Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-65/2025 10.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobil idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə saat 20:30 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Honda İnsight” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində «İlahiyyat» məscidi istiqamətində həmin istiqamətdə hərəkətdə olan avtomobillər üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə 20 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, "əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir” kimi tələblərə riayət etməli olduğu və hadisənin qarşını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək, hərəkətini davam etdirib həmin küçədə 23 ünvanında yerləşən “Araz” Supermarketin qarşısındakı nizamlanmayan piyada keçidi ilə yolu sol tərəfdən sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ qamış sümüyünün proksimal epifizar (yuxarı) nahiyəsinin yerdəyişməmiş sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilməyərək bildirmişdir ki, onun ittiham olunduğu cinayət əməlində təqsiri olmamışdır. Zərərçəkmiş şəxs qəflətən onun avtomobilinin qarşısına çıxmış, əlindən gələni etsə də hadisədən yayına bilməmişdir. Daha sonra hadisə yerindən qaçmayaraq Zərərçəkmiş şəxs ilkin yardım göstərmiş və avtomobilinə əyləşdirərək X5 aparmışdır. Orada müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs heç bir xəsarət mövcud deyildir. Lakin nədənsə sonradan ekspertiza rəyindən müəyyən edilmişdir ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. İfadəsinin sonunda qeyd edilənlərə əsasən ittiham olunduğu cinayət əməlində onun təqsiri olmadığı üçün barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, hazırda Bakı şəhərində deyil Abşeron rayonunun ərazisində kirayədə yaşayır lakin ünvanı dəqiq ona məlum deyildir. Ucar rayonu, Qazyan kəndində özlərinə məxsus yaşayış evləri vardır. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, Ucar rayonu, Qazyan Ə/D, Qazyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda kirayədə yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyildir. “Bolt” taksi şirkətindən icarə əsasında götürüb etibarnamə əsasında idarə etdiyi «Honda İnsight» markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə məlum yol-nəqliyyat hadisəsinin baş verdiyi günə qədər olan müddət ərzində taksi fəaliyyəti ilə məşğul olmuş, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra isə həmin avtomobili “Bolt” taksi şirkətinə təhvil vermiş, hazırda Bakı şəhəri, Səbail rayonu, “Tarqovi” adlanan ərazidə yerləşən “Enjoy” adlı restoranda mühafizəçi işləyir. B kateqoriyalı sürücülük vəsiqəsi vardır, aktivdir, sürücülük hüququ məhdudlaşdırılmamışdır. 22 fevral 2024-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi «Honda İnsight» markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsindən M.Seyidov küçəsinə dönərək İlahiyyat məscidi istiqamətində hərəkətdə olmuş, həmin küçədə “Araz” supermarketin qarşısına çatdıqda küçədə piyadaların keçməsi üçün nəzərdə tutulmuş piyada keçidinə az qalmış, yolun sol tərəfində dayanmış markası və dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilin arxasından bir nəfər qadın piyada keçidinə daxil olaraq yolu keçirmiş. Piyada keçidinin üzərində həmin qadını avtomobilin qabaq hissəsi ilə vurmuş, qadın yerə yıxılmış, bundan sonra, dərhal avtomobili saxlayaraq vurduğu piyadanı hadisə yerinə yığışmış şəxslərin köməkliyi ilə avtomobilinə əyləşdirmiş, onu X5 aparmış, yolda hərəkətdə olan zaman onu müalicə etdirəcəyinə söz verib, həm onun qohumlarının, həm də polisin məlumatı olmamasına razılaşmışlar. Sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs apararkən Firuzə qardaşının nömrəsini ona verərək zəng edib məlumat verməsini xahiş etmiş, o, da Firuzənin mobil telefonu ilə qardaşına zəng edib məlumat vermiş, Zərərçəkmiş şəxs qardaşı ona hansı ərazidə olmalarını soruşub orada gözləmələrini bildirmiş, o, da həmin vaxt A.M.Şərifzadə küçəsində yerləşən “Saf su”nun qarşısında olmuş, avtomobili orada saxlamış, Zərərçəkmiş şəxs sonradan adları ona məlum olan Elşad və Elçin adlı qardaşları çox keçmədən həmin yerə gəlmişlər. Elşad adlı şəxs öz avtomobili ilə Zərərçəkmiş şəxsm X5 aparmış, Elçin adlı şəxs isə onun avtomobilində olmaqla, onların arxası ilə xəstəxanaya getmişlər. Xəstəxanada Zərərçəkmiş şəxsm müayinə etmişlər. Fləmin vaxt həm Zərərçəkmiş şəxs, həm də onun qardaşlarına öz mobil nömrəsini vermiş, adlarını qeyd etdiyi şəxslər hadisə barədə hüquq mühafizə orqanlarına heç bir məlumat verməyəcəklərini, Zərərçəkmiş şəxs xəstəxana xərclərini qarşılamasını bildirmiş, onlarla razılaşmış, həmin gündən sonra hər gün Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmış, onun qardaşı ilə danışmış, ondan ona vaxt vermələrini, pul tapıb Firuzənin xəstəxana xərclərini ödəyəcəyini bildirmiş, lakin onlar bir müddət sonra DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi onun hərəkətdə olduğu zolaqda baş vermiş, idarə etdiyi «Honda İnsight» markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemində heç bir nasazlıq olmamış, piyada yolu keçən zaman avtomobili tormoz etsə də, məsafə yaxın olduğu üçün qadını vurmuş, hadisə vaxtı avtomobili təxminən 20 km/saat sürətlə idarə etmiş, hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, ümumiyyətlə spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. Fladisədən sonra hadisə yerinə çoxlu adam gəlmiş, lakin onun başı vuruduğu piyada qadına qarşıdığı üçün həmin şəxslərin kim olduğuna fikir verməmiş, piyadanın vurmazdan əvvəl onunla aralarında təxminən 1-2 metr məsafə olmuş, hadisədən əvvəl onun hərəkəti üçün təhlükə piyadanın yolun hərəkət hissəsinə çıxdığı anda yaranmış, piyada yolu adi yerişlə keçmiş, Zərərçəkmiş şəxs ilə hadisə barədə hər hansı hüquq mühafizə orqanlarına hadisə barədə məlumat verməyəcəyi ilə bağlı razılaşdığı üçün bu barədə özü də məlumat verməmiş, lakin öz mobil nömrəsini Firuzənin qardaşına və özünə vermiş, hadisədən sonra da onlarla demək olar ki, hər gün danışaraq Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmış, lakin pul tapıb verməsi üçün ona vaxt verməmişlər, hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişlər. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobil idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 22 fevral 2024-cü il tarixdə saat 20:30 radələrində ünvan 4 ünvanında yerləşən “Araz” Supermarketin qarşısında “İlahiyyat” məscidi istiqamətində yolu sol tərəfdən sağ tərəfə piyada zolağı ilə keçirmiş. Sol tərəfindən avtomobilin hərəkətdə olmadığını yəqin etdikdən sonra yolun hərəkət hissəsinə daxil olmuş, qarşı hərəkət istiqamətində sağ tərəfdən avtomobilin piyada zolağına yaxınlaşdığını görmüş, sürücünün avtomobili saxlayacağını, onun hərəkətinə icazə verəcəyini düşünmüş, piyada zolağı ilə həmin avtomobilin hərəkətdə olduğu zolağa çıxan kimi həmin avtomobil onu sağ tərəfindən vurmuş, aldığı zərbənin təsirindən asfalt örtüyünün üzərinə yıxılmış, bundan sonra, onu avtomobillə vuran sürücü dərhal ona yaxınlaşıb yardım göstərib avtomobilə əyləşdirib həmin ərazidə yerləşən «Saf su» maketin qarşısına gətirib avtomobili saxlamış, sürücü ona xəstəxanaya aparsa, polisin məlumatı olacağını demiş, o da sürücüyə onu xəstəxanaya aparmasını, ağrıdığını bildirmişdir. Bundan sonra o, qardaşı Elçinə zəng edib hadisə barədə məlumat verib olduğu ünvanı ona demiş, təxminən 5-6 dəqiqə keçmiş Elçin digər qardaşı Elşadla birlikdə həmin yerə gəlmişdir. Qardaşı Elşad onu öz avtomobilinə əyləşdirib X5 aparmış, qardaşı Elçin isə onu vuran avtomoblilin sürücüsü ilə birlikdə xəstəxanaya gəlmişər. Həmin klinikada ondan soruşulduqda yıxıldığını bildirmiş, orada ona ilk tibbi yardım göstərib evə buraxmışlar. O, bir müddət evdə müalicə olunsa da, lakin ağrıları saktləşməmiş, ona görə də gedib «West hospital»da müayinə olunmuş və bildirmişdir ki, sağ ayağının qamış sümüyünü sınmışdır. Bundan sonra, Tibb universitetinin Cərrahiyyə şöbəsinə getmiş, orada onun sağ ayağını əməliyyat etmişlər. Xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. 29 fevral 2024-cü il tarixdə qardaşı Şahid1 mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib baş verən hadisə barədə məlumat vermiş, onu vuran avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu, idarə etdiyi avtomobilin isə Honda İnsight markalı **-DT-*** dövlət qeydiyyat nişanlı olduğunu sonradan bilmiş, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin gündən sonra onun səhhəti ilə maraqlanmamış, müalicə olunmasında ona köməklik göstərməmiş, ona dəymiş ziyanı ödəməmiş, həmin gündən sonra onu görməmişdir. Zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmiş, müalicə olunmasında köməklik göstərməmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən, onun müalicəsinə hər hansı maddi köməklik olunmadığına görə Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Həsən qızı onun doğma bacısıdır. Məlum yol-nəqliyyat hadisəsinə qədər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. 22 fevral 2024-cü il tarixdə saat 21 radələrində yaşadığım evə gedən zaman ona qardaşı Şahid2 zəng edərək, bacısı Zərərçəkmiş şəxsm avtomobil vurduğunu və xəsarət aldığını, sürücünün onu avtomobilə əyləşdirdiyini, hazırda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Saf su" marketin yanında avtomobili saxladığını bildirmiş, o, çox keçmədən qardaşı Elçinlə A.M.Şərifzadə küçəsində görüşərək “Saf su” marketin yanına getmiş, oraya çatanda bacısı Firuzənin avtomobildə əyləşdiyini və sağ ayağının əzildiyini görmüşlər. O, tez bacısı Firuzəni öz avtomobilinə əyləşdirərək X5 getmiş, qardaşı Elçin də bacısını avtomobillə vuran şəxs Təqsirləndirilən şəxs avtomobili ilə xəstəxanaya gəlmişdir. Sürücü Təqsirləndirilən şəxs onlardan xahiş etmişdir ki, bacısı Firuzəni avtomobillə vurmasını deməsinlər, polisə şikayət etməsinlər, bacısının müalicə xərclərini qarşılayacaqdır. Onlar da Təqsirləndirilən şəxsla razılaşmışlar. Bacısı xəstəxanada olarkən yıxılaraq xəsarət aldığını bildirmişdir. X4 bacısının ayağının əzildiyini bildirmişlər. Həkim məsləhətinə görə yazılan dərmanları qardaşı Elçin almış və evə getmişlər. İlkin günlərdə sürücü Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxladıqda, o, bacısı Firuzənin vəziyyəti barədə soruşsa da, heç bir maddi köməklik göstərməmiş və nəticədə ona edilən zənglərə cavab verməməyə başlamışdır. Bacısı Firuzənin ayağında olan ağrılar kəsilmədiyi üçün onu “West HospitaFa aparıb müayinə etdirdikdə, hadisə nəticəsində bacısının sağ ayağının sümüyünün sınması müəyyən edilmişdir. Sürücü Təqsirləndirilən şəxs da onlarla əlaqə saxlamadığı üçün o, DİN-in 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Honda İnsight” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsində hərəkətdə olarkən piyada keçidi ilə yolu keçən bacısı Zərərçəkmiş şəxsm vurmuş və nəticədə onun sağ qamış sümüyü sınmışdır. Sürücü Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməmiş və onun müalicə xərclərini qarşılamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar ifadə verməklə, onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış aparılması haqqında” 29 fevral 2024-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, piyada keçididir. (İ/V. 4-9). Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 26 avqust 2024-cü il tarixli 3- 16-16/2-8/2092 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Honda İnsight” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliaksı Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (İ/V 84-85). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 99 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - sağ qamış sümüyünün proksimal epifizar (yuxarı) nahiyəsinin yerdəyişməmiş sınığı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (İ/V.20). “Azərbaycan Respublikası DİN BDYPİ-nin” xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 045625 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. (İ/V.61). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (İ/V.97-98). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V.52). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 5968 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (İ/V.56). “Qətimkan tədbirinin seçilməsi barədə” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (İ/V.122). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Honda İnsight” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahibinə təhvil verilməsi nəzərə alınmışdır. (İ/V.88-95). İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası TƏBİB PHŞ-nin X6”dən daxil olmuş 3 dekabr 2024-cü il tarixli 18-1-2/2-6110/2024 nömrəli məktubdan və ona əlavə edilmiş həkim anamnezi və fiziki müayinə formasının surətindən görünür ki, Zərərçəkmiş şəxs bud-çanaq oynağı, döş qəfəsi, diz oynağı, əl falanqaları (sol), sağ baldırı rentgen olunmuş, sümüklərdə dəyişiklik aşkar edilməmiş, xəstə evə buraxilmişdır. İlkin diaqnoz olaraq bədənin bir neçə nahiyəsini əhatə edən səthi travmalar müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası TƏBİB PHŞ-nin X6”dən daxil olmuş 5 may 2025-ci il tarixli 18-1-2/2-1935/2025 nömrəli məktubdan və ona əlavə edilmiş müayinə nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmin tibb müəssisəsində müayinədən keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının təqdim etdiyi xx.xx.2024-cü il tarixli “Epikriz”dən görünür ki, Zərərçəkmiş şəxs sağ diz nahiyyəsində ağrılar, şişkinlik və hərəkət məhdudluğu ilə müraciət edib. Xəstənin deməsinə görə xx.xx.2024 tarixində piyada keçidindən keçərkən maşın vurmuş və travma almışdır, ilkin tibbi yardım KTM-də göstərilmişdir. Hal-hazırda müayinə və müalicə üçün ATU-TCK-a müraciət etmişdir. Fiziki müayinə nəticəsində müəyyən edilmişdir ki, Sağ diz oynağında hərəkətlər tam məhduddur. Sağ baldırda şişkinlik mövcuddur. Periferik sinir defisiti yoxdur. Aşağı ətrafların R-qrafiyasında sağ qamış sümüyünün yuxarı 1/3 hissəsinin yerdəyişmiş sınığı izlənilir. Döş qəfəsi R-qrafiyası normaldır. EKQ-də sinus ritmi, ÜEO normal qeyd edilir. Xəstəyə xx.xx.2024 tarixində ümumi anesteziya altında qoyulan diaqnozuna görə "Osteosintez" cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. Stasionarda yatarkən xəstəyə infuzion, ağrıkəsici, antibiotik, antikoaqulyant terapiyası və yara nahiyyəsinə buz tətbiq edildi. Xəstə günaşırı sarğı olundu, yarası təmizdir. İş materiallarına əlavə edilmiş “West Hospital”-ın xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs “sağ diz MR müayinəsi” aktından görünür ki, müayinə nəticəsində; - Oynaq daxilində suprapatellar bursaya uzanan lipohemartrosis - Ön çarpaz bağda (ACL) qismi qopma - Medial meniskusun arxa buynuzunda İİ dərəcə degenerasiya -Lateral meniskusun arxa buynuzunda İ dərəcə degenerasiya - Femurun lateral kondilində, tibia plato medialda kontuziyaya bağlı sümük iliyi ödemi - Lateral tibial platoda oynaq səthindən 5-6 mm-lik çökməyə səbəb olan sınıq və sümük iliyi ödemi (Schatzkertype İİ) - Fibulanın proksimal epifizar nahiyəsində yerdəyişməmiş sınıq - Prepatellar və pretibial nahiyədə dərialtı yumşaq toxumalarda diffuz ödem aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” PHŞ-nin X1 ekspert-radioloqu C.T.Allahverdiyevin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs barədə təqdim edilmiş xx.xx.2024-cü il tarixli sağ diz oynağının 2 proyeksiyalı radioloji görüntülərində qamış sümüyünün bayır kondilusunun qopma xarakterli yerdəyişməz sınığı qeyd edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” PHŞ-nin xx.xx.2025-ci il tarixli T 399/2025 saylı ekspert rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs başın dərialtı hematoması, oynaq daxilində suprapatellar bursaya uzanan lipohemartrosis, ön çarpaz bağda qismi qopma, medial meniskusun arxa buynuzunda İİ dərəcə degenerasiya, lateral meniskusun arxa buynuzunda İ dərəcə degenerasiya ilə müşayiət olunan sağ qamış sümüyünün bayır kondilusunun qopma xarakterli yerdəyişməsiz sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətləri ilə bağlı protokollar və işin digər materialları ilə tam sübuta yetirilir onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ilkin yardım göstərməsini, zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını, əvəllər məhkum olmamasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını onun cəzasini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə bu qənaətə gələrkən əsasən onu nəzərə alır ki, təqsirləndirlən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir və törətmiş olduğu cinayət ehtiyatsızlıqdan törədilmiş cinayətdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonunun Qazyan kəndində olan yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Honda İnsight” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-547/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 (yetmiş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonunun Qazyan kəndində olan yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonunun rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Honda İnsight” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahinə qaytarılması nəzərə alınsın. İş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 420 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-65/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-65/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver