Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-63/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o,16 iyul 2022-ci il tarixdə saat 04 radələrində tamah niyyəti ilə gizli olaraq özgənin əmlakını talama məqsədi ilə ünvan 2 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının arxa tərəfinə gəldikdən sonra həmin binanın 2-ci giriş 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan 62 nömrəli mənzilin qonaq otağının plastik pəncərəsini istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi dəmir alətlə sındırmaqla mənzilə qanunsuz olaraq daxil olub mənzilin qonaq otağından dəyəri 200 (iki yüz) manat olan bir ədəd “Panasonic” markalı “TH-42PW5” modelli televizoru, dəyəri 400 (dörd yüz) manat olan bir ədəd “Sony Vacs” markalı musiqi mərkəzi qurğusunu iki ədəd səsgücləndiricisi ilə birlikdə, dəyəri 200 (iki yüz) manat olan bir ədəd “Dell” markalı komputer monitorunu, dəyəri 100 (bir yüz) manat olan markası olmayan bir ədəd qadın ziyafət çantası, dəyəri 500 (beş yüz) manat olan bir ədəd 100 ml-ik “Bulgari”markalı qadın ətrini, hər birinin dəyəri 5(beş) manat olan iyirmi ədəd markası olmayan dırnaq boyasını, dəyəri 80 (səksən) manat olan bir ədəd markası olmayan elektrik freza manikür cihazını, hər birinin dəyəri 160 (bir yüz altmış) manat olan iki ədəd yataq dəstini (01 ədədi bir nəfərlik, 01-ədədi iki nəfərlik), dəyəri 50 (əlli) manat olan bir ədəd “Apple” markalı İPHONE-5 mobl telefonu, hər birinin dəyəri 190 (bir yüz doxsan) manat olan Marco Tozzi markalı iki cüt qadın sandallarını, dəyəri 200 (iki yüz) manat olan bir ədəd “Paul&Shark” markalı kişi tenniskasını, dəyəri 150 (bir yüz əlli) manat olan bir ədəd “Paşmina” markalı, Hindistan istehsalı olan şərfi, mənzilin mətbəxindən dəyəri 300 (üç yüz) manat olan bir ədəd “Samsung” markalı mikrodalğalı sobanı, dəyəri 250 (iki yüz əlli) manat olan bir ədəd “Vitek” markalı “VT-4213GY” modelli multi bişiricini, dəyəri 150 (bir yüz əlli) manat olan “Vitek” markalı Mikser aparatını, hər birinin dəyəri 60 (altmış) manat olan iki ədəd xörək qazanını, hər birinin dəyəri 15 (on beş) manat olan altı ədəd nəlbəkini, dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd “Tom” markalı xurustal meyvə qabını və hər birinin dəyəri 30 (otuz) manat olan iki ədəd konfet qabını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3770 (üç min yeddi yüz yetmiş ) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda anası Şahid2 ilə birlikdə yaşamışdır. 2020-ci ildə oğurluq cinayət əməlini törətdiyinə görə Yasamal rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. 2021-ci ilin dekabr ayının 24-də cəzaçəkmə müəssisəsindən azad olunmuş, cəzaçəkmə müəssisəsindən gəldikdən sonra heç bir yerdə işləməmiş, maddi vəziyyəti çətin olduğundan oğurluq etmək niyyətinə düşmüşdür. Bu məqsədlə 2022-ci ilin yayında Bakı şəhəri Yasamal rayonu Parlament prospektindəki beşmərtəbəli binaların ətrafında gəzib sahibləri olmayan evlərdən oğurluq etmək istəmişdir. 16 iyul 2022-ci il tarixdə saat 04 radələrində Parlament prospekt ev 4 A ünvanın arxasına gəlmiş və həmin binanın 1-ci mərtəbəsində 62 nömrəli mənzilin işıqlarının yanmamasını müşahidə etmişdir. Bundan sonra binanın qarşısına gəlib qapını döymüş, heç bir cavab gəlmədiyindən evdə heç kimin olmamasına tam əmin olmuşdur. Ona görə də təkrar binanın arxasına gəlib hasar ilə dəmir qarajın arasından keçib mənzilin birinci mərtəbəsinin pəncərəsinin qarşısına gəlmiş, baxçada olan kiçik çemodanı ayağının altına qoyaraq özü ilə gətirdiyi dəmir alətlə pəncərəni aralamış və pəncərə vasitəsi ilə otağa daxil olmuşdur. Otaqlarda işıqlar yanmamış, otağın sağ küncündə olan televizoru qucağına alıb pəncərədən düşürüb baxçanın küncünə qoymuş, təkrar pəncərədən otağa keçib, 1 ədəd “Sony” markalı musiqi mərkəzi qurğusunu, səsgücləndirilərlə birlikdə,1 ədəd “Dell” markalı kompüter monitorunu, daha sonra mətbəxtdən 1 ədəd “Samsunq” markalı qısa dalğalı soba və 1 ədəd buxarla bişirilən sobanı və digər xırda əşyaları pəncərə vasitəsi ilə baxçaya yığmış, sonra isə oğurladığı əşyaları barı ilə qarajın arasından keçirib qarajın qarşısına yığaraq mobil telefonla 2111 taksi şirkətinə zəng vurub taksi çağırmışdır. Oğurladığı əşyaları markasını və nömrəsini bilmədiyi, sürücüsünü tanımadığı 30-40 yaşlarında olan kişinin taksi avtomobilinə yükləyib yaşadığı mənzilə gətirib yığmışdır. Həmin günün səhəri oğurladığı televizoru Nəsimi rayonu “Bazarstor” mağazasının sağ tərəfində olan kompüter mağazasında olan 30 yaşlarında adını bilmədiyi kişiyə 50 manata satmış, daha sonra kompüterin monitorunu Elmlər Akademiyası metrostansiyasının yaxınlığında olan mağazada işləyən kişiyə 40 manata satmışdır. Oğurladığı əşyaların pulunu şəxsi ehtiyaclarına yemək, içməyə, siqaretə və telefonuna kontur alaraq xərcləmişdir. 19 iyul 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin qarşısında Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyəti ilə maraqlanaraq, ondan etdikləri sorğu-sual zamanı mənzildən oğurluq etdiyini etiraf etmiş və oğurladığı əşyalarla birlikdə polislər onu Yasamal rayon polis idarəsinə gətirilmişdir. ünvan 5 ünvanın sahibi Zərərçəkmiş şəxs tanımamış, onunla arasında heç bir münasibət olmamışdır. Etdiyi cinayət əməlinə görə peşman olmuşdur. ünvan 5 ünvandan oğurluq cinayətini tək törətmiş və həmin oğurluğu başqa heç kimlə əlbir olub törətməmişdir. Zərərçəkmiş şəxs mənzilindən 01 ədəd qadın ziyafət çantası, 01 ədəd “Bulgari” 100 ml-ik qadın ətrini, Vitek markalı Mikser aparatı, elektrik freza manikür cihazı, 02 ədəd yataq dəsti (01 ədədi bir nəfərlik, 01-ədədi iki nəfərlik), 01 ədəd iPHONE-5 mobl telefon, 2 cüt Marco Tozzi markalı qadın sandalları, 01 ədəd (Paul&Shark) markalı kişi tenniskası, 01 ədəd “Paşmina” markalı, Hindistan istehsalı olan şərf, 02 ədəd xörək qazanı, 06 ədəd nəlbəki, 20 ədəd dırnaq boyası, 01 ədəd Tom markalı xurustal meyvə qabı və 2 ədəd konfet qablarını oğurlamamış, onun mənzilindən oğurladığı 1 ədəd “Panasonic” markalı televizoru, 1 ədəd “Sony” markalı musiqi mərkəzi qurğusunu, 1 ədəd “Dell” markalı komputer monitoru, 1 ədəd “Samsunq” markalı qısa dalğalı soba və 1 ədəd buxarla bişirilən sobanı isə istintaqa təqdim etmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçıya dəymiş ziyanın qismən aradan qaldırılmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, eyni zamanda mülki iddiaçının, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2. mənzil 61 ünvanda qeydiyyatda olsa da 2022-ci ilin yanvar ayından ünvan 7 ünvanda həyat yoldaşı X6 və azyaşlı oğlu İbrahimlə birlikdə yaşamışdır. Bakı şəhəri, Səbayıl rayonu Neftçilər prospekti 153 ünvanda yerləşən Böyük Britaniyanın BP şirkətində mühəndis vəzifəsində işləmişdir. Parlament prospekti bina 4 A. mənzil 62 ünvanda olan mənzilinin isə qapılarını bağlamış və ayda təxminən 3-4 dəfə mənzilinə baş çəkmiş, sonuncu dəfə 09 iyul 2022-ci il tarixdə evinə baş çəkdiyi və hər bir şey normal vəziyyətdə olmuşdur. 16 iyul 2022-ci il tarixdə saat 15 radələrində Zağulba qəsəbəsindən Bakı şəhərinə gəlmiş və evinin qapısını açaraq mənzilə daxil olduqda mənzilin səliqəsinin pozulmasını, qonaq otağının pəncərəsinin açıq olmasını görmüşdür. Naməlum şəxs, yaxud şəxslər mənzilin arxa hissəsindən pəncərənin dayaq çərçivəsini dəmir alətlə sındıraraq otağa daxil olaraq dəyəri 200 (iki yüz) manat olan bir ədəd “Panasonic” markalı “TH-42PW5” modelli televizoru, dəyəri 400 (dörd yüz) manat olan bir ədəd “Sony Vacs” markalı musiqi mərkəzi qurğusunu iki ədəd səsgücləndiricisi ilə birlikdə, dəyəri 200 (iki yüz) manat olan bir ədəd “Dell” markalı komputer monitorunu, dəyəri 100 (bir yüz) manat olan markası olmayan bir ədəd qadın ziyafət çantası, dəyəri 500 (beş yüz) manat olan bir ədəd 100 ml-ik “Bulgari”markalı qadın ətrini, hər birinin dəyəri 5(beş) manat olan iyirmi ədəd markası olmayan dırnaq boyasını, dəyəri 80 (səksən) manat olan bir ədəd markası olmayan elektrik freza manikür cihazını, hər birinin dəyəri 160 (bir yüz altmış) manat olan iki ədəd yataq dəstini (01 ədədi bir nəfərlik, 01-ədədi iki nəfərlik), dəyəri 50 (əlli) manat olan bir ədəd “Apple” markalı İPHONE-5 mobl telefonu, hər birinin dəyəri 190 (bir yüz doxsan) manat olan Marco Tozzi markalı iki cüt qadın sandallarını, dəyəri 200 (iki yüz) manat olan bir ədəd “Paul&Shark” markalı kişi tenniskasını, dəyəri 150 (bir yüz əlli) manat olan bir ədəd “Paşmina” markalı, Hindistan istehsalı olan şərfi, mənzilin mətbəxindən dəyəri 300 (üç yüz) manat olan bir ədəd “Samsung” markalı mikrodalğalı sobanı, dəyəri 250 (iki yüz əlli) manat olan bir ədəd “Vitek” markalı “VT-4213GY” modelli multi bişiricini, dəyəri 150 (bir yüz əlli) manat olan “Vitek” markalı Mikser aparatını, hər birinin dəyəri 60 (altmış) manat olan iki ədəd xörək qazanını, hər birinin dəyəri 15 (on beş) manat olan altı ədəd nəlbəkini, dəyəri 120 (bir yüz iyirmi) manat olan bir ədəd “Tom” markalı xurustal meyvə qabını və hər birinin dəyəri 30 (otuz) manat olan iki ədəd konfet qabını ümumilikdə 3770 manat məbləğində əmlakını gizli talayıb oğurlamışdır. Oğurluq barəsində Yasamal RPİ-nin 26-cı PB-ə ərizə ilə müraciət etmiş və polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mənzilindən oğurluq hadisəsini Bakı şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Həmçinin mənzilindən oğurlanmış qadın üçün əşyalar: 01 ədəd qadın ziyafət çantası, 01 ədəd “Bulgari” 100 ml-ik qadın ətrini, 01 ədəd elektrik freza manikür cihazı, 2 cüt Marco Tozzi markalı qadın sandalları, 20 ədəd dırnaq boyası və 01 ədəd Tom markalı sandallarını 2017-ci ildə vəfat etmiş anası X4 tərəfindən ona hədiyyə edilmiş, həmin əşya və sandalları heç kimə verməmiş və mənzilində saxlamışdır. Təqsirləndirilən şəxs qadına aid əşya və sandalları oğurlamaqla ona maddi zərər vurmuş, həmin əşya və sandalların arvadına məxsus deyil və ona da aidiyyəti olmamışdır. Məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6886 nömrəli rəyində əmlakinın talanması ilə bağlı olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 440 manat, cəmi 1130 manat müəyyən edilməsi ilə razı olmamış, mənzilindən əmlakının oğurlanması ilə Təqsirləndirilən şəxs əmlakını talamaqla ona ümumilikdə 3770 manat məbləğində ziyan vurmuşdur.Hazırda ona dəymiş ziyandan 1920 manat dəyərində əşyalar ona qeri qaytarılmış, lakin digər ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yerləşən N COMP kompüter servis mərkəzini icarə müqaviləsi əsasında işlətmişdir. Əsasən elektron və kompüter avadanlıqlarının təmiri, alışı və satışı ilə fəaliyyət göstərmişdir. ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır.17 iyul 2022-ci il tarixdə saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi N COMP kompüter servis mərkəzinə əlində gətirərək kompüterin monitoru satmaq istədiyini bildirmişdir. Ondan kompüter monitorunun kimə məxsus olmasını, monitorun oğurluq olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs da kompüterin özünə məxsus olmasını, oğurluq əşya olmadığını, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Almaq istədiyi kompüter monitorunun üzərinə 5-10 manat qoyub satmaq üçün Təqsirləndirilən şəxs 40 manat pul verib kompüterin monitorunu almışdır. Lakin kompüterin monitorunu sata bilməmiş, polis əməkdaşları Təqsirləndirilən şəxsla onun işlədiyi N COMP kompüter serviz mərkəzinə gəldikdə kompüter monitorunun oğurluq yolu ilə əldə edib ona satmasını bilmişdir. Təqsirləndirilən şəxs ona satmış olduğu kompüterin monitorunu istintaqa könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs aldığı kompüterin monitorunun oğurluq yolu ilə əldə etdiyini əvvəlcədən bilməmiş, onu tanıdığından və təqdim etdiyi kompüterin monitorunun özünə məxsus olduğuna inanıb ondan almışdır.Təqsirləndirilən şəxs ona ancaq bir ədəd kompüterin monitoru satmış, başqa vaxtı hər hansı bir məişət və elektrik əşyaları, kompüter avadanlıqları və televizor satmamış, yaxud təklif etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Oğlu Məmməd əvvəllər oğurluq cinayət hadisəsi törətdiyindən məhkumluq həyatı yaşamışdır. Məmməd 2021-ci ilin dekabr ayının 24-də cəzaçəkmə müəssisəsindən azad olunaraq evlərinə gəlmiş, heç bir yerdə işləməmişdir. Onun mənzildən oğurluq etməsini və Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulması xəbərini 19 iyul 2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-dən mobil telefon vasitəsi ilə xəbər verildikdə bilmişdir. Uzun müddət xəstə olduğudan ev şəraitində müalicə olunmuş və Məmmədin oğurluq etməsindən xəbəri olmamışdır. Məmmədlə otaqları ayrı-ayrı olmuşdur. Onun evdən nə vaxt çıxmasını, nə vaxt qayıtmasından xəbəri olmamışdır. Oğlu Məmmədin oğurluq edərək evinə əşya, əmlak gətirməsindən xəbərim olmamış, hal-hazırda da polis tərəfindən evində axtarış aparılmasına etiraz etməmişdir. Oğlunun cinayət əməllərindən onun xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 Şafa oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 67 ünvanda yerləşən “№
1. Elektronika “ Serviz Mərkəzini icarə əsasında işlətmiş, əsasən köhnə televizorların, elektron və kompüter avadanlıqlarının alqı satqısı, təmiri ilə məşğul olmuşdur. 17 iyul 2022-ci il tarixdə saat təxminən 15 radələrində əvvəllər tanımadığı şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs serviz mərkəzinə daxil olaraq özünə məxsus olan köhnə televizoru satmaq istədiyini bildirmiş, ona televizoru gətirməsini bildirdikdə Təqsirləndirilən şəxs da bir ədəd işlənmiş və hal hazırda istifadə olunmayan köhnə buraxılışlı 01 ədəd “Panasonic” markalı televizoru gətirib ona 100 manata təklif etmişdir. Təqsirləndirilən şəxs televizorun kimə məxsus olmasını, oğurluq yolu ilə əldə edib etməməsini soruşmuş, o, da televizorun özünə məxsus olmasını, maddi cəhətdən sıxıntısı olduğu üçün satdığını bildirmişdir. Təqsirləndirilən şəxs satdığı televizoru 50 manat verəcəyini bildirmişdir. O, da onunla razılaşmış ondan nağd olaraq 50 manat pul alıb getmişdir. O, isə televizoru kompüter mərkəzində saxlamış, lakin televizoru alan olmamışdır. 19 iyul 2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PŞ-nin əməkdaşları gələrək Təqsirləndirilən şəxs satdığı “Panasonic” markalı televizorun oğurluq yolu ilə əldə edib ona satdığını bildirərək ondan televizoru götürmüşlər. Təqsirləndirilən şəxs ona satmış olduğu 01 ədəd “Panasonic” markalı televizorun əvvəlcədən oğurluq yolu ilə əldə edildiyini bilməmiş, əgər bilsə idi ondan televizoru almaz və bu barədə dərhal polisə xəbər verərdi. Təqsirləndirilən şəxs ona ancaq 01 ədəd “Panasonic” markalı televizor satmış başqa vaxt hər hansı bir elektrik əşyaları, kompüter avadanlıqları, televizor və geyim əşyaları satmamış, yaxud satmağı təklif etməmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan 19 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 91-92-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 iyul 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 163-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6886 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən mallar 1 ədəd qiyməti 200 manat, Yaponiya istehsalı olan “Panasonic” markalı “TH- 42PW5” modelli, 42 düymlü, boz rəngli televizor, 1 dəst qiyməti 240 manat, “Sony Vacs” markalı, qara rəngli musiqi mərkəzi 02 ədəd səsgücləndirici ilə birlikdə, 1 ədəd qiyməti 70 manat “Dell” markalı, boz rəngli komputer monitor, 1 ədəd qiyməti 100 manat “Samsung” markalı, ağ rəngli mikrodalğalı soba, 1 ədəd qiyməti 80 manat Vitek” markalı “VT-4213GY” model multi bişirici cəmi 690 manat, təqdim ediməyən mallar 1 ədəd qiyməti 10 manat qadın ziyafət çantası, tamamilə qaşlı, ölçüləri 7x12 sm, dairəvi, 1 ədəd qiyməti aydın deyil qadın üçün Bulgari 100 ml, 1 ədəd qiyməti 30 manat Mikser Vitek markalı, 1 ədəd qiyməti 20 manat elektrik freza manikür cihazı qutuda 30x20 sm, yataq dəsti öz qutularında (01 ədədi tək nəfərlik, 01-ədədi iki nəfərlik), 1 ədəd qiyməti 80 manat iPHONE-5 mobl telefon, 2 cüt qiyməti 50 manat qadın sandalları (marko Tozzi) markalı, 1 ədəd qiyməti 40 manat kişi tenniskası “Paul&Shark”, 1 ədəd qiyməti 20 manat şərf Paşmina (Hindistan istehsalı) 150x60 sm, 2 ədəd qiyməti aydın deyil xörək qazanı,15 ədəd qiyməti 2 manat, cəmi 30 manat nəlbəki qutuda 20x20 sm, 20 ədəd qiyməti aydın deyil dırnaq boyaları 30x15 sm, 1 ədəd qiyməti 80 manat xurustal meyvə qabı (Tom) diametri 50 sm, 2 ədəd qiyməti 15 manat, ümumi qiyməti 30 manat, cəmi 440,00 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 690,00 manat müəyyən edilir. Qərarda göstərilən 11 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 440,00 manat müəyyən edilir. Digər 3 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, materialı, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 164-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 172-182-ci vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Tashir oğlunun cinayət əməli nəticəsində gizli talanmış: bir ədəd “Panasonic” markalı “TH-42PW5” modelli televizoru, bir ədəd “Sony Vacs” markalı musiqi mərkəzi qurğusunu iki ədəd səsgücləndiricisi ilə birlikdə, bir ədəd “Dell” markalı komputer monitoru, bir ədəd “Samsung” markalı mikrodalğalı soba və bir ədəd “Vitek” markalı “VT-4213GY” modelli multi bişirici istintaqın gedişində maddi sübut kimi tanınaraq qəbzlə məhkəmə hökmü qüvvəyə minənədək Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 140-151-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və məhkəmə hökmünə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarxli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi göstərilmiş, lakin Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, eyni zamanda mülki iddiaçının, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçıya dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 19 iyul 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Panasonic” markalı “TH- 42PW5” modelli televizoru, bir ədəd “Sony Vacs” markalı musiqi mərkəzi qurğusunu 02 (iki) ədəd səsgücləndiricisi ilə birlikdə, 01 (bir) ədəd “Dell” markalı komputer monitoru, 01 (bir) ədəd “Samsung” markalı mikrodalğalı soba və 01 (bir) ədəd “Vitek” markalı “VT- 4213GY” modelli multi bişirici sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 60 saata görə 360 manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili M.T.Şahmarova isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq 22 saylı və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülməlidir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunaraq Zərərçəkmiş şəxs dəymiş maddi ziyana görə və ödədiyi dövlət rüsumuna görə ümumilikdə 1894.20 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Panasonic” markalı “TH-42PW5” modelli televizoru, bir ədəd “Sony Vacs” markalı musiqi mərkəzi qurğusunu 02 (iki) ədəd səsgücləndiricisi ilə birlikdə, 01 (bir) ədəd “Dell” markalı komputer monitoru, 01 (bir) ədəd “Samsung” markalı mikrodalğalı soba və 01 (bir) ədəd “Vitek” markalı “VT-4213GY” modelli multi bişirici sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 60 saata görə 360 manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq 22 saylı və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesabına köçürülsün. Mülki iddia qismən təmin olunsun və ümumilikdə 1894.20 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən:Murad Məmmədov