Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-63/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğlunun iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarınını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda,sonuncunun əri, yəni Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilərək Yasamal Rayon Məhkəməsinin 04(004)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-1764/2022-nömrəli hökmü ilə 03(üç)il 06(altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X3 15.000(on beş min) manat müqabilində həbsdən azad olunması üçün vəkil tutaraq iddia ərizəsi yazdıracağı, ekspertiza rəylərində təqsirləndirilənin xeyrinə dəyişikliklər etdirəcəyi, cəzanın yüngülləşdirilməsi üçün zəruri olan sənədləri əldə edib hazırlayacağı, istintaq təcridxanasında Teyyub Dəmirovla görüşəcəyi imkanına malik olması görüntüsü yaratmaqla aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ünvan 2 ünvanda 2022-ci ilin sentyabr ayının ortalarında qızı X1 vasitəsilə göndərdiyi 6.000(altı min) manat, 2022-ci ilin sentyabr ayının ikinci yarısında yaşadığı ünvan 3 ünvanda 2.000(iki min) manat, 2022-ci ilin sentyabr ayının sonlarında həmin ünvanda 380(üç yüz səksən) manat, 20 (iyirmi) manat, 600 (altı yüz) manat hissələrlə cəmi 1.000(bir min) manat, həmin tarixdə və ünvanda 500(beş yüz) manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı ünvanda hissələrlə istifadəsində olan “leo” elektron kart hesabına 1000 (bir min) manat, 200 (iki yüz) manat, 300 (üç yüz) manat, 100 (yüz) manat mədaxil etdirməklə cəmi 1600 (bir min altı yüz) manat, 2022-ci ilin oktyabr ayının sonlarında ünvan 4 ünvanda hissələrlə 25 (iyirmi beş) manat, 800 (səkkiz yüz) manat,180 (yüz səksən) manat olmaqla cəmi 1005 (bir min beş) manat və 2022-ci ilin noyabr ayında ünvan 5 ünvanda hissələrlə 50 (əlli) manat,150 (yüz əlli) manat olmaqla cəmi 200 (iki yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 12,305 (on iki min üç yüz beş) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o hüquqşünasdır, lakin hüquqi fəaliyyətlə məşğul olmur və işləmir. X6 isə onun qonşusudur. Dəqiq xatırlamadığı tarixdə mağazada olan zaman Zərərçəkmiş şəxs qızları Zülfiyyə və Zərxanım ona yaxınlaşaraq ataları Teyyub Dəmirovun cinayət əməli törətməkdə təqsirləndirildiyi üçün dörd aydır ki, həbsə olduğunu ona bildirmişlər və onların hüquqi məsələlərdən başı çıxmadığı üçün bu məsələdə köməklik göstərməsini ondan xahiş etmişdirlər. O, bu məsələ ilə bağlı vəkilə müraciət etməyi onlara məsləhət görmüş, lakin onlar bildirmişdirlər ki, vəkil atalarının cinayət işi ilə bağlı heç bir işlə məşğul olmur və məhkəmə qarşısında vəsatət qaldırmır. Bundan sonra o, Teyyub Dəmirovun cinayət işi ilə bağlı Emiliya və onun qızlarına kömək etmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Teyyub Dəmirova daha yüngül cəza təyin olunmasında kömək edəcəyinə dair söz vermiş və ondan bu məqsədlə 6500 manat məbləğində pul tələb etmişdir. Zərərçəkmiş şəxs onun bu təklifi ilə razılaşaraq həyat yoldaşının işi ilə bağlı ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 6500 manat məbləğində pul vermişdir. Həmin müddət ərzində o, Zərərçəkmiş şəxs ilə birlikdə Teyyub Dəmirovun ürək xəstəsi olması ilə əlaqədar sənədlər toplamağa başlamış, T.Dəmirovu özəl klinikaya gətirərək yenidən müayinə etdirmiş və onun öz adından yazılan ərizəsi əsasında tibb müəssisəsinə müraciət edərək tibbi kartoçkasını əldə etmişdir. Bundan başqa o, Emiliyaya onun 2-ci qrup əlil olması, qızlarının tənha ana olmalarına dair sənədlərin əldə olunmasında köməklik etmiş və lazımi bütün sənədləri toplayaraq məhkəmə qarşısında çıxış etməsi üçün Teyyub Dəmirovun vəkilinə vermişdir. Məhkəmə icraatının sonunda Teyyub Dəmirov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun bu məsələdə yeganə məqsədi hüquqi savadı olduğu üçün Zərərçəkmiş şəxs kömək etmək və özü üçün 600 manat məbləğində mənfəət qazanmaq olmuşdur. O, heç bir zaman Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək onun pulunu ələ keçirmək niyyətində olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X7 onun həyat yoldaşıdır. 2022-ci ilin iyun ayının əvvələrində Teyyub Dəmirov cinayət əməli törətməkdə təqsirləndirildiyi üçün həbs edilmiş edilmişdir. Dəqiq xatırlamadığı tarixdə qızı Zərxanım mağazada gördüyü Nərgiz adlı xanımla danışdığını və atasının cinayət işi ilə bağlı azadlığa çıxmasında onlara kömək edə biləcəyini ona bildirmişdir. O, Nərgizin təklifini qəbul edərək ona ərinin cinayət işi ilə bağlı köməklik göstərməsi üçün pul verməyə razı olmuşdur. Lakin Nərgiz ondan bu məsələ ilə bağlı ümumi bir məbləğ tələb etməmiş, müxtəlif vaxtlarda müəyyən qədər məbləğin lazım olduğunu bildirərək ona tələb etdiyi həmin məbləği vermişdir. İlk dəfə onun qızı Zərxanım Qarayeva Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Hind” klinikasının yanında Nərgizin tanışı İsgəndər adlı şəxslə görüşərək Nərgizə çatdırması üçün ona 6000 manat məbləğində pul vermişdir. Bundan sonra o, Nərgizin tələbi ilə yaşadığı ünvan 3 ünvanda 2.000 manatı ona şəxsən özü vermişdir. Bundan başqa o, xatırlamadığı tarixdə yaşadığı ünvanda Nərgizə 380 manat, 20 manat, 600 manat, 500 manat hissələrlə cəmi 1.500 manat məbləğində pul, başqa bir tarixdə yaşadığı ünvanda hissələrlə 25 manat, 800 manat,180 manat olmaqla cəmi 1005 manat məbləğində pul, daha sonra başqa bir vaxtda, lakin həmin ünvanda hissələrlə 50 manat, 150 manat olmaqla cəmi 200 manat məbləğində pul vermişdir. O, həmçinin xatırlamadığı tarixdə yaşadığı ünvanda hissələrlə Nərgizin istifadəsində olan “leo” elektron kart hesabına 1000 manat, 200 manat, 300 manat, 100 manat mədaxil etdirməklə cəmi 1600 manat məbləğində pul mədaxil etdirmişdir. Təqsirləndirilən şəxs ona əri T.Dəmirovun azadlığa çıxacağına dair vəd verməklə aldatma yolu ilə onun ümumilikdə 12,305 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs onların qonşusudur. 2022-ci ilin iyun ayının əvvələrində onun atası Teyyub Dəmirov cinayət əməli törətməkdə təqsirləndirildiyi üçün həbs edilmişdir. Dəqiq xatırlamadığı tarixdə yaşadıqları ünvan 3 ünvanda yerləşən evin yaxınlığındakı mağazada olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq atasının həbsdə olmasından xəbərdar olduğunu və özünün əvvəllər hüquqşünas olduğunu bildirərək ona atasının azadlığa çıxmasında köməklik edə biləcəyini bildirmişdir. O, Nərgizə anası ilə məsləhətləşməli olduğunu bildirərək onu yaşadıqları evə dəvət etmişdir. Nərgiz Rəhimova onların yaşadıqları evə gələrək anası Zərərçəkmiş şəxs ilə tanış olmuş və ona əri Teyyub Dəmirovun azadlığa çıxması üçün köməklik edə biləcəyini bildirmişdir. X10 təklifi ilə razılaşaraq dəqiq xatırlamadığı tarixdə 6.000 manat məbləğində pulu Nərgizə çatdırılması üçün ona vermiş, o da həmin pulu Nərgiz ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Hind” klinikasının yanında görüşərək ona vermişdir. Bundan sonra Nərgiz müxtəlif vaxtlarda anası Emiliyadan hissə-hissə olmaqla 15.000 manata yaxın pul almışdır. O, həmçinin Nərgizin istifadəsində olan “leo” elektron kart hesabına müxtəlif məbləğlərdə, yəni 100 manat, 200 manat, 300 manat pul olmaqla ümumilikdə 1000 manatdan artıq məbləğində pul mədaxil etdirmişdir. Lakin məhkəmə icraatının sonunda atası Teyyub Dəmirov məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Bundan sonra Nərgiz Rəhimova tərəfindən anası Zərərçəkmiş şəxs aldadılaraq ona məxsus pulların dələduzluq yolu ilə ələ keçirilməsi onlara məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Götürmə haqqında” 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs əlyazma formasında apardığı qeydlərə əsasən Təqsirləndirilən şəxs həmin pul vəsaitlərini ondan 6.000+2.000 manat, 380 manat, 20 manat, 600 manat cəmi 1.000 manat, 500 manat, 1000 manat, 200 manat, 300 manat, 100 manat,cəmi 1600 manat, 25 manat, 800 manat,180 manat olmaqla cəmi 1005 manat, 50 manat, 150 manat olmaqla cəmi 200 manat məbləğlərdə, hissə-hissə olmaqla ümumilikdə 12.305 (on iki min üç yüz beş) manat məbləğinin qeydlərinin aparıldığı təsdiq olunmuşdur. (i.v. 12-13) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-1764/2022 saylı hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 3 (üç) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə X4 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X3 həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilmiş və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyun 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 25-30) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X5 təxminən 2021-ci ilin iyun ayında tanımışdır. Həmin vaxt o, ünvan 6 ünvanda kirayədə yaşadığından Emilya ilə cox yaxın qonşuluq münasibətləri olmuşdur. 2022-ci ilin sentyabr ayında Emilyanın qızları Zülfiyyə və Zərxanım ona yaxınlaşaraq ataları Teyyub Dəmirovun Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edildiyini və onlara bu məsələdə nə kimi köməklik edə biləcəyini soruşmuş və o, isə bu barədə maraqlanıb onlara cavab deyə biləcəyinə söz vermişdir. Həmin işlə maraqlandıqda Teyyub Dəmirovun barəsində cinayət işi üzrə istintaqın yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini öyrənərək onlara bu barədə məlumat vermişdir. Emilyaya və onun qızlarına X3 ürək xəstəliyindən əziyyət çəkməsini, arvadının 2-ci qrup əlil olmasına, qızlarının tənha ana olmalarına dair sənədlərin əldə olunmasında köməklik etmiş, hətta həmin işlə bağlı Hacı-zadə Vahid Şahin oğlu adlı vəkillə görüşərək Teyyub Dəmirovun işini onunla müzakirə etmişdir. Hətta sonradan ona məlum olmuşdur ki, Teyyuba dair əldə etdiyi sənədlər ona verilmişdir. Buna baxmayaraq sonradan ona məlum olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Teyyub Dəmirov Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin ifadəsində qeyd etmişdir ki, X3 işi ilə bağlı ona Zərərçəkmiş şəxs və ya qızları tərəfindən 15.000 manat deyil, 2022-ci ilin sentyabr-noyabr ayları ərzində hissə-hissə olmaqla ümumilikdə 12,305 manat ona pul verilmiş və həmin məbləği Teyyub Dəmirova köməklik göstərməsi üçün kirayədə yaşadığı ünvan 7 ünvanda, Zərərçəkmiş şəxs özünün ünvanında, kart hesabına göndərilməklə Yasamal rayon ərazisində ona çatdırılmış, lakin Məhkəmə tərəfindən Teyyub Dəmirovun həbs olunduğunu bildikdən sonra ona hər hansı formada köməklik göstərə bilməmişdir. Hazırda onda olan,yəni Zərərçəkmiş şəxs aldığı 12,305 manat pulu yaxın zamanlarda özünə qaytaracaqdır. (i.v. 106-108) “Baxış keçirmə haqqında” 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Baxış keçirmə zamanı iş üzrə Zərərçəkmiş şəxs alyazma formasında apardığı qeydlərdə 6.000+2.000 manat, 380,20,600.cəmi 1.000 manat, 500 manat, 1000,200,300,100 manat,cəmi 1600 manat, 25, 800,180 manat olmaqla 1005 manat, 50, 150 manat olmaqla 200 manat, ümumilikdə 12,305 (on iki min üç yüz beş) manat pulun qeydlərinin aparıldığı müəyyən olundu və Zərərçəkmiş şəxs qeydlərə aydınlıq gətirərək bildirdi ki, Təqsirləndirilən şəxs ərinin həbsdən azad olunmasına köməklik edəcəyi adı ilə 2022-ci ilin sentyabr ayının əvvəllərindən həmin ilin noyabr ayınadək ümumilikdə ondan 12.305 manat pul almışdır. Həmin məbləğin ilk 6.000 manatını qızı Zərxanımın vasitəsilə ona göndərmiş, qalan pullarıda öz evində, onun qonşuluqda yaşadığı ünvan 10 ünvanda,kart hesabına köçürmə və sonda yenə öz evində həmin pulları ondan əri, yəni 2022-ci ilin 08 iyun tarixində Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs seçilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X3 15.000 manat müqabilində həbsdən azad olunması üçün vəkil tutaraq iddia ərizəsi yazdıracağı, ekspertiza rəylərində təqsirləndirilənin xeyrinə dəyişikliklər etdirəcəyi, cəzanın yüngülləşdirilməsi üçün zəruri olan sənədləri əldə edib hazırlayacağı, istintaq təcridxanasında Teyyub Dəmirovla görüşəcəyini deyərək bu kimi vasitələrlə hissə-hissə olmaqla ünvan 11 ünvanda 2022-ci ilin sentyabr ayının ortalarında qızı X1 vasitəsilə göndərdiyi 6.000 manat, 2022-ci ilin sentyabr ayının ikinci yarısında yaşadığı ünvan 3 ünvanda 2.000 manat, 2022-ci ilin sentyabr ayının sonlarında həmin ünvanda 380,20,600 manat hissələrlə 1.000 manat, həmin tarixdə və ünvanda 500 manat,2022-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı ünvanda hissələrlə istifadəsində olan “leo” elektron kart hesabına 1000,200,300,100 manat mədaxil etdirməklə 1600 manat, 2022-ci ilin oktyabr ayının sonlarında ünvan 10 ünvanda hissələrlə 25, 800,180 manat olmaqla 1005 manat və 2022-ci ilin noyabr ayında ünvan 3 ünvanda hissələrlə 50, 150 manat olmaqla 200 manat, ümumilikdə 12,305 (on iki min üç yüz beş) manat pulunu verdiyi vədə əməl etmədən ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Həmin pulları qızlarının iştirakında ona vermişdir. (i.v. 109-110) 19 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə istintaq zamanı vermiş olduğu ifadəsini təkrar etmiş və sonuncunun onun ərinin 15.000 manat müqabilində azadlığa buraxılmasına köməklik göstərəcəyini yalandan vəd verməklə etibarından sui-istifadə edərək 2022-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində yaşadığı Bakı şəhəri,Yasamal rayonu ərazisində hissəhissə olmaqla ümumilikdə 12.305 manat məbləğində pulunu ələ keçirdiyini bildirmiş, və Təqsirləndirilən şəxs isə onun ifadəsində göstərilənləri etiraf edərək Zərərçəkmiş şəxs 15.000 manat deyil, onun ərini həbsdən azad etdirəcəyini vəd verməklə ümumilikdə 12,305 manat məbləğində pul aldığını və yaxın zamanlarda qaytaracağına söz verməklə təsdiq etmişdir. (i.v. 132-134) "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs məxsus hesabsan çıxarışdan görünür ki, X2 Təqsirləndirilən şəxs hesabına xx.xx.2022-ci il tarixdə 400 və 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1 manat məbləğdə pullar mədaxil etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarınını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda,sonuncunun əri, yəni Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilərək Yasamal Rayon Məhkəməsinin 04(004)- 487/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)- 1764/2022-nömrəli hökmü ilə 03(üç)il 06(altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X3 15.000(on beş min) manat müqabilində həbsdən azad olunması üçün vəkil tutaraq iddia ərizəsi yazdıracağı, ekspertiza rəylərində təqsirləndirilənin xeyrinə dəyişikliklər etdirəcəyi, cəzanın yüngülləşdirilməsi üçün zəruri olan sənədləri əldə edib hazırlayacağı, istintaq təcridxanasında Teyyub Dəmirovla görüşəcəyi imkanına malik olması görüntüsü yaratmaqla aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ünvan 2 ünvanda 2022-ci ilin sentyabr ayının ortalarında qızı X1 vasitəsilə göndərdiyi 6.000(altı min) manat, 2022-ci ilin sentyabr ayının ikinci yarısında yaşadığı ünvan 3 ünvanda 2.000(iki min) manat, 2022-ci ilin sentyabr ayının sonlarında həmin ünvanda 380(üç yüz səksən) manat, 20 (iyirmi) manat, 600 (altı yüz) manat hissələrlə cəmi 1.000(bir min) manat, həmin tarixdə və ünvanda 500(beş yüz) manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı ünvanda hissələrlə istifadəsində olan “leo” elektron kart hesabına 1000 (bir min) manat, 200 (iki yüz) manat, 300 (üç yüz) manat, 100 (yüz) manat mədaxil etdirməklə cəmi 1600 (bir min altı yüz) manat, 2022-ci ilin oktyabr ayının sonlarında ünvan 4 ünvanda hissələrlə 25 (iyirmi beş) manat, 800 (səkkiz yüz) manat,180 (yüz səksən) manat olmaqla cəmi 1005 (bir min beş) manat və 2022-ci ilin noyabr ayında ünvan 5 ünvanda hissələrlə 50 (əlli) manat,150 (yüz əlli) manat olmaqla cəmi 200 (iki yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 12,305 (on iki min üç yüz beş) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs məxsus hesabdan çıxarışdan görünür ki, X2 Təqsirləndirilən şəxs hesabına xx.xx.2022-ci il tarixdə 400 və 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1 manat məbləğdə pullar mədaxil etmişdir. İstintaq orqanı zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs bank hesabına cəmi 1600 (bir min altı yüz) manat mədaxil etməsi barədə ittiham vermişdir. Lakin "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs məxsus hesabdan çıxarışdan görünür ki, X2 Təqsirləndirilən şəxs hesabına cəmi 1051 (bir min əlli bir) manat mədaxil etmişdir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi zərərin məbləği 11.756 (on bir min yeddi yüz əlli altı) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Yasamal RPİ-nin 26-cı PB-nin 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da saxlanılmışdır. (i.v. 72) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-570/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 106-108) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən şərti maliyyə vahidinin 2500 misli miqdarında cərimə edilmişdir. (i.v. 115-116) Nəsimi rayon məhkəmə icraçıları şöbəsinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü tam icra edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2008-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, onun bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş 11756.00 (on bir min yeddi yüz əlli altı) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğluna məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 11756.00 (on bir min yeddi yüz əlli altı) manat məbləğində maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğluna məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirlədirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-63/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-63/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver