Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-67/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 16:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixində Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il, 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 5500,00 manat pul, 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 110,00 manat ödənilmiş xidmət haqqı və 4 il 4 ay müddətində gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1191,00 manat, cəmi 6831,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 sentyabr 2019-cu il tarixli, 2(004)-5024/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərildikdən sonra icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 22 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolu ilə həmin məhkəmənin 3(004)-4377/2020 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 01 fevral 2021-ci il tarixdə xəbərdarlıq təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 07 may 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərər çəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək və ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs 2014-cü ildə 5500,00 manat məbləğində pul vəsaiti üzərinə əlavə faiz ödəmək şərti ilə borc almışdır. Sonradan götürdüyü borcu qaytarmışdır. Lakin bununla bağlı hər hansı bir sənəd almamışdır. Götürdüyü pulun üzərindəki əlavə faiz məbləğinin əvəzinə qızıllar vermişdir. 2019-cu ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində Zərərçəkmiş şəxs, ona qarşı iddia qaldırmış, məhkəmənin 20 sentyabr 2019-cu il tarixli, 2(004)-5024/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 5500,00 manat pul, 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 110,00 manat ödənilmiş xidmət haqqı və 4 il 4 ay müddətində gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1191,00 manat, cəmi 6831,00 manat məbləğində pul borcu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi mübahisələndirilmiş, Ali Məhkəmənin qərarı ilə qüvvəsində saxlanıldığından həmin məbləğin hissə-hissə ödənilməsi ilə bağlı icra məmuruna müraciət etmiş, lakin razılıq əldə olunmamışdır. Belə ki, göstərilmiş borc məbləğləri ilə razı deyildir. O, götürdüyü borcu qaytarmışdır. Qalan ödənilməyən pul faiz borcudur. Maddi imkansızlığından o məbləği tam ödəyə bilmir. Göstərilənlərə əsasən, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Digər tərəfdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin onun tərəfindən icra edilməməsi ilə bağlı gətirdiyi “göstərilmiş borc məbləğləri ilə razı olmadığımdan borcun faiz olması səbəbindən, maddi imkansızlığımdan məbləği tam ödəməmişəm” dəlilə münasibətdə qeyd edilməlidir ki, bu halın özü şəxsin məhkəmə qətnaməsini icra etməməkdə qərəzli olmasını təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaytarmaq məqsədi ilə ondan 2015ci ildə 5500,00 manat məbləğində pul vəsaiti borc almışdır. Bir müddət sonra sözünə əməl etməyərək borcu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdir. Məhkəmənin 20 sentyabr 2019-cu il tarixli, 2(004)- 5024/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 5500,00 manat pul, 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 110,00 manat ödənilmiş xidmət haqqı və 4 il 4 ay müddətində gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1191,00 manat, cəmi 6831,00 manat məbləğində pul borcu tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. İcra şöbəsi tərəfindən borcluya bildirişlər təqdim edilməsinə baxmayaraq o, qətnamənin icrasını təmin etməkdən imtina etmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan məbləğin alınaraq ona qaytarılmasını, ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5500,00 manat pul, 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 110,00 manat ödənilmiş xidmət haqqı və 4 il 4 ay müddətində gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1191,00 manat, cəmi 6831,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 sentyabr 2019-cu il tarixli, 2(004)-5024/2019 saylı qətnaməsi icra edilməsi ilə əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcraata başlanma haqqında qərar 01 oktyabr 2020-ci il tarixdə qəbul edilmiş, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş təqdim edilmişdir. Məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. O, müxtəlif tarixlərdə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə dəvət olunaraq izahatlar alınmış, izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olsa da qətnamənin icrasını təmin etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınmışdır. Məhkəmənin 22 dekabr 2020-ci il tarixli, 3(004)-4377/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildə onun yanında Zərərçəkmiş şəxs 5500,00 manat məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almışdır. Bir müddət sonra pulu qaytarmayanda Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində Təqsirləndirilən şəxs qarşı iddia qaldırılmışdır. Məhkəmənin 20 sentyabr 2019-cu il tarixli, 2(004)-5024/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 5500,00 manat məbləğində pul, 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 110,00 manat ödənilmiş xidmət haqqı və 4 il 4 ay müddətində gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1191,00 manat, cəmi 6831,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxsın xeyrinə ödənilməsi qət edilmişdir. Qumru ixtisasca müəllimə olduğu üçün yaşadığı mənzildə qeyri rəsmi repetitor müəllimə işlədiyindən kifayət qədər pul qazanmasına baxmayaraq məhkəmə aktının icrasını təmin etməkdən yayınmaq məqsədilə gəlirlərini gizlətməkdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, Qumru, Zərərçəkmiş şəxs 2014-cü ildə 5500,00 manat məbləğində pulu üzərinə, əlavə faiz ödəmək şərti ilə borc almışdır. Təqsirləndirilən şəxs barəsində məhkəmə qətnaməsi olmasına baxmayaraq Qumru aldığı borc məbləğini qaytarmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 sentyabr 2019-cu il tarixli, 2(004)- 5024/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 5500,00 manat məbləğində pul, 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 110,00 manat ödənilmiş xidmət haqqı və 4 il 4 ay müddətində gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1191,00 manat, cəmi 6831,00 manat məbləğində pul borcu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir (cild 1, səh. 9-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə aktının icrası ilə bağlı Təqsirləndirilən şəxs təqdim edilmiş 01 oktyabr 2020-ci il, 01 fevral 2021 -ci tarixli bildiriş və xəbərdarlıq məktublarından, eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 3(004)-4377/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 20 sentyabr 2019-cu il tarixli, 2(004)-5024/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir (cild 1, səh. 20,42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli, 3(004)-4377/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir (cild 1, səh. 29-32). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 8(004)-123/2021 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır (cild 1, səh. 37-38). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X4 1 saylı ərazi məşğulluq Mərkəzi filialının 22 fevral 2021-ci il tarixli, **********9 saylı məktubdan da görünür ki, Təqsirləndirilən şəxs X4 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına işaxtaran şəxs kimi müraciət etmədiyindən orada qeydiyyata alınmamışdır (cild 1, səh. 47). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri müsbət xarakterizə olunur (cild 1, səh. 48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış 21 sentyabr 2021-ci il tarixli tələbnamədən və işə əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir (cild 1, səh. 73, 95-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 128-129). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 22.03.2014-cü il təvəllüdlü X3 və 10.10.2019-cu il təvəllüdlü X7 adlı azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Digər tərəfdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin onun tərəfindən icra edilməməsi ilə bağlı gətirdiyi “göstərilmiş borc məbləğləri ilə razı olmadığımdan borcun faiz olması səbəbindən, maddi imkansızlığımdan məbləği tam ödəməmişəm” dəlilə münasibətdə qeyd edilməlidir ki, bu halın özü təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini təsdiq edir. Təqsirləndirilən şəxs qətnaməni icra etməməkdə qərəzli olmasını sübut edən digər hallar isə onun tərəfindən qətnaməni icra etmək niyyətinin, iradəsini olduğunu göstərəcək hərəkətin edilməsi yəni yaşayış yeri üzrə müvafiq dövlət orqanına iş axtaran vətəndaş kimi qeydiyyata alınmasına cəhd edilməməsidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 sentyabr 2019-cu il tarixli, 2(004)-5024/2019 saylı qətnaməsinə əsasən 5500,00 manat məbləğində pul, 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 110,00 manat ödənilmiş xidmət haqqı və 4 il 4 ay müddətində gecikdirilmiş vaxt üçün illik 5%, yəni 1191,00 manat, cəmi 6831,00 manat borcu vardır. Məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da borcdan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişdir. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə (iki azyaşlı uşağına) təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-489/2021 saylı, 30.12.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 33, mənzil 487 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-67/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-67/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver