Məhkəmə qərarları › İş №1(004)-64/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-64/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-64/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixində Zəngilan rayonu Bartaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Yasamal Rayon Məhkəməsinin 05.11.2019-cu il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluq ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanıdığı Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Bakı Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə oğlu Araz Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmaqla cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar köməklik göstərməsi barədə onlara müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs həmin məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla sonuncunu aldadaraq 12 dekabr 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi ilə A.M.Şərifzadə küçələrinin kəsişməsində yerləşən “İran Klinikası”nm qarşısında Zərərçəkmiş şəxs məxsus 12000 (on iki min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CMin 178.2.1. və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Araz Vəliyevin xidmət etdiyi hərbi hissədə ölümlə nəticələnən dava-dalaş baş verməsini, həmin hadisədə Araz Vəliyevin iştirakı olmasa da, cinayət işi üzrə Araz Vəliyevin barəsində həbs qətimkan tədbiri seçildiyini, onun cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar köməklik etməyi xahiş etmişdir. O da bu məsələ ilə bağlı yaxın qohumu ilə məsləhətləşmişdir. Qohumu Şahid2 tanışı olan, hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə işləməsini söyləyən Şahid1 zəng edərək köməklik göstərməsini xahiş etmişdir. O da məsələnin Arazın xeyrinə həll olunması üçün 7000 manat tələb olunduğunu, özünün də bu işə görə 2000 manatı əziyyət pulu kimi götürəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng edərək ona məsələnin ümumilikdə 12000 manata həll ediləcəyini söyləmişdir. 12.12.2019-cu il tarixdə “İran Klinikası”nın qarşısında Zərərçəkmiş şəxs və Ariflə tanımadığı sürücünün VAZ-2109 markalı avtomobilində görüşdükdə Zərərçəkmiş şəxs ona qara rəngli sellofan paketin içinə qablaşdırdığı 12000 manat pulu vermişdir. Bundan sonra o, həmin puldan 3000 manatı özünə götürüb qalan 9000 manatı isə Elnura verməyi üçün saxlamış, lakin Şahid1 tam əmin olmadığından ona əvvəlcə yalnız 6000 manat verərək ona çatası 3000 manatı verməmişdir. Daha sonra Şahid1la görüşüb qalan 3000 manatı da vermişdir. Şahid1 müxtəlif bəhanələr gətirərək əlavə vaxt istəyərək möhlətlər alsa da, hər dəfə Zərərçəkmiş şəxs aldadaraq pulunu qaytarmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, aralarında barışığın əldə olunmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ona dəymiş ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında oğlu X1 hərbi xidmətdə olduğu hərbi hissədə ölümlə nəticələnən dava-dalaş baş vermiş, həmin hadisədə oğlu Arazın iştirakı olmasa da oğlunun barəsində cinayət işi başlanılmış və nəticədə oğlu həbs olunmuşdur. Buna görə oğlu Arazın təqsirsiz olması və bu işdə bəraət alması üçün vəkil axtarışında olarkən Arazın hərbi xidmət yoldaşı Cavanşir adlı şəxs Əziz adlı tanıdığı şəxsin belə işlərdə vasitəçi rolunu oynadığını söyləyərək Əzizlə söhbət etmələrini təklif etmişdir. Ariflə birgə özünü Həsənov Əziz kimi təqdim edən şəxslə görüşdükdə, Əziz onlara özünün əvvəllər Sumqayıt və Nərimanov rayon məhkəmələrində icraçı işlədiyini və buna görə də bir çox güclü tanış vəkillərlə münasibətinin olduğunu bildirərək onların vasitəsilə Arazın günahsızlığını sübut etdirəcəyini vəd etmişdir. Bu məsələyə görə ümumilikdə 12.000 manat pulu Əzizə vermişdir. Həmin vaxt Əziz pulu ondan alarkən qaynı Arif mobil telefonun mikrofonunu qoşmuş və Əzizin bütün danışıqları və vədlərini qeydə almışdır. Əzizin vəd verdiyi 20 gün müddət bitdikdə Əzizə zəng edərək işin nə yerdə olması ilə maraqlandıqda o, işlərin düzəlmək üzrə olduğunu, lazımi adamlarda danışıb, görüşüb və pulu çatdırdığını deyərək onu arxayın etmişdir. Aradan 3-4 gün keçmiş yenidən Əzizə zəng edərək pulunun qaytarılmasını təkid etdikdə o müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzaq qohumu, Şahid1 isə dostudur. 2019-cu ilin dekabr ayının əvvəllərində Əziz ona müraciət edərək tanışının oğlunun hərbi xidmətdə olduğunu və həbs edildiyini bildirərək ona kömək etmək üçün adam axtardığını demişdir. Həmin vaxt o, Əzizlə Elnuru Q.Qarayev metro stansiyasının yaxınlığında görüşdürmüşdür. Elnur 9000 manat müqabilində həmin məsələni həll edəcəyini vəd etmişdir. Bundan bir neçə gün sonra yəni, təxminən dekabr ayının ortalarında onlar yenidən həmin çay evinin yaxınlığında Elnurun avtomobilində görüşdükdə Əziz özü ilə gətirdiyi 6000 manat pulu yanında Elnura vermişdir. Əziz Elnura işi başlamasını və qısa müddətə qalan 3000 manatı da ona verəcəyini demişdir. Lakin sonralar Əziz qalan 3000 manatın verilməsini yubatdıqda Elnur onun vasitəsi ilə Əzizə xəbərlər göndərərək işi həll etməyi vəd edən adamların pulun qalanını da tələb etdiklərini bildirmiş və Elnurun sözlərini Əzizə çatdırmışdır. Sonradan, yəni təxminən 2020-ci ilin fevral ayında Elnur ona zəng edərək Əzizin əvvəlcə ona 1000 manat, bir neçə gün sonra 800 və nəhayət yekunda 1200 manat pul verdiyini bildirmişdi. Sonradan Əziz ona zənglər edib Elnurun məsələni həll etməyib pulları mənimsədiyini bildirdikdə o, dəfələrlə Elnura bununla əlaqədar zənglər etmiş, lakin Elnur hər dəfə ona yaxın günlərdə məsələni həll edəcəyini vəd etsə də məsələni həll etməmiş və Əzizin ona verdiyi 9000 manat pulu da geri qaytarmamışdır. İş üzrə Şahid4 və Şahid3 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 məhkəmə iclasında elan olunmuş ifadələrinindən görünür ki, onlar, eyni məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadələrinindən görünür ki, 2019-cu ilin dekabr ayında dostu Fuad onu qayınatasının qohumu olan Təqsirləndirilən şəxslə tanış edərək hərbi cinayət törətmiş və hal-hazırda Respublika Hərbi prokurorluğunda barəsində cinayət işi aparılan Araz adlı şəxsə öz əlaqələri vasitəsilə köməklik etməyini xahiş etmişdir. Bir müddət sonra həmin işlə maraqlanmış və Əzizə köməklik etmək məqsədi ilə işin alınacağında əlindən gələni edəcəyini bildirmişdir. Əziz ona 6000 manat verərək həmin pulu əziyyətinə görə verdiyini bildirmiş və tez bir zamanda bu işə köməklik edəcək adam tapmağını tapşırmışdır. O, həqiqətən də yenidən bu işlə maraqlanmış və hətta yaxın qohumlarının vasitəsilə hərbi prokurorluqda işləyən adını unutduğu şəxslə görüşdükdə həmin şəxs ona bu iş üzrə istintaq tamamlanmaq üzrə olduğunu, buna görə də yalnız məhkəmədə bu işə görə köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, bu barədə məlumatı Əzizə demiş və Əzizdən yenidən 3000 manat pul almışdır. Bununla da ümumilikdə o, Əzizdən 9000 manat pul almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Yasamal rayon məhkəməsinin 25.09.2009-cu il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islahişləri cəzasına məhkum edilmiş, Göyçay rayon məhkəməsinin 06.06.2018-ci il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CPM-nin40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Yasamal rayon məhkəməsinin 05.11.2019-cu il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, səh. 209-211). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 03.03.2022-ci il tarixli 21- 1/1050-5 nömrəli məktubunun surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-162/2019 saylı, 05.11.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, 20.08.2021-ci ildə cəza müddəti bitdiyi üçün probasiya qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən, ərizədən və teleqramdan görünür ki, Zərərçəkmiş şəxs, ona dəymiş zərərin tam ödənildiyini təsdiq etmişdir ( cild 1, səh 104, 236). Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli hökmündən görünür ki, Yasamal Rayon Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə Şahid1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, səh. 238-246). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25.11.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqları eks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 2, səh. 35-44). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlunu həbsdən azad edilməsi üçün 12.000 manat pulun verilməsi barədə danışması, həmçinin Təqsirləndirilən şəxs pulu aldıqdan sonra Araz Vəliyevi həsdən azad etdirəcəyi barədə vədlər verməsi barədə danışıqlar öz təsdiqini tapmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22.11.2021-ci il tarixli “axarışda olan şəxsin müəyyən edilərək tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 248) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 23 noyabr 2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 2, səh. 25-26). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Yasamal rayon məhkəməsinin 05.11.2019-cu il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılma cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs kimi qiymətləndirilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 22 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs oğlunun haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli, 1(004)-64/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 07 yanvar 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun 22 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Zaur Kərimov ev 191 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar