Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-65/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun, Məhkəmə iclasının katibi: X9, Xüsusi ittihamçı: X10, Xüsusi ittihamçının nümayəndəsi: X4 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: Gasanova Sabina, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçisi: Verdiktum Vəkil Bürosunun vəkili Müdafiəçi1 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 03 avqust 1998-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Gasanova Sabinanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gasanova Sabinanın onun haqqında qəsdən böhtan və təhqir dolu məlumatlar paylaşdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddələrdə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi Gasanova Sabinanı tanışı X1 arvadı kimi qiyabi tanımışdır. X3 ilə uşaqlıqdan bir məhəllədə böyümüş, daha sonra eyni idman klubunda uzun illər birgə məşqlər keçmiş, bu günədək də onunla, valideynləri ilə həmişə ünsiyyətləri olmuşdur. X11 ilə 2020-ci ildə keçirilmiş toy məclisində ailəsi adından qardaşı iştirak etmişdir. 20 sentyabr 2022-ci il tarixdə X3 ilə birlikdə onun anası X2 məxsus olan və satışa çıxardıqları Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən evin həyətində evə baxmaq məqsədilə orada olan zaman, onların həyətə daxil olmağından qısa vaxt sonra ora gəlmiş Sabina Gasanova evin həyətində ona hücum edərək, ona xəsarət yetirmişdir. Bu hadisədən sonra xx.xx.2022-ci il tarixdə Sabina Gasanova "İnstagram” və "Tik-tok" sosial şəbəkələrində qeydiyyatdan keçirdiyi və istifadə etdiyi "Selin_baby10" səhifələrində haqqında böhtan və təhqir xarakterli məlumatlar paylaşmışdır. O bu paylaşımlar barəsində xx.xx.2022-ci il tarixdə bilmişdir. Sonrakı günlərdə də Sabina Gasanova haqqında böhtan və təhqir məzmunlu paylaşımları davam etdirmişdir. Onun bu paylaşımları isə "axsam.az”, "gundelik-baku.com”. "olay.az", “dia.az”, “sonxeber.net” və digər internet xəbər saytlarında "Bloger ərinin sevgilisi tərəfindən döyüldüyünü iddia edir”, "Bloger ərinin volleybolçu sevgilisi tərəfindən döyülüb", “Ərinin beş illik sevgilisi blogeri döydü" başlıqları altında paylaşılaraq daha çox kütləviləşdirilmişdir. Bu paylaşımların Sabina Gasanova tərəfindən edildiyi həm özünün elə həmin sosial şəbəkə səhifələrində bunu təsdiq edən video paylaşımları ilə, həm də Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən olunur. Qərardan görünür ki, Sabina Gasanova “İnstagram” və “Tik-tok” sosial şəbəkələrində qeydiyyatdan keçmiş "Selin_baby10" səhifələrinin parolunu yalnız özünün bildiyini və bütün paylaşımları da özünün etdiyini təsdiq etmişdir. Sabina Gasanovanın onu təhqir etdiyi və haqqında böhtan yazdığı kütləvi paylaşımları aşağıdakı məzmunlarda olmuşdur: “Öz məhrəm evimin podvalında Bağıyeva Lalə adında olan bir şəxsi tapmışam. Mənim evimi əxlaqsızlıq yuvasına çevirməyinə baxmayaraq, özünü haqlı çıxarmağa çalışaraq üstümə hücum etdi. ... Bizim ölkədə belə əxlaqsızlığa yol verilməli deyil”; ”... Günah birinci növbədə ərim olan şəxsdədir düzdür! Sonra da bu şıntırda çünki bu şıntır bilir ki, evlidir bu adam, buna rağmən bununla 5 ildi bir yerdədir. 37 yaşı var, 1000 hoqqadan çıxır”; "deməli volleybolçu imiş Bağıyeva Lalə. Evli kişilər ilə birgə gəzməyi, padvalda gizlənməyi öyrətmirlər bizim gözəl voleybol federasiyamız”; “Ay valik, şıntır gedib bütün Azərbaycan Respublikasını verəcəksən polisə? Bir-bir hamını axtar ver, amma bütün ölkə sənə söyür, çünki şıntırın adı şıntırdır, camaat başqa nə desin”; “Şıntır bazarını köçürüb Yasamala Musabekova qalxan yolun solunda “Oba” ilə üzbəüz, daha orda paylayacaq”; “Bakının nömrə 1 şintirella, evli kişilər ilə oturub duran, podvallarda gizlənən o cındırı siz də tanıyın, hər kəs storylərdə gözü olsun”; “hər kəsin gözü səhifədə olsun, çox gözəl videolar gələcək, Bakının nömrə 1 qəhbələrini hər kəs tanısın”. “Ölürəm də mən, deməli öz-özünə fake profil açıb təsəlli verir ki, şəkillərdəki kimi deyil o qız daha. Bir dənə burun düzəltməklə, saçını rəngləməklə şıntır Monica olduğunu sayır. Allah sizi güldürsün qızlar harda görürsüz şəklin çəkir atırsınız. Amma məndə elə şəkillər var ki, gəl görəsən, vaxtı zamanı var: Qaradağ otelləri, evimin padvalı və s.... ”; “Ah Nabran, gözəl Nabran. Bir də deyirəm padvalda 165 boyu ilə bir qıvrım bükülən şəkildə də paylaşaq? Yoxsa əlində top voleybolnı siz deyin hansı? Yoxsa da Qaradağ oteli həzin bir gecə? Yoxsa sarockası cırılan yerdə mənim evimdən getdiyi şəkli? Hansı, siz qərar verin"; “Sözünüz ya üzünə tüpürməyi istəsəniz İnşaatçılar metrosu, ASAN xidmət 3 yaxınlığında Oba market var. Oba market ilə üzbəüz foto və kserokopiya yeri var, girin baxın necə qüruru olmayan xanımlar var. Bu gün bir evli kişi ilə, sabah başqası ilə. Padvallarda diyəsən maraqlı olur, gizli həyacan filan”; “Qızlar, Şıntırı yüksək səviyyədə reklam elədim pulsuz, halbu ki, reklam səhifəmizdə ödənişlidir. O da məndən hədiyyə olsun ona, bol müştəri, bazarı olsun, bol vermələr”; “Həri bütün Azərbaycan bildi ki, o sarı kukla baş şıntırdı, peçatın da, adın da elə mən vermişəm, Selinin maması"; “Milli şıntırımızdı, həri”; “10 il birlikdə olub hamilə qalıb, ama yenə də buna qismət olmadı da ailə olmaq, 37 yaşına xalaşka yaşına çatıb, bütün Bakı tanıyır necə qəhrəman olduğunu, kim bunu ailə deyib qoluna salacaq? Qınamaq da olmur ki, 37 yaşına çatıb, hələ ailə nədir bilmir, ona görə saxlanılan qəhrəman olmağa razıdır, necə qınayasan axı bir baxanda"; “Aşkamdan gözəl izahat. Yəni ay şıntır Lalə Bağıyeva, Yasamal şıntırı, sən qəhrəmansan"; “Selinin atası şıntırın tərəfin tutub ki, guya anası xahiş edib ki, apar ora şıntırı ev göstər, ailəyə baxın a siz. Guya mən gəlmişəm vurmuşam. Bəs necə olur ki, ev baxmaq gecə 12-də olur? Niyə bəs demirsiz ki, mən də, şıntır da patı çəkməyə getmişdik kayfda idik? Mən bu gündən sonra danışacam siz baxın"; “Evli kişilər ilə gəzən, camaatın məhrəm evinə girib əxlaqsızlıq edib, evimi əxlaqsız yuvaya çevirib, daha sonra podvala gizlənib, hələ bunlar azmış kimi mənə də, uşağıma xəsarət yetirir. Bütün sosial medyadan xahiş edirəm, məni dəstəkləyəsiz, belə pozğunluğa yol verilməli deyil"; “peçatı elə qoydum ki, daha şıntır sözü ilə padval siçanı sözlər gələndə hamının gözünün qabağında bir sifətdi"; “Vallah qızlar bilmirəm o foto onundu ya keçmiş yoldaşımın. Keçmiş yoldaşım deyirdi mənim, bu da hamıya deyir mənim, yəni ki, bic deyiləm bicin dilin bilim, şıntır deyiləm, şıntır dili bilim "Selin də qapıda 3 saat yaldı, gözlədim ki, açsınlar, qapını açmadılar başladım qapını sındırmağa”; ‘‘bu qəhbənin siması uje hamının ağlına yazılıb. Bu məsələ bağlansa belə yadımızdan çıxmayacaq. Yəni bunu harda görsək reaksiya verəcik. Sifətinə götümə oxşuyur, bir qadın gözəlliyi də yoxdur. Luçşi qəhi sən ölkədən qaç, çünki səni harda görsələr üzünə tüpürəcəklər. ... Çünki bu qəhi 1.24 sizin profıldədi. Özünə yazılan söyüşləri böyük həvəslə həzz ala-ala oxuyur. Heç kişilərdən elə həzz almayıb))))”; ‘‘Öz-özünə hörmətidir. Ay şıntır, padvalda evli kişilər ilə top oynatmaqdı özünə hörmət? Gecə-gecə mənə gələn kahkaaaahaaa "O qadının Samiyə nələr yazdığı mənim telefonumda var. Yazırdı ki, həmişə sənə aid olacam, nə olsun evlisən, arada görüşək. Və digər mesajlar... “28-ci bölməyə mən gəlim, sənin o bölmədə kiminlə yatıb durduğunu mən deyim, biz geri çəkilməyəcəyik, çünki belə əxlaqsızlar cəzasız qalmasın. Mənim 2 yaşlı uşağım hər şeyi gördü, sən mənə hücum edəndə Selin yıxıldı zərbə aldı. Səncə mən bunu keçərəm? ”. O cümlədən, Sabina Gasanova eyni sosial şəbəkə profillərində haqqında paylaşdığı videolarında aşağıdakı məzmunda təhqir və böhtan ifadələri işlətmişdir: "Əgər sənin dincəlməyə istəyin yoxdursa, davam istəyirsənsə, hər kəs tanısın səni, səni kimi şıntırı, davam edə bilərsən "Rədd olub şıntırlığına davam etmək istəyirsənsə və bu şıntırlıq gizli qalsın istəyirsənsə, əllərini məhkəmələrdən çəkirsən və şıntırlığına davam edirsən”; "Bir daha mənə məktub gəlsə o belə, bu belə... Mənim boş vaxtım yoxdur sənin kimi şıntıra”; “Mənim padvalımda neylədiyini haçan ki, düzgün boynuna alacaqsan ki, mən ora şıntırlığa getmişdim, mən alçaq insanam, mənliksizəm, şərəfsizəm, cındıram". Sabina Gasanova bu paylaşımlarında şəkillərini və adını paylaşaraq, onu "şıntır, valik, şintirella, evli kişilər ilə oturub-duran, cındır, qəhbə, qüruru olmayan, sarı kukla baş, qəhrəman (yəni, qəhbə), saxlanılan qəhrəman (yəni, saxlanılan qəhbə), padval siçanı” “əxlaqsız” adlandırmaqla onu təhqir etmiş, “onu gecə saat 12-də evin zirzəmisində tapmasını, onun evini əxlaqsızlıq yuvasına çevirməyini, onun üstünə hücum elməyini, 1000 hoqqadan çıxdığını, evli kişilər ilə gəzdiyini, “saxlandığını” və “payladığını” (yəni, fahişəlik etdiyini), özünə fake profil açdığını, bütün Bakının onun necə qəhrəman, yəni qəhbə olduğunu tanıdığını, patı çəkdiyini, camaatın məhrəm evinə girib əxlaqsızlıq etdiyini, uşağına xəsarət yetirdiyini, uşağı ilə birlikdə qapıda 3 saat gözlədərək, qapını açmadığını, zirzəmidə evli kişilər ilə top oynadığını, ərinə "həmişə sənə aid olacam, nə olsun evlisən, arada görüşək" məzmunda mesaj yazdığını, zirzəmidə bir qıvrım bükülən formada şəklinin olduğunu, onun evinin zirzəmisində çəkilmiş şəklinin olduğunu, Qaradağ otelində gecə vaxtı çəkilmiş şəklinin olduğunu, 28-ci Polis Bölməsində kiminləsə yatıb-durduğunu deməklə isə ona böhtan atmışdır. Bu qanunsuz hərəkətləri ilə Sabina Gasanova onu qəsdən əxlaqsızlıqla məşğul olan biri kimi təqdim edərək, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, ləkələmiş, onu qohumlarının, dost-tanışlarının arasında, yaşadığı ərazidə, işlədiyi yerdə nüfuzdan salmış, ona günlərlə əsəb, stress, sarsıntı və iztirab yaşadaraq, mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X10 bildirmişdir ki, onunla Gasanova Sabina arasında barışıq olmuşdur. O, xüsusi ittiham qaydasında şikayəti geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Gasanova Sabinanın müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, artıq Gasanova Sabina və X10 arasında barışıq olmuşdur, X10 verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş edir. Buna görə də həm tərəflər arasında barışıq olduğundan, xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Gasanova Sabina və X6 nümayəndəsi və vəkil X4 məhkəmə iclasları barədə məlumatlandırılsa da, məhkəmə iclasına üzrlü səbəb gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. İş materiallarında olan X6 Yasamal Rayon Məhkəməsinə ünvanladığı 23 fevral 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Həsənova Səbinəyə qarşı irəli sürdüyü xüsusi ittihamdan imtina edir. Bunu etməyinin səbəbi təqsirləndirlən şəxsin əri Zeynalov Saməddin və onun valideynləri ilə hələ uşaqlığından davam edən münasibətlərinin olması, eləcədə təqsirləndirilən şəxsin himayəsində azyaşlı qızının olmasıdır. Göstərilənləri nəzərə alaraq xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Gasanova Sabina 17 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək X10 ilə barışdığı üçün iş üzrə icraata xitam verilməsini və məhkəmə iclaslarını onun iştirakı olmadan davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal Rayon Məhkəməsinin 1(004)-555/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarı ilə Gasanova Sabinanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 311.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir: 311.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; 311.2.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda. 311.3-cü maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Beləliklə, xüsusi ittihamçı şikayətindən imtina etdiyindən, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxslə barışdığından, işin icraatına xitam verilməsini xahiş etdiyindən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gasanova Sabinanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-65/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-65/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver