Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-654/2025 24.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “17 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 85-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,603 qram xeyli miqdarda psixotrop maddə metamfetamin almaqla saxlamış və üzərində daşımış, 22 avqust 2025-ci il tarixdə saat 16:00-da 26-cı PB-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılaraq, videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,603 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün psixotrop maddə metamfetamin istifadə edir. 2025-ci ilin avqust ayının 22-də səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manat pulun müqabilində 01 büküm psixotrop maddə metafetamin almış və istifadə etmək üçün həmin vaxtı şalvarının cibində gizlətmişdir. Qeyd etdiyi psixotrop maddə metafetamini şəxsi istifadə məqsədilə üzərində saxlayıb gəzdirirmiş. Həmin gün saat 16:00 radələrində Yasamal rayonunda üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb videoçəkiliş edərək özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin, psixotrop maddələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu izah edərək onun üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olduğunu soruşub könüllü təhvil verməsini təklif etmişlər. O, şalvarın cibində saxladığı psixotrop maddə metamfetamin olan 1 ədəd bükümü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə qablaşdırılmışdir. Daha sonra onun üzərinə polis əməkdaşları şəxsi axtarış keçirtmişlər. Üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmiş və onu Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 avqust 2025-ci il tarixdə, saat 16:00-da ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üstünü yoxlamaq zərurətinin olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs də razı olmuşdur, bundan sonra mobil telefondan istifadə edərək videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstündə yoxlama aparmışlar. Əvvəlcə Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyəti kəsb edə biləcək digər əşya və ya sənədləri çıxarıb təhvil verməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm açıldıqda içərisində ağ rəngli kristallik maddə olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, onu həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nə dəvət olunmuşdur. 26-cı PB-nin inzibati binasında bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahidlər Bakı şəhəri Yasamal RPİ-nin 26-cı pb-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 22 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, “Əməliyyat-axtarış Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 12-ci maddələrinin, Azərbaycan Respublikası CPM-nin 86.8 və 445-ci maddələrinin tələblərinə əsasən, 1. 26cı Polis Bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, 2. 26-cı Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 3. barəsində əməliyyat-axtarış tədbirləri keçirilən və üstü yoxlanılan, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Yasamal rayonu, X13 küçəsi, ev 85 ünvanında qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkumluğu olmayan Təqsirləndirilən şəxs iştirakı ilə tərtib etmişdir bu protokolu ondan ötrü ki, Yasamal RPİ-nin 26-cı PB-də xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 16:00-da ünvan 3 ünvanı qarşısında saxlanılan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiyəçiyə malik olmaq hüququ izah edildi. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxladığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin şəffaf rəngli sellofana bükülmüş, psixotrop maddəyə bənzər maddəni çıxarıb təqdim etdi. Bundan sonra xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 01 (bir) ədəd ağ sellofan bükümdə olan maddə DİN-nin 170 №-li möhürü ilə möhürləndi. Üstünü yoxlama Yasamal rayonu, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvanı qarşısında keçirildi. Üstünü yoxlama zamanı “Samsung” markalı mobil telefon vasitəsilə Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparıldı (i.v. 12-13). “Əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 22 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPi-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X3 Azərbaycan Respublikasının CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən 1. Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, 2. Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, 3. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 4. mütəxəssis X4, 5. barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxs - xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 85-də qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs iştirakı ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Yasamal RPİnin 26-cı PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixdə, saat 16:00 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılmış, üzərindən aşkar olunan əşyalar qablaşdırılaraq təhqiqata təqdim edilmişdir. Təqdim olunan 1 ədəd DVD diskə baxış keçirildi. Diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən 01 ədəd büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin video çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün qablaşdırıldığı zərflə eyni olması müəyyən edildi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə 10 manata üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxıayaraq daşıdığını bildirdi (i.v. 23-24). “Şübhəli şəxsin tutulması haqqında” 22 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixdə saat 16:00-dan tutulmuş hesab edilmişdir (i.v. 36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 avqust 2025-ci il tarixli, 6/2851 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,603 qram maddə psixotrop maddə - metamfetamindir (i.v. 53-56). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi ambulator X1 23 avqust 2025-ci il tarixli, 5193 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 64-65). “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 24 avqust 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Sərxan Quliyevin 24 avqust 2025-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilməsi və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 81-83). “Qətimkan tədbiri seçmə barədə” 24 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 84). “Maddi sübut kimi tanıma haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 0,603 qram maddə psixotrop maddə - metamfetaminin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması, ekspertiza tədqiqatdan sonra qalıq 0,553 qram psixotrop maddə metamfetaminin qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 88-89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 daxil olmuş 03 sentyabr 2025-ci il tarixli, 3-28-29/2-8292/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 92). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 93). “Diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə heç bir yazı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİnin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, Yasamal RPİ-nin 26-cı PBnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, 26-cı PB-nin baş əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis mayoru Şahid3, eləcə də, Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üstündə video çəkiliş aparılmaqla yoxlama keçirilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edir və sellofanın içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almasını və sonra istifadə etmək üçün üzərində saxladığını bildirir. Həmin bir ədəd sellofan büküm açıldıqda içərisində ağ rəngli kristallik maddə olması məlum olur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılır, onun üzərində hər hansı bir əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu 01 ədəd sellofan büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri imzalarla təsdiq edildikdən sonra götürülür. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 94). “Diskə baxış keçirilməsi haqqında” 10 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə heç bir yazı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİnin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, Yasamal RPİ-nin 26-cı PBnin təhqiqatçısı, polis mayoru X2, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, 26-cı PB-nin baş əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis mayoru Şahid1, eləcə də, Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üstündə video çəkiliş aparılmaqla yoxlama keçirilərkən aşkar edilərək götürülmüş və təhqiqata təqdim edilmiş bir ədəd DVD diskə və bir ədəd kağız zərfə baxış keçirilir. Diskə baxış zamanı saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edir, həmin bir ədəd büküm açılaraq içərisinə baxış keçirildikdə ağ rəngli kristal şəkilli maddə olması məlum olur. Həmin bir ədəd büküm isə bir ədəd kağız zərfə qablaşdırılaraq götürülür. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin videoçəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün qablaşdırıldığı zərflə eyni olması müəyyən edilir. Sorğu zamanı isə Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni bugün səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində daşıdığını bildirir. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 95). “Sübutların qiymətləndirilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması və həmin tarixdə barəsində seçilmiş “başqa yerə itməmək barədə iltizam” qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan espublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran halın olmamasının nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən materialın ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi üzrə bütün istintaq və prosessual sənədlərdə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs kimi oxunması, cinayət işi üzrə şəxsi üstünün yoxlanılması zamanı və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü olan iki ədəd «DVD-R» formatlı diskin maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 0,603 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatındakı qalıq 0,553 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri Yasamal RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/2851/2025 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2025-ci il tarixli 5193 nömrəli rəyi, «əməliyyat- axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin yoxlanılmasına dair» xx.xx.2025-ci il tarixli protokol, «əməliyyat-axtarış tədbirinin keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokol, «diskə baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübut iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 106-114). “Cinayət işinin materiallarından başqa material ayrılması haqqında” 15 oktyabr 2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirini təsdiq edən kifayət qədər sübutların toplandığını və cinayətin digər iştirakçısının istintaqa cəlb edilməsinin qeyri-mümkünlüyünü, həmçinin cinayət işinin hərtərəfli, tam, obyektiv və xarakterinə görə ayrıca baxılmasının mümkün olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə etdiyi şəxs(lər) barəsində cinayət işindən materialın ayrılaraq, aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə göndərilməklə araşdırma aparılması, qərarın surətinin Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 116-117). Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X9 adında övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, himayəsində azyaşlı övladlarının olduğunu, onların saxlanmasına görə xərclərini ödədiyini, “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul olunmuş amnistiya aktını tətbiq etməklə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib və təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 noyabr 2012-ci il tarixli Plenumunun qərarının 21-ci bəndinə əsasən Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16 və 5.1ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli (CPM- 175), həmçinin iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), bundan başqa Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılaraq cəza təyin edilmədiyindən məcburi müalicə təyin edilməməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 0,553 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 440 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “17 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-654/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-654/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver