Məhkəmə qərarları › İş №1(004)-645/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-645/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-645/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, ünvansız fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 X3 Kompleksinin sağ yan tərəfində taksi sürücüsü kimi bir neçə dəfə Müşfiqabaq qəsəbəsinə onu aparan Zərərçəkmiş şəxs aralarında yaranmış gediş haqqı qiyməti ilə bağlı mübahisə zamanı sol göz nahiyyəsindən qəsdən baş zərbəsi ilə vuraraq, ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı nahiyənin qançırına səbəb olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 20 Yanvar dairəsində Müşfiqabad qəsəbəsi istiqamətinə gedən taksi sürücüsü kimi tanıdığını, bir neçə dəfə onunla müştəri qismində Müşfiqabaq qəsəbəsinə getdiyini, hər dəfə onunla 2 manat müqabilində Müşfiqabad qəsəbəsinə getdiyini, lakin xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 20 Yanvar dairəsi yaxınlığında başqa bir taksiyə əyləşib Müşfiqabad qəsəbəsi istiqamətində getmək istəyən zaman, digər müştərilərin gəlməsini avtomobilin tam müştəri ilə dolmasını gözlədiyi vaxt oturduğu taksinin qarşı tərəfində Zərərçəkmiş şəxs müştərilərin Müşfiqabad istiqamətində hansı qiymətə apardığını soruşmalarına 1 manat 50 qəpiyə aparacağını dediyini eşitdiyini, taksidən düşərək ona yaxınlaşıb hansı səbəbə onu daima 2 manata, başqa şəxsləri isə 1 manat 50 qəpiyə apardığını soruşduğunu, bu vaxt aralarında mübahisə yarandığını, mübahisənin böyüdüyünü görüb ətrafdakılara narahatçılıq verməmək üçün onu 20 X3 Kompleksinin sağ tərəfinə dəvət etdiyini, orada isə onunla kobud danışdığı üçün onun sol göz nahiyyəsindən baş zərbəsi İlə vurduğunu, hadisənin 5 dəqiqə davam etdiyini, hadisə zamanı hadisə yerində ikisindən başqa heç kəsin olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs daima Müşfiqabad qəsəbəsi ‘istiqamətinə gedən taksilərə minən zaman gördüyünü, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 20 Yanvar dairəsi adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olduğunu, bir neçə dəfə də idarə etdiyi AZ **-SU-*** dövlət qeydiyyat nişanlı, “Ravon” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Təqsirləndirilən şəxs Müşfiqabad qəsəbəsi istiqamətinə apardığını, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Müşfiqabad qəsəbəsi istiqamətinə gedən müştəri səsləyərək axtaran zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq gediş haqqı üstündə mübahisə etməyə başladığını, ətrafdakılara narahatçılıq verməmək üçün onu 20 X3 Kompleksinin sağ yan tərəfinə dəvət etdiyini, orada Müşfiqabad qəsəbəsinə getmək istəyən müştərilərə qiymət soruşan zaman 1 manat 50 qəpiyə aparacağını dediyini, onu isə hansı səbəbə 2 manat müqabilində apardığını soruşduğunu, bu səbəbdən aralarında mübahisə yarandığını, nəticədə Təqsirləndirilən şəxs onun sol göz nahiyyəsinə baş zərbəsi ilə qəsdən vuraraq ona xəsarət yetirdiyini, hadisənin 5 dəqiqə davam etdiyini, hadisə zamanı hadisə yerində ikisindən başqa heç kəsin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini və sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” 11 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (İ/V. 01). Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer, Bakı şəhəri, Yasamal rayonu, 20 X3 Kompleksinin sağ yan tərəfidir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. (İ/V. 6-9). Məhkəmə-tibbi ekspertizasının vermiş olduğu xx.xx.2025-ci il tarixli 865 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı nahiyənin qançırları küt əşyanın(əşyalarm) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətə və şəraitdə, yƏni 10.10 2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aiddirlar. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (İ/V. 15-16). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (İ/V. 56). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 3-28-29/2-9850/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görƏ həmin psixatriya xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 55). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ziyanın tamamilə ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-645/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar