Məhkəmə qərarları › İş №1(004)-651/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-651/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-651/2024 23.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi qismində dəvət edilmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7, X2 və X12 ilə birlikdə 19 noyabr 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Nemi” adı ilə fəaliyyət göstərən hotel və iş mərkəzinə gələrək (ona məxsus), menecer vəzifəsində işləyən X8 onu soruşmuş, dəhlizdə əyləşərək əməkdaşların və ayrıayrı vətəndaşların yanında ünvanına təhqir və böhtan xarakteri sözlər söyləmişdir. Bir müddət gözlədikdən sonra onun işdə olmadığını bilib işçilərin, polis əməkdaşlarının və vətəndaşların yanında onun ünvanına “maşennik”, “pul atan”, alçaq”, “əxlaqsız”, “küçədə qalan”, “şərəfsiz”, “cındır” və s. həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli sözləri demişdir. Çinarə Səlimovanın, Gültəkin Heydərovanın və Afaq Miriyevanın qanunsuz hərəkətləri “Nemi” hotel və iş mərkəzinin qeydiyyat bölməsinin qarşısında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmış audio və video yazı şikayətə əlavə olunur. Həmçinin şikayətimə əlavə olaraq təqdim etdiyim DVD diskdəki fayllarda olan audio- video yazıda, yəni saat 11:42:10-dan - 11.43.10-dək olan müddətdə barəsində xüsusi ittiham qaydasında şikayət olunan X7, habelə X2 və X12 “Nemi” otelə daxil olduqdan sonra otelin əməkdaşları arasında aşağıdakı məzmunda barəsində təhqir və böhtan xarakterli söhbət getmişdir: Gültəkin Heydərova: “salam Təhminə xanım gəlməyib”; Əsgər Kərimli: “yox-gəlməyib”; Afaq Miriyeva: “Təhminə xanım burdadı”, “Afaq xanım gəlib onu gözləyir”; Əsgər Kərimli: “adınız nədi sizin”; Afaq Miriyeva: “Afaq”; Əsgər Kərimli: “öz telefonu ilə mənə zəng edib, Təhminə xanım Afaq xanım gəlib sizi soruşur”; Videoda saat 11:44:35-dən - 11:45:12-dək Əsgər Kərimli: - Afaq Miriyevaya cavab olaraq “xanım siz nə ilə bağlı gəlmisiniz”; Afaq Miriyeva: gəlmir”; Əsgər Kərimi sizi tanımır”; Afaq Miriyeva və Çinarə Səlimova: “gəlsin tanıyacaq”; Gültəkin Heydərova: “məni deyin qardaş, deyin Gültəkin gəlib, gözləyir”; Əsgər Kərimli: “mənə telefonda Gültəkin xanım gəlib deyəndə dedim gəlirəm”; Gültəkin Heydərova, Afaq Miriyeva və Çinarə Səlimova: hər üçü “gəlmir”; Əsgər Kərimli: “gəlir”; Videoda saat 11:45:20-dən - 11:45:50-dək Əsgər Kərimli və Elxan Məmmədov: Gültəkin Heydərovaya, Afaq Miriyevaya və Çinarə Səlimovaya müraciət edərək: “oteldə qonaqlar var, aşağı düşün otelin restoranında gözləyin Təhminə xanımı"; Çinarə Səlimova: “fırladır”; Videoda saat 12:19:18-dən - 12:19:25-dək Əsgər Kərimli və digər çalışanlar Sidqilə Kazımova və Elxan Məmmədov: Gültəkin, Çinarə və Afaqa müraciət edərək “Təhminə xanım gəlməyəcək”; Videoda saat 12:12:04-dən - saat 12:12:45-dək Afaq Miriyeva, Gültəkin Heydərova işçilər Elxan Məmmədov, Əsgər Kərimli, Sidqilə Kazımovanın yanında “telefona əlini vurma, getmirik heç hara, sən oğlunla hara gedirsən get, mən ona göstərəcəm, ərinlə sən məni bezdirmisən, qorxmuram heç kimdən, kimi çağırır çağırsın, qorxmuram heç kimdən, polis çağırmır nəslini çağırsın”; Çinarə Səlimova: “qorxmuram heç kimdən, heç hara getməyək gələnədək, o alçaq qonağı fikirləşir, caamatı fikirləşmir”; Videoda saat 12:14:43-dən - 12:17:04-dək Gültəkin Heydərova: “əlbət gəzdiyi kişidi, başımızı aldadıb yastığa qoyur, polis qardaşıma deyəcəm arxasına bıçaq soxsun”; Çinarə Səlimova: “caamatın pulunu atmaqla deyil, hə gəzdiyi kişidi, gəzdiyi kişi ilə bunu danışdırır, ya o gətirib pulu burda verəcək, ya burdan çıxacaq, o burda girməyəcək, onun ağılı buna gedib”; Afaq Miriyeva: “telefonda çox şey deyə bilər, gör onun beynini dağıdıram ya yox, gəzdiyi kişilərlə danışdırdı bunu, otaqlarda kimlər var hamısını tökəcəm çölə, 1 saat gözləyirəm, inan allaha nəsə edəcəm, mən başı olmayan insanam, otaqda kim var çölə tökəcəm”; Gültəkin Heydərova - videoda saat 12:29:21-dən - 12:33:34-dək işçilərə, qonaqlara və polis əməkdaşlarına üzünü tutaraq: “məni gəzdiyi kişilərlə danışdırır, mənə nalayiq söyüşlər söyür, sizi bura niyə göndərib tərbiyəsiz, çöldə qalan, mənim pulumu vermir, neçə ildi qapılardayam, üzüm əyağının altına polislərə onu belə-belə etdirəcəm”; Çinarə Səlimova: “o pulu yeyə bilməyəcək, baş idarəyə gedib banditizmə başına oyun açacam, xanım deyil o, gəzdiyi kişilərə göndərsin pulu, bu gün banditizm ilə oteli dağıdacam, pulu versin”; Afaq Miriyeva: “gəzdiyi kişilərə güvənir, sizi göndərib, evimi qoyub pul vermişəm, qızıl vermişik, pul vermişik, beş aya üç aya verəcək deyir vermir, şikayət etmişik pulla bağlatdırır”; Gültəkin Heydərova - videoda saat 12:43:27-dən 12:45:37-dək yenə də işçilərin, qonaqların və polis əməkdaşlarının yanında: “pulumuzu versin, onu yedizdirəcəm, onu çölə atdıracam, çöldə qalan”; Çinarə Səlimova: “əxlaqsıza de gəzdiyi kişilərlə bizi susdura bilməz, bölməyə, banditizmə soxduracam, əxlaqsız, küçədə qalan, şərəfsiz, cındır”; Afaq Miriyeva: “o küçələrdə qalmışa denən 1 həftəyə işimi həll etməsə, oteldə kim var tökəcəm aşağı, əxlaqsıza, heç kimdən qorxmuram hələ o küçə qadınından vabşe qorxmuram, küçədə qalan küçə qadınından, zibilin biri zibil”. O, 19 noyabr 2024-cü il tarixdə günorta saatlarında rəhbəlik etdiyi “Nemi” otelə gəldikdə işçilər Əsgər Kərimli, Elxan Məmmədov, Ülviyyə Aslanova, Sidqilə Kazımova və Hicran Həsrətli bildirmişlər ki, həmin gün saat 11 radələrində Gültəkin Heydərova, Afaq Mirzəyeva, Çinarə Səlimova, 1 azyaşlı uşaq və 1 orta yaşlı ilə otele daxil olduqlarını, onların bütün işçilərin, polis əməkdaşların və qonaqların yanında barəsində nalayiq sözlər və söyüşlər etdiklərini, yalandan onlara pul borcumun olduğunu, uca səslə oteli dağıdacaqlarını və qonaqları oteldən çölə tökəcəklərini bildirmişlər. X7 yalan olduğunu bilə-bilə onun barəsində təhqir və böhtan xarakterli sözlər söyləməsi, iş rejimini pozması ilə onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. X7 şər, böhtan xarakterli, heç bir əsası olmayan məlumatları yaymaqla əsas niyyətinin 'Nemi” adı ilə fəaliyyət göstərən hotel və iş mərkəzinin sahibi kimi onnun işgüzar nüfuzuna xələl gətirmək olduğu aşkar görünür. Onun barəsində həqiqəti əks etdirməyən sözlərin uca səslə müştərilərin və işçilərin tez-tez, təkrar olaraq söylənməsi həm də onu göstərir ki, onun əsas məqsəd onun işgüzar nüfuzunu etibarını sarsıtmaqdır. Beləliklə, hesab edir ki, ünvan 1 ünvanında yerləşən “Nemi” adı ilə fəaliyyət göstərən hotel və iş mərkəzinin sahibi olaraq barəsində həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan sözlərin kütləvi insanların olduğu iş mərkəzində söylənməsi ona qarşı atılmış böhtandır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X10 şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X4 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi qismində dəvət edilmiş X3, X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə etiraz edərək, bildirmişdir xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə düzgün riayət edilmədən verilmişdir, buna görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinin tələbinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3), şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7) məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir və bu hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə uyğun olaraq, xüsusi ittiham qaydasında şikayətin məzmununda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə birinci növbədə qeyd edir ki, verilmiş xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin konkret kim tərəfindən törədilməsi ilə bağlı onun şəxsiyyətini müəyyən edəcək məlumatlar göstərilməyərək CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ad və soyadı və digər şəxsi məlumatları qeyd edilməsinə baxmayaraq həmin şəxsin şəxsiyyətini müəyyən edəcək yəni həqiqətən də belə bir şəxsin mövcud olub olmamasına dair heç bir rəsmi sənəd iş materiallarına əlavə edilməmişdir.Digər tərəfdən məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin şəxsiyyəti hazırda mötəbər sübutla müəyyən olunmadığından iş materialında olan videogörüntü əsasında həmin şəxsin sözügedən məkanda olub olmaması, olduğu təqdirdə iştirakının nədən ibarət olmasını müəyyənləşdirmək mümkün deyildir.Bundan irəli gələrək məhkəmə hesab edir ki, qeyri müəyyən (şəxsiyyəti bəlli olmayan) şəxsə qarşı xüsusi ittiham qaydasında şikayətin verilməsi mümkün deyildir. Bundan başqa, Təyminə Yusifova məhkəməyə ünvanladığı şikayətdə Çinarə Səlimovanın törətdiyi əməllə onu nüfuzdan saldığını qeyd etsə də, sonuncuya istinad olunan cinayət nəticəsində onun işgüzar nüfuzuna vurulan zərərin nədə ifadə olunmasını göstərməmiş və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. X11 şikayətdə barəsində şikayət verdiyi şəxs tərəfindən “şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması” tərkibinin məhz nədə ifadə olunmasına aydınlıq gətirməmiş, bu hissədə də şikayət ərizəsində şikayətçinin dəlillərini təsdiq edən sübutlar əks etdirilməyərək CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulan pozuntuya yol verilmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yerinin və ya cinayət hadisəsi kimi qiymətləndirilən hadisənin baş verdiyi yerin məhz Bakı şəhəri Yasamal rayonunda olması ilə bağlı rəsmi və mötəbər sənəd əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin məqaləsinin fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Eyni zamada qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində daha bir xətaya yol vermişdir. Belə ki, şikayət vermiş şəxs tərəfindən irəli sürülmüş ittihama uyğun olaraq X4 barəsində hansı cəza növünün tətbiq edilməli olduğu qeyd edilməmişdir. Digər tərəfdən şikayətdə barəsində xüsusi ittiham verilmiş şəxsin CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilməsinə baxmayaraq, Çinarə Səlimovanın törətmiş olduğu istinad edilən hansı əməllərinin CM-nin 147.1-ci hansı əməllərin isə 148-ci maddəsinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və “şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə ”məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 X4 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar