MaxiCom” markalı diaqnostika aparatını könüllü təqdim etmişdir. O, həmin aparatın qiymətinin 1000 manat olmasını bilmiş, həmin aparatın işlənməsini nəzərə alıb 380 manata almışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında əvvəlcədən aparatı əldə etməyə görə hər hansı razılaşması olmamışdır. Əlavə olaraq, Şahid qeyd etmişdir ki, aparata verdiyi 380 manat ona Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin müəyyən edilərək tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 129-130-cu vərəqələrində olan xx xxxxxxx 2020-ci il təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSYdən azad edilmişdir. Cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2940 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən "Autel Maxicom MK 808” markalı diaqnostika aparatının istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800.0 manat müəyyən edilir. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 137-138-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4775 saylı ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilən 1 ədəd "Autel" markalı, "Maxicom MK 808" modelli diaqnostika aparatının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,0 manat müəyyən edilir. Cinayət işinin 136-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 126-cı vərəqəsində olan AZ-İİ seriyalı, 062798 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında xx xxxxxx 2015-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində nikah bağlanmış, nikahdan sonra ərə Əzimov, arvada isə Əzimova soyadı verilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan AZ-İİİ seriyalı, 914829 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X6r. Cinayət işinin 143-149-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “Autel” markalı, “MaxiCom MK 808” modelli diaqnostika aparatı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 04 (dörd) gün islah cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-də saxlanılan 01 (bir) ədəd “Autel” markalı, “MaxiCom MK 808” modelli diaqnostika aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 100 (bir yüz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yusubova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yusubova isə məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 04 (dörd) gün islah cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri Yasamal RPİ-də saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd “Autel” markalı, “MaxiCom MK 808” modelli diaqnostika aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, həmçinin «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat isə Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-63/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-63/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver