Məhkəmə qərarları › İş №1(004)-660/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-660/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-660/2025 24.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi ev 125-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, O, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindən şəxsiyyəti istintaq orqanına məlum olmayan «Elşən» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar təşkil edən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,959 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib,üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 14:40 dəqiqədə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında saxlanılmış və tutulduğu yerdə üzərinə RPİ-nin NMB-nin və 26-cı PB-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman, əynindəki göy rəngli köynəyinin sol döş cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,959 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, iki ildir ki, narkotik vasitə istifadəçisidir. Dəqiq xatırlamadığı tarixdə dostu Nəcməddin adlı şəxslə birlikdə ünvan 2 ünvanda yaşayan xalası qızının evinə gedən zaman yolun ortasında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları onu və Nəcməddini saxlayaraq həmin küçədə yerləşən, Kristina Şərifovaya məxsus həyətin içərisinə salmışdırlar. Həmin həyətdə onlardan başqa saxlanılan daha yeddi nəfər də olmuşdur. Saxlanılan zaman onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis əməkdaşları həm ona, həm də digər saxlanılan şəxslərə psixotrop maddə olan metamfetamin verərək onlardan özlərinə məxsusmuş kimi videoçəkiliş zamanı təqdim etməklərini tələb etmişlər. O isə buna etiraz etmiş və buna görə də Yasamal RPİ-nin NMB-nin rəisi Şahid1 onun üzündən vurmuşdur. O, Şahid1 nəyə görə bunu etdiklərini soruşduqda Anar ona narkoman olduğu üçün tutulmalı olduğunu bildirmişdir. Bundan sonra orada polis əməkdaşlarının və onun iştirakı ilə videoçəkiliş həyata keçirilmiş, o isə polis əməkdaşı tərəfindən ona verilmiş psixotrop maddəni cibindən çıxararaq özünə məxsusmuş kimi təqdim etmişdir. Lakin yekun məhkəmə iclasında o, özünü təqsirli bilərək, videoçəkiliş zamanı üzərindən çıxan psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən «Elşən» adlı şəxsdən 10 manat müqabilində 1 ədəd bükümdə öz şəxsi istifadəsi üçün aldığını və ənyindəki göy rəngli köynəyinin sol üst cibində saxladığını, əvvəlki məhkəmə iclaslarında onun barəsidə cəza təyin edilməsindən qorxduğu üçün yalan ifadə verdiyini bildirərək barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilməklə, cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 iyul 2025-ci il tarixdə X5 və digər şəxslərin narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında araşdırma aparmaq məqsədilə ondan və həmin bölmənin əməkdaşları olan Şahid2, Şahid4, X24, Şahid3 Sadıq oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyul 2025-ci il tarixdə, saat 14:40-da X5 yaşadığı ünvan 4 ünvanında yerləşən evin yaxınlığında Kristina Şərifovaya yaxınlaşmışlar. Həmin vaxt Kristinanın yanında başqa şəxslər də olmuş, onlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. Onlar polis əməkdaşları olduqlarını bildirdikdən sonra Günaya narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olmalarında şübhəli bilindikləri izah olunmuşdur. Bundan sonra həyata keçirilmiş video çəkiliş zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rənkli köynəyin sol döş cibindən 01 ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürüldü. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin müvafiq olaraq 81-83-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində X5 mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və X5 cinayət başında ifşa etmək məqsədi ilə 19 iyul 2025-ci il tarixdə o, 26-cı PB-nin əməliyyat müvəkkli, polis baş leytenantı Şahid3 və əməliyyat müvəkkili, polis leytenantı X24, NMB-nin rəisi polis polkovnik-leytenantı Şahid1 və Əməliyyat müvəkkili, polis leytenantı Şahid4dan ibarət Əməliyyat qrupu təşkil olundu. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün yəni, 19 iyul 2025-ci il tarixdə,saat 14:40 dəqiqədə ünvan 5 ünvanının qarşısında X8 yaxınlaşıb özlərini təqdim etmişdirlər və Kristina Şərifovanın yanında dörd nəfər qadın və 3 nəfər kişi olması müəyyən olundu. Onlardan özlərini təqdim etmələrini bildirdik. Həmin şəxslər X16, X20, X10, X21, Təqsirləndirilən şəxs, X25, X12 və X3 olmaları müəyyən olundu. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların üstünün yoxlanılmasını bildirmişdirlər. Daha sonra video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Təqsirləndirilən şəxs əynində olan göy renkli köynəyin sol döş cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdi və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün≫ möhür ilə möhürlənərək götürüldü. Hər bir şəxsdən aşkar olunmuş qablaşdırılmış maddələr Ədliyyə Nazirliyi MEM- » göndərilmiş, Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,959 qram çəkidə kütlə psixotrop maddə metamfetamindir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 Sərdar oğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin müvafiq olaraq 140-142-ci vərəqlərində olan ifadəsində digər Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin müvafiq olaraq 146-148-ci vərəqlərində olan ifadəsində digər Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda Təqsirləndirilən şəxs əynindəki göy rəngli köynəyinin sol döş cibindən könüllü olaraq 1 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. (i.v. 10- 13) “Əməliyyat-axtarış tədbirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 5. barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxs -xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, orta təhsilli, işləməyən, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Bakı şəhəri, Yasamal RPİ-nin 26cı PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə, saat 14:41 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında saxlanılmış üzərindən aşkar olunan əşyalar qablaşdırılaraq təhqiqata təqdim edilmişdir. Təqdim olunan 1 (bir) ədəd kağız zərfə və 1 ədəd DVD diskə baxış keçirildi. Diskə baxış zamanı müəyyən olundu ki, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı o, əynində olan göy rəngli köynəyin sol qabaq yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kristalşəkilli kütlə aşkar edilmiş, 01 ədəd büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan üzərində olan və təqdim etdiyi 1 ədəd eynək və 1 ədəd alışqan özünə qaytarılmışdır. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan kağız zərfin videoçəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün qablaşdırıldığı zərflə eyni olması müəyyən edildi. Zərfin tamlığı pozulmamışdır. Təqsirləndirilən şəxs tərəfimdən verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni səhər saatlarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb daşıdığını bildirdi. (i.v. 18-19) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 20 iyul 2025-ci il tarixli 1/1145 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzrərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №42" dairəvi möhür əksi olan, "şübhəli Təqsirləndirilən şəxs (imza)" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.959 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (i.v. 43-47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X31 Şəxsi Ambulator X2 nəticələrinə dair 14 oktyabr 2025-ci il tarixli 6378 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 156-157) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 19 iyul 2025-ci il tarixdə saat 14:40-da qeydə alinir. Yasamal RPİ-nin 26-cı PŞ-nin əməkdaşları tərəifndən 19 iyul 2025-ci il tarixdə, saat 14:40 dəqiqədə ünvan 5 ünvanının qarşısında X8 yaxınlaşıb özlərini təqdim etdir və Kristina Şərifovanın yanında dörd nəfər qadın və 3 nəfər kişi olması müəyyən olunur, həmin şəxslərdən özlərini təqdim etmələri bildirilir. Həmin şəxslər X16, X20, X11, X21, Təqsirləndirilən şəxs, X25, X12 və X3 olmaları müəyyən olunur. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların üstünün yoxlanılmasını bildirilir. Daha sonra video çəkilişdən istifadə olunmaqla ilk öncə X9 təklif olunur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Bizim təklifimizdən sonra Kristina Şərifova əynində olan sarı rənkli köynəyin sol döş cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra X17 təklif edilir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Elvira Hüseynova əlində olan qara rəngli əl çantasından 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra X4 təklif edilir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Veronika Yanına əlində saxladığı qara rəngli pul kisəsinin içindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra X18 təklif edilir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Mədinə Hüseyova əlində saxladığı ətində saxladığı qara rəngli əl selofanın içindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rənkli köynəyin sol döş cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir.Polis əməkdaşının sualına cavab olaraq 2 ilə yaxındır ki,narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyini,əvvəllər CM-nin 234.1 maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğun.lakin ona eloektron qolbağ taxılmadığını bildirmişdir. Bundan sonra X22 təklif edilir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Zaur Xəlilov əynində olan göy rəngli cins şortun sağ yan cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və göy rəngli cins şortun sol arxa cibindən ***-***-**-** saylı nömrə ilə istifadə olunan «Redmi» markalı mobil telefonu təqdim etdir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra X6 təklif edilir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Səttar Əhmədov əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra X1 təklfı edilir ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Nəcməddin Hüseynzadə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf selofanda bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və göy rəngli cins şalvarının sağ arxa cibindən şəxsiyyət vəsiqəsini və «Leo bank»-a məxsus 5411-2498- 0723-3296 nömrəli kartı təqdim edir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetmin olduğunu Yasamal rayonu, ərazisindən Elşən adlı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqdim edilən bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, ayrı-ayrılıqda kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüş,iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadiğindan video çəkiliş başa çatmışdır. (i.v. 87-88) “Diskə baxış keçirilməsi haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, həmin dvd diskdə əks edilmiş görüntülər 19 iyul 2025-ci il tarixdə qeydə alınır. Görüntü 09 dəqiqə 17 saniyədən ibarətdir. Süni işıqlandırma şəraitində otaq 26-cı PB-nin xidməti otağı olmaqla prosessual hərəkəti həyata keçirən şəxs isə Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X13r. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçi M.Məhərrəmov özünü təqdim etdikdən sonra, Yasamal RPİ 26-cı PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid3,polis leytenantı Şahid4,polis leytenantı Cehyun Nəsirovu və Yasamal RPİ-nin QMB-nin rəisi polis mayoru Günay Qurbanovam və saxlanılan şəxs Təqsirləndirilən şəxs iştirakları ilə təqdim olunan əşyaya baxışın keçirilməsi və götürülməsi prosessual istintaq hərəkətini həyata keçiriəcəyini bildirmiş,video çəkilişin davamında əməliyyat müvəkkili Şahid5 tərəfindən disk təhqiqtaçı M.Məhhərəmova təqdim edilmiş,həmin diskə iştirakçılar tərəfindən baxış keçirilmiş,diskə baxış zamanı saxlaınlan şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli köynəyinin sol qabaq yan cibindən 01 ədəd ağ rəngli kristal şəkilli maddənin çıxarıb həmin maddənin metamfetamin olduğunu bildirərək polis əməkdaşına təqdim etməsi müşahidə olunur,daha sonra həmin diskə baxış yekunlaşır, əks cinsin nümayəndəsi olduğuna görə üzərinə baxış keçirə bilmədiklərini xatırlatmış,daha sonra təhqiqatçi M.Məhərrəmovun sualına cavab olaraq Təqsirləndirilən şəxs görüntüdə üzərindən aşkar olunmuş maddənin metamfetamin olduğunu,istifadə etmək məqsədilə Elşən adlı şəxsdən aldığını bildirmişdir.Bundan sonra xanım polis əməkdaşı Günay Qurbanova tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı M.Məhərrəmovun sualına cavab olaraq saxlınlan şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hanısa bir fiziki-psixi təsirin,təzyiqin edilmədiyini bildirmiş,daha sonra isə video çəkiliş başa çatmışdır. (i.v. 89) “Maddi sübut kimi tanınma haqqında” 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0.959 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.909 qram psixotrop maddə metamfetamin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (i.v. 92) “Maddi sübut kimi tanınma haqqında” 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə iki ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 93) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0.959 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:48-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 30) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 69-71) “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 79-80) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(004)-660/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(5-98)-1265/2026 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs müddətinin əvvəli 18 fevral 2026-cı il tarixdən, saat 18:00-dan hesablanmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X14 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Amnistiya qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 1.12-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olduğundan müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.909 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.909 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə hazırlıq iclaslarında iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar