Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-64/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi, “Xəzər konsaltinq” vəkil bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, ünvan 1 ünvanda yerləşən «Real» marketində administrator vəzifəsində işləyən, məhkumluğu olunmayan, ünvan 2 ünvanda qeydiyyatda olan və ünvan 3 ünvanda kirayə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 01 iyul 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanda yerləşən «Şok» marketinin yaxınlığında olarkən əvvəllər tanıdığı və qərəzli münasibətlərinin olduğu Zərərçəkmiş şəxs dayanaraq siqaret çəkdiyini gördükdə sonuncunun və dayısı Şahid3 onu əsassız olaraq işdən çaxtmasını, borclu olduqları pulları qaytarılmamasını iddia edib Şahid3 və Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu ona iradını bildirməklə özünün və dayısının ünvanına əsassız ittihamlar səsləndirməməsini və nalayiq ifadələrlə təhqir etməməsini tələb etdikdə bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan həmin ünvanda ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməkdə davam edərək cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymamış, səs-küy salıb münaqişə yaratması səbəbindən həmin yerə toplaşmış şəxslər üçun aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vurub sonucuya baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin hematoması kimi zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mən həmin vaxt çıxdım işlədiyim dükanın qabağına siqaret çəkirdim, dayımın ünvanına nalayiq söyüşlər söyürdülər, yaxınlaşdım dedim ki, niyə söyürsünüz, işlədiyim dükanın qarşısı idi, X11 yerləşən “ŞOK” marketin saat 16:00-17:00 radələri olardı, dükana baxaraq dayımın ünvanına nalayiq söyüşlər söyürdülər, dedim niyə söyürsünüz çağırdı məni yaxına dedi yaxşı eliyirəm, daha sonra üzümə yumruq atdı, Anar və qohumu uşaq idi, mən yerə yıxıldım, sonra məni təpiklə vurdular, mən də huşumu itirdim. Məhkəmə iclasında bir neçə dəfə sorğu sual zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, xəsarət alıdığı yer və başının hansı tərəfinin göyərdiyi yer soruşulmuş, zərərçəkən hər dəfə sağ əlini başının təpə hissəsinin sağ tərəfinə qoyaraq (alnının sağ tərəfinə) xəsarət və göyərtinin həmin yer olduğunu, həmin yerdən vurulduğunu, həkim yazdığı mazı məhz həmin yerə vurduğunu bildirmişdir. Həmçinin məhkəmə iclasında sorğu sual zamanı sağ və sol tərəflərini tanıdığı məlum olmuşdur. İttiham aktında sol tərəfindən xəsarət aldığı, lakin məhkəmədə sağ tərəfindən xəsarət aldığını bildirdiyinin səbəblərini soruşduqda, bu suallara cavab verə bilməmişdir. Həmçinin bildirmişdir ki, xəsarətlər nəticəsində huşunu itirmişdir, yerə yıxılmışdır, marketdə ayılmışdır, onu işçilər mağazaya gətiriblər. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü yoldan keçirdim, gördüm ki, səs-küy gəlir, təxmini yay ayları olardı, oradan keçirdim, gördüm ki, uzaqdan nalayiq söyüşlər, səs-küy gəlir, camaat yığılıb ora, mən də yaxınlaşdım, dava-dalaş idi, yıxılan, aşağıda olan Ruslan idi, camaat aralaşdırırdı, 2 nəfər 1 nəfəri döyürdü, mən çatanda zərbə gördüm, Anargil Ruslanı vururdu, Ruslan tək idi, camaat onları aralaşdırdı, mən də “ŞOK” marketdən siqaret alıb oradan uzaqlaşdım. Məhkəmə istintaqında sorğu-sual zamanı Şahid2 bildirmişdir ki, Ruslanla dost olduğu üçün, münasibəti yaxın olduğu üçün bazarlığa həmin marketə gəlir. Həmçinin bildirmişdir ki, mübahisənin əvvəlini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, mən dükanda idim, mənə məlumat verdilər ki, çöldə dava var, çıxdım baxdım ki, bacım oğlunu 2 nəfər nalayiq söyüşlə söyür və döyürlər, mən də yaxınlaşdım, daha sonra 102 xidmətinə zəng vurdum, Anar və Murad adlı şəxslər idi bacımoğlunu döyürdülər. Məhkəmə istintaqında sorğu-sual zamanı Şahid3 bildirmişdir ki, market onun qızınındır, Anar da əvvəllər onun marketində işləyib administrator kimi. Mübahisə olanda mən içəridə idim, çıxdım ki, Anar və Murad Ruslanı təpikləyirlər, gəldim aralamağa, Şəfa və Şəhla xanım da orada idi, artıq aralayırdılar. Dükanda otağımda oturmuşdum, kimsə dedi çıxdım, 50 metr məsafə var, mübahisə olan yerə qədər. Məhkəmə istintaqı zamanı Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, iyul ayının 1-də təxminən saat 15:00-da mən marketdə öz işim ilə məşğul idim, mən “ŞOK” marketdə nəzarətçiyəm. İş vaxtı qapı da açıq idi, eşiydən, həyətdən səs gəldi, əhəmiyyət vermədim, çünki ora yol içidir, sonra biraz keçdi, yenidən bir də səs gələndə mən eşiyə, həyətə çıxdım, Ruslanla Anar yaxalaşmışdılar, mübahisə edirdilər, mən onlara yaxınlaşdım, Həsənqulu müəllim baxdım ki, çalışır ki, onları aralaşdırsın, mən özüm də onların dağılışmaqlarını istədim, çünki ikisini də tanıyırdım, onların aralaşmaqlarını mən də istəyirdim, çalışdıq, onlar dağılışdı, biz də hamımız öz işimizə getdik. Məhkəmə istintaqında sorğu-sual zamanı Şahid4 bildirmişdir ki, Mən mübahisəni görməmişəm, kim-kimi vurub. Hər şey bir anın içərisində oldu, kim-kimi vurdu görmədim. Ruslan mağazaya öz ayağı ilə özü qayıtdı. Anar da getdi öz mağazasına. Anar Həsənqulu müəlimə söz atıb, mübahisə edib sonradan Ruslan yanaşıb ki, dayımla niyə mübahisə edirsən. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Şahid5 və X5 məhkəmədə dindirilmişlər. Məhkəmə istintaqı zamanı Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, mən hər kəsi yaxından tanımıram, mən sadəcə ustayam reklam ustası. Məni də Anar müəllim çağırmışdı ki, mağazada reklam vurmağa. Ünvanı dəqiq bilmirəm, 20 yanvardan mən təxmini bilirəm, məsələn mənə hansısa müştəri zəng vuranda deyir ki gəl Elmlərə, ya filan yerə məşhur nəsə varsa onun yanına, hardasa deyimdə klinika var, Şəfa Klinikasının yanı idi, getdim tapdım, reklam aparmışdım, mən orada reklamların qırağını kəsirdim, gördüm ki, kimsə Anar müəllimi çağırdı çölə, mən də qapının ağzında kolidor kimi balaca bir yer var, orada oturub reklamın qırağını kəsirdim və gördüm ki çağırır, Anar müəllim də dedi ki, usta işləyir. Ortaboylu, ağsaçlı bir insan idi, ortayaşlı kişi idi, ağ saç kişi idi o çağırdı çölə. Anar müəllim çıxdı çölə başladılar nalayiq-nalayiq sözlər, əl-qol hərəkətləri, davaqırğın, ancaq dava-qırğın belə müsibət dərəcədə yox, sadəcə olaraq əl-qol atmaq orabura. Daha sonra 4 nəfər gəldi, 2 kişi idi, 1 qadın idi, cəmi 5 nəfər idi, 2 kişi idi yəni ortayaşlı, 2 cavan oğlan, 1 qadın idi. Ondan sonra da münaqişə, dava-qırğın, söz-söhbət sonra bilmədim nə oldu, mən öz işimi gördüm, onlar da hərəsi çıxdı bir yerə getdilər. Hətta orada Anar müəllimin bacısı uşağı var idi, balaca oğlan idi 10-11-12 yaşlı uşaq idi hələ onu da mənim yanımda qoyub çıxıb getdilər hətta gecə də o uşağa mən baxmışam. Yəni gözlədim gəlmədilər heç kim mağazanı da mən bağlayıb getmişəm, evlərinə açarı vermişəm ondan sonra çıxıb getmişəm evə. Anar müəllim dedi ki, sən qal burda uşağın yanında mən gələcəm. Məhkəmə istintaqında sorğu-sual zamanı Şahid5 bildirmişdir ki, Anarı gəlib çölə çağıran şəxs əl hərəkətləri ilə çağırdı əliylə işarə etdi ki gəl, Anar müəllim də dedi ki, usta işləyir çıxa bilmərəm, sonra biraz səs-küy etdi Anar müəllim çıxdı mən də qıraqdan baxırdım mağazanın şüşə pəncərəsindən, nərdivanın qırağından. Mənim durduğum yerdən hadisə tam görünürdü. Tez bir zamanda mübahisə bitdi səs-küy çoxalan kimi digərləri də gəldi. Maksimum 10-15 dəqiqəyə mübahisə bitdi. Kiminsə qucağa alınaraq daşınmasını xəsarət alan şəxs görmədim. Hadisənni bütün iştirakçıları öz ayaqları üzərində dağılışdılar getdilər. Hadisə dağılandan sonra Anar yaxınlaşanda saatı qırılmışdı, əlində gətirmişdi, üstü toz-torpaq idi ancaq qan filan görmədim. Məhkəmə istintaqı zamanı şahid X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, mən X11 yerləşən Cafe 44, restoran və çay evini idarə edirəm. Mən də marketlərdən meyvə, su, araq alıram aparıram. Həmin gün təxminən saat 16:00 olardı işləyərdi qalardı gəldim ora gələndə mübahisə gördüm, 4-ə işləyərdi qalardı, iyun aylarına təsadüf edərdi, tarix tam yadımda deyil, ortaboylu kişi idi, saçının bəzi hissələri ağdır həmin kişinin, Anara nalayiq sözlər dedi əclaf, vicdansız, şərəfsiz bu sözləri deyirdi, bir hündür kişi idi sarı, sarışın qırmızı kişi idi, bir qadın idi sarı saç, iki cavan oğlan idi, mübahisə kişi edirdi Anara qarşı, söyüş söyürdü, əl-qol atırdı, pilləkənin bir tərəfində o kişi idi, bir tərəfində Anar, Bompani maqazası tərəfdə mən də qayıtdım getdim. Məhkəmə istintaqında sorğu-sual zamanı şahid X5 oğlu bildirmişdir ki, Anarı marketə gəlib gedəndə tanımışam, Həsənqulunu da göstərsələr tanıyaram. Bəli Zərərçəkmiş şəxsı tanıyıram hadisə vaxtı da orada olub. Ruslan yanlarında dayanmışdı kişinin yanında idi, heç bir xəsarəti yox idi. Anarla Ruslan mübahisə etmirdi yalan deyə bilmərəm. Sədrlik edən şəkilləri şahidə göstərir, şahid həmin şəkillər içərisindən Şahid3 göstərir bildirir ki, Anarla mübahisə edən şəxs budur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı verilmiş ittiham üzrə təqsirli bilməyərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Mənim Şahid3la mübahisəmiz o idi ki, mən işdən çıxarılan zaman orada qeyd etdiyim 7.000 manat məbləğində vəsaitin verilməsi idi. Şahid3 həmin məbləği mənə verməli idi. Mən obyekti icarəyə işlədirdim həmin müddətdə. İcarəni dayandırdı ki, birbaşa işdən çıxarılacaqsan, dedi ki, obyekti ya satacam ya da başqa bir şəxsə verəcəm. Obyektin qiyməti qalxıb 5.500 manata qədər arendanın qiyməti qalxacaqdı. 3.000 manatdan 5.500 manat etmişdi. Mən də həmin vaxt etiraz elədiyim zaman birbaşa vəsaitin sonradan ödəniləcəyini dedi və işdən çıxardı. Həmin vaxt obyektin yanında bir başqa obyekt var idi və boş idi. Hansı ki, hazırda işlədiyim Real market. Orada fəaliyyətə başladım hardasa 3 aydan sonra yəni obyekti götürmüşdüm arendaya yanındakı obyekti. Başladım götürməyə. 1 ay idi təxmini içində ləvazimatlar avadanlıqlar yığılırdı həmin vaxt Şahid3 gəldi Real marketin qabağına başladı şüşənin qabağında məni söyüb batırmağa. İki dəfə çağırdı mən çıxmadım. Ancaq elə ifadələr işlətdi ki mən məcbur olub çıxmalı oldum. Dedim ki ağsaqqal kişisən danışığna fikir ver, çıx get. Bu başladı ki, təhqirlə söyüş dava ilə deyirdi ki, səni qoymayacam burda işləməyə. Mən də dedim ki, obyekt sizin deyil Tağıyev Bayram adlı şəxsindir. Aramızda mübahisə oldu sonra yaxınlaşdı onun işçilərindən Ruslan, meyvəçi hal-hazırda burdadır adını bilmirəm nədir, Şəfa müəllim, Şəhla xanım Həsənqulunu müdafiəyə çıxmışdılar. Ancaq Ruslanla mənim məhz həmin vaxt davam olmayıb. Şahid3la mübahisəm olub bəli. Sonra getdik biz 29-cu Polis Bölməsinə. Həmin vaxt bunlar 103-ə zəng etdilər təcili yardım çağırdılar səbəbini bilmirdim niyə çağırırlar skoru, Şahid3la dava etdiyim müddətdə onun özü ilə mübahisə etmişdim, ancaq o skoru çağırdı Ruslana. 20 dəqiqə sonra 29-cu Polis Bölməsindən adını bilmirəm, əməliyyatçı və növbədə olanlardan biri post patrul maşını dedi ki 29-cu polis bölməsinə yaxınlaş. Mən də yaxınlaşdım 29-cu polis bölməsinə, yaxınlaşdıqdan sonra təhqiqatçı dedi ki, belə bir şey var, gözləyin, izahat yazacaqsınız. İzahatda yazdı ki belə etmisiniz belə etmisiniz dedim ki, yox eləməmişəm. Dedi onda yazın bu cür yazdım izahatı dedi ki, gözləyin kamera görüntüsünü xahiş etdim, dedi ki o səndən soruşulmayacaq mən Həsənqulu müəllimlə danışım sonra qərar verəcəm. Həsənqulu müəllimlə danışığı da bəllidi, necə danışıbsa sonradan çıxardı ki, 1 ay sonra silinib. 1 həftə sonra mən zəng etdim ki, xahiş edirəm mənə deyində məlumat gəlib kamera görüntüsünü götürəcəkdiz, 2 gündən sonra çünki 15 gün sonra silinir, dedi ki, sənə maraqlı olmasın, biz öz işimizi bilirik. Hardasa 1 ay 10 gündən sonra Valeh müəllim tərəfindən zəng olundu, dedi ki, yaxınlaş Yasamal rayon polis idarəsinə. Mən də getdim Yasamal rayon polis idarəsinə Valeh müəllim mənə başa saldı məsələ budur belə olub. Məhkəmə istintaqında sorğu-sual zamanı təqsirləndirilən şəxs bildirdi ki, Həsənqulunun maqazinini işlədən vaxtı Həsənqulunun ona borcu olub. Borcla bağlı Əmək Müfəttişliyinə müraciət etdim 5 may tarixində Qaynar Xəttə. Əmək Müfəttişliyindən mənə zəng gəldi, ad, soyad, işlədiyim yeri öyrəndilər, dedilər ki, məlumat daxil olacaq. Həsənqulu mənim şikayətimə görə məni narahat edirdi. Həsənqulu məni çənəmdən yumruqla vurub, 4-5 nəfər olublar, mən tək olmuşam, komendantın mühafizəsi bizləri araladı. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda kirayə ailəsi ilə birlikdə yaşayır. 07 yanvar 2022-ci il tarixdən bu günə kimi ünvan 6 ünvanda yerləşən « Şok» marketində baş satıcı işləyir. 01 iyul 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində o, işlədiyi ünvan 7 ünvanda yerləşən «Şok» marketində satıcılıq edən zaman, həmin ünvanda yerləşən “Real” marketin icarəçisi işləyən Anar və sonradan adını bildiyi onun bacısı oğlu Murad, marketin qarşısında Həsənqulunun ünvanına qarşısında nalayiq söyüşlərlə təhqir etdiklərini eşitmişdir. Bundan sonra o, marketdən bayıra çıxmış və marketin qarşısında həmin ünvanda yerləşən “Real” marketin icarəçisi işləyən Anar tərəfindən “Şok” marketində satıcı işləyən Ruslanı söyüb təhqir edərək əli ilə onun sifət nahiyyəsinə vurmuş və Ruslan onun yumruq zərbəsindən yerə yıxılmışdır. Bundan sonra o, onlara yaxınlaşaraq Anara öz iradını bildirmişdir. Həmin vaxtı Anarın bacısı oğlu Murad Ruslanı söyüb təhqir edərək Ruslanın üstünə hüçum etmişdir. Orada olan şəxslər onları ayırmışlar. Bundan sonra o, marketə gələrək işlərini davam etdirmişdir. Bundan başqa bildirmişdir ki, baş vermiş hadisə yerində nə o, nə də ki həmin marketdə malların qəbulu işləyən Şəfa müəllim tərəfindən Anarı söyüb təhqir etməmişlər və ona qarşı hər hansı bir fiziki zor tədbiq etməmişlər. Həmçinin həmin hadisə zamanı “Şok” marketdə meyvə-tərəvəzçi işləyən Orxan 01 iyul 2022-ci il tarixdə işdə olmamışdır. Həmin hadisə zamanı Anarın arxadan qollarından heç kəs tutmamış və ona Həsənqulu tərəfindən hər hansı bir bədən xəsarətləri yetirməmişdir. Şahid1 iş materiallarındakı (077) ***-**-** saylı mobil nömrəsinə dəfələrlə SMS xəbərdarlığı göndərilmiş, lakin məhkəməyə gəlməmişdir. xx.xx.2022-ci il tarixli məcburi gətirmə qərarı çıxarılmış, qərar icra olunması üçün dəfələrlə göndərilmiş lakin icra edilməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Şahid1 telefonuna zəng olunub məhkəmə iclasına gəlməməsinin səbəbləri soruşulmuş, növbəti məhkəəmə iclasına çağırılsış, lakin bildirib ki, Gəncə şəhərində yaşayır, xəstədir, telefonla danışıldığı vaxtı da xəstə olduğu və Gəncə şəhərində olduğunu bildirmişdir. Lakin həmin telefon nömrəsi üzrə antenn məlumatlarının "xxxx" MMC-dən əldə edilməsi üçün xx.xx.2023-cü il tarixli qərar çıxarılmış. Qərarın icrası ilə bağlı "xxxx" MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş SD diskdəki məlumatlardan aydın olur ki, şahid məhkəmə iclaslarının təyin edildiyi vaxtlarda, hətta onunla telefon danışığının aparıldıtı xx.xx.2023-cü il tarixdə də Bakı şəhərində olduğu müəyyən edilir. Bununla da məhkəməni aldadaraq həmin tarixdə, saatda və vaxtda Gəncə şəhərində olduğunu bildirib. Şahid1 adından xx.xx.2023-cü il tarixdə saat 13:51-də Yasamal Rayon Məhkəməsinə göndərilmiş teleqrammada, Gəncə şəhərində yaşadığı, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Teleqrammada onun Gəncə şəhəri 4 mkr, 22-ci bina, mənzil 18-də vurulduğu, teleqrammada telefon nömrəsinin (077) ***-**-** olduğu qeyd edilsə də, antenn məlumatları barədə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş SD diskdəki məlumatlardan aydın olur ki, Şahid1 məhz xx.xx.2023-cü il tarixdə saat 13:57-də Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 53 ünvanında olmuşdur. Həmin telefonla xx.xx.2023-cü il tarixdə saat 00:08-dəqiqədən 21:55 dəqiqəyə qədər günün müxtəlif vaxtlarında 17 dəfə danışıq aparılmış və bütün danışıqlarda da telefonun Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində 74B, həmçinin 53 ünvanlarında, günün sonunda isə ünvan 10 ünvanlarda istifadə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 663 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-baş beyin silkələnməsi ilə müşayət olunan sol təpə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə iş üzrə sübutlar tibbi ekspert rəyi, həmçinin zərərçəkən və şahid ifadələridir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tibbi eksper rəyində müəyyən edilən xəsarətlərin təhqiqatçı S.Balakişiyevin “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” xx.xx.2022-ci il tarixli qərarında göstərilən törənmə müddətində və qeyd olunan şəraitdə əmələ gəlməsi göstərilsə də, yəni təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamda göstərilən vaxtda və şəraitdə, məhz təqsirləndirilən şəxs tərəfindən yetirilib-yetirilməməsi, ittiham aktının əsasını təşkil edən hadisə aydınlaşdırılmalıdır. Əgər həmin hadisənin baş verməsi təsdiq edilərsə, onda qeyd edilən qərar əsasında alınmış tibbi eksper rəyi ittihamın əsasını təşkil edə bilər. Zərərçəkmiş və şahid ifadələrinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxslər kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin həqiqətə uyğun olması, ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, ittiham aktında göstərilən zərərçəkən və şahidlər eyni tərəfin şahidləridir. Belə ki, şahidlər Şəha Abbasov, Şahid4 digər Şahid3 aid maqazanın işçiləridir. Faktiki olaraq həmin şahidlər Şahid3 maqazanın işçiləri kimi asılılıq münasibətlərində olan şəxslərdir. Həmçinin Şahid2 bildirir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə dostdur, münasibətləri yaxşıdır, buna görə də Şahid3 marketinə bazarlığa gəlir. Həmçinin nəzərə alınmalıdır ki, Şahid3 faktiki olaraq marketin sahibidir və zərərçəkmiş Zərərçəkmiş şəxs dayısıdır. Bundan fərqli olaraq müdafiə tərəfinin təqdim etdiyi Şahid5 təqsirləndirilən şəxslə hər hansı bir asılılıq münasibətlərində deyildir. cəmi 2 dəfə ünsiyyətdə olublar. İş üzrə hər hansı bir marağına səbəb ola biləcək hal mövcud deyildir. O cümlədən şahid Zahir Əhmədovun da hər hansı bir marağına səbəb ola biləcək hal mövcud deyildir. Bundan əlavə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin ifadələri əslində hansı hadisənin baş verməsini daha dolğun əks etdirir, zidiyyətli deyildir. Lakin ittiham İttiham tərəfinin təqdim etdiyi zərərçəkən və şahid ifadələri ziddiyyətlidir, bir birini təsdiq etmir. Təsir və asılılıq münasibətlərindədirlər. 1) Belə ki, hazırkı iş üzrə ittiham aktında təqsirləndirilən şəxsin zərərçəkənə yetirilmiş xəsarət kimi göstərilmişdir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vurub sonucuya baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin hematoması kimi zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan xuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmədə Zərərçəkmiş şəxs dəfələrlə bildirmişdir ki, sağ təpə nahiyyəsindən vurulmuş və sağ təpə nahiyyəsində xəsarət və hemotoma olmuşdur. Həmçinin ittiham tərəfinin şahidləri təqsirləndirilən şəxsin zərərçkənin məhz sağ təpə nahiyyəsindən vurulmasını görmədiklərini bildirmişlər. 2) Zərərçəkən deyir ki, hadisə zamanı huşunu itirib, onu işçilər marketə aparıb, marketdə ayılıb. Lakin ittiham tərəfinin şahidi Şahid4, həmçinin müdafiə tərəfindən dəvət edilmiş Şahid5 bildirdi ki, Zərərçəkmiş şəxs öz ayağı ilə, özü marketə getmişdir. 3) müdafiə tərəfinin şahidi Şahid5 göstərdi ki, ittiham aktında göstərilən tarixdə və saatda Təqsirləndirilən şəxs öz marketində olub. Şahid3 kimi ittihamda göstərilən şəxs Təqsirləndirilən şəxs marketinin qarşısına gəlib Anarı marketdən çölə çağırıb. Həm Şahid5, həm də şahid X5 oğlu bildirdilər ki, mübahisə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olmamışdır, mübahisə Şahid3la Təqsirləndirilən şəxs arasında olmuşdur. Mübahisəni yaradan və təşəbbüskarı Şahid3 olmuşdur. 4) Şahid3 bildirir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs çöldə mübahisə etdiklərini eşidib, mağazadan çıxıb onlara yaxınlaşıb. Lakin Şahid4 bildirir ki, Anar Həsənqulu müəlimə söz atıb, mübahisə edib sonradan Ruslan yanaşıb ki, dayımla niyə mübahisə edirsən. 5) Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın təsdiqi üçün sübutlar siyahısında göstərilən Şahid1 ümumiyyətlə məhkəməni də aldatmış və Bakı şəhərində olduğu halda, məhkəmə iclaslarına gəlməkdən yayınmış, yalan məlumat kimi guya Gəncə şəhərində olduğunu bildirmişdir. Nəzərə alınmalıdır ki, bu hal şahidin ifadə verməkdən imtina etməsinə əsaslı ehtimallar yaradır. Halbuki bu əməl CM-nin 298-ci maddəsinə əsasən cinayət hesab edilir. Bu cür şahidin ifadəsi təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamı təsdiq edən sübut kimi istifadə edilə bilməz. 6) hadisə yeri, baş vermə şəraiti barədə kamera görüntüləri ibtidai istintaq orqanı tərəfindən vaxtında götürülməmişdir, buna maraq göstərilməmişdir. Bununla da ittiham aktında göstərilib ki xəsarət sol tərəfə yetirilib, lakin zərərçəkən deyir ki, sağ tərəfə yetirilib. Həmçinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi qeyd edilən ittiham aktındakı hadisənin təsdiq edilməsində şahidlərin ifadələri də bir birini tamamlamır. Belə bir vəziyyətdə şahidlərin təqsirləndirilən şəxsin əlehinə verdiyi ifadələr yalan ifadələrdir. Bununla da hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İbtidai istintaq orqanı tərəfindən zərərçəkənə məhz həmin tarixdə və şəraitdə xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Belə ki, marketin kameralarının görüntüləri götürülməmişdir. Hadisənin hansı şəraitdə, necə baş verməsində kamera görüntülərinin böyük əhəmiyyəti vardır. Şahidlərdən kimin nə deməsindən asılı olmayaraq, kamera görüntülərində hadisənin necə baş verməsi dəqiq əks etdirilir. Lakin ibtidai istintaq orqanı kamera görüntülərinin götürülməsinə maraq göstərməmişlər. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxslər kimi təqsirləndirilən şəxs və Şahid5dir. Digər bütün şahidlər hadisənin birbaşa özləri görməmişlər. Həmin şahidlərin heç biri məhz təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sol təpə nahiyyəsindən yuxarıda göstərilən tibbi ekspert rəyində göstərilən xəsarətlərin yetirilməsinin şahidi olmamışlar. Həmçinin yuxarıda qeyd edildiyi kimi zərərçəkmiş şəxsin və ittiham tərəfinin şahidlərinin ifadələri ziddiyyətlidir. Belə olan halda həmin şahid ifadələrindən sübut kimi istifadə edilə bilməz və belə ifadələr hazırkı ittihamın əsasını təşkil edə bilməz. Lakin iş üzrə sübut kimi qəbul ediləsi ifadələr kimi, hadisənin birbaşa şahidi olmuş şəxslər kimi təqsirləndirilən şəxs və Şahid5 ifadələrində bildirirlər ki, ümumiyyətlə ittiham aktında göstərilən tarixdə, saatda, yerdə və şəraitdə hadisə ittiham aktında göstərilmiş formada baş verməmişdir. Mübahisənin yaranmasının səbəbkarı Şahid3 olmuşdur, mübahisə Şahid3la Təqsirləndirilən şəxs arasında olmuşdur. İttiham aktında göstərilən xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkən şəxsin və şahidlərin ifadələri ilə təsdiq edilmir, əksinə təkzib edilir. Hətta yuxarıda göstərilodiyi kimi ittiham tərəfinin şahidləri kimin kimi, məhz harasından vurmasını görmədiklərini bildirirlər. Zərərçəkmiş şəxsin və ittiham tərəfinin şahidlərin ittiham aktındakı ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələr arasında da ziddiyyətlər mövcud olmuşdur. Məhkəmə hər bir halda məhkəmə iclasında verilmiş ifadələri əsas götürür, məhkəmə ibtidai istintaq dövrü verilmiş ifadələrdən asılı deyildir. Həmçinin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə yuxarıda qeyd edildiyi kimi faktiki olaraq ittiham tərəfinin şahidləri və zərərçəkmiş kimi göstərilən şəxs bir birləri ilə tanış, dostluq, qohumluq münasibətlərindədirlər. Zərərçəkmiş şəxs Şahid3la qohumluq münasibətində, şahidlər isə Şahid3 faktiki maqazində işçisi münasibətlərindədirlər, yəni asılılıq münasibətlərindədirlər. Təsir altındadırlar. Lakin müdafiə tərəfinin şahidləri sərbəstdirlər, təsir altında deyillər. Təqsirləndirilən şəxs əvvəllər faktiki olaraq Həsənqulu Baramova aid marketdə işləmiş, münasibətləri pozulmuş, Anar Mərahov həmin marketdən uzaqlaşdırılmışdır. Şahidlər, zərərçəkən isə faktiki olaraq hadisə vaxtında da Şahid3 aid marketdə işləmişlər. Şahidin biri isə zərərçəkənin dostudur. Zərərçəkən isə Şahid3 bacısı oğludur. Cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs və ittiham tərəfinin şahidləri, əlehinə ifadə verdiyi şəxslə bir-birləri ilə mübahisələri, münaqişələri vardır, bir birlərinə qarşı qərəzli mövqedədirlər. Ona görə də belə bir vəziyyətdə zərərçəkmiş şəxsin ittiham tərəfinin şahidlərinin ifadəsi ittihamın əsasını təşkil edə bilməz. Bu ifadə digər sübutlarla təsdiq edilmir. Belə olduğu təqdirdə, zərərçəkənin ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, çünki zərərçəkən deyir ki, sağ təpə nahiyyəsindən xəsarət alıb, lakin ittihamda göstərilir ki, sol təpə nahiyyəsindən xəsarət alıb, iş materiallarında olan məhkəmə tibb ekspertizasının zərərçəkən barədə verdiyi rəyində göstərilən xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən yetirməsi təsdiq edilmir. Həmçinin hadisə şəraiti barədə digər mötəbər sübut olmadığından, həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Bununla da qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Beləliklə xəsarətlərin ittiham aktında göstərilən şəraitdə, yəni zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar ibtidai istintaq orqanı tərəfindən toplanılmamışdır, Bununla da toplanmış sübutlar təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərlə bağlı hazırkı cinayət işi üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkənlə təqsirləndirilən şəxsin və şahidin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən zərərçəkənin və şahidlərin ziddiyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir. Əksinə, iş üzrə hadisənin əvvəlindən axırına qədər şahidi olan Şahid5 ifadəsindən aydın olur ki, ümumiyyətlə həmin vaxtı mübahisənin səbəbkarı Şahid3 olmuşdur, və mübahisə Şahid3la, Təqsirləndirilən şəxs arasında olmuşdur. Zərərçəkmiş şəxs və digər şahidlər sonradan hadisə yerinə gəlmişlər. Şahid3 özü və onun tərəfindən olan şəxslər təqsirləndirilən şəxsin üzərinə hücum etmişlər. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan təqsirləndirilən şəxsin, şahidin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmçinin hadisənin baş verməsində zərərçəkmişin dayısı Şahid3 təşəbbuskarı olduğu nəzərə alınmaqla, həmin ifadələrdən yalnız ittiham tərəfinin ifadəsinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3, Şahid4 yalan ifadə verməsi və Şahid1 ifadə verməkdən imtina etməsi ilə bağlı hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 500 (beş yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-64/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-64/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver