Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-64/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi – X4, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənmiş, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ünvansız yaşayış evində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə saat 03:30 radələrində “B,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsi ilə Moskva prospekti istiqamətində 60-65 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda yol hərəkəti qaydalarını pozaraq hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsini sağdan sola doğru iti yerişlə keçməkdə olan X2 idarə etdiyi avtomobilin sağ ön qanadı ilə vurub ona baş beyin toxumasına, yumşaq beyin qışası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, sol İ-İİ-İİİ-İV-V qabırğaların, sağ tərəfli körpücük sümüklərinin sınıqları, alının, üst dodağın, sifətin sol yarısının, qarının və sağ ayağın 4-cü daraq sümüyünün sıyrıqları, hər iki budun və hər iki baldırın qançırları kimi, ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş A.Abasovanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci il tarixdən “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edirmiş. Bildirmişdir ki, “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2 ay olarmış ki, günlük icarə haqqı 27 manat müqabilində taksi fəaliyyəti ilə məşğul olaraq idarə edirmiş. “Toyota Prius” markalı, 77-FP- 744 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Nicat ona həmin avtomobili sürmək üçün etibarnamə vermişdir. O, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Fizuli küçəsi ilə hərəkətdə olan zaman yolun sağ istiqamətində parkdan 1 nəfər şəxsin qaçaraq yolun hərəkət istiqamətinə qaçdığını görmüşdür. Həmin vaxt idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60-65 kilometr sürətlə hərəkətdə olan zaman yolun sağ istiqamətində yerləşən parkdan 1 nəfər şəxsin qaçaraq avtomobilə yaxınlaşdığını görüb avtomobili sol istiqamətə çəkməyə çalışsa da, həmin şəxs anidən avtomobilin ön bufer hissəsinə dəydikdən sonra fırlanaraq avtomobilin ön alın şüşəsinə çırpılaraq yolun asfalt hissəsinə yıxılmışdır. Bu zaman avtomobili saxlayaraq düşmüşdür. Həmin vaxt yerdə uzanmış vəziyyətdə olan bir nəfər qadın cinsli şəxsi görən zaman piyadanı vurmağını bilmişdir. O, dərhal istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə DİN-nin 102 zəng xidmətinə yığaraq baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Daha sonra təcili tibbi yardım xidmətinə müraciət edərək hadisə barədə məlumat verib TTYX-nin yaxınlaşmasını istəmişdir. Ətrafada olan şəxslərin köməyi ilə yol nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın cinsli şəxsi TTYXnin avtomobilinə yerləşdirərək Yasamal rayonu ərazisində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yola salmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə spirtli içkili olub olmamağı ilə bağlı müayinəyə gedildikdən sonra etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gələrək yol nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın cinsli şəxsin müayinəsi, lazımı xidməti göstərilməsini və xəstənin vəziyyəti barədə maraqlanmışdır. Orada o, həmin şəxsin X3 olduğunu örənmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Həmin vaxt o, hər hansı bir bədən xəsarəti almamışdır. O, həmin şəxsi əvvəlcədən tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Yasamal rayonu, Fizuli küçəsi ilə hərəkətdə olan zaman idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qanadı ilə vurmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtomobil tam saz vəziyyətdə olmuşdur. Hadisə yerində yol örtüyü düz, quru asvalt idi. Hadisə vaxtı yağışsız açıq hava olduğundan o yol şəraitini aydın müşahidə edə bilmişdir. Onun hərəkəti üçün təhlükə idarə etdiyi avtomobil ilə Yasamal rayonu, Füzuli küçəsi ilə hərəkət edən zaman sağ tərəfdə yerləşən parkdan 1 nəfər şəxsin yolun hərəkət hissəsinə qaçmasını gördüyü andan yaranmışdır. Həmin yerdən toqquşma nöqtəsinə kimi o təxminən 1-2 metr məsafə qət etmiş olmuşdur. Həmin vaxt hadisə anidən baş verdiyi üçün dərhal əyləci basıb idarə etdiyi avtomobili sol tərəfə çəkərək saxlaya bilmişdir. Hadisə anında onun idarə etdiyi avtomobilin hərəkət sürəti 60-65 km/saat olmuşdur. Hadisə vaxtı onun diqqətini yol şəraitindən heçnə yayındırmırmış. Hadisə vaxtı orada kimlərin olmasını bilmir, orada olan şəxslər hadisənin təsadüfü şahidləri olduqları üçün ona kömək göstərmək üçün orada imişlər. Həmin vaxt idarə etdiyi avtomobildə heç bir yük olmamışdır. O, hadisə vaxtı ayıq olmuş və sərxoş vəziyyətdə olmamışdır. Ona xx.xx.2022-ci il tarixdə verilmiş və xx.xx.2032-ci ilə kimi etibarlı olan “B1,B,C1,C” kateqoriyalı, BD028027 seriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdən də avtomobil idarə etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, 15 iyun 2024-cü il tarixdə anası X3 yaşadığı ünvan 2 ünvanından çıxaraq alış veriş üçün maqazinə getmişdir. Həmin gündən sonra anasının evə qayıtmadığını görüb polisə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəyə zəng gəlmişdir. Telefonda olan şəxs polis əməkdaşı olduğunu və yol nəqliyyat hadisəsi baş verdiyini bildirərək onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişdir. O, Yasamal RPİ-nin inzibati binasına gələn zaman müstəntiq Ramal Şirinov yol nəqliyyat hadisəsi zamanı anası X2 “Toyota Prius” markalı, **-FP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən vurulduğunu, həmin sürücünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. “Toyota Prius” markalı, **-FP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs anası X2 dərhal xəstəxanaya aparmış və xəstəxanaya aparan zaman anasının dünyasını dəyişdiyini bildirmişdir. Hal hazırda anasının meyitinin məhkəmə ekspertiza mərkəzində olduğu bildirilmişdir. Bundan sonra məhkəmə ekspertiza mərkəzinə ailəsilə birlikdə yaxınlaşmışdır. Orada ekspertlər anası X1 meyitini müayinə etdikdən sonra meyiti ona təhvil vermişdirlər. Baş vermiş hadisəni təsadüfi yol-nəqliyyat hadisəsi hesab edirmiş. O, qeyd olunan yol nəqliyat hadisəsini törədərək ehtiyatsızlıqdan anası X1 ölümünə səbəb olmuş “Toyota Prius” markalı, **-FP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ounla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə anası X2 idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** qeydiyyat nişanlı avtomobilə hadisə yerində qoyub qaçmadığı, eyni zamanda hadisə yerində olanların deməsinə görə anasına ilkin tibbi yardım göstərdiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqmış. Bu hadisə təsadüfü baş vermiş hadisədir. O, Təqsirləndirilən şəxs özünə və anasına qarşı hər hansı bir ədavət və ya qəsd görməmişdir. Hazırda cinayət nəticəsində vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən xx.xx.2023-cü il tarixdə 16500 manat pul müqabilində almışdır. Hal hazırda avtomobili maddi vəziyyəti ilə əlaqədar olaraq öz adına rəsmiləşdirməmişdir. Lakin xx.xx.2024-cü il tarixədək baş etibarnamə əsasında avromobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər həərkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq kimi səlahiyyətlərin sahibidir. “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili o, icarə əsasında aylıq 400 (dörd yüz) manat müqabilində Təqsirləndirilən şəxs etibarnamə əsasında vermişdir. xx.xx.2024-cü il tarixdə Ağdam rayonunda olan zaman saat 04 radələrində tanımadığı şəxsdən gələn zəngə cavab verən zaman həmin şəxs "Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətdiyini və hal hazırda sürücünün halının pis olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayan zaman ondan baş vermiş hadisə barədə soruşduqda Valeh yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin xanım olduğunu, təxminən 60-65 yaşlarında olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən zəng olunaraq polis idarəsinin inzibati binasına dəvət olunaraq avtomobilin sənədlərini və etibarnamənin sürətini təqdim olunması bildirilmişdir. Həmin hadisə zamanı “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar heç bir şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsidir. Yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfalt-beton olmaqla örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 12 metrdir. Hərəkət zolaqlarının sayı 4 metrdir. Hərəkət hissədə qırıq-qırıq xətlər mövcuddur. Hərəkət hissəsi sağdan piyada səkisi, soldan piyada səkisi, sonra sağdan mərkəzi park, soldan avtodayanacaq ilə əhatə olunmuşdur. Hərəkət nizamlama üsulu nizamladır. Yol (küçə) şəhər elektrik işığı ilə işıqlandırılır. Velosipeddən qalma izlər aşkar olunmadı. Nəqliyyat vasitəsi qəzalı vəziyyətdə hadisə yerində idi. Şinlərin izləri, tormozlanma izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu – fara, stop, plastik sınıqları aşkar edilmişdir. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar edilməmişdir (i.v.10-14). “Nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında” 15 iyun 2024cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı avtomobilin alın şüşəsinin sağ hissəsində və sağ farasında çatlar və sınıqlar aşkar edilmiş, həmçinin əyləc sisteminin vəziyyəti saz vəziyyətdə olmuşdur (i.v.19-20). 15 iyun 2024-cü il tarixli, 2/32413 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.23). “Avtomobilə baxış keçirilməsi barədə” 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, 77- FP-744 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomobildə ön buferin sağ hissəsində, ön sağ farasında və avtomobilin ön alın şüşəsinin sağ hissəsində qırıq aşkar olunmuşdur (i.v.31-35). “İfadənin yerində yoxlanılması haqqında” 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs Füzuli küçəsini göstərib bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilə Füzuli küçəsindən saatda təxminən 60-65 kilometr sürətlə hərəkətdə olan zaman piyadanın yolun sağ istiqamətində yerləşən parkdan 1 nəfər şəxsin qaçaraq avtomobilə yaxınlaşdığını görüb avtomobili sol istiqamətə çəkməyə çalışsa da anidən həmin şəxs avtomobilin ön sağ bamper hissəsinə dəydikdən sonra fırlanaraq avtomobilin ön alın şüşəsinə çırpılaraq yolun asfalt hissəsinə yıxılmışdır. Bu zaman avtomobili saxlayaraq düşmüşdür (i.v.45-50). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs X3 yolnəqliyyat hadisəsi nəticəsində öldüyündən onun oğlu X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (i.v.59-60). Məhkəmə Tibb Ekspertizası və X5 X16 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 02 iyul 2024-cü il tarixli, 81 nömrəli rəyindən görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X16n xx.xx.2024-cü il tarixli ******* saylı xəstəlik tarixinin kserosurətində qeyd edilir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 05:11 radələrində klinikaya “Dəqiqləşdirilməmiş kəllə daxili travma, koma” diaqnozu ilə gətirilmişdir. Travmanı yol nəqliyyat hadisəsi nəticəsində almışdır. Aparılan reanimasion tədbirlərə baxmayaraq, o, xx.xx.2024-cü il tarixdə saat 13:00-da xəstəxanada vəfat etmişdir. Ölümün səbəbi: kəskin ürək damar çatışmamazlığı. Açıq kəllə beyin travması. Beynin ağır kontuziyası. Kəllə əsasının travması. Beyin ödemi. Beyin sıxılması ikitərəfli paraorbital hematomalar. X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin toxumasına, yumşaq beyin qışası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, sol l-ll-lll-İV-V qabırğaların, sağ tərəfli körpücük sümüklərinin sınıqları, alının, üst dodağın, sifətin sol yarısının, qarının və sağ ayağın 4-cü daraq sümüyünün sıyrıqları, hər iki budun və hər iki baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb - almış olduğu açıq kəllə beyin travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, yumşaq beyin qışası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölüm “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X16ndə xx.xx.2024-cü il tarixdə saat 13:00-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. X1 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddə və psixatrop maddələr aşkar edilməmişdir (i.v.79-85). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 3-13-16/2-99862/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə 26 aprel 2032-ci il tarixədək etibarlı olan BD 028027 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v.86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 daxil olmuş xx.xx.2024-cü il tarixli, 8399 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( i.v.91). Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 13 avqust 2024-cü il tarixli, 8/1988 nömrəli rəyindən görünür ki, toyota Prius markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki ikmanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.104-107). Şahid tərəfindən verilmiş qəbzdən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində başlanmış cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili istintaq orqanından təhvil almışdır (i.v.139). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 sentyabr 2024-cü il tarixli, 9/5547 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza mərkəzinə təqdim edilmiş, “Avto Garage” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2010cu il buraxılışlı, “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 400,00 manat müəyyən edilir (i.v.140-143). “Sübutların qiymətləndirilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 263.2-ci madəsi ilə elan edilmiş ittiham və həmin gün, xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə geri qaytarılmasının nəzərə alınalınması, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, hadisə yerinə baxış protokolu, avtomobilə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, maddi sübutlar, məhkəmə-tibbi ekspertizasının 02 iyul 2024-cü il tarixli, 81 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-8/1988 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/5547/2024 rəyi və digər istintaq hərəkətləri protokollarının iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.146-151). Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X11 adında övladları vardır (i.v.37-38). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 127.2.3, 221.1, 66.3, 68.1.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2015-ci ildə cəzasını çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v.76- 77). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə qazancından 20% tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 68.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının üç günü bir gün azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla təyin olunmuş cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 16 oktyabr 2014-cü il tarixdən hesablanmışdır (i.v.93-95). “Cinayət işinin icraatının dayandırılması haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, icra edilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmamışdır. Ona görə də, həmçinin, cinayət işinin başlanmasından 2 ay keçdiyini nəzərə alaraq, həmin cinayət hadisəsini törətmiş şəxs müəyyən edilib istintaq orqanına təqdim edilənədək Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v.100). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir sıra istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v.108). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.118-119). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.135-136). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını(AR CM 59.2), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini(CM-59.1.12), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan ”Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 135 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-64/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-64/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver