Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-65/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd polietilen sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,694 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış və xx xxxxxxxx 2020-ci il tarixdə saat 07.00-da ünvan 3 B nömrəli ünvanın qarşısında Yasamal RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin İnzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman köynəyinin sağ yan cibindən bir ədəd polietilen sellofan kəsiyi bükümündə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmaqla bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunsa da məhkumluğu ödənilmişdir. Artıq xeyli müddətdir ki, narkotik maddə qəbul etmədiyindən son günlərdə bədənində müəyyən ağrılar yaranmağa başlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə qızı üçün yaşadığı mənzildə keçirdiyi ad günü məclisində həddindən artıq spirtli içki qəbul etdiyindən ertəsi gün yəni xx xxxxxxxx 2020-ci il tarixdə səhər 05 radələrində oyanan zaman bədənində yenidən kəskin ağrılar hiss etdiyi üçün ağrıları sakitləşdirmək üçün bir dəfə olmaqla psixotrop maddə qəbul etmək qərarına gəlmişdir. Həmin tarixdə saat 06 radələrində əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsinə gəlib orada üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi “Mürvət” adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində içərisində “metamfetamin” olan polietilen sellofan kəsiyi bükümünü alıb əynində olan qara rəngli idman köynəyinin sağ yan cibinə qoyaraq yaşadığı ünvana yollanmışdır. O, “Mürvət” adlı şəxsi xeyli müddətdir ki, narkotik vasitə satışı ilə məşğul olan şəxs kimi tanısa da, onun anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. Həmin şəxs təxminən 35-40 yaşlarında olan, orta bədən quruluşlu, kişi cinsindən olan orta boyulu bir şəxs olmuşdur. Yolda olan zaman isə saat 07 radələrində ünvan 3 B nömrəli ünvanın qarşısında piyada şəkildə hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitə qəbulu ilə bağlı şübhəli olduğunu bildirmiş və onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı ona üzərində olan qeyriqanuni əşyaları onlara təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli idman köynəyinin sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd polietilen sellofan kəsiyi bükümünü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və metamfetamini hansı yolla əldə etməsi barədə məlumat vermişdir. Həmin metamfetamin olan bir ədəd polietilen sellofan kəsiyi bükümü zərfə qoyularaq möhürlənmiş, polis əməkdaşlarının və orada olan iştirakçıların iştirakı ilə protokol tərtib edilmiş və o və digər iştirakçılar protokolu imza edərək düzgünlüyünü təsdiq etmişlər. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildən daxili işlər orqanlarında, 2019-cu il tarixdən isə Yasamal RPİ-nin CAŞ-in əməliyyat müvəkkili vəzifəsində çalışır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə edilməsi və dövriyyəsi ilə məşğul olması ilə bağlı idarəyə məlumat daxil olduğundan Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 07 radələrində Yasamal RPİ-nin CAŞ-in kiçik inspektoru Şahid2lə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsinə yollanmışlar. Həmin vaxt A.Abbasov küçəsi 91 B nömrəli ünvanın qarşısında hərəkətdə olan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah etmiş və şübhənin mahiyyətini bildirdikdən sonra onu Yasamal RPİ-nə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə idarəyə gəlmişdir. Daha sonra xidməti otaqların birində təhqiqatçı Ariz Qədiməliyev onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, əynində olan qara rəngli idman köynəyinin sağ yan cibindən bir ədəd polietilen sellofan kəsiyi bükümünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin bükülü açılmış və içərisində şəffaf rəngli kristal hissəciklər aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddələrin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs soruşulmuş, sonuncu həmin maddələrin metamfetamin olmasını və şəxsi istifadəsi üçün həmin gün Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində narkotik vasitə satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Mürvət” adlı şəxsdən 10 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş, protokol o və digər iştirakçılar tərəfindən imzalanaraq düzgünlüyü təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı əməliyyat məlumatı əldə etməmişlər və bu barədə sonradan keçirilən əməliyyat tədbirləri nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi tərəfindən imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli idman köynəyinin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd polietilen kəsiyi bükümünün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir (i/v 36-37). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanınma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərara əsasən, cinayət işi üzrə üzərində “ZYKLEN DVD-R PRİNTABLE 16 X 4.7 GB 120 MİN” söz və rəqəmləri yazılmış bir ədəd “DVD-R” diskin maddi sübut kimi tanınması və diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 82,83). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli idman köynəyinin sağ yan cibindən bir ədəd polietilen sellofan kəsiyi bükümünü çıxarıb təhqiqatçıya təqdim edir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin bükülü açılır və içərisində şəffaf rəngli kristal hissəciklər aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen sellofan büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2016 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,681 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”nin siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi -0,681 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,631 qram qalıq qalmışdır. Ekspertiza xərci 65 (altmış beş) manat təşkil etmişdir (i/v 112-114). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanınma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərara əsasən, cinayət işi üzrə bir ədəd polietilen sellofan kəsiyi bükümündə götürülmüş 0,694 qram çəkidə psixotrop maddə olan mütamfetaminin tədqiqat keçirildikdən sonra qalan 0,631 qram çəkidə hissəsi maddi sübut kimi tanınması, iş üzrə tədqiqat keçirildikdən sonra cəmi çəkisi 0,631 qram çəkidə olan bir ədəd polietilen sellofan kəsiyi bükümündə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır . İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli, 3229 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 129-130). İşdəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş və məhkumluğu ödənilmişdir (i/v 95-98). İş materiallarına əlavə olunmuş “ şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 27, 78-79). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, şəxsin əvvəllər də eyni tipli cinayəti törətməklə narkomaniya cinayətinə meyilli olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,631 qram psixotrop maddə - metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-304/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etməklə ona 115 (bir yüz on beş) saat hüquqi yardım göstərmişdir. Lakin məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın ağlabatan müddətə - 50 (əlli) iş saatına bərabər hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,631 qram psixotrop maddə - metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-65/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-65/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver