Məhkəmə qərarları › İş №1(004)-63/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-63/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-63/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçilər – Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs4 övladları, həqiqi hərbi xidmətə çağırılan çağırışçılar Şahid3 və Şahid2 həqiqi hərbi xidmətdən tərxis etdirəcəkləri barədə yalan vəd verib aldadaraq, 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Bravo” hipermarketin qarşısındakı dayanacaqda cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Zərərçəkmiş şəxs2 1000 manat və Zərərçəkmiş şəxs4nm 1000 manat pulunu ələ keçirməklə, bundan sonra həmin vədlə 05 may 2022-ci il tarixdə ünvan 5 ünvanındakı evin həyətində cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Zərərçəkmiş şəxs2 4000 manat və Zərərçəkmiş şəxs4 4000 manat pulunu ələ keçirməklə, daha sonra həmin vədlə 25 may 2022-ci il tarixdə ünvan 6 ünvanındakı evin qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Zərərçəkmiş şəxs2 4000 manat və Zərərçəkmiş şəxs4 4000 manat pulunu ələ keçirməklə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Zərərçəkmiş şəxs2 9000 manat və Zərərçəkmiş şəxs4 9000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, qrup üzvləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X2 övladı, həqiqi hərbi xidmətə çağırılan çağırışçı Zərərçəkmiş şəxs3 həqiqi hərbi xidmətdən tərxis etdirəcəkləri barədə yalan vəd verib aldadaraq, 16 iyun 2022-ci il tarixdə ünvan 6 ünvanındakı evin qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Məzahir Mansurovun 9000 manat pulunu ələ keçirməklə, bundan sonra həmin vədlə 20 iyun 2022-ci il tarixdə ünvan 6 ünvanındakı evin qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Məzahir Mansurovun 3000 manat pulunu ələ keçirməklə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Məzahir Mansurovun 12000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, qrup üzvləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həqiqi hərbi xidmətə çağırılan çağırışçılar Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs3 həqiqi hərbi xidmətdən tərxis olunmaları ilə bağlı guya yaranmış müvafiq problemləri aradan qaldıracaqları barədə yalan vəd verib aldadaraq, 07 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Space” teleşirkətinin inzibati binasının qarşısındakı parkda Zərərçəkmiş şəxs1 özünə məxsus 7000 manat pulunu nağd şəkildə alıb ələ keçirməklə, qrup üzvləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs4 övladları, həqiqi hərbi xidmətə çağırılan çağırışçılar Şahid3 və Şahid2 həqiqi hərbi xidmətdən tərxis etdirəcəkləri barədə yalan vəd verib aldadaraq, 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Bravo” hipermarketin qarşısındakı dayanacaqda cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Zərərçəkmiş şəxs2 1000 manat və Zərərçəkmiş şəxs4 1000 manat pulunu ələ keçirməklə, bundan sonra həmin vədlə 05 may 2022-ci il tarixdə ünvan 5 ünvanındakı evin həyətində cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Zərərçəkmiş şəxs2 4000 manat və Zərərçəkmiş şəxs4 4000 manat pulunu ələ keçirməklə, daha sonra həmin vədlə 25 may 2022-ci il tarixdə ünvan 6 ünvanındakı evin qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Zərərçəkmiş şəxs2 4000 manat və Zərərçəkmiş şəxs4 4000 manat pulunu ələ keçirməklə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Zərərçəkmiş şəxs2 9000 manat və Zərərçəkmiş şəxs4 9000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, qrup üzvləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X2 övladı, həqiqi hərbi xidmətə çağırılan çağırışçı Zərərçəkmiş şəxs3 həqiqi hərbi xidmətdən tərxis etdirəcəkləri barədə yalan vəd verib aldadaraq, 16 iyun 2022-ci il tarixdə ünvan 6 ünvanındakı evin qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Məzahir Mansurovun 9000 manat pulunu ələ keçirməklə, bundan sonra həmin vədlə 20 iyun 2022-ci il tarixdə ünvan 6 ünvanındakı evin qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə nağd şəkildə alınmış Məzahir Mansurovun 3000 manat pulunu ələ keçirməklə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə Məzahir Mansurovun 12000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, qrup üzvləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həqiqi hərbi xidmətə çağırılan çağırışçılar Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs3 həqiqi hərbi xidmətdən tərxis olunmaları ilə bağlı guya yaranmış müvafiq problemləri aradan qaldıracaqları barədə yalan vəd verib aldadaraq, 07 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Space” teleşirkətinin inzibati binasının qarşısındakı parkda Zərərçəkmiş şəxs1 özünə məxsus 7000 manat pulunu nağd şəkildə alıb ələ keçirməklə, qrup üzvləri arasında bölünüb şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham edilmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə, yəni X4 övladının işi ilə bağlı 9000 manatın Kənan tərəfindən verilmədiyi və Samir adlı tanışına çatan 7000 manatın isə ona çatmamasına görə özünü təqsirli bilməmiş və qalan epizodlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda adı çǝkilǝn pulları aldığı zaman heç bir yerdǝ işlǝmǝmiş vǝ tǝxminǝn bir ay ǝvvǝl işdǝn çıxmışdır. 2022-ci il tarixində Həsən ona zəng edərək müəyyən şəxsləri hərbi xidmətdən tərxis etdirmək lazım olduğunu bildirǝrǝk, ondan bu işi həll etməsini xahiş etmişdir. Hərbi xidmətdən tərxis etdirilməsi lazım olan şəxslərdən biri Bakı şəhəri, Nəsimi rayonunda, digəri isə Bakı şəhəri Nərimanov rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. O, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs4 övladları olan həqiqi hərbi xidmətə çağırılan çağırışçılar Şahid3 və Şahid2 həqiqi hərbi xidmətdən tərxis etdirəcəkləri barədə maraqlandıqdan sonra Həsənə zəng edərək Bakı şəhəri, Nəsimi rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin işini 8000 manat, Bakı şəhəri, Nərimanov rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin işini isə 8500 manat qarşılığında hǝll olunacağını bildirmişdir. Həsən bu pullardan ǝlavǝ, 1000 manatın onunla özünə çatacağını Kənana bildirmişdir. X27 aldığı 2000 manatı ona beh verǝrǝk işləri düzəldiləcək şəxslərin sənədlərini gətirmiş və o, həmin puldan 500 manat Həsənə vermişdir. Dərhal işi görəcək adamla, yəni İqballa danışaraq mǝsǝlǝnin hǝll olunmasını tapşırmışdır. Daha sonra Hǝsǝn, Kǝnandan qalan 7000 manatı götürǝrǝk ona vermişdir. Həmçinin, Mansurov Mǝzahir Musa oğlunun, yǝni hǝqiqi hǝrbi xidmǝtǝ çağırılan Zərərçəkmiş şəxs3 Mǝzahir oğlunun hǝqiqi hǝrbi xidmǝtdǝn tǝrxis olunması üçün pulu şǝxsǝn Kǝnandan aldığını qeyd etmişdir. Bundan sonra o, iş görǝn şǝxs olan İqbalın işdǝn çıxarıldığını vǝ onun barǝsindǝ cinayǝt işi açıldığını öyrǝnmişdir. Buna görǝ dǝ, işin hǝll olunması mümkün olmamışdır. Daha sonra Qurbanov Kǝnan Natiq oğlunu çağıraraq, Şahid3, Şahid2 vǝ Zərərçəkmiş şəxs3 həqiqi hərbi xidmətdən tərxis olunmaları ilə bağlı yaranmış müvafiq problemlǝrin Samir adlı şǝxs tǝrǝfindǝn aradan qaldırılacağını bildirmiş və Kǝnandan 7000 manatı alaraq, onu Samirə vermişdir. Kənandan aldığı puldan müxtǝlif ödənişlər etmiş, ittihamda qeyd olunan sonuncu epizodla bağlı isə 7000 manatı almadığını, Samir adlı tanışının aldığı üçün ona aid olmadığını bildirmişdir. Həsənin işin alınmayacağından xəbəri olmadığını, əldə olunan pul məbləğindən 500 manatı ona verdiyini və 50 manatı isə Kənan ona pul gǝtirǝrkǝn iş müqabilində yox, maliyyə vəziyyətinin yaxşı olmaması səbəbindən “cib xərci” kimi Həsənə verdiyini ifadǝ etmişdir. Hadisələr zamanı o, bir dəfə telefonda zərərçəkimiş şəxs olan Rizvanla danışmış, digər zərərçəkmişləri isə görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Həsəni uzun müddətdir tanıdığını, Həsənin onun müxtəlif şəxslərin hǝrbi xidmǝtdǝn tǝrxis olunmasının həlli ilə bağlı işlərlə məşğul olduğunu bildiyini, İqbal adlı şəxslə iş gördüyünü, İqbalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü işlədiyini, bundan əvvəl bir neçə şəxsin işini həll etdiyini, Sevilin işi üçün 8000 manat, Rizvanın işi üçün isə 8500 manat istədiyini, pulu alıb İqbal adlı şəxsə verdiyini, ümümilikdə 24500 manat pul aldığını, bunun içindǝn 14000 manat pulu Həsənlə birlikdə qaytarıldığını, ibtiadi istintaq zamanı Kənandan soruşduqda isǝ “Niyǝ 37000 manat şikayǝt etmisǝn?” sualına cavab olaraq mǝcbur qaldığını bildirdiyini, zǝrǝrçǝkmiş şǝxslǝrdǝn pul almadığını, yalnız Qurbanov Kǝnandan pul aldığını, Həsənlə əvvəlcədən hər hansı bir razılıq olmadığından ona pul verǝcǝyinǝ dair söz vermǝdiyini, Musanın işi ilə bağlı Kənanın ona 3000 manatı verən zaman maliyyə vəziyyətinin yaxşı olmaması səbəbindən Həsənə 50 manat “cib xərci” verdiyini, həmin 50 manatın işlə heç bir aidiyyəti olmadığını, Kənandan aldığı puldan İqbala 14000 manat çatdığını və qalan pulu öz ehtiyaclarına sǝrf etdiyini bildirmişdir. Həmçinin ibtiadi istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında olan ziddiyətlərin olmasını izah etməmişdir. Məhkəmə istintaqının davam etdiyi növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs1 suallara cavab olaraq bildirmişdir ki, Hǝsǝn, onların işlǝri alınmadığına görǝ evǝ gǝlib qapısını döymüşdür. Hǝmin vaxt evdǝ anası tǝk olmuşdur. Sonradan Hǝsǝn evin qapısının “gözlüyünü” qırmış və evin içərisinə düşmüşdür. O, evǝ gǝldikdǝ isǝ anasının halının pislǝşdiyini görüb vǝ onu hǝkimǝ aparmışdır. Hǝsǝnin işin alınmayacağı barǝdǝ mǝlumatı olub-olmaması sualına isǝ Kǝrim, özünün dǝ işin alınmayacağından xǝbǝri olmadığı üçün Hǝsǝnin bu mǝlumatı bilmǝsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə Kərimlə Kənanı tanış etdiyi hissədə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1ı 2013-cü ildən tanıyır və birlikdə işlǝyiblǝr. Təxminən 2022-ci ilin aprel aylarında Kənan ona zəng edərək qohumlarının uşaqlarını hərbi xidmətdən tərxis etdirmək istədiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində adam axtardığını bildirmişdir. O da bir müddət sonra Kənana zəng edərək bu işləri görən tanışının Kərim adlı şəxs olduğunu bildirmişdir. Sonra Kənana hərbi xidmətdən tərxis etdirilməsi lazım olan şəxslərdən hər birinə görə 8000 və 8500 manat pul lazım olduğunu, həmin şəxslərin işinin həllinə dair Kərim ilə ona 1000 manat pul qalacağını bildirmişdir. Bundan sonra Kənan Rizvan və Sevilin işinə görə, yəni 2 uşağa görə, ona 2000 manat beh vermiş, o da pulu Kərimə vermişdir. Kərim isǝ hǝmin puldan ona 500 manat pul vermişdir. Kərimin yaşadığı evin yanında Kənan onun işirakı ilə 5000 manat pulu Kərimə vermişdir. Bundan bir həftə sonra Kənan özü Kərimə 2000 manat pul vermişdir. Beləliklə, Kənan Ruslanın işinə görə Kərimə 3 dəfədə cəmi 9000 manat pul vermişdir. Bundan bir neçə gün sonra Kənan 5000 manat pulu düzəldib onunla birlikdə həmin pulu yenə də Kərimin kirayədə yaşadığı binanın həyətində Kərimə vermişdir. Kərim demişdir ki, işlər düzəlir. Təxminən 3-4 gündən sonra Kərim özü Kənana zəng edǝrǝk Raminin işinə görə 5000 manat pulu istəmiş, bundan ona məlum olmuşdur ki, Kənan 5000 manat pulu Kərimə yenidən kirayədə yaşadığı binanın həyətində vermişdir. Daha sonra ona məlum olmuşdur ki, X17 rayonunun Gǝnclik ǝrazisindǝ görüşǝrǝk 4000 manat pulu Kərimə vermişdir. Beləliklə, Kərim Ruslan və Raminin işinə görə Kənandan ümumilikdə 18000 manat pul almışdır. Daha sonra Kərimin yaşadığı binanın yanında Kənanla görüşmüş və orada, Kənan digər Musa adlı şəxsə görə Kərimə 3000 manat pul vermişdir. Kərim yenə də Kənana söz vermişdir ki, hər 3 şəxsin işi düzələcək və onlar hərbi xidmətdən tərxis olunacaqlar. Lakin 2022-ci ilin iyul ayının 5-də Kənan zəng edǝrǝk demişdir ki, Kərimlə birləşib onu aldatmışlar, həmin şəxslərin üçü də hərbi xidmətə gedir, üstǝlik, bununla bağlı görüşüb danışsınlar. Öz avtomobili ilə Kərimin kirayədə yaşadığı binanın həyətinə gəlmiş, Kənan da özünə məxsus ağ rəngli “Mitsubishi Pajero” markalı avtomobillə oraya gəlmişdir. X29 özləri danışmış, o, öz avtomobilində oturmuş və onların yanına düşməmişdir. Kənan orada demişdir ki, Kərim ona deyib ki, bir nəfər şəxs var, hər iki uşağın işlərini həmin şəxs düzəldəcəkdir. Kərimin dediyi şəxsin adını Kənan ona bildirmǝmişdir. Bundan sonra Kənan demişdir ki, Kərim onu Samir adlı şəxslə tanış etmiş, Samir adlı şəxslə “Space TV” kanalının yanında görüşüblər. Orada Kənan şəxsən Kərimə 7000 manat pul vermiş, Kərim də 7000 manat pulu Samir adlı şəxsə vermişdir. Bütün bunlara baxmayaraq Kərim işi düzəldə bilməmişdir və Kənan zəng edib narazılığını bildirərək demişdir ki, hər üç şəxs hərbi xidmətə gedib, pullarını qaytarsınlar. Kənana demişdir ki, Kərimlə danışar, kimdə nə pul var qaytarılar. O, dǝfǝlǝrlǝ Kǝrimǝ demişdir ki, Kənanın pullarını qaytarsınlar. Lakin Kərim bildirmişdir ki, pulları İqbal adlı şəxsə verib. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2, İqbalı tanımadığını, lakin Kǝrimin işlǝrin İqballa bağlı olduğunu demǝsinǝ görǝ bu barǝdǝ mǝlumatlı olduğunu bildirmişdir. Daha sonra isə Məzahirin işi ilə bağlı Kənan ilə birlikdə Kərimin yanına getmiş, ona işin pulunu Kǝnanın verdiyini qeyd etmişdir. Bu zaman Kərim ona 50 manat verərək cib xərcliyi etməsini bildirmişdir. Digər işlərdən isə xəbəri olmadığını vurğulamışdır, çünki həmin dövrdə iş həll olunmadığı üçün Kərimlə münasibətləri pozulmuşdur. Həmçinin, 7000 manatın Kərim və Samir adlı şəxsə verilməsi zamanı orda olmamışdır. İş alınmadığı üçün dəfələrlə Kərimin yaşadığı ünvana gedərək qapısını döydüyünü, o sırada qapını açmadığı üçün evin qapısının “gözlüyünü” qırdığını bildirmişdir. Kərimin verdiyi vədləri yerinə yetirməyəcəyindən xəbərinin olub-olmaması barǝdǝ isǝ, Kǝrimǝ inanaraq pulu vǝ sǝnǝdlǝri ona verdiyini vǝ hǝmin vaxt Kǝrimin 500 manat da hǝr iki işǝ görǝ ona verǝcǝyini bildirdiyini, lakin bunu Kǝnana pulu almadan ǝvvǝl demǝli olduğunu qeyd etmiş və Kənan isə buna razılıq vermişdir. Kənana avtomobilini sataraq ödəmiş olduğu 7000 manatı, əslində Kərimə borc kimi razılaşaraq ödǝdiyini, həmin vaxt Kənanın pis qalmaması üçün vǝ söhbǝtin sakitlǝşmǝsi mǝqsǝdilǝ bu ödǝnişi etdiyini vurğulamışdır. Kənanla Kərimi tanış etməyində məqsədi dostu olan Kənanın işinin düzəlməsi olmuşdur. Həmçinin ibtiadi istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında olan ziddiyətlərin olmasını müstəntiq tərəfindən ətraflı yazılmadığını və həyacanlı olduğundan oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2022-ci il tarixində qohumları uşaqlarını hərbi xidmətdən tərxis etdirmək üçün ondan kömək etmǝsini xahiş etmişlər. O da Həsən adlı dostuna müraciət edərək belə bir məsələ olduğunu bildirmişdir. Həsənlə uzun müddət eyni şirkətdə işlǝyiblǝr. Həsən ona bu işlərlə məşğul olan bir adamın olduğunu bildirmiş, bir uşağa görǝ 8500 manat, digǝrinǝ görǝ isǝ 8000 manat lazım olduğunu demişdir. Eyni zamanda, işin hǝll olunması üçün 8000 manatdan 1000 manat, 8500 manatdan isə 500 manat qazancları olduğunu qeyd etmişdir. O da bu məsələni uşaqların valideynlərinə bildirmişdir və onlar da razılaşmışlar. Daha sonra o, iki uşağa görə, Rizvan və Sevilin işində 2000 manat Həsənə öz cibindən beh vermişdir. İkinci ödəniş zamanı isə 4000 manat pul Həsənə vermişdir. Həsənlə birlikdə Kərimin yanına gedərək orada Həsən 4000 manat pulu sayaraq Kərimə vermişdir. Ondan sonrakı ödənişləri isə Rizvanla 7-ci mikrorayonda S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksinin ərazisində görüşüb ondan Ramin və Ruslanın işinə görə ümumilikdə 10000 manaat pul almışdır. Rizvanın verdiyi 10000 manat puldan Həsənə beh kimi özündən verdiyi 2000 manat pulu götürmüş və həmin tarixdə saat 11 radələrində 7-ci mikrorayonda S.S.Axundov küçəsi, 3C ünvanında Həsənin yaşadığı binanın həyətində görüşüb ona 4000 manat pul vermişdir. Həmin vaxta kimi Ramin və Ruslanın işinə görə Rizvandan aldığı 10000 manat pulu Kərimə verilmişdir. 2000 manat pulu Həsənə verənə qədər Kərimi tanımamış, onunla yalnız Həsənin mobil telefonu ilə danışmışdır. Həsən və Kərim demişlər ki, işin düzəlməsi bir az vaxt aparacaq, onların zəngini gözləməlidir. Təxminən 2022-ci ilin may ayının ortalarına kimi Kərimi gözləmişdir. Bundan sonra Həsən zəng edib demişdir ki, Kərim qalan pulu istəyir, deyir ki, pul çatmalıdır ki, iş düzəlsin, proses yekunlaşır. Bu barədə Rizvana demiş və Rizvan, oğlu Ruslanın işinə görə qalan 4000 manatı, bacısı oğlu Raminin anası Sevil xanımdan 4000 manat pul alıb, ümumilikdə 8000 manat pulu gətirib 25 may 2022-ci il tarixdə saat təxminən 17 radələrində 7-ci m/r-da S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksinin ərazisində görüşmüş və orada Rizvan ona Ruslan və Raminin işinə görə 8000 manat pul vermiş, o da Həsənə zəng edib demişdir ki, 8000 manat pul hazırdır, hardadısa pulu versin. Həsən də Kərimin mobil telefon nömrəsini verib demişdir ki, Kərimlə əlaqə saxlasın, 8000 manat pulu aparıb ona versin. Həmin günü saat 19 radələrində Kərimin mobil telefon nömrəsinə zəng edib onunla axşam saatlarında yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Əli İsgəndərov küçəsi, ev 67 saylı binanın blokunun qarşısında görüşüb 8000 manat pulu Kərimə vermişdir. Kərim pulu sayıb cibinə qoyaraq demişdir ki, narahat olmasın, Ramin və Ruslanın hərbidən tərxis olunmaları işini gördüyü şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun müavininin sürücüsü İqbal adlı şəxsdir. Kərim demişdir ki, Ramin və Ruslanın məsələsini İqbal adlı sürücü ilə düzəldir, əvvəllər də İqbal adlı şəxslə başqa şəxslərin də məsələsini həll etmişdir. Kərim Ramin və Ruslanın hərbidən təxris olunmalarına görə 25 may 2022-ci il tarixə kimi olan müddətdə ondan 18000 manat pul almışdır. Həmin 18000 manat pulun 9000 manat pulu Rizvanın, 9000 manat pulu isə Sevil xanımın olmuşdur. Kərimə inanmış, Ramin və Ruslanın valideynləri olan Sevil xanım və Rizvana zəng edib onların hər ikisinə Kərimin ona dediyi sözləri onlara deyərək bildirmişdir ki, Kərim deyib ki, iş düzəldəcəkdir. Həmin vaxtlar Ruslan Nəsimi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarəyə getmiş və oradan ona tibbi komisiyadan keçməsi üçün göndəriş vermişlər. Ruslanın gözlərində problemi olmuş, Ruslan da göndəriş əsasında komissiyadan keçib sənədləri Nəsimi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarəyə təqdim etmişdir. Ruslana çağırış vərəqəsi verilməmiş, onlar da inanmışlar ki, Həsən və Kərim həqiqətən də Ramin və Ruslanın hərbidən təxris olunmalarına köməklik etmişlər. Belə olan halda 2022-ci ilin may ayının axırlarında Rizvan demişdir ki, onun bir nəfər Məzahir adlı tanışı var, həmin şəxs istəyir ki, övladını hərbidən tərxis etdirsin. Rizvan demişdir ki, bu barədə Kərimlə danışsın, mümkündürsə həmin Məzahir adlı şəxs də 9000 manat pul verǝcǝk, onun övladı Musanı da hərbi xidmətdən tərxis olunmasına köməklik etsinlər. Bu barədə Rizvanın dediyi vaxtda Kərimlə danışmış, Kərim demişdir ki, Musanın da hərbi xidmətdən tərxis olunmasına köməklik etməsi mümkündür, 9000 manat pulu təcili çatdırsın. 16 iyun 2022-ci il tarixdə saat təxminən 17 radələrində Rizvanla danışıb Nərimanov rayonu, Gənclik Metrosunun yaxınlığında görüşüb ondan 9000 manat pul alıb həmin günü saat təxminən 19 radələrində Kərimin kirayədə yaşadığı Binəqədi rayonu, 4-cü mikrorayon, Əli İsgəndərov küçəsi ev 67 saylı binanın blokunun qarşısında görüşüb Musanın işinə görə 9000 manat pulu Kərimə vermişdir. Kərim yenə də söz vermişdir ki, Musanın işinə görə aldığı 9000 manat pulu İqbala verəcək, Ramin, Ruslan və Musanın hərbi xidmətdən tərxis olunmaları işini İqbal düzəldəcəkdir. Bir neçə gündən sonra Kərim zəng edib bildirmişdir ki, Musa hansısa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarədə olubmu?. O, bu barədə Rizvana zəng edib ondan soruşmuş, Rizvan demişdir ki, uşağın atası Məzahirdən soruşub məlumat verəcəkdir. Daha sonra Rizvan zəng edib demişdir ki, həmin uşaq Nəsimi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə şöbədə olub, həmin uşağa çağırış da veriblər ki, 2022-ci ilin iyul ayının 6-da çağırışda olsun. Bu barədə Kərimə zəng edib ona demiş, Kərim demişdir ki, əgər həmin uşağa çağırış gəlibsə, bu məsələ çətinliklə həll olunur, əlavə 3000 manat pul lazımdır ki, iş düzəlsin. Bu barədə Rizvana demiş, Rizvan da 20 iyun 2022-ci il tarixdə saat təxminən 16 radələrində həmin uşağın atası Məzahirdən 3000 manat pul alıb gətirib Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Bakı Village” yaşayış massivinin yaxınlığında ona vermiş, o da həmin 3000 manat pulu götürüb Kərimin yaşadığı Nəsimi rayonu, 4-cü m/r, Əli İsgəndərov küçəsi ev 67 saylı binanın blokunun qarşısında görüşüb 3000 manat pulu Kərimə vermişdir. 3000 manat pulu Kərimə verən zaman Həsən də Kərimin yanına gəlmiş, 3000 manat pulu Kərimə verən zaman bunu Həsən də görmüşdür. 2022-ci ilin iyul ayının 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon İdarəsindən zəng edib Ruslan və Musanı hərbi xidmətə çağırmışlar. İş alınmayan zaman Rizvan zəng edib narazılığını bildirərək demişdir ki, Ramin, Ruslan və Musanın hərbi xidmətdən təxris olunmalarına ümumilikdə 30000 manat pul veriblər, uşaqları hərbi xidmətə aparırlar, Kərim və Həsən onları aldadıblar, pullarını qaytarsınlar. Bunu bilən kimi Kərimə zəng edərək yaşadığı ünvana getmiş və onunla görüşüb demişdir ki, bu nə məsələdir, uşaqları hərbi xidmətə aparırlar. Kərim demişdir ki, guya ki, uşaqların işinə görə pul verdiyi İqbal adlı şəxs telefona cavab vermir, ola bilsin ki, İqbalı tutublar. Kərimə demişdir ki, o, İqbal adlı şəxsi tanımır, pulu ondan o, alıb, uşaqların işini də düzəldəcəyini ona o, söz verib. Kərim demişdir ki, bir müddət gözləsin iş düzələcəkdir. Kərimə demişdir ki, Ramin, Ruslan və Musanı hərbi xidmətə aparırlar, ondan aldıqları 30000 manat pulu qaytarsın, pulları sahiblərinə qaytaracaq, iş düzəltmirlər, məqsədləri pulları dələduzluq yolu ilə ələ keçirməkdir. Həmin vaxtı Kərimin yanında birinci dəfə gördüyü bir nəfər Rahim adlı tanışı olmuşdur. Kərimlə danışdıqdan sonra Rizvanla şəhərdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk adına parkda görüşmüş və Rizvana demişdir ki, Kərimlə danışıb, Kərim deyib ki, uşaqları hərbidən saxlatdıracaqdır. Bu vaxt Kərim Rizvanın yanında olduğu vaxt zəng edib yaşadığı ünvana çağırmış, Rizvanla birlikdə Kərimin yanına yaşadığı ünvana getmişlər. Kərim Rizvanın yanında demişdir ki, bir nəfər Samir adlı şəxs var, Samir adlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarənin baş həkiminin tanışıdır, Samir adlı şəxs Ramin, Ruslan və Musanın hərbidən təxris olunmalarını həmin baş həkimlə danışacaq, uşaqlar hərbi xidmətə getməyəcəklər. Buna görə həmin Samir adlı şəxsə əlavə 7000 manat pul verilməlidir. Orada Rizvanla məsləhətləşmişlər ki, 7000 manat pulu Kərimin dediyi Samir adlı şəxsə versinlər ki, uşaqlar hərbi xidmətə getməsinlər. Sonra Rizvan, Kərim, Kərimin tanışı Rahim adlı şəxs və o, birbaşa Space televiziyasının qarşısındakı parka gəlmişlər. Orada Kərim əvvəllər tanımadığı Samir adlı şəxsə yaxınlaşaraq bir-biri ilə salamlaşıb görüşmüşlər. Həmin vaxt Kərimin tanışı olan Rahim adlı şəxs də Samir adlı şəxslə salamlaşıb görüşmüş, başa düşmüşdür ki, Kərim, Samir və Rahim adlı şəxslər bir-birini uzun müddətdir ki, tanıyırlar. Sonra Samir adlı şəxs demişdir ki, gözləsinlər gəlir. Bir qədər sonra Samir adlı şəxs qayıdıb onların yanına gələrək Kərimə yaxınlaşıb təxminən 10 dəqiqə Kərimlə danışdıqdan sonra onlar Rizvan və onu yanlarına çağırmışdır. Kərim ona və Rizvana demişdir ki, Samir adlı şəxs hər üç uşağı bir il hərbidən saxlatdırmağa görə ümumilikdə 7000 manat pul istəyir. O da Kərimə inanıb demişdir ki, 7000 manat pul verər təki iş alınsın. Rizvana bu barədə demiş, Rizvan da ona acıqla demişdir ki, 7000 manat pulu özündən versin, onun pulu yoxdur, öz oğlu Ruslana görə artıq 9000 manat pul vermişdir. O da işin düzəlməsi üçün 07 iyul 2022-ci il tarixdə saat təxminən 18 radələrində ünvan 7 ünvanda yerləşən “Space TV” kanalının qarşısındakı parkda özündən 7000 manat pulu həmin yerdə Kərimə vermiş, Kərim də ondan aldığı 7000 manat pulu sayıb Samir adlı şəxsə vermişdir. Samir və Kərim demişlər ki, səhəri günü saat 15 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon İdarəsində baş həkimin yanına yaxınlaşsınlar, artıq hər iki uşağı tapşırılıblar. Səhəri günü o, Rizvan, Musa və Ruslanla birlikdə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon İdarəsinə gəlmişlər. Lakin orada onları heç kim qəbul etməmiş, demişlər ki, onlara heç kim heçnə deməyib, baş həkim də işdə yoxdur. Kərimə zəng edib ona iradını bildirərək demişdir ki, onları aldadırlar, 37000 manat pulu təcili qaytarsın, iş düzəldən deyildirlər, onları aldadırlar. Kərim də Samir adlı şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsini vermiş, Samir adlı şəxsə zəng etsə də, onun telefonuna zəng çatmamışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq, Həsənin ona 500 manat Kərimlə tanış etdiyi üçün pul qalacağını bildirmiş, 50 manatın isə Kərimin ona “cib xərci” kimi verdiyini, Həsənlə uzun illərdir dost olduğunu və birlikdə işlədiklərini, Həsənin Kərimin niyyətindən xəbəri olmadığını, Həsənin bütün ödənişlərdən məlumatı olduğunu, yalnız Musanın işində 9000 manat verilməyindən xəbəri olmadığını vurğulamışdır. Çünki həmin işlərdə Həsənin marağı olmamışdır. Həmçinin Həsənə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bəzi ödənilən pulların onun tərəfindən Kərimə verilməsi zamanı Həsənin iştirak etməsi isə dost olmaları səbəbindən, onların tez-tez görüşmələri ilə bağlı olduğunu qeyd etmişdir. Həmçinin ibtiadi istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında olan ziddiyətlərin olmasını müstəntiq tərəfindən ətraflı yazılmadığındığından belə olduğunu izah etmişdir. Bundan başqa digər zərərçəkmiş şəxslərin maddi ziyanlarının ödənilməsini təmin etmək məqsədilə onlara ümumilikdə 30.000 manat məbləğində vəsait ödəyini qeyd etmişdir. Növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs1 suallara cavab olaraq Həsənlə danışan zaman ilk iki epizodda hər uşağa görə Kərimlə birlikdə 1000-1500 manat qazancları olacağını, onların qazancı olmalarını uşaqların valideynlərinə bildirdiyini, Həsəngil Məzahirin işindən pul aldığı zaman Kərimin heç bir səbəb olmadan Həsənə 50 manat “cib xərci” edəsən deyərək pul verdiyini, daha sonra Həsən işlərin alınmadığını görüb pulun qaytarılmasını tələb etmək məqsədilə Kərimin evinə gedərək Kərimin qapısını möhkəm döydüyünə görə münasibətlərinin pozulduğunu bildirmişdir. Çarpaz dindirmə zamanı Həsən ilk 2000 manatı Kərimə verdikdən sonra 5000 manat yox, 4000 manat verdiyini təsdiq etmiş, üzərindən çox vaxt keçdiyi üçün rəqəmləri səhv sala biləcəyini qeyd etmiş, həmçinin Kərim də 4000 manat olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində bildirmişdir ki, Şahid3 onun oğludur. Ruslan 2001-ci ilin aprel ayının 13-də Bakı şəhərində anadan olmuş, 2018-ci ildə Azərbaycan İqtisad Universitetinə qəbul olduqdan sonra 2022-ci ilin yay aylarında həmin Universiteti bitirmişdir. Bundan başqa 2002-ci il tarixli Şahid2 bacısı Sevilin oğludur. Bacısı oğlu Ramin 2018-ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub, 2022-ci il tarixdə həmin Akademiyanı bitirmişdir. Oğlu Ruslan və bacısı oğlu Ramin ali məktəbdə oxuduqları müddətdə istəmişdir ki, oğlu Ruslan və bacısı oğlu Ramini hərbi xidmətdən təxris etdirsin. Bunun üçün bir neçə tanışlarına müraciət etdikdən sonra 2022-ci ilin aprel ayında bir nəfər Zərərçəkmiş şəxs1 adlı tanışı müraciət etmişdir ki, onun tanışları var, oğlu Ruslanı və bacısı oğlu Ramini hərbi xidmətdən təxris olunmalarına köməklik edə bilər. Kənana demişdir ki, həmin şəxslə danışsın, oğlu Ruslan və bacısı oğlu Raminin hərbi xidmətdən təxris olunmalarına köməlik etsin. Sonra Kənan gəlib demişdir ki, o, Həsən və Kərim adlı şəxslərlə danışıb, Kərim özünü Kənana Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Xidmətinin rəisinin sürücüsü kimi təqdim etmiş, Kənana oğlu Ruslan və bacısı oğlu Raminin hərbi xidmətdən təxris olunmalarına köməklik edəcəyini demişdir. Kənan demişdir ki, oğlu və bacısı oğlunun hərbi xidmətdən təxris olunmalarına köməklik etmək üçün Kərim ondan hər adama görə 9000 manat, ümumilikdə 18000 manat pul istəmişdir. Kənanla razılaşmış və demişdir ki, oğlu Ruslan və bacısı oğlu Raminə görə 18000 manat pulu verər onların hərbi xidmətdən təxris olunmalarına köməklik olunsun. Sonra 2022-ci ilin aprel ayının ortalarında Kənanla Binəqədi rayonu, 7-ci m/r, S.S.Axundov küçəsində yerləşən «Union Park» yaşayış kompleksi ərazisində görüşüb orada oğlu Ruslan və bacısı oğlu Raminin şəxsiyyət vəsiqələrinin surətini və 10000 manat pulu Kənana vermiş, 5000 manat pulu öz oğlu Ruslana görə, bacısı Zərərçəkmiş şəxs4 isə 5000 manat pulu öz oğlu Raminə görə vermişdir. Kənan ondan 10000 manat pulu, oğlu Ruslan və bacısı oğlu Raminin şəxsiyyət vəsiqəsini alıb demişdir ki, ondan aldığı 10000 manat pulu Kərim adlı şəxsə verəcək, oğlu Ruslan və bacısı oğlu Ramin hərbi xidmətdən təxris olunmaları işini Kərim düzəldəcəkdir. Kənan demişdir ki, oğlu Ruslan və bacısı oğlu Ramin hərbi xidmətdən təxris olacaqdır. 10000 manat pulu Kənana verdikdən sonra 2022-ci ilin may ayında Kənan zəng edib demişdir ki, Kərimgil deyir ki, qalan məbləği yəni hər uşağa görə 4000 manat, ümumilikdə 8000 manat pulu versin. O, da 4000 manat pulu öz oğluna görə, bacısı Sevil isə 4000 manat pulu oğlu Raminə görə ona vermiş, 2022-ci ilin may ayında 8000 manat pulu götürüb Kənanla Binəqədi rayonu, 7-ci m/r, S.S.Axundov küçəsində yerləşən «Union Park» yaşayış kompleksi ərazisində görüşüb 8000 manat pulu ona vermişdir. Kənan demişdir ki, həmin 8000 manat pulu Kərim və Həsən adlı şəxsə verəcəkdir. 2022-ci ilin iyun ayına kimi bu işlə maraqlanmamış, sonra bu barədə Kənanla danışdıqda demişdir ki, Kərim deyir ki, narahat olmasınlar iş düzəlib, uşaqlar hərbi xidmətə getməyəcəklər və hərbi xidmətdən təxris olunacaqlar. Sonra digər tanışı Mansurov Məzahir müraciət edərək demişdir ki, o, da istəyir ki, övladı Musa hərbi xidmətdən təxris olunsun, ona demişdir ki, bir nəfər Kənan adlı şəxs var, Kənanın tanışı olan Kərim bu işə köməklik edə bilər, bunun üçün Kərimgil 12000 manat pul istəyir. Məzahir demişdir ki, 12000 manat pulu verir, təki övladı hərbi xidmətdən təxris olunsun. Məzahirlə 1-ci m/r ərazisində görüşüb ondan 12000 manat pulu götürüb Kənanla Gənclik metrosu yaxınlığında görüşüb ona Musanın işinə görə 12000 manat pul vermiş, demişdir ki, Məzahirin oğlu Musanın da hərbi xidmətdən təxris olunmasına köməklik etsin. Kənan demişdir ki, Məzahirin oğlu Musanın işinə görə verdiyi 12000 manat pulu da Kərimə verəcəkdir. Kərim Musanın da hərbi xidmətdən təxris olunmasına köməklik edəcəkdir. Beləliklə də Kənana oğlu Ruslana görə 9000 manat, bacısı oğlu Raminə görə 9000 manat, tanışı Məzahirin oğlu Musaya görə 12000 manat pul, ümumilikdə 30000 manat pul vermişdir. 2022-ci ilin iyun ayının ortalarında görmüşdür ki, övladı Ruslan, bacısı oğlu Ramin və tanışı Musanın hərbi biletləri verilmir, bu barədə Kənana demişdir ki, nə üçün uşaqların hərbi biletləri verilmir. Kənan demişdir ki, Kərim və Həsənlə danışıb bu barədə ona məlumat verəcəkdir. Kənan demişdir ki, Kərim və Həsənlə danışıb, onlar deyir ki, heç bir problem yoxdur, iş düzəlib. 2022-ci ilin iyul ayında övladı Ruslan, bacısı oğlu Ramin və tanışı Musanın adına hərbi xidmətə getmələri üçün çağırış, SMS gəlmiş və bunu bilən kimi dərhal Kənana zəng edib ona öz iradını bildirmişdir. Kənan demişdir ki, Kərim və Həsənlə danışıb ona məlumat verəcəkdir. Sonra Kənanla birlikdə Kərimin kirayədə yaşadığı Nəsimi rayonu, 4-cü m/r-da yerləşən evinə getmişlər. Orada Kərim yalandan demişdir ki, guya ki, uşaqların işini danışıb, uşaqlar hərbi xidmətə getməyəcəklər. Kərimə demişdir ki, nə üçün onu aldadırlar, ondan alınan 30000 manat pulu qaytarsın. Orada Kərim uşaqların işinə görə Kənandan 30000 manat pul almasını etiraf etmiş, demişdir ki, həqiqətən də Kənandan 30000 manat pulu almışdır. Kərim demişdir ki, iş gedir, narahat olmasınlar. Orada Kərimə demişdir ki, nə üçün onu aldadırlar, iş düzəlmir, uşaqlara çağırış vərəqəsi və SMS gəlib, pulu qaytarsınlar. Kərim yenə də onu arxayın etmişdir ki, guya ki, iş düzəlir. Görmüşdür ki, Kərim iş düzəldən adama oxşamır, onun məqsədi onun pulunu ələ keçirməkdir. Kənana demişdir ki, Kərim və Həsəni tanımır, ondan 30000 manat pulu o, alıb, pulu 3-4 günə qaytarsın. Bundan 2-3 gün sonra Kənan zəng edib demişdir ki, Kərim ona deyib ki, guya ki, bu işi Samir adlı şəxslə danışıb. Samir adlı şəxslə görüşüb onunla danışacaqlar, bundan sonra Samir adlı şəxs bu işlə məşğul olacaqdır. Kənan zəng edib demişdir ki, Kərim deyir ki, Samir adlı şəxs onları Space TVnin yanında olan parkda gözləyir. Sonra Kənanla birlikdə həmin yerə gedərək görmüşlər ki, Kərim adlı şəxs orada bir nəfər arıq bədən quruluşlu şəxslə söhbət edir. Kənarda dayanmış, Kənan, Kərim və sonradan adını istintaqda bildiyi Samir adlı şəxslə özləri söhbət etmişlər. Orada Samir adlı şəxs Kənandan əlavə 7000 manat pul istəmiş, demişdir ki, guya ki, uşaqların işini hansısa adamla düzəldəcəkdir. Kənan da onun yanında özünə məxsus 7000 manat pulu idarə etdiyi «Mitsubishi» markalı avtomobildən götürüb Kərim adlı şəxsə vermiş, Kərim də həmin 7000 manat pulu Samir adlı şəxsə vermişdir. Samir adlı şəxs demişdir ki, səhəri günü saat 12 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi Rayon İdarəsinə getsinlər, orada onları baş həkim gözələyəcək, baş həkim hər şeydən məlumatlıdır, işi düzəldəcəkdir. Yenə də orada Kənana demişdir ki, bu adamlar iş düzəldən adama oxşamır. Səhəri günü uşaqlarla birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin qarşısına gedib küçədə dayanmışlar. Həmin vaxt Kənan da onların yanında olmuşdur. Samirgil demişdir ki, guya ki, kimsə zəng edəndən sonra uşaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə gedəcəkdir. Lakin orada nə qədər gözləsələr də, onları heç kim qəbul etməmiş, orada əsəbləşərək Kənana iradını bildirib demişdir ki, 30000 manat pulunu qaytarsınlar, Kərimgil iş düzəldən adama oxşamır, bunlar hamısı dələduzdur. Kənan demişdir ki, 2-3 günə ondan aldığı 30000 manat pulu qaytaracaq. Sonra Kənan gətirib 30000 manat pulu qaytararaq demişdir ki, ona qaytardığı 30000 manat pulu özündən düzəldib verir və ondan üzrxahlıq edərək demişdir ki, həmin 30000 manat pulu Kərimgildən özü şikayət edib alacaqdır. Kənan 30000 manat pulu özündən düzəldib vermişdir. 9000 manat pulu bacısı Sevilə, 12000 manat pulu tanışı Məzahirə qaytarmış, 9000 manat pulu da öz pulunu götürmüşdür. Beləliklə də Kənan ondan aldığı 30000 manat pulu qaytarmışdır. Sonradan oğlu Ruslan, bacısı oğlu Ramin və tanışı Musa hərbi xidmətə gedib xidmətlərini başa vurub qayıtmışlar. Sonradan eşitmişdir ki, Kərimgil dələduzluq yolu ilə Kənandan aldıqları 37000 manat puldan 5000 manatını Kənana qaytarsalar da, qalan 32000 manat pulu qaytarmamışlar. Daha sonra Kənan demişdir ki, Kərim və digərlərindən şikayət etmişdir. Onun heç kimdən şikayəti və tələbi yoxdur. Hazırda məlum olmuşdur ki, Kərim və digərləri Kənanın 32000 manat pulunu qaytarmamışlar. Kərim. Həsən, Samir və İqbal adlı şəxslərdən yalnız Kərimi 2 dəfə görmüş, digər şəxslərdən Samir adlı şəxsi isə bir dəfə Space TV-nin yanında görmüşdür. Digər Həsən və İqbal adlı şəxsləri görməmiş və tanımır. Bundan başqa Zərərçəkmiş şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun oğludur. Musa xx xxxxxx 2001-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 2018-ci il tarixdə X14 qəbul olunaraq 2022-ci ilin iyun ayında həmin Akademiyanı bitirmişdir. Həmin ilin iyun ayının axırlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsindən oğlu Musaya çağırış gəlmiş və bildirmişlər ki, hərbi xidmətə getməlidir. Musa dərhal həmin idarəyə gedərək hərbi həkim komissiyasından keçmişdir. Bu müddətdə istəmişdir ki, Musanı hərbi xidmətdən təxris etdirsin. Həmin vaxtı uzun müddətdir ki, tanıdığı Zərərçəkmiş şəxs2 oğlu ilə söhbət əsnasında Rizvan demişdir ki, onun bir nəfər Kənan adlı tanışı var, Kənanın tanıdığı Təqsirləndirilən şəxs1 və digər adlarını bilmədiyi şəxslər Rizvanın oğlu Ruslanı və bacısı oğlu Şahid2 hərbi xidmətdən təxris olunmalarına köməklik edəcəklər. Rizvandan xahiş etmişdir ki, həmin şəxslərlə danışsın, əgər mümkünsə oğlu Musanı da hərbi xidmətdən təxris edilməsinə köməklik göstərsinlər. Rizvan demişdir ki, həmin şəxslərlə danışıb ona məlumat verəcəkdir. Sonra Rizvan demişdir ki, Musanın hərbi xidmətdən təxris olunmasına görə Kərim və adını bilmədiyi digər şəxslər ilkin olaraq 7000 manat pul istəyirlər. 2022-ci ilin iyun ayının axırlarında 7000 manat pulu düzəldib Musanın şəxsiyyət vəsiqəsinin surətini çıxardıb Rizvanla yaşadıqları Nəsimi rayonu, 4-cü m/r, Cavadxan küçəsində görüşüb ona vermiş, Rizvan demişdir ki, ondan aldığı 7000 manat pulu oğlu Ruslan və bacısı oğlu Raminin işini düzəldən şəxslərə verəcəkdir. Bir neçə gündən sonra yəni 2022-ci ilin iyul ayının səhv etmirsə əvvəllərində Rizvan zəng edib demişdir ki, qalan 5000 manat pulu Musanın işini düzəldən şəxslər istəyirlər, pulu ona versin. 5000 manat pulu götürüb Rizvanla yenə də yaşadıqları Nəsimi rayonu, 4-cü m/r, Cavadxan küçəsində görüşüb ona vermiş, Rizvan yenə də demişdir ki, ondan aldığı 5000 manat pulu da həmin şəxslərə verəcəkdir. Beləliklə də 2 dəfəyə oğlu Musanın hərbi xidmətdən təxris olunması üçün ümumilikdə 12000 manat pul vermişdir. Rizvan demişdir ki, oğlu Ruslan, bacısı oğlu Ramin və onun oğlu Musanın işini həmin şəxslər düzəldəcəklər. 12 iyul 2022-ci il tarixdə Musanın adına çağırış gəlmiş və bildirmişlər ki, 13 iyul 2022-ci il tarixdə saat 09 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində olsun. Qeyd edilən tarixdə və saatda Musa həmin idarəyə gedərək saat 11 radələrində avtobusla Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə yola düşmüş və həmin gündən hərbi xidmətinə başlamışdır. Belə olan halda Rizvana zəng edib demişdir ki, oğlu Musa hərbi xidmətə yola düşüb, ondan aldığı 12000 manat pulu qaytarsınlar. Rizvan demişdir ki, pulu verdiyi şəxslər onu aldadıblar, həmin şəxslərlə danışıb aldıqları pulu onlardan alıb onun və özünün pulunu onlardan alacaqdır. Təxminən 1 həftədən sonra Rizvan yaşadığı evə gəlib verdiyi 12000 manat pulu ona qaytararaq üzrxahlıq edərək demişdir ki, pulu verdiyi şəxslər onu da aldadıblar, uşaqların işini düzəltmirlər. Bir neçə gündən sonra məlum olmuşdur ki, Rizvanın oğlu Ruslan da hərbi xidmətə getmiş, Ruslan da oğlu Musanın Gəncə şəhərində xidmət etdiyi eyni nömrəli N saylı hərbi hissədə qulluq edir. 2022-ci ilin avqust ayında Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə getmiş və orada Rizvanı görmüşdür. Rizvan da oğlu Ruslanın yanma gəlmiş, orada Rizvandan soruşmuşdur ki, pulu verdiyi şəxslərdən pulunu ala bilibmi, Rizvan demişdir ki, oğlu Ruslan və bacısı oğlu Raminin hərbi xidmətdən təxris olunmasına görə ümumilikdə 18000 manat pul vermiş, lakin pulu verdiyi şəxslər onu da aldatmış, heç bir iş görməmişlər. Rizvan demişdir ki, pulu Kənan adlı şəxsə vermiş, Kənan da həmin pulu Kərim və digər şəxslərə vermişdir. Uşaqların işi düzəlmədiyi üçün Rizvan Kənandan pulunu geri almış, lakin Kərim və digər şəxslər Kənanın pulunu qaytarmamışdır. 2023-cü ilin iyul ayının 11-də oğlu Musa hərbi xidmətdən təxris olunaraq evə qayıtmışdır. Halhazırda heç kimə qarşı şikayəti və tələbi yoxdur, çünki Rizvana verdiyi 12000 manat pulu özünə qayıtmışdır. 2024-cü ilin əvvəllərində Rizvan demişdir ki, Kərim və digər şəxslər Kənanın pulunu qaytarmadığı üçün Kənan həmin şəxslərdən Daxili İşlər Nazirliyinə şikayət edib, o, oğlu Musa ilə birlikdə bu barədə istintaqa ifadə verməlidirlər. Hazırda məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın 32000 manat pulunu qaytarmamışlar. Bundan başqa Zərərçəkmiş şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Şahid2 onun oğludur, oğlu Ramin 2018-ci il tarixdə İdman Akademiyasına qəbul olunaraq 2022-ci ilin iyun ayında həmin Akademiyanı bitirmişdir. 2022-ci ilin təxminən aprel ayında oğlu Ramin Akademiyada təhsil aldığı vaxtda futbolla məşğul olduğu üçün istəmişlər ki, Ramin hərbi xidmətdən təxris olunaraq futbolla məşğul olsun. Bunun üçün qardaşı Zərərçəkmiş şəxs2 müraciət edərək bu işdə köməklik etməsini xahiş etmişdir. Rizvan demişdir ki, maraqlanıb deyəcəkdir. Sonra Rizvanla söhbət əsnasında Rizvan demişdir ki, onun bir nəfər Kənan adlı tanışı var, Kənanın tanıdığı Təqsirləndirilən şəxs1 və digər adlarını bilmədiyi şəxslər Rizvanın oğlu Ruslanı və oğlu Raminin hərbi xidmətdən təxris olunmalarına köməklik edəcəklər. Rizvandan xahiş etmişdir ki, həmin şəxslərlə danışsın, əgər mümkünsə oğlu Ramini də hərbi xidmətdən təxris olunmasına kömək etsinlər. Sonra Rizvan demişdir ki, Raminin hərbi xidmətdən təxris olunmasına görə Kərim və adını bilmədiyi digər şəxslər 9000 manat pul istəyirlər. 2022-ci ilin təxminən aprel ayında 9000 manat pulu düzəldib Raminin şəxsiyyət vəsiqəsinin surətini çıxardıb Rizvanla valideynlərinin yaşadığı Nərimanov rayonu, X32 küçəsi ev 26, mənzil 6 ünvanında ona vermiş, Rizvan demişdir ki, ondan aldığı 9000 manat pulu Ruslan və Raminin işini düzəldən şəxslərə verəcəkdir. Beləliklə də 1 dəfəyə oğlu Raminin hərbi xidmətdən təxris olunmağı üçün ümumilikdə 9000 manat pulu qardaşı Rizvana vermiş, Rizvan demişdir ki, Ruslan və Raminin işini həmin şəxslər düzəldəcəklər. 2022-ci ilin iyul ayının ortalarında məlum olmuşdur ki, həmin şəxslər qardaşı Rizvanı aldatmış və heç bir iş görməmişlər. Belə olan halda Rizvana zəng edib demişdir ki, ondan aldığı 9000 manat pulu qaytarsınlar. Rizvan demişdir ki, pulu verdiyi şəxslər onu da aldadıblar, həmin şəxslərlə danışıb aldıqları pulu onlardan alıb onun və özünün pulunu onlardan alacaqdır. Təxminən 1 həftədən sonra Rizvan yaşadıqları evə gəlib ona verdiyi 9000 manat pulu qaytararaq üzrxahlıq edərək demişdir ki, pulu verdiyi şəxslər onu da aldadıblar, uşaqların işini düzəltmirlər. Sonradan Rizvan demişdir ki, pulu Kənan adlı şəxsə vermiş, Kənan da həmin pulu Kərim və digər şəxslərə vermişdir. Ruslan və Raminin işi düzəlmədiyi üçün Rizvan Kənandan onun və özünün pulunu geri almış, lakin Kərim və digər şəxslər Kənanın pulunu qaytarmamışlar. Kənan ona və Rizvana özündən 18000 manat pul qaytarmış, Kərim və digər şəxslər isə Kənanın pulunu qaytarmamışlar. Hal-hazırda heç kimə qarşı şikayəti və tələbi yoxdur, çünki 9000 manat pulu özünə qaytarılmışdır. 2024-cü ilin əvvəllərində məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın pulunu qaytarmadığı üçün Kənan həmin şəxslərdən Daxili İşlər Nazirliyinə şikayət etmiş, o, oğlu Ramin də bu barədə istintaqa ifadə verməlidirlər. Hazırda məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın 32000 manat pulunu qaytarmamışlar. Kənan adlı şəxsi Rizvanın vasitəsi ilə tanısa da, digər şəxsləri görməmiş və tanımır. Bundan başqa Zərərçəkmiş şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, hazırda valideynləri ilə bir yerdə yaşayır və "xxxx" MMC-də satış meneceri işləyir. 2018-ci il tarixdə İdman Akademiyasına qəbul olunaraq 2022-ci ilin iyun ayında Akademiyanı bitirmiş, həmin ilin iyun ayının axırlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsindən adına çağırış gəlmiş və bildirmişlər ki, hərbi xidmətə getməlidir. Dərhal həmin idarəyə gedərək hərbi həkim komisiyasından tibbi müayinədən keçmiş və həkimlərin rəyinə əsasən hərbi xidmətə yararlı hesab olunmuşdur. Bu müddətdə atası Məzahir onu hərbi xidmətdən təxris etdirmək istəmiş, uzun müddətdir ki, tanıdıqları və uşaqlıq dostu olan Şahid3 atası Rizvanla söhbət əsnasında Rizvan atası Məzahirə demişdir ki, bir nəfər Kənan adlı tanışı var, Kənanın tanıdığı Təqsirləndirilən şəxs1 və digər adlarını bilmədiyi şəxslər Rizvanın oğlu Ruslanı və bacısı oğlu Şahid2 hərbi xidmətdən təxris olunmalarına köməklik edəcəklər. Məzahir də Rizvandan xahiş etmişdir ki, həmin şəxslərlə danışsın, əgər mümkünsə onu da hərbi xidmətdən təxris etməsinə kömək etsinlər. Rizvan demişdir ki, həmin şəxslərlə danışıb atası Məzahirə məlumat verəcək. Sonra Rizvan atası Məzahirə demişdir ki, hərbi xidmətdən təxris olunmağına görə Kərim və adını bilmədiyi digər şəxslər ilkin olaraq 7000 manat pul istəyirlər. Atası Məzahir də 2022-ci ilin iyun ayının axırlarında 7000 manat pulu düzəldib şəxsiyyət vəsiqəsinin surətini çıxardıb Rizvanla yaşadıqları Nəsimi rayonu, 4-cü m/r, Cavadxan küçəsində görüşüb ona vermiş, Rizvan demişdir ki, ata Məzahirdən aldığı 7000 manat pulu Ruslan və bacısı oğlu Raminin işini düzəldən şəxslərə verəcəkdir. Bir neçə gündən sonra yəni 2022-ci ilin iyul ayının əvvəllərində Rizvan atası Məzahirə zəng edib demişdir ki, qalan 5000 manat pulu işini düzəldən şəxslər istəyirlər, pulu ona versin. Atası Məzahir də 5000 manat pulu götürüb Rizvanla yenə də yaşadıqları Nəsimi rayonu, 4cü m/r, Cavadxan küçəsində görüşüb ona vermiş, Rizvan demişdir ki, atası Məzahirdən aldığı 5000 manat pulu da həmin şəxslərə verəcəkdir. Beləliklə də atası Məzahir 2 dəfəyə onun hərbi xidmətdən təxris olunmağı üçün ümumilikdə 12000 manat pul vermişdir. Rizvan atası Məzahirə demişdir ki, Ruslan, bacısı oğlu Ramin və onun işini həmin şəxslər düzəldəcəklər. 12 iyul 2022-ci il tarixdə adına çağırış vərəqəsi gələrək bildirmişlər ki, 13 iyul 2022-ci il tarixdə saat 09 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon idarəsində olsun. Qeyd edilən tarixdə və saatda həmin idarəyə getmiş, saat 11 radələrində avtobusla Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə yola düşmüş və həmin gündən hərbi xidmətinə başlamışdır. Sonradan məlum olmuşdur ki, atası Məzahir Rizvana zəng edib aldıqları 12000 manat pulu qaytarmalarını xahiş etmişdir, Rizvan atası Məzahirə demişdir ki, pulu verdiyi şəxslər onu da aldadıblar, həmin şəxslərlə danışıb aldıqları pulu onlardan alıb atası Məzahirin və özünün pulunu onlardan alacaqdır. Təxminən 1 həftədən sonra Rizvan yaşadıqları evə gəlib atası Məzahirin ona verdiyi 12000 manat pulu qaytarıb üzrxahlıq edərək demişdir ki, pulu verdiyi şəxslər onu da aldadıblar, uşaqların işini düzəltmirlər. Bir neçə gündən sonra məlum olmuşdur ki, Rizvanın oğlu Ruslan da hərbi xidmətə getmiş, Ruslan da onun Gəncə şəhərində xidmət etdiyi eyni nömrəli N saylı hərbi hissədə qulluq edir. 2022-ci ilin avqust ayında atası Məzahir Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə gəlmiş və orada Rizvanı görmüşdür. Rizvan da oğlu Ruslanın yanına gəlmiş, atası Məzahir orada Rizvandan soruşmuşdur ki, pulu verdiyi şəxslərdən pulunu ala bilibmi, Rizvan demişdir ki, oğlu Ruslan və bacısı oğlu Raminin hərbi xidmətdən təxris olunmasına görə ümumilikdə 18000 manat pul vermiş, lakin pulu verdiyi şəxslər onu da aldatmış, heç bir iş görməmişlər. Rizvan demişdir ki, pulu Kənan adlı şəxsə vermiş, Kənan da həmin pulu Kərim və digər şəxslərə vermişdir. Uşaqların işi düzəlmədiyi üçün Rizvan Kənandan pulunu geri almış, lakin Kərim və digər şəxslər Kənanın pulunu qaytarmamışdır. 2023-cü ilin iyul ayının 11-də hərbi xidmətdən təxris olunaraq evə qayıtmışdır. Hal-hazırda atası Məzahirin heç kimə qarşı şikayəti və tələbi yoxdur, çünki atasının 12000 manat pulu özünə qaytarılmışdır. 2024-cü ilin əvvəllərində məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın pulunu qaytarmadığı üçün Kənan həmin şəxslərdən Daxili İşlər Nazirliyinə şikayət edib, o, atası Məzahir də bu barədə istintaqa ifadə verməlidirlər. Hazırda məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın 32000 manat pulunu qaytarmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təhsil aldığı vaxtda futbolla məşğul olduğu üçün valideynləri istəmişlər ki, hərbi xidmətdən təxris olunaraq futbolla məşğul olsun. Həmin vaxt məlum olmuşdur ki, anası Zərərçəkmiş şəxs4, dayısı Zərərçəkmiş şəxs2lə hərbi xidmətdən təxris olunmağı üçün kiminləsə danışmış və buna görə dayısı Rizvana 9000 manat pul vermiş, lakin dayısı Rizvan onun və oğlu Ruslanın hərbi xidmətdən təxris olunmaları üçün pul verdiyi şəxslər Rizvanı aldatmışlar və işlərini düzəltmirlər. Həmin ilin iyun ayının axırlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon idarəsindən adına çağırış gəlmiş və bildirmişlər ki, hərbi xidmətə getməlidir. Həmin ərəfələrdə görmüşdür ki, dayısı Rizvanı aldadırlar və işləri həll olunmur, qardaşı Elvinin həmin ilin oktyabr ayında toyu olduğuna görə 3 ay müddətinə möhlət götürmüş, həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsinə gedərək hərbi həkim komissiyasından tibbi müayinədən keçmiş və həkimlərin rəyinə əsasən hərbi xidmətə yararlı hesab olunmuşdur. Həmin ilin oktyabr ayında Daxili Qoşunlarda tibbi müayinədən keçən vaxtı həkimlər demişlər ki, hər iki bud nahiyəsində döymə ‘‘tatirovka” olduğuna görə onu Daxili Qoşunlara qəbul etmirlər. 2023-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsindən adına çağırış gələrək bildirmişlər ki, hərbi xidmətə getməlidir. 16 yanvar 2023-cü il tarixdə hərbi xidmətə yola düşərək N saylı hərbi hissədə xidmət edib N yanvar 2024-cü il tarixdə hərbi xidmətdən təxris olunaraq evə qayıtmışdır. Sonradan dayısı Zərərçəkmiş şəxs2la söhbət əsnasında ona məlum olmuşdur ki, Rizvan anası Sevilə deyib ki, onun bir nəfər Kənan adlı tanışı var, Kənanın tanıdığı Təqsirləndirilən şəxs1 və digər adlarını bilmədiyi şəxslər dayısı oğlu Rizvanın oğlu Ruslanı və onun hərbi xidmətdən təxris olunmalarına köməklik edəcəklər. Anası Sevil də dayısı Rizvandan xahiş etmişdir ki, həmin şəxslərlə danışsın, əgər mümkünsə onun da hərbi xidmətdən təxris olunmasına kömək etsinlər. Dayısı Rizvan deyib ki, həmin şəxslərlə danışıb anası Sevilə deyəcək. Sonra dayısı Rizvan anası Sevilə demişdir ki, onun hərbi xidmətdən təxris olunmağına görə Kərim və adını bilmədiyi digər şəxslər 9000 manat pul istəyirlər. Anası Sevil də 2022-ci ilin təxminən aprel ayında 9000 manat pulu düzəldib şəxsiyyət vəsiqəsinin surətini çıxardıb dayısı Rizvanla görüşüb ona vermiş, dayısı Rizvan demişdir ki, anasından aldığı 9000 manat pulu oğlu Ruslan və onun işini düzəldən şəxslərə verəcəkdir. Beləliklə də anası Sevil 1 dəfəyə hərbi xidmətdən təxris olunmağı üçün ümumilikdə 9000 manat pulu dayısı Rizvana vermişdir. Dayısı Rizvan anasına demişdir ki, oğlu Ruslan və onun işini həmin şəxslər düzəldəcəklər. Lakin həmin şəxslər dayısını aldatmış və heç bir iş görməmişlər. Belə olan halda anası Sevil dayısı Rizvana zəng edib demişdir ki, ondan aldığı 9000 manat pulu qaytarsınlar. Dayısı Rizvan da anası Sevilə deyib ki, pulu verdiyi şəxslər onu aldadıblar, həmin şəxslərlə danışıb aldıqları pulu onlardan alıb anasının və özünün pulunu onlardan alacaqdır. Təxminən 1 həftədən sonra Rizvan yaşadıqları evə gəlib anasının ona verdiyi 9000 manat pulu qaytarmış, anasından üzrxahlıq edərək demişdir ki, pulu verdiyi şəxslər onu da aldadıblar, uşaqların işini düzəltmirlər. Sonradan dayısı Rizvan demişdir ki, pulu Kənan adlı şəxsə vermiş, Kənan da həmin pulu Kərim və digər şəxslərə vermişdir. Onların işi düzəlmədiyi üçün dayısı Rizvan Kənandan pulunu geri almış, lakin Kərim və digər şəxslər Kənanın pulunu qaytarmamışdır. Hal-hazırda anası Sevilin bu işdə heç kimə qarşı şikayəti və tələbi yoxdur, çünki anası Sevilin 9000 manat pulu özünə qayıtmışdır. 2024-cü ilin əvvəllərində məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın pulunu qaytarmadığı üçün Kənan həmin şəxslərdən Daxili İşlər Nazirliyinə şikayət edib, o və anası Sevil bu barədə istintaqa ifadə verməlidirlər. Hazırda məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın 32000 manat pulunu qaytarmamışlar. Kənan və Kərim adlı şəxsləri bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsinin qarşısında görsə də, digər şəxsləri görməmiş və tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2014-cü il tarixdən - 2017-ci ilin aprel ayınadək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, Neftçilər metrosunun çıxışında Gülarə Verdiyeva adlı qadının işlətdiyi mobil telefon mağazasında tək özü satıcı işləmiş, ondan başqa heç kim satıcı işləməmişdir. Mağazanın əsl sahibi Mustafayeva Gülarə olmuş, mağazada yalnız mobil telefon aksesuarları satmışdır. Mağazada mobil telefon nömrələri də satılmış, ancaq mobil telefon nömrələri satmamış, mobil telefon nömrələrini Gülnarə satmışdır. 2017-ci ilin aprel ayında həmin mağazadan işdən çıxaraq bir başa Gədəbəy rayonuna öz yaşadığı kəndə qayıtmış və həmin gündən bu günə kimi kənddə yaşayır. Hərdən bir Bakı şəhərinə işlə bağlı gəlib gedir. Mağazada işlədiyi müddətdə ola bilər ki, mağazanın sahibi onun şəxsiyyət vəsiqəsi ilə onu Bakcell MMC-nin dileri kimi sənədləşdirsin və ***-***-**-** saylı Bakcell nömrəsini də satışını ondan xəbərsiz həyata keçirərək adına yazmışlar. Ancaq ***- ***-**-** saylı Bakcell nömrənin satışını həyata keçirməmiş, Samir adlı şəxs görməmiş və tanımır. Həmin mağazada satıcı işləsə də, heç vaxt nömrə satışı ilə mağazada məşğul olmamış və Samir adlı şəxsi də ümumiyyətlə tanımır. Həmin nömrənin onun tərəfindən sənədləşməsini indi bilmiş, mağazada işləyən Şahid5 ilə əlaqə saxlayıb bu məsələni araşdıracaq, ola bilər ki, Gülnarə nömrələri mağazada satıb onun adına sənədləşdirsin, ancaq bundan xəbəri olmamışdır. Adına sənədləşdirilmiş nömrələri nəzərdən keçirərək bildirir ki, həmin nömrələrin heç birindən istifadə etmir və həmin nömrələri kimlər istifadə etməsindən xəbəri yoxdur, qeyd edilən nömrələrin adına sənədləşməsi barədə heç nə deyə bilmir. Yalnız ***-***-**-** saylı Azərcell nömrəsindən istifadə edir, həmin nömrə əmisi oğlu X10 adınadır. Başqa nömrədən istifadə etmir. Qeyd olunan nömrəni də 2014-cü il tarixdən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 4 il olar ki, Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti 62 ünvanında yerləşən Bakcell mobil telefon mağazasında baş satıcı işləyir. Mağazada Azercell, Bakcell və Azerfon nömrələri satılır. Bakcell nömrələrini şirkətdən götürüb özü də satır və tanıdığı mağazalara verib onlardan pulunu alır. Mağazalara satdığı nömrələri kimlərə satırsa həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənədi özündə qeydiyyatını aparır. Mağazada işlədiyi müddətdə ***-***-**-** saylı Bakcell nömrəsini satmamış, belə bir nömrə sənədləşdirməmiş, yalnız mağazada olan sistemə baxdıqdan sonra istintaqa əlavə məlumat verəcək ki, həmin nömrə hansı mağazada kimə satılmışdır və nömrənin sahibi kimdir. Şahid4 adına sənədləşdirilmiş nömrələri nəzərdən keçirərək bildirmişdir ki, həmin nömrələrin hansı diler tərəfindən sənədləşməsini araşdırıb istintaq orqanına əlavə məlumat verəcəkdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü işləmişdir. Kərimi uzun müddətdir ki, tanıyır. 2022-ci il tarixində Kərim ondan bir şəxsin həqiqi hərbi xidmətdən tərxis etdirməsini xahiş etmişdir. O da razılaşaraq işin həll olunması üçün Əcəmi parkının yaxınlığında Kərimdən 7000 manat pul almış, lakin iş həll olmamışdır. Daha sonra 1000 manat Kənana, 3000 manat isə Kərimə qaytarmışdır. Ümumilikdə 4000 manat pul qaytarmışdır. Suallara cavab olaraq X11 7000 manatı 1 nəfərin işinə görə aldığını, uşağın adının ağlında qalmadığını, Həsəni tanımadığını, Həsənin Kərimlə əlbir olması barədə məlumatının olmamasını bildirmişdir. Çarpaz dindirmə zamanı Kərim İqbala 7000 manat pul verdiyini bildirmiş və əvvəlki iclasda “14000 manat nə üçün qeyd etdiyini” sual verdikdə isə izah etməyərək susmuşdur. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda valideynləri ilə bir yerdə yaşayır və "xxxx" Lombard MMC-də mütəxəssis işləyir. 2018-ci il tarixdə İqtisad Universitetinə qəbul olunaraq 2022-ci ilin iyun ayında Universiteti bitirmişdir. Həmin ilin iyun ayının axırlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon idarəsindən adma çağırış gələrək bildirmişlər ki, hərbi xidmətə getməlidir. Dərhal həmin idarəyə gedərək hərbi həkim komisiyasından tibbi müayinədən keçmiş və həkimlərin rəyinə əsasən hərbi xidmətə yararlı hesab olunmuşdur. Bu müddətdə atası Rizvan istəmişdir ki, o, hərbi xidmətdən təxris olunsun. Həmin vaxtı atasının tanışı Kənan söhbət əsnasında atası Rizvana demişdir ki, onun bir nəfər tanıdığı Təqsirləndirilən şəxs2. Təqsirləndirilən şəxs1 və digər adlarını bilmədiyi şəxslər onu və bibisi oğlu Şahid2 hərbi xidmətdən təxris olunmalarına köməklik edəcəklər. X18 xahiş etmişdir ki, həmin şəxslərlə danışsın, əgər mümkünsə onu və bibisi oğlu Raminin hərbi xidmətdən təxris etmələrinə kömək etsinlər. Kənan deyib ki, həmin şəxslərlə danışıb atası Rizvana deyəcək. Sonra Kənan atası Rizvana deyib ki, onun və bibisi oğlunun hərbi xidmətdən təxris olunmalarına görə Kərim və adını bilmədiyi digər şəxslər hər ikisinə görə ümumilikdə 18000 manat pul istəyirlər. Atası Rizvan da 2022-ci ilin aprel ayında bibisi Sevildən 9000 manat və özündən 9000 manat pulu düzəldib onun və bibisi oğlu Raminin şəxsiyyət vəsiqəsinin surətini çıxardıb Kənana vermişdir.Kənan demişdir ki, həmin 18000 manat pulu onların işini düzəldən şəxslərə verəcəkdir. 18 iyul 2022-ci il tarixdə adına çağırış vərəqəsi gələrək bildirmişlər ki, 19 iyul 2022-ci il tarixdə saat 09 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon idarəsində olsun. Qeyd edilən tarixdə və saatda həmin idarəyə getmiş, saat 11 radələrində avtobusla Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə yola düşərək həmin gündən hərbi xidmətinə başlamışdır. Belə olan halda məlum olmuşdur ki. atası Rizvan Kənana zəng edib aldıqları 18000 manat pulu qaytarmalarım tələb etmişdir.Kənan da atası Rizvana deyib ki, pulu verdiyi şəxslər onu da aldadıblar, həmin şəxslərlə danışıb aldıqları pulu onlardan alıb atasının və bibisi Sevilin pulunu onlardan alacaqdır. Bir müddətdən sonra Kənan atasının ona verdiyi 18000 manat pulu atasına qaytarmış, atasından üzrxahlıq edərək demişdir ki, pulu verdiyi şəxslər onu da aldadıblar, uşaqların işini düzəltmirlər. Sonradan işləri düzəlmədiyi üçün atası Rizvan Kənandan pulunu geri almış, lakin Kərim və digər şəxslər Kənanın pulunu qaytarmamışdır. 2023-cü ilin iyul ayının 10-da hərbi xidmətdən təxris olunaraq evə qayıtdımdır. Hal-hazırda atası Rizvanın heç kimə qarşı şikayəti və tələbi yoxdur, çünki atasının 9000 manat pulu özünə qayıtmışdır. 2024-cü ilin əvvəllərində məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın pulunu qaytarmadığı üçün Kənan həmin şəxslərdən Daxili İşlər Nazirliyinə şikayət edib, o və atası Rizvan bu barədə istintaqa ifadə verməlidirlər. Hazırda məlum olmuşdur ki, Kərim və digər şəxslər Kənanın 32000 manat pulunu qaytarmamışlar. Kənan və Kərimi bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon idarəsinin qarşısında görsə də digər şəxsləri görməmiş və tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 42). 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı Samir Həsənov tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 10 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs1 iştirakı ilə ondan ötrü ki, icratında vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə 28 yanvar 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********** nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ödənilməli olan puldan 1000 manat pulu istintaqdan qəbul etmişdir (cild 01, i.v. 60). 06 fevral 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsini Təqsirləndirilən şəxs1 üzünə demiş, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 01, i.v. 63-68). 06 fevral 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin şəxslər ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər (cild 01, i.v. 69-70). 06 fevral 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsini Təqsirləndirilən şəxs2 üzünə demiş, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 01, i.v. 71-75). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 88). 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı Samir Həsənov tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən 08 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 11 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 iştirakı ilə ondan ötrü ki, icratında vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə iş üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa ödənilmiş 1000 manat pulu 10 fevral 2024-cü ildə Zərərçəkmiş şəxs1 istintaqdan qəbul etmişdir (cild 01, i.v. 94). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 99). 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı Samir Həsənov tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən ondan ötrü ki, Təqsirləndirilən şəxs2 qaynı 06 iyun 1984cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 12 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X6 iştirakı ilə ondan ötrü ki, icratında vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə 28 yanvar 2024-cü il tarixdə tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********** nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə X30 Zərərçəkmiş şəxs1 ödənilməli olan puldan 1500 manat pulu istintaqdan qəbul etmişdir (cild 01, i.v. 112). 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi polis rolkovnik-leytenantı Samir Həsənov tərtib edirəm həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən 08 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 13 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 iştirakı ilə ondan ötrü ki, icraatında vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə iş üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 qaynı X15 tərəfindən istintaqa ödənilmiş 1500 manat pulu 12 fevral 2024-cü ildə Zərərçəkmiş şəxs1 istintaqdan qəbul etmişdir (cild 01, i.v. 113). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v. 119). Azercell Telekom MMC-dən 09 aprel 2024-cü il tarixli, 7655 nömrə ilə daxil olmuş diskə baxış keçirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X7 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Azərcell Telekom MMC-dən 09 aprel 2024-cü il tarixli, 7655 nömrəli məktubla daxil olmuş özündə telefon zəngləri, sms yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** Azərcell mobil telefon nömrəsinin anten dairəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** Azərcell mobil telefon nömrəsinin anten dairəsi 25 may 2022-ci il tarixdə saat 17:32:37:21 saniyədə Bakı şəhəri, 4-cü mkr, “Yegane Şadlıq” sarayının yaxınlığında yəni, ünvan 18nvanda olması müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, «Samir» adlı şəxs və digərləri tərəfindən Bakı şəhərinin Binəqədi, Nəsimi və Yasamal rayonu ərazilərində Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə hissə-hissə 37000 manat pul almalarını təsdiq edir. Beləliklə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Dusrun oğlu, «Samir» adlı şəxs və digərləri tərəfindən Bakı şəhərinin, Binəqədi, Nəsimi və Yasamal rayonu ərazilərində Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə hissə-hissə 37000 manat pul almalarını bir daha təsdiq edir. Qeyd edilən mobil telefon nömrələri ilə olan danışıqlar və iş üçün mühüm əhəmiyyət kəsb edən SMS yazışmaları sübutların toplanması üçün kifayət qədər vacibdir. Baxış zamanı bir ədəd DVD diskdə olan fayllara baxıldıqdan sonra qablaşdırılaraq möhürləndi və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olundu. Bir ədəd «DVD» diskə “HP” markalı kompüterdə baxış keçirildi. Protokol oxundu, heç bir əlavə düzəlişlər olunmadı və düzgün tərtib edilmişdir (cild 02, i.v. 35). Bakcell MMC-dən 29 aprel 2024-cü il tarixli, BKC/GL-4907-24 nömrə ilə daxil olmuş diskə baxış keçirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X7 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Bakcell MMC-dən 29 aprel 2024-cü il tarixli, BKC/GL- 4907-24 nömrəli məktubla daxil olmuş özündə telefon zəngləri, sms yazışmaları və anten dairələri, eləcə də nömrələrin kimlərə məxsus olmasını əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 25 yanvar 2016-cı il tarixdən etibarən nömrə daşınma xidməti vasitəsi ilə Bakcell mobil operatorunun abunəçisi Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi 20 aprel 2022-ci il tarixdə saat 20:07:04 saniyədə ünvan 14 ünvanın yaxınlığında yəni, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr ərazisində yerləşən «Bravo» Hipermarketin qarşısındakı dayanacaqda, 05 may 2022-ci il tarixdə saat 11:44:48 saniyədə ünvan 16 ünvanda, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı Bakcell mobil telefon nömrəsinin anten dairələri 16 iyun 2022-ci il tarixdə saat 17:43:51 saniyədə ünvan 17 ünvanın yaxınlığında yəni, ünvan 18nvanın qarşısında, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin və Təqsirləndirilən şəxs1 istifadəsində olan 055- ***-**-** saylı Bakcell mobil telefon nömrəsinin anten dairələri 20 iyun 2022-ci il tarixdə saat 17:28:20 saniyədə ünvan 17 ünvanın yaxınlığında yəni, ünvan 18nvanın qarşısında, şəxsiyyəti istintaqa məlum olmayan «Samir» adlı şəxsin istifadəsində olmuş ***-***-**-** saylı Bakcel mobil telefon nömrəsinin anten dairəsi 07 iyul 2022-ci il tarixdə saat 17:08:46 saniyədə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 520-ci məhəllə və Təqsirləndirilən şəxs1 istifadəsində olan 055-744-69- 20 saylı Bakcell mobil telefon nömrəsinin anten dairəsi 07 iyul 2022-ci il tarixdə saat 18:00:54 saniyədə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə X8 Küçəsi 62 ünvanın yaxınlığında yəni, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən «Space» teleşirkətinin qarşısındakı parkda olması müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, «Samir» adlı şəxs və digərləri tərəfindən Bakı şəhərinin, Binəqədi, Nəsimi və Yasamal rayonu ərazilərində Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə hissə-hissə 37000 manat pul almalarını təsdiq edir. Beləliklə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, «Samir» adlı şəxs və digərləri tərəfindən Bakı şəhərinin, Binəqədi, Nəsimi və Yasamal rayonu ərazilərində Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə hissə-hissə 37000 manat pul almalarını bir daha təsdiq edir. Qeyd edilən mobil telefon nömrələri ilə olan danışıqlar və iş üçün mühüm əhəmiyyət kəsb edən SMS yazışmaları sübutların toplanması üçün kifayət qədər vacibdir. Baxış zamanı bir ədəd DVD diskdə olan fayllara baxıldıqdan sonra qablaşdırılaraq möhürləndi və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olundu. Bir ədəd «DVD» diskə “HP” markalı kompüterdə baxış keçirildi. Protokol oxundu, heç bir əlavə düzəlişlər olunmadı və düzgün tərtib edilmişdir (cild 02, i.v. 36-37). Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq dövrü təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 istintaq dövründə ona 32.000 manatdan, 14.000 manat ödəyiblər, qalan 18.000 manatı ödəmirlər. Təqsirləndirilən şəxslər barəsində sərt tədbir görüb qalan 18.000 manat pulun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir (cild 02, i.v. 81). “Sübutların qiymətləndirilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 barəsində 24 may 2024-cü il tarixdə «polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə 01 iyul 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, cinayət işi üzrə aparılmış ibtidai istintaqın obyektiv hallarına uyğun olan ifadələr, mobil telefon qurğularından götürülmüş mobil telefon SMS yazışmaları və digər sənədlərin iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 istintaq zamanı özünün müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs1 37000 manat deyil, cəmi 16350 manat pul aldığını, özünün cəmi 2350 manat pul ələ keçirib öz şəxsi ehtiyaclarına xərclədiyini, digər Təqsirləndirilən şəxs2 isə istintaq zamanı özünün müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs1 37000 manat deyil, cəmi 28000 manat pul aldıqlarını, özünün cəmi 550 manat pul ələ keçirib öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmələri ibtidai istintaq materialları ilə təsdiq edilmədiyindən və sübuta yetmədiyindən özlərini müdafiə etmələri kimi qiymətləndirilərək rədd edilməsi, Zərərçəkmiş şəxs1 iş üzrə 31 yanvar 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 oğlunun 08 fevral 2024-cü il tarixdə, X2 10 fevral 2024- cü il tarixdə və Zərərçəkmiş şəxs4 12 fevral 2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmələrinin nəzərə alınması, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu, Zərərçəkmiş şəxs4 və X2 barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanılmasının rədd edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 311 və 312-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməməsi əsası ilə barələrində həmin maddələrlə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq qeyd edilən dələduzluq cinayətlərini xeyli miqdarda maddi ziyan vurmaqla təkrar törətmiş X11 və “Samir” adlı şəxslərin müəyyən edilmələri məqsədi ilə ********* №-li cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə başqa cinayət işi ayrılması və istintaq aparılması üçün icraata qəbul edilməsi, ********* №-li cinayət işində olan bütün sənədlərin kserosurətləri ayrılmış ********* №-li cinayət işinə əlavə olunması və ayrılmış sənədlərin siyahısının hər iki cinayət işinə əlavə edilməsi, X12 və X5 tərəfindən Zərərçəkmiş şəxs1 məxsus tünd boz rəngli, 2015-ci il buraxılışlı, **-OE-*** dövlət qeydiyyat nişanlı, «Mitsubichi Pajero» markalı avtomobili etibardan sui-istifadə etmə aldatma yolu ilə ələ keçirilməsi faktına görə cinayət işi materiallarından ayrıca material ayrılaraq araşdırılmaqla həmin fakta hüquqi qiymət verilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, qərar barədə prosessual tərəflərə yazılı məlumat verilməsi qərara alınmışdır (cild 02, i.v. 95-122). Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə notarial təsdiqlə təsdiq olunmuş barışıq imzalamışlar. Barışıq ərizəsinin cinayət işi üzrə sübutlar siyahısına əlavə edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyandan 7550 azn Təqsirləndirilən şəxs2 tərəfindən ödənilib, 1000 azn İqbal tərəfindən ödənilib, 11.450 azn isə Təqsirləndirilən şəxs1 tərəfindən ödənilib. Ümumi ona dəymiş zərərdən 17.000 azn ödənilməmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmişdir və iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan maddələrə münasibətdə cinayət tərkibinin bütün əlamətlərinin olması qənaətinə gəlmək mümkün deyildir. Həmçinin, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu və başqaları tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin özlərinin istintaq dövründən məhkəmə istintaqı da daxil olmaqla verdikləri ifadələr, zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 dekabr 2021-ci il Plenum Qərarına əsasən: hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri özlərini onlara elan edilmiş ittihamda qismən təqsirli bildiklərini, Kərimin onu İqbal adlı şəxsin aldatdığını, Həsənin isə Kərimin və İqbalın niyyətindən xəbəri olmadığını və özünü Kərimlə Kənanı tanış etməsində təqsirli bildiyini bildirsələr də, uzun sürən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin hər bir dəlili tam və hərtərəfli araşdırılmış və Təqsirləndirilən şəxs1 özünə münasibətdə verdiyi ifadələrində səmimi olmaması və Təqsirləndirilən şəxs2 isə səmimi olması müəyyən edilmişdir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə Təqsirləndirilən şəxs2 özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir və həmçinin istintaq orqanının Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməsində təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə Kərimlə Kənanı tanış etdiyi hissədə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, təxminən 2022-ci ilin aprel aylarında Kənan ona zəng edərək qohumlarının uşaqlarını hərbi xidmətdən tərxis etdirmək istədiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində adam axtardığını bildirmişdir. O da bir müddət sonra Kənana zəng edərək bu işləri görən tanışının Kərim adlı şəxs olduğunu bildirmişdir. Sonra Kənana hərbi xidmətdən tərxis etdirilməsi lazım olan şəxslərdən hər birinə görə 8000 və 8500 manat pul lazım olduğunu, həmin şəxslərin işinin həllinə dair Kərim ilə ona 1000 manat pul qalacağını bildirmişdir. Bundan sonra Kənan Rizvan və Sevilin işinə görə, yəni 2 uşağa görə, ona 2000 manat beh vermiş, o da pulu Kərimə vermişdir. Kərim isǝ hǝmin puldan ona 500 manat pul vermişdir. Kərimin yaşadığı evin yanında Kənan onun iştirakı ilə 5000 manat pulu Kərimə vermişdir. Bundan bir həftə sonra Kənan özü Kərimə 2000 manat pul vermişdir. Beləliklə, Kənan Ruslanın işinə görə Kərimə 3 dəfədə cəmi 9000 manat pul vermişdir. Bundan bir neçə gün sonra Kənan 5000 manat pulu düzəldib onunla birlikdə həmin pulu yenə də Kərimin kirayədə yaşadığı binanın həyətində Kərimə vermişdir. Kərim demişdir ki, işlər düzəlir. Təxminən 3- 4 gündən sonra Kərim özü Kənana zəng edǝrǝk Raminin işinə görə 5000 manat pulu istəmiş, bundan ona məlum olmuşdur ki, Kənan 5000 manat pulu Kərimə yenidən kirayədə yaşadığı binanın həyətində vermişdir. Daha sonra ona məlum olmuşdur ki, X17 rayonunun Gǝnclik ǝrazisindǝ görüşǝrǝk 4000 manat pulu Kərimə vermişdir. Beləliklə, Kərim Ruslan və Raminin işinə görə Kənandan ümumilikdə 18000 manat pul almışdır. Daha sonra Kərimin yaşadığı binanın yanında Kənanla görüşmüş və orada, Kənan digər Musa adlı şəxsə görə Kərimə 3000 manat pul vermişdir. Bundan sonra Kənan demişdir ki, Kərim onu Samir adlı şəxslə tanış etmiş, Samir adlı şəxslə “Space TV” kanalının yanında görüşüblər. Orada Kənan şəxsən Kərimə 7000 manat pul vermiş, Kərim də 7000 manat pulu Samir adlı şəxsə vermişdir. Kənan demişdir ki, Kərimlə danışar, kimdə nə pul var qaytarılar. O, dǝfǝlǝrlǝ Kǝrimǝ demişdir ki, Kənanın pullarını qaytarsınlar. Lakin Kərim bildirmişdir ki, pulları İqbal adlı şəxsə verib. Suallara cavab olaraq, İqbalı tanımadığını, lakin Kǝrimin işlǝrin İqballa bağlı olduğunu demǝsinǝ görǝ bu barǝdǝ mǝlumatlı olduğunu bildirmişdir. Daha sonra isə Məzahirin işi ilə bağlı Kənan ilə birlikdə Kərimin yanına getmiş, ona işin pulunu Kǝnanın verdiyini qeyd etmişdir. Bu zaman Kərim ona 50 manat verərək “cib xərcliyi” etməsini bildirmişdir. Digər işlərdən isə xəbəri olmadığını vurğulamışdır, çünki həmin dövrdə iş həll olunmadığı üçün Kərimlə münasibətləri pozulmuşdur. Həmçinin, 7000 manatın Kərim və Samir adlı şəxsə verilməsi zamanı orada olmamışdır. İş alınmadığı üçün dəfələrlə Kərimin yaşadığı ünvana gedərək qapısını döydüyünü, o sırada qapını açmadığı üçün evin qapısının “gözlüyünü” qırdığını bildirmişdir. Kərimin verdiyi vədləri yerinə yetirməyəcəyindən xəbərinin olub-olmaması barǝdǝ isǝ, Kǝrimǝ inanaraq pulu vǝ sǝnǝdlǝri ona verdiyini vǝ hǝmin vaxt Kǝrimin 500 manat da hǝr iki işǝ görǝ ona verǝcǝyini bildirdiyini, lakin bunu Kǝnana pulu almadan ǝvvǝl demǝli olduğunu qeyd etmiş və Kənan isə buna razılıq vermişdir. Kənana avtomobilini sataraq ödəmiş olduğu 7000 manatı, əslində Kərimə borc kimi razılaşaraq ödǝdiyini, həmin vaxt Kənanın ehtiyacı olduğundan pis vəziyyətdə qalmaması üçün vǝ söhbǝtin sakitlǝşmǝsi mǝqsǝdilǝ bu ödǝnişi etdiyini vurğulamışdır. Kənanla Kərimi tanış etməyində məqsədi dostu olan Kənanın işinin düzəlməsi olmuşdur. Həmçinin ibtiadi istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında olan ziddiyətlərin olmasını müstəntiq tərəfindən ətraflı yazılmadığını və həyacanlı olduğundan oxumadan imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə, yəni X2 övladının işi ilə bağlı 9000 manatın Kənan tərəfindən verilmədiyi və Samir adlı tanışına çatan 7000 manatın isə ona çatmamasına görə özünü təqsirli bilməmiş və qalan epizodlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda adı çǝkilǝn pulları aldığı zaman heç bir yerdǝ işlǝmǝdiyini vǝ tǝxminǝn bir ay ǝvvǝl işdǝn çıxdığını qeyd etmişdir. O, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs4 övladları olan həqiqi hərbi xidmətə çağırılan çağırışçılar Şahid3 və Şahid2 həqiqi hərbi xidmətdən tərxis etdirəcəkləri barədə maraqlandıqdan sonra Həsənə zəng edərək Bakı şəhəri, Nəsimi rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin işini 8000 manat, Bakı şəhəri, Nərimanov rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin işini isə 8500 manata qarşılığında hǝll olunacağını bildirmişdir. Həsən bu pullardan ǝlavǝ, 1000 manatın onunla özünə çataçağını Kənana bildirmişdir. X27 aldığı 2000 manatı ona beh verǝrǝk işləri düzəldiləcək şəxslərin sənədlərini gətirmiş və o, həmin puldan 500 manat Həsənə vermişdir. Dərhal işi görəcək adamla, yəni İqballa danışaraq mǝsǝlǝnin hǝll olunmasını tapşırmışdır. Daha sonra Hǝsǝn, Kǝnandan qalan 7000 manatı götürǝrǝk Kǝrimǝ vermişdir. Daha sonra Qurbanov Kǝnan Natiq oğlunu çağıraraq, Şahid3, Şahid2 vǝ Zərərçəkmiş şəxs3 həqiqi hərbi xidmətdən tərxis olunmaları ilə bağlı yaranmış müvafiq problemlǝrin Samir adlı şǝxs tǝrǝfindǝn aradan qaldırılacağını bildirmiş və Kǝnandan 7000 manatı alaraq, onu Samirə vermişdir. Kənandan aldığı puldan müxtǝlif ödənişlər etmiş, ittihamda qeyd olunan sonuncu epizodla bağlı isə, 7000 manatı almadığını, Samir adlı tanışının aldığı üçün ona aid olmadığını bildirmişdir. Həsənin işin alınmayacağından xəbəri olmadığını, əldə olunan pul məbləğindən 500 manatı ona verdiyini və 50 manatın isə, Kənan ona pul gǝtirǝrkǝn iş müqabilində yox, “cib xərci” kimi Həsənə verdiyini ifadǝ etmişdir. Hadisələr zamanı o, bir dəfə telefonda zərərçəkimiş şəxs olan Rizvanla danışmış, digər zərərçəkmişləri isə görmədiyini bildirmişdir. Suallara cavab olaraq Həsəni uzun müddətdir tanıdığını, Həsənin onun müxtəlif şəxslərin hǝrbi xidmǝtdǝn tǝrxis olunmasının həlli ilə bağlı işlərlə məşğul olduğunu bildiyini, İqbal adlı şəxslə iş gördüyünü, İqbalın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü işlədiyini, bundan əvvəl bir neçə şəxsin işini həll etdiyini, Sevilin işi üçün 8000 manat, Rizvanın işi üçün isə 8500 manat istədiyini, pulu alıb İqbal adlı şəxsə verdiyini, ümümilikdə 24500 manat pul aldığını, bunun içindǝn 14000 manat pulu Həsənlə birlikdə qaytarıldığını, ibtidai istintaq zamanı Kənandan soruşduqda isǝ “Niyǝ 37000 manat şikayǝt etmisǝn?” sualına cavab olaraq mǝcbur qaldığını bildirdiyini, zǝrǝrçǝkmiş şǝxslǝrdǝn pul almadığını, yalnız Qurbanov Kǝnandan pul aldığını, Həsənlə əvvəlcədən hər hansı bir razılıq olmadığından ona pul verǝcǝyinǝ dair söz vermǝdiyini, Musanın işi ilə bağlı Kənan ona 3000 manatı verən zaman maliyyə vəziyyətinin yaxşı olmaması səbəbindən 50 manat “cib xərci” verdiyini, həmin 50 manatın işlə heç bir aidiyyəti olmadığını, Kənandan aldığı puldan İqbala 14000 manat çatdığını və qalan pulu öz ehtiyaclarına sǝrf etdiyini bildirmişdir. Növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs1 suallara cavab olaraq bildirmişdir ki, Hǝsǝn, onların işlǝri alınmadığına görǝ evǝ gǝlib qapısını döymüşdür. Hǝmin vaxt evdǝ anası tǝk olmuşdur. Sonradan Hǝsǝn evin qapısının “gözlüyünü” qırmış və evin içərisinə düşmüşdür. O, evǝ gǝldikdǝ isǝ anasının halının pislǝşdiyini görüb vǝ onu hǝkimǝ aparmışdır. Hǝsǝnin işin alınmayacağı barǝdǝ mǝlumatı olub-olmaması sualına isǝ o, özünün dǝ işin alınmayacağından xǝbǝri olmadığı üçün Hǝsǝnin bu mǝlumatı bilmǝsinin mümkün olmadığını qeyd etmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında olan ziddiyyətlərin olmasını izah etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2022-ci il tarixində qohumları uşaqlarını hərbi xidmətdən tərxis etdirmək üçün ondan kömək etmǝsini xahiş etmişlər. Həsən ona bu işlərlə məşğul olan bir adamın olduğunu bildirmiş, bir uşağa görǝ 8500 manat, digǝrinǝ görǝ isǝ 8000 manat lazım olduğunu demişdir. Eyni zamanda, işin hǝll olunması üçün 8000 manatdan 1000 manat, 8500 manatdan isə 500 manat qazancları olduğunu və ona 500 manat qalacağını qeyd etmişdir. O da bu məsələni uşaqların valideynlərinə bildirmişdir və onlar da razılaşmışlar. Daha sonra o, iki uşağa görə, Rizvan və Sevilin işində 2000 manat Həsənə öz cibindən beh vermişdir. İkinci ödəniş zamanı isə 4000 manat pul Həsənə vermişdir. Həsənlə birlikdə Kərimin yanına gedərək orada Həsən 4000 manat pulu sayaraq Kərimə vermişdir. Ondan sonrakı ödənişləri isə Rizvanla 7-ci mikrorayonda S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksinin ərazisində görüşüb ondan Ramin və Ruslanın işinə görə ümumilikdə 10000 manat pul almışdır. Rizvanın verdiyi 10000 manat puldan Həsənə beh kimi özündən verdiyi 2000 manat pulu götürmüş və həmin tarixdə saat 11 radələrində 7-ci mikrorayonda S.S.Axundov küçəsi, 3C ünvanında Həsənin yaşadığı binanın həyətində görüşüb ona 4000 manat pul vermişdir. Həmin vaxta kimi Ramin və Ruslanın işinə görə Rizvandan aldığı 10000 manat pulu Kərimə verilmişdir. 2000 manat pulu Həsənə verənə qədər Kərimi tanımamış, onunla yalnız Həsənin mobil telefonu ilə danışmışdır. Həsən də Kərimin mobil telefon nömrəsini verib demişdir ki, Kərimlə əlaqə saxlasın, 8000 manat pulu aparıb ona versin. Həmin günü saat 19 radələrində Kərimin mobil telefon nömrəsinə zəng edib onunla axşam saatlarında yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Əli İsgəndərov küçəsi, ev 67 saylı binanın blokunun qarşısında görüşüb 8000 manat pulu Kərimə vermişdir. Kərim pulu sayıb cibinə qoyaraq demişdir ki, narahat olmasın, Ramin və Ruslanın hərbidən tərxis olunmaları işini gördüyü şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun müavininin sürücüsü İqbal adlı şəxsdir. Kərim demişdir ki, Ramin və Ruslanın məsələsini İqbal adlı sürücü ilə düzəldir, əvvəllər də İqbal adlı şəxslə başqa şəxslərin də məsələsini həll etmişdir. Həmin 18000 manat pulun 9000 manat pulu Rizvanın, 9000 manat pulu isə Sevil xanımın olmuşdur. Kərimə inanmış, Ramin və Ruslanın valideynləri olan Sevil xanım və Rizvana zəng edib onların hər ikisinə Kərimin ona dediyi sözləri onlara deyərək bildirmişdir ki, Kərim deyib ki, iş düzəldəcəkdir. 2022-ci ilin may ayının axırlarında Rizvan demişdir ki, onun bir nəfər Məzahir adlı tanışı var, həmin şəxs istəyir ki, övladını hərbidən tərxis etdirsin. Rizvan demişdir ki, bu barədə Kərimlə danışsın, mümkündürsə həmin Məzahir adlı şəxs də 9000 manat pul verǝcǝk, onun övladı Musanı da hərbi xidmətdən tərxis olunmasına köməklik etsinlər. Bu barədə Rizvanın dediyi vaxtda Kərimlə danışmış, Kərim demişdir ki, Musanın da hərbi xidmətdən tərxis olunmasına köməklik etməsi mümkündür, 9000 manat pulu təcili çatdırsın. 16 iyun 2022-ci il tarixdə saat təxminən 17 radələrində Rizvanla danışıb Nərimanov rayonu, Gənclik Metrosunun yaxınlığında görüşüb ondan 9000 manat pul alıb həmin günü saat təxminən 19 radələrində Kərimin kirayədə yaşadığı Binəqədi rayonu, 4-cü mikrorayon, Əli İsgəndərov küçəsi ev 67 saylı binanın blokunun qarşısında görüşüb Musanın işinə görə 9000 manat pulu Kərimə vermişdir. Kərim demişdir ki, əgər həmin uşağa çağırış gəlibsə, bu məsələ çətinliklə həll olunur, əlavə 3000 manat pul lazımdır ki, iş düzəlsin. 3000 manat pulu Kərimə verən zaman Həsəndə Kərimin yanına gəlmiş, 3000 manat pulu Kərimə verən zaman bunu Həsən də görmüşdür. İş alınmayan zaman Rizvan zəng edib narazılığını bildirərək demişdir ki, Ramin, Ruslan və Musanın hərbi xidmətdən təxris olunmalarına ümumilikdə 30000 manat pul veriblər, uşaqları hərbi xidmətə aparırlar, Kərim və Həsən onları aldadıblar, pullarını qaytarsınlar. Bunu bilən kimi Kərimə zəng edərək yaşadığı ünvana getmiş və onunla görüşüb demişdir ki, bu nə məsələdir, uşaqları hərbi xidmətə aparırlar. Kərim demişdir ki, guya ki, uşaqların işinə görə pul verdiyi İqbal adlı şəxs telefona cavab vermir, ola bilsin ki, İqbalı tutublar. Kərimə demişdir ki, o, İqbal adlı şəxsi tanımır, pulu ondan o, alıb uşaqların işini də düzəldəcəyini ona o, söz verib. Kərim demişdir ki, bir müddət gözləsin iş düzələcəkdir. Kərimə demişdir ki, Ramin, Ruslan və Musanı hərbi xidmətə aparırlar, ondan aldıqları 30000 manat pulu qaytarsın, pulları sahiblərinə qaytaracaq, iş düzəltmirlər, məqsədləri pulları dələduzluq yolu ilə ələ keçirməkdir. Bu vaxt Kərim Rizvanın yanında olduğu vaxt zəng edib yaşadığı ünvana çağırmış, Rizvanla birlikdə Kərimin yanına yaşadığı ünvana getmişlər. Kərim Rizvanın yanında demişdir ki, bir nəfər Samir adlı şəxs var, Samir adlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarənin baş həkiminin tanışıdır, Samir adlı şəxs Ramin, Ruslan və Musanın hərbidən təxris olunmalarını həmin baş həkimlə danışacaq, uşaqlar hərbi xidmətə getməyəcəklər. Buna görə həmin Samir adlı şəxsə əlavə 7000 manat pul verilməlidir. Orada Rizvanla məsləhətləşmişlər ki, 7000 manat pulu Kərimin dediyi Samir adlı şəxsə versinlər ki, uşaqlar hərbi xidmətə getməsinlər. Sonra Rizvan, Kərim, Kərimin tanışı Rahim adlı şəxs və o, birbaşa Space televiziyasının qarşısındakı parka gəlmişlər. Sonra Samir adlı şəxs demişdir ki, gözləsinlər gəlir. Bir qədər sonra Samir adlı şəxs qayıdıb onların yanına gələrək Kərimə yaxınlaşıb təxminən 10 dəqiqə Kərimlə danışdıqdan sonra onlar Rizvan və onu yanlarına çağırmışdır. Kərim ona və Rizvana demişdir ki, Samir adlı şəxs hər üç uşağı bir il hərbidən saxlatdırmağa görə ümumilikdə 7000 manat pul istəyir. O, da Kərimə inanıb demişdir ki, 7000 manat pul verər təki iş alınsın. Rizvana bu barədə demiş, Rizvan da ona acıqla demişdir ki, 7000 manat pulu özündən versin, onun pulu yoxdur, öz oğlu Ruslana görə artıq 9000 manat pul vermişdir. O, da işin düzəlməsi üçün 07 iyul 2022-ci il tarixdə saat təxminən 18 radələrində ünvan 7 ünvanda yerləşən “Space TV” kanalının qarşısındakı parkda özündən 7000 manat pulu həmin yerdə Kərimə vermiş, Kərim də ondan aldığı 7000 manat pulu sayıb Samir adlı şəxsə vermişdir. Suallara cavab olaraq, Həsənin ona 500 manat Kərimlə tanış etdiyi üçün pul qalacağını bildirmiş, 50 manatın isə Kərimin ona “cib xərci” kimi verdiyini, Həsənlə uzun illərdir dost olduğunu və birlikdə işlədiklərini, Həsənin Kərimin niyyətindən xəbəri olmadığını, Həsənin bütün ödənişlərdən məlumatı olduğunu, yalnız Musanın işində 9000 manat verilməyindən xəbəri olmadığını vurğulamışdır. Çünki həmin işlərdə Həsənin marağı olmamışdır. Həmçinin Həsənə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bəzi ödənilən pulların onun tərəfindən Kərimə verilməsi zamanı Həsənin iştirak etməsi isə sadəcə dost olmaları səbəbindən, onların tez-tez görüşmələri ilə bağlı olduğunu qeyd etmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında olan ziddiyətlərin olmasını müstəntiq tərəfindən ətraflı yazılmadığından belə olduğunu izah etmişdir. Növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs1 suallara cavab olaraq Həsənlə danışan zaman ilk iki epizodda hər uşağa görə Kərimlə birlikdə 1000-1500 manat qazancları olacağını, onların qazancı olmalarını uşaqların valideynlərinə bildirdiyini, Həsəngil Məzahirin işindən pul aldığı zaman Kərimin heç bir səbəb olmadan Həsənə 50 manat “cib xərci” edəsən deyərək pul verdiyini, daha sonra Həsən işlərin alınmadığını görüb pulun qaytarılmasını tələb etmək məqsədilə Kərimin evinə gedərək Kərimin qapısını möhkəm döydüyünə görə münasibətlərinin pozulduğunu bildirmişdir. Çarpaz dindirmə zamanı Həsən ilk 2000 manatı Kərimə verdikdən sonra 5000 manat yox, 4000 manat verdiyini təsdiq etmiş, üzərindən çox vaxt keçdiyi üçün rəqəmləri səhv sala biləcəyini qeyd etmiş, həmçinin Kərimdə 4000 manat olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü işləmişdir. Kərimi uzun müddətdir ki, tanıyır. 2022-ci il tarixində Kərim ondan bir şəxsin həqiqi hərbi xidmətdən tərxis etdirməsini xahiş etmişdir. O da razılaşaraq işin həll olunması üçün Əcəmi parkının yaxınlığında Kərimdən 7000 manat pul almış, lakin iş həll olunmamışdır. Daha sonra 1000 manat Kənana, 3000 manat isə Kərimə qaytarmışdır. Ümumilikdə 4000 manat pul qaytarmışdır. Suallara cavab olaraq X11 7000 manatı 1 nəfərin işinə görə aldığını, uşağın adının ağlında qalmadığını, Həsəni tanımadığını, Həsənin Kərimlə əlbir olması barədə məlumatının olmamasını bildirmişdir. Çarpaz dindirmə zamanı Kərim İqbala 7000 manat pul verdiyini bildirmiş və əvvəlki iclasda “14000 manat nə üçün qeyd etdiyini” sual verdikdə isə izah etməyərək susmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində bildirmişdir ki, Kənan gəlib demişdir ki, o, Həsən və Kərim adlı şəxslərlə danışıb, Kərim özünü Kənana Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Xidmətinin rəisinin sürücüsü kimi təqdim etmiş, Kənana oğlu Ruslan və bacısı oğlu Raminin hərbi xidmətdən təxris olunmalarına köməklik edəcəyini demişdir. Kərim, Həsən, Samir və İqbal adlı şəxslərdən yalnız Kərimi 2 dəfə görmüş, digər şəxslərdən Samir adlı şəxsi isə bir dəfə Space TV-nin yanında görmüşdür. Digər Həsən və İqbal adlı şəxsləri görməmiş və tanımır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022ci il tarixdə tanışı Həsən və Kənanla çayxanada çay içən zaman Həsən demişdir ki, Kənanın 2 nəfər Ramin və Ruslan adlı tanışları var, həmin uşaqları hərbi xidmətdən təxris etmələrinə köməklik etmək lazımdır. Həsənə demişdir ki, maraqlanıb deyər. Həmin günü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü işləyən İqbal adlı tanışından maraqlanmış, İqbal demişdir ki, hər adama görə 8000 manat, ümumilikdə 16000 manat lazımdır. Bu barədə Kənana zəng edib demişdir ki, hər uşağa görə 8000 manat pul lazımdır. Kənan da razılaşaraq demişdir ki, 16000 manat pulu gətirib verəcək. 2022-ci ilin iyul ayında Kənan birinci dəfə kirayədə yaşadığı evdə 8000 manat pul gətirib verib demişdir ki, 8000 manat pulu Nəsimi rayon Səfərbərlik Xidmətində qeydiyyatda olan Ruslanın işinə görə verir. Kənandan 8000 manat pulu alıb həmin günü 3-cü m/r ərazisində yerləşən Heydər parkında İqballa görüşüb 7500 manat pulu İqbala verib qalan 500 manat pulu isə özünə götürmüş və 500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Təxminən 15 gündən sonra Kənan zəng edib Raminin işinə görə 3000 manat pulu gətirdiyini deyib pulu vermək üçün görüşmək istədiyini demişdir. Həmin günü kirayədə yaşadığı binanın həyətində Kənanla görüşüb 3000 manat pulu alıb elə yaşadığı binanın həyətində İqbala vermişdir. İqballa onun hazırda yadında qalmayan mobil telefon nömrəsinə zəng edib telefonla danışdıqdan sonra onunla görüşüb pulu vermişdir. 2 dəfəyə İqbala 10500 manat pul vermiş, 10500 manat pulu İqbala verən zaman Ruslan və Raminin şəxsiyyət vəsiqələrinin və digər sənədlərinin surətlərini vermişdir. Həmin sənədləri Kənan gətirib vermişdir. Daha sonra isə Ramin və Ruslan hərbi xidmətə getmişlər. Kənan ona demişdir ki, hər üç uşaq hərbi xidmətə gedib ondan aldıqları 14000 manat pulu qaytarsınlar. Demişdir ki, fikirləşib kömək edər. Bundan sonra uşaqlıq tanışı olan Samir adlı şəxs zəng etmiş, o, da Kənanın problemini Samir adlı şəxsə demiş, Samir demişdir ki, kömək edə bilər, Ramin və Ruslan hərbi xidmətdən təxris olunarlar. Bundan sonra Kənana demişdir ki, Ruslan və 3-cü adını bilmədiyi uşağa görə əlavə 7000 manat pul lazımdır. Kənan da həmin 7000 manat pulu elə həmin ilin iyul ayının axırlarında gətirib Space kanalının yanında Kənana məxsus Mitsubishi markalı avtomobildə Samir adlı şəxsə vermiş, Samir orada Kənana söz vermişdir ki, hər iki uşağı 1-ci günü həkimdən keçirdib hərbi xidmətdən saxlatdıracaq. Lakin Samir da köməklik edə bilməmiş və hər üç uşaq hərbi xidmətə getmişlər. 5 gün sonra Samir adlı şəxslə Elmlər Akademiyası tərəfdə görüşüb Kənanın ona verdiyi 7000 manat pulu alıb həmin məbləği Kənanla yaşadığı binanın həyətində görüşüb ona vermişdir. Kənandan ümumilikdə 14000 manat pul almış, Kənan özü 7000 manat pulu Samir adlı şəxsə verib. Samir adlı şəxs 7000 manat pulu ona qaytarıb, o, isə Samir adlı şəxsin qaytardığı 7000 manat pulu Kənana qaytarmışdır. Həsən onu Kənanla tanış edib. Samir adlı şəxs isə ona Kənanın tanışlarının işini düzəltməyə köməklik etmişdir. Kənandan aldığı puldan Həsən 500-600 manat pul ələ keçirmişdir. Yəni bu işdə Həsənə 500-600 manat pul çatmışdır. Həmin uşaqların özləri və valideynləri ilə işin düzəldilməsi ilə bağlı bir neçə dəfə görüşüb danışmışlar, lakin onların heç birini hərbi xidmətdən təxris etmələrinə kömək edə bilməmişlər və sonradan onlar öz narazılıqlarını bildirmişdir. Kənandan aldığı puldan İqbala 14000 manat pul çatmışdır. Belə ki, indi düzgün ifadə verir və bildirir ki, bu işdə İqbal adlı şəxsə 14000 manat pul çatmış, yəni İqbal Kənana məxsus puldan 14000 manat pul ələ keçirmiş, Kənandan aldığı pullardan özü 2350 manat pul ələ keçirib öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs olan Kənandan aldıqları pulları ödəmək məqsədi ilə pul axtarmışdır ki, Kənanın pulunu ödəsin. Bu vaxta kimi Həsən və o, Kənana ümumilikdə 14000 manat pul qaytarmışlar. Həmin 14000 manat puldan 7000 manatını o, qalan 7000 manatını isə Həsən özü Kənana qaytarmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kənanla şəhərdə görüşüb ona demişdir ki, hər uşağa görə 9000 manat, iki uşağa görə 18000 manat pul lazımdır. Kənan demişdir ki, uşaqların valideynləri ilə danışıb deyəcəkdir. Həmin vaxt Kənan hərbi xidmətdən təxris olunacaq uşaqların adlarını deməmiş, sonradan bilmişdir ki, həmin uşaqlar Ruslan və Ramin olmuşdur. Bir müddətdən sonra Kənan zəng edib demişdir ki, uşaqların valideynləri ilə danışıb onlar razıdır. Birinci dəfə Kənanla 2022-ci ilin may ayında yaşadığı həyətdə görüşüb ondan beh kimi 2000 manat pul almış və həmin pulu Kərimlə Nəsimi rayonu, 4-cü m/r-da yerləşən kirayədə yaşadığı binanın həyətində ona vermişdir. 2000 manat pulu Kərimə verən zaman Kərim həmin puldan ona 500 manat pul vermiş, Kərimdən 500 manat pulu alıb öz ehtiyaclarına xərcləmişdir. 2000 manat pulu Kərimə verən zaman Kərimə 2 nəfər Ruslan və Raminin verdiyi ilkin hərbi biletləri və şəxsiyyət vəsiqələrinin surətlərini də vermişdir. Kərim 2000 manat pulu və sənədləri alıb demişdir ki, Ruslan və Raminin işini düzəldəcəkdir. Bundan sonra Kərim və Kənanı tanış etmiş və özləri bu barədə ətraflı danışmışlar. Kərimin yaşadığı evin yanında Kənan onun işirakı ilə 5000 manat pulu Kərimə vermişdir. Bundan 1 həftə sonra Kənan özü Kərimə 2000 manat pul vermişdir. Beləliklə də Kənan Ruslanın işinə görə Kərimə 3 dəfəyə cəmi 9000 manat pul vermişdir. Bundan bir neçə gün sonra Kənan 5000 manat pul düzəldib onunla birlikdə həmin pulu yenə də Kərimin kirayədə yaşadığı binanın həyətində Kənan özü Kərimə vermişdir. Daha sonra ona məlum olmuşdur ki, X17 rayon ərazisi olan Gənclikdə görüşüb 4000 manat pulu Kərimə vermişdir. Beləliklə də Kərim Ruslan və Raminin işinə görə Kənandan ümumilikdə 18000 manat pul almışdır. Daha sonra Kərimin yaşadığı binanın yanında Kənanla görüşmüş və orada onun yanında Kənan digər Musa adlı uşağa görə Kərimə 3000 manat pul vermişdir. Kərim yenə də Kənana söz vermişdir ki, hər 3 uşağın işi düzələcək və onlar hərbi xidmətdən təxris olunacaqlar. Səhəri günü Kənan demişdir ki, Kərim onu Samir adlı şəxslə tanış etmiş, Samir adlı şəxslə Space kanalının yanında görüşüblər, orada Kənan əlbə-əl Kərimə 7000 manat pul vermiş, Kərim də 7000 manat pulu Samir adlı şəxsə vermişdir. Yəni Kənandan birinci dəfə beh kimi aldığı 2000 manat puldan Kərim ona birinci dəfə 500 manat pul vermiş, daha sonra isə Kərim Kənandan aldığı pullardan ona əlavə 50 manat da pul vermişdir. İqbal adlı şəxsi cəmi bir dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi rayon İdarəsinin qarşısında Kərim və Kənanın yanında görmüş, İqbalı bundan sonra görməmiş və heç bir ünsiyyətləri olmayıb. İqbal adlı şəxs Kərimin tanışıdır. Samir adlı şəxsi isə ümumiyyətlə görməmiş və tanımır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Həsən demişdir ki, bir nəfər uşağın hərbidən saxlanılmasına 9000 manat pul lazımdır və ilkin olaraq beh verilməlidir. O da Həsənə hər iki uşağa görə özündən şəxsi pulu olan 1000 manat, cəmi 2000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci m\r-da yerləşən «Bravo» Hipermarketin qarşısındakı dayanacaqda vermiş, Həsən 2000 manat pulu alıb getmişdir. 2000 manat pulu «Bravo» Hipermarketin qarşısındakı dayanacaqda Həsənə verən zaman 2022-ci ilin aprel ayının 20-də saat təxminən 20 radələrində olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində Həsən zəng edib demişdir ki, Kərim ona zəng edib pulların hazırlanmasını tapşırıb, pullar Kərimə çatmalıdır ki, işə başlasın. Həsən də Kərimin mobil telefon nömrəsini verib demişdir ki, Kərimlə əlaqə saxlasın, 8000 manat pulu aparıb ona versin. Həmin günü saat 19 radələrində Kərimin mobil telefon nömrəsinə zəng edib onunla axşam saatlarında yaşadığı Nəsimi rayonu, 4-cü m/r, Əli İsgəndərov küçəsi ev 67 saylı binanın blokunun qarşısında görüşüb 8000 manat pulu Kərimə vermiş, Kərim pulu sayıb cibinə qoyaraq demişdir ki, narahat olmasın, Ramin və Ruslanın hərbidən təxris olunmaları işini gördüyü şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun müavininin sürücüsü İqbal adlı şəxsdir. Kərim demişdir ki, Ramin və Ruslanın məsələsini İqbal adlı sürücü ilə düzəldir, əvvəllər də İqbal adlı şəxslə başqa şəxslərin də məsələsini həll etmişdir. Digər zərərçəkmiş şəxslər X9 və Zərərçəkmiş şəxs4, habelə şahidlər Zərərçəkmiş şəxs3, Şahid2, Şahid4, Şahid5 məhkəmə iclasında verdikləri ifadələrindən və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən Təqsirləndirilən şəxs2 tanımadıqları və onunla əlaqələrinin olmadığı müəyyən edilmişdir. Həmin şəxslərin bu xarakterli ifadələri təqsirləndirilən Həsənin dələduzluq cinayətinin törədilməsində iştirakını birbaşa təsdiq edən sübut hesab edilə bilməz. Beləliklə, qeyd olunan şəxslərin ifadələri Həsənin təqsirini təsdiqləmək əvəzinə, əksinə, onun dələduzluq cinayətində iştirak etmədiyini göstərən əsaslarla təkzib olunmuşdur. İlk öncə qeyd edilməlidir ki, Həsənin göstərilən iki epizod üzrə işin Kərim tərəfindən həll ediləcəyi barədə Kənana məlumat verməsi, daha sonra razılaşaraq 2000 manatı Kənandan alıb Kərimə çatdırması, ikinci dəfə isə 4000 manat pulu Kənandan alaraq Kərimə verməsi və Musanın işində Kənanın Kərimə 3000 manat verdiyi zaman Kərimin Həsənə 50 manat verməsi tərəflərin heç birinin məhkəməyə və istintaq orqanına verdiyi ifadələr və digər sübutlarla mübahisələndirilmir. Lakin bu hallar hərtərəfli, tam və obyektiv araşdırıldıqda başqa bir mənzərə ortaya çıxır. Göründüyü kimi, ibtidai istintaq zamanı Kənanın uşaqların valideynləri ilə danışaraq xəbər verəcəyini Həsənə bildirdiyi qeyd olunmuşdur ki, bu da Həsənin ondan əlavə Kərimə çatacaq 500 manatın Kənana deməsinin, Kənanın isə valideynlərə deyərək razılıq almasının inandırıcı olduğunu göstərir. Həmçinin, Kərimin ibtidai istintaqda verdiyi ifadəsində 500-600 manat məbləğində pulun Həsənə çatdığını bildirməsi də həmin məbləğin hansı niyyətlə və hansı səbəbə görə Həsənə verildiyinin müəyyən olunmadığını göstərir. Bundan əlavə, Həsən ibtidai istintaq zamanı verdiyi ifadəsində birinci dəfə 500 manat, sonra isə 50 manat pul verilməsini bildirsə də, müstəntiq tərəfindən bu hallar tam, hərtərəfli və obyektiv araşdırılaraq suallar verilməklə dəqiqləşdirilməmişdir. Lakin təqsirləndirilən və zərərçəkən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrdəki ziddiyyətli məqamlar, məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təkzib olunmuşdur. Belə ki, işin həqiqi hallarından, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlunun və şahidlərin ifadələrindən, həmçinin iş materiallarında olan sübutlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda göstərilən epizodlar üzrə birinci dəfə 500 manat və ikinci dəfə 50 manat pul əldə etmişdir. Bu da sübutların müqayisəli təhlili zamanı ziddiyyət hal yaranmadan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və digər şəxslərin niyyətindən xəbərsiz olduğu, birinci 500 manatın ona qalacağını qabaqcadan Kənana bildirməsini, Kənanın isə buna razılıq verdiyini və işin həll olunmayacağından xəbərdar olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakınınəvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Göründüyü kimi, məhkəmə istintaqında proses iştirakçılarının ifadələrinin müqayisəli təhlili zamanı biri digəri ilə üst-üstə düşən hallar mübahisəsiz qaydada qəbul olunmuş və beləliklə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etməsi üçün digər şəxslərin niyyətindən xəbərdar olması təsdiqlənməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34-cü maddəsinə görə iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. İşin hər bir epizodunda iştirak edən təqsirləndirilən şəxs Kərim, zərəçəkən Kənan və şahid İqbal belə Həsənin işin həll olunmayacağından xəbərsiz olduğunu və hər hansı bir dələduzluq niyyətində iştirak etmədiyini təsdiq etmişlər. . Bundan başqa, əgər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Kərim və digərləri ilə dələduzluq etmiş olsaydı, iş həll olunmadığı halda Kərimin yaşadığı mənzilə gedib səs-küy salaraq, mənzilin qapısının “gözlüyünü” qırıb evə daxil olmaq istəməz və Kənanla birlikdə Kərimdən vurulan ziyanı tələb etməzdi. . Bundan başqa, 50 manatın Kərim tərəfindən Həsənə verilməsi məsələsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, həm zərərçəkmiş şəxs Kənan, həm də Kərim ifadə verərək Musanın işi ilə bağlı Kənan və Həsənin birlikdə Kərimin yaşadığı mənzilin qarşısında 3000 manatı ona verərkən, həmin vaxt Həsənin maliyyə vəziyyətinin yaxşı olmaması səbəbindən Kərim tərəfindən 50 manatın “cib xərci” kimi, gündəlik ehtiyacları üçün verildiyini bildirmişlər. Bu da Həsənin verdiyi ifadənin inandırıcı olduğunun göstəricisidir. Epizodlar üzrə pulların Kənan tərəfindən Kərimə verilməsi zamanı Həsənin iştirak etməsi isə sadəcə Kənan ilə Həsənin dost olmaları səbəbindən, onların tez-tez görüşmələri ilə bağlı olmuşdur. Həsənin fəaliyyəti texniki və formal xarakter daşımış, onun hər hansı aldatma, təşkilatçılıq və ya mənimsəmə niyyəti ilə hərəkət etdiyi sübuta yetirilməmişdir. Etik və sosial baxımdan düzgün olmayan bəzi addımlar atsa da (məsələn, “şirinlik” almaq), bunlar cinayət məsuliyyəti üçün kifayət etmir. . Məhkəmə istintaqı zamanı toplanmış sübutlar və ifadələrin təhlili nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hadisələrdə iştirakı cinayət xarakteri daşımamış, yalnız şəxsi dostluq münasibətlərindən doğan sosial davranış çərçivəsində olmuşdur. O, zərərçəkmiş şəxs Kənanla yaxın münasibətdə olduğuna görə müəyyən məqamlarda ona dəstək göstərmiş, lakin heç bir mərhələdə qarşı tərəfi aldatmaq, etibarından sui-istifadə etmək və əmlakı ələ keçirmək məqsədi ilə hərəkət etməmişdir. Hadisələrin inkişafı göstərir ki, Həsən işin həll olunmayacağından əvvəlcədən xəbərsiz olmuşdur. Əgər onun məqsədi qarşı tərəfi aldadıb əmlak əldə etmək olsaydı, işin nəticəsiz qaldığı halda reaksiya vermədən hadisədən uzaqlaşardı. Lakin Həsən, əksinə, işin uğursuzluğundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, onunla üzləşməyə çalışmış və verilmiş vəsaitin geri qaytarılmasını tələb etmişdir. Bu davranış cinayətkar niyyətdən tamamilə fərqlənir və Həsənin niyyətinin təmiz olduğunu, nəticələrin doğruluğuna özü də inandığını açıq surətdə sübut edir. Cinayət hüququna görə, dələduzluq cinayətinin baş verməsi üçün mütləq şəxsin qarşı tərəfi qəsdən aldadaraq onun əmlakını mənimsəmək niyyətinin olması tələb olunur. Həsənin davranışlarında belə bir qəsd elementi aşkar edilməmişdir. Onun hadisə yerində iştirakı yalnız dostuna dəstək olmaq xarakteri daşımış və məqsədli şəkildə dələduzluq əməlinin həyata keçirilməsinə yönəlməmişdir. Eyni zamanda, Həsən tərəfindən hadisələrin təşkili, planlaşdırılması və ya əmlakın bilavasitə əldə edilməsi halları da sübuta yetirilməmişdir. Bütün halların birgə qiymətləndirilməsi onu göstərir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin əlamətləri mövcud deyil. Onun sadəcə sosial münasibətlər zəminində hadisələrə kənardan iştirakı və nəticədə əmlakın mənimsənilməməsi faktı, həmçinin pulun geri qaytarılması tələbilə aktiv davranış sərgiləməsi, ona elan olunmuş ittihamın sübutsuz olduğunu bir daha təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Məcəllənin müddəalarına uyğun olaraq, müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bakcell MMC-dən 29 aprel 2024-cü il tarixli BKC/GL-4907-24 nömrəli məktubla daxil olmuş diskə və Azercell Telekom MMC-dən 09 aprel 2024-cü il tarixli 7655 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 13 iyun 2024-cü il tarixli protokollara münasibətdə məhkəmə qeyd edir ki, Həsənin hər hansı ittihamda göstərilən epizod üzrə hadisə vaxtı Kərimin yanına gəlməsi və ya həmin yerə yaxın ərazidə olması onun dələduzluq cinayətini törətməsini təsdiqləmir. Şəxsin dələduzluqda təqsirli bilinməsi üçün onun bu cinayətin törədilməsində məqsədli iştirakının və mənimsəmə niyyətinin mövcudluğu sübuta yetirilməlidir. Təkcə cinayət yerində və ya hadisə zamanı iştirak faktı ilə cinayət məsuliyyəti müəyyən edilə bilməz. Məhkəmə istintaqı zamanı təqsirləndirilən, zərərçəkən şəxslərin və şahid ifadələri ilə təkzib edilmişdir. İş materiallarından göründüyü kimi, istintaq zamanı əvvəlcə təqsirləndirilən şəxs Həsənlə Kərim arasında, daha sonra isə Həsənlə zərərçəkmiş Kənan arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir. Lakin hər iki üzləşdirmə zamanı müstəntiq tərəfindən tərəflərin əvvəlki ifadələrindəki ziddiyyətli məqamların aydınlaşdırılması istiqamətində heç bir təşəbbüs göstərilməmiş, tərəflərə konkret və ziddiyyəti aradan qaldırmağa yönəlmiş suallar verilməmiş, əksinə üzləşdirmə protokollarında yalnız həmin şəxslərin əvvəlki ifadələrinin məzmunu olduğu kimi təkrar yazılmaqla kifayətlənilmişdir. Bu isə üzləşdirmənin formal aparıldığını və faktiki halların dəqiqləşdirilməsi məqsədinə xidmət etmədiyini göstərir. Həmçinin bu istintaq hərəkətinin nəticələri məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu halda əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bütün sübutlar təhlil edilərkən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin obyektiv cəhətləri mövcud olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan birləşərək bir qrup halında zərərçəkmiş şəxsləri aldatmaq və ya onların etibarından sui-istifadə edərək xeyli miqdarda əmlaklarını ələ keçirmək niyyətində olmamışdır. İttihamda göstərilən 500 manatın ona qalacağı barədə öz dostu Kənanla əvvəlcədən razılaşmış və zərərçəkənlər buna razılıq vermişlər. İş üzrə araşdırma aparmalı olan, lakin heç bir araşdırma aparmağa lüzum görməyən müstəntiq sadəcə həmin ziddiyyətli, biri digərini təkzib edən ifadələri iş materiallarına əlavə edərək sadəcə zərərçəkmiş şəxslərin sözlərinə əsaslanaraq Təqsirləndirilən şəxs2 Kərim və başqaları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə zərər vurması qənaətinə gələrək dələduzluq cinayətləri ilə bağlı yeni təcrübə yaratmağa çalışmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuş və Təqsirləndirilən şəxs2 hərəkət və ya hərəkətsizliyində, şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını almışdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayətprosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs2 hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 verilmiş ittihamın əsassız olması qənaətinə gələrək qeyd edir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində cinayət tərkibi müəyyən edilmədiyindən Kərimlə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşməsindən söhbət gedə bilməz. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs2 əməlində AR CPM-nin 42.1.2-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X20 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Həmçinin Məhkəmə Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə qiymət verilməsini zəruri hesab edir. Məlumdur ki, Təqsirləndirilən şəxs1 ittihamda adı çəkilən şəxsləri aldatmadığını bildirsə də, Kənan və Rizvana onların işlərinin həll ediləcəyi barədə vəd verərək müəyyən məbləğdə pul alması, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun öz ifadəsi, digər təqsirləndirilən şəxs Həsənin, zərərçəkmiş şəxslərin ifadələri və işdəki digər sübutlarla tam sübuta yetirilmişdir. Bu, iş üzrə mübahisəsiz hal kimi qiymətləndirilir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsində zərərçəkmiş şəxslərdən 37.000 manat deyil, 24.500 manat məbləğində pul aldığını, bu vəsaitin isə iki dəfə 9.000 manat və bir dəfə 3.000 manat olmaqla verildiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən bu halı qiymətləndirərək müəyyən etmişdir ki, əgər təqsirləndirilən şəxsin dedikləri doğru olsaydı, ümumilikdə aldığı məbləğ ya 21.000 manat, ya da üç şəxsin işi üzrə 27.000 manat olmalı idi. Lakin 24.500 manat məbləği hansı əsasla hesabladığını Kərim izah edə bilməmişdir. Bu da məhkəmə iclaslarında verdiyi bir-birini təkzib edən ifadələrinin, eləcə də irəli sürdüyü dəlillərin öz təsdiqini tapmadığını göstərmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxslərin və digər təqsirləndirilən şəxsin ifadələri ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin şəxslərin işlərini həll edəcəyinə dair yalan vədlərlə ümumilikdə 37.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmiş, bu vəsaitdən yalnız bir hissəsini – 5.000 və 7.000 manat olmaqla cəmi 12.000 manatı – zərərçəkmiş Kənana qaytarmış, əlavə 7.000 manat isə digər təqsirləndirilən şəxs Həsən tərəfindən və 1000 manat İqbal tərəfindən Kənana ödənilmişdir. Beləliklə, ümumilikdə 17.000 manat ödənilməmiş qalmışdır. Məhkəmə tərəfindən Kərimin ifadələrinin səmimi olmamasına inam yaradan digər bir nüans ondan ibarətdir ki, Kərim əvvəlcə 14000 manat pulu İqbala verdiyini, qalanını isə şəxsi ehtiyaclarına sərf etdiyini bildirmiş, lakin növbəti məhkəmə iclasında şahid qismində dindirilmiş İqbal yalnız 7.000 manat aldığını bildirdikdə, Kərim bu ifadəni təsdiq etmiş və əvvəlki ifadəsini təkzib etmişdir. Bundan başqa, Kərim ifadəsində Samir adlı şəxsə verilən pula görə özünü təqsirli bilmədiyini qeyd etsə də, elə öz ifadəsində Samiri özü tapdığını, həmin şəxsi uzun illərdir tanıdığını və onun vasitəsilə işin həll ediləcəyinə dair Kənan və Rizvana vəd verdiyini, 7.000 manat pulu birbaşa Kənandan alaraq Samirə verdiyini etiraf etmişdir. Göstərdiyi bu hallar həm əvvəlki ifadələri ilə ziddiyyət təşkil etməmiş, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə tam təsdiq olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hər dəfə müxtəlif əsaslara istinad etmiş, bir məhkəmə iclasında göstərdiyi halı digər iclasda verdiyi ifadə ilə özü təkzib etmişdir. Məhkəmə, bu səbəbdən, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri yalnız öz müdafiəsini təmin etmək üçün uydurulmuş izahlar kimi qiymətləndirir və onun hər məhkəmə iclasında həqiqəti əks etdirməyən dəlillərə sığınmasına tənqidi yanaşır. Məhkəmə istintaqı nəticəsində aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmədiyi və pulları aldadaraq ələ keçirmədiyinə dair müdafiə arqumentləri iş materiallarında olan sübutlarla və məhkəmə iclasında verilmiş ifadələrlə təkzib olunmuşdur. Bundan başqa, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 tanışı İqbal adlı şəxslə işin həll edilməsi üçün razılaşdığını qeyd etmiş və həmçinin İqbal isə məhkəmədə şahid qismində dindirilən zaman bir işin həlli ilə bağlı Kərim ilə razılaşdığını bildirmişdir. Əgər Kərim həqiqətən iki şəxsin işi üzrə ümumilikdə 16.500 manat almış, lakin bir şəxsin işi ilə bağlı yalnız 7.000 manatını İqbala vermiş və qalanını şəxsi ehtiyaclarına sərf etmişdirsə, bu hal onun məqsədinin əvvəlcədən cinayət niyyəti ilə, yəni dələduzluq yolu ilə vəsait əldə etmək olduğunu göstəricisidir. Bu hal gələcəkdə yaranacaq problem zamanı onun əsl niyyətinin dələduzluq olmadığının göstəricisi kimi düşünülsə də, işin həqiqi hallarından görünür ki, şəxs 37000 manat ələ keçirmiş, həmin puldan sadəcə 7000 manatını İqbala vermişdir ki, bu da dələduzluq niyyətinin olduğunu dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 başqaları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi qənaətinə gələrkən işin həqiqi hallarını, o cümlədən təqsirləndirilən şəxsin məhkəmə iclasında həmin xüsusatla bağlı verdikləri ifadələrində göstərdikləri halları real və inandırıcı olmamasını hesab edərək, Təqsirləndirilən şəxs1 başqaları ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Kənan ifadə vermişdir ki, o, iş üzrə digər zərərçəkmiş şəxslərin maddi ziyanlarının ödənilməsini təmin etmək məqsədilə onlara ümumilikdə 30.000 manat məbləğində vəsait ödəyib, əlavə olaraq 7.000 manat məbləğində pulu da şəxsən özü təqdim etmişdir. Beləliklə, Kənan ümumilikdə 37.000 manat vəsait sərf etmiş, lakin cinayət nəticəsində vurulmuş maddi ziyanın tam ödənilməsi üçün hələ də 17.000 manat ödənilməmiş qalmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 başqa şəxslərlə birlikdə törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirlndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 01); AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, 3-13-16/2-4750/2024 nömrəli məktubdan görünür ki, məktubun məzmunu “DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Lakin, X3 məxsus «HONDA CMC» markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Əlavə olaraq kompüter çıxarışı Sizə göndərilir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur” şəklində olmuşdur (cild 01, i.v. 29); AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (cild 01, i.v. 35); AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 01, i.v. 36); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli, 3-21-3-02/2-3051/2024 nömrəli məktubdan görünür ki, məktubun məzmunu “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülkiyyətində olan və ya özgəninkiləşdirilən daşınmaz əmlaklar haqqında məlumatın verilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs2 adına ünvan 21 ünvanında yerləşən 508 nömrəli mənzil qeydiyyata alınmış, lakin xx.xx.2006-cı il tarixində özgəninkiləşdirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 adına Bakı şəhəri, Binəqədi rayonu, X25 küçəsi, 7-ci mikrorayon, ev 3C ünvanında yerləşən 121 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, X25 küçəsi, 261, M7, m1) qeydiyyata alınmış, lakin xx.xx.2023-cü il tarixində özgəninkiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hal-hazırda adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir” şəklində olmuşdur (cild 01, i.v. 140); “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə X11 və “Samir” adlı şəxsin yeri müəyyən edilənədək ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 01, i.v. 151-152); “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat təzələnmiş və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 184); “Şəxsin barəsində axtarış elan edilməsi və tutulması barədə” 07 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 23 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs1 barəsində axtariş elan edilməsi, Təqsirləndirilən şəxs1 yeri müəyyən edildiyi andan tutulması və bu barədə dərhal Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə rəsmi məlumat verilməsi, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01, i.v. 189- 190); “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri əsasında (Təqsirləndirilən şəxs1 istintaq orqanından gizləndiyi üçün) icraat dayandırılmışdır (cild 01, i.v. 191-192); AR DİN Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş 23 may 2024-cü il tarixli, 53- 1/2-4761/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində ünvan 24 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİnin 26-cı PB-nə gətirilmişdir (cild 01, i.v. 222); 21 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində ünvan 24 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Səbail RPi-nin MSY-nə təhvil verilmişdir (cild 01, i.v. 223); “Cinayət işi üzrə icraatın təzələnməsi barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilib ibtidai istintaqı davam etdirilmişdir (cild 01, i.v. 225); “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və digərlərinin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilərək Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 01, i.v. 227-228); “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 01, i.v. 244); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(004)-233/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 ay 20 gün müddətində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad olunması qərara alınmışdır (cild 02, i.v. 13- 19); “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir və bu barədə qərar ona elan olunmuşdur (cild 02, i.v. 29-30); “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 02, i.v. 48-49); “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və bu barədə qərar ona elan olunmuşdur (cild 02, i.v. 60); “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 ay-05 ayadək, yəni 12 iyul 2024-cü il tarixdən 12 sentyabr 2024cü il tarixədək uzadılmışdır (cild 02, i.v. 71-72); “Cinayət təqibi üzrə ayrıca cinayət işinin ayrılması haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ********* №-li cinayət işi ayrılması və cinayət işi istintaq aparılması üçün icraata qəbul edilməsi, ********* №-li cinayət işində olan bütün sənədlərin kserosurətləri ayrılmış ********* №-li cinayət işinə əlavə olunması və sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilməsi qərara alınmışdır (cild 02, i.v. 124-141); “Cinayət işindən material ayrılması və ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işindən X12 və X5 tərəfindən Zərərçəkmiş şəxs1 məxsus qara rəngli, 2015-ci il buraxılışlı, **-OE-*** dövlət qeydiyyat nişanlı, “Mitsubichi Pajero” markalı avtomobilin etibardan sui-istifadə etmə aldatma yolu ilə ələ keçirilməsi faktına görə cinayət işi materiallarından ayrıca material ayrılması və araşdırılmaqla həmin fakta hüquqi qiymət verilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilməsi, ********* №-li cinayət işində olan zəruri sənədlərin kserosurətlərinin ayrılmış materiala əlavə olunması və sənədlərin siyahısının cinayət işi və materiala əlavə edilməsi qərara alınmışdır (cild 02, i.v. 145-147); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 154-155); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 166-167); “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 01 ay-06 ayadək, yəni 12 sentyabr 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (cild 02, i.v. 179-181). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almasını, etdiyi əməllərdən peşman olmamasını və uzun sürən məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərə heç bir ödəniş etməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini (CM 59.2), cinayət nəticəsində dəymiş ziyandan qismən ödəniş etməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməməsini və zərərçəkmiş şəxslərin hazırda şikayətçi olduqlarını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbs edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə əməldə cinayət tərkibi olmadığından bəraət verilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “32 saylı” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından ona AR CPM-nin 42.1.2ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “32 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar