Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-669/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Göygöl rayonu, Balçılı Ə/D, Balçılı kəndində qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,968 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 00:23-də Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 56 saylı ünvanda saxlanılaraq üstü yoxlanılan zaman əynində olan şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,968 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 02 iyun 2025-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 56 ünvanının qarşısında olan zaman polis əməkdaşları onu saxlamışlar. Daha sonra həmin yerdə videoçəkliş vasitəsi ilə onun üstünü yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona paltarında hər hansı qanunsuz bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da razılaşaraq könüllü olaraq əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükumü çıxararaq təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmışdır. Daha sonra onun üzərinə polis əməkdaşları baxış keçirmişlər. Üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə 28-ci Polis bölməsinin inzibati binasına gəlmişdir. İnzibati binada videoçəkilişdən istifadə etməklə təqdim olunan əşyalara baxış keçirilmişdir. Verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddəni "Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. O, polis İdarəsinə gətirilərkən və ya saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında heç kim olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 28-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 28-cıi PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid3 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-cü il tarixdə saat 00:20 radələrində Şahid3 və Səbuhi Fətullayevlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 56 saylı ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Təravət onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təravət əynində olan şalvarın sol yan cibindən bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra X8 dəvət edilmiş və orada üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Təravət həmin bükülünün içərisində olan narkotik vasitə olan heroini üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir Təqsirləndirilən şəxs oğluna heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş X4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 85-87-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, 11 sentyabr 2025-ci il tarixdə «Təravət» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, onlar tərəfindən həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş, «Təravət» adlı şəxsin xx.xx.1987-ci il tarixdə Xanlar rayonu, Balçılı kəndində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, Göygöl rayonu, Balçılı Ə/D, Balçılı kəndində qeydiyyatyda olan və Bakı şəhəri ərazisində gündəlik evlərdə kirayə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, həmin şəxsin cinayət əməllərimin ifşa olunması, onun cinayət törədərkən bilavasitə sonra yaxalanması məqsədilə əməliyyat qrupunun yaradılması üçün raportla şöbənin rəhbərliyinə müraciət etmiş və bununla əlaqədar şöbənin rəhbərliyi tərəfindən o, əməliyyat müvəkkili Şahid3 və Şahid2 ibarət əməliyyat qrupunun yaradılması barədə əmr verilmiş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Yaradılmış əməliyyat qrupu talimatlandırılmış və 12 sentyabr 2025-ci il tarixdə saat 00:23-də onlar tərəfindən Təqsirləndirilən şəxs Yasamal rayonu, X11 küçəsi 56 ünvanının qarşısında saxlanılmış və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya başqa qadağan olunmuş nə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Aşkar olunan 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində aşkar olunmuş 01 ədəd bükümdə olan kütləni 50 manata tanımadığı şəxsdən "Kubinka" adlanan ərazidən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra protokol tərtib edilməsi üçün polis bölməsinə gedilmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən qadın polis əməkdaşı Şahid4 iştirakı ilə aşkar olunan maddənin qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Bundan sonra Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 96-98-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin 28-ci PS-yə dəvət edilmişdir. Yasamal RPİ-nin 28-ci PŞnin xidməti otaqlarının birində onun, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3, Yasamal RPİ-nin 28-ci PŞ-nin poli sahə inspektoru Səbuhi Fətullayevin və təhqiqatçı Cəmaləddin Mehvalıyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında diskə və üzərindən aşkar edilmiş maddənin qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nədən ibarət olduğunu soruşduqda, Təqsirləndirilən şəxs homin bükümdəki maddənin heroin olduğu bildirmişdir. Həmin maddəni Kubinka adlanan ərazidən anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat müqabilində aldığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan qəhvəyi rəngli toz şəkilli heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 9-10) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:23-də Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 56 ünvanının qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zaman üzərində 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 16-17) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 12 sentyabr 2025-ci il tarixli, 6/3031 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs (imza)..." sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,968 gram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 43-47) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 24 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, qaranlıqda telefon işığı ilə çəkiliş aparılan yer Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 56 ünvanıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 yanında dayanmış şəxslər tünd göy rəngli şalvarda olan şəxs Təqsirləndirilən şəxs və digər şəxslər isə polis əməkdaşlarıdır. Çəkilişin davamında əməliyyat müvəkkili Şahid3 ilkin olaraq Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman həmin şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, bu maddəni istifadə etmək üçün üzərində saxlayaraq daşıdığını bildirir. Vətəndaş Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni boş zərf götürülərək, zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq qablaşdırılır, DİN-in müvafiq nömrəli möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Verilən suallara cavab olaraq həmin narkotik vasitə heroini 50 manat müqabilində "Kubinka" ad anan ərazidən şəxsi istifadəsi üçün aldığını qeyd edir. (i.v. 88) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 06 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntüler 12 sentyabr 2025-ci il tarixdə qeydə alınmışdır. Süni İşıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Cəmaləddin Mehvalıyevin xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, Cəmaləddin Mehvalıyev yanında ayaq üstə dayanmış şəxslər Yasamal RPİ-nin 28-ci PŞ-nin CA üzrə Əməliyyat müvəkkili Şahid3 və Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru Şahid1dir. Cəmaləddin Mehvalıyevin digər tərəfindən dayanmış şəxslər isə Yasamal RPİ-nin 28-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, qadın polis əməkdaşı Şahid4 və polis tərəfindən saxlanılmış şəxs Təqsirləndirilən şəxsdır. Çəkilişin davamında təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərflərə açmadan baxış keçirir və daha sonra 01 ədəd DVD diskdəki görüntülərə baxır. Daha sonra Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üstünə baxış keçirilir lakin qanunla qadağan olunmuş hər hansı birəşya aşkar edilmir. Bundan sonra təhqiqatçı zərfi ekspertizaya göndərilməsi üçün özündə saxlayır. Protokol bütün iştirakçılar tərəfindən imzalanır. (i.v. 92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair 19 noyabr 2025-ci il tarixli 7251 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 118-119) “Sübutların qiymətləndirilməsinə dair” 19 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.968 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0.918 qram narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Yasamal RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair video görüntünə əks etdirən və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokollar dair 02 ədəd DVD disk iş üzrə sübut növü olduğundan cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 122-130) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.968 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:23-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 30-31) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-707/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 12 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 61-63) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 25 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 99-100) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 11 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş xx.xx.1987-ci il təvəllüdlü Göygöl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Qeyd edək ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Bildiririk ki, Yasamal Rayon Məhkəməsinin 4(004)-707/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbsqətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəza müddətinin axımı xx.xx.2025-ci il tarixdə dayandırılmışdır. Bildiririk ki, Yasamal Rayon Məhkəməsinin 1(004)- 466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə 07 ay 09 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 04 ay 17 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(004)- 466/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlini səmimi etiraf edərək peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.918 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və həmin məhkumluğun ödənilməməsə baxmayaraq yenidən eyni növ cinayət əməlini törətməsini məhkəmə onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(004)-466/2025 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (02 ay 08 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 12 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarına saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(004)-466/2025 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 04 (dörd) ay 17 (on yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla (02 ay 08 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək qəti olaraq 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.918 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-669/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-669/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver