Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-632/2025 03.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən 13 saylı uşaq poliknikasında yerləşən xidməti iş otağında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vuraraq ona sağ aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud nahiyəsinin qançır-şişkinliyi (hematomaşı), sol bazu və sol bud nahiyələrinin qançıları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2010-cu ildən nikahdadırlar və birgə nikahlarından 3 övladları vardır. Son bir ildir ki, aralarındakı münasibətlər yaxşı deyildir və hazırda birlikdə yaşamırlar. xx.xx.2025-ci il tarixdə işdə olduğu zaman Sevinc ondan övladını gedib məktəbdən götürməsini xahiş etmiş, o isə işdə olduğu və istədiyi vaxt çıxa bilmədiyi üçün Sevincə müvəqqəti olaraq işdən çıxıb uşağı götürməsini təklif etmişdir. Buna görə də onlar arasında mübahisə yaranmışdır. O, həmin tarixdə, saat 11:30 radələrində Sevincin işlədiyi ünvan 2 ünvanında yerləşən 13 saylı uşaq polikliniksına gəlmiş və Sevincin iş otağında aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı o, Sevincə hər hansı xəsarət yetirməmiş və onu vurmamışdır. Həmin vaxt orada başqa şəxslər də olmuş, lakin o, orada səs-küy salmamışdır. Lakin sonuncu məhkəmə iclasında yekun olaraq, etdiyi əməli etiraf edərək peşman olmasını və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs qarşı ifadə vermək istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 28-ci polis şöbəsində verdiyi məhkəməyədək sadələşdirilmiş icraat materialının 31-32-ci səhifələrində olan ifadəsindən görünür ki, X3 ilə 2010-cu ildə ailə həyatı qurmuşdur. Həmin nigahdan 3 övladları vardır. 2014-cu ildə Vasiflə yola getmədiyim üçün ondan boşanmaq üçün məhkəməyə müraciət etmiş, lakin onun ailəsini təkidi ilə ərizəsini geri çəkmişdir. Bundan sonra Vasif spirtli içkini tərgizəcəyinə və onunla yaxşı dolacağına dair söz vermiş, lakin onun bu sözü çox çəkməmişdir. Bu illər ərzində mütəmadi olaraq ailə daxili söz- söhbətləri olmuş, ailəsinin dağılmaması üçün boşanmaq üçün müraciət etməmiş, lakin Vasifinin ailəsinə sadiq olmaması, eləcə də mütəmadi olaraq spirtli içki təsiri altında evə gəlib onunla dava etməsi səbəbindən, cari ilin aprel ayında Vasifdən boşanmaq üçün Yasamal rayon məhkəməsinə müraciət etmiş, hal hazırda 13 saylı mediasiya təşkilatında müraciəti baxılmaqdadır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında mətbəxdə olan masanın üzərində istiot qabında istiot olmadığından Vasif onunla mübahisə etməyə başlamış və "sən necə qadınsan evindən xəbərin yoxdu" "səni işdən çıxardacam" kimi ifadələr işlədərək üzərinə yürüməyə başlamış, lakin səs-küy salmasından çəkinib ona əl qaldırmamışdır. Bu mübahisələrindən sonra onu işdən çıxartdıracağı ilə hədələməyə başlamış, lakin əvvəllərdə bu barədə bir neçə dəfə dediyindən onu ciddiyə almamışdır. xx.xx.2025-ci il tarixdə işdə olduğu zaman Vasif istifadəsində olan mobil nömrəyə zəng etmiş, danışıq zamanı evdə qalıb ev işlərimi görməsini, ona qulluq etməsini bildirmiş, buna görə də aralarında sözlü mübahisə yaranmış və onun dediklərinə əhəmiyyət verməyib dəstəyi asmışdır. Saat 13 radələrində xidməti iş otağında olarkən anidən Vasif otağa daxil olmuş və telefon danışığı zamanı aralarında yaranmış sözlü mübahisəyə aydınlıq gətirməsini bildirmiş, lakin ona əhəmiyyət verməmiş və ondan çıxıb getməsini xahiş etmişdir. Vasiflə yenidən aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı o, bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq onu döymüşdür. Təqsirləndirilən şəxs ifadəsində, hadisənin 5-6 dəqiqə müddət ərzində ünvan 2 ünvanında yerləşən 13 saylı uşaq poliklinikada xidməti iş otağında baş verdiyini, Vsif Şahnəzərovun onun bədəninin müxtəlif nahiyələrinə əl zərbələri vuraraq döydüyünü, həmin vaxt orada başqa şəxsin olmadığını, hadisə zamanı Təqsirləndirilən şəxs xəsarət yetirmədiyini, hadisə zamanı ona maddi ziyan dəymədiyini ifadə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 2 ünvanında yerləşən 13 saylı uşaq poliknikasında yerləşən xidməti iş otağıdır. (i.v. 11-14) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 11 oktyabr 2025-ci il tarixli, 866 nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər - sağ aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud nahiyəsinin qançır-şişkinliyi (hematoması), sol bazu və sol bud nahiyələrinin qançıları küt əşyanın (əşyaların) təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs təsirindən endirilmiş zərbənin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 22-24) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 oktyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 52) Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət və tələbi yoxdur və onlar artıq barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etiraf etməsini, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. (9 noyabr 2017-ci il tarixdən yeni məzmunda verilmiş formada) Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin yeddinci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu bəndinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən (2014cü il tarixədək qüvvədə olan) ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və Cinayət Məcəlləsinin tələblərindəndə göründüyü kimi yalnız vətəndaşın vəziyyətini yüngülləşdirən aktların geriyə qüvvəsi vardır. Hazır ki, halda Təqsirləndirilən şəxs tərəfindən 2014-cü ildə eyni əməlin törədilməsinə baxmayaraq cinayət törətmiş şəxsin vəziyyətini ağırlaşdıran aktların geriyə qüvvəsi olmadığından onun barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qizı ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-632/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-632/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver