Məhkəmə qərarları › İş №1(004)-639/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-639/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-639/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 iyul 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində əvvəlcədən tanımadığı va adını bilmədiyi İran İslam Respublikası vətəndaşının qoyduğu yerdən 30 manat müqabilində ağ rəngli yapışqan lentə bükülmüş 01 ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 0,582 qram xeyli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» və 01 ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 0,640 qram xeyli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin» əldə edərək üzərində daşımış, 21 iyul 2025-ci il tarixde saat 17:57 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilən zaman əynində olan sarı rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,640 qram psixotrop maddə «metamfetamin» və 01 ədəd bükümdə təmiz çəkisi 0,582 qram olan narkotik vasitə «heroin» aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyul 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində əvvəlcədən tanımadığı və adını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 30 manat müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. 21 iyul 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, şalvarının cibindən bir ədəd bağlanmış bükümü təqdim etmişdir. Sonra həmin yapışqanlı lentlə bağlanmış bükülü onun qarşısında açılmış və içərisindən iki ədəd qara rəngli sellofan bükümlər çıxmışdır. Yoxlama zamanı şalvarının cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Ardınca aşkar olunan narkotik vasitələrə bənzər maddələr qablaşdırılmış, onunla birlikdə digər iştirakçılar tərəfindən imzalanmış və mobil telefonla birgə götürülmüşdür. Həmçinin 3-cü qrup əlil olduğunu, atasının vəfat etdiyini və yaşlı anasına baxdığını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 21 iyul 2025-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və istifadəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis mayoru Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 iyul 2025-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üzərlərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da razılıq vermişdir. Bundan sonra mobil telefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı şalvarın cibindən 01 ədəd markalı mobil telefonu, həmin şalvarın cibindən bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd alışqan və sağ yan kiçik cibindən isə bir ədəd bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi lent bükümün içərisində olan iki ədəd bükümdən birinin içərisində metamfetamin, digər bükümün içərisində isə heroin olmasını, həmin narkotik maddələri xx.xx.2025-ci il tarixdə axşam saatlarında “Yeni Yasamal” adlanan ərazidə öz şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşı olan şəxsdən 30 manata alıb əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm və içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi də qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Məqsəd ərazi üzrə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmışdır. Sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı tərəfindən xidməti otaqda mobil telefondan istifadə edilməklə çəkiliş aparılaraq 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilmiş və ona təqdim edilmiş əşyaların qoyulduğu zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Azərbaycan Respublikası “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası CPM-nin 86.8-ci, 445-ci maddələrinin tələblərinə əsasən, 1. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, 2. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2; 3. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili polis mayoru Şahid3, 4. barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs - xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 21 iyul 2025-ci il tarixdə, saat 17:57 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Məmmədşərif Həmidov küçəsi 50 ünvanın qarşısında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarın arxa sağ cibindən bir ədəd Redmi markalı mobil telefon, qabaq sağ yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd alışqan və qabaq sağ yan kiçik cibindən bir ədəd ağ rəngli yapışqan lent bükümü çıxarıb təqdim etdi. Həmin ağ rəngli lent büküm açıldıqda içərisində 02 ədəd qara rəngli sellofan bükümlər aşkar edildi. Hər iki büküm açıldı. Həmin bükümlərin birində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digərindən isə qəhvəyi rəngli bərk halda narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı, yoxlama zamanı sonuncudan başqa heç bir əşya aşkar edilmədi. Ardınca aşkar olunan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr qablaşdırıldı, saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd Redmi markalı mobil telefon və sonuncuya məxsus şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlələrin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını və istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 30 manata əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Yasamal rayonu, Məmmədşərif Həmidov küçəsi 50 ünvanın qarşısında keçirildi. Üstünü yoxlama zamanı «lphone 16 pro max» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparıldı. Protokol yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD disk əlavə olundu (i.v. 13-14). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Amin Məcidli, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən, 1. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 2. Bakı şəhəri Yasamal RPİ-nin 29cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2; 3. Bakı şəhəri Yasamal RPİnin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3, 4. Barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs - xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 21 iyul 2025-ci il tarixdə saat 17.57 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Məmmədşərif Həmidov küçəsi 50 ünvanın qarşısında saxlanılaraq üzərindən aşkar olunan əşyalar qablaşdırılaraq təhqiqata təqdim edilmişdir. Təqdim olunan 1 (bir) ədəd kağız zərfə və 1 ədəd DVD diskə baxış keçirildi. Diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı onun əynində olan sarı rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd Redmi markalı mobil telefon, qabaq sağ yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd alışqan və qabaq sağ yan kiçik cibindən bir ədəd ağ rəngli yapışqan lentlə bağlanmış büküm, həmin bükümün içərisində iki ədəd ayrıayrılıqda bağlanılmış qara rəngli sellofan bükümlər aşkar edilmişdir. Baxış zamanı həmin iki ədəd qara rəngli sellofan bükümlərdən biri açıldıqda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və digər qara rəngli sellofan bükümdə isə qəhvəyi rəngli, bərk halda narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. İki ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq, bir ədəd “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi ilə birlikdə götürülmüşdür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin videoçəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün qablaşdırıldığı zərflə eyni olması müəyyən edildi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, iki ədəd bükümdə olan maddənin birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri xx.xx.2025-ci il tarixdə axşam saatlarında “Yeni Yasamal” adlanan ərazidə 30 manat pulun müqabilində tanımadığı İran İslam Respublikası vətəndaşı olan şəxsin ona dediyi yerdən gedib götürməklə əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Baxış və götürmə təbii işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə Yasamal RPİ-nin 29cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən videoçəkiliş aparıldı (i.v. 19-20). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 6/2515 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,640 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,582 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 49-53). “Maddi sübut kimi tanıma haqqında” 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş – təmiz çəkisi 0,640 qram psixotrop maddə metamfetamin və 0,582 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatdan sonra xalis çəkisi 0,590 qram psixotrop maddə metamfetamin və 0,532 qram narkotik vasitə heroinin qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 88-89). “Diskə baxış keçirilməsi haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X9, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən tərtib olunmuş «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «GOLD» yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “HP” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, ünvan 5 ünvanının qarşısında polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirirlər, sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirirlər, Təqsirləndirilən şəxs da razılıq verir və mobil telefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan sarı rəngli şalvarın arxa sağ cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın qabaq sağ yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd alışqan və həmin şalvarın qabaq sağ yan kiçik cibindən isə bir ədəd ağ rəngli yapışqan lent bükümü çıxarıb təqdim edir və təqdim etdiyi lent bükümün içərisində olan iki ədəd bükümdən birinin içərisində metamfetamin, digər bükümün içərisində isə heroin olmasını, həmin narkotik maddələri xx.xx.2025-ci il tarixdə axşam satlarında “Yeni Yasamal” adlanan ərazidə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 30 manata alıb əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda birinin içərisində ağ rəngli kristal şəkilli kütlə, digər bükümün içərisində isə qəhvəyi rəngli bərk halda maddə olması məlum olur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm və içərisində narkotik vasitə heroine bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi də qablaşdırılaraq götürülür. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 97). “Diskə baxış keçirilməsi haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən tərtib olunmuş «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «GOLD» yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “HP” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-in inzibati binasında təhqiqatçı Amin Məcidli tərəfindən polis əməkdaşlarının iştirakı ilə 01 ədəd DVD diskə və Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman aşkar edilmiş və ona təqdim edilmiş əşyaların qoyulduğu zərfə baxış keçirilir, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun əynində olan sarı rəngli şalvarın arxa sağ cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın qabaq sağ yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd alışqan və həmin şalvarın qabaq sağ yan kiçik cibindən isə bir ədəd ağ rəngli yapışqan lent bükümü çıxarıb təqdim etməsi, sorğu zamanı onun həmin narkotik maddələri xx.xx.2025-ci il tarixdə axşam satlarında “Yeni Yasamal” adlanan ərazidə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 30 manata alıb əldə etdiyini bildirməsi məlum olur, digər təqdim edilmiş zərfdə isə Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi olması müəyyən edilir. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 98). “Baxış keçirilməsi haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CPM-nin 51 85 .ə 236-cı maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu icraatında olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman götürülmüş bir ədəd «Redmi» markalı mobil telefona baxış keçirmiş, baxış zamanı həmin mobil telefonun üzərində ***- ***-**-** saylı mobil nömrə olması məlum oldu. Həmin mobil telefonun daxilində olan bütün proqramlara baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir xüsusat aşkar edilmədi (i.v. 99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 daxil olmuş 08 avqust 2025-ci il tarixli, 3-28-29/2-7515/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 daxil olmuş 1/4001 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib (i.v. 104). “Diskə baxış keçirilməsi haqqında” 26 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X9, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı "xxxx" MMCdən alınmış 01 ədəd CD diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «CD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “HP” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, 01 iyul 2025-ci il tarixdən 22 iyul 2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, yazışma və ya məlumat daxil olmaması və çıxmaması müəyyən edilmişdir. Həmin «CD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 108). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi ambulator X2 22 iyul 2025-ci il tarixli, 4357 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 119-120). “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefonun iş üzrə mühüm əhəmiyyət kəsb etmədiyi üçün baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bədinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin və narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi üzrə şəxsin üstünün yoxlanılması və təqdim olunan əşyaya baxış keçirilməsi çəkilmiş videogörüntülər olan iki ədəd «DVD-R» formatlı diskin maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş - təmiz çəkisi 0,640 qram psixotrop maddə metamfetaminin və 0,582 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı qalıq 0,590 qram psixotrop maddə metamfetaminin və 0,532 qram narkotik vasitə heroinin isə saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2515 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X2 xx.xx.2025-ci il tarixli 4357 nömrəli rəyi, «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» xx.xx.2025-ci il tarixli protokol, «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2025- ci il tarixli protokol, «diskə baxış keçirilməsi haqqında» protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 129-137). “Cinayət işinin materiallarından başqa material ayrılması haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirini təsdiq edən kifayət qədər sübutların toplandığını və cinayətin digər iştirakçısının istintaqa cəlb edilməsinin qeyri-mümkünlüyünü, həmçinin cinayət işinin hərtərəfli, tam, obyektiv və xarakterinə görə ayrıca baxılmasının mümkün olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddəni və narkotik vasitəni əldə etdiyi şəxs(lər) barəsində cinayət işindən material ayrılaraq, aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməklə araşdırma aparılması, qərarın surətinin Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 139-140). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2025-ci il tarixdən saat 17:57 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 32). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 61). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-565/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal buraxılmışdır (i.v. 81-83). “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 84). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 31 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 95-96). xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs həmin qəbzi vermişdir Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Pərvin Səfərliyə ondan ötrü ki, istintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə özünə məxsus 01 ədəd «Redmi» markalı mobil telefonu işlək vəziyyətdə təhvil almışdır (i.v. 100). “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqdan gizlənməsi səbəbindən onun tutulması üçün haqqında axtarış elan olunması və tutulduğu halda Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil verilməsi və cinayət işinin ibtidai istintaq müddəti nəzərə alınmaqla, cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır (i.v. 121-122). “Şəxsin könüllü istintaqa gəlməsi barədə” 20 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X9, icraatında olan ********* nömrəli cinayət işi üzrə, Azərbaycan Respublikası CPM-nin 85, 51-ci maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, həmin cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir. Bu barədə protokol tərtib edilən zaman Təqsirləndirilən şəxs bundan əvvəl istintaqın çağırışlarından məlumatsız olduğunu, bir müddət qeydiyyatda olmaqla yaşadığı ünvanda olmadığını, istintaqın bundan sonrakı mərhələsində hər bir çağırışa gələcəyini bildirdi (i.v. 125). “Cinayət işi üzrə icraatın təzələnməsi və qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır (i.v. 126- 127). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X5 08 iyul 2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 07-ci ayının 13cü günündə 741 № ilə qeyd edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, 3-16-21-1/2- 5240/2026 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və xx.xx.2025-ci il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, həmçinin AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmasını, azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən yeni cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, əlil olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini və əvvəllər məhkum olunmasını da nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (cəza müddəti sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və xx.xx.2025-ci il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır), cəzanı çəkdiyi dövrdə yəni xx.xx.2025-ci ildə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə təcrübəsində və hüquqi prinsiplərdə cəzanın təyin edilməsində əsas məqsəd yalnız təqsirləndirilənin islah edilməsi deyil, həm də digər şəxslər üçün xəbərdaredici rol oynamaq, yeni cinayətlərin qarşısını almaq və ictimai ədalət hissini təmin etməkdir. Təqsirləndirilən şəxsin şəxsiyyəti, əməlindəki ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda həm psixotrop maddə metamfetamin və həm də narkotik vasitə heroin aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Belə şəraitdə, yəni ictimai təhlukəliliyinin (kəmiyyət və keyfiyyət) əlamətləri, bir tərəfdən cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsi, peşman olması, əlil olması), digər tərəfdən azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən yeni cinayət törətməsi mövcud olduğundan, cəza siyasətinə uyğun olaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının qanunun nəzərdə tutduğu aşağı həddə yaxın müddətinə təyin olunması ədalətli və qanuni hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanın ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsdə saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Konvoy taboruna həvalə olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 0,590 qram psixotrop maddə metamfetamin və 0,532 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar